F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə124/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   120   121   122   123   124   125   126   127   ...   161

 

623 


ağıllıdır...  amma...  ərə  getmək  məsələsi...  Çox  qəribə 

şıltaqlıqdır... 

Həkim  bunu deyib  yenə də ona  dərman  vermək  istədi. 

Lakin bu dəfə Nelli heç biclik də etmədi, qaşığı əli ilə altdan 

yuxarı itələdi, dərmanın hamısı yazıq qocanın manişkasına, 

üzünə  töküldü.  Nelli  bərkdən  güldü,  lakin  onun  bu  gülüşü 

bayaqkı kimi sadə, şən bir gülüş deyildi. Onun üzündə sərt, 

acıqlı  bir  ifadə  göründü.  Bayaqdan  bəri  o,  elə  bil  ki,  heç 

məni görmək istəmirdi, ancaq həkimə baxırdı, özü də istehza 

ilə baxırdı, lakin onun bu baxışında bir narahatlıq duyulurdu, 

gözləyirdi ki, görsün bu “gülməli” qoca nə edəcəkdir. 

Qoca yaylığı ilə üzünü, manişkasını silib dedi: 

– Ba! Siz yenə də... Nə pis oldu! Eybi yoxdur, yenə də 

paroşok hazırlamaq olar. 

Nelli  buna  heyrət  etdi.  O  gözləyirdi  ki,  biz 

acıqlanacağıq,  onu  danlamağa,  məzəmmət  etməyə 

başlayacağıq;  bəlkə  də  elə  bu  anda  o  qeyri-şüuri  olaraq 

istəyirmiş  ki,  bir  bəhanə  olsun,  ağlasın,  lap  hönkür-hönkür 

ağlasın,  paroşoku  yenə  də  dağıtsın,  hətta  acığından  bir  şey 

sındırsın,  bununla  da  öz  şıltaq,  çox-çox  əzab  çəkmiş  dərdli 

downloaded from KitabYurdu.org



 

624 


ürəyini  ovundursun.  Belə  şıltaqlar,  elə  bir  xəstədə,  bir 

Nellidə olmur. Çox vaxt olardı ki, görərdin, mən otaqda var-

gəl  edirəm,  özümdə  qeyri-şüuri  olaraq  belə  arzu  vardır: 

tezliklə  bir  adam  məni  incitsin,  ya  da  elə  bir  söz  desin  ki, 

mən  onu  təhqir  edə bilim. Elə  o saat, həmin  adamın  üstünə 

acığımı töküm, ürəyimi boşaldım. Qadınlar da ürəklərini bu 

qayda  ilə  “boşaldarkən”  lap  səmimi  olaraq  ağlamağa 

başlayırlar. Onlardan çox həssas olanları hətta özlərindən də 

gedirlər. Bu çox adi, çox həyati bir məsələdir: bu da ən çox 

o  zaman  olur  ki,  adamın  ürəyində  çox  vaxt  başqalarının 

bilmədiyi  bir  dərdi  olur,  bu  dərdi  də  özgəsinə  söyləmək 

istəsə də söyləyə bilmir, çünki bunu söyləmək olmaz. 

Lakin  həkim  Nelliyə  bir  kəlmə  də  söz  demədi,  onu 

danlamadı,  yenə  də  səbir  ilə  paroşok  hazırlamağa  başladı: 

Nelli  onun  bu  mələkcəsinə  rəhmdilliyini,  səbrini  görüb 

heyrət etdi: birdən sakitləşdi. Dodaqlarındakı istehza silindi, 

üzü qızardı, gözləri yaşardı: gözucu mənə baxdı, elə o saat 

da üzünü yana çevirdi. Həkim dərmanı gətirdi, Nelli sakitcə 

dərmanı içdi, qoca həkimin qırmızı, kök, yumşaq əlini tutdu, 

yavaş-yavaş onun gözlərinə baxdı. 

downloaded from KitabYurdu.org



 

625 


–  Sizin...  acığınız  tutur  ki...  mən  hirsliyəm...  Lakin 

sözünü  tamamlamadı,  adyalın  altına  girdi,  adyalı  başına 

çəkib bərkdən, hönkür-hönkür ağlamağa başladı. 

–  Ah,  mənim  tifil  balam,  ağlamayın...  Bunun  eybi 

yoxdur...  Bu  əsəbdəndir.  Alın  su  için.  –  Lakin  Nelli  ona 

qulaq asmırdı. 

–  Sakit  olun...  Özünüzü  üzməyin.  –  Qoca  özü  də  az 

qalırdı  ki,  ağlasın,  çünki  o  çox  həssas  adamdı.  –  Mən  sizi 

bağışlayıram,  sizi  alacağam  da,  əgər  siz  tərbiyəli,  yaxşı  bir 

qız olub... 

–  Paroşokları  qəbul  etsəniz!  –  Adyalın  altından,  bu 

sözlə bərabər, hönkürtülərlə kəsilən, xırdaca zəng səsi kimi, 

nazik,  əsəbi  bir  gülüş  eşidildi,  –  mən  bu  gülüşə  çox  yaxşı 

bələd idim. 

Həkimin  az  qaldı  ki,  gözləri  yaşarsın:  o  sevinə-sevinə 

dedi: 


– Qədir-qiymət bilən yaxşı bala! Yazıq qız! 

O gündən həkimlə Nelli arasında çox qəribə bir rəğbət 

hissi  əmələ  gəldi.  Lakin  Nelli  get-gedə  mənə  qarşı 

qaşqabaqlı,  acıqlı,  əsəbi  olurdu.  Mən  bunun  səbəbini 

downloaded from KitabYurdu.org



 

626 


bilmirdim, ona baxıb təəccüb edirdim, həm də bu dəyişiklik 

onda  birdən  əmələ  gəlmişdi.  Xəstəliyinin  ilk  günləri  o 

mənimlə son dərəcə mehriban, nəvazişkar oldu, həmişə gözü 

məndə idi, sanki mənə baxmaqdan doymurdu, məni özündən 

uzağa buraxmırdı, öz isti əli ilə mənim əlimi tutub, məni öz 

yanında  oturdurdu,  əgər  görsəydi  ki,  mən  qaşqabaqlıyam, 

həyəcanlıyam  –  mənim  kefimi  açmağa  çalışırdı,  mənimlə 

zarafat edirdi, oynayırdı, mənə baxıb gülümsəyirdi, görünür, 

bununla  öz  çəkdiyi  əzabı  susdurmağa  çalışırdı.  O  mənim 

gecələr işləməyimi, ya da oturmağımı istəmirdi, məni güdür, 

ona  qulaq  asmadığımı  gördükdə  kədərlənirdi.  Bəzən  mən 

onu  fikirli  görürdüm:  o  məndən  nə  üçün  qəmli  olduğumu, 

nələr düşündüyünü soruşur, bunun səbəbini bilmək istəyirdi: 

qəribə  burasıdır  ki,  söhbət  gəlib  Nataşaya  çatanda  o  dərhal 

susur, ya da başqa bir şeydən danışmağa başlayırdı. O sanki 

Nataşa  barəsində  danışmaqdan  çəkinirdi,  bu  isə  məni  son 

dərəcə  təəccübləndirirdi.  Mən  evə  gələndə  o  sevinirdi: 

şlyapanı  götürüb  getmək  istəyəndə  qəmgin-qəmgin  mənə 

baxıb, qəribə bir halda, sanki məzəmmət edə-edə gözləri ilə 

məni yola salırdı. 

downloaded from KitabYurdu.org



 

627 


Xəstəliyinin  dördüncü  günü  mən  bütün  axşamı,  hətta 

gecədən  xeyli  keçənə  qədər,  Nataşanın  yanında  oldum. 

Onda  bizim  danışmalı  sözümüz  çox  idi.  Evdən  gedəndə 

Nelliyə  demişdim  ki,  tez  qayıdıb  gələcəyəm,  doğrudan  da 

tez gələcəyimi nəzərdə tutmuşdum. Lakin heç gözləmədiyim 

halda,  Nataşanın  yanında  çox  qalsam  da,  Nelli  barəsində 

arxayın  idim.  O,  tək  deyildi.  Masloboyev  birdəqiqəliyə 

yanıma  gəlmişdi,  Aleksandra  Semyonovna  ondan  bilmişdir 

ki, Nelli xəstədir, mənim də başım çox qarışıqdır. Özüm də 

tək  qalmışam,  gəlib  Nellinin  yanında  oturmuşdu.  İlahi!  Bu 

Aleksandra  Semyonovna  nə  gözəl  insanmış!  O  mənim  nə 

kimi  bir  vəziyyətdə  olduğumu  eşidəndə  çox  bərk  əl-ayağa 

düşmüşdü: 

–  Deməli,  belə  olanda  bizə  nahar  eləməyə  də 

gəlməyəcək!.. Ah, ilahi! O tək qalıb, yazıq, lap təkcə qalıb! 

Belə bir vaxtda biz gərək onun qeydinə qalaq, yaxşıca fürsət 

düşüb, bunu əldən buraxmaq olmaz! 

O  saat  da  durub  gəlib,  özü  ilə  də  faytonda  bir  iri 

bağlama gətirib. Gələn kimi də ilk sözü bu oldu ki, daha sizi 

tək  qoymayacağam,  gəlmişəm  sizə  kömək  eləməyə:  bunu 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə