F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə121/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   117   118   119   120   121   122   123   124   ...   161

 

607 


birilə əlaqəsini kəsmək vaxtı çatmışdı. Lakin mənə lazım idi 

ki,  bunun  hamısını  öz  gözümlə  görüm,  öz  təcrübəmin 

nəticəsinə inanım... Məndən razı qaldınızmı? Bəlkə bir şeyi 

də bilmək istəyirsiniz... Bilmək istəyirsiniz ki, sizi mən niyə 

bura  gətirmişəm,  sizin  qarşınızda  niyə  bu  qədər  həngamə 

açmışam, niyə bu qədər açıq danışmışam, bir halda ki, mən 

ürəyimi  açıb  tökmədən  də  bu  şeyləri  söyləyə  bilərdim, 

elədirmi? 

–  Elədir...  –  mən  canımı  dişimə  tutub  diqqətlə  qulaq 

asırdım. 

Mənim daha ona deyiləsi sözüm yox idi. 

– Dostum, ancaq bir şeyə görə bunu etdim: gördüm ki, 

siz  o  iki  axmaqdan  daha  artıq  tədbirli,  ağlı  başında 

adamsınız, məsələyə daha açıq gözlə baxırsınız. Mənim kim 

olduğumu  siz  əvvəlcə  də  təyin  edə  bilərdiniz,  duya 

bilərdiniz,  mənim  haqqımda  fikir  yürüdə  bilərdiniz,  lakin 

mən  sizi  bu  zəhmətdən  xilas  etmək  istədim,  bu  qərara 

gəldim ki, kim olduğumu sizə əyani surətdə göstərim. Həqiqi 

təəssürat  böyük  şeydir.  Mon  ami,  siz  məni  başa  düşün!  Siz 

kim  ilə  müamilədə  olduğunuzu  bilirsiniz,  siz  Natalya 

downloaded from KitabYurdu.org



 

608 


Nikolayevnanı sevirsiniz, buna görə də mən əminəm ki, siz 

indi  onu  bəzi  işlərdən  xilas  etmək  üçün  bütün  təsirinizi  işə 

salacaqsınız (hər halda, onun üzərində sizin təsiriniz vardır). 

Yoxsa, bəzi şeylər olacaq, özü də, sizi inandırıram ki, bunlar 

zarafat  iş  olmayacaq!  Nəhayət,  sizinlə  açıq  danışmağımın 

üçüncü  səbəbi  də...  (siz  axı  əzizim,  bunu  özünüz  başa 

düşmüsünüz)  üçüncü  səbəbi  də  budur  ki...  Bəli,  mən 

doğrudan da, bütün bu şeylərə bir azca tüpürmək istəyirdim, 

özü də sizin gözünüzün qarşında tüpürmək istəyirdim... 

Mən həyəcandan əsə-əsə dedim: 

– Siz öz məqsədinizə çatdınız. Mən sizinlə razıyam ki, 

siz  öz  ədavətinizi,  sizin  mənə,  bizim  hamımıza  olan 

nifrətinizi başqa bir şeylə deyil, ancaq belə açıq danışmaqla 

daha  aydın  ifadə  edə  bilərdiniz.  Siz  nəinki  belə  açıq 

danışmaqla  özünüzü  mənim  qarşımda  biabır  edəcəyinizdən 

qorxmurdunuz,  hətta  məndən  heç  utanmırdınız  da...  Siz, 

doğrudan  da,  plaş  geyinmiş  dəliyə  oxşayırdınız.  Siz  məni 

adam hesab etmirdiniz. 

Knyaz yerindən qalxaraq dedi: 

downloaded from KitabYurdu.org




 

609 


– Mənim gənc dostum, siz məsələni başa düşmüsünüz, 

siz  hamısını  başa  düşmüsünüz,  havayı  yerə  ədəbiyyatçı 

deyilsiniz  ki!  Əminəm  ki,  biz  dostcasına  ayrılırıq.  Bəs 

dostluq şərəfinə içməyəcəyik? 

–  Siz  sərxoşsunuz,  məhz  buna  görə  də  sizə  lazım 

olduğu kimi cavab vermirəm... 

– Yenə fikri tamamlamamaq ifadə tərzi! Demədiniz ki, 

necə  cavab  vermək  lazımdı,  ha-ha-ha!  Sizin  pulunuzu 

verməyə mənə icazə vermirsiniz? 

– Zəhmət çəkməyin, özüm verərəm. 

–  Şübhəsiz  ki,  özünüz  verəcəksiniz.  Bizim  yolumuz 

gərək ki, ayrı-ayrıdır. 

– Mən sizinlə getməyəcəyəm. 

–  Şairim,  xudahafiz!  Əminəm  ki,  siz  məni  başa 

düşmüsünüz. 

Knyaz  bir  az  səndirləyə-səndirləyə,  dönüb  mənə 

baxmadan otaqdan çıxdı. Lakey onu faytona mindirdi. Mən 

də  öz  yolumla  getdim.  Saat  üçə  işləmişdi.  Yağış  yağırdı. 

Qaranlıq bir gecə idi... 

 

downloaded from KitabYurdu.org




 

610 


downloaded from KitabYurdu.org


 

611 


DÖRDÜNCÜ HİSSƏ 

 

I FƏSİL 

 

Mən  öz  qəzəbimi  təsvir  etməyəcəyəm.  Bu  söhbətdən 



hər  nə  desən  baş  verə  bilərdi.  Lakin  mən  heyrət  içində 

donub  qalmışdım,  sanki  knyaz  bütün  çirkinliyi  ilə  qəfildən 

mənim  qarşımda  canlanmışdı.  Ancaq  burası  yadımdadır  ki, 

duyduğum  hisslər  aydın  deyildi,  elə  bil  ki,  bir  şey  mənə 

təzyiq edirdi, məni əzirdi, ağır kədər qəlbimi get-gedə daha 

artıq sorub gəmirirdi. Nataşanın vəziyyəti məni qorxudurdu. 

Mən onun hələ çox-çox əzab çəkəcəyini hiss edirdim, aydın 

da  olmasa,  düşünürdüm  ki,  onu  bu  əzablardan  necə 

qurtarım,  məsələnin  qəti  surətdə  həll  olunduğu  bu  son 

dəqiqələrdə  onun  vəziyyətini  necə  yüngülləşdirim,  bunun 

dərdini  çəkirdim.  Məsələnin  qəti  surətdə  həll  olunacağına 

heç şübhə yox idi. Bu get-gedə yaxınlaşırdı, bunun necə həll 

olunacağını hiss etməmək olardımı?! 

Bütün yol uzunu yağış məni islatsa da, evə necə gəlib 

çıxdığımı heç hiss etmədim. Gecə saat üç idi. Qapını döyən 

downloaded from KitabYurdu.org




 

612 


kimi  bir  inilti  eşitdim,  Nelli  qapını  tələsə-tələsə  açmağa 

başladı. O elə bil ki, heç yatmayıbmış, qapının dalında durub 

mənim  gəlməyimi  gözləyirmiş.  Otaqda  şam  yanırdı.  Mən 

Nellinin  üzünə  baxanda  diksindim:  o,  tamam  dəyişmişdi, 

gözləri, qızdırmalı adam gözləri kimi, yanırdı, özü də qəribə 

bir halda baxırdı, sanki məni tanımırdı. O, bərk qızdırmışdı. 

Mən ona tərəf əyildim, onu əllərimlə tutaraq soruşdum: 

– Nelli, sənə nə olub? Yoxsa, xəstələnmisən? 

O  titrəyə-titrəyə  mənə  sıxıldı,  elə  bil  ki,  nədənsə 

qorxurdu.  Coşqun  halda,  tez-tez  nəsə  dedi,  sanki  məni 

gözləyirmiş  ki,  tez  bu  şeyləri  mənə  desin.  Lakin  onun 

sözlərində bir uyğunsuzluq, qəribəlik vardı, heç bir şey başa 

düşmədim: o sayıqlayırdı. 

Mən  tez  onu  yatağına  apardım,  lakin  o  məndən  əl 

çəkmirdi, bərk-bərk mənə sıxılırdı, sanki nədənsə qorxurdu, 

kimdənsə  müdafiə  edilməsini  xahiş  edirdi.  Yatağına 

uzandıqdan  sonra  da  mənim  əlimi  buraxmırdı,  bərk-bərk 

tuturdu,  qorxurdu  ki,  mən  yenə  də  çıxıb  gedərəm.  Mən  o 

qədər  sarsılmışdım,  əsəblərim  o  qədər  pozulmuşdu  ki,  ona 

baxaraq  hətta  ağladım.  Mən  özüm  də  xəstə  idim.  O  mənim 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə