F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə120/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   116   117   118   119   120   121   122   123   ...   161

 

602 


O  susdu,  bayaqkı  kimi  sınayıcı  bir  nəzərlə  kinli-kinli 

mənə baxdı, əlimi də əlindən buraxmırdı, sanki mənim çıxıb 

gedəcəyimdən  qorxurdu.  Mən  əmin  idim  ki,  bu  anda  o 

fikrini  toplayır,  təsəvvür  etməyə  çalışırdı  ki,  mən  bu  şeyi 

haradan  eşidə  bilərəm,  axı  bu  çox  az  adama  məlumdur, 

bunda  təhlükə-filan  yoxdurmu?  Bu  vəziyyət  azca  davam 

etdi.  Birdən  onun  üzü  yenə  dəyişdi,  bayaqkı  istehzalı, 

sərxoşcasına  şən  ifadə  gözlərində  göründü.  O,  qəhqəhə  ilə 

güldü. 

– Ha-ha-ha! Taleyran, özüdür ki var! Bəli, o, doğrudan 



da, heç çəkinmədən mənim gözümün içinə deyəndə ki, sən 

mənim  var-dövlətimi  oğurlamısan,  mən  biabır  olmuş  bir 

adam  kimi,  onun  qarşısında  durmuşdum.  Bundan  nə  olsun 

axı?!  Onda  o  necə  çığırırdı,  necə  söyürdü!  Elə  bil  dəli 

olmuşdu...  Heç  çəkinib  eləmirdi.  İndi  siz  özünüz  bir 

fikirləşin: əvvəla, budur ki, siz indi deyən kimi, mən heç də 

onun var- dövlətini oğurlamamışam. O özü öz pulunu mənə 

bağışlamışdı,  bu  pul  da  daha  mənim  idi.  Tutaq  ki,  siz  ən 

yaxşı  frakınızı  mənə  bağışlayırsınız  (Bunu  söyləyərkən  o 

mənim əynimdəki fraka baxdı, bundan başqa mənim frakım 

downloaded from KitabYurdu.org



 

603 


yox idi, özü də çox pis frak idi, üç il bundan əvvəl dərzi İvan 

Skornyakin  tikmişdi.),  mən  də  sizə  təşəkkür  edirəm,  frakı 

geyinirəm,  lakin  bir  ildən  sonra,  birdən  siz  mənimlə 

dalaşırsınız, dalaşdığımız üçün də frakı geri istəyirsiniz, mən 

də  ki,  frakı  geyinib  dağıtmışam.  Axı  frakı  geri  istəmək 

nanəciblikdir, onda daha niyə bağışlamışdın? İkincisi də, pul 

mənim  olsa  da,  mən  mütləq  onu  geri  qaytarardım,  axı  bir 

özünüz  fikirləşin:  bu  qədər  pulu  mən  birdən  haradan  tapa 

bilərdim?  Lakin  işin  başlıca  cəhəti  bir  ayrıdır.  Mənim 

pastorallıqdan,  şillerçilikdən  zəhləm  gedir,  bunu  sizə 

demişəm,  işə  əngəl  qatan  da  bu  oldu.  O  çığıra-çığıra 

deyəndə ki, bu pulu sizə bağışlayıram (mənim öz pulumu!), 

siz görəydiniz ki, o necə lovğalanırdı. Mən bərk acıqlandım, 

birdən  çox  düzgün  fikirləşə  bildim,  çünki  mən  heç  vaxt 

özümü itirmirəm. Fikirləşdim ki, pulu ona versəm, bəlkə də 

onu bədbəxt edərəm. Məndən ötrü tamamilə bədbəxt olmaq, 

bütün  ömrü  boyu  məni  qarğımaq  zövqünü  onun  əlindən 

alardım.  Ancaq  dostum,  inanın  ki,  bu  cür  bədbəxtliyin 

özündə  hətta  yüksək  bir  nəşə  vardır,  bu  da  adamın  özünün 

tamamilə  alicənab  olduğunu  dərk  etməsində,  onu  incidən 

downloaded from KitabYurdu.org



 

604 


adamı  əclaf  deyə  adlandırmaqda  bütünlüklə  haqlı 

olmasındadır.  Hiddətdən  bu  cür  nəşələnmək  Şiller  təbiətli 

şəxslərdə vardır. Bəlkə də sonradan o qızın yeməyə heç bir 

şeyi  olmamışdır,  amma  mən  qəti  inanıram  ki,  o  xoşbəxt 

olmuşdur.  Mən  onu  bu  xoşbəxtlikdən  məhrum  etmək 

istəmədiyim  üçün  pulu  ona  göndərmədim.  Bu  qayda  ilə 

mənim düsturum tamamilə doğru çıxdı, insan alicənablığı nə 

qədər gurultulu, nə qədər böyük olarsa,  ən iyrənc xudbinlik 

də  onda  bir  o  qədər  çox  olar.  Bu  sizə  aydın  deyilmi? 

Amma...  Siz  məni  sancmaq  istəyirdiniz,  ha-ha-ha!  Düzünü 

deyin, sancmaq istəyirdiniz ya yox?.. Ey Taleyran! 

Mən ayağa qalxıb dedim: 

– Xudahafiz! 

Birdən  o  öz  iyrənc  ifadə  tərzini  dəyişərək  ciddi  halda 

dedi: 

–  Bir  balaca  dayanın!  İkicə  kəlmə  ilə  sözümə  yekun 



vurum.  Mənim  son  sözümə  qulaq  asın.  Mənim  bu 

dediklərimdən aydın-aşkar görünür ki (zənnimcə, siz özünüz 

də  bunu  başa  düşürsünüz),  mən  heç  vaxt,  heç  kəs  üçün  öz 

xeyrimdən  keçmək  istəmərəm.  Mənim  puldan  xoşum  gəlir, 

downloaded from KitabYurdu.org



 

605 


pul  mənə  lazımdır.  Katerina  Fyodorovnanın  pulu  çoxdur, 

onun atası on il şərab iltizamçısı olmuşdur. Onun üç milyon 

pulu  var,  bu  üç  milyon  mənim  işimə  lap  yaxşı  yarayar. 

Alyoşa  ilə  Katya  tamamilə  bir-birinin  tayıdır:  ikisi  də  son 

dərəcə axmaqdır, mənə də elə bu lazımdır. Ona görə də mən 

arzu  edirəm  və  istəyirəm  ki,  onların  evlənməsi  mütləq  baş 

tutsun,  mümkün  qədər  tez  olsun.  İki-üç  həftədən  sonra 

qrafinya  ilə  Katya  kəndə  gedəcəklər.  Alyoşa  da  onlarla 

gedəcək. Natalya Nikolayevnaya xəbərdarlıq edin, deyin ki, 

qoy  o  pastorallıq,  şillerçilik  etməsin,  mənim  əleyhimə 

qalxmasın.  Mən  adamdan  qisas  alanam,  özü  də  kinliyəm, 

mən  dediyimdən  dönməyəcəyəm.  Mən  ondan  qorxmuram, 

hər  şey,  heç  şübhəsiz,  mənim  istədiyim  kimi  olacaq,  buna 

görə  də  əgər  indi  mən  ona  xəbərdarlıq  edirəmsə,  bu  onun 

xeyrinədir.  Bax,  deyirəm  sizə:  qoy  onun  tərəfindən  heç  bir 

səfehlik-filan  olmasın,  özünü  ağıllı  aparsın.  Yoxsa,  onun 

üçün pis olar, çox pis olar. Hər şey dursun bir kənara, qoy o 

elə bircə bunun üçün mənə minnətdar olsun ki, mən onunla 

lazımi  qayda  ilə,  qanunla  rəftar  etmədim.  Şairim,  bilin  ki, 

qanun  ailə  sakitliyini  mühafizə  edir.  Qanun  oğulun  ataya 

downloaded from KitabYurdu.org



 

606 


tabe olmasına təminat verir, o şəxslər ki, uşaqları ata-anasına 

göstərdikləri  müqəddəs  vəzifələrdən  uzaqlaşdırırlar,  qanun 

buna  yol  vermir.  Bunu  da  nəzərə  alın  ki,  mənim  nüfuzlu 

adamlarla əlaqələrim var, amma onun belə adamlarla heç bir 

əlaqəsi yoxdur, bir də ki... Heç bilirsiniz mən onun başına nə 

oyun  aça  bilərdim,  yoxsa,  siz  bunu  başa  düşmürsünüz?.. 

Mən  bunu  etmədim,  ona  görə  ki,  bu  vaxta  qədər  o  hələ 

özünü  ağıllı  aparmışdır.  Arxayın  olun,  bu  altı  ayda  onların 

hər bir hərəkətinə, hər dəqiqə çox ciddi göz qoyan olmuşdur, 

mən hər şeyi ən cüzi təfsilatına qədər bilirdim. Buna görə də 

mən Alyoşanın özünün onu atmasını sakitcə gözləyirdim, bu 

da  ki,  başlanır.  Hələlik  bu  Alyoşa  üçün  xoş  bir  əyləncədir, 

qoy  əylənsin.  Mən  onun  təsəvvüründə  ədalətli  bir  ata  kimi 

qalmışam,  mənə  də  lazımdır  ki,  o  mənim  haqqımda  belə 

düşünsün.  Ha-ha-ha!  O  axşam  az  qala  ona  kompliment 

söyləməyim,  onun  son  dərəcə  alicənab  olması,  öz  xeyrini 

güdməməsi, Alyoşaya ərə getmək istəməməsi yadıma düşür, 

mən  bilmək  istərdim,  görüm  o,  Alyoşaya  necə  ərə 

gedəcəkdi!  O  ki  qaldı  mənim  o  axşam  onun  yanına 

gəlməyim,  bunu  ancaq  bir  şey  üçün  etmişdim:  onların  bir-

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə