F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə119/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   115   116   117   118   119   120   121   122   ...   161

 

597 


baxa  bilməzsiniz,  sizin  ayaqlarınız  bir-birinə  dolaşmışdır, 

zövqünüz  də  xəstədir.  Siz  ideal,  xeyirxahlıq  dərdini 

çəkirsiniz.  Dostum,  siz  nə  buyursanız,  mən  onu  qəbul 

etməyə hazıram, ancaq mən nə edim, mən yəqin bilirəm ki, 

bütün  insan  xeyirxahlığı  əsasında  çox  dərin  bir  xudbinlik 

vardır. Bir iş nə qədər xeyirxahcasına olsa, orada xudbinlik 

bir  o  qədər  də  çoxdur.  Mənim  qəbul  etdiyim  yalnız  bir 

düsturdur:  özünü  sev!  Həyat  –  ticarət  sazişidir:  pulunuzu 

havayı  yerə  çölə  atmayın,  sizin  işinizə  yarayanlara  verin, 

bununla  da  sizə  yaxın  olan  adamların  qarşısında  bütün 

borcunuzu  yerinə  yetirmiş  olarsınız.  Mən  əxlaq  məsələsini 

belə  anlayıram,  əgər  siz  mütləq  bunu  bilmək  istəyirsinizsə, 

amma  etiraf  edirəm,  mənə  qalsa,  sənin  işinə  yarayan  yaxın 

adamın  heç  haqqını  vermə,  işi  ona  havayı  gördür,  bunu 

etməyi  bacar.  Mənim  heç  bir  idealım  yoxdur,  olmasını  da 

heç  istəmirəm,  heç  vaxt  da  onların  dərdini  çəkməmişəm. 

Dünyada idealsız da çox şən, çox ləzzətlə  yaşamaq olar və 

en  some,  ümumiyyətlə  (frans.)  mən  çox  şadam  ki,  sianlı 

hidrogen turşusunu işlətmədən dolana bilirəm. Əgər mən bir 

azca xeyirxah olsaydım, bəlkə də, o axmaq filosof kimi (heç 

downloaded from KitabYurdu.org



 

598 


şübhəsiz  o  almandır),  bəli,  o  axmaq  filosof  kimi,  turşusuz 

dolana  bilməzdim!  Yox!  Həyatda  hələ  yaxşı  şey  çoxdur! 

Yüksək mövqe, rütbə, otel, çoxlu pul qoyub qumar oynamaq 

mənim  çox  xoşuma  gəlir  (qumar  oynamağı  yamanca 

xoşlayıram).  Amma  ən  çox  xoşuma  gələn  –  qadınlardır... 

Özü  də  hər  cürəsi.  Mən  hətta  rəngarəng  olsun  deyə,  daha 

qəribə,  daha  orijinal,  hətta  bir  az  çirkin  olan  gizlin, 

cinayətkar əxlaqsızlığı da xoşlayıram... Ha-ha-ha! Mən sizin 

üzünüzə  baxıram,  siz  indi  mənə  nə  yaman  nifrətlə 

baxırsınız! 

– Düz deyirsiniz! – dedim. 

–  Tutaq  ki,  elə  siz  də  düz  deyirsiniz,  axı  hər  halda, 

çirkin  əxlaqsızlıq  sianlı  hidrogen  turşusundan  yaxşıdır.  Elə 

deyilmi? 

– Yox, buna qalsa, sianlı hidrogen turşusu yaxşıdır. 

–  Mən  sizdən  qəsdən  soruşdum  ki:  “Elə  deyilmi?”  – 

bunu, sizin cavabınızdan ləzzət almaq üçün soruşdum, sizin 

necə  cavab  verəcəyinizi  mən  qabaqcadan  bilirdim.  Yox, 

dostum, əgər siz həqiqi insanpərvərsinizsə, onda bütün ağıllı 

adamlara  mənim  zövqüm  kimi  zövqü  olmasını  arzu  edin, 

downloaded from KitabYurdu.org



 

599 


hətta  qoy  lap  çirkinliyi  də  olsun,  çünki  bunsuz  tez  bir 

zamanda  ağıllı  adamların  dünyada  yaşamasının  mənası 

olmayacaq,  dünyada  ancaq  axmaq  adamlar  qalacaq.  Onda 

onlar  xoşbəxt  olacaq!  Axı  indi  də  belə  bir  atalar  sözü  var: 

axmaqlar 

xoşbəxt 


olar. 

Bilirsinizmi, 

axmaqlarla 

yaşamaqdan,  bəli-bəli  deyib  onlarla  razılaşmaqdan  xoş  bir 

şey  yoxdur,  bu  əlverişlidir!  Siz  baxmayın  ki,  mən  kübar 

cəmiyyətinin  adət-ənənələrinin  qədir-qiymətini  bilirəm, 

müəyyən qeyd-şərtlərə riayət edirəm, özümə yüksək mövqe 

qazanmağa çalışıram. Axı mən görürəm ki, boş, mənasız bir 

cəmiyyətdə  yaşayıram,  lakin  bu  cəmiyyətdə  hələ  mənim 

yerim  istidir,  mən  də  bu  cəmiyyətlə  bəli-bəli  deyə 

razılaşıram,  göstərirəm  ki,  onun  arxasında  dağ  kimi 

durmuşam, amma lazım olanda hamıdan  əvvəl onu buraxıb 

gedəcəyəm.  Mən  sizlərin  bütün  yeni  fikirlərinizə  bələdəm, 

lakin heç vaxt onların  əziyyətini çəkməmişəm, heç çəkmək 

də  lazım  deyil.  Mən  hələ  heç  bir  şeydə  vicdan  əzabı 

çəkməmişəm. Mən hər şeyə razıyam, ancaq ki, mənim üçün 

yaxşı  olsun,  bu  fikirdə  olanlar  çoxdur,  bizim  vəziyyətimiz 

doğrudan  da,  yaxşıdır.  Dünyada  hər  şey  məhv  ola  bilər, 

downloaded from KitabYurdu.org



 

600 


ancaq  biz  heç  vaxt  məhv  olmayacağıq.  Dünya  yaranandan 

biz  varıq.  Bütün  dünya  harasa  yuvarlana  bilər,  amma  biz 

tələf  olmarıq,  yenə  də  vurub  üzə  çıxarıq.  Yeri  gəlmişkən, 

qoy  bunu  da  deyim:  elə  bircə  bunu  nəzərə  alın,  görün  ki, 

bizim  kimi  adamlar  yaşamağa  necə  qabil  olan  adamlardır. 

Biz,  misal  üçün,  ağla  sığışmayacaq  dərəcədə  yaşamağa 

qabilik.  Bu  sizi  heç  təəccübləndiribmi?  Biz  səksən,  doxsan 

yaşa qədər yaşayırıq. Deməli, təbiət özü bizə himayəlik edir. 

Hi-hi-hi!  Mən  mütləq  doxsan  il  yaşamaq  istəyirəm.  Ölümü 

xoşlamıram,  özü  də  ondan  qorxuram.  Kim  bilir,  hələ  bir 

necə  öləcəksən!  Mən  bunu  axı  niyə  deyirəm?  Özünü 

zəhərləyən  filosof  məni  buna  təhrik  etdi.  Cəhənnəm  olsun 

fəlsəfə!  Buvons,  mon  cher!  Biz  axı  qəşəngcə  qızlardan 

danışmağa başlamışdıq... Hara belə? 

– Mən gedirəm, sizin də getmək vaxtınızdır... 

–  Bəsdir,  bəsdir!  Mən,  necə  deyərlər,  bütün  ürəyimi 

sizin  qarşınızda  açdım,  amma  siz  bunun  böyük  bir  dostluq 

əlaməti  olduğunu  heç  hiss  etmirsiniz  də.  Hi-hi-hi!  Şairim, 

sizin  qəlbinizdə  məhəbbət  azdır.  Bir  dayanın,  mən  bir  şüşə 

də içmək istəyirəm. 

downloaded from KitabYurdu.org



601 

– Bir şüşə də? 

–  Bəli,  bir  şüşə  də...  Xeyirxahlıq  haqqında,  mənim 

cavan  dəstpərvərdəm  (Sizi  belə  şirin  sözlə  adlandırmağa 

mənə  icazə verirsinizmi?  Kim  bilir, bəlkə mənim  təlimimin 

sizə  bir  xeyri  oldu!)...  Bəli,  mənim  dəstpərvərdəm, 

xeyirxahlıq  haqqında  mən  bayaq  sizə  dedim:  “Xeyirxah 

adam  nə  qədər  çox  xeyirxah  olsa,  onda  bir  o  qədər  çox 

xudbinlik var”. Bu barədə sizə qəşəngcə bir lətifə söyləmək 

istəyirəm: bir dəfə mən bir qızı sevirdim, özü də, az qala lap 

ürəkdən sevirdim. O qız hətta mənə çox şeyini qurban etdi... 

Daha  mən  özümü  saxlamaq  istəməyərək,  kobud  bir 

halda soruşdum: 

– O var-dövlətini oğurladığınız qız? 

Knyaz  diksindi,  üzünün  ifadəsi  dəyişdi,  qızarmış 

gözlərini  mənə  zillədi,  onun  gözlərində  şübhə  və  çılğınlıq 

vardı. 

O öz-özü ilə danışırmış kimi dedi: 



–  Dayanın,  dayanın,  qoy  fikrimi  cəmləşdirim.  Mən 

doğrudan  da,  sərxoşam,  fikrimi  cəmləşdirməkdə  çətinlik 

çəkirəm... 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə