F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə127/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   123   124   125   126   127   128   129   130   ...   161

 

638 


məndən utanır, ancaq özümü görməməzliyə qoydum. On beş 

dəqiqədən  sonra,  mən  bir  anlığa  mətbəxə  getdim.  Nelli  tez 

yatağından  qalxıb  romanı  əvvəlki  yerinə  qoydu,  mən  geri 

qayıdanda kitabı stolun üstündə gördüm. Az sonra o məni öz 

yanına  çağırdı:  onun  səsində  bir  həyəcan  duyulurdu.  Dörd 

gün idi ki, o mənimlə danışmırdı. 

Nelli qırıq-qırıq soruşdu: 

– Siz... bu gün... Nataşanın yanına... gedəcəksiniz? 

– Gedəcəyəm, Nelli, mən gərək bu gün onu görəm. 

Nelli susdu. 

Sonra yenə də zəif səslə soruşdu: 

– Siz... onu çox sevirsiniz? 

– Hə, Nelli, çox sevirəm. 

Nelli yavaşca: 

– Mən də onu sevirəm, – deyib yenə susdu. 

Sonra o, çəkinə-çəkinə mənə baxaraq əlavə etdi: 

– Mən istəyirəm onun yanına gedim, onunla yaşayım. 

Mən buna bir qədər təəccüb etdim: 

– Olmaz, Nelli... Sənin üçün burda pis keçir? 

Nelli birdən qızardı. 

downloaded from KitabYurdu.org



 

639 


– Niyə olmaz? Siz axı, mənə deyirsiniz ki, gedim onun 

atasıgildə  yaşayım,  mən  getmək  istəmirəm.  Onun 

qulluqçusu var? 

– Var. 


–  Qoy  o  öz  qulluqçusunu  çıxartsın,  mən  ona 

qulluqçuluq eləyim. Onun hər işini görərəm, heç bir şey də 

almaram, onu istəyəcəyəm, xörəyini də bişirəcəyəm. Siz bu 

gün ona elə belə də deyin. 

–  Nelli,  bu  hardan  sənin  ağlına  gəlib?  Sən  onu  nə 

bilirsən? Sən elə bilirsən ki, o səni qulluqçuluğa götürməyə 

razı olar? Səni öz yanına götürsə də ancaq öz tayı kimi, öz 

kiçik bacısı kimi götürər. 

–  Yox,  öz  tayı  kimi  götürməsini  istəmirəm.  Mən  belə 

istəmirəm… 

– Niyə axı? 

Nelli  susdu.  Onun  dodaqları  dartınırdı:  o  ağlamaq 

istəyirdi. 

Nəhayət, o soruşdu: 

– Onun sevdiyi adam ki var, o adam çıxıb gedəcək, onu 

tək qoymayacaq? 

downloaded from KitabYurdu.org



 

640 


Mən buna təəccüb etdim. 

– Nelli, sən bunu hardan bilirsən? 

–  Siz  özünüz  bunu  mənə  demisiniz:  bir  də  ki,  üç  gün 

bundan  əvvəl,  Aleksandra  Semyonovnanın  əri  səhər  bura 

gəlmişdi,  mən  ondan  soruşdum,  o  da  hamısını  açıb  mənə 

dedi: 


– Masloboyev səhər bura gəlmişdi? 

Nelli gözlərini yerə dikərək dedi: 

– Gəlmişdi. 

– Onun gəldiyini bəs sən mənə niyə deməmisən? 

– Elə... 

Mən bir az fikrə getdim. Kim bilir, bu Masloboyevin nə 

gizlin işi vardır,  mən  evdə  olmayanda o,  niyə  gəlir?  Bu nə 

əlaqədir? Onu görmək lazımdır. 

– Nelli, yaxşı, o adamın Nataşanı atmasından sənə nə? 

Nelli gözlərini yerdən qaldırmadan dedi: 

–  Siz  axı,  onu  çox  sevirsiniz.  Sevdiyiniz  üçün  də,  o 

adam gedəndə siz Nataşanı alacaqsınız. 

– Yox, Nelli, mən onu istədiyim qədər, o məni istəmir, 

bir də ki, mən… Yox, Nelli, bu olmayacaq. 

downloaded from KitabYurdu.org



 

641 


Nelli mənə baxmadan, az qala, pıçıldayaraq dedi: 

–  Mən  də,  sizin  qulluqçunuz  kimi,  sizin  hər  ikinizə 

qulluq edərdim, siz də yaşardınız, kefiniz kök olardı. 

Mən düşündüm: “Buna nə olub, buna nə olub?” Bütün 

qəlbim  alt-üst  oldu.  Nelli  susdu,  daha  heç  bir  söz  demədi. 

Mən  gedəndən  sonra  o  ağlamağa  başlamış,  bütün  axşamı 

ağlamışdı,  yatanda  da  gözüyaşlı  yatmışdı,  bunu  mənə 

Aleksandra  Semyonovna  dedi.  Hətta  gecə  yuxuda  da 

ağlayırmış, nəsə sayıqlayaraq deyirmiş. 

Bu  gündən  sonra  o  daha  artıq  qaşqabaqlı  və  tutqun 

oldu,  mənimlə  daha  heç  danışmadı.  Doğrudur,  onun  iki-üç 

dəfə  gizlincə  mənə  baxdığını  görmüşdüm,  –  onun  bu 

baxışlarında  o  qədər  nəvaziş  vardı!  Lakin  bu  xoş  nəvaziş, 

onun  oğrun  baxışı  kimi,  bir  an  davam  edirdi,  sanki  buna 

cavab  olaraq,  o  az  qala  hər  saat  daha  artıq  tutqunlaşırdı:  o 

hətta  həkimə  də  belə  əlaqə  bəsləyirdi,  həkim  onda  olan  bu 

dəyişikliyə təəccüb edirdi. Nelli daha sağalmışdı, həkim indi 

ona  çıxıb  təmiz  havada  gəzməyə,  ancaq  çox  az  gəzməyə 

icazə  vermişdi.  Hava  açıq  idi,  isti  idi.  Strastnı  həftəsi  idi: 

lakin  bu  dəfə  havalar  çox  gec  qızmışdı.  Mən  səhər  tezdən 

downloaded from KitabYurdu.org



 

642 


evdən çıxdım:  mütləq  Nataşanın  yanına  getməli  idim:  lakin 

öz-özlüyümdə bu qərara gəldim ki, evə tez qayıdım, Nellini 

götürüb gəzməyə gedim. Hələlik onu evdə tək qoydum. 

Evdə  məni  necə  bir  zərbə  gözlədiyini  ifadə  etməyə 

acizəm.  Tələsə-tələsə  evə  gəlirdim.  Gəlib  gördüm  ki,  açar 

bayır tərəfdən qapının üstündədir. İçəri girdim: heç kəs yox 

idi.  Donub  qaldım.  Baxdım  ki,  stolun  üstündə  bir  parça 

kağız var, kağıza isə karandaşla, iri, əyri-üyrü xətlə bu sözlər 

yazılmışdı: 

–  “Mən  sizdən  getdim,  bir  daha  sizin  yanınıza 

gəlməyəcəyəm. Amma mən sizi çox sevirəm. 

Sizə sədaqətli olan Nelli”. 

Mən dəhşətdən çığıraraq cəld otaqdan çıxdım. 

 

downloaded from KitabYurdu.org




 

643 


IV FƏSİL 

 

Hələ  küçəyə  çıxmamışdım,  hələ  nə  edəcəyimi 



bilmirdim  ki,  birdən  darvazanın  qabağında  bir  araba 

dayandığını  gördüm:  Aleksandra  Semyonovna  ilə  Nelli 

arabadan  düşdü.  Aleksandra  Semyonovna  onun  əlindən 

bərk-bərk  tutub  gətirirdi,  sanki  onun  yenə  qaçacağından 

qorxurdu. Mən tez onların üstünə yüyürüb çığırdım: 

– Nelli, sənə nə olub? Hara getmişdin? Niyə getmişdin? 

Aleksandra Semyonovna pıçıldayaraq dedi: 

–  Dayanın,  tələsməyin,  tez  sizə  gedək,  orada  hamısını 

bilərsiniz.  –  Yol ilə gələ-gələ, o tələsə-tələsə pıçıldayırdı:  – 

İvan  Petroviç,  heç  bilirsiniz  sizə  nə  qəribə  şeylər 

danışacağam!  Buna  ancaq  təəccüb  etmək  olar.  Gedək  evə, 

bu saat görərsiniz… 

Onun üzündən son dərəcə mühüm xəbərlər söyləyəcəyi 

oxunurdu. 

Biz  otağa  girdikdən  sonra  Aleksandra  Semyonovna 

dedi: 


downloaded from KitabYurdu.org


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə