F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə135/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   131   132   133   134   135   136   137   138   ...   161

 

679 


gəlmişdir:  hər  halda,  o  qızı  birinci  olaraq  onun  yanına 

gəlmir, bəlkə də heç onlar haqqında düşünmür, barışmağa da 

ehtiyac  hiss  etmir.  Qoca  belə  də  düşünməli  idi,  –  deyərək 

mən  fikrimi  yekunlaşdırdım,  –  buna  görə  də  məktubu 

yarımçıq  qoymuşdur,  hələ  bəlkə  də  bunun  özündən  yeni 

təhqirlər  meydana  gələcəkdir,  bu  təhqirlər  əvvəlki 

təhqirlərdən daha artıq hiss ediləcəkdir və kim bilir, bəlkə də 

onların barışması hələ xeyli gec olacaqdır. 

Anna  Andreyevna  mənə  qulaq  asaraq  ağlayırdı. 

Nəhayət,  dedim  ki,  mən  gərək  bu  saat  –  Nataşanın  yanına 

gedəm, hələ gecikmişəm də; Anna Andreyevna bunu eşidib 

birdən  hərəkətə  gəldi,  dedi  ki,  əsas  məsələni  yaddan 

çıxartmışam;  məktubu  kağızların  altından  çıxardanda 

qəfildən  mürəkkəb  qabını  çevirib  məktubu  mürəkkəbə 

bulamışam. Doğrudan da məktubun kənar tərəfi mürəkkəbə 

batmışdı, Anna Andreyevna çox qorxurdu ki, qoca gələndə 

də  bu  ləkədən  onun  kağızlarına  əl  vurulduğunu,  Anna 

Andreyevnanın Nataşaya yazılan məktubu oxuduğunu bilər. 

Onun qorxması heç də əsassız deyildi: bircə elə onun sirrini 

bildiyimiz  üçün  o  duyduğu  xəcalətdən,  acığından  ədavətini 

downloaded from KitabYurdu.org



 

680 


davam  etdirə  bilər,  qüruruna  sığışdırmayaraq,  qızını 

bağışlamamaqda inad edib durardı. 

Lakin  mən  vəziyyəti  nəzərə  alıb  Anna  Andreyevnanı 

başa saldım ki, narahat olmasın. Qoca stolun dalından elə bir 

həyəcanla qalxmışdı ki, belə xırda şeylər yəqin heç yadında 

deyil, o elə başa düşəcək ki, kağızı mürəkkəbə özü bulamış, 

ancaq  bu  yadından  çıxmışdır.  Bu  qayda  ilə  Anna 

Andreyevnaya təsəlli verib, məktubu üsulluca əvvəlki yerinə 

qoyduq; gedəndə bu fikrə düşdüm ki, onunla Nelli haqqında 

ciddi danışım. Mənə elə gəlirdi ki, başsız qalmış zavallı bir 

yetim qızın həm özünün, həm də anasının dərdli, müsibətli, 

faciəli həyatını nəql etmək qocaya təsir edər, onun qəlbində 

alicənablıq hisslərini oyadar, çünki Nellinin də anasını atası 

qarğımışdı.  Qocanın  qəlbində  hər  şey  hazır  idi,  hər  şey 

yetişmişdi;  qızının  dərdi  artıq  onun  qüruruna,  təhqir 

olunmuş  izzət-nəfsinə  üstün  gəlməyə  başlamışdı.  Yalnız 

çatışmayan şey  – təkan, əlverişli son fürsət idi, bu  əlverişli 

fürsəti  də  Nelli  əvəz  edə  bilərdi.  Anna  Andreyevna  mənə 

çox  diqqətlə  qulaq  asırdı;  onun  üzü  ümid  və  heyrətdən 

canlanmışdı. O dərhal məni məzəmmət etməyə başladı. Niyə 

downloaded from KitabYurdu.org



 

681 


mən  əvvəldən  bunu  ona  deməmişəm?  Səbirsizliklə  mənə 

Nelli haqqında sual verməyə başladı, özü də axırda təntənə 

ilə vəd  etdi  ki, indi  özüm  qocaya  yalvaracağam  ki, o  yetim 

qızı bizə gətirsin. O indi Nellini ürəkdən sevirdi, onun xəstə 

olmasına  acıyırdı,  onun  barəsində  suallar  verirdi;  məni 

məcbur etdi ki, Nelli üçün bir balaca bərni mürəbbə aparım, 

bunu  gedib  özü  ərzaq  damından  gətirdi;  beş  manat  da  pul 

gətirdi:  o  elə  güman  edirdi  ki,  mənim  həkimə  verməyə 

pulum  yoxdur;  mən  pulu  almasam  da,  o  ancaq  bir  şeylə 

təsəlli tapıb sakitləşə bildi: dedi ki, yəqin Nellinin üst və alt 

paltarına  ehtiyacı  vardır,  deməli,  bu  cəhətdən  ona  kömək 

etmək olar; buna görə də elə o saat sandığını açdı, bütün pal-

paltarını  töküşdürdü,  onların  içindən  “yetimə”  bağışlamaq 

üçün paltar seçməyə başladı. 

Mən  Nataşanın  yanına  getdim.  Qabaq  demişdim  ki, 

Nataşanın  mənzilinə  pilləkən  burula-burula  qalxırdı. 

Pilləkənin,  az  qala,  lap  yuxarısına  qalxmışdım  ki,  gördüm 

Nataşanın  qapısında  bir  adam  durub;  o  qapını  döymək 

istəyirdi  ki,  mənim  ayaq  səsimi  eşidərək  dayandı.  Nəhayət, 

yəqin  ki,  bir  az  tərəddüd  etdikdən  sonra,  birdən  fikrini 

downloaded from KitabYurdu.org



 

682 


dəyişib  aşağı  enməyə  başladı.  Pilləkən  döngəsinin  axırıncı 

pilləsində  mən  onunla  üz-üzə  gəldim  gördüm  ki,  bu 

İxmenevdir:  mən  buna  heyrət  etdim.  Pilləkəndə  gündüz  də 

çox  qaranlıq  olurdu.  O  divara  söykənərək  mənə  yol  verdi; 

yadımdadır: bu zaman o diqqətlə mənə baxır, gözləri qəribə 

halda  parıldayırdı.  Mənə  elə  gəldi  ki,  o  bərk  qızardı;  hər 

halda o özünü çaşdırdı, hətta lap itirdi. 

Əsəbi halda dedi: 

–  Ax,  Vanya,  sənsən?!  Mən  bura  bir  adamın  yanına 

gəlmişəm…  bir  mirzənin  yanına…  elə  o  işdən  ötrü…  bu 

yaxında…  bu  aralara  köçüb…  ancaq  deyəsən,  burada 

yaşamır… Mən yanılmışam. Sağ ol! 

Pilləkənlə cəld aşağı endi. 

Mən  bu  qərara  gəldim  ki,  İxmenevə  rast  gəldiyimi 

müəyyən  vaxta  qədər  Nataşaya  söyləməyim;  amma  Alyoşa 

gedəndən, o tək qalandan sonra dərhal açıb deyim. İndi onun 

ovqatı  o  qədər  təlx  idi  ki,  bu  məsələni  bütün  dərinliyi  ilə 

anlayıb  dərk  etsə  də,  sonralıqla,  son  kədər  və  ümidsizlik 

təzyiqi  altında  olarkən  onu  necə  qəbul  edib  hiss  edərsə  elə 

hiss edə bilməz. İndi hələ onun vaxtı deyildi. 

downloaded from KitabYurdu.org



 

683 


O  gün  mən  İxmenevgilə  gedə  bilərdim,  getmək  də 

istəyirdim, amma getmədim. Mənə elə gəlirdi ki, qoca məni 

görsə iztirab çəkər. Hətta elə zənn edə bilər ki, o təsadüfdən 

sonra  mən  qəsdən  gəlmişəm.  Ancaq  iki  gün  sonra  onlara 

getdim; qoca qəmgin idi, lakin məni çox sərbəst qəbul etdi, 

ancaq öz işindən danışmağa başladı. 

–  Sən  onda  kimin  yanına  getmişdin,  pilləkənlə  elə 

yuxarı qalxmışdın, yadındadır, biz bir-birimizə rast gəldik, – 

bu haçan olmuşdu? – deyəsən, iki gün bundan əvvəldi. – O 

bunu çox etinasızlıqla soruşdu, lakin soruşarkən üzünü yana 

çevirdi, mənə baxmadı. 

Mən də üzümü yana çevirərək dedim: 

– Orada bir dostum yaşayır. 

–  Belə  de!  Mən  öz mirzəmi  axtarırdım  –  Astafyevi;  o 

evi nişan vermişdilər… mən səhv salmışdım… hə, mən axı, 

sənə  öz  işimdən  danışırdım:  senatda  qərara  alıblar…  –  və 

sairə və sairə. 

O öz işindən danışanda hətta qızardı da. 

Mən  Anna  Andreyevnanı  sevindirmək  üçün  elə  həmin 

günü  bu  əhvalatı  ona  danışdım,  ancaq  xahiş  etdim  ki,  indi 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə