F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə143/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   139   140   141   142   143   144   145   146   ...   161

 

720 


Nataşa alçaldılmış, biabır edilmiş, tək, köməksiz, müdafiəsiz 

qalmışdır,  öz  düşməninin  həqarəti  altındadır.  O  bunların 

hamısını  bilir…  Nelli!  Nataşanı  xilas  et!  Getmək 

istəyirsənmi? 

Nelli  qəribə  bir  nəzərlə,  diqqətlə,  xeyli  mənə  baxaraq, 

dərindən nəfəs alıb dedi: 

–  Gedərəm.  –  Onun  mənalı  baxışında  məzəmmətə 

bənzər bir şey vardı, mən bunu öz qəlbimdə hiss etdim. 

Mən  öz  fikrimdən  əl  çəkə  bilməzdim.  Mən  ona  çox 

inanırdım. Mən Nellinin əlindən tutub evdən çıxdım. Saat üç 

idi.  Göy  üzünü  bulud  alırdı.  Son  vaxtda  hava  çox  isti  və 

bürkü  idi,  indi  isə  çox-çox  uzaqlarda  göy  guruldadı,  bu  – 

baharın ilk göy gurultusu idi. Külək əsərək tozlu küçələrdən 

ötüb keçdi. 

Biz araba tutub mindik. Nelli bütün yol uzunu susdu; o 

ancaq arabir bayaqkı qəribə, əcaib bir nəzərlə mənə baxırdı. 

Nellinin  sinəsi  həyəcanla  qalxıb  düşürdü,  mən  onu, 

yıxılmasın  deyə,  tutmuşdum:  mən  onun  xırdaca  qəlbinin 

ovcumun içində çırpındığını hiss edirdim, onun qəlbi elə bil 

ki, köksündən qopub bayıra atılmaq istəyirdi. 

downloaded from KitabYurdu.org



 

721 


 

downloaded from KitabYurdu.org




 

722 


VII FƏSİL 

 

Yol  elə  bil  heç  qurtarmayacaqdı.  Nəhayət,  biz  gəlib 



çatdıq;  mən  böyük  bir  ürək  çırpıntısı  ilə  içəri  girdim.  Mən 

İxmenevgilin evindən necə çıxacağımı bilmirdim, lakin onu 

bilirdim  ki,  mən  gərək,  hər  necə  olsa,  Nataşanın 

bağışlanmasına,  Nataşa  ilə  atasının  barışmasına  müvəffəq 

olam, ancaq ondan sonra evdən çıxam. 

Saat  dördə  işləyirdi.  Nikolay  Sergeiçlə  Anna 

Andreyevna,  həmişəki  kimi,  təkcə  oturmuşdular.  Nikolay 

Sergeiçin  ovqatı  çox  təlx  idi,  özü  də  xəstə  idi,  rəngi 

qaçmışdı, başı yaylıqla bağlanmışdı. Yorğun halda, qıçlarını 

uzadaraq öz kreslosunda yarı uzanmışdı. Anna Andreyevna 

onun  yanında  oturmuşdu,  arabir  qocanın  gicgahlarını  sirkə 

ilə  isladırdı,  diqqətlə,  həm  də  iztirab  çəkən  bir  adam  kimi, 

onun üzünə baxırdı, bu isə qocanı çox narahat edir, hətta onu 

darıxdırırdı.  Nikolay  Sergeiç  inadla  susurdu,  Anna 

Andreyevna da danışmağa cürət etmirdi. Bizim belə qəfildən 

gəlməyimiz  onları  son  dərəcə  təəccübləndirdi.  Anna 

downloaded from KitabYurdu.org



 

723 


Andreyevna  məni  və  Nellini  görüb  nədənsə  qorxdu;  əvvəl 

bizə elə baxdı ki, sanki birdən özünü müqəssir hiss etmişdi. 

Mən içəri girərək dedim: 

–  Budur,  mən  mənim  Nellimi  sizin  yanınıza  gətirdim. 

O öz fikrini dəyişdi, özü sizin yanınıza gəlmək istədi. Qəbul 

edin, sevin… 

Qoca şübhə ilə mənə baxdı; bircə elə onun baxışından, 

təyin  etmək  olardı  ki,  hər  şey  ona  məlumdur;  o  bilir  ki, 

Nataşa  indi  təkdir,  onu  atıb  getmişlər,  bəlkə  də  təhqir 

etmişlər. Bizim gəlməyimizin sirrini o, çox bilmək istəyirdi, 

buna görə də sualedici bir nəzərlə mənə və Nelliyə baxırdı. 

Nelli gözlərini yerə dikib durmuşdu, mənim əlimi bərk-bərk 

sıxaraq əsirdi. Ancaq hərdən, ələ keçmiş balaca bir heyvan 

kimi, yan-yörəsinə ürkək-ürkək baxırdı. Lakin çox çəkmədi 

ki,  Anna  Andreyevna  özünə  gələrək  məsələni  başa  düşdü: 

birdən  Nellinin  üstünə  gedib  onu  öpdü,  baş-gözünü 

sığalladı,  hətta  ağladı,  əlini  əlindən  buraxmayaraq  onu 

şəfqətlə öz yanında oturtdu. Nelli maraqla, həm də təəccüblə 

ona çəp-çəp baxırdı. 

downloaded from KitabYurdu.org




 

724 


Lakin Anna Andreyevna Nellini öpdükdən, baş-gözünü 

sığalladıqdan,  öz  yanında  oturtduqdan  sonra  nə  edəcəyini 

bilmədi, sadəlövhcəsinə bir intizarla mənə baxmağa başladı. 

Nikolay Sergeiç üz-gözünü qırışdırdı: o elə bil ki, Nellini nə 

üçün gətirdiyimi başa düşmüşdü. O, qaşqabağını tökmüşdü, 

üzündə  narazılıq  ifadə  olunurdu,  –  bunları  gördüyümü  hiss 

edəndə, əlini başına aparıb, qırıq bir səslə mənə dedi: 

– Vanya, başım ağrıyır. 

Biz  hələ  də  oturub  susurduq.  Mən  necə  söhbətə 

başlamağı fikirləşirdim. Otaq qaranlıq kimi idi; göyün üzünü 

qara bulud alırdı; yenə də uzaqlardan göy gurultusu eşidildi. 

Nikolay Sergeiç dedi: 

–  Bu  yaz  göy  nə  tez  guruldayır.  Amma  otuz  yeddinci 

ildə, yadımdadır, bizim yerlərdə bundan da tez guruldadı. 

Anna Andreyevna ah çəkdi, sonra qorxa-qorxa soruşdu: 

– Samovar qoyummu? 

Heç  kəs  ona  cavab  vermədi,  o  yenə  də  Nelliyə  tərəf 

döndü: 


– Sənin adın nədir, əzizim? 

downloaded from KitabYurdu.org




 

725 


Nelli  zəif  səslə  öz  adını  söyləyib  başını  daha  da  aşağı 

dikdi. Nikolay Sergeiç diqqətlə ona baxdı. 

Anna Andreyevna həvəsə gələrək sözünə davam etdi: 

– Bu Yelena deməkdir? 

Nelli dedi: 

– Bəli. Yenə də bir az susdular. 

Nikolay Sergeiç sözə qarışdı: 

–  Praskovya  Andreyevnanın  bacısı  qızının  da  Yelena 

adlı bir qızı vardı, ona Nelli deyirdilər. Mənim yadımdadır. 

Anna Andreyevna yenə də Nellidən soruşdu: 

– Əzizim, sənin atan, anan, qohum-əqrəban – heç kəsin 

yoxdur? 


Nelli çəkinə-çəkinə pıçıldadı: 

– Xeyr, yoxdur. 

– Mən bunu eşitmişəm, eşitmişəm. Sənin anan çoxdan 

ölüb? 


– Yox, bu yaxında. 

Anna Andreyevna ona mərhəmətlə baxaraq əlavə etdi: 

–  Mənim  əzizim,  yetim  balam!  –  Nikolay  Sergeiç 

səbirsizliklə barmaqlarını stola vururdu. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə