F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə140/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   136   137   138   139   140   141   142   143   ...   161

 

705 


bağışla…  Onun  sözləri  arasında  rabitə  yox  idi,  göz  yaşları 

onu  boğurdu.  Bəzən  birdən  ona  təsəlli  verməyə  başlayırdı, 

deyirdi  ki,  ancaq  biraylığa,  uzaqbaşı  beşhəftəliyə  gedirəm, 

yayda, toyumuz olanda gələcəyəm, atam da razılıq verəcək, 

bir  də  axı,  sabah  yox  o  birisi  gün  Moskvadan  qayıdıb 

gələcəyəm,  dörd  gün  bir  yerdə  olacağıq,  deməli,  indi  biz 

ancaq bircə günlüyə ayrılırıq… 

Qəribə  burasıdır  ki,  o  doğru  danışdığına,  sabah  yox  o 

birisi  gün  Moskvadan  mütləq  qayıdıb  gələcəyinə  tamamilə 

inanırdı. Bəs o nə üçün belə ağlayırdı, iztirab çəkirdi? 

Nəhayət,  saat  on  biri  vurdu.  Mən  güclə  Alyoşanı  başa 

saldım ki, getmək vaxtıdır. Moskva qatarı düz saat on ikidə 

yola  düşürdü.  Bir  saat vaxt qalırdı.  Nataşa  özü sonra  mənə 

dedi  ki,  heç  yadımda  deyil  –  axırıncı  dəfə  mən  ona  necə 

baxdım.  Mənim  yadımdadır  ki,  Nataşa  ona  xaç  vurdu,  onu 

öpdü, əllərilə üzünü örtərək tez otağa qayıtdı. Alyoşanı mən 

gərək  lap  ekipaja  qədər  yola  salaydım,  yoxsa o  mütləq geri 

qayıdacaqdı, pilləkəndən heç enməyəcəkdi. 

Alyoşa aşağı düşə-düşə mənə deyirdi: 

downloaded from KitabYurdu.org




 

706 


–  Bütün  ümidim  sizədir!  Mənim  əzizim  Vanya!  Sizin 

qabağınızda mən müqəssirəm, mən sənin məhəbbətinə layiq 

ola bilmədim, ancaq axıra kimi mənim qardaşım ol: onu sev, 

onu  atıb  getmə;  bütün  olan  şeyləri  mümkün  qədər  mənə 

ətraflı  yaz,  xırda  yaz,  mümkün  qədər  xırda  yaz  ki,  kağıza 

çox  sığışsın.  Sabah  yox,  o  biri  gün  mən  yenə  burdayam, 

mütləq, mütləq burdayam! Sonra da, mən gedəndən sonra da 

yaz! 


Mən onu arabasına oturtdum. 

Araba gedə-gedə o çağırıb mənə dedi: 

– Sağ ol! Sabah yox, o birisi gün gəlirəm! Mütləq! 

Ürəyim  donmuş  halda  Nataşanın  yanına  qayıtdım.  O, 

qollarını döşündə çarpazlayaraq, otağın ortasında durmuşdu, 

təəccüblə mənə baxırdı, sanki məni tanımırdı. Onun saçı bir 

yana  əyilmişdi;  baxışları  dumanlı  idi,  dalğındı.  Mavra 

qəmgin  qalda  qapı  ağzında  durub,  qorxulu  nəzərlə  ona 

baxırdı. 

Birdən Nataşanın gözləri parıldadı. 

Mənim üstümə çığıraraq dedi: 

downloaded from KitabYurdu.org




 

707 


– Hə! Sənsən?! Sənsən?! İndi ancaq bir sən qalmısan. 

Sən  ona  nifrət  edirdin!  Onu  sevdiyimi  sən  heç  də  ona 

bağışlaya bilmədin… İndi sən yenə də mənim yanımdasan! 

Yenə də təsəlli verməyə gəlmisən, yenə də gəlmisən ki, məni 

yola gətirəsən: mən atamın yanına gedim, o atanın ki, məni 

atmış,  məni  qarğımışdır!  Mən  elə  dünən  də  bunu  bilirdim, 

getmək  istəmirəm!  Mən  özüm  onları  qarğıyıram!..  Rədd  ol 

burdan! Mənim səni görməyə gözüm yoxdur! Rədd ol, rədd 

ol! 

Başa düşdüm ki, o ağır həyəcan içindədir, mənim burda 



olmağım onda qəzəb və çılğınlıq doğurur, başa düşdüm ki, 

bu  elə  belə  də  olmalıdır,  yaxşısı  budur  ki,  çıxıb  gedim. 

Otaqdan  çıxıb  pilləkənin  birinci  pilləsində  oturdum, 

gözləməyə  başladım.  Hərdən  ayağa  qalxıb  qapını  açır, 

Mavranı  çağırıb  Nataşanın  halını  soruşurdum;  Mavra 

ağlayırdı. 

Bu qayda ilə saat yarım keçdi. Bu zaman mənim nələr 

çəkdiyimi  heç  təsəvvür  etmək  mümkün  deyil.  Duyduğum 

əzab  və  iztirabdan  qəlbim  parçalanırdı.  Birdən  qapı  açıldı, 

Nataşa,  başında  şlyapa,  əynində  burnus  palto,  cəld  bayıra 

downloaded from KitabYurdu.org



 

708 


çıxdı.  Onun  sanki huşu  başında deyildi,  o  sonra  mənə  dedi 

ki,  bu  güclə  yadıma  gəlir,  heç  özüm  də  bilmirdim  ki,  hara 

gedirəm, niyə gedirəm. 

Mən  yerimdən  qalxıb  gizlənməyə  macal  tapmadım:  o 

birdən  məni  gördü;  qabağımda  heyrət  içində  donub  qaldı. 

Sonralar  o  mənə  deyirdi:  “Birdən  ağlıma  gəldi  ki,  mən 

dəliyəm, zalımam: axı, necə ola bilərdi ki, mən səni qovum, 

səni  –  mənim  dostumu,  mənim  qardaşımı,  mənim 

xilaskarımı!  Mən  səni,  sən  zavallını  təhqir  etdim:  eləki 

gördüm  sən  pilləkəndə  oturmusan,  getmirsən,  gözləyirsən 

ki, mən yenə də səni çağırım, – ah, ilahi! – bilsəydin, Vanya, 

mən  onda  nələr  duydum!  –  Elə  bil  ki,  ürəyimə  iti  bir  şey 

soxdular…” 

Nataşa əllərini mənə tərəf uzadaraq: 

– Vanya! Vanya! Sən burdasan!.. – çığırdı və qollarım 

arasına düşdü. 

Mən  onu  tutub  otağa  gətirdim.  O  özündən  getmişdi. 

Fikirləşdim  ki:  “İndi  mən  nə  edim!  Bu  mütləq 

xəstələnəcək!” 

downloaded from KitabYurdu.org




 

709 


O  saat  həkimə  getməyi  qət  etdim;  xəstəliyin  qabağını 

almaq  lazımdı.  Həkimin  yanına  tez  getmək  olardı. 

Tanıdığım qoca alman, adətən saat ikiyə kimi evdə otururdu. 

Mən cəld onun yanına getdim; gedəndə Mavraya yalvardım 

ki,  bir  dəqiqə  də,  bir  saniyə  də  olsa  Nataşanın  yanından 

ayrılmasın,  onu  heç  yerə  buraxmasın.  Allahın  mənə  yazığı 

gəldi: bir az da gec getsəydim, həkimi evdə tapmayacaqdım; 

qoca otaqdan küçəyə çıxmışdı ki, mən ona rast gəldim. Bir 

anda onu – minib gəldiyim faytona oturtdum, belə ki, o heç 

buna  təəccüb  etməyə  macal  tapmadı;  faytonu  sürətlə 

Nataşanın mənzilinə sürdürdüm. 

Bəli,  Allahın  mənə  yazığı  gəlmişdi!  Mən  Nataşanın 

yanından gedən yarım saat idi; bu yarım saatın içində onun 

başına elə bir hadisə gəlmişdi ki, əgər biz vaxtında özümüzü 

yetirməsəydik,  o  tamam  məhv  ola  bilərdi.  Mən  gedəndən 

heç on beş dəqiqə keçməmiş knyaz içəri girir. O, Alyoşagili 

yola  salan  kimi  dəmir  yolundan  birbaşa  Nataşanın  yanına 

gəlir.  Yəqin  bu  gəlişini  çoxdan  düşünüb  hazırlayıbmış. 

Nataşa özü sonra mənə deyirdi ki, “mən hətta əvvəl knyazın 

gəlməsinə təəccüb etmədim. Mənim ağlım çaşmışdı”. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə