F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə148/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   144   145   146   147   148   149   150   151   ...   161

 

747 


öskürürdüm, babam heç başını qaldırıb mənə baxmırdı. Mən 

də  axırda  çıxıb  gedirdim.  Evdə  anam  mənim  yolumu 

gözləyirdi,  o,  yatağında  uzanmış  olurdu,  mən  də  nə  varsa, 

hamısını ona danışırdım, bu qayda ilə axşam keçib gedirdi, 

mən babam barəsində gördüklərimi söyləyirdim, o da qulaq 

asırdı.  Deyirdim  ki,  bu  gün  o  nə  eləyirdi,  mənə  nə  kimi 

əhvalatlar  danışırdı,  bu  gün  mənə  hansı  dərsi  deyib.  Elə  ki 

Azorkadan  danışmağa  başladım,  dedim  ki,  mən  onu  ağac 

üstündən  tullandırırdım,  babam  da  baxıb  gülürdü.  Anam 

birdən gülməyə başladı, xeyli güldü, sevindi, dediklərimi bir 

də  mənə  söylətdi,  sonra  da  dua  eləməyə  başladı.  Mən  də 

fikirləşib  öz-özümə  deyirdim:  “Niyə  axı  anam  babamı  belə 

istəyir, amma babam anamı istəmir?” Sonra babamın yanına 

gələndə  anamın  onu  necə  çox  istədiyini  qəsdən  danışmağa 

başladım.  O  qulaq  asırdı,  özü  çox  acıqlı  idi,  amma  qulaq 

asırdı, bircə kəlmə də söz demirdi. Sonra ona dedim ki, niyə 

axı  anam  səni  belə  çox  istəyir,  həmişə  səni  soruşur,  amma 

sən  onu  heç  soruşmursan?  Babam  bunu  eşidəndə  acıqlanıb 

məni  bayıra  qovdu.  Mən  bir  az  qapının  dalında  dayandım, 

birdən o, qapını açıb məni içəri çağırdı, ancaq özü çox acıqlı 

downloaded from KitabYurdu.org



 

748 


idi,  dinib-danışmırdı.  Sonra  mənə  şəriət  dərsi  deyəndə  mən 

yenə  ondan  soruşdum:  “Niyə  axı  həzrət  İsa  deyib  ki,  bir-

birinizi  sevin,  bir-birinizin  günahından  keçin,  amma  sən 

anamın  günahından  keçmək  istəmirsən?”  Bunu  deyəndə  o, 

tez  yerindən  qalxdı,  çığıra-çığıra  dedi  ki,  bunu  sənə  anan 

öyrədib, itələyib məni evdən çıxartdı, dedi ki, bundan sonra 

bir  də  buralara  gəlmə.  Mən  də  dedim  ki,  mən  özüm  daha 

bura  gəlməyəcəyəm,  çıxıb  getdim...  Ertəsi  gün  babam  o 

otaqdan köçdü... 

Nikolay Sergeiç üzünü pəncərəyə çevirərək dedi: 

–  Mən  dedim  ki,  yağış  tez  kəsəcək,  budur,  kəsdi,  gün 

də çıxdı... Vanya, bir bax! 

Anna Andreyevna çox təəccüblə ona baxdı, indiyə kimi 

onun sakitlik, qorxaqlıq ifadə olunan gözləri birdən hiddətlə 

parıldadı.  Dinməz-söyləməz  Nellinin  əlindən  tutub  dizinin 

üstündə oturtdu. 

–  Mənə  danış,  mənim  mələyim,  mən  sənə  qulaq 

asacağam... Qoy o adamların ki ürəyi sərtdir... 

Sözünü tamamlaya bilməyib ağladı. Nelli sualedici bir 

nəzərlə, sanki tərəddüd və qorxu içində mənə baxdı. Nikolay 

downloaded from KitabYurdu.org



 

749 


Sergeiç  də  mənə  baxıb  çiyinlərini  sıxdı,  lakin  elə  o  saat 

üzünü yana çevirdi. 

– Danış, – dedim, – Nelli! 

Nelli yenə də sözə başladı: 

– Üç gün babamın yanına getmədim, bu zaman anamın 

halı xarablaşdı. Bizim pulumuz lap qurtardı, dərman almağa 

da  pul  yox  idi,  özümüz  də  heç  bir  şey  yemirdik,  çünki 

mənzil  yiyəsinin  də  yeməyə  bir  şeyi  yox  idi.  Onlar  bizi 

məzəmmət  eləməyə  başladılar,  dedilər  ki,  siz  bizim 

hesabımıza  yaşayırsınız.  Səhər  mən  yerimdən  durub 

geyinməyə  başladım.  Anam  soruşdu  ki,  hara  gedirsən? 

Dedim ki, babamın yanına, pul istəməyə. Anam bundan çox 

sevindi, çünki mən anama əhvalatın hamısını, babamın məni 

evindən qovduğunu danışmışdım, demişdim ki, mən bundan 

sonra  babamın  yanına  getməyəcəyəm,  anam  ağlasa  da, 

yalvarsa  da,  mən  sözümdən  dönmədim.  Buna  görə  də 

mənim  getməyim  onu  sevindirdi.  Mən  gedib  gördüm  ki, 

babam oradan köçüb, onun köçdüyü evi axtarıb tapdım. İçəri 

girən  kimi,  o,  tez  yerindən  qalxıb  mənim  üstümə  cumdu, 

ayaqlarını yerə döydü, mən elə o saat dedim ki, anam bərk 

downloaded from KitabYurdu.org



 

750 


xəstədir, dərman almağa əlli qəpik pul lazımdır, amma bizim 

yeməyə heç nəyimiz yoxdur. Babam üstümə çığırdı, itələyib 

məni  bayıra  çıxartdı,  qapını  örtüb  cəftəsini  vurdu.  O  məni 

itələyib  bayıra  çıxardanda  mən  dedim  ki,  pilləkəndə 

oturacağam. Bir az sonra o, qapını açıb gördü ki, mən orada 

oturmuşam,  yenə  qapını  bağladı.  Bunun  üstündən  xeyli 

keçdi, o yenə qapını açıb baxdı, yenə də məni orada görüb 

qapını  bağladı.  Sonra  bir  neçə  dəfə  açıb  baxdı.  Axırda 

Azorka ilə otaqdan çıxdı, qapını kilidlədi, mənim yanımdan 

ötüb  keçdi,  bircə  kəlmə  də  söz  demədi.  Mən  də  ona  bircə 

kəlmə  söz  demədim.  Mən  elə  pilləkən  başında  oturub 

qaldım, ta hava qaralana qədər oturdum. 

Anna Andreyevna həyəcanla dedi: 

– Can bala, yəqin ora soyuq imiş! 

Nelli cavab verdi ki: 

– Əynimdə dərili palto vardı. 

– Dərili palto nədi ki, can bala, gör sən nə qədər əzab 

çəkmisən! Bəs sənin baban necə oldu? 

Nellinin  dodaqları  titrədi,  lakin  o,  canını  dişinə  tutub 

özünü ələ aldı. 

downloaded from KitabYurdu.org



 

751 


– Babam hava lap qaralandan sonra gəldi, içəri girmək 

istəyəndə  mənə  toxunub  çığırdı  ki,  bu  kimdir?  Dedim  ki, 

mənəm.  O  elə  yəqin  etmişdi  ki,  mən  çoxdan  getmişəm, 

mənim  hələ  də  burada  olduğumu  görüb  çox  təəccüb  elədi, 

özü  də  xeyli  mənim  qabağımda  durdu.  Birdən  əlağacını 

pilləkənin  pilləsinə  vurub  yüyürdü,  qapını  açdı,  azca  sonra 

mənə  qara  pul  gətirdi,  hamısı  da  şahılıq  idi,  pulları  üstümə 

atdı, qara şahılar pilləkənə töküldü, çığırıb dedi: “Al, götür, 

varım-yoxum nə varsa, hamısı budur, anana de ki, mən onu 

qarğıyıram!”  Qapını  çırpıb  getdi.  Şahılar  pilləkənə 

dağılmışdı.  Qaranlıqda  onları  yığmağa  başladım.  Babam, 

görünür,  şahıların  dağıldığını,  onları  qaranlıqda  yığmağın 

çətin olduğunu başa düşmüşdü, qapını açıb şam gətirdi, mən 

də  pulları  şam  işığında  tez  yığa  bildim.  Babam  özü  də 

yığırdı, sonra mənə dedi ki, gərək burda cəmisi on dörd şahı 

olsun,  bunu  deyib  getdi.  Mən  evə  qayıtdım,  pulu  anama 

verib,  olan  əhvalatın  hamısını  danışdım.  Anamın  halı 

xarablaşdı, özüm də bütün gecəni xəstə oldum, ertəsi gün də 

qızdırmam  soyumadı,  ancaq  mən  bircə  şey  barəsində 

fikirləşirdim,  çünki  babama  bərk  acığım  tutmuşdu.  Anamın 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə