F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə150/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   146   147   148   149   150   151   152   153   ...   161

 

757 


Bundan  sonra  anam  daha  yatağından  qalxmadı,  üç 

həftədən sonra öldü... 

Anna Andreyevna həyəcanla soruşdu: 

– Bəs onun atası necə oldu? Onu bağışlamadı? 

Nelli əzab içində özünü ələ alaraq dedi: 

–  Yox,  bağışlamadı.  Öləndən  bir  həftə  əvvəl  anam 

məni yanına çağırıb dedi: “Nelli, bir də babanın yanına get, 

qoy  bu  axırıncı  gedişin  olsun,  ona  yalvar  ki,  qoy  mənim 

yanıma gəlsin, məni bağışlasın. De ki, anam bir neçə gündən 

sonra öləcək, sən bu dünyada tək qalacaqsan. Bunu da de ki, 

mən əzab içində ölürəm...” Mən də getdim, qapını döydüm, 

babam qapını açdı, məni görən kimi, istədi örtsün, mən iki 

əlli  qapıdan  yapışıb  çığırdım:  “Anam  ölür,  sizi  çağırır, 

gəlin!..”  O  məni  itələyib  qapını  şaqqıltı  ilə  örtdü.  Mən 

anamın  yanına  qayıtdım,  onun  yanında  uzandım,  onu 

qucaqladım,  heç  bir  söz  demədim...  Anam  da  məni 

qucaqladı, heç bir şey soruşmadı... 

Nikolay  Sergeiç  əllərini  ağır-ağır  stola  dirəyərək 

yerindən  qalxdı,  qəribə,  tutqun  bir  nəzərlə  bizim  hamımızı 

gözdən  keçirtdi,  sonra  gücdən  düşmüş  kimi,  yenə  də  öz 

downloaded from KitabYurdu.org



 

758 


kreslosunda  oturdu.  Anna  Andreyevna  daha  ona  baxmırdı, 

hönkür-hönkür ağlayaraq Nellini qucaqlayırdı... 

–  Anam  öləndən  bir  gün  əvvəl  məni  yanına  çağırdı, 

əlimdən tutub dedi: “Nelli, mən bu gün öləcəyəm...” O yenə 

nəsə demək istədi, deyə bilmədi. Mən ona baxdım, o elə bil 

ki, daha məni görmürdü, ancaq əlimi bərk-bərk tuturdu. Mən 

üsulluca  əlimi  onun  əlindən  çıxartdım,  evdən  çıxıb  bütün 

yolu  yüyürə-yüyürə  babamın  yanına  getdim.  O  məni  görən 

kimi  tez  stuldan  qalxıb  mənə  baxdı,  özü  də  elə  qorxdu  ki, 

rəngi  ağappaq  ağardı,  bütün  bədəni  tir-tir  əsdi.  Mən  onun 

əlindən tutub ancaq bu sözü deyə bildim: “Bu saat öləcək”. 

Babam  o  saat  əl-ayağa  düşdü,  əlağacını  qapıb  mənim 

dalımca yüyürdü, hətta şlyapasını da yadından çıxartdı, hava 

soyuq  idi.  Mən  tez  onun  şlyapasını  başına  qoydum,  ikimiz 

bir  yerdə  yüyürüb  getdik.  Mən  onu  tələsdirirdim,  deyirdim 

ki, bir minik tut, çünki anam bu saat öləcək. Babamın cəmisi 

yeddi  qəpik  pulu  vardı.  O,  bir  minik  arabası  saxlatdırdı, 

qiymət  üstündə  danışmağa  başladı,  sürücülər  ona  gülürdü, 

Azorkaya da gülürdü, Azorka da bizim dalımızca gəlmişdi. 

Biz  yenə  də  yüyürməyə  başladıq.  Babam  yoruldu,  ağır-ağır 

downloaded from KitabYurdu.org



 

759 


nəfəs  alırdı,  amma  yenə  də  tələsirdi,  yüyürürdü.  Birdən  o 

yıxıldı,  şlyapası  da  başından  düşdü.  Mən  onu  qaldırdım, 

şlyapasını  yenə  də  başına  qoydum,  onun  qolundan  tutub 

aparmağa başladım, ancaq hava qaralanda gəlib evə çatdıq... 

Gördük  ki,  anam  ölüb...  Babam  onu  görən  kimi  əlini  əlinə 

çırpdı, tir-tir əsdi, onun başı üstündə durdu, bircə kəlmə də 

söz  demədi.  Mən  anamın  meyitinə  yaxınlaşdım,  babamın 

qolundan  tutub  çığırdım:  “Amansız,  zalım  adam,  bir  bax!.. 

bir bax!..” Babam birdən çığırıb meyit kimi yerə sərildi... 

Nelli  birdən  ayağa  qalxıb  Anna  Andreyevnanın 

qucağından  ayrıldı,  bizim  aramızda  dayandı.  Onun  rəngi 

qaçmışdı, üzündə böyük bir əzabın ifadəsi vardı, o nədənsə 

qorxurdu. Anna  Andreyevna  Nellinin  üstünə  yüyürdü, yenə 

də onu qucaqladı, sanki böyük bir ilham içində çığırdı: 

–  Nelli,  indi  mən,  mən  sənin  anan  olacağam,  sən  də 

mənim  balam!  Hə,  Nelli,  gedək,  bütün  bu  daşürəkli,  zalım 

adamları atıb gedək! Qoy onlar insanları ələ salsınlar, Allah 

onlardan  bunun  heyfini  çıxar.  Gedək,  Nelli,  gedək  burdan, 

gedək!.. 

downloaded from KitabYurdu.org




 

760 


Mən Anna Andreyevnanı belə bir halda görməmişdim, 

sonralar  da  görmədim,  heç  ağlıma  da  gəlmirdi  ki,  o  belə 

həyəcanlı ola bilər. Nikolay Sergeiç öz kreslosunda dikəldi, 

yerindən bir az qalxaraq həyəcanlı səslə soruşdu: 

– Anna Andreyevna, hara gedirsən? 

O çığırıb dedi: 

– Ora, qızımın yanına, Nataşanın yanına! 

Nellini də öz ardınca qapıya tərəf dartıb apardı. 

– Dayan, dayan, bir gözlə!.. 

–  Nə  gözləyim,  daşürəkli,  zalım  adam!  Mən  çox 

gözlədim, o da çox gözlədi, indi daha mən getdim! 

Anna  Andreyevna  bunu  deyərək  geri  döndü,  ərinə 

baxaraq  donub  qaldı:  Nikolay  Sergeiç  şlyapasını  götürüb 

onun  qabağında  durmuşdu,  gücdən  düşmüş  titrək  əllərilə, 

tələsə-tələsə paltosunu geyinirdi. 

Anna  Andreyevna  əllərini  yalvarışlı  bir  ifadə  ilə 

sinəsinə qoyub, şübhə ilə ona baxaraq çığırdı: 

–  Sən  də...  Sən  də  mənimlə  gedirsən?!  –  sanki  o  belə 

bir xoşbəxtliyin üz verdiyinə inana bilmirdi. 

downloaded from KitabYurdu.org




 

761 


Nəhayət,  Nikolay  Sergeiçin  qəlbindən  belə  bir  fəryad 

qopdu: 


– Nataşa! Hanı mənim Nataşam?! Hanı?! Hanı mənim 

qızım?!  Verin  mənim  Nataşamı!  Hanı,  hanı  o?!  –  mənim 

verdiyim əlağacını qaparaq qapıya tərəf cumdu. 

Anna Andreyevna həyəcanla dedi: 

– Bağışladı! Bağışladı! 

Lakin  qoca  qapıya  çatmamışdı  ki,  qapı  birdən  açıldı. 

Nataşa  yüyürə-yüyürə  otağa  girdi:  onun  rəngi  ağarmışdı, 

gözləri  parıldayırdı,  sanki  qızdırma  içində  idi.  Əynindəki 

paltarı əzilmiş, yağışdan islanmışdı, başına bağladığı yaylığı 

sinəsinə  enmişdi,  dağılmış  gur  saçları  üstündə  iri  yağış 

damlaları  parıldayırdı.  İçəri  girən  kimi,  atasını  gördü, 

çığıraraq qollarını açıb onun qarşısında diz çökdü. 

 

 

 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə