F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə152/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   148   149   150   151   152   153   154   155   ...   161

 

767 


Nataşa  atasının  qucağından  əlini  mənə  tərəf  uzadaraq, 

zəif səslə dedi: 

– Vanya! Vanya!.. 

Ah!  Onun  bu  anda  məni  yad  etməsini,  məni 

çağırmasını mən heç vaxt unutmayacağam! 

Qoca ətrafına baxaraq soruşdu: 

– Hanı Nelli? 

Qarı həyəcanla dedi: 

–  Ah,  o  haradadır?  Mənim  əziz  balam!  Biz  onu  tək 

qoymuşuq! 

Nelli  otaqda  yox  idi,  o  hiss  etdirmədən  yataq  otağına 

getmişdi.  Biz  hamımız  ora  getdik.  Nelli  qapının  arxasında, 

küncdə durmuşdu, çəkinə-çəkinə bizdən gizlənirdi. 

Qoca həyəcanla: 

– Nelli, mənim tifil balam, sənə nə olub? – deyərək onu 

qucaqlamaq istədi. 

Lakin  Nelli  ona  xeyli  baxıb  durdu...  Nəhayət,  huşunu 

itirmiş kimi: 

downloaded from KitabYurdu.org



 

768 


–  Ana!  Mənim  anam  hanı?  –  dedi  və  sonra  titrək 

əllərini  bizə  tərəf  uzadaraq  çığırdı.  –  Hanı,  hanı  mənim 

anam? 

Birdən  onun  sinəsindən  dəhşətli  bir  fəryad  qopdu,  üzü 



əsəbi halda titrədi, o, ağır bir bayqınlıq içində yerə yıxıldı... 

 

 



 

downloaded from KitabYurdu.org




 

769 


EPİLOQ 

 

SON XATİRƏLƏR 

 

İyunun ortasıdır. Hava isti və bürküdür, şəhərdə qalmaq 



mümkün  deyil,  hara  gedirsən  tozdur,  əhəngdir,  tikintidir, 

qızmış  daşdır,  pis  havadır...  Bax,  nə  yaxşı  oldu!  Haradasa 

göy  guruldadı,  hava  yavaş-yavaş  buludlaşdı,  külək  əsdi, 

küçələrin  tozunu  duman  kimi  qaldırdı.  Yerə  bir  neçə  iri 

yağış damlası düşdü, bunun da ardınca sanki göy parçalandı, 

şəhərin üstünə elə bil sel axıb töküldü. Yarım saatdan sonra 

yenə  də  gün  çıxdı,  mən  öz  daxmamın  pəncərəsini  açdım, 

təmiz havanı böyük bir ehtirasla yorğun sinəmə çəkib nəfəs 

aldım. Duyduğum nəşədən az qalmışdı ki, qələmi də, bütün 

işlərimi  də,  hətta  nəşriyyatçını  da  atıb  Vasilyevskiyə, 



bizimkilərin  yanına  gedim.  Getmək  həvəsi  nə  qədər  böyük 

olsa da, öz-özümə qalib gəldim, yenə qəzəblə kağıza hücum 

etdim,  hər  necə  olsa,  işi  qurtarmaq  lazımdır!  Nəşriyyatçı 

belə  tapşırıb,  yoxsa  pul  verməz.  Məni  orada  gözləyirlər, 

amma  mən  axşam  sərbəst  olacağam,  lap  külək  kimi  tamam 

downloaded from KitabYurdu.org




 

770 


sərbəst olacağam, bu axşam iki gün iki gecə gördüyüm işin 

mükafatını verəcək: bu iki gün iki gecədə mən üç çap vərəqi 

yarım yazı yazmışam. 

Budur,  nəhayət,  iş  qurtardı,  qələmi  yerə  qoyub  ayağa 

qalxıram, belimdə, sinəmdə ağrı, başımda bir bayğınlıq hiss 

edirəm.  Bilirəm  ki,  bu  anda  əsəblərim  son  dərəcə 

pozulmuşdur, sanki qoca həkimin mənə dediyi son sözlərini 

eşidirəm.  O  deyirdi  ki:  “Heç  bir  bədən  bu  gərginliyə  tab 

gətirə  bilməz,  çünki  bu  mümkün  deyil!”  Amma  hələ  ki,  bu 

mümkündür!..  Başım  hərlənir,  güclə  ayaq  üstə  dururam, 

lakin qəlbim böyük bir sevinc duyur. Povesti tamamilə yazıb 

qurtarmışam, nəşriyyatçıya borcum nə qədər çox olsa da, öz 

şikarını əlində görəndə, hər halda mənə bir qədər pul verər, 

əlli  manat  da  olsa  verər,  çoxdandır  mən  özümdə  bu  qədər 

pul  görməmişəm!  Sərbəstlik  və  pul!..  Mən  böyük  bir 

sevinclə şlyapamı götürdüm, əlyazmamı qoltuğuma vurdum, 

yüyürüb  getdim,  tez  getdim  ki,  bizim  çox  qiymətli  olan 

Aleksandr Petroviçi evində görə bilim. 

Mən  içəri  girəndə  o  çıxmağa  hazırlaşırdı.  O,  qeyri-

ədəbi,  lakin  çox  əlverişli  bir  alveri  təzəcə  qurtarmışdı, 

downloaded from KitabYurdu.org



 

771 


nəhayət,  iki  saatdan  bəri  kabinetində  oturan  qarayanız  bir 

cuhudu  yola  saldıqdan  sonra,  nəvazişlə  mənə  əl  verdi, 

yumşaq,  mehriban,  yoğun  səsilə  səhhətimin  necə  olduğunu 

soruşdu.  Bu  çox  sevimli  adamdır,  zarafatsız,  mən  ona  çox 

minnətdaram.  Onun  təqsiri  nədir  ki,  ədəbiyyatda  həmişə 

ancaq bir nəşriyyatçı olub qalmışdır? O başa düşmüşdür ki, 

ədəbiyyata bir nəşriyyatçı da lazımdır, özü də bunu vaxtında 

başa düşmüşdür, bunun üçün də əlbəttə, bir nəşriyyatçı kimi 

ona hörmət və ehtiramlar olsun! 

O,  povestin  qurtardığını,  bu  qayda  ilə  kitabın  yeni 

nömrəsində baş şöbənin təmin edildiyini bilib, xoş bir ifadə 

ilə  gülümsədi, bu  əsəri  necə  qurtara  bildiyimə  təəccüb  etdi, 

bununla  əlaqədar  olaraq,  çox  nəzakətlə  məzəli  bir  söz  də 

dedi.  Sonra,  vəd  etdiyi  əlli  manatı  vermək  üçün  öz  dəmir 

sandığına tərəf getdi, lakin pul yerinə mənə qalın bir jurnal 

uzatdı,  bu  mənə  qarşı  düşmənçilik  edən  bir  jurnaldır,  onun 

tənqid şöbəsində mənim son povestim haqqında bir neçə söz 

yazılmışdı – bunu mənə göstərdi. 

Baxdım  ki,  bu  “mirzə”nin  məqaləsidir.  O  məni  nə 

danlayır,  nə  də  tərifləyirdi.  Mən  bundan  çox  razı  qaldım. 

downloaded from KitabYurdu.org



 

772 


Amma  “mirzə”  eyni  zamanda,  deyirdi  ki,  mənim 

əsərlərimdən  ümumiyyətlə,  “tər  qoxusu”  gəlir,  guya  mən 

onların  üzərində  çox  tər  tökürəm,  çox  işləyirəm,  onları  o 

qədər düzəldirəm, rəndələyirəm ki, adamın lap zəhləsi gedir. 

Nəşriyyatçı  ilə  mən  buna  bərk  güldük.  Nəşriyyatçıya 

dedim ki, əvvəlki povesti mən iki gecədə yazmışam, indi isə 

iki  gün  iki  gecədə  üç  çap  vərəqi  yarım  yazmışam,  “mirzə” 

məni  danlayır  ki,  mən  əsərlərimin  üzərində  həddindən  artıq 

işləyirəm, çox ağır yazıram, o bunu bilsəydi, pis olmazdı! 

–  İvan  Petroviç,  əslinə  qalanda  buna  siz  özünüz 

müqəssirsiniz. Siz axı işi niyə belə gecikdirirsiniz ki, axırda 

gecələri işləməli olursuz? 

Aleksandr  Petroviç,  əlbəttə,  çox  mehriban  adamdır, 

ancaq  onun  özünəməxsus  bir  zəifliyi  var:  o,  ədəbiyyat 

haqqında  fikir  yürütməsilə  lovğalanır,  özü  də  elə  adamlar 

qarşısında  lovğalanır  ki,  onlar  onu  çox  gözəl  tanıyırlar,  o 

özü  də  bunu  bilir.  Lakin  mən  onunla  ədəbiyyat  haqqında 

fikir yürütmək istəmirdim, pulumu alıb şlyapamı götürdüm. 

Aleksandr  Petroviç  Ostrova,  öz  yaylaq  evinə  gedirdi, 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə