F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə154/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   150   151   152   153   154   155   156   157   ...   161

 

778 


Mən  hiss  edirəm  ki,  Nataşa  son  vaxtlar  mənim  ədəbi 

müvəffəqiyyətlərimə, şöhrətimə çox qısqanclıqla baxır. Bu il 

bütün  çap  etdirdiyim  əsərlərimi  oxuyur,  tez-tez  məndən 

gələcək  planlarımı  soruşur,  mənim  haqqımda  yazılan 

tənqidlərlə  maraqlanır,  onlardan  bəzisinə  acığı  tutur,  istəyir 

ki,  mən  mütləq  ədəbiyyatda  yüksək  bir  mövqe  tutum.  O  öz 

arzusunu  o  qədər  qüvvətlə,  inadla  ifadə  edir  ki,  mən  hətta 

buna təəccüb edirəm. 

Nataşa mənə deyir: 

–  Vanya,  belə  işləməklə  sənin  qələmin  qüvvədən 

düşəcək, özünü zorlayacaqsan, qələmin zəifləyəcək, həm də 

özünü məhv edəcəksən. Bax S. iki ildə bir povest yazır. N. 

isə  on  ildə  bircə  roman  yazmışdır.  Az  da  yazsalar,  gör 

yazdıqlarının üstündə necə işləyirlər, onu necə rəndələyirlər! 

Bircə dənə də səliqəsiz yer tapmaq olmaz. 

–  Onlar  maddi  cəhətdən  təmin  olunmuşlar,  əsəri 

müəyyən  vaxt  üçün  yazmırlar,  amma  mən  poçt  arabası 

yabısıyam.  Bunlar  hamısı  boş  söhbətdir!  Əzizim,  bunları 

qoyaq dursun, təzə bir şey varmı? 

– Çoxdur. Əvvəla, ondan məktub gəlib... 

downloaded from KitabYurdu.org



 

779 


– Yenə də? 

– Yenə də. 

O,  Alyoşadan  gələn  məktubu  mənə  verdi.  Bu  onun 

Nataşadan  ayrılandan  sonra  yazdığı  üçüncü  məktub  idi. 

Birinci  məktubunu  Moskvadan  yazmışdı,  özü  də  elə  bil 

bayqınlıq  içində  yazmışdı.  Yazırdı  ki,  vəziyyət  düz 

gətirmədi,  ayrılarkən,  təyin  edildiyi  kimi,  Moskvadan 

Peterburqa  gəlmək  mümkün  olmadı.  İkinci  məktubunda  isə 

tezliklə  Nataşa  ilə  evlənmək  üçün  bu  günlərdə  Peterburqa 

gələcəyindən məlumat verirdi, guya bu qət olunmuşdur, heç 

bir  qüvvə  bunun  qarşısını  ala  bilməz.  Lakin  məktubun 

yazılışından  aydın  görünürdü  ki,  o,  ümidini  itirmişdir, 

kənardan  edilən  təsirlər  ona  tamamilə  üstün  gəlmişdir,  o 

daha heç öz-özünə inanmır. O, sözarası bunu da qeyd edirdi 

ki,  Katya  mənim  tanrımdır, yalnız o  məni ovundurur, mənə 

ürək-dirək  verir.  Mən  onun  üçüncü  məktubunu  böyük  bir 

səbirsizliklə açdım. 

Məktub  iki  vərəqdən  ibarət  idi:  nizamsız  bir  halda, 

qırıq-qırıq,  tez-tələsik  yazılmışdı,  çətin  oxunurdu,  özü  də 

mürəkkəbə,  gözyaşına  bulaşmışdı.  Məktub  belə  başlayırdı: 

downloaded from KitabYurdu.org



 

780 


Alyoşa yazırdı ki, mən daha səndən əl çəkməli oldum, çalış 

məni unut. O sübut etməyə çalışırdı ki, bizim evlənməyimiz 

mümkün olan şey deyil, kənar, düşmən qüvvələrin təsiri hər 

şeydən  güclüdür,  əslində,  elə  belə  də  olmalıdır,  başqa  cür 

olsa,  biz  hər  ikimiz  bədbəxt  olarıq,  çünki  biz  bir-birimizin 

tayı  deyilik.  Lakin  o  tab  gətirməyərək  birdən  əvvəlki 

düşüncələrini,  sübutlarını  kənara  qoyaraq,  elə  oradaca, 

məktubun  yazılmış  hissəsini  cırıb  atmadan,  doğrudan-

doğruya  etiraf  edirdi  ki,  mən  sənin  qarşında  caniyəm,  mən 

məhv  olmuş  bir  adamam,  kəndə  gələn  atamın  arzusu 

əleyhinə  getmək  iqtidarında  deyiləm.  Yazırdı  ki,  mən 

çəkdiyim əzabları ifadə edə bilmirəm, bunu da etiraf edirdi 

ki,  səninlə  xoşbəxt  ola  bilmək  imkanını  özümdə  tamamilə 

dərk  edirəm.  Birdən  sübut  etməyə  başlayırdı  ki,  biz 

tamamilə  bir-birimizə  tayıq,  atasının  dəlillərini  inadla, 

qəzəblə  rədd  edirdi,  onlar  evlənsələr,  xoşbəxt  bir  həyat 

keçirəcəklərini  ümidsiz  bir  halda  təsvir  edir,  özünə,  öz 

zəifliyi  üstündə  lənət  oxuyurdu,  əlvida  deyib  həmişəlik 

ayrılırdı!  Məktub  əzab  çəkən  bir  qəlb  ilə  yazılmışdı, 

görünür,  o,  məktubu  böyük  bir  ümidsizlik  içində  yazmışdı, 

downloaded from KitabYurdu.org



 

781 


gözlərim yaşla doldu. Nataşa mənə Katyadan gələn məktubu 

verdi. Bu məktub Alyoşanın konvertinə qoyulmuşdu, ancaq 

ayrıca yapışdırılmışdı. Katya çox qısa olaraq, bir neçə sözlə, 

bildirirdi  ki,  Alyoşa  doğrudan  da,  çox  dərd  çəkir,  çox 

ağlayır, elə bil ki, ümidsiz bir hala düşmüşdür, hətta bir az 

da xəstədir, ancaq mən onun yanındayam, o, xoşbəxt olacaq. 

Katya, eyni zamanda, bir şeyi izah etməyə çalışırdı, yazırdı 

ki, siz elə zənn etməyin ki, Alyoşa bu tezliklə təskinlik tapa 

bilər  və  onun  dərdi  yüngül  dərddir.  O  sizi  heç  vaxt 

unutmayacaq,  heç  unuda  da  bilməz,  çünki  onun  qəlbi  elə 

qəlb  deyil,  o  sizi hədsiz dərəcədə  sevir, həmişə də  sevəcək, 

belə ki,  əgər  bir gün o  sizi sevməsə, sizi xatırlayarkən  dərd 

çəkməsə,  mən  özüm  o  saat  bunun  üstündə  onu 

sevməyəcəyəm... 

Mən  hər  iki  məktubu  Nataşaya  qaytardım.  Biz  bir-

birimizə baxdıq, heç bir söz demədik. Əvvəlki məktubları da 

oxuyanda  belə  olmuşdu,  ümumiyyətlə,  indi  biz  keçmiş 

haqqında  danışmaqdan  çəkinirdik,  sanki  bunu  öz  aramızda 

şərtləşmişdik.  Nataşa  son  dərəcə  əzab  çəkirdi,  mən  bunu 

görürdüm,  lakin  o  heç  mənə  də  ürəyini  açıb  demirdi.  Ata 

downloaded from KitabYurdu.org



 

782 


evinə  qayıtdıqdan  sonra  o  üç  həftə  qızdırma  içində  yatdı, 

indi  isə  təzə-təzə  əmələ  gəlirdi.  Biz  hətta  bu  yaxında  baş 

verəcək  dəyişiklik  haqqında  da  az  danışırdıq,  o  bilirdi  ki, 

atası  özünə  qulluq  düzəldir,  biz  yaxın  vaxtda  ayrılacağıq. 

Bununla  belə,  o  mənə  qarşı  son  dərəcə  diqqət  və  nəzakət 

göstərirdi,  mənə  aid  olan  məsələlərlə  son  dərəcə  məşğul 

olurdu. Onun  tələbi  ilə  öz haqqımda  söylədiyim  sözlərə  elə 

inadla,  elə  diqqətlə  qulaq  asırdı  ki,  əvvəlcə  bu  hətta  mənə 

iztirab  verdi:  mənə  elə  gəlirdi  ki,  o  məni,  çəkdiyim  əzab 

üçün  mükafatlandırmaq  istəyir.  Lakin  bu  ağır  hiss  tez  yox 

olub  getdi,  mən  başa  düşdüm  ki,  onun  tamamilə  başqa 

arzusu vardır,  o  ancaq  məni  sevir,  həm  də  hədsiz  dərəcədə 

sevir, mənsiz yaşaya bilmir, mənə aid olan şeylərin qayğısını 

çəkməyə bilmir,  mən elə güman edirəm ki, heç bir bacı öz 

qardaşını, Nataşa məni sevdiyi qədər sevmir. Mən çox yaxşı 

bilirdim  ki,  bu  yaxında  bizim  ayrılacağımız  Nataşanı  son 

dərəcə narahat edir, o əzab çəkir. O da bilirdi ki, mən onsuz 

yaşaya  bilmirəm,  lakin  biz  bu  barədə  danışmırdıq,  amma 

gələcək hadisələr haqqında müfəssəl danışırdıq... 

Mən Nikolay Sergeiçin harada olduğunu soruşdum. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə