F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə137/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   133   134   135   136   137   138   139   140   ...   161

 

689 


VI FƏSİL 

 

Görüşdən  bir  saat  əvvəl  Alyoşa  Nataşanın  yanına 



xəbərə  gəlmişdi.  Lakin  mən,  Katyanın  faytonu  darvaza 

qabağında  dayananda  gəldim.  Fransız  qarı  da  Katyanın 

yanında  idi;  ondan  çox-çox  xahiş  edildikdən  və  o  xeyli 

tərəddüd  etdikdən  sonra,  nəhayət,  Katya  ilə  bərabər 

gəlməyə,  hətta  onu,  ancaq  Alyoşa  ilə,  Nataşanın  yanına 

buraxmağa  razılıq  vermişdi;  özü  isə  faytonda  oturub 

gözləyirdi.  Katya  məni  çağırdı,  faytondan  çıxmamış  xahiş 

etdi  ki,  Alyoşanı  onun  yanına  çağırım.  İçəri  girəndə 

Nataşanı  gözüyaşlı  gördüm:  Alyoşa  da,  o  da  ağlayırdı. 

Nataşa Katyanın gəldiyini eşidəndə stuldan qalxıb gözünün 

yaşını sildi, həyəcan içində qapı ağzında dayandı. O başdan-

başa  ağ  paltar  geyinmişdi.  Tünd-sarı  saçı  hamarca 

daranmışdı,  daldan  iri  bir  düyün  şəklində  yığılıb 

bağlanmışdı.  Onun  belə  saç  daramasından  mənim  çox 

xoşum gəlirdi. Nataşa mənim otaqda qaldığımı görüb, xahiş 

etdi ki, mən də qonağın qabağına gedim. 

Katya pilləkənlə qalxa-qalxa mənə deyirdi: 

downloaded from KitabYurdu.org




 

690 


–  Mən  bu  vaxta  qədər  imkan  tapıb  Nataşanın  yanına 

gələ  bilməmişəm.  Məni  yamanca  izləyirdilər.  Madam 

Albertə  düz  iki  həftə  yalvardım,  axırda  güclə  razı  oldu. 

Amma  siz,  siz,  İvan  Petroviç,  bircə  dəfə  də  yanıma 

gəlmədiniz!  Sizə  məktub  da  yaza  bilmirdim,  yazmağa  da 

həvəsim  yox  idi,  ona  görə  ki,  məktubla  heç  bir  şey  izah 

etmək olmaz. Amma mən sizi elə görmək istəyirdim… İlahi, 

mənim ürəyim necə döyünür!.. 

– Pilləkən çox dikdir, – dedim. 

– Elədi... Pilləkən də dikdir... Siz necə güman edirsiniz: 

Nataşanın mənə acığı tutmayacaq ki? 

– Yox, niyə axı acığı tutsun? 

–  Elədir...  Əlbəttə,  niyə  acığı  tutsun,  indi  özüm 

görəcəyəm; soruşmaq nə lazım?! 

Mən  onun  qoluna  girdim.  Onun  hətta  rəngi  ağardı, 

deyəsən,  çox  qorxurdu.  Nəfəsini  dərmək  üçün  pilləkənin 

axırıncı  döngəsində  dayandı,  lakin  mənə  baxıb  qətiyyətlə 

yuxarı qalxdı. 

Qapının qabağında da dayanıb pıçıldayaraq mənə dedi: 

“Mən eləcə içəri girib ona deyəcəyəm ki, sizə elə inanırdım 

downloaded from KitabYurdu.org



 

691 


ki,  heç  qorxmayıb  gəldim…  Mən  axı,  bunu  niyə  deyirəm: 

mən  əminəm  ki,  Nataşa  çox  nəcib  bir  insandır.  Elə 

deyilmi?” 

Katya,  günahkar  adam  kimi,  qorxa-qorxa  içəri  girib 

diqqətlə Nataşaya baxdı, Nataşa ona baxıb gülümsədi. Katya 

onun  üzündəki  təbəssümü  görüb  tez  ona  yaxınlaşdı, 

əllərindən  tutub,  öz  yumşaq,  dolğun  dodaqlarını  onun 

dodaqlarına  yapışdırdı.  Sonra  da,  Nataşaya  heç  bir  söz 

söyləmədən, ciddi, hətta sərt bir halda Alyoşaya tərəf döndü, 

ondan xahiş etdi ki, yarım saatlığa bizi tək burax. 

Sonra əlavə etdi: 

–  Alyoşa,  sənin  acığın  tutmasın,  bunu  mən  ona  görə 

deyirəm  ki,  Nataşa  ilə  çox  mühüm,  çox  ciddi  bir  məsələ 

haqqında danışmalıyam, amma bunu sən gərək eşitməyəsən. 

Ağıllı ol, get bayıra. İvan Petroviç, siz getməyin. Siz gərək 

bizim bütün söhbətimizi eşidəsiniz. 

Alyoşa gedəndən sonra Katya Nataşaya dedi: 

–  Oturaq;  mən  sizin  qabağınızda  oturacağam.  Mən 

istəyirəm əvvəl sizə baxam. 

downloaded from KitabYurdu.org




 

692 


Katya onun qabağında oturub bir az ona diqqətlə baxdı. 

Nataşa qeyri-ixtiyari olaraq gülümsəyirdi. 

Katya: 

– Mən sizin şəklinizi görmüşəm, – dedi. – Alyoşa mənə 



göstərib. 

– Mən şəkildəkinə oxşayıram? 

Katya qəti və ciddi bir ifadə ilə cavab verdi: 

–  Şəkildəkindən  yaxşısınız.  Mən  elə  belə  də  zənn 

edirdim; siz şəkildəkindən yaxşısınız. 

–  Doğrudanmı?  Amma  mən  sizdən  gözümü  ayıra 

bilmirəm; siz nə qəşəngsiniz! 

–  Siz  nə  deyirsiniz!  Mən  hardan  qəşəngəm!..  Mənim 

əzizim! – deyərək, titrək əli ilə Nataşanın əlindən tutub əlavə 

etdi;  yenə  də  bir-birinə  baxaraq  hər  ikisi  susdu.  Katya  sözə 

başlayaraq dedi: 

– Mənim mələyim, bilirsiniz nə var, biz ancaq yarımca 

saat  bir  yerdə  ola  biləcəyik;  madam  Albert  buna  da  güclə 

razı olmuşdur, amma bizim danışılası sözümüz çoxdur. Mən 

istəyirəm… mən gərək… qoy sizdən elə beləcə soruşum: siz 

Alyoşanı çox sevirsiniz? 

downloaded from KitabYurdu.org



 

693 


– Bəli, çox sevirəm. 

– Əgər belə isə… Əgər siz Alyoşanı çox sevirsinizsə… 

– çəkinə-çəkinə, pıçıldayaraq, əlavə etdi: – onda… Siz gərək 

onun xoşbəxtliyini də sevəsiniz… 

– Bəli, mən istəyirəm ki, o xoşbəxt olsun… 

– Bu belə… ancaq bir məsələ var: mən onu xoşbəxt edə 

bilərəmmi?  Bunu  deməyə  mənim  haqqım  varmı,  ona  görə 

ki, mən onu sizin əlinizdən alıram. Əgər sizə elə gəlirsə ki, o 

sizinlə xoşbəxt olacaq, – biz bunu indi həll edərik, – onda… 

onda… 


Nataşa yavaşca: 

–  Əzizim,  Katya,  bu  həll  olunmuşdur,  siz  özünüz 

görürsünüz ki, bu həll olunub qurtarmışdır, – deyərək başını 

aşağı dikdi. Görünür, bu söhbət ona çox əzab verirdi. 

Alyoşanı  kim  daha  yaxşı  xoşbəxt  edə  bilər,  onu  kim 

kimə tərk etməlidir, – Katya bu mövzu ətrafında uzun-uzadı 

söhbət  açmaq  fikrində  idi.  Lakin  Nataşanın  cavabından 

sonra dərhal başa düşdü ki, hər şey çoxdan həll olunmuşdur, 

daha danışılası bir şey yoxdur. O öz qəşəng dodaqlarını azca 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə