F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə134/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   130   131   132   133   134   135   136   137   ...   161

 

674 


icazə  versin;  Katya  mənə  də  kağız  yazmışdı,  məndən  də 

xahiş edirdi ki, Nataşa ilə görüş zamanı mən də orada olum. 

Mən,  heç  bir  şeyə  baxmayaraq,  düz  saat  ikidə 

(Katyanın təyin etdiyi vaxtda) Nataşanın yanında olmağı qət 

etdim. Amma mənim işim çox idi; son vaxtda, hələ Nelli bir 

yana  dursun,  İxmenevgil  də  mənim  başımı  çox 

qarışdırmışdı. 

Bu  iş  bir  həftə  bundan  əvvəl  başlanmışdı;  Anna 

Andreyevna bir gün səhərçağı dalımca adam göndərib xahiş 

etmişdi ki, mən hər şeyi buraxıb, çox mühüm bir iş üçün, tez 

onun yanına gəlim: bu elə işdir ki, onu bircə dəqiqə də təxirə 

salmaq  olmaz.  Mən  gedib  onu  tək  gördüm;  o,  həyəcandan, 

qorxudan  əsə-əsə  otaqda  gəzişirdi,  böyük  bir  qorxu  içində 

Nikolay Sergeiçin gəlməsini gözləyirdi. Həmişəki kimi, mən 

yenə  də  xeyli  vaxt  ondan  nə  olduğunu,  niyə  belə  qorxu 

keçirdiyini  öyrənə  bilmədim,  ancaq  aydın  görünürdü  ki, 

bunun  səbəbini  tez  öyrənmək  lazımdır.  Lakin  Anna 

Andreyevna,  heç  mətləbə  dəxli  olmadığı  halda,  məni  odlu-

odlu danlayıb dedi ki, “Niyə bizə gəlmirsən, bizi, yetim kimi 

təkbaşına dərd içində qoyub getmisən, heç bilmirsən ki, sən 

downloaded from KitabYurdu.org



 

675 


gedəndən sonra nələr olub!” Ancaq bundan sonra bildirdi ki, 

“üç  gündür  Nikolay  Sergeiç  elə  bir  həyəcan  içindədir  ki, 

bunu heç ifadə etmək mümkün deyil”. 

– Heç deyirsən o adam deyil; gecələr əsə-əsə, məndən 

gizlincə,  ikonanın  qabağında,  dizi  üstə  dua  eləyir,  yuxuda 

sayıqlayır,  yatmayanda  gicbəsər  olub  qalır:  dünən  şi 

yeyəndə qaşıq qabağında dura-dura tapa bilmirdi; ondan bir 

şey  soruşursan,  o  sənə  ayrı şeydən  cavab  verir.  Hər dəqiqə 

evdən çıxıb gedir, deyir ki: “İş üçün gedirəm, vəkili görmək 

lazımdır”.  Bu  gün  qapını  bağlayıb  öz  kabinetində  oturdu, 

dedi  ki:  “Məhkəməyə  gərək  bir  kağız  yazım”.  Mən  də  öz-

özümə  dedim  ki,  sən  heç  qabağına  qoyulan  qaşığı  tapa 

bilmirsən,  məhkəməyə  hardan  kağız  yazacaqsan!  Başladım 

qapının  açar  yerindən  baxmağa;  gördüm  ki,  oturub  yazır, 

amma  yaş  gözlərindən  sel  kimi  axır,  ağlayır.  Öz-özümə 

dedim  ki,  heç  işə  aid  olan  kağızı  belə  yazmaq  olar?  Ya  da 

bəlkə bizim İxmenevkaya onun çox heyfi gəlir, yəqin bizim 

İxmenevka  lap  əldən  çıxıb?!  Mən  bunları  öz-özümə 

fikirləşirdim,  bir  də  gördüm  ki,  o,  stolun  dalından  durdu, 

qələmi  stolun  üstünə  çırpdı,  qıpqırmızı  qızardı,  gözləri 

downloaded from KitabYurdu.org



 

676 


parıldadı, furajkasını qapıb kabinetdən çıxdı, dedi ki: “Anna 

Andreyevna, mən bu saat gəlirəm”. O gedən kimi mən onun 

yazı  stoluna  yaxınlaşdım;  orada  məhkəmə  işinə  aid  yığın-

yığın  kağız  vardı,  bu  kağızlara  o  heç  mənə  əl  vurmağa  da 

icazə vermir. Neçə dəfə ona yalvarıb demişdim ki: “Qoy heç 

olmasa,  bircə  kərə  bu  kağızları  qaldırım,  stolun  tozunu 

silim”.  Heç  qoyur  ki!  Çığırır,  əl-qolunu  ölçür:  bu 

Peterburqda  yaman  səbirsiz  olub,  çığırqan  olub!  Onu 

deyirəm  axı:  stola  yaxınlaşdım,  onun  indicə  yazdığı  kağızı 

axtarmağa başladım, dedim görüm bu kağızlardan hansıdır. 

Lap  yəqin  bilirdim  ki,  onu  özü  ilə  aparmayıb,  stolun 

dalından  ayağa  qalxanda  kağızların  altına  soxub.  Budur, 

atam, İvan Petroviç, axtarıb tapdım, al bax! 

O  mənə  bir  vərəq  poçt  kağızı  verdi;  kağızın  yarısı 

yazılmışdı, lakin elə qara-qura yazılmışdı ki, bəzi yerini heç 

oxumaq mümkün deyildi. 

Yazıq  qoca!  Elə  ilk  sətirdən  başa  düşülürdü  ki,  o  nə 

yazmışdır və kimə  yazmışdır.  Kağız  Nataşaya,  onun istəkli 

Nataşasına  yazılmışdı.  Məktubu  o  odlu  və  mehribanca  bir 

ifadə ilə başlayırdı: onu bağışladığını yazırdı, onu öz yanına 

downloaded from KitabYurdu.org



 

677 


çağırırdı.  Biçimsiz,  rabitəsiz  bir  şəkildə,  coşqun,  həyəcanlı 

bir  hiss  ilə  yazılmış,  çox  yeri  qaralanmış  olan  bu  məktubu 

oxumaq  çətin  idi.  Aydın  görünürdü  ki,  onu,  qələmi  əlinə 

almağa,  ilk  könül  sözlərini  yazmağa  məcbur  edən  odlu 

hisslər  tezliklə  başqa  bir  hissə  çevrilmişdir,  qoca,  qızını 

danlamağa  başlayırdı,  parlaq  boyalarla  onun  tutduğu 

cinayətini  təsvir  edirdi,  onun  inadlı  olmasını  nifrətlə  onun 

yadına  salırdı,  onu  zalım  olmasında,  atasının,  anasının 

başına  nələr  gətirdiyini  bəlkə  də  heç  bircə  dəfə  də 

düşünməməkdə  məzəmmət  edirdi.  Göstərdiyi  lovğalıq 

üstündə  onu  cəzalandırmaq  və  qarğımaqla  təhlid  edərək 

sözünü  belə  bir  tələblə  qurtarırdı:  yazırdı  ki,  dərhal  və 

itaətkarlıqla  evə  qayıt,  ancaq  və  ancaq  bu  zaman,  bəlkə  də 

“ailə daxilində” müti, nümunəvi bir həyat keçirdikdən sonra, 

biz  səni  bağışlamağı  qərara  alarıq.  Aydın  görünürdü  ki,  o, 

bir  neçə  sətirdən  sonra  ilk  alicənablıq  hissini  özü  üçün 

zəiflik  hesab  etmiş,  bundan  utanmağa  başlamış,  nəhayət, 

təhqir edilmiş izzət-nəfsin əzabını duyaraq sözünü hiddət və 

təhdidlə  qurtarmışdı.  Anna  Andreyevna,  dinməz-söyləməz 

downloaded from KitabYurdu.org




 

678 


mənim  qabağımda  durmuşdu,  qorxu  içində  gözləyirdi  ki, 

məktubu oxuyub qurtardıqdan sonra mən nə deyəcəyəm. 

Mən  öz  fikrimi  ona  açıqca  söylədim.  Dedim  ki,  qoca 

daha  Nataşasız  yaşaya  bilmir,  qəti  surətdə  demək  lazımdır 

ki,  onlar  tezliklə  barışacaqlar;  bununla  belə  hər  şey 

vəziyyətdən  asılıdır.  Bu  barədə  mən  öz  mülahizələrimi 

söylədim,  dedim  ki,  əvvəla,  məhkəmədə  gedən  işin  pis 

nəticə  verməsi,  görünür,  qocanı  sarsıtmış,  ovqatını  təlx 

etmişdir,  hələ  knyazın  qalib  gəlməsinin  onun  izzət-nəfsinə 

nə qədər toxunduğunu, məsələnin belə həll olunmasının onu 

necə  hiddətləndirdiyini  heç  demirəm.  Belə  hallarda  insan 

qəlbi özünə hüsn-rəğbət göstərən bir arxa axtarmaya bilməz, 

buna görə də, qoca dünyada hər kəsdən çox istədiyini qızını 

xatırlamışdı.  Lakin  belə  də  ola  bilər:  o  yəqin  eşitmişdir  ki, 

(çünki  o,  Nataşa  haqqında  olan  hər  şeyi  izləyir  və  bilir) 

Alyoşa  onu bu  yaxında  buraxıb gedir.  O  indi  Nataşanın  nə 

vəziyyətdə olduğunu başa düşür, özünə baxıb, onun təsəlliyə 

nə  dərəcədə  ehtiyacı  olduğunu  hiss  edir.  Bununla  belə,  o 

özünü qızı tərəfindən təhqir edilmiş, alçaldılmış hesab edir, 

öz  hisslərinə  qalib  gələ  bilmir.  Yəqin  onun  ağlına  belə  şey 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə