F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə129/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   125   126   127   128   129   130   131   132   ...   161

 

649 


bərkdən ağlamağa başladı. Mən bilmirdim ona nə deyim. Bu 

zaman  qoca  İxmenev  içəri  girdi.  Bizim  hamımızı  gözdən 

keçirtdi, məni dizi üstə görüb təəccüb etdi: 

–  Mən  sənin  yanına  iş  üçün  gəlmişəm.  İvan,  xoş 

gördük!  –  İxmenev  son  vaxtlarda  həmişə  xəstə  olurdu. 

Arıqlamışdı,  rəngi  solmuşdu,  lakin  o  elə  bil  ki,  kiminsə 

qarşısında  özünü  qoçaq  göstərərək,  öz  xəstəliyindən 

qorxmurdu. Anna Andreyevnanın sözünə baxıb yatmırdı, öz 

işindən ötrü harasa gedib-gəlirdi. 

Aleksandra Semyonovna diqqətlə qocaya baxıb dedi: 

–  Hələlik  sağ  olun!  Filipp  Filippıç  mənə  tapşırıb  ki, 

mümkün  olduqca  tez  qayıdım.  İşimiz  var.  Axşam,  hava 

qaralanda gəlib bir-iki saat sizdə oturaram. 

Görünür,  qocanın  fikrinə  başqa  bir  şey  gəlmişdi: 

pıçıldayaraq soruşdu: 

– Bu kimdir? – mən onun kim olduğunu izah etdim. 

– Bəli, İvan, mən sənin yanına iş üçün gəlmişəm... 

Mən  bilirdim  o  nə  iş  üçün  gəlmişdir;  onun  gəlməsini 

gözləyirdim.  O  gəlmişdi  ki,  mənimlə  və  Nelli  ilə  danışsın. 

Onu  məndən  alsın.  Nəhayət,  Anna  Andreyevna  bu  yetim 

downloaded from KitabYurdu.org



 

650 


qızı  evlərinə  gətirməyə  razı  olmuşdu.  Mən  onunla  gizlincə 

danışaraq onu razı salmışdım: mən onu başa salıb demişdim 

ki,  bu  yetim  qızın  da  anasına  atası  qarğımışdır,  bəlkə  də 

qoca bu qızın halını görüb ürəyi yumşaldı. Nataşa haqqında 

öz fikrini dəyişdi. Mən öz planımı ona elə aydın surətdə izah 

etdim  ki,  indi  özü  yetim  qızı  gətirib  saxlamaq  üçün  ərinə 

dinclik vermirdi. Qoca məmnuniyyətlə işə girişdi: o istəyirdi 

ki,  əvvəla,  Anna  Andreyevnanın  könlünü  alsın,  ikincisi  də, 

onun  öz  fikri  vardı...  Bunu  mən  sonra  ətraflı  surətdə  izah 

edərəm... 

Mən  demişdim  ki,  Nelli  elə  ilk  dəfə  qocanı  görəndə 

ondan xoşu gəlməmişdi. Sonra gördüm ki, Nellinin yanında 

İxmenevin adını çəkəndə onun üzündə hətta nifrət hissi ifadə 

olunur.  Qoca  başqa  yollara  əl  atmayaraq  elə  o  saat  işə 

başladı.  Nelli  üzünü  balışa  qoyaraq  hələ  də  uzanmışdı; 

İxmenev birbaş ona yaxınlaşdı, onun əlini əlinə alıb soruşdu: 

“İstəyirmi mənim qızımın yerinə gəlib bizdə yaşasın?” 

–  Mənim  bir  qızım  vardı,  mən  onu  özümdən  çox 

istəyirdim,  indi  daha  o  mənim  yanımda  deyil.  O  ölmüşdür. 

downloaded from KitabYurdu.org




 

651 


İstəyirsənmi, sən gəlib bizim evdə... mənim qəlbimdə onun 

yerini tutasan? 

Qocanın qızdırmadan qızarmış gözləri yaşardı. 

– Yox, istəmirəm, – dedi. 

–  Bala,  niyə  axı?  Sənin  heç  kəsin  yoxdur.  İvan  da 

həmişə  səni  öz  yanında  saxlaya  bilməz,  mənim  evimdə  də 

sən elə olacaqsan ki, elə bil öz ana yurdundasan. 

Ona  görə  istəmirəm  ki,  siz  kinlisiniz,  –  sonra  başını 

qaldırdı, öz  yatağında  qoca ilə qabaq-qənşər oturaraq  əlavə 

etdi:  –  Bəli,  sin  kinlisiniz,  kinlisiniz!  Mən  özüm  də 

kinliyəm,  hamıdan  kinliyəm,  amma  siz  məndən  də 

kinlisiniz!..  –  bunu  söyləyərkən  Nellinin  rəngi  ağardı, 

gözləri  parıldadı;  hətta  onun  titrəyən  dodaqları  da  ağardı, 

qüvvətli bir hissin təsiri ilə əyildi. Qoca heyrətlə ona baxırdı. 

–  Bəli,  siz  məndən  də  kinlisiniz,  çünki  siz  öz  qızınızı 

bağışlamaq  istəmirsiniz;  istəyirsiniz  ki,  onu  lap  yaddan 

çıxarasınız, ayrı bir uşaq götürüb saxlayasınız; adam da heç 

öz  doğma  balasını  yaddan  çıxarar?  Siz  yoxsa  elə  bilirsiniz 

ki,  məni  sevəcəksiniz?  Siz  mənə  baxan  kimi  yadınıza 

düşəcək ki, mən özgə bir qızam, sizin özünüzün bir qızınız 

downloaded from KitabYurdu.org



 

652 


vardı,  bu  qızı  siz  yaddan  çıxartmısınız,  ona  görə  yaddan 

çıxartmısınız ki, siz zalım adamsınız. Mən zalım adamların 

yanında yaşamaq istəmirəm, istəmirəm, istəmirəm! 

Nelli birdən qızarıb gözucu mənə baxdı. 

– Sabah yox o birisi gün İsanın dirilən günüdür. Hamı 

öpüşür, qucaqlaşır, barışır, bütün günahlar bağışlanır... Mən 

axı,  bilirəm...  Ancaq  tək  siz,  siz...  Ax!  Zalımsınız!  Gedin 

burdan! 


Nellinin  gözündən  yaş  sel  kimi  axdı.  Görünür,  bu 

sözləri  o  çoxdan  düşünmüş,  dəfələrlə  təkrar  edib  yadında 

saxlamışdır ki, qoca bir də onu öz evinə çağırsa – söyləsin. 

Qoca quruyub qalmışdı; rəngi ağarmışdı. Onun üzündə xəstə 

bir hissin ifadəsi vardı. 

– Niyə hamı məndən ötrü belə narahat olur, niyə, niyə? 

–  birdən  o  özündən  çıxaraq  həyəcanla  dedi:  –  Mən  bunu 

istəmirəm, istəmirəm! Mən gedib dilənəcəyəm! 

Mən qeyri-ixtiyari olaraq bərkdən dedim: 

– Nelli, sənə nə olub! Nelli, əzizim! – Lakin mənim bu 

sözüm onu daha da qızışdırdı. 

O hönkür-hönkür ağlayaraq çığırırdı: 

downloaded from KitabYurdu.org



 

653 


–  Hə,  mən  gedib  küçələri  gəzib  dilənəcəyəm,  burda 

qalmayacağam. Mənim anam da dilənirdi; öləndə mənə dedi 

ki,  kasıb  ol,  get  dilən,  amma  gedib...  Dilənmək  ayıb  deyil: 

dilənəndə  mən  bir  adamdan  pul  istəmirəm,  hamıdan 

istəyirəm,  hamı  bir  adam  deyil;  bir  adamdan  dilənmək 

ayıbdır,  hamıdan  dilənmək  ayıb  deyil,  –  bir  dilənçi  arvad 

bunu  mənə  dedi.  Mən  axı  balacayam,  pulu  haradan  tapım. 

Ona  görə  də  hamıdan  dilənərəm.  Burda  qalmaq  istəmirəm, 

istəmirəm,  istəmirəm;  mən  kinliyəm,  acıqlıyam,  mən 

hamıdan kinliyəm; mən bax, belə kinliyəm! 

Birdən o, fincanı stolun üstündən götürüb yerə atdı. 

–  Budur,  sındı.  İkicə  fincan  vardı,  o  birisini  də 

sındıracağam... Onda nədə çay içəcəksiniz? 

Nelli  elə  bil  ki,  çılğınlaşmışdı,  o  elə  bil  ki,  öz 

çılğınlığından həzz alırdı; o sanki bunun ayıb olduğunu, həm 

də  yaxşı  bir  iş  tutmadığını  bilirdi,  eyni  zamanda  elə  bil  ki, 

daha başqa yaramazlıqlar etmək üçün özünü qızışdırırdı. 

Qoca dedi: 

–  Vanya,  mən  elə  bilirəm  ki,  bu  qız  xəstədir,  ya  da... 

Heç başa düşə bilmirəm ki, bu nə uşaqdır. Sağ ol! 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə