Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
 
Maliyyə siyasəti - dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə 
resurslarının  səfərbər  edilməsinə,  onların  məqsədəuyğun  bölüşdürülməsi  və 
səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir. 
 
Maliyyə  siyasəti dövlətin  maliyyə  resurslarının toplanması, bölüşdürülməsi 
və  istifadəsi  ilə  əlaqədar  həyata  keçirdiyi  tədbirlərin  məcmusundan  ibarətdir. 
Maliyyə siyasəti ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və 
həm də beynəlxalq münasibətləri əhatə edir. 
 
Dövlət  həyata  keçirilən  maliyyə  siyasətinin  başlıca  subyektidir.  O, 
perspektiv  üçün  maliyyə  inkişafının  əsas  istiqamətlərinin  strategiyasını,  qarşıdakı 
dövrə  fəaliyyət  taktikasını,  iqtisadi  məsələlərə  nail  olmağın  vasitə  və  yollarını 
müəyyən edir. 
 
Cəmiyyətdə  qarşıya  qoyulan  məqsədlərin  xarakterindən  və  həll  olunması 
metodlarından asılı olaraq maliyyə siyasəti ilə iki yerə ayrılır: 
 
maliyyə strategiyası; 
 
maliyyə taktikası. 
 
Maliyyə  strategiyası  -  uzunmüddətli  perspektivə  hesablanan  və  bir  qayda 
olaraq  iri  miqyaslı  məsələlərin  həllini  nəzərdə  tutan  maliyyə  siyasətinin 
uzunmüddətli xəttidir.  
 
Maliyyə  taktikası  -  maliyyə  strategiyasının  ən  mühüm  sahələrində  qarşıya 
çıxan  maliyyə  məsələlərinin  həlli  metodlarıdır.  Maliyyə  strategiyası  nisbi  sabit 
olduğu  halda  maliyyə  taktikası  çevik  olmalıdır.  Maliyyə  siyasətinin strategiya  və 
taktikası qarşılıqlı surətdə əlaqədardır. 
 
Dövlətin  maliyyə  siyasətinin  formalaşmasının  ümumi  prinsipləri 
aşağıdakılardan ibarətdir: 
 
1.  Maliyyənin  inkişafının  elmi  cəhətdən  əsaslandırılmış  konsepsiyasının 
hazırlanması.  O,  iqtisadiyyatın  durumunun,  onun  sabitliyi  perspektivinin, 
məhsuldar qüvvələrin və istehsal  münasibətlərinin inkişafının, xalq təsərrüfatının 
və ölkə əhalisinin maliyyə resurslarına tələbatının təhlili əsasında formalaşır. 
 
Maliyyənin  inkişafının  elmi  cəhətdən  əsaslandırılmış  konsepsiyasının 
məqsədi  cəmiyyətin  inkişafı  tələbatının  ödənilməsi  üçün  zəruri  olan  maliyyə 
resurslarının  daha  tam  səfərbərliyə  alınmasından  ibarətdir.  O,  sənaye  və  kənd 
təsərrüfatı  istehsalının,  qeyri  -  istehsal  sferasının  və  sahibkarlıq  fəaliyyətinin 
inkişafı üçün əlverişli şərait yaradılmasını nəzərdə tutur. 
 
2.  Maliyyə  resurslarının  bir  hissəsinin  dövlətin  mərkəzləşdirilmiş 
fondlarında təmərküzləşməsi. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının 
formalaşması,  ordunun,  məhkəmə,  icra  hakimiyyəti  orqanlarının,  təhsilin, 
səhiyyənin  mədəniyyət  müəssisələrinin  maliyyələşdirilməsinin  təmin  edilməsi  və 
habelə  dövlət  və  müdafiə  təyinatlı  obyektlərin  tikintisi  üçün  vəsaitin  yığılması 
məqsədilə həyata keçirilir. 
 
3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən 
edilməsi.  Maliyyə  resurslarının  istifadə  edilməsinin  əsas  istiqamətlərinin 
hazırlanmasının  məqsədi  onlardan  daha  səmərəli  istifadə  edilməsindən  ibarətdir. 
Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək 
yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm 
KitabYurdu.az 
11
 


 
 
bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə 
hesab edilir. 
 
4. Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin 
həyata  keçirilməsi,  iqtisadiyyatın  inkişafına  maliyyənin  təsirinin  müəyyən 
edilməsi. Bunun üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi 
müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Bu isə özünə 
aşağıdakıları daxil edir: 
 
milli gəlirin bölgüsü metodları; 
 
dövlət büdcə fondlarının yaradılması üsulları (dövlət və yerli) 
 
məqsədli dövlət fondlarının yaradılması metodları; 
 
büdcəyə və məqsədli fondlara tədiyyə ödənişlərinin növləri
 
maliyyə planlaşdırılması və proqnozlaşdırılması; 
 
maliyyə nəzarəti. 
 
Elmi  cəhətdən  əsaslandırılmış  fiskal  siyasətdən  istifadə  etməklə  maliyyə 
münasibətlərinin  tənzimlənməsi.  Fiskal  siyasət-dövlətin  vergiqoymada  və  dövlət 
xərcləri  sahəsində  həyata  keçirdiyi  siyasət  olub,  dövlət  xəzinəsini  doldurmağa 
yönəldilmiş maliyyə siyasətinin bir hissəsidir. Bu siyasətin hazırlanmasına tələbat 
dövlət maliyyəsinin stabil iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynadığı 
XX  əsrin  ikinci  yarısında  xüsusilə  güclənməyə  başlamışdır.  Maliyyə 
tənzimlənməsinin  üsulu  kimi  fiskal  siyasət  vergiyə  cəlbetmə  və  dövlət  xərcləri 
(büdcə xərcləri) kimi qüdrətli alətlərin yardımı ilə həyata keçirilir. 
 
2.Dövlətin maliyyə siyasəti 
 
 
1990-cı  ilədək  Sovet  İttifaqının  maliyyə  siyasəti  K.Marksın  və  V.İ.Leninin 
nəzəri  müddəalarının  təsiri  altında  formalaşmışdı.  Sosialist  dövlətinin  mahiyyəti 
haqqında marksist-leninçi nəzəriyyədə dövlətin maliyyə siyasətinin başlıca prinsipi 
- maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.  
 
Maliyyə  siyasətində  1995-ci  ildən  başlayaraq  perspektiv  istiqamətlər 
müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur.  
   
1.Müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini 
tənzimləmək,  idarəetmə  aparatının  saxlanmasına  dövlət  xərclərini  ixtisar  etmək 
yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaq. 
   
2.  Müəssisə  və  fiziki  şəxslərə  vergiqoyma  sistemini  təkmilləşdirmək  və 
sadələşdirmək, vergilərin sayını xeyli azaltmaq.  
   
3.  İnflyasiyanın  səviyyəsini  azaltmaq,  müəssisələrə  sahibkarlıq  fəaliyyəti 
seçməkdə sərbəstlik vermək. 
   
4.  Ölkədə  sənaye  və  kənd  təsərrüfatı  istehsalını  canlandırmaq,  istehsal  və 
maliyyə  münasibətlərini  sağlamlaşdırmaq  qabiliyyətində  olan  mütəxəssislərin 
hazırlanmasının genişləndirilməsi. 
   
5. İqtisadiyyatın sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və digər kredit 
idarələrinin rolunu artırmaq. Bu məqsədlə bank sistemində islahatları elə keçirmək 
lazımdır ki, bankların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum 
haqla müəssisə və əhaliyə xidmət etmək olsun. 
KitabYurdu.az 
12
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə