Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
 
Maliyyə  Nazirliyi,  İqtisadi  İnkişaf  Nazirliyi  və  b.tərəfindən  həyata  keçirilir. 
Operativ  idarəetmə  maliyyə  sistemi  aparatının:  Maliyyə  Nazirliyi,  AR 
subyektlərinin maliyyə orqanlarının, yerli hakimiyyət orqanlarının, büdcədənkənar 
fondların rəhbərlərinin, sığorta təşkilatlarının, müəssisələrin maliyyə xidmətlərinin 
(şöbələrin) funksiyalarına daxildir. 
 
 
2. Maliyyənin dövlət idarəetmə orqanları sistemi və onların vəzifələri 
  
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikasında maliyyənin ümumi (strateji) idarəedilməsi ölkə 
Konstitusiyasına  əsasən  dövlət  hakimiyyəti  orqanlarına  AR  Milli  Məclisinə, 
Prezident Aparıtına,  və AR Hökumətinə həvalə edilmişdir. 
Maliyyənin  operativ  idarə  edilməsini  maliyyə  aparatı  həyata  keçirir.  Onun 
köməkliyi  ilə  dövlət  iqtisadiyyatın  bütün  struktur  bölmələrinin  maliyyə 
fəaliyyətinə  rəhbərlik  edir.  Maliyyə  aparatı  operativ  maliyyə  planlaşdırılması, 
uçot, təhlil, nəzarət və maliyyə planlarının yerinə yetirilməsi üzrə işləri həyata 
keçirir. 
Xalq təsərrüfatının müəssisə və sahələrində maliyyə fəaliyyətini müəssisənin 
maliyyə  şöbələri  və  xidmətləri,  habelə  nazirlik  və  idarələrin  maliyyə  bölmələri 
həyata  keçirirlər.  Sığorta  münasibətlərini  xüsusi  sığorta  strukturları  idarə  edir
Dövlət  maliyyəsinin  idarə  edilməsi  üzrə  işləri  Maliyyə  Nazirliyi,  Vergilər 
Nazirliyi və onların yerlərdəki orqanları həyata keçirirlər. 
Milli Məclis AR–nın dövlət büdcəsinə və onun icrasına dair hesabata baxır 
və  təsdiq  edir.  Milli  Məclis  habelə  vergilər,  rüsumlar  və  məcburi  tədiyələr 
haqqında  qanunlara  baxır.  Bundan  başqa  o,  dövlətin  daxili  və  xarici  borclarının 
həddini müəyyən edir. 
Maliyyənin  idarə  edilməsini  həyata  keçirən  ən  mühüm  orqan  Azərbaycan 
Respublikasının  Maliyyə  Nazirliyi  və  onların  yerlərdəki  orqanlarıdır.  Maliyyənin 
idarə edilməsi sahəsində onun əsas vəzifələri aşağıdakılardan ibarətdir: 
-Azərbaycan  Respublikasında  dövlətin  vahid  maliyyə,  büdcə  və  vergi 
siyasətinin  istiqamətlərinə  dair  təkliflərin  hazırlanması  və  bu  siyasətin  həyata 
keçirilməsi; 
-Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili; 
-Dövlət  maliyyəsinin  sabitliyinin  təmin  edilməsi  və  maliyyə  bazarının 
inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi; 
-Maliyyə  resurslarının  sosial–iqtisadi  inkişafın  üstün  istiqamətlərində 
təmərküzləşməsi; 
-Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, 
onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə 
dair təkliflərin hazırlanması; 
-Büdcə 
sisteminin 
planlaşdırılması 
metodlarının, 
büdcə-vergi 
proqnozlaşdırılmasının,  maliyyələşdirmə  mexanizminin,  uçot  və  hesabat 
qaydalarının təkmilləşdirilməsi; 
KitabYurdu.az 
21
 


 
 
-Büdcə  vəsaitinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının,  büdcə 
təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili 
və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi
-Dövlət  büdcəsi  vəsaitlərinin  idarə  edilməsinin,  o  cümlədən  bölgüsünün 
səmərəliliyinin təmin edilməsi;  
-Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi. 
AR–ın Maliyyə Nazirliyi aşağıdakı funksiyaları həyata keçirir
-Müvafiq  icra  hakimiyyəti  orqanları  ilə  birlikdə  ölkə  iqtisadiyyatının 
mövcud vəziyyətini təhlil edir və sosial- iqtisadi problemlərin həllinə dair təkliflər 
verir; 
-Büdcə-vergi  və  gömrük  siyasətinin  hazırlanması  və  təkmilləşdirilməsinə 
dair təkliflər hazırlayır; 
-Müvafiq  qanunvericiliyə  uyğun  olaraq  dövlət  büdcəsinin  layihəsini 
hazırlayıb  AR–nın  Nazirlər  Kabinetinə  təqdim  edir,  dövlət  büdcəsinin  tərtibi  və 
icrası qaydalarını təkmilləşdirmək barədə təkliflər verir; 
-Ölkənin  sosial–iqtisadi  vəziyyətinin  təhlili  əsasında  büdcə  mədaxilinin 
artırılmasına yönəldilən təkliflər hazırlayır; 
-Müəyyən  edilmiş  qaydada  dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə 
fondlarının icrasını təmin edir; 
-Qiymət 
siyasətinin 
müəyyənləşdirilməsi 
və 
qiymətqoymanın 
təkmilləşdirilməsində iştirak edir; 
-Pul–kredit 
siyasətinin 
əsas 
istiqamətlərinin 
müəyyənləşməsinə, 
hesablaşmaların  və  pul  dövriyyəsinin  təşkilinin  təkmilləşdirilməsinə  təkliflərin 
hazırlanmasında iştirak edir; 
-Sığorta fəaliyyətinin inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir
-Qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak 
edir  və  qanunvericiliyə  uyğun  olaraq  dövlət  qiymətli  kağızlarının  emissiyası  ilə 
bağlı funksiyaları həyata keçirir; 
-Qanunvericiliklə  müəyyən  edimiş  qaydada  beynəlxalq  maliyyə  -  kredit 
təşkilatları ilə əməkdaşlığı həyata keçirir; 
-Dövlətin  daxili  və  xarici  borcları  üzrə  limiti  müəyyənləşdirmək  üçün 
təkliflər verir. 
AR–nın  Vergilər  Nazirliyi  maliyyənin  idarə  edilməsində  mühüm  rol 
oynayır.  Bütün  məcburi  ödəmələrin  düzgün  hesablanması,  tam  və  öz  vaxtında 
büdcəyə ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və 
onun  yerlərdəki orqanlarına  –  Naxçıvan MR–nın  Vergilər  Nazirliyinə  Bakı şəhər 
Vergilər Departamentinə. Ərazi Vergilər idarələrinə həvalə edilmişdir. 
Gömrük  rüsumlarının  daxil  olmasına  Azərbaycan  Respublikasının  Dövlət 
Gömrük Komitəsi məsuliyyət daşıyır. Onun vəzifələri aşağıdakılardır: 
-gömrük orqanları tərəfindən alınan vergilər üzrə yoxlamalar aparmaq
-vergi  orqanları  tərəfindən  alınan  vergilərin  hesablanması  və  ödənilməsi  ilə 
əlaqədar olan bütün sənədləri yoxlamaq
-vergi  ödəyiciləri  vergi  qanunvericiliyini  yerinə  yetirmədikdə  və  ya  kifayət 
qədər yerinə yetirmədikdə bankda olan hesabda əməliyyatı dayandırmaq; 
KitabYurdu.az 
22
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə