Fənn: Maliyyə və bank işi


Bankların təsnifləşdirilməsi



Yüklə 0,94 Mb.
səhifə13/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14

2. Bankların təsnifləşdirilməsi
Təcrübədə bankların bir sıra növləri fəaliyyət göstərir:

- İlk növbədə emissiyakommersiya banklarını bir-birindən ayırmaq lazımdır.

Yerinə yetirdikləri əməliyyatlara görə bankları universalixtisaslaşdırılmış banklara ayırırlar.

Universal banklara bütün bank əməliyyatlarını və xidmətlərini göstərmək iqtidarında olan bankları aid edirlər. Bankların universallığı dedikdə, onların məhdudiyyətsiz fəaliyyət tipi:

- İstehsalın ayrı-ayrı sahələri üzrə;

- Müştərilərin tərkibi üzrə;

- Kəmiyyət baxımından;

- Regionlar üzrə.

Universal banklar müxtəlif növ sahələri kreditləşdirdiyi halda, ixtisaslaşdırılmış banklar əsasən, müəyyən bir sahənin kreditləşməsi ilə məşğuldurlar. Həmçinin onu da gözdən qaçırmaq olmaz ki, universal banklar həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərdiyi halda, ixtisaslaşdırılmış banklar yalnız ayrı-ayrı şəxslərin xidmətinə yönələn fəaliyyətlə məşğuldurlar.



Mülkiyyətinə görə banklar aşağıdakı kimi təsnifləşdirilirlər:

- Dövlət bankları;

- Səhmdar banklar;

- Kooperativ banklar;

- Xüsusi banklar;

- Qarışıq banklar.



Fəaliyyət çərçivəsinə görə bankları:

- iri,


- orta,

- kiçik banklara ayırırlar.

Dünyanın bir sıra ölkələrində kredit təşkilatları arasında xırda kredit təşkilatları da mövcuddur. Bunlara kredit kooperasiyaları, qarşılıqlı kredit cəmiyyətləri, ssuda-əmanət bankları, tikinti-əmanət kassaları və s. aiddir.

Xidmət göstərdikləri ərazilərə görə bankları:

- yerli,

- regional,

- Milli,


- beynəlxalq banklara ayırırlar.

Yerli banklar dedikdə bura, əsasən yerli əhaliyə, eyni ərazinin əhalisinə xidmət göstərən bankları aid edirlər. Bura həmçinin, müəyyən bir ərazinin, şəhərin xidmətində duran bələdiyyə banklarını da aid etmək olar. Ərazi bankları bir neçə regionun tələbatını təmin edən banklardır. Milli banklar ölkə daxilində fəaliyyət göstərən və əsasən öz vətəndaşlarına xidmət edən banklardır. Beynəlxalq banklar isə ayrı-ayrı ölkələrin müştərilərinin bir-birləri ilə əlaqəsinə xidmət göstərən banklardır.

Filiallarının sayına görə bankları:

- Çoxfiliallı

- filialsız banklara ayırmaq olar.

Misal olaraq ölkəmizdə fəaliyyət göstərən banklardan ATA bankı çoxfiliallı banklara aid etmək olar.




Bankların təsnifləşdirilməsi.

Emissiya bankları


filialsız

Çox filiallı




Kommersiya bankları


Filialların sayına görə


Hüququna görə





İxtisaslaşdırılmış bankları

Milli banklar







BANKLAR


Xidmət ərazilərinə görə

Əməliyyat çeşidinə görə










Regional banklar

Mülkiyyətinə görə

Fəaliyyət çərçivəsi



Universal banklar





Yerli banklar


Dövlət bankları


İri banklar








Orta banklar

Səhmdar banklar


Kooperativ banklar




Kiçik banklar





Qarışıq banklar




Xüsusi banklar







Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank olmayan kredit təşkilatı – öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
3. Dünya bank sisteminin xüsusiyyətləri
İstənilən dövlətin bazar iqtisadiyyatının yaranması və inkişafının vacib şərtlərindən biri onun dünyanın iqtisadi sisteminə inteqrasiyasıdır. Burada əsas məqsəd beynəlxalq əmək bölgüsündə tam hüquqi tərəf kimi iştirak etməkdən ibarətdir. Bu cür inteqrasiya həmin ölkənin beynəlxalq maliyyə təşkilatlarında tam iştirakı ilə mümkündür.

Dünya arenasında böyük məna kəsb edən və ölkəmiz üçün də əhəmiyyətli olan təşkilatlara ilk növbədə ikinci dünya müharibəsindən sonra yaranmış Birləşmiş Millətlər Təşkilatının (BMT) üç ixtisaslaşdırılmış maliyyə-kredit institutları aiddir:

- Beynəlxalq valyuta fondu (BVF);

- Dünya bankı qrupları (DB);

- Avropa yenidənqurma və inkişaf bankı (AYİB).

BMT-nin tərkibini aşağıdakı sxemlə göstərmək olar:


BMT-nin tərkibinin sxematik quruluşu

BMT







Avropa Yenidənqurma və İnkişaf Bankı

BVF

Dünya İnkişaf Bankı




Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı



Beynəlxalq İnkişaf Assosiasiyası





İnvestisiyaların zəmanəti üzrə Beynəlxalq agentlik





Beynəlxalq Valyuta Fondu: bu fond dövlətlərin valyuta-kredit münasibətlərinin tənzimlənməsi və onlara dünya valyutasında (1944-cü il, ABŞ dollarının dünya valyutası müəyyən olunduğu müddətdən 1971-ci il ABŞ dollarının qızıla dəyişdirilməsinin ləğv edildiyi dövrə qədər) qısamüddətli kreditlərin verilməsi ilə maliyyə köməyinin göstərilməsi üçün nəzərdə tutulmuşdur.

Dollar özünün qızılla əlaqəsini itirdiyi, ABŞ və BVF isə aktiv şəkildə demonitizasiya siyasəti yürütdüyü zaman obyektiv olaraq dünya valyuta sisteminin yenidənqurulması vacibliyi ortaya çıxdı. Bu vəziyyət dünya valyuta sistemində elə bir pul vahidinin müəyyən olunmasını stimullaşdırdı ki, bu pul vahidi ayrı-ayrı dövlətlərin iqtisadi vəziyyətinə neytral yanaşmış olsun və BVF-in bütün üzv dövlətlərinin istifadəsi üçün yararlı olsun. Həmçinin qızılı əvəz edə bilsin. Məhz uzun sürən diskussiyalardan sonra BVF yeni beynəlxalq pulların – SDR-in emissiyasına başladı.

İlk olaraq elan edildi ki, SDR dollar kimi (0,888qr.) qızıl məzmununa malikdir. Buna görə SDR-i qızıl kağız adlandırırlar. Lakin, demonitizasiya ilə əlaqədar olaraq artıq SDR-in “qızıl məzmunu” sözündən istifadə olunmadı.

SDR-in emissiyasını BVF üzvlərinin Yamayka sövdələşməsində qızılın rəsmi demonitizasiyasından sonra BVF həyata keçirməyə başladı. Bu zaman SDR beynəlxalq valyuta sisteminin əsas ehtiyat aktivi kimi çıxış etdi.

Tədavülə buraxılan SDR dövlətlər arasında onların kvotalarına, daha dəqiq desək nizamnamə kapitalındakı payına uyğun şəkildə bölüşdürülür. Kvotanın ölçüsü periodik olaraq dəqiqləşdirilir. SDR-i almaqla üzv dövlətlər özlərinin xarici borclarını ödəmək üçün bu valyuta ilə ehtiyac duyduqları digər valyutaları almaq imkanına malik olurlar.

BVF səhmdar cəmiyyətin prinsiplərinə uyğun formalaşmışdır. Burada hər bir dövlət SDR-lə tərənnüm edilən kvotaya malikdir. Bu kvota əsasında ölkələrin BVF ilə qarşılıqlı münasibəti müəyyənləşir (nizamnamə kapitalına üzvlük haqqı; BVF resurslarından istifadə imkanı; qərarların qəbul edilməsində səs çoxluğu; ölkənin aldığı SDR-in məbləği və s.). Kvotanın ölçüsü ÜDM-in, tədiyyə balansının və rəsmi qızıl ehtiyatlarının ölçüsünə müvafiq müəyyənləşdirilir.

Kapitalın və uyğun olaraq kvotanın məbləğinə qeyd etdiyimiz kimi, periodik olaraq yenidən baxılır və dəqiqləşdirilir. Kapitalın növbəti on birinci genişlənməsi 1999-cu ildə baş vermişdir ki, nəticədə BVF-in kapitalı 212 mlrd. SDR-ə (297 mlrd. dollar) qədər yüksəlmişdi.



BVF-ə üzv dövlətlərin kredit alması bu dövlətlərin müəyyən iqtisadi-siyasi şərtləri yerinə yetirmələrindən asılıdır. Borcalan dövlətlə alınmış kreditin istifadəsinin reallaşdıracağı müəyyən iqtisadi siyasətdə əvvəlcədən razılaşmaya gəlinməlidir. Müəyyən şərtlərlə kreditlərin verilməsi zamanı BVF borcalan dövlətin ictimai inkişafına, sosial-siyasi qüvvələrinin vəziyyətinə təsir göstərmiş olur.

Dünya bankı qrupları: bu qrup BMT-nin ixtisaslaşdırılmış maliyyə təşkilatını tərənnüm edərək, aşağıdakı tərkibə malikdir:

- Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB);

- Beynəlxalq inkişaf assosiasiyası (BİA);

- Beynəlxalq maliyyə korporasiyası (BMK);

- İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik (İZBA).

Bu qrupa daxil olan strukturların fəaliyyəti vahid istiqamətə xidmət edir, lakin onların hər biri ümumi məqsədi rəhbər tutaraq öz funksiyasını yerinə yetirməklə məşğuldur.



Məcmu şəklində bütün təşkilatlar Dünya Bankı adlanır. Bu bank dünyada ən iri investisiya institutu hesab olunur. Bankın məqsədi keçid dövründə olan ölkələrdə yoxsulluğu aradan qaldırmaq və o ölkənin iqtisadi artımının stimullaşdırılmasına xidmət etməkdən ibarətdir.

Beynəlxalq yenidənqurma və inkişaf bankı Dünya Bankının baş təşkilatıdır. Bu səhmdar tipli təşkilatdır.

1996-cı il, bu strukturun təşkil olunduğu dövrdə ona 38 dövlət üzv olmuşdu. Bu gün isə demək olar ki, dünyanın bütün ölkələri bu təşkilatın üzvüdür.



Beynəlxalq inkişaf assosiasiyası 1960-cı ildə yaranmışdır. Bu təşkilatın yaranmasının səbəbi ondan ibarət idi ki, iqtisadi cəhətdən çox geri qalmış dövlətlərə Dünya Bankı tərəfindən birbaşa kreditlərin verilməsi imkansız idi. Bu təşkilat 35 ildən 40 ilə qədər faizsiz kreditlər verməklə məşğuldur. Bu zaman yalnız inzibati xərclərin ödənilməsi üçün 0,5 % həcmində haqq ödənilir. Assosiasiya aşağı səviyyəli gəlirə malik ölkələri kreditləşdirir. 1999-cu ildə bu assosiasiya 1997-ci ildə ÜDM-nin adambaşına düşən payının 925 dollardan çox olmayan ölkələrə kreditlər vermişdir.

Beynəlxalq maliyyə korporasiyası 1956-cı ildə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında xüsusi investisiyaların stimullaşdırılması məqsədilə təşkil olunmuşdur. Beynəlxalq yenidənqurma və inkişaf bankından fərqli olaraq bu təşkilat dövlət zəmanəti tələb etmir və bütün riskləri öz boynuna götürür. Bu korporasiya təkcə kreditlər verməklə deyil, həmçinin qiymətli kağızlar almaqla da məşğuldur ki, bu fəaliyyəti ilə xüsusi investorları cəlb etməyə çalışır. BMK 134 ölkədə 2 mindən çox müəssisəyə bu ölkələrin iqtisadiyyatının rentabellik səviyyəsini artırmaq məqsədilə köməklik göstərmişdir.

İvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik 1988-ci ildə inkişaf etməkdə olan ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılmışdır. Bu agentlik zəmanətlər təqdim etməklə, daha dəqiq desək investisiyaları qeyri-kommersiya risklərindən sığortalamaqla məşğuldur. Agentliyin əsas məqsədi ondan ibarətdir ki, o, xarici investorların cəlb edilməsində maraqlı olan işgüzar dairələr və ölkələrin hökumətləri arasında görüşlər təşkil edir, danışıqlar aparır, onlara bu problem üzrə müxtəlif informasiya xidmətləri göstərir. İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentliyin fəaliyyətində 145 ölkə iştirak edir.

Avropa Bankının əsas məsələsi avropa ölkələrinin bazar iqtisadiyyatına keçidinə şərait yaratmaqdan ibarətdir. Bunun üçün o, xüsusi sektorun, ilk növbədə orta və kiçik müəssisələrin genişlənməsinə və rəqabət qabiliyyətliliyinə kömək göstərir, xarici və yerli kapitalların istehsal fəaliyyətinin inkişafı naminə mobilizəsinə təkan verir; investisiyaları, xüsusi müəssisələrin inkişaf şəraitini təmin edən infrastruktur obyektlərinə istiqamətləndirir.

Başqa maliyyə təşkilatlarından fərqli olaraq Avropa İnkişaf və Yenidənqurma Bankının nizamnaməsində göstərilir ki, bu bank özünün əməliyyatlarını yalnız çoxpartiyalı, demokratiya, plyurealizm və bazar iqtisadiyyatı prinsiplərinə riayət edən ölkələrdə həyata keçirir. Bank öz resurslarının 60%-nə qədərini xüsusi sektorun inkişafına yönəltməyə borcludur. Bu zaman dövlətlərin belə proyektlərə görə təminat verməyinə ehtiyac yoxdur. Bu təşkilat kreditləri vasitəçilər tərəfindən verir ki, onlar kiçik və orta müəssisələrin tələbatını yüksək səviyyədə təmin edə bilirlər.

Beynəlxalq valyuta-kredit təşkilatları arasında əsas yerlərdən biri Beynəlxalq Hesablaşma Bankınındır. Onun tərkibi 34 dövlətdən ibarətdir. Bu bank mərkəzi mərkəzi bankların bankı kimi müəyyənləşə bilər. Onun iki əsas funksiyası vardır:

- Mərkəzi banklar arasındakı əməkdaşlığa imkan yaratmaq və beynəlxalq hesablaşmaların və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqdan ibarətdir;



- Öz üzvlərinin beynəlxalq maliyyə hesablaşmalarının yerinə yetirilməsində agent-bank və ya depozitari-bank kimi çıxış edərək təsir göstərmək.

Həmçinin, London, Paris kreditor klubları da beynəlxalq maliyyə bazarında əsas rol oynayan təşkilatlardandır.



Paris kreditor klubunun mahiyyətinə əsasən ölkələrin bir-birlərinə olan borcları ödənilir və ya bu borc satıla bilər.

Bu klubun köməkliyi ilə 1999-cu ildə Rusiya dövləti keçmişdən SSRİ-nin tərkibindəki respublikalara verdiyi kreditlərin ödənilməsi yolu ilə büdcəyə 3,5 mlrd. dollara yaxın daxil olmaya malik olmuşdur.

London kreditor klubu əsasən inkişaf etməkdə olan ölkələri kreditləşdirən 600-dən çox kommersiya banklarını bir yerə cəmləşdirir. Dövlət kreditləri problemləri ilə məşğul olan Paris kredit klubundan fərqli olaraq London kredit klubu xüsusi kommersiya banklarına olan sığortalanmamış kredit borcları ilə məşğuldur.

4. Mərkəzi bankın təşkili formaları və funksiyaları
Kapital baxımından mərkəzi banklar aşağıdakı hissələrə bölünür:

- Dövlət – yəni belə banklarda kapital bütövlükdə dövlətə aid olur; (İngiltərənin, Almaniyanın, Fransanın, Kanadanın. Qeyd etmək lazımdır ki, Milli Bank da bu növ banklara aiddir).

- Səhmdar – Federal Ehtiyyat Sistemi;

- Qarışıq – bir hissəsi dövlətə, bir hissəsi isə digər hüquqi şəxslərə aid səhmdar cəmiyyətlər (Yaponiyanın, Belçikanın mərkəzi bankları).

Əlbəttə ki, ölkə hakimiyyəti mərkəzi bankın ölkənin kredit sistemindəki rolunun əhəmiyyətinə görə onun etibarlılığında maraqlıdır. Lakin dövlətin mərkəzi bankla sıx əlaqəsi onun mərkəzi bankın siyasətinə sərhədsiz təsiri demək deyildir. Kapital quruluşundan asılı olmayaraq mərkəzi bank hüquqi cəhətdən sərbəstdir və ölkənin qanunverici orqanına yaxud da parlament tərəfindən təşkil olunmuş sosial bank sisteminə hesabat verir.

Mərkəzi bankın hüquqi sərbəstliyi onun fəaliyyətinin effektivliyinin əsas şərtidir ki, əksər hallarda bu hakimiyyətin qısamüddətli məqsədləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda mərkəzi bankın hakimiyyətdən qeyri asılılığı nisbi xarakter daşıyır, belə ki, uzunmüddətli planda mərkəzi bankın siyasəti dövlətin makroiqtisadi kursu ilə müəyyənləşir.



Ənənəvi olaraq mərkəzi bank dörd əsas funksiyanı yerinə yetirir:

∆ Banknotların inhisarçı emissiyasını yerinə yetirir;

∆ Banklar bankı hesab olunur;

∆ Dövlətin bankiri hesab olunur;

∆ Pul-kredit tənzimlənməsini həyata keçirir və Milli valyutanın sabitliyini təmin edir.

5. Mərkəzi bankın passiv əməliyyatları
Mərkəzi bank öz funksiyalarını aktiv və passiv bank əməliyyatları vasitəsilə yerinə yetirir.

Passiv əməliyyatlar mərkəzi bankın resurslarını formalaşdıran əməliyyatlardır. Mərkəzi bankın əsas passiv əməliyyatları aşağıdakılardır:

- Banknot emissiyası;

- Kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbulu;

- Xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar.

Əksər ölkələrdə mərkəzi bankın resurslarının əsas mənbəyi banknotların emissiyasıdır ki, bu mərkəzi bankın bütün passivlərinin 54%-dən 85%-nə qədərini təşkil edir. Hazırda, bildiyimiz kimi banknotların buraxılışı bütövlükdə qızılla təmin olunmamışdır.

Banknot emissiyasının müasir mexanizmi kommersiya banklarının, dövlətin kreditləşməsi və qızıl valyuta ehtiyatlarının artırılması üzərində qurulmuşdur. Emissiya mexanizmi banknotların kredit təminatını müəyyənləşdirir.

Mərkəzi bankların resurs mənbəyi xəzinədarlığın və kommersiya banklarının yatırımlarıdır. Belə ki, onlar mərkəzi bankların faizsiz hesablarına özlərinin kassa ehtiyatlarının, həmçinin məcburi ehtiyatlarının bir hissəsini qoyurlar.



Nəhayət mərkəzi bankların resurs mənbələrindən biri də xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlardır. Lakin bu mənbə bir növ ikinci dərəcəli hesab olunur. Belə ki, mərkəzi bankın xüsusi kapitalının həcmi onun passivlərinin 4%-nə qədərini təşkil edir.

6. Mərkəzi bankın aktiv əməliyyatları
Aktiv əməliyyatlar dedikdə mərkəzi bankın öz resurslarını yerləşdirməsi başa düşülür.

Azərbaycan Respublikası Milli Bankının 28 fevral 2007-ci il

tarixinə balansı (min yeni Azərbaycan manatı (AZN))





28.02.2007

31.12.2006

AKTİVLƏR







Nağd vəsaitlər

21555

81240

Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar

215141

227310

investisiya qiymətli kağızları

203845

201646

Qeyri-rezident banklardakı vəsaitlər

1768524

2019212

Kredit təşkilatlarına qarşı tələblər

86494

82711

Hesablanmış faiz gəlirləri

18148

12973

əsas vəsaitlər

20736

21159

Qeyri-maddi aktivlər

2793

2877

Sair aktivlər

18315

16733

CƏMİ AKTİVLƏR

2 355 551

2 665 860










ÖHDƏLİKLƏR







Dövriyyədə olan banknotlar və sikkələr

1388587

1494286

Hökumət idarələri qarşısında öhdəliklər

173888

107129

Kredit təşkilatları qarşısında öhdəliklər

309486

594900

Sair depozit hesabları

913

597

Buraxılmış (satılmış) qiymətli kağızlar

87454

112601

Beynəlxalq Valyuta Fondu qarşısında öhdəliklər

319407

331543

Digər beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər

6407

6840

Hesablanmış faiz xərcləri

516

604

Sair öhdəliklər

701

1124










KAPİTAL

68190

61235

Nizamnamə kapitalı

10 000

10 000

Kapital ehtiyatları

51235

51235

Bölüşdürülməmiş mənfəət

6955

-

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

2 355 551

2 665 860

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə