Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

yumaq saatlarla vaxt alır, qabın birini sındıranda isə həmin kəsin gönünə saman təpirlər. Qabları 

yuyan, yerləşdirən adamın pəncərəyə zillənmiş gözlərindəsə daha qatı bədbəxtlik “hökm sürür” – 

hamı havaxorda gəzinir, mən günortayacan qab yumalıyam.  

Yaxud da, həbsxanada müəyyən dərəcədə hörməti olan biri dalaşır, yazığın burnunu divara 

dirəyib, burnunun üstünə qənd qoyurlar. Qənd yerə düşsə cəzası-birə beş artır.  

 

*** 


Hər  gün  iki  dəfə  amar  (dustaqların  sayılması)  olurdu.  Amar  vaxtı  hamı  bir-birinin 

arxasınca beş-altı cərgə düzülür, qolunu uzadaraq ara məsafəsi saxlayır, sonra yerə çömbəlirlər. 

Bəndin  məsul  şəxsləri  cərgə  boyunca  yeriyərək  çömbələnləri  sayır.  Bəzən  isə  vəkilbənd  əlini 

cibinə  qoyub  yarım  saat  bəndin  problemləri  barədə  söhbət  edir,  adamlar  da  mat-məəttəl  qulaq 

asırlar.  Çömbəlməkdən  yorulub  ayağa  qalxanlar  isə  söyülən  kimi  tez  yerə  çökürlər.  Adamlar 

sayılıb problemlər həll olunandan sonra isə vəkilbənd qışqırır: 

 

 Özünüzün və xanivadənizin (ailənizin) səlamətçiliyinə ucalı salavat. 



Hamı bir ağızdan var səsiylə: 

 



 Allahummə, səlli əla Muhəmməd və ali-Muhəmməd. 

Vəkilbənd yenə deyir: 

 

 İmam Zaman ağanın tezliklə zühur etməsi üçün ucalı salavat. 



Dustaqlar bir ağızdan: 

 



 Allahummə, səlli əla Muhəmməd və ali-Muhəmməd. 

Vəkilbənd ucadan:  

 

Tezliklə hamımızın azad olmasına və səlamətçiliyimizə ucalı səlavat. 



Dustaqlar yenə qışqırır: 

 



 Allahummə, səlli əla Muhəmməd və ali-Muhəmməd. 

Sonra hamı içəri keçib dəstəmaz alıb axşam namazına yollanır, bəziləri isə yemək bişirmək 

üçün  tava,  qazan  dalınca  qaçırlar.  Yeməyi  də  hər  bəndin  adamları  özü  bişirir,  yəni  bir  bəndin 

içində  də  xırda  bəndlər  olur.  Həbsxananın  yeməyi  çox  da  keyfiyyətli  və  doyumlu  olmadığına 

görə,  həftədə  hərə  5.000  tümən  pul  verir  və  toplanan  pula  ərzaq  alınaraq  axşam  yeməyi 

hazırlanır.  Elə  adamlar  da  olur  ki,  həftəlik  yemək  pulunu  ödəyə  bilmir  deyə,  ya  həbsxananın 

yeməkləri ilə keçinməli olur, ya da kiməsə möhtac qalır. 

 

*** 


 

Ramazan bayramında hamı səhər oyanıb orucunu açır, sonra namazını qılıb yatır. Ramazan 

ayı boyunca dustaqları erkəndən oyandırıb idman etdirmirlər. Oruc tutmaq icbaridir deyə günorta 

yeməyi  verilmir.  Ona  görə  də  bərk  acan  adamlar,  müxtəlif  yollarla  qarınlarını  doyurmağa 

çalışırlar. Məsələn, elələri olur ki, sağa-sola baxaraq, cibindəki yeməyi çarpayının altına tullayır, 

sonra da guya nəsə axtarırmış kimi başını çarpayının altına salaraq, yerə atdıqlarını xımır-xımır 

yeyir. Yaxud biri dostunu otağa və ya ayaqyoluna bələdçi qoyur ki, gələn olanda ona xəbər etsin. 

Öz isə cibindəki kökəni və ya qoğalı tez-tez içəri ötürür. Vay o adamın halına ki, ramazan ayında 

orucunu yeyəndə tutula, onu yüngül də olsa cəzalandırırlar: ya hansısa işi gördürür, ya da üzünü 

divara çevirib saatlarla gözlətdirirlər.  

Onu da deyim ki, belə hallar daha çox “Cavani” bölməsində olurdu. Çünki yaşı çox olanlar 

üçün  belə  qaydalar  yerimir.  Xoşbəxtlikdən,  mən  müvəqqəti  saxlanılma  məntəqəsində  qaldığım 

3-4 gün ərzində belə halla rastlaşmadım. 

Ramazan ayında yeməklərin miqdarı çoxalırdı, Əhya gecələrində mollalar gəlib mikrofonla 

mərsiyələr  oxuyurdular.  Səhərə  yaxın,  imsaqa  az  qalmış  isə  kütləvi  ağlaşma  başlayır,  hamı 

namazxanaya  yığılıb  Allaha  dua  edirdi.  Əhya  gecələrində  Allaha  dua  edə-edə  ağlayan  məsum 

üzlər  hələ  də  yadımdadır.  Qaranlıq  otaqda  nurlanan  üzlər,  elədikləri  işlərə  görə  peşmanlıq 

keçirən  insanların  daxilən  arınmaları,  hərdən  gözümün  qabağına  gəlir.  Onların  içində  ən  çox 

Allaha yalvaran və ümidlə dua edənlər isə, təbii ki, edam məhkumları idi. 



Orda  bir  neçə  əhlikefsə,  qıraqdan  Allaha  sidq-ürəklə  inanan  çoxluğa  rişxəndlə  baxıb 

deyirdilər: 

 

Biz,  onsuz  da,  düz-əməlli  adam  deyilik,  Allah  bizim  səsimizi  eşitməz,  bizim  də 



əvəzimizə dua eləyin. 

 

*** 



 

Müvəqqəti  saxlanma  məntəqəsinə  hər  həftə  300  dən  çox  cinayətkar  gəlirdi.  4  yataq  otağı 

vadı. Birinci otaqda yaşlı və hörmətli, üst-başı təmiz olanlar və həbsxananın işçiləri qalırdı. Bu 

otaqda hər adamın normal yorğan-döşəyi var, televizor daim işləyir, qab-qacaq təmiz idi. İkinci 

otaqda  nisbətən  əyni-başı  təmiz  və  ağlı  başında  olan  adamlar  olur,  onlar  bir  adyalı  başlarının 

altına  qoyur,  bir  adyalı  da  üstlərinə  sərirdilər,  döşəkləri  də  çox  nazik  idi.  Üçüncü  otaqda 

yatanlar  daha  çox  nəşəxorlar  olduğuna  görə  onlar  yataqda  üstüaçıq  yatırdılar,  bəzilərinin 

üstündə adyal görmək olurdu. Dördüncü otaqda isə morfin istifadəçiləri və narkotik aludəçiləri 

qalırdı,  onlar  yerdə  üstüaçıq  yatırdılar,  biri  yanındakının  dizinə  başını  qoyurdu,  digəri  də  bir 

başqasının. Beləcə, hamı bir-birindən balınc kimi istifadə edə-edə yatırdı.  

Bir də görürdün ki, nəşəxorlarda “malın” vaxtı gəlib və lütlənib giriblər əlüzyuyanın altına. 

Başlarından su axdıqca, canlarındakı titrəmə azalırdı. Bəzən bir gecədə beş dəfə, bəzən on dəfə 

xumarın təsiri gəlirdi. Alt paltarsız əlüzyuyanın altında kimi tutsaydılar, şeyinin suyunu hamının 

əl-qolunu yuduğu yerə axıtdığına görə çırpırdılar. Döyüldükcə canlarındakı titrəmə artırdı, belə 

olanda başlarını divara vuraraq yarırdılar ki, isti qan bədənlərindən çıxsın, ya da gizlicə qollarını 

doğrayıb sakitləşirdilər.  

 

*** 


 

Məhkumları axşam sayıb içəri ötürəndən sonra, bir sərbaz (əsgər) gəlib, qapını kilidləyirdi. 

Gecə istəsən də çölə çıxa bilməzsən, hətta əgər yanğın baş versə və ya hər hansı partlayış olsa, 

sərbaz xəbər tutub qapını açanacan, hamı içəridə ölməli idi. Bəzən qapıya vurulan həmin kilidə 

baxanda üşənirdim, başa düşürdüm ki, bu kilid bu dünyada heç kəsi bağışlamır. Azad həyatda 

sənin əlində olan kilidi, məhkum olanda sənin üstündən asılır. Bu dəhşəti düşünmək və qəbul 

etmək isə olduqca əzablıdır.  

 

*** 



 

Məhkəmə  prosesi  uzandıqca  adam  lap  cana  doyur,  az  qalır  çox  şeyə  tüpürə.  Təbii  ki, 

tutulan  gündən  azad  olunmağım  üçün  Allaha  dua  edirdim,  hərdən  dua  edərkən  içim  rahatlıq 

tapırdı və hansısa naməlum qüvvə beynimə salırdı ki, sənin duaların qəbul edilir. Amma proses 

uzandıqca səbrim daralırdı, elə bilirdim ki, Haq-təala səsimi eşitmir. Axır, bir gün bezib qarğış 

elədim: 


 

Ay  Allah,  3  aydır  sənə  yalvarıram,  məni  çıxart  burdan,  olmur.  Heç  olmasa,  dağıt 



buranı, məhv elə, canımız qurtarsın! 

Günorta namazında bu qarğışı eləyib  həyətə çıxmışdım ki,  qəfil zəlzələ oldu,  gördüm  ki, 

saxtıman  (göydələn)  əyildi.  Məlum  dağıntılar  oldu.  Hələ  o  cür  güclü  zəlzələ  görməmişdim. 

Xoşbəxtlikdən  tələfat  olmadı.  Sonradan  öz-özümə  təəccüb  elədim.  Dedim,  ya  Rəbb,  4  aydır 

yalvarıram bir nəticə yoxdur, bircə dəfə qarğış eləyən kimi eşitdin səsimi. 

Görünür, qarşığım Müsyo Jordana görə bütün Parisi dağıtmaq istəyi kimi bir şey idi.  

 

*** 


 

Özündənrazılıq  həyatın  bütün  məqamlarında  özünü  göstərir.  Adamlar  ya  bir-birini 

sevmirlər,  ya  da  bir-birini  bəyənmirlər.  Hətta,  elələri  olur  ki,  həbsxanada  özünü  digərinə 

yaraşdırmır.  Məsələn,  “böyük”  oğurluqla  məşğul  olan  adam,  50-60  manatlıq  mal  oğurlayana 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə