Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   14   15   16   17   18   19   20   21   22

ibarət  olduğunun  şahidi  olmaq  zindan  içində  zindan  idi.  Öz  kefinə  görə  ümumi  maraqları 

satmağa qədər artan bir faciəvi  təkləşmə prosesin şahidi oldum. Onların Azərbaycan maraqları 

bir yana, heç dünyaya maraqları da yoxdur, hər şey – hətta, müqəddəs hisslər də sanki göydən 

yerə enib – boz boşluğa qovuşub. 

Quzeylilərsə  elə  bilir  ki,  orda  bizi  sevən,  Azərbaycanı  istəyən,  Azərbaycan  deyəndə  dili 

çat-çat olan insanlar aşıb-daşır. Olsun ki, mədəni, intellektual mühitdə vəziyyət belə deyil, insana 

insan,  xalqa  xalq,  dövlətə  dövlət  kimi  dəyər  verilir,  amma  sıravi  vətəndaşlar  “təklənməyin” 

tərəfdarıdırlar.  

 

 

Biz nə deyirik, siz nə deyirsiz 



 

 

Çox  sadə  mətləblərin  birmənalı  qarşılanmaması,  düzü,  gözlənilməz  hal  deyildi.  İrandan 



gələndən  sonra  verdiyim  müsahibələr  heç  də  birmənalı  qarşılanmayıb,  görünür,  ya  mən  özümü 

doğru-düzgün  ifadə  edə  bilmirəm,  ya  da  “nənəm  mənə  kor  deyib,  gələnə-gedənə  vur  deyib”, 

prinsipini bayraq edən kəslər həqiqəti görmək istəmirlər. 

Deyirəm  bizim  azad  olunmağımız  cənab  prezident  İlham  Əliyevin  nüfuzu,  eləcə  də, 

müvafiq  qurumların  və  dövlət  nümayəndələrinin,  media  işçilərinin,  yazarların  səyi  nəticəsində 

olub.  Götürüb  yazırlar  ki,  bunlar  da  yıxıldı  hakimiyyətin  ayağına.  Ta  başa  düşmürlər  ki,  ay 

yurddaş,  məsələ  siz  bilən  kimi  deyil,  dövlətimiz  bizim  –  öz  vətəndaşlarının  –  azadlığını  təmin 

elədi, bunu görmək üçün üçüncü gözə lüzum yoxdu.  

Bəziləri danışır ki, bu az tanınan şairlər üçün dövlətin bu qədər səy göstərməsi mənasızdı. 

Bu fikir tam absurddur. Şair olduğumuzu bir kənara qoyuram, axı biz bu ölkənin vətəndaşıyıq, 

biz də azərbaycanlıyıq, dilimiz, dinimiz, xalqımız birdir. Lap milliliyi, vətəndaşlığı da bir kənara 

qoyuram, axı biz iki günahsız insanıq və heç bir səbəb olmadan, hansısa cinayət törətmədən həbs 

olunmuşduq.  Ən  azından  bir  insan  kimi  bizim  yox,  ədalətin  yanında  olmaq,  ədalətin  bərqərar 

olmasını istəmək bəs edir ki, bizdən ötrü narahat olsunlar.  

Bəziləri  yazır  ki,  şairlər  gələndən  bəri  İranı  bərk  tərifləyirlər.  Jurnalistlər  həqiqəti 

öyrənmək  istəyir,  mən  də  doğrunu  deyirəm,  yox,  əgər  kiməsə  yalan  və  ya  öz  “həqiqəti” 

lazımdırsa, məndən fikir soruşmağa əşhədü ehtiyac yoxdu. Bir də ki, həbsxananın yaxşısı olmur, 

xüsusən  də,  qürbətdə.  Orda  bizə  vətəndən,  ailədən,  sevdiklərimizdən  ayrı,  uzaq  olmaq  çox 

əziyyətli idi: qürbətdə adama yaxşı da baxa bilərlər, yaxşı yemək də verə bilərlər, amma qürbət 

heç vaxt vətən ola bilməz. Vətənimdə, demək olar ki, yad heç nə yoxdur, vətəndə şor yemək də 

ləzzətlidir, amma orda kabab yeməyin heç bir ləzzəti yoxdu. Qürbətdə insanın keçmişlə heç bir 

xatirəsi  olmur,  amma  vətəndə  uşaqlığın,  yeniyetməliyin,  gəncliyin  bir  hissəsi  qalıb,  yəqin,  heç 

kəs istəməz ki, ömründən nəyisə itirsin.  

“İran dövləti bizi əfv etdi” – cümləsini də yozanlar tapıldı. Dedilər ki, şairlərin sözündən 

belə çıxır ki, günahları var imiş. Yox, biz 127 gün öz günahsızlığımızı vəkilsiz-filansız müdafiə 

etmişik,  amma  buna  baxmayaraq,  bir  il  azadlıqdan  məhrum  edilmişdik.  Azad  ediləndə  isə 

rəsmən əfv olunaraq azad olunduğumuzu bizə bildirdilər. Ona əsasən deyirik ki, bizi əfv etdilər. 

Şəhriyarla  mənim  durumumda  əfv  olunduğumuzu  demək,  günah  etdiyimizi  boynumuza  almaq 

deyil.  

P.S.  Məşhur  yazıçı,  tənqidçi  və  araşdırmaçı  Oldos  Leonard  Hakslinin  “Yeni  romantizm” 

adında maraqlı bir essesi var. Həmin essedə müxtəlif cərəyanların nümayəndələrinin fərqli dünya 

görüşünə  malik  olduqlarını  əsas  gətirərək  müəllif  qeyd  edir  ki,  hər  bir  sənət  cərəyanının 

nümayəndəsi  nifrət  etdiyi  digər  bir  cərəyana  ayrı  cür  baxır  və  belə  olan  halda  fərqli  nifrət 

mövqeləri  üzə  çıxır:  “Romantiklərin  ünvanına  artıqlaması  ilə  cürbəcür  tənqid  söylənilirdi. 

Klassiklər  onları  isterik  dəliliklərinə  görə  qınayırdı.  Realistlər  onları  çirkin  həqiqətdən  ürkən 

qorxaq və yalançı elan etmişdi. Moralistlər onları hədsiz cuşa gəlmələrinə görə mühakimə edirdi. 

Filosoflar  onların  idrakına  qarşı  mənfi  fikirdə  olmalarından  və  ucuz  mistisizmə  istinad 

etmələrindən  gileylənirdi.  Sosialistlərə  və  hakimiyyətin  gücünə  inanan  başqalarına  onların 



individualizmi  toxunurdu.  Bir  sözlə,  hərə  öz  oxunu  atırdı”.  Bu  gün  yeni  romantiklərin  başa 

düşülmədiyi  kimi,  bizim  də  sözümüzü  bəziləri  yüz  yana  yozur,  amma  qəribəsi  budur  ki,  bizə 

hədyan  deyənlər  hansısa  cərəyanın  təmsilçisi  deyillər,  əgər  elə  olsaydı,  obyektlər  daha  dəqiq 

görünərdi. Hərə öz ürəyincə ölçər, deyərlər...  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Həbsxana şeirləri və onların yazılma tarixçələri 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Özüm öz ölmümə qara kağızam 

 

Anam Tahirə xanım üçün 

 

 



Bir qab su idim ki, içdilər məni, 

Yaşıl zəmi idim, biçdilər məni. 

Elə yer idim ki, ayaq dəyməmiş, 

Tapdaya-tapdaya keçdilər məni. 

 

Dərdin özün tapıb özünü dözdüm, 



Küçə-küçə düşüb heç kimi gəzdim. 

Bir Allah sevgisi qaldı canımda, 

Bir ana sevgisi qaldı canımda. 

Özgə sevgiləri canımdan üzdüm. 

 

Ta mənə günəşdən pay düşməz, ana, 



Qoy sənin kölgənə qısılıb ölüm. 

Dolanım dünyanın dörd bir yanını, 

Gəlib ayağına yıxılıb ölüm. 

 

Yox-yox uzaq elə özündən məni, 



Sən məndən biryolluq küssən yaxşıdı. 


Hara dərd səpsələr orda göyərrəm.  

Sən məni kökümdən kəssən yaxşıdı. 

 

Eh, sənə bir oğul ola bilmədim



Şeirlə, söz ilə baş qatıram mən. 

E... sizsiz bir ömür yaşamıram ki, 

Hər gün əcəlimi yubadıram mən. 

 

Sənin həsrətini elə gəzmişəm 



Elə yeri yoxdu ayaq dəyməmiş. 

Mənim həyatımın nəticəsi bu: 

Ölmək ölməməkdən nə gözəl imiş. 

 

Quşlar buludları sevdi, nolsun. 



Hamısı torpağın qucunda öldü. 

Elə sözüm vardı sənə deyəsi, 

Demədim, dilimin ucunda öldü.  

 

Özüm öz ölmümə qara kağızam, 



Gəlib çatmamışam əlimə hələ. 

Mən daha dünyadan küsdüm biryolluq, 

Diş qıcaram bütün gözəlliklərə. 

 

Ah niyə atlarım kəndir çeynəyir, 



Qara gözlərimə kədər insafmı? 

Bax bu giliz dərdlər, bu giliz dərdlər, 

Hər gün ürəyimi gəzər, insafmı? 

 

Bu kor gözlərimə mənzərə dünya



Bu kar qulağıma səs sala bilməz, 

Bütün pillələrim üzüaşağı. 

Ta heç kəs gözümdə ucala bilməz. 

 

Ay ana, hayana üz tuturamsa, 



Bədbəxtlik dalımca elçi yollayır. 

Mən hansı budaqdan yapışıramsa, 

Dar ağacı olub kəndir sallayır. 

 

Qollarım boş qalıb, elə boş qalıb, 



Yanıram saçımdan dırnağımacan. 

Hər gecə yuxumda yarımı görrəm, – 

Deyirəm “gələcəm”, deyir ki, “haçan?”  

 

Susuram, susuram, susuram, ana. 



O qıza bir cavab verə bilmirəm. 

Bu gücsüz canımla dəmir dərdləri, 

Dişimi sıxıram, əyə bilmirəm. 

 

Dörd fəsil ömrüm var, dördü də payız, 



Bax sonra demə ha, saraldı getdi. 

Bir gün soruşarsan, hanı o baxtsız? 

Deyərlər, “ay xala, dərd aldı getdi”. 



 

 

Bu şeiri yazdığım vaxt dəftərlərə nəzarət var idi, beş gün ərzində yazdığım bu şeiri 



gecə yazır, gündüz cırırdım ki, ələ keçməsin. 

 

 

Sənsiz divar imiş ömrün sonu 

 

 

Məni kimsəsizlik dağına zəncirləyiblər, 



Ciyərimi həsrət qartalı didir, 

Hər gecə ayrılıq odun atır sənsizliyimə, 

Hər gecə bir az da alovlanıram. 

Qəhrəmanları sevməyən qadınlar qəhrəmandı,  

Sağ ol, sən də məni sevdin, 

Mən sənə şeir yazmıram, 

Sənsizliyimi kağıza köçürürəm burda, 

Mənim qollarımdakı qandalın ağrısı köçüb 

Sənə aldığım bilərziyə,  

Sənin də qolların ağrıyır orda. 

Sən min yol Qızıl balıqdan ancaq məni istəmisən, 

Yaylığını nəzir demisən mənə. 

Adının hər hərfinə qonub ürəyim, 

Adını tufan sirkələsə uçmaram, 

Sevgin silah dirəyib alnıma, 

Həsrətin qorxudur, qaçmıram. 

Quşlar dimdikləyər deyə havaya tullamıram öpüşlərimi, 

Sənə ağlayanda göz yaşımı ovcuma silirəm, 

Demə “niyə gəlmirsən?” 

Hər gecə ayaqlarımı söyürəm, 

Sənə gəlməyəndən bütün ağrılarım ayaq ağrısına çevrilib, 

Qanım göz yaşına, 

Sevmədiyim mahnılara ağlamağı öyrənmişəm, 

Qaranlığa oyanıb kor olmuşam bəzən, 

Qollarım qucaq deyilmiş sənsiz, 

Sənsiz divar imiş ömrün sonu... 

 

 

Bu şeiri ETTELAAT təcridxanasında olanda yazdım. Şeir bir nəfəsə və qırıqsız beynimə 

gəldi.  Gözümün  önünə  gələn  kadr  isə  bu  idi:  Bir  qadın  Qızıl  balıqdan  hər  dəfə  gedib  öz 

sevdiyi  oğlanı  istəyir.  Bu  şeiri  yazmaq  üçün  min  bir  əziyyətlə  kağız  aldım.  Təəssüf  ki, 

həmin kağızı vermədilər azad olunanda. 

 

 

 

Zindan gecələri 

 

Gecələr bütün ağrılar yerbəyer olur bədənimdə



gedə bilməməyim ayaqlarıma çökür. 

Sevdiyim ürəyimə, göz yaşlarıma çökür anam, 

Yumruğuma bükülüb ovcuma sığıram. 



Qollarımda gücsüzlüyüm ağrınır, 

tənhalıq höcətləşir canımla,  

dil tapmıram, çənə-boğaz oluram ayrılıqla. 

Bütün canımı gəzmişəm,  

bədənimdə bircə unutmağa yer yoxdu. 

Bədənim bir qadından qalmış xatirədi ancaq. 

Ürəyim döyünmür, ürəyim deyinir sizsiz,  

Dəqiqədə altmış dəfə narazıdı həyatdan. 



 

 

Bu şeiri Müvəqqəti saxlanılma məntəqəsində olanda yazdım. Ayaqlarım bərk 

ağrıyırdı, həkimsə heç bir kömək edə bilmirdi. Mənə elə gəlirdi ki, bu ağrı qayıda 

bilməməyin ağrısı idi.  

 

 

Zindan ağrıları 

 

 



 

Nəsimi qanı sevgin, Zahid barmağı ürəyim var, 



Sevgi bəzən namərd edir adamı.  

Tale heç də həmişə bacı dilində “can qardaş” olmur. 

Mariya düz demişdi “əvvəldən-axıra it quyruğuna düyünlənib ömür...” 

Toyuma gecikmişəm, bütün ömrüm boyu gözükölgəliyəm yarımdan 

Telefonda ağlaya-ağlaya “ağlama” deyirdi mənə 

Ölsəm də çıxmaz yadımdan. 

 

 

Anamın bayram səsi nə vaxdır? 



Təqvimə salın anamın səsin, 

Gilas nübar elədim bu gün 

Anamdan  şişə-şişə, 

ən qatı göz yaşları durulub gözlərimdə. 

Dərdimin gözəlliyi körpələrin xəbərsiz olmasıdı məndən, 

Hamı halıma yanarkən, 

gülümsəyir qardaşımın oğlu, şükür. 

 

 

Atam bütün ömrü boyu bir qəbir boyda yer elədi özünə. 



Sonra bir səhər getdi və heç vaxt gəlmədi. 

Atamın getdiyi yollarda ümidsizliyə çevrildi ayaq izləri. 

 

 

Həyat bax beləcə divara dirəyir adamı, 



Qaça bilmədiyin yerə “alın yazısı” deyirsən. 

Mən göz yaşlarımla ağrılarımı zəncirləyirəm, 

Sənsə baxıb “ağlama” deyirsən 

 



 

Bu şeir də ETTELAATda yazıldı. Darıxdığımdan ağlaya-ağlaya yazmışam bu şeiri. 

 

 

Mənə deyən lazım 

 

       Yazıçı dostum Natiq Məmmədliyə 



 

Bu dəli yollara iz salmamışam, 

Yollar özü gəlib izimə sarı. 

Mən ki, öz sözümü deyə bilmədim, 

Gedirəm Allahın sözünə sarı. 

 

Elə öyrətmişəm səsə dünyanı, 



Şeir misra-misra sözümə gəlir. 

Diz qoymuram bu gedişsiz yollara 

Əyilləm, səcdələr dizimə gəlir. 

 

Sədləri yolumdan götür, İlahi. 



Yollarım dirənib səhra dağına. 

Mənə deyən lazım, bu qara bəxtnən,  

Niyə düşürdün ki, yolun ağına?! 

 

 



Anam həbsxanada yanıma gələndə bir neçə adam adı çəkib dedi ki: “onlar sənə deyib 

ki, getmə”. Amma yazıçı Natiq Məmmədlidən başqa heç kəs, “İrana getmə” deməmişdi. 

 

 



Ölmədi şair 

 

Kəsdilər şairin dilin dibindən, 



Amma ki, dilini kəsmədi şair. 

Baxdı ki, bu dünya yuxu dünyadı, 

Dünyaya şeirlər əsnədi şair. 

 

Asdılar şairi ayaqlarından, 



Yeri göydə gördü, göyü də yerdə. 

“Afərin”, – şairin son nəfəsidi, 

Şeir gilələnir əcəl tərində. 

 

Çatdız arzunuza, axır ki, çatdız, 



Öldü şair öldü, nə gözəl öldü. 

Ölmədi, ölmədi, ölmədi şair – 

Allaha uzanan bir cüt əl öldü. 

 

 



Bu şeir bizi “PRESS.TV” kanalına müsahibə verərkən müstəntiqin “deyin ki 

günahkarıq, xilafkarıq” təzyiqi altında yarandı. 

 

 



“Xəstə” gündəliyi 


 

“Vəba xəstəsiyəm”, gəl gör günümü,  

Siçovul həsrətin hər yandan gəlir. 

Bir qələt: incitdim sənli günləri. 

Min qələt: sənsizlik burnumdan gəlir. 

 

“Vəba xəstəsiyəm”, üşüyür canım. 



Min həkim çağırsan sağaltmaz məni. 

Əlində bərkimiş qum topasıyam, 

Yüz çəkic çalsalar dağıtmaz məni. 

 

“Vəba xəstəsiyəm”, ay qara gözlüm. 



Hər səhər oyanıb qan tüpürürəm. 

Allah elə əlçatmaz eləyib səni 

Elə bil, it olub Aya hürürəm. 

 

“Vəba xəstəsiyəm” üşüyür canım. 



Gəl məni gözünün odunda yandır. 

Tüstüm gözlərinə dolar, gözəlim, 

Bir zəhmət, bir qədər aralıda dur. 

 

Nədənsə Alber Kamyunun “Vəba” romanın qəhrəmanı Ryö yadıma düşmüşdü. Onu 



da həbsxanada təsəvvür edirdim.  

 

 



 

 

 

Kitabın içindəkilər 

 

Həm də bir Tanrı işarəsi  

Təbriz həbsxanasına gedənəcən 

Təbriz həbsxanasındakı günlər 

Belə də olur 

Belələri də olur 

Bizə qohum dərdlər 

Məhkəmə zalında 

Edam dəhşəti 

Görüş günləri 

Qadın məsələsi 

Həbsxananın gözü – Rza Əzimzadə 

Qorxu  


Yuxu 

YAZI və yazı 



Həbsxana esseləri 

Tanrı və qorxu 

Həbsxanada hamı günahsızdır 

Satılmaq və satılmamaq 

Günahımız nə idi 

Ay səni Şərq 

Bakı şərab, yoxsa qadın 

Biz nə deyirik, siz nə deyirsiz 




Həbsxana şeirləri və onların yazılma tarixçələri 

Özüm öz ölümümə qara kağızam 

Sənsiz divar imiş ömrün sonu 

Zindan gecələri 

Zindan ağrıları 

Mənə deyən lazım 

Ölmədi şair 

Vəba xəstəsiyəm 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 


 

 

 

Müəllifin digər kitabları 

 

 

 

 

(“Mütərcim” – 2009) 

 

 

 

 

(“Qanun” – 2011) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

Qeyd üçün 

 

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə