Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

Qadın məsələsi 

 

 



Zindanda  gecə  üstüaçıq  yatan  adamları  gördükcə  başa  düşürsən  ki,  bu  narahat  yatan, 

yorğanı  üstündən  atan  adamlar  nə  qədər  qadınsızdırlar  və  kişi  üçün  qadın  nə  deməkdir.  Kişi 

qadınını itirəndə, sanki, yorğanını da itirir.  

 

*** 



 

Həbsxanada  axşam  olanda  gözünü  ağ  divarlara  zilləyib  düşünməyə  başlayırsan,  insanın 

ürəyinə  diləgəlməz,  izaholunmaz  ağrılar  çökməyə  başlayır.  Sanki,  bütün  ağrıların  canında 

yerbəyer  olur:  evinə-eşiyinə,  yurduna-yuvana  qayıda  bilməmək  ayaqlarına,  həsrət  ürəyinə, 

gücsüzlüyün qollarına çökür...  

 

*** 



 

Qadınları  ilə  görüşüb  cinsi  münasibətdə  olmaq  istəyənlərin  növbəyə  durub  rəsmi  icazə 

kağızı  alması,  o  kağızı  almaq  üçün  dəridən-qabıqdan  çıxmaları,  görüşəndən  sonra  həyat 

ləzzətindən  həbsxana  divarları  arasına  qayıdıb  o  xoşbəxt  üç  saatı  xatırlayaraq  başılovlu 

gəzmələri  insanın  əlini-ayağını  yerdən  üzən,  ürəkağrıdıcı  məqamlardan  idi.  Onlar  üçün  o 

əvəzedilməz bir günü gözləmək də böyük sevinc idi. 

 

 

Həbsxananın gözü  – Rza Əzimzadə 



 

Təbriz zindanında biz qalan bəndin “gözü” Rza Əzimzadə idi. Qız Rza deyirdilər, burcuda-

burcuda  yeriməyi  vardı,  hər  gün  məcburən  adamların  –  “böyüklər”in  paltarlarını  yuyurdu.  Əli 

daim suda olurdu. Kimin yanından keçirdisə, o saat söz atırdılar məzluma: “Yanasan, qız səni”. 

Evlərindən tozsovuran şnuru və 2 kq düyü oğurladığına görə anasının şikayəti ilə həbs edilmişdi. 

Hər gün evlərinə zəng edib anasına yalvarırdı: 

–  Ana,  rizayətlik  ver  çıxım  burdan,  ta  paltar  yumaqdan  bezmişəm,  qurban  olum,  başına 

dolanım şikayətini geri götür, gəlib bacım oğlunu görüm, çox darıxıram. 

Anası  isə  rizayətlik  vermirdi.  Qəribə  paradoks  idi:  hamının  anası  övladını  həbsdən  azad 

etdirməkdən ötrü əlindən gələni edirdi, heç olmasa ağlayıb-sıtqayırdı, amma Rzanın anası oğlunu 

“içəri”də saxlamaq üçün əlindən gələni “əsirgəmirdi”. 

Rza hərdən bəndin ən hörmətsiz adamını öyrədirdi ki, anamla telefonla danışanda qəsdən 

dəstəyi  sənə  verəcəm,  deyərsən  ki,  mən  bəndin  vəkilbəndiyəm,  bu  Rza  da  çox  yaxşı  oğlandı, 

əxlaqı  da  xoşgildi,  gəl  Allah  eşqinə  bu  oğlanı  azad  elə  –  şikayətini  geri  götür.  Rza  beləcə 

hiyləgərlik  edirdi.  Amma  anası  gözünə  döndüyüm  də  Rzanı  azad  etmək  əvəzinə  oğlunu  həmin 

adama tapşırırdı: 

– Sən vəkilbəndsən, Rzadan muğayat ol, hələ bir yerdə çox qalacaqsız, uşaqdan göz ol... – 

kəsəsi Rzanın biclikləri anasının döşünə yatmır, daş qəlbini zərrəcə də yumşalda bilmirdi. 

 

*** 


Qız  Rza  başqalarının  paltarını  yuyurdu,  İtdiş  Musa  da  onun  başının  qarışıq  olmasından, 

əyilməsindən istifadə edib barmaqlayırdı. Qız Rza çönüb Musaya dillənməli oldu:  

–  Mulaqat    günün  gözlə,  anan  gələndə  barmaqlayarsan,  –  İtdiş  Musa  gülə-gülə  yenə 

barmağını və dilini dinc qoymadı: 




– Anam gələnəcən dözəmirəm da, ala, ala... (barmaqlayırdı) yanasan qız səni, ay yanasan 

qız  səni  –  aralanıb  hırıldayırdı,  Musanın  saralmış  qabaq  dişləri  uzun  və  əyri  idi,  güləndə, 

doğurdan da, itə oxşayırdı.  

Rza qızışır, hirslənir barmaqlarını qız kimi düyünləyib yumruq atırdı. İtdiş Musa hırıldaya-

hırıldaya  Rzanın  yumruğunu  tutub  qolunu  buranda  nəzarətçi  onları  görüb  cəzalandırdı.  İtdiş 

Musaya  bir-iki  təpik  vurub  buraxırdılar,  çünki  əlində  işi  vardı,  növbə  ilə  adamları  hamama 

yollamalıdı idi, – vəzifəsi məsuli-hamamdı. 

 Yazıq  Rzanın  üzünü  divara  çevirib,  dizini  və  burnunu  divara  söykəyib,  əllərini  arxasına 

“bərkidib”,  burnunun  da  üstünə  qənd  qoyurdular.  Bir  saat  ərzində  tərpənsə,  qənd  burnunun 

üstündən  yerə düşsə cəzası bir az da artmalıydı.  Rza ağlaya-ağlaya al  günün altında üzü divara 

dayanımışdı,  boynunun  da  dalı  gündən  yanmışdı,  gəlib-keçənlər  də  üzünün  divara  olmasından 

bərk yararlanıb Rzanı barmaqlayır, – azarlarını öldürürdülər. 



 

*** 

Qız Rzayla həbsxana əhli məzələnirdilər, hərə bir yerinə əl atır, Rzanı söyür – “Anasını 

satdıran” deyirdilər. Rza da guya söyənlərə cavab verirdi: 

Hə, satdırıram, amma qəvvatı (adam tapanı) sənsən...   

Radioda həzin bir musiqi səslən kimi, Rza çiyin ata-ata, burcuda-burcuda, tullana-tullana 

oynayırdı. Bir dəfə Rzanın belə burcuda-burcuda oynamağını görən Vəhid yanındakı yoldaşına 

dedi: 

–  Əclafı o gün hamamda qıçlarını, sinəsini qırxan yerdə tutdum, and içirdi ki, qırxmıram, 



yarımqırxılmış qıçını, sinəsini və əlindəki tiqəni göstərib sözümü sübut elədim. Sonra tiqəni 

əlindən alıb əli ilə suyun içindəki bütün tükləri bir-bir dənlətdirdim. Demişdim bir dəfəyə iki tük 

götürsən, dumbuzu qoyacam kəllənə. Üç saata yeri-yurdu gül kimi elədi. 

 

 



Qorxu 

 

 



Həbsxanada  insanın  qəribə  qorxuları  –  ehtiyatları  olur.  Vaxtında  yatmaq,  vaxtında 

oyanmaq, fürsətlərdən maksimum  yararlanmaq istəyirsən. Sanki  təhtəlşüurunda narahatlıqlara 

qarşı bir oyanma, qorxu qıcığı olur. Hamı hansısa işinin narahat gedəcəyindən qorxur. İndiki 

məqamda  bu,  yadıma  Jan-Pol  Sartrın  “Divar”  hekayəsindəki  maraqlı  bir  məqamı  salır: 

hekayədə  qəhrəman  bilir  ki,  sabah  onu  ölümə  aparacaqlar,  necə  öləcəyini  düşünmək  istəyir, 

amma düşünmür. Çünki sonuncu dəfə yatan bu adam yuxusunu qarışdırmaqdan qorxur.  

.  

*** 


 

Həbsxanaya  da  hardasa  kişilik  məktəbi  demək  olar,  hərçənd  o  məktəbi  heç  kəsə 

arzulamıram.  Bu  məktəbdə  kişilərin  çoxu  qorxaq  olur.  Həbsxanada  qorxmayan  adama  rast 

gəlmək mümkün deyil. Edama məhkum  olunmuş adam  da ümidlidir. Ən azından gözləyir ki, 

şikayətçi şikayətini geri götürə bilər, hakimiyyət dəyişə bilər. Kəsəsi, Allahın qüdrətinə sığınır. 

Həmin o zəif işıq kimi közərən ümid hər kəsi qorxaqlaşdırır. Biri digərini o vaxt əzir ki, o bəri 

başdan cəzalanmayacağını bilir. Əgər bu qorxu olmasakannibalizmin qarşısını almaq olmaz. 

Qorxusuzluğunu  nümayiş  etdirənlərsə  daha  çox  gücsüzlərdir.  Onlar  döyüləndən,  şillə  altına 

salınandan  sonra  şəstlə  iddia  edirlər  ki,  guya  özlərini  güclə  saxladılar,  yoxsa  aləmi 

dağıdacaqdılar. Hamı qorxusuz görünür, amma hamı qorxur. Bu dəhşətli qorxu inkarına Jan-

Pol Sartrın “Divar” hekayəsində rast gəlmişdim: 

 



Onun  ayaqlarının  arasında  yaranan  gölməçəyə  şalvarından  damcılar  axırdı.  O 

çaşqınlıqla mızıldandı: 

 

 Bu nədir belə? 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə