Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   14   15   16   17   18   19   20   21   22

olduqca  təəccüblənir.  Dərvişdən  hadisənin  səbəbini  soruşur.  Dərviş:  “Bu,  həqiqətdir”,  –  deyir. 

Şilləni kim vurur vursun, kimdən gəldiyini bilir”, – deyə cavab verir.  

Bax, mən də ağrının hardan – kimdən gəldiyini bildiyim üçün dişimi sıxır, “ıh” da demirəm”. 

Turqut Özalın “ıh” deməməyi, Emin Bəxtiyarinin də bəlanın hardan gəldiyini bilməsi... 

 

 

Həbsxanada hamı “günahsızdır” 

 

 

Hamı günahkardı dünyada amma



Dünyada heç kimin günahı yoxdu 

Ramiz Rövşən 

 

Həbsxanada olanda qəribə talelərlə rastlaşırsan, xüsusən də, mənim kimi həyatın daha çox 



dərəcədə  həlim  üzünün  adamısansa,  həmin  qəribə  talelər,  gözlənilməz  aqibətlər  adamı  birə-beş 

dəhşətə  salır.  Orda  anasını  öldürəndən,  öz  evlərindən  tozsovuran  şnuru  oğurlayıb  satana  qədər 

hər cür adam görmək mümkündü.  

Dərdə tez inanan adamam. Olsun ki, bu bir qədər sadəlövhlük, bir qədər də ürəyiyumşaqlıq 

nişanəsidir.  Həbsxanada  olanda  hər  gün  ən  azı  2-3  nəfər  yeni  məhbus  gəlirdi  və  gələn 

“yazıqlardan” bütün bənd adamları vaxt tapıb soruşurdular: 

 

 Çürmün nəmənədi?  



Bu  “cürmün  nəmənədi”  sualı  çox  vaxt  bəraət  xarakterli  cavablarla  sona  çatırdı.  Belə  ki, 

həbsxanaya düşmüş şəxs, oğurluq etmişdisə, deyirdi: 

a)

 

Kimsə dükan yarıb, məndən şübhələnib tutublar; 



b)

 

Yaxud,  əgər  adam  öldürübsə,  deyirdi  ki,  başqası  öldürüb,  elə  bilirlər  ki,  mən 



öldürmüşəm;  

c)

 



Narkotik maddə istifadəçisi idisə, deyirdi ki, cibimə atıblar, xəbərim olmayıb. 

     Məhkəməyə  qədərki  istintaq  prosesi  başlayırdı,  hansı  yollasa  “qəhrəmanlar  öz  hünərləri” 

barədə danışmağa məcbur olurdular. 

Kəsəsi, hər kəs bir-iki gün “günahsız” kimi keçinirdi. Hərdən mənə elə gəlirdi ki, bunların 

günahı  yoxdur,  amma  dövlət  bu  qədər  adamı  salıb  zindana.  Amma  qəhrəmanları  öz  “bəşəri” 

hünərlərinə görə cinayətlərinə uyğun olaraq azadlıqdan məhrum edirdilər, bax onda qəhrəmanlar 

dönüb  olurdular  “quzu”,  boyunlarına  alırdılar  ki,  hansısa  cinayəti  və  ya  qayda  pozuntusunu 

“canla-başla  yerinə  yetiriblər”,  əbəs  yerə  burda  deyillər.  Yəni,  25-30  günə  “günahsızlar”  öz 

günahlarına  yiyə  dururdular.  Sanki  həbsxanaya  “günahsız”  kimi  düşmüş  bu  adamlar  içəridə 

günahkar olurdular.  

Günahdan  qaçmaq  istəyən  adamların  psixologiyasına  bir  müddət  sonra  bələd  olub  niyə 

belə dediklərinin səbəbini yəqinləşdirdim: 

1)

 

Əgər gələn kimi günahkar olduğunu desən, sənə pis baxacaqlar, düşünəcəklər ki, 



“bu  adam  axmağın  biridi,  cinayətkardır,  günahsız  olduğunu  desən,  səni  təmiz  adam  kimi 

tanıyacaqlar. Belə olan halda, az müddət sonra hər şey 2-3 dindirilmədən, məhkəmədən, hansısa 

proseslərdən sonra üzə çıxanda, sanki hamı cinayətkarın günahını yavaş-yavaş vərdiş edir

2)

 



Yenicə  cinayət  törətmiş  adam  daha  çox  peşman  olur;  məsələn,  deyir  ki,  “kaş 

dünən harasa çıxıb gedəydim, başıma bu qəza-bəla gəlməyəydi”. Belələri törətdiyi günaha daha 

yaxın olur deyə, daxilən daha təmiz hiss edir özünü. O öz içindəki təmizliyi, peşmanlıq hissini 

dilinə gətirir. Çünki törətdiyi əməlin zaman müddəti ona yaxındı. Amma sonradan vaxt-müddət 

keçir,  günahkar  öz  günahına  doğmalaşır  və  içində  anbaan  təkrarlanan  cinayət  əməlini  dilinə 

gətirməkdən, hər soruşana deməkdən çəkinmir. 

3)

 

“Yengibinə”    dustaq  əvvəlcə  öz  günahını  özünə  yaxın  buraxmaq  istəmir, 



əməlindən  və  taleyindən  imtina  etmək  istəyir,  günahsız  olduğunu  söyləyən  şəxs  sonralar  baş 

verən xoşagəlməz hadisəni o qədər xatırlayır ki, hadisə onun xatirəsinə, yaddaşına və reallığına 

çevrilir.  



Bütün bunları müşahidə edərkən mənə elə gəlirdi ki, həbsxanada hamı “günahsızdı və hamı 

günahkardı”. 

 

 

Satılmaq və satılmamaq 

 

 



Məhbəs  divarları  elə  qurulub  ki,  o  divarlar  arasında  ümidsizlik,  ümidlərin  “ərazisində  “at 

oynadır”.  

Ən  iyrənc  əməllər  –  satqınlıq,  üzədurma,  inkar,  böhtan  və  s.  sənin  “xilas”ın  ola  bilər. 

Burası da var: yamanlıqla cismin azad olur, amma qəlbin əbədi vicdan əzabına məhkum olur. 

Həbsxanada  ən  yaxın  dost  sənə  düşmən  kəsilə  bilər.  Həbsxananın  tarixində  belə  şeylər 

həmişə olub. Məsələn, belə bir hadisə Cəfər Cabbarlının da başına gəlib. Bu materialı müəllimim 

Asif Rüstəmlinin doktorluq dissertasiyasından oxumuşam. Deməli, C.Cabbarlı siyasi fəaliyyətinə 

görə həbs olunur və istintaq vaxtı məhkum olunmuş əqidə yoldaşı Rəhim Vəkilovla üzləşdirilir. 

Təbii ki, Vəkilovu o üzləşdirməyə qədər dəfələrlə döymüş və üzləşdirməyə “hazırlamışdılar”. 30 

iyun 1923-cü ildə Rəhim Vəkilovla C.Cabbarlı üzləşdirilərkən Vəkilov rahatlıqla C.Cabbarlının 

üzünə  durur.  Amma  C.Cabbarlı  inkarçı  mövqeyi  ilə  həm  özünü  qoruyur,  həm  də  Vəkilovu 

satmır. 


Həmin üzləşdirmədən bir-iki məqama baxaq: 

 “Rəhim  Vəkilova  sual:  –  Müsavatçılardan  kimə  dediniz  ki,  Tiflisdən  gələn  menşevik 

Partiya MK-sının nümayəndələri ilə görüşmək və danışmaq lazımdır? 

Cavab: – Cəfər Cabbarzadəyə dedim. 

C.Cabbarzadəyə sual: – R.Vəkilov düz danışırmı? 

Cavab: – Bu barədə heç nə bilmirəm. 

R.Vəkilova sual: – Siz öz ifadənizi təsdiq edirsinizmi?  

Cavab: – Təsdiq edirəm. 

C.Cabbarzadəyə sual: – Bu barədə nə deyə bilərsiniz? 

Cavab: – Mən təsdiqləyirəm ki, belə iş olmayıb”. 

Bu üzləşmə materialını oxuyanda C.Cabbarlıya heyrət elədim. Ona görə ki, bu üzləşmədə 

Cabbarlı inqilabi prosesi heç də inkar etmir. O sanki prosesi yox, Vəkilovu qoruyur. 

İki dostun üz-üzə namərd-comərd kontekstində dayanmağı bir ayrı zaddır. Cabbarlı nəinki 

siyasi əqidədaşını satmır, üzləşdirmə zamanı bir dəfə də olsun onun adını da çəkmir.  

Dəfələrlə olub ki,  İranda istintaq zamanı bizdən söz almaq üçün məndən Şəhriyar barədə, 

Şəhriyardansa  mənim  haqqımda  böhtan  xarakterli  fikirlər  soruşub,  söhbəti  dəfələrlə  fırladaraq 

hansısa məqsədə çatmaq istədilər. Alınmadı. Mən bunları deməklə heç də özümüzü bir cəsarətli 

insan  kimi  qələmə  vermək  istəmirəm.  Sadəcə,  görünür,  satılıb-satılmamaq  kontekstində 

C.Cabbarlıdan  bizim  ürək  və  qəlbimizdə  nəsə  olub,  həmin  “nəsə”  həm  bizi,  həm  də  bizdən 

sonrakılara çatacaq. Biz ürəyimizi yox, həmin “nəsə”ni qorumalıyıq. 

Vəkilovsa, 11 il sürgün həyatı görmüş, sonradan təqiblərdən bezib intihar etmiş biri kimi, 

təbii ki, bəxti gətirmiş adam deyildi. Olsun ki, o dövrün reallığı daha dəhşətli və dözülməz idi. 

Amma, hər halda, C.Cabbarlı da həmin dövrün zülmlərinin övladı idi... 

 

 

Günahımız nə idi? 

 

 



Həqiqəti  sevmədinsə,  mütləq  günahı  sevəcəksən.  Günahı  sevmək  günahkar  axtarmaq, 

tapmaq istəyi yaradır. 

 Günahkarı  tapmaq  eşqi  gücləndikcə  isə  günahsızı  belə  günahkar  göstərmək  istəyi  ələ-

ovuca sığmır. Sən günahsızı da günahkar edərək eşqini – günahı  tapmış olursan.  




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə