Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

ailələriniz gəlib, mulaqat  məntəqəsinə  aparacaqlar sizi.  Əynimizi  dəyişib getdik. Sevinirdim  ki, 

anamı görəcəm.  

Dayımla  xeyli  söhbət  etdik.  Bakıyla  bağlı  söhbətləri  gizli-gizli  edirdim  ki,  yanımızda 

oturan  ETTELAAT  nümayəndəsi  eşidib  qeydiyyat  aparmasın.  Adətən  də,  dövlətin  bizim 

məsələlərlə  maraqlanmasını,  işimizin  hansı  mərhələdə  olmasını,  kimlərin  yanına  getmələrini 

soruşurdum. Dayım da xısın-xısın məlumatları sızdırır, televiziya xəbərlərindən canlı görüşlərə 

qədər danışırdı. 

Dayımgil  məhkəmənin  vaxtını  öyrənməyə  gəlmişdilər,  gecəni  də  “Şəhriyar”  otelində 

qalmışdılar.  Dayım  anamın  gəlməməsindən  istifadə  edib  mənə  bir  çox  acı  gerçəklikləri  dedi: 

“Sizə  iş  kəsəcəklər,  nəsə  gözüm  su  içmir,  məhkəmə  də  tam  qəti  bir  şey  deyə  bilmir. 

Dövlətlərarası razılıq olmasa, işiniz lap pis ola bilər”. 

15 dəqiqə nədir ki! Vaxt sürətlə əriyib bitdi. Görüş qurtardı. 

 

*** 


 

Hər  dəfə  ailəmizlə  görüşməzdən  əvvəl  və  sonra  paltarlarımızı  yoxlayırdılar  ki,  birdən 

evdəkilər nəsə verər. Həmişə  də  paltarlarımızı  eyni  əsgərlər  yoxlayırdılar. Əsgərlərin verdikləri 

yeganə sual da bu idi: 

 

 Dadaş, Bakıda kabare var, hə? Heç gedib qızlarla oynayırsız? Burda ola da, of... 



Şəhriyarla məni gülmək tuturdu. Amma sağ olsunlar, bizim üstümüzü o qədər də dərindən 

axtarmırdılar. Hər dəfə də bizə müəmmayla baxan digər məhbusları belə başa salırdılar: 

–  Tanıdınız  bunları?  Bakılılardı  da,  o  televizora  düşmüşdülər  e,  bax  onlar.  Yazıqlar 

gəzməyə gəlib, bizimkilərdə tutub salıb bura. 

 

 

Edam dəhşəti 

 

 



 Təbriz  həbsxanasında  edama  məhkum  olunmuş  adamları  gördükcə  insan  dəhşətə  gəlirdi. 

Sabir  adlı  fruşqahçı  (bufetçi)  dava  zəminində  qonşusunu  öldürmüş  və  edam  cəzasına  məhkum 

edilmişdi. Ölənin anası əgər şikayətini geri götürsəydi, Sabir azad oluna bilərdi. Deyilənə görə, 

qadının  ürəyi  yumşalıbmış,  az  vaxt  sonra  rizayətlik  verəcəkmiş,  amma  qəfildən  ölüb.  Həmin 

qadının  ölən  oğlundan  başqa  səkkiz  oğlu  da  vardı.  Bu  da  o  deməkdir  ki,  Sabirin  azad  olması 

üçün  əvvəl  əgər  bir  adam  razılıq  verə  bilərdisə,  indi  gərək  səkkiz  adam  şikayətçi  olmayaydı. 

Həmin  səkkiz  qardaş  da  diə  –  qan  pulu  istəyirdilər,  hərəsi  də  bir  miqdarda.  Sabir,  sözün  əsl 

mənasında,  səkkiz  “mıxa”  keçmişdi  və  edamı  qaçılmaz  idi.  Çünki  elə  səkkiz  qardaş  tanımıram 

ki, səkkizinin də dediyi bir-birinin boğazından keçə və hansısa razılığa gələlər, özü də pul haqq-

hesabında. 

 Hərdən  Sabirlə  söhbət  edəndə  deyirdi:  “Eşik  yadımdan  çıxıb,  adamların  üzünü 

xatırlamıram, 4 ildi burdayam, ta burdan çıxmayacağımı yaxşı bilirəm, ona görə də bura öz evim 

kimi baxıram. Kimsə zindana məxsus hansısa əşyanı qıranda, elə bilirəm mənim əşyamı qırır, bir 

yan çirkli olanda mənə elə gəlir ki, evim batıb-bulanıb. Amma onu da bilirəm ki, bir gecə qəfil 

məni oyadıb aparıb Saat Meydanındakı dirəkdən asacaqlar. Bax, onu düşünəndə beynim qarışır, 

hamı  bir-bir  gəlib  gözümün  qabağından  kino  lenti  kimi  keçir,  sanki  ölüm  mənə  bütün 

unutduqlarımı xatırladır”.  

 

*** 



 

Ömürlük  azadlıqdan  məhrum  edilənlər  və  yaxud  artıq  6-7  il  zindanda  qalanların,  dəbdə 

olan  ifadə  ilə  desək,  “əlləri  hər  yerə  girirdi”.  Özlərinə  yuxu  dərmanları  gətirdirdilər.  O  yuxu 

dərmanlarını  qəbul  edib,  bəzən  iki-üç  gün  yatırdılar.  İşin  özgə  yanı  ondadır  ki,  həyatın,  ömrün 

iki-üç  günün  yuxuda  keçirmiş  adamlar  oyanan  kimi  “ayın  neçəsi”  olduğunu  soruşur,  bir  neçə 



günü  yuxuda  keçirdiklərinə  görə  bərk  sevinirdilər.  Yuxudan  oyananda  rəngləri  kağız  kimi  ağ 

olan bu adamları görsəydiniz, deyərdiniz ki, onları bu dəqiqə əl uzadıb qəbirdən qaldırıblar. Eyni 

zamanda,  o  solğun  çöhrələrdəki  diləgəlməz,  həm  də  ağrılı  sevinc  az-bir  az  ağlı  və  qəlbi  olan 

adamı vahiməyə sala bilərdi. 

 

*** 


 

İki dost varıydı, biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi, həmin müddət bitəndən 

sonra isə asılacaqdı. Hər gün böyük əzabla ölümünü gözləyən bu adam üçün ümid dolu günlər, 

görünür,  bitməmişdi.  Hərdən  yanıma  gəlir  və  ölməyəcəyi  təqdirdə  Bakıda  görəcəyi  “işlərdən” 

danışırdı. Deyirdi ki, inşallah burdan çıxsam, iki-üç ay çalışıb pul qazanacam, sonra da o pulları 

götürüb Bakıya gələcəm və gecə-gündüz demədən xərcləyəcəm, o bar sənin, bu bar mənim. 

Bu  edama  məhkum  olmuş  adamın  cinayəti  çox  dəhşətli  idi.  Deməli,  bu  dostlardan  biri 

qadın geyimi geyib maşının arxa oturacağında oturur, yolda maşında qadın əyləşdiyini görən bir 

qız taksiyə əl edib saxlatdırır. Taksi gözdən-könüldən uzaq bir yerə  yol alanda qız qışqırsa da, 

xeyri  olmur.  Əynindəki  qadın  paltarını  soyunan  oğlanlar  və  sürücü  qızı  çöldə  zorlayırlar.  Qız 

şikayət edəndən sonra cinyətkarlar tapılır. Onlardan birinin nişanlısı vardı, bütün bu hadisələrdən 

sonra  belə  hər  dəfə  görüş  günü  onun  yanına  gəlirdi  və  deyilənlərə  inansaq,  nişanlısı  edam 

olunana qədər ərə getməyəcəyinə də söz veribmiş. 

 

*** 



 

Edama məhkum olunanlar üç-beş il və ya daha az həbs olunanlara yuxarıdan aşağı baxırlar. 

Onlara  elə  gəlir  ki,  onlar  zindanın  əbədi  sakinləri,  digərləri  isə  köçəri  quşdurlar.  Ona  görə  az 

müddət  həbs  olunanlara  “dərin sir”lər vermirlər.  Həbs müddəti az olanlarsa, elə  hey  gedənəcən 

nəsə öyrənmək istəyirlər. 

Edama məhkum olunmuşlar artıq uzun illər həbsxanada qalacağını biləndən sonra orda işə 

düzəlirlər. Pulsuz çalışırlar. Bu işə dözməklərinin əsas səbəbi, gizli də olsa siqaret çəkmək fürsəti 

əldə  etməklə  bağlıdır.  Yəni  həbsxananın  bölmələrinə  və  ya  xəstəxanaya  gedərkən  ürəkləri 

istəyən qədər siqaret çəkirlər. Bundan başqa, onlar saçlarını bir qədər uzun saxlaya bilərlər. Həm 

də  telefonla  danışmaq  imkanları  daha  çox  olur.  Bu  cür  “üstünlük”lərlə,  hətta,  fərəhlənən 

məhbuslar da olur.  

Edam hökmü almışlar heç bir bayramda onlara əfv düşmür deyə, hər bayramda azad olan 

yüzlərlə  məhkumun  arxasınca  baxırlar.  Azadlıq  kağızı  gələn  adamın  ərşə  qalxan  sevinci  ilə  öz 

çantasını toplayanları  kənardan susqun-susqun  izləyən edam  məhkumlarının  yerin dibinə batan 

kədəri arasındakı uçurum aydın sezilir. Azad olunub gedən adamı digər məhkumlar qapıya qədər 

ötürürlər,  amma  bu  ötürmə  heç  də  rahat  olmur.  Azad  olunanı  zarafatyana  döyürlər,  hərəsi  bir 

yerinə şillə-təpik ilişdirir ki, bir də yolu zindana düşməsin. 

Həbsxanadan azad olunanların çoxu bir daha ora qayıtmır. Ancaq bu hal oğrulara aid deyil, 

ona görə də, onlara “tövbəsizlər” deyirlər. Elə olur ki, azad olunandan üç gün sonra hansısa oğru 

öz “müqəddəs” peşə vərdişinə görə yenidən zindana qayıdır. 

 

*** 


 

Edam  məhkumlarına  ailələri  çox  yaxşı  baxır.  Təsəvvür  edin,  xəstələnəndə  anamız  necə 

qeydimizə  qalır.  Valideyn  düşünür  ki,  övladıma  nəsə  ola  bilər.  Onda  qalsın,    asılacağını  hamı 

bilir və bu labüdlük hər kəsi dəhşətə salır. 

Edam olunacaq məhbuslar özlərinə çox yaxşı fikir verirlər, onlara elə gəlir ki, qalan ömrü 

gözəl yaşamalıdırlar, bu onlara ölümün labüdlüyünü az da olsa unutdurur.  

Asılacağını  bilən  hər  məhbus  peşmandır,  hər  biri  zindana  düşəndən  sonra  beyinlərində 

həmin  vəziyyətdə  “öldürməməyin”  yollarını  axtarıb-tapırlar,  amma  artıq  çox  gecdir.  Heç  nəyi 

geri qaytarmaq mümkün deyil.  



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə