Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

 



 

 

 



 

 

 



 

 

 



Təbriz həbsxanasına gedənəcən 

 

 



Bağışlayan və mehriban Allahın adı ilə... 

 Avtobusumuzun Bakıya yola düşməsinə on beş dəqiqə qalmışdı. Su almaq üçün Təbrizin 

Firdovsi  küçəsindəki  dükanın  qarşısında  dayanmışdım.  Birdən  bir  nəfər  yaxamdan  yapışıb  fars 

dilində  nəsə  dedi,  üdüləyib-tökdü,  ancaq  o  qədər  sözün  içindən  qulağıma  bircə  “məmur”  sözü 

tanış gəldi. Bir də gözümü açıb gördüm ki, maşının içindəyəm. Maşına çatana qədər “Şəhriyar, 

Şəhriyar” deyə qışqırdım, amma qarışıqlıqdan başa düşdüm ki, elə Şəhriyarı da mənim kimi qol-

qıç  edib  maşına  basıblar.  Ayrı-ayrı  maşınlarda  idik.  Maşına  oturan  kimi  gözümə  qara  parça 

keçirdilər.  Maşını  qarışıq  yollarla  sürürdülər  ki,  gedəcəyimiz  yeri  öyrənə  bilməyim.  Sonra 

hardasa maşını saxladılar, dar yollarla gətirib içəri – otağa saldılar. Bir qədər keçəndən sonra isə 

üstündə  tərəzi  –  “ƏDALƏT” şəkli olan paltarlar  gətirdilər. Əynimi  dəyişdim, quru  yerə  uzanıb 

əlimi başımın dalına çarpazladım, bircə kəlmə də olsun, söz soruşmadım. Bir az keçəndən sonra 

yemək gətirdilər, ancaq yemədim. Beləcə, o müdhiş təcridxana günləri başladı... 

 

*** 


 

Gecə səhərə qədər mənə elə gəldi ki, yuxudayam, bir az keçəndən sonra oyanacam. Tez-tez 

gözümü  yumub-açırdım, amma reallıq  içimi  yeyib-gəmirirdi.  Səhərə  ümid edirdim... Müstəntiq 

gəlib eyni sualları yüz dəfə verəndən sonra çıxıb gedirdi, saatlarla kiçik bir kamerada gözü bağlı 

dindirilmənin nə qədər əziyyətli olduğunu deməyə ehtiyac duymuram.  

Üç  gün  uzunluğu  3,  eni  2  metr  olan  kiçik  bir  kamerada  qalmalı  oldum.  Üç  fəto  –  adyal 

vermişdilər, birini qatlayıb  başımın  altına qoyur,  birini altıma sərir, birini də üstümə çəkirdim. 

Dörd bir tərəfinə boz kilim vurulmuş kamerada yekrənglik insanı bezdirirdi. Qapının üstünə çöl 

tərəfdən  radio  bağlamışdılar.  Müstəntiqlər  digər  həbs  olunanlardan  ifadə  alanda  qapının 

üstündəki  radionun  səsini  artırırdılar  ki,  danışılanları  eşitməyək.  Bütün  günü  radiodan  musiqi 

səsi  kəsilmirdi,  baş-beynim  gedirdi,  az  qalırdım  dəli  olam,  qulağımı  tutub  kamerada  var-gəl 

edirdim.  Bəzən  diz  qatlamadan  10  saat  gəzdiyim  də  olurdu.  O  qədər  gəzmişdim  ki,  ayaqlarım 

şişmişdi.  İki-üç  gün  yeriyə  bilmədim.  Sonra  həkim  gəldi,  gözümü  bağlayıb  onun  yanına 

apardılar. Həkim ayaqlarıma baxıb etinasız bir ədayla dedi: 

– Heç nə yoxdur, otursan, curranacaq. 

 

*** 



 

Tutulandan  iki  gün  sonra  gözümüzü  bağlayıb  bizi  uzaq  bir  yerə  apardılar.  Sonradan 

biləcəkdik ki, bura Təbrizin Mərkəzi Həbsxanası imiş. 

Qarışıq  dəhlizlərdən  bir  otağa  keçdik.  İçəridə  əsgərlər  vardı.  Bütün  barmaqlarımızı 

mürəkkəbə  batırıb  bir-bir  kağıza  basdıq.  Əlimizə  üstünə  rəqəmlər  yazılmış  karton  lövhə  verib 

profildən  və  öndən  şəkillərimizi  çəkdilər.  Şəhriyarın  qeydiyyat  nömrəsi  131519  idi.  Mənim 




nömrəm  isə  131520.  Sonra  çirkli  əllərimizi  yuduq  və  barmaq  basdığımız  sənədlərə  imza  atdıq. 

Bizi  həmin  yerə  aparan  müstəntiq  ağzımı  əyişdirdiyimi  görən  kimi  iki  gün  ərzində  heç  nə 

yemədiyimi  başa  düşüb  mənə  iki  qənd  verdi.  Ağzım  zəhər  kimiydi.  Qəndin  birini  ağzıma 

qoydum, içim bir anlıq günəşlə doldu. Şəhriyarın gözü siqaret çəkən adamların əlində qalmışdı. 

Çölə çıxıb  həbsxananın  həyətində  qollarımızı  bir-birinə  qandallayandan sonra bizi  maşına tərəf 

apardılar.  Müstəntiq  Şəhriyara  bir  siqaret  uzatdı,  Şəhriyarsa  siqareti  alıb  damağına  qoydu, 

yandırmamış bir qullab aldı, sonra götürüb iylədi. Axır ki, yandırıb çəkdi. Sonra maşına oturub 

yola  düşdük,  gedəcəyimiz  yerə  az  qalmış  gözlərimizə  parça  bağlayıb  başımızı  oturacaqların 

arxasına  əydilər  ki,  yolu  görməyək.  Sonra  bizi  bir-birimizdən  ayırıb,  başqa-başqa  kameralara 

saldılar. Kameraya girən kimi baxdım ki, qandal qollarımı kəsib, ikinci qəndimi də ağzıma atıb 

küncdə  çömbəldim.  Şəhriyarın az öncə gördüyüm  ağarmış  çöhrəsi  və  ifadəsiz gözləri gözümün 

qabağına gəldi. Gözlərim doldu. 

 

*** 


 

Hər gün yarım saat hava almağa çıxarırdılar. Bayırdakı 30 dəqiqə çox sürətlə gəlib keçirdi. 

Hərdən mənə elə gəlirdi ki, yarım saatımı da kəsirlər, qoymurlar havada gəzinim, amma sonralar 

bildim,  elə  deyilmiş.  Sadəcə  bir  kamerada  bütün  günü  məşğuliyyətsiz  qalandan  sonra  çölə 

çıxanda,  elə  bil,  yarım  saatı  “əlimdə  götürüb”  çıxırdım,  çıxan  kimi  də  əlimdən  o  vaxtı 

“qamarlayıb”  qaçırdılar.  Bütün  günü  həsrətlə  gözləyirdim  ki,  nə  vaxtsa  qapımın  kilindini 

açacaqlar  və  yarım  saat  göy  üzünü  görəcəm.  Havaxorda  (hava  almaq  üçün  yer)  isə  cəmi  iki 

metrlik  yer  açıq  idi  və  bu  dünyanın  nəhayətsiz  göy  üzündən  ancaq  iki  metri  mənim  payıma 

düşürdü. Havaxora günün müxtəlif vaxtında çıxardıqlarına görə Allaha dua edirdim ki, kaş məni 

gün düşən vaxt çölə çıxarsınlar, heç olmasa, o gözəlim günəşi az da olsa görüm. 

 

*** 


 

Müstəntiq gələn kimi əlini çiynimə qoyub soruşurdu: 

– Ağa Fərid, nə cürsən, nə xəbər? 

Sonra suallar verir və mən də saatlarla danışırdım. Əvvəl-əvvəl mülayim, həlim olsam da, 

sonra  canımdan  doydum,  suallara  doğru-dürüst  cavab  vermirdim.  Başa  düşürdüm  ki,  bunlar 

bizim  günahsız  olduğumuzu  bilirlər,  hərdənbir  gəlib  eyni  sualları  dəfələrlə  verirlər  ki,  guya 

istintaq hələ davam edir. Bir dəfə müstəntiqə dedim: 

 



 Neyləyirsiniz  edin,  aparın  asın  lap.  Qorxuramsa,  atama  lənət.  Bircə,  meyitimi 

anama göndərin, vəssalam. 

Müstəntiq əlini çiynimə toxunduraraq dedi:  

–  Səbirli  ol,  inşallah  sağ-salamat  gedib  ananı  da  görəcəksən.  Mən  də  bilirəm,  siz 

günahsızsınız, amma sənin də, mənim də gözləməkdən, səbir eləməkdən özgə çarəmiz yoxdu... 

Allaha təvəkkül elə. Dövlətlər razılaşan kimi azad edəcəklər, gedəcəksiniz evinizə. 

 

*** 


 

Həbs olunandan səkkiz gün sonra üzümü-saçımı qırxdılar. Səkkiz gün idi, özümü güzgüdə 

görmürdüm.  Güzgüyə  baxanda  dəhşətə  gəldim,  arıqlayıb  çöpə  dönmüşdüm,  gözlərimə  ölüm 

çökmüşdü. Dedilər, sizi videokameraya çəkirik, İrana niyə gəldiyinizi, bir də səhhətinizin yaxşı 

olub-olmadığını  deyin.  Mən  də  istintaqda  nə  danışmışdımsa,  hamısını  eynən  dedim,  axırda  da 

səhhətimin yaxşı olduğunu vurğuladım. Sonuncu sualları belə oldu: 

– Sizə burda necə baxırlar? 

Cavab verdim: 

– Səkkiz gün ərzində mənə pis baxmayıblar, yemək-içmək veriblər. 

Bu sözü eşidən baş müstəntiq özündən çıxdı: 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə