Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

– Oğraş, sən  get  camaatın  əmanətinə xəyanət  elə, sonra da gəl əllərini qovza göyə ki,  ay 

Allah məni çıxart burdan. Bütün günü də arvad kimi ağlayır. Ay səni, gözünün suyun... Anasın 

satdıran...  

Əliəkbərin möhürü diyirlənib iki-üç metr aralıya düşmüşdü. 

 

*** 


 

Şəhriyarın  qızıl  dişləri  danışan  kimi  ağara  qalırdı.  Şirincə  onunla  söhbət  etməyə  girişən 

adamın fikri dağılırdı. Tez Bakıda qızıl diş saldırmağın neçəyə başa gəldiyini soruşub, Şəhriyarın 

boğazında düyünlənən qəhərin gücünü birə on artırırdılar. Azad olub gələnəcən, bəlkə, yüz dəfə 

eyni  suala  cavab  verməyə  “məhkum  olan”  Şəhriyar  həm  də  o  sualdan  azad  olduğuna  görə 

sevinməlidi.  

İranda ağıza qızıl diş saldırmaq çox pul tələb edir, ona görə də ancaq ərbabların qızıl dişi 

olur.  Qızıl  diş  saldırmaq  onlar  üçün  həm  də  böyük  şan-şöhrət  nişanəsidir.  Bakıdakı  qiymətləri 

Şəhriyar onlara deyəndə, inanmırdılar, bəzilərisə gic-gic arzular edirdi: 

 



Burdan çıxan kimi Bakıya gəlib ağzımı qızıl dişlə dolduracam, inşallah. 

O  “inşallah”  sözünü  təsdiq  etmək  üçün  bir  “inşallah”da  biz  guppuldadırdıq  ki,  qaqaşın 

arzusunun ürəyində qalması üçün əl yeri qalmasın. Ancaq Şəhriyarın qızıl dişlərinin dördünü də 

görə  bilməyən  adamlar,  bəzən  gəlib  dişlərini  ağardıb,  damaqlarını  qabağa  eləyirdilər  ki,  “belə 

elə”.  

Kəsəsi, Şəhriyarın təkcə taleyi yox, həm də dişləri başına bəla olmuşdu.  



 

*** 


 

Dəhşətli  məqamlardan  biri  cinayət  törətmiş  adamın  vicdan  əzabı  çəkməməsidir.  Peşman 

olmayanlar öldürdüyü adamın kinini  əbədi olaraq içində daşıyırdı. O kəslər ki, peşman deyildi, 

onlar  heç  cür  sakitləşə  bilmirdilər,  qəzəbləri  soyumurdu.  Ona  görə  də  belələrindən  uzaq 

dayanmaq  lazım  gəlirdi.  Onlarla  söhbət  edəndə  məhkəmə  prosesləri  barədə  danışır  və  hakimə 

son cavablarını xatırlayırdılar: “dedim, yaxşı ki, sağ qalmayıb, yoxsa çıxan kimi öldürəcəkdim”, 

“öldürmüşəm, ən doğrusu bu idi” və sair və ilaxır. 

Belə  adamlarla  danışanda  Azərbaycan  Cümhuriyyətinin  qurucularından  biri  olan,  eyni 

zamanda Daxili İşlər naziri vəzifəsində çalışan Behbud xan Cavanşiri öldürən erməni terrorçusu 

Misak  Torlakyanın  məhkəmədə  hakimin  –  “vicdan  əzabı  çəkirsən?”  –  sualına  verdiyi  cavabı 

xatırlayırdım: 

– Xeyr, vicdanım tamamilə rahatdır.  

Vilayət Quliyevin çapa hazırladığı “Behbud xan Cavanşirin məhkəmə prosesi” kitabından 

oxuduğum  həmin  cümlələr  vaxt-bivaxt  yadıma  düşürdü.  Türkiyədə  “əsrin  məhkəməsi” 

adlandırılan  həmin  məhkəmə  prosesində  qatilin  son  dərəcədə  soyuqqanlılığı  və  öldürdüyünün 

insan olması faktını eyninə almaması onun insanlığını da şübhə altına alırdı.  

Peşman  olmayanlar  nə  qədər  rahat  görünsələr  də,  daxilən  narahat  idilər.  Çünki  belələri, 

adətən,  ağır  cinayətlər  törətmiş  adamlar  idi.  Onlar  əməlləri  ilə  fəxr  edirdilər.  Bu  fəxarət  hissi 

uzun  illər  zindanda  qalacaqları  müddətdə  onların  yeganə  təsəlli  mənbəyi  olaraq  qalırdı.  Yeni 

həbsə  düşənlər  onlardan  cinayətlərini  soruşanda  böyük  fəxarət  hissi  ilə  “adam  öldürmüşəm”, 

deyirdilər. Bir adamı öldürənin vəhşiliyinin kölgəsi bütün məhbusların üstündə dolaşırdı. Adam 

öldürməkləri ilə fəxr edənlər özlərini elə aparırdılar ki, sanki, hamını öldürə bilərdilər. Digərləri 

də  bu  qatillərə  duyduqları  qorxunu  canında  hərləyir,  ehtiyatlı  olmağa  çalışırdılar.  Deməli,  ən 

məğlub  məqamda  belə  cahil  adamın  öyünməyə,  fəxr  etməyə,  hətta  nankorluq  etməyə  nəsə  bir 

“bəhanəsi” olur. 

 

*** 



 


Əfv icra olunan gün, demək olar ki, zindanda ancaq “köhnə qurdlar” qalır. Yüngül cinayət 

törətmişlərin  çoxu  azad  olur,  gedənlərin  arxasınca  baxanlar  isə  ömürlük  azadlıqdan  məhrum 

olanlar  və  edamlarını  gözləyənlərdir.  Onlar  bilirlər  ki,  xilas  mümkün  deyil.  Azadlığa  çıxanlar 

bir-bir  gəlib  qalanlarla  görüşəndə  onların  nələr  keçirdiyini  anlamaq  o  qədər  də  çətin  deyildi. 

Özləri  başa  düşürdülər  ki,  heç  bir  dövlət  əfvi  bunlara  şamil  edilməyəcək,  ona  görə  də  bayram 

günləri onlar üçün adi günlərdən biri, hətta adi günlərdən daha cansıxıcı və kədərli keçir. Həyatın 

bu  qədər  birxətli  və  dəyişməz  olması  onların  təkcə  taleyə,  dünyaya  olan  inamını  yox,  həm  də 

Tanrıya olan inamını azaldırdı. 

Bəzən  azad  olub  gedənlər  öz  paltarlarını  edam  məhkumlarına  və  ömürlük  azadlıqdan 

məhrum  edilmişlərə  verirdilər.  Azad  olanlar  gedəndən  sonra  ömürlük  həbs  cəzası  almışlar  və 

edam  məhkumları  dodaqlarının  altında  qəmli  mahnılar  mızıldaya-mızıldaya  gələcəkdə 

geyəcəkləri paltarları qatlayıb dolablarına yığırdılar. 

 

*** 


 

Azad  olunmağımza  bir  neçə  gün  qalmış,  az  qala,  bizi  aldadacaqdılar.  Bir  nəfər  saqqallı 

“xeyirxah”  gəldi,  həbsxanada  aləm  qarışmışdı  deyə,  onu  göndərmişdilər  ki,  problemləri  həll 

etsin. Bu kişi belə bir fikir uydurdu ki, əfv verilib, neçə-neçə adamlar azad olublar. Cəzasının 1/3 

hissəsini  çəkmiş  adamlar  əfv  olunurlar.  Sadəcə  bunun  üçün  müraciət  yazmaq  lazımdır.  Bizim 

hökmümüz hələ tam təsdiq olunmamışdı. Amma bir həftə ərzində qət olacaqdı. Bunun üçün biz 

“təslimiyyət  kağızı”  yazmalıydıq.  Təslimiyyət  kağızı  o  deməkdir  ki,  yəni  “mən  sizin  bütün 

ittihamlarınızla  razıyam,  xilafkaram,  günahkaram”.  Şəhriyarla  mən  bu  məsələylə  maraqlandıq. 

Şəhriyarın  ağlına  batdı,  nə  isə  kağızı  farsca  bilən  bir  adama  imzalatdırıb  göndərtdi  mədətkara, 

yəni hüquqşünasa. Bu iş baş tutacağı təqdirdə Şəhriyar “günah”ını boynuna alsa da, 4 ay ərzində 

azad  olunacaqdı,  mənsə  “günahımı”  boynuma  almadan  1  il  çürüyəcəkdim.  Amma  fikrimdən 

dönmədim,  dedim,  çürüsəm  də,  günahsız  olduğumu  son  ana  qədər  müdafiə  edəcəm.  Şəhriyar 

təslimiyyət  kağızını  göndərtdirəndən  sonra  dedim  ki,  mədətkarı  görüm,  o  bizə  qanunu  oxusun, 

hökmü  göstərsin.  Bizi  mədətkarın  yanına  apardılar,  mədətkar  kağıza  baxan  kimi  dedi  ki,  “siz 

istisnasız,  siyasi  məhbussuz,  ona  görə  də,  sizə  əfv  düşmür”.  Şəhriyar  tez  sənədlərin  içindən 

təslimiyyət kağızını tapdırıb cırdı.  

Əgər  Şəhriyar  vaxtında  tərpənib  kağızları  almasaydı,  bütün  bu  olanlar  onun  ziyanına 

işləyəcəkdi, azad olmayacaqdı, amma əvəzində günahkar olması yalanı ilə barışacaqdı. Təbii ki, 

bütün bunlar mənim ağlımın nəticəsində reallaşmamışdı, Tanrı  hər addımda bizi qoruyurdu. 

 

 

Bizə “qohum” dərdlər 

 

 



Türkiyədə  indi  mədəniyyət  obyekti  kimi  fəaliyyət  göstərən  Sinop  adlı  bir  həbsxana  olub. 

Orda  Refik  Halit  Karay,  Mustafa  Suphi,  Ahmet  Bedevi  Kuran,  Refi  Cevat  Ulunay,  Hüseyin 

Hilmi,  Burhan  Felek,  Osman  Celal  Kaygılı,  Celal  Zühtü  Benneci,  Sabahattin  Al,  Necip  Fazıl 

Kısakürek,  Kerim  Korcan,  Osman  Deniz  və  Zekeriya  Sertel  kimi  şair,  yazıçı,  ürəyi  sözə  bağlı 

olan bir xeyli insan həmin  həbsxanada həbs və  sürgün həyatı keçiriblər.  Bəzən Sinopa  “Şairlər 

həbsxanası”  da  deyirlər.  Nəcib  Fazil  Kısakürək  həmin  məşhur  zindanda  oğluna  “Mehmete 

Mektup” adlı çox gözəl bir şeir yazıb.  

 

Zindan iki hece. Mehmed'im lafta!  



Baba katiliyle baban bir safta!  

Bir de geri adam, boynunda yafta...  

Halimi düşünüp yanma Mehmed'im!  

Kavuşmak mı?.. Belki... Daha ölmedim!  

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə