Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

“aftava  oğrusu”  deyir.  Yaxud  da,  adam  öldürənlər,  oğrularla  bir  otaqda  yatmağa  narazılıq 

edirlər.  Yaxud  da,  varlı  ailədə  böyüyənlər,  əyni  kasıblara  xor  baxırlar.  Yəni,  həyatın  dibi 

sayılacaq o  yerdə də bir insan özünü digərindən üstün tutur, bəyənmir, yuxarıdan aşağı baxır. 

Çoxları  bilmir  ki,  onları  birləşdirən,  görüşdürən  tale,  onlar  arasındakı  ən  nəzərə  alınası 

ortaqlıqdır.  

 

 



Belələri də olur 

 

 Müvəqqəti saxlanılma məntəqəsində olanda doqquz il azadlıqdan məhrum edilmiş bir kişi 

vardı, artıq zindanda işə də düzəlmişdi. İki aydan sonra azad olunacaqdı. Fəqət sənədlərlə işləyən 

adamın kompyuterindəki kiçik bir səhvi ucbatından ona göndərilən kağızda göstərilirdi ki, hələ 

iki  il  də  “yatmalıdı”.  Müvəqqəti  saxlanılma  məntəqəsində  də  ondan  çox  həbs  çəkən  adam  yox 

idi  ki,  heç  olmasa  onun  sözünü  təsdiqləyə.  Böyük  canfəşanlıqla  cibindəki  kağızı  gəlib-gedən 

məsullara  göstərirdi.  Aqibətin  ağrılı  tərəfi  o  idi  ki,  onun  “sənədi”  illərdir  cibində  gəzdirdiyi, 

özünün  qurduğu  təqvim  idi.  Həmin  təqvimin  ötən  günlərinin  üstündən  çalın-çarpaz  xətt 

çəkilmişdi.  Şəstlə  bu  sübutsuz  sənədi  məmurlara  göstərdikcə  az-çox  ümidlənən  bu  yaşlı  adam 

tamam çarəsiz-çıxışsız qalmışdı. Sonra bizi “Cavani” bölməsinə apardılar, o kişinin aqibətindən 

xəbərim olmadı, ancaq günlərinin üstündən çalın-çarpaz xətt çəkilmiş o təqvim, indi də gözümün 

qabağındadır. 

 

*** 


 

Zindanda  “Təvəllüdü  dübarə”  deyilən  bir  bənd  vardı.  Bilənlər  üçün  təkrar  edim, 

“Təvəllüdü  dübarə”  –  ikinci  dəfə  doğulanlar  deməkdi.  Guya,  bu  bəndələr  zindana  düşəndən 

sonra islah olub yeni həyata qayıdacaqlar, necə deyərlər, elə bil, indicə doğulublar. 

Həmin  bənddə  6000  nəfər  narkotik  maddə  istifadəçisi  bir  yerdə  qalırdı.  Olsun  ki,  bu 

rəqəmlər  hansı  dərəcədəsə  şişirtmədir,  amma,  hər  halda,  mən  bu  rəqəmi  sadəcə  eşitmişəm, 

sənəd-filan görməmişəm. 

Bu adamların üzünə baxanda az qalırdın ki, deyəsən: “al bunu da çək, yat”. Xumar-xumar 

gəzinirdilər.  Sonralar  eşitdik:  Çöldən  əsgərlər  onlar  üçün  “mal”  təşkil  edirlər.  Bir  dəfə  cümə 

günü  bizi  onlarla  birgə  məscidə  aparmışdılar,  Quran  müəllimi  avazla  Quran  oxuduqca  onların 

ləzzətlə  süzülən  gözlərini  görmək  bəs  idi  ki,  necə  xumarlandıqlarını  anlayasan.  Arabir  də 

corablarından siqaret çıxarıb gözlərini qıyaraq tütün iyləməklərinə baxmaq, mənim kimilər üçün 

çox şey demək idi. 

 

*** 



 

Hafiz adlı oğrunun aqibəti isə daha pis idi, onu müstəntiqlər döyəndə yalandan demişdi ki, 

guya  qızılları  o  yox,  qardaşının  arvadı  oğurlayıb.  Qəribə  idi,  o  boyda  nəsil-şəcərənin  içində, 

görəsən,  niyə  görə  birinci  qardaşının  arvadının  adını  çəkmişdi?  Sonralar  məni  düşündürən  bu 

sualı girəvələyib ona verdim, cavabı gözlənilməz oldu: 

–  Məni  döyəndə  gözümü  yumdum,  gözümün  qabağına  birinci  qardaşım  arvadının  əksi 

gəldi, onun adını verdim. 

 

*** 



 

Hafiz hər gün ağlayırdı, nə vaxtsa kimsə onu döymək istəsəydi, dərhal əlini cibinə salar və 

uşağının  şəklini  göstərərdi.  Adamların  əl-ayağı  soyuyardı  vurmaqdan.  Amma  axırıncı şillə  heç 

vaxt kəm olmazdı: 

–  Ə,  utanmırsan,  oğlun  var  e  sənin,  ay  oğraş…  –  Bu  sözdən  sonra  bir  şillə  çəkilər  və 

qovularaq canını xilas edərdi.  




Çarpayım  hündürdə  idi,  yemək-içmək  şeylərini  oğurlamasınlar  deyə  bağlamada 

yatağımdan asırdım. Hafiz hər gün yatağımın ayaq tərəfində durub zarıyırdı: 

– Bakılı, acından ölürəm, nəsə ver yeyim, nolar... 

Qarnı doyan kimi  “vəfasız”laşırdı, çıxıb  gedirdi.  Təxminən, həbs olunandan bir ay  sonra 

onun hesabına pul köçürdülər. Sonralar kimdənsə eşitdim ki, bu lüt-kasıb – Hafiz əlinə pul gələn 

kimi  özündən  daha  acınacaqlı  vəziyyətdə  olan  bir  nəfərə  muzdla  ayaqlarını  və  kürəyini 

ovdururmuş. Pulu qurtarandan sonra isə yenə quzuya dönmüşdü, başımıza dörd dolanırdı. 

Bütün günü həyətdə gəzinir, əlindəki şəkli də hər yetənə göstərib deyirdi: “Mənim oğlum 

du, oxşayır?” 

 

*** 



 

Həbsxanadakı  insanların  ümid  hissi  çox  qəribədir.  Cavid  adlı  bir  oğlan  vardı,  10  il 

azadlıqdan  məhrum  edilmişdi,  3  yaşlı  qızı  haqqında  danışanda  düşünürdüm,  yəqin  yaxın 

vaxtlarda azad olacaq. F.M.Dostoyevski “Ölülər evindən qeydlər” əsərində bu ümid məsələsini 

kifayət  qədər  dəqiqliklə  verib:  “Məhkumlar  çox  xəyalpərəst  insanlardır.  İyirmi  il  həbs  edilmiş 

adamların  mənə  son  dərəcə  sakit  şəkildə, 

  “Vaxtım  qurtarıb  çölə  çıxanda...”  dediklərini 



söyləsəm, inanarsınızmı?” 

 

*** 



 

Yeddi  dəfə  oğurluq  edib,  yeddi  adamın  evini  zaminə  qoyub  azad  olmaq  istəyən  adam 

tanıyırdım. Başqasının şalvarını oğurladığına görə həbsxananın həyətində sürünməyə “məhkum 

olunmuş”  bu  oğlanın  şalvarını  başına  keçirdilər,  elədiyi  əməlin  “nəticəsi”  kimi  axşam  təsbeh 

oğurladı.  Bu  adamın  azadlıqla  bağlı  yeganə  arzusu  siqnalizasiyalı  maşınları  ustalıqla  açıb, 

maqnitofonlarını  götürmək  idi.  Hərdən  dilimi  dinc  qoymayıb  nəyə  görə  axmaq  işlərlə  ömür 

çürütdüyünü soruşanda belə cavab verirdi:  

–  Anam  mənə  boylu  olanda  əyri  yatıb,  əlim  qarnında  əyilib.  Əliəyri  doğulmuşam, 

oğurlamadığım heç bir şeyi öz malım saymıram. 

 

*** 



 

Yaxud bir-birinə  “dadaş, dadaş” deyə müraciət  edən biri,  yerdən  ən  yaxın  dostunun qeyd 

dəftərçəsini  tapıb  “dadaşının”  bacısına  zəng  vurmuşdu.  Hadisənin  üstü  açılanda  üzünü  ağzının 

qanına bulamışdılar. Mənə maraqlı olan 6 il həbs cəzası almış bu əl-qolu bağlı idiotun həbsxana 

şəraitində  neyləmək  istəyi  idi.  Bu  cür  adamları  görmək  bir  insan  kimi  mənə  çox  simaları 

aşkarlayırdı.  

 

 

 *** 



 

Əliəkbər adında bir oğru vardı. Cinayəti “əmanətə xəyanət” idi. Bütün günü əllərini göyə 

açıb  Tanrıdan  mədəd  diləyirdi.  Əlində  də  salavatşümarəsi  vardı,  gündə  azı  5000  dəfə  salavat 

çevirərdi.  Boş  olanda  da  dua  oxuyardı.  Sözün  kəsəsi,  qovsaydın  da  namazxanadan  çıxmazdı. 

Molla  gəlib  Quran  dərsi  keçəndə  isə  mollanın  yanını  kəsdirərdi,  bu  heç  də  Allah  sevgisindən-

zaddan deyildi, sadəcə kim Quran dərsində iştirak edirdisə, o adam həmin gün beş dəqiqə izafə 

telefonla  danışa  bilərdi.  Beş  dəqiqə  artıq  danışmaqdan  ötrü  mollanın  başına  dörd  dolanan 

Əliəkbər telefon verilməyən  günlər mollanın həndəvərinə də  gəlmirdi. Bir gün  yenə adəti üzrə 

namazxanada  əllərini  göyə  açıb  Allaha  yalvaranda,  Həbib  adlı  qatil  Əliəkbərin  dalına  bir  təpik 

ilişdirdi,  gədə  bir  təpiyə  dikəldi,  amma  biləndə  ki,  onu  vuran  Həbibdi,  yenə  sakitcə  yerinə 

oturdu. Həbibsə təpiyi vuran kimi yumdu gözünü, açdı ağzını: 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə