Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   14   15   16   17   18   19   20   21   22

təşəkkür  etdim  hər  kəsə:  Yaxşılara  xeyirxah  əməllərinə  görə,  nadürüstlərə  isə  mənim  qarşımda 

öz mənzərələrini aydınlatdırdıqlarına görə. 

İkinci  və  vacib  məsələ  bu  oldu:  yoxluğumun  kimə  nə  demək  olduğunu  başa  düşdüm. 

Anladım  ki,  mən  olmasam,  kim  nə  çəkə  bilər,  kim  gördüyü  gündən  dala  qalar,  kiminsə 

güzəranında  heç  bir  qıl  qədər  də  dəyişiklik  olmaz.  Bu  yolla  “Ölü  canlar”  və  “Diri  canlar” 

tamaşalarındakı “rol”umu müəyyənləşdirdim. 

 

*** 


 

Yazıçı  Çingiz  Ələkbərzadə  “Zindan”  adlı  romanının  ön  sözündə  əsərin  yazılmasında  çox 

maraqlı bir məqamı qeyd edir: “Həbsxanadan çıxandan bir il sonra bu əsəri yazmağa başladım. 

Birinci  cümləni  başlayan  kimi,  elə  bil,  məni  təzədən  tutub  o  cəhənnəmə  saldılar,  romanı 

qurtarana qədər, elə fərz eləyin ki, mən yenidən ikinci zindanda qaldım”. 

Həqiqətən də, belə  olur. Hər dəfə  yazı  masasının arxasına keçib,  bu olayları xatırlayanda, 

başdan-başa o cəhənnəmin havası ilə dolurdum və divarlar yenə mənimlə sinə-döş olub, öz ağrılı 

həqiqətlərini  bir-bir  canıma  yeridirdilər.  Əgər  bu  yazılar  yazılmasaydı,  xatirələr  həmişə  içimdə 

giliz kimi gəzinəcək və heç vaxt arın-arxayın, rahat olmağıma imkan verməyəcəkdi. İndi bir para 

mətləbləri  çatdırmaqda  qəsdim  həm  maraqlananları  məsələlərdən  agah  etmək,  həm  də  öz 

azadlığıma  tam  qovuşa  bilmək  istəyimdir.  Yazmaq,  doğrudan  da,  xilasın  bir  növüdür,  bundan 

sonra bu ağılla gərək yaxşı-pis kim nə yazırsa, heç kəsə xor mümkün qədər  baxmayım, bəlkə, 

sözlər də bizdən xilas olmaq istəyir. Kim bilir, bəlkə də... 

 

*** 



 

Azad  olub  vətənimizə  gələndən  sonra  Xalq  Yazıçısı  Anarla  görüşəndə,  Xalq  Şairi  Fikrət 

Qoca  da  Anar  müəllimin  otağında  idi.  Söhbət  zamanı  Fikrət  müəllim  dedi  ki:  “Fərid,  ta  səni 

zindanla da qorxutmaq olmaz”.  

Əvvəl-əvvəl  bu  fikirlə  razılaşdım,  düşündüm  ki,  məni  daha  zindanla  qorxutmaq  olmaz, 

amma  sonra  günlər  keçdikcə  gördüm  ki,  əslində,  o  ağrılı  günlər  mənim  görkümdür.  Olsun  ki, 

zindana  yenə  düşsəm,  daha  təcrübəli  olaram,  amma  bu,  ümumi  mənada  heç  də  qorxusuzluq 

deyil.  Bir  şeyi  də  aydınlaşdırdım  ki,  insan  yüz  il  yaşasa  da,  başına  gəlməyən  hadisələrin 

təcrübəsizliyini yaşayır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Həbsxana esseləri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tanrı və qorxu 

 


 

Təbriz  həbsxanasında  Əmin  Bəxtiyari  adlı  maraqlı  bir  oğlan  vardı.  Hər  gün  dayanmaq-

durmaq  bilmədən  dualar  oxuyar,  ibadət  edərdi.  Əlində  də  Şərqin  “ecazkar”  kəşfi  olan 

salavatşumarə,  bizim  dillə  desək,  salavatsayanı  varıydı,  gün  ərzində  5000  dəfə  salavat  çevirər, 

200-300  dəfə  də  zikr  edərdi.  Düzü,  onun  bu  qədər  ibadət  etməyi,  gecə-gündüz  demədən  dua 

oxumağı çoxlarında ikrah hissi oyadırdı. Bəziləri elə bilirdi, o bütün işlərdən azad olmaq üçün 

namazxanadan çıxmır. Amma mən inanırdım ki, o sidq-ürəklə Allahı sevir.  

Bilirdim  ki,  yaxın  vaxtlar  onu  AGAHİ  (agah  eləmək  və  agah  olmaq  üçün  yer)  adlanan 

istintaq məntəqəsinə  aparacaqlar. Deyilənlərə  görə, orda insanlara son  dərəcədə  əziyyət edirlər, 

danışdırmaq, etiraf almaq üçün əllərindən gələni “əsirgəmirlər”. Ora gedən işinin adını bilir ki, 

hara gedir və orda onun başına hansı qəziyyələr gələcək. Yaxın günlərdə isə həmin yerə  getməli, 

kəsəsi, deyilənləri görməli idi.  

Gün  keçdikcə  onun  agahiyə  gedəcəyi  vaxt  yaxınlaşırdı.  O  gün  yetişdi,  “əcəl  atını  minib 

getdi”.    Beş  gün  qaldı,  gələndə  beş  ilin  zindanisi  kimi  qayıtdı,  arıqlamamışdı,  sanki  içinə 

yığılmışdı,  balacalaşmışdı,  amma  dilindən  heç  bir  etiraf  ala  bilməmişdilər.  Bu  o  demək  idi  ki, 

yenə  də  onu  nə  vaxtsa  Agahiyə  aparacaqdılar.  Doğrudan  da,  çox  dəhşətli  idi.  Onu  yenə  də 

zülmlü günlər gözləyirdi, amma o eyni şövqlə və inamla dualarını edirdi. Mən ondan soruşanda 

ki,  etdiyin  duaların  sənə  hansısa  xeyri  oldumu,  rəhm  elədilərmi  sənə,  əzabın  az  da  olsa 

yüngülləşdimi,  o  heç  bir  güzəşt  olunmadığını,  hamı  kimi  onun  da  işgəncələrə  boyun  əydiyini 

dedi.  Yenə  sual  verdim:  –  “Bəs,  onda  duaların  nə  kimi  xeyri  oldu  və  sən  nəyə  görə  yenə  eyni 

şövqlə ibadətini edirsən, axı özün də deyirsən ki, əziyyət çəkdin”.  

 Belə bir cavab aldım ondan: 

 

 Ona  görə  dua  edirəm  ki,  Tanrı  içimə  daha  yaxın  olsun  və  ora  gedəndə  Tanrını  aparım, 



qorxumu  yox.  Əgər  Tanrıya  möhkəm  bağlanmasam,  mən  də  çoxları  kimi  qorxumu  aparacam 

içimdə və  hər  yumruqda qorxum  mənə  yüz qat  əzab verəcək. Tanrını seçərək qorxumdan xilas 

oluram. Nə olsa, nə çəksəm bilirəm ki, Allahdandı, onun buyruğudu. Tanrını düşünəndə əzabım 

azalır. Əgər Tanrını düşünməsəm, əzab verənlə əzabım üz-üzə qalacaq, yüz qat əzab çəkəcəm. 

Ona görə də dua edərək, əzab çəkə-çəkə Tanrımla üz-üzə qalmağı seçmişəm. Tanrı onsuz da, nə 

çəkdiyimi bilir, amma onu xatırlayanda, dua edəndə elə bilirəm, o yaxında dayanıb mənə baxır, 

onu  unutsam,  onda  onun  nəzərini  hiss  etmərəm.  İstəyirəm  ki,  əzabımla  özümün  aramda  Tanrı 

dayansın. 

O  da  öz  qorxusuna  belə  qalib  gəlmişdi.  Əslində,  onun  qalibliyinin  özündə  də  qorxaqlıq 

vardı,  sadəcə  o,  bu  cür  şeyləri  şüurlu  sürətdə  özündən  uzaqlaşdırmaq  istəyirdi.  Yadıma 

düşmüşkən: 

 Türkiyənin  mərhum  prezidenti  Turqut  Özal  prostat  xərçəngindən  əməliyyat  olunanda 

həkimi ondan soruşur: 

–  Əfəndim,  o  qədər  iztirab  çəkirsiz,  fəqət  heç  büruzə  vermir,  “ıh”  belə  demirsiniz?”. 

Turqut bəy də ona belə cavab verir: 

 



 Gəl sənə bir hekayə danışım. Bir tələbə dərs almaq üçün dərvişin yanına gedir. Bir gün: 

“Ustadım,  şəriət,  təriqət  və  həqiqət  nədir?”  –  soruşur.  Dərviş  dərhal  cavab  vermir.  Məscidə 

namaza  gedirlər.  İnsanlar  da  şadırvanda  dəstəmaz  alırlar.  Dərviş  tələbəyə:  “Get  o  başdakı 

dəstəmaz alan adamın boynuna bir şillə vur”, – deyir. Tələbə də gedib o adama yaxşıca bir şillə 

vurur. Həmin kəs də hiddətlənib geriyə dönür, eyni şəkildə tələbəyə şillə ilişdirir. Tələbə dərvişə 

deyir: “Bu nədir?” – “Bu şəriətdir”, – dərviş deyir... “Edən cavabını alır. Bu zaman hökm zahirə 

görədir”.  Sonra  dərviş  tələbəsinə:  “Get  onun  yanındakı  ikinci  adama  da  şillə  vur”,  –  deyərək 

dəstəmaz  alan  digər  şəxsi  göstərir.  Tələbə  deyiləni  edir.  Həmin  kəs  hiddətlə  geriyə  çevrilir, 

tələbəyə  hirsli-hirsli  baxır  və  dəstəmaz  almağa  davam  edir.  Tələbə  dərvişin  yanına  gəlir:  “Bu 

nədir?”  –  soruşur.  –  “Bu  təriqətdir”,  deyir.  “Vurduğun  kəs  şillənin  vurulduğunu  bilir,  fəqət 

kimdən gəldiyini bilmir, ona görə sənə hiddətlə baxır”. 

Dərviş tələbəsini dəstəmaz alan üçüncü adamın üstünə göndərir. Tələbə əvvəlki kimi bir şillə 

də ona vurur. O kəs dönüb baxmır da, heç bir şey olmamış kimi dəstəmazına davam edir. Tələbə 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə