Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   14   15   16   17   18   19   20   21   22

Həqiqətə  arxasını  çevirmiş  kəs  üçün  günaha  qovuşmaq  lazımdır,  o,  günahı  günahsızın  da 

əyninə  “geyindirə”,  boynuna  qoya  bilər.  Təki  kiminsə  (günahkarın  və  ya  günahsızın)  əynində 

günah görünsün, boy göstərsin.  

Həqiqətə  yan  çevirəndə  günahla  üz-üzə  qalırsan.  Tanınmış  türk  esseisti  Ahmet  Altanın 

Frans  Kafka  haqqında  yazdığı  “K”  adlı  essesində  belə  bir  fikri  var  ki,  günahlandıran  varsa, 

deməli,  “günahkar”  tapmaq  və  kimisə  günahlandırmaq  çox  asandı.  “Günahkarlar 

günahlandırıldığı  üçün  günahkardır”.  Vay  o  günə  ki,  günahsızı  günahlandıralar...  Bax,  onda 

həqiqət heç-puç olur. 

Günahsızı  günahlandıran  adam  yalanını  birə-yüz  yarımfabrikat  etmək  istəyir,  nədi-nədi 

günahkar tapsın. Həqiqət olmayan yerdə “günahkar” var, amma o “günahkar”ın heç bir günahı 

yoxdur və həmin “günahkar”ın olmayan “günahı” həqiqəti unudanlar üçün boğaza qədər bəsdir. 

Pritça: 


Bir  dəfə  müstəntiq  müttəhimin  baş-beynini  o  qədər  aparır  ki,  axırda  müttəhim  bezib 

soruşur: 

– Sizə həqiqət lazımdır, yoxsa günahkar? 

“Günahkar” sözünü eşidən kimi  gözləri dörd olan müstəntiq elə bilir, müttəhim artıq hər 

şeyi etiraf etməyə hazırdır. Sevincək dillənir: 

– Günahkar, əlbəttə, günahkar. 

Müttəhim sözünə belə davam edir: 

–  Əgər  sizə  günahkar  lazımdırsa,  o  mənəm,  yox,  əgər  həqiqət  lazımdırsa,  həqiqətən, 

günahkar deyiləm. 

 O yerdə ki, günah həqiqətdən daha maraqlıdır, o yerdə günahkarlar qum sayındadır. 

 O  yerdə ki,  günahkar, həqiqətən də, günahının cavabını verir, o  yerdə günahlar barmaqla 

sayılır.  

Günahkarı  axtaranlar  həqiqəti  unudanda  günahsızların  faciəsi  başlayır.  Nə  qədər  ki, 

“günahkarlar”  günah  sevərlərin  həqiqətinin  haqq-hesabını  verir,  o  qədər  Gertsenin  sualı  aktual 

olaraq qalacaq: “Kimdir müqəssir?” 

P.S. Sokratı edama aparanda arvadı zülm-zülm ağlayır ki, səni günahsız yerə öldürəcəklər, 

onda Sokrat belə cavab verir: “İstəyirdin ki, məni günahkar kimi öldürsünlər?” 

Çoxları  bizə  deyir  ki,  “günahınız  yox  idi,  bəs  niyə  sizi  həbs  eləmişdilər”...  Bugünkü 

reallıqda  Sokratın  cavabı  bizə  də  aiddir.  Şükür,  vətənə  qayıtmışıq.  Amma  deyim  ki,  yeganə 

“günahımız” günahsızlığımız idi. Görünür, günahsız olmaq da “günah” imiş...  



 

 

Ay səni Şərq 

 

 

İran  həbsxanasında  olanda  o  müdhiş  və  uzun  gecələrin  sükutunda  Şərqin  otağına  tamaşa 



eləmək  kifayət  idi  ki,  acı  mənzərənin  şahidi  olasan.  Şərqin  (söhbət  bütün  Şərqdən  getmir) 

otağında  hava  bürküdür,  çağından  asılı  olmayaraq.  Şərq  hələ  də  qəhrəmanlıq  xatirələrinə 

vurulub, xarabalıqlarını dünyaya car çəkir.  

Bir anlıq təsəvvür edin: otağınızda telefon, televizor, soyuducu, kondisioner, işıq  yoxdur. 

Bütün  sadaladıqlarımı  əcnəbilər,  “kafərlər”  dünyaya  sunublar.  Avropa  işığı  kəşf  etməyi  ilə 

öyünmür,  amma  şərqli  iki  ayağını  bir  başmağa  dirəyə-dirəyə  lovğalanır:  Günəş  Şərqdən  çıxır. 

Şərq,  günəşin  Şərqdən  çıxmaq  labüdlüyünü  qəbul  edə  bilmir,  taleyini  özünə  bəxşeyiş  bilir. 

Bugünkü Şərqin üzünü Avropanın işığında görmək olur. Şərq öz Günəşini həyatında reallaşdıra 

bilmədi, amma Avropa qaranlığını işıqlandıra bildi.  

Qoca Şərq deyirlər, amma, əslində, Köhnə Şərqdi.  

İndiki  reallıqda  Mirzə  Fətəli  Axundovun  “Meymunu  yadınızdan  çıxardın”  məzəsi 

Füzulinin qəzəllərindən daha bəşəridir. 

Şərq  şeirdən  oyana  varmaq  istəmir,  riyaziyyatçı  İsmayıl  Mehdiyev  “Görkəmli 

şəxsiyyətlərin həyatından dəqiqələr” kitabında anektodik bir iddia irəli sürür: “Nizami özündən 




dörd əsr sonra yaşamış ingilis alimi İsaak Nyutondan əvvəl ümumdünya cazibə qanununu riyazi 

yazılışına daxil olan qravitasiya sabiti haqqında özünün “İqbalnamə” əsərində belə yazır: 

 

Göyə atılan daş yerə tez düşər 



Bu qısa müddətdə işlər dəyişər. 

 

Daha sonra Nizami İ.Nyutonun I qanunu ilə eynilik təşkil edən beytində yazır: 



 

 

Başlanğıc hərəkət olmasa əgər



Hərəkət edərmi bir cəhrə məgər!” 

 

İndi bu misralara bir quş qoysan, dərinə saman təpəcəklər ki, ay qaqaş, demirik e, Nizami 



kəşf  eləyib  ümumdünya  cazibə  qanununu,  deyirik  ki,  Nizami  “ucun  qoyub”.  Amma,  əslində, 

qəlbən razıdırlar ki, ümumdünya cazibə qanununu Nizaminin kəşfidir.  

Ey Xuda... mədəd e, mədəd. 

 

Bakı, şərab, yoxsa qadın? 



 

 

“Təbriz  həbsxanasından  nə  görünür?  Heç  Azərbaycanı  sevən,  vətən  eşqi  ilə  alışıb-yanan 



vardımı  orda?”  Hərdən  bu  cür  suallara  cavab  verməli  oluram.  Verdiyim  cavabdan  insanların 

üzündə  yaranan  ifadədən  görürəm  ki,  çoxları  heç  də  hayıl-mayıl  olmurlar,  çünki  sualı  soruşan 

başqa cavab gözləyir, mən isə gördüyüm reallığı onlara danışıram.  

Güney Azərbaycanın ziyalı mühiti, olsun ki, Bakını xəyali “Bütöv Azərbaycan”ın paytaxt 

şəhəri  kimi  arzulayır,  amma  sadə  adamlar  üçün  sadəcə  azadlıq  məfhumu  kimi  qavranılan 

“xoşbəxtlər  ölkəsidir.  Onlar  Quzey  Azərbaycanda  şərab  içənin  həbs  olunub-olunmadığını, 

sevdiyin  qızla  azad  gəzib-dolanmaq  imkanının  mövcudluğunu  öyrənəndə  çox  sevinirdilər, 

bəziləri  az  qalırdılar  çırtıq  çalıb  oynasınlar.  Hətta,  Bakıya  gəlib  yaşamaq  istəyənlər  də  varıydı. 

Amma  onlar  Bakını  bir məkan,  Azərbaycan  kimi  sevmirdilər.  Onlar  əyləncə  vurğunu  idilər  və 

Bakının  sadəcə  azadlığını  sevirdilər.  Onlar  bizdən  soruşmurdular  ki,  ölkənizin  dərdi  nədir, 

Azərbaycan bu gün hansı problemlərlə qarşı-qarşıyadır, biz neyləyə bilərik? Onların bizi, quzeyli 

Azərbaycanlıları, sevib-sevmədikləri də şəxsən mənimçün qaranlıq idi. Məhbusların sevgisi eyş-

işrətdən, azad sevgidən, şərab nuş etməkdən o yana keçmirdi, ona görə də sualları bunlar olurdu: 

Bakıya gəlsəm, başlıq pulu vermədən qızla evlənə bilərəmmi? 

Bakıya gəlsəm, yeməkxanada hamının gözü qarşısında şərab içə bilərəmmi? 

Bakıya gəlsəm, qızla qol-boyun olub parkda gəzə bilərəmmi? 

Bakıya gəlsəm, barda qızlarla rəqs edə bilərəmmi? 

Bakıya gəlsəm, məni hər xırda şeyə görə həbs edərlərmi? 

Bakıya gəlsəm... 

Həbsxana  sakinləri  ziyalı  deyildi,  az  adam  görərdin  ki,  “Azərbaycan”,  “Bakı”  sözlərini 

deyəndə  qəlbində  və  ya  gözlərinin  ifadəsində  mənəvi,  ruhani  bir  titrəyiş  duyulsun.  Bu  məni 

millətini sevən bir vətəndaş olmaqdan daha çox bir insan kimi ağrıdırdı. Onlar Azərbaycanımızı, 

öz xalqı, öz ölkəsi, öz tarixi torpağı kimi düşünmürlər, onlar fərdi, bir nəfərlik azadlıq istəyirlər. 

Bütün bu fikirlər onları yalnız özünü düşünməyə, bütün hisslərin qurşaqdan aşağıya enməsinə – 

əbədi  xoşbəxtliklərin  müvəqqəti  əyləncələrlə  əvəzlənməsinə  gətirib  çıxarır.  Onlar  bizi 

sevməkdənsə, burdakı sonuncu dərəcəli şeyləri sevirlər. Hətta, bir gənc oğlan Bakını ah çəkərək 

xatırlayıb deyirdi: “Orda olanda rahat arağımı içir, kefimi çəkirdim, dəyib-dolaşan yox idi.” 

Bakını  görməmiş,  sadəcə  ağızdan-ağıza  xəbəri  olan  biri  isə  belə  əhd  eləmişdi:  “İnşallah 

çıxan kimi Bakıya gedəcəm, burnum yerə dəyənəcən şərab içəcəm orda”.  

İnsanların Təbriz zindanının məhbuslarının türklük, milli özünüdərketmə duyğuları yerinə 

şərab  həsrəti  və  qadınbazlıq  kimi  hisslərlə  yaşamasını  gördüm.  Bəzilərində  tarixi  unutqanlığın 

manqurtluq həddinə çatdığını, yaddaşın, düşüncənin ötəri maraqlardan, gəldi-gedər eyş-işrətdən 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə