Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Bəhram  Sürgün  danışıb  ağladı,  dedi  ki:  “Bunlar  günahsızdırlar.  Bu  adamlar  şairdirlər, 

gəzib-dolaşıblar,  heç  bir  siyasi  şeirləri  də  yoxdur.  Hələ  cavandırlar,  22-23  siniləri  var”.  Amma 

ailəmiz  bizimlə  görüşməyə  gələndə  dayım  demişdi  ki,  B.Sürgün  televiziyada  deyib  ki,  onları 

tanımıram,  onlar  məni  oyuna  salıblar.  Təbii,  biz  bütün  bunların  onun  boynuna  qoyulduğunu 

bilirdik.  

Məhkəmədə  Şəhriyarın  atası  Mail  kişi,  bacısı  Almara,  anam  və  dayım,  Təbriz 

Konsulluğunun müavini Nəriman Orucəliyev və digər konsulluq nümayəndəsi də iştirak edirdi. 

Nə  bizi  günahlandıracaq  prokuror,  nə  ETTELAAT  nümayəndəsi  vardı.  Bizə  də  vəkil  tutmağa 

imkan yaratmamışdılar. Biz İran Konstitusiyasının 550 maddəsinə əsasən ittiham olunurduq. Bu 

maddə  “İran  Əleyhinə  Təbliğat”  adlanır.  Bu  maddəyə  əsasən,  üç  aydan  1  ilə  qədər  azadlıqdan 

məhrum  ediləcəkdik.  Xatırladım  ki,  məhkəmə  Azərbaycan  dilində  keçirilirdi  deyə  tərcüməçiyə 

ehtiyac yox idi. 

Danışıb  qurtaran  kimi  bizi  məhkəmə  zalından  çıxardılar.  Məhkəmə  zalı  çox  qəribə  idi, 

hətta  içəridə  soyuducu  da  vardı.  Danışdıqca  hakim  bizə  qulaq  asmırdı.  Onsuz  da,  o,  verəcəyi 

qərarı əvvəlcədən müəyyənləşdirmişdi.  Hətta, məhkəmədən əvvəl  ailəmizə  deyibmiş  ki,  mənlik 

bir  şey  yoxdur,  hər  şey  rəsmi  Tehrandan  asılıdır.  Amma  bilinən  bircə  o  idi  ki,  ən  uzağı  bir  il 

azadlıqdan məhrum olacaqdıq. Məhkəmə formal bir şey idi. Yəni, deməsinlər ki, məhkəməsiz-

zadsız üç aydır bunları burda saxlayıblar. 

Biz düşünürdük ki, heç bir izahat kağızına qol çəkməmişik, ittihamlarımız təsbit edilmədi, 

B.Sürgün  də  bizim  dediklərimizi  təsdiq  elədi,  birinci  dəfə  həbs  olunmağımız  nəzərə  alınar,  ən 

uzağı  6 ay  həbs verərlər, onun da 3  ayı  keçib,  ya  əfvi-məşrutə düşüb  azad olarıq,  ya da üç ay 

birtəhər dözüb gedərik. Amma hadisələr gözlədiyimiz kimi olmadı. Məhkəmə 550-ci maddə üzrə 

ən ağır cəzanı tətbiq edərək, bizi bir il azadlıqdan məhrum etdi. Amma hökm məhkəmə zalında 

oxunmamışdı,  məhkəmədən  15  gün  sonra  hökm  kağızı  zindana  göndərilmişdi.  İndiki  kimi 

yadımdadır,  hökm  kağızı  əlimizə  çatanda  bilmirdik  ki,  günahsız  ola-ola  1  il  məhkumluq 

yaşayacağımıza  görə  kədərlənək,  yoxsa  adımıza  casus  damğası  yapışdırılmayaraq  10-15  il 

zindanda çürüməyəcəyimizə görə sevinək.  

 

 



 

Görüş günləri 

 

 



Birinci  dəfə  ailəmizlə  görüşdüyümüz  gün,  sözün  əsl  mənasında,  gözlənilməz  oldu. 

Gələcəklərini bilirdik, amma səhər bizə dedilər ki, bu gün görüş günü deyil, sabah gələ bilərlər. 

Həkimxanadan  qayıdanda  isə  dedilər  ki,  xanivadəniz  (ailə)  gəlib,  tez  paltarlarınızı  dəyişin, 

mulaqata (görüşə) gedirsiniz. 

Tez əynimizi dəyişib yollandıq görüş yerinə. Əsgərlərlə çənə-boğaz olandan sonra axır ki, 

görüş  otağına  girdik.  Təxminən,  30-40  metr  məsafədən  qara  paltarda,  çadrada  anamı  görəndə 

gözlərim doldu. Yaxınlaşıb anamı qucaqladım, qoxumu burnuna çəkib ağladı. Sonra arıqladığımı 

başa düşdü, amma üzümə vurmadı. Narahat olmayım deyə, nə soruşdumsa, hər şey  “yaxşıdır” 

deyib  məni  ovutdu.  Sonra  içəri  daxil  olmaq  üçün  anamın  qoluna  vurulmuş  möhürə  baxdım. 

Mənə  elə  gəldi  ki,  o  möhürü  anamın  qoluna  vurmuş  qadın  anamı  az  da  olsa  incidib.  Anamın 

qoluna baxıb dedim: “qolun ağrımır?” 

Anam gülə-gülə cavab verdi:  

– Anasını düşünən oğlan bura düşməzdi! 

Susdum, stolun altında dizimin üstünə qoyduğum  əlimi dizimdən götürdüm,  yumruğumu 

düyünlədim. İçim-içimi yeyirdi... 

 

*** 



 


Görüş  boyunca  anamın  əllərini  buraxmırdım,  öpüb-iyləyirdim.  Bu  xoşbəxtlik  heç  bir 

xoşbəxtliklə  əvəz  oluna  bilməzdi,  15  dəqiqə  ərzində  nə  öpdün-öpdün,  sonra  yenə  də  uzun 

divarların  arasında  kimsəsiz  qalırsan.  Bütün  bunları  yaxşı  başa  düşən  anam  əllərini  əlimdən 

çəkmirdi, az qalırdı əllərini mənə verib getsin.  

 

*** 


 

Görüş  zamanı  Şəhriyar  atasından  3  yaşlı  bacısı  oğlu  Məhəmmədin  halını,  yeriyib-

yerimədiyini  soruşanda,  şübhəyə  düşən  polis  nəzarətçisi  dəftərinə  onun  da  adını  qeyd  elədi. 

Baxmayaraq  ki,  Mail  dayı  3  yaşlı  Məhəmməd  haqqında  ətraflı  danışdı.  Görünür,  zindan 

həqiqətləri içində Məhəmmədciyəz də təhlükə sayılır.  

 

*** 



 

Görüş günü elə bilirdim anam  nəsə  gətirib  yeməyə. Çünki  doğma  ev  yeməklərindən ötrü 

çox,  özü  də  lap  çox  darıxmışdım.  Anam  yavaşca  dedi  ki,  içəri  yemək  buraxmırlar  deyə  heç  nə 

gətirə  bilmədim.  Düzü,  yaşımın  bu  çağınacan  hələ  ondakı  kimi  anamın  əlində  gözüm 

qalmamışdı. Anamın gözlərindəki ümidsizliklə tərs-mütənasib olan – “inşallah tezliklə azad olub 

gələcəksiz”  –  ifadəsi  həmin  vaxt  məni  çox  incitmişdi,  amma  bütün  bunlara  baxmayaraq,  o 

ümidsiz sözlər həm də ümidimi birə-beş artırmışdı.  

 

*** 



 

Anam  və  dayım  yanıma  görüşə  gələndə  günahsız  tutulduğumuzu,  ədalətsizliyin  qurbanı 

olduğumuzu  bilə-bilə,  bizi  orda  incitməsinlər  deyə  (yanımızda  ETTELAAT  nümayəndəsi 

varıydı),  deyirdilər:  “Biz  sizdən  narahat  deyilik,  bura  İslam  dövlətidi,  elə  bilirik  ki, 

yanımızdasınız”. Eyni narahatlıqla Şəhriyarın atası Hacı Mail kişi də həmin “rahatlığın” üstünə 

öz “yükü”nü qoyurdu: 

– Eşidəndə ki,  sizi  İranda tutublar, sevindim.  Dedim ki,  orda onların  başından bir tük  də 

əskik ola bilməz” 

 

*** 


 

Anam  tələskənliyindən  və  həyəcandan  pullarını  dəyişməyi  unutmuş  və  AZN  gətirmişdi. 

Sonra  məlum  oldu  ki,  o  pulları  bizə  verə  bilməyəcək.  Ağlaya-ağlaya  dəsmalına  bağladığı  yüz 

manatlıqları  məyusluqla  cibinə  qoyması  və  mənə  kömək  edə  bilməmək  narahatlığı  gözlərində 

dumduru yaş şəklində ifadə olunurdu. Dediyi sözlər yadımdadır hələ: 

 



Allah məni öldürsün, hardan bilim ki, burda pul dəyişmirlər.  

Bakıya  gələndən  sonra  öyrəndim  ki,  “Kaspi”  qəzetinin  baş  redaktoru,  yazıçı  Natiq 

Məmmədli əmək haqqımı həbs olunduğum müddətdə kəsməyib, anamın yol xərci etdiyi və mənə 

verdiyi pullar da həmin pullar imiş. 

 

*** 


 

Telefonla  danışmaq  üçün  həbsxanada  məktub  yazırdıq.  O  məktub  həbsxananın  müdirinə 

çatırdı,  əgər  o  dəstur  (göstəriş)  versəydi  bizi  İFRAZAT  deyilən  yerə  aparır  və  telefonla 

danışdırırdılar.  Məhkəməyə  qədər  ailəmizlə  danışmaq  olmazdı,  amma  danışmaq  üçün  sino 

gedirdik.  Nə  isə,  ora-bura  məktub  yazıb  hamını  abırdan  salandan  sonra  axır  ki,  bizi  telefonla 

danışmağa  çağırdılar.  Amma  orda  da  kələk  başımızdan  əskik  olmadı.  Xaricə  çıxışı  olmayan 

telefonla  yığırdılar  deyə  düşə  bilmirdilər.  Özlərini  də  elə  göstərirdilər  ki,  guya  bizim 

danışmağımızı  çox  istəyirlər.  10-15  dəfə  yığdılar,  düşə  bilmədilər.  Elə  ordaca  bizə  dedilər  ki, 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə