Fəsil 18. İNstitusional-sosioloji İSTİqamət sosial iNstitusionaliZMİn meydana gəLMƏSİ VƏ mahiYYƏTİ


§3. QEYRİ-EKVİVALENT MÜBADİLƏ KONSEPSİYASI



Yüklə 431,84 Kb.
səhifə6/6
tarix27.10.2017
ölçüsü431,84 Kb.
#7005
1   2   3   4   5   6
§3. QEYRİ-EKVİVALENT MÜBADİLƏ KONSEPSİYASI
Sol radikalların diqqət mərkəzində artım nəzəriyyəsi deyil, zərərli, periferiya və asılı inkişaf nəzəriyyəsi görünür. Onlar iqtisadi artıma milli zəmində deyil, beynəlxalq miqyasda zəif inkişaf amili kimi baxırlar. Maraqlıdır ki, merkantilistlər kimi onlar periferiy inkişafı istehsalın təhlilindən yox, tədavül sferasından, xüsusən beynəlxalq ticarətdən öyrənməyə başlamışlar.

Onların ənənəvi cəmiyyəti tez dəyişdirmək cəhdinin iflası periferiy iqtisadiyyatın həm daxili problemlərini üzə çıxardı, həm də uğursuzluğun qeyri-iqtisadi səbəblərinə diqqət yetirməyə məcbur etdi. Bir sıra alimlərin, xüsusən R.Prebiş, S.Furdato və b. kimi Amerika alimlərinin tədqiqat mərkəzində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı antaqonizm görünür.

Argentina iqtisadçısı Raul Prebiş dünya təsərrüfatının ahəngdar inkişafı illüziyasının aradan qaldırılmasında böyük rol oynadı. O, xarici ticarətə gəlirlərin periferiyadan dünya təsərrüfatının mərkəzinə axıdılmasının xüsusi mexanizm kimi baxırdı.

R.Prebiş ticarət şəraitinin pisləşməsini beynəlxalq əmək bölgüsünün xüsusiyyətləri, inkişaf etmiş ölkələrin ayrı-seçkilik ticarət siyasəti və ETT-nin gedişində baş verən dəyişikliklər ilə əlaqələndirirdi. Onun ardınca BMT-nin İqtisadi komissiyası Latın Amerikası üçün regionda ticarətə neqativ təsir göstərən amilləri təhlil etmişdir. Nəticədə müqayisəli üstünlük nəzəriyyəsinin inkişaf etməkdə olan ölkələrə yalnız nəzəri deyil, həm də empirik səviyyədə uyğun olmasını təkzib etmək cəhdi olundu. Bu da asılı iqtisadiyyat konsepsiyasının qərarlaşması üçün ilkin şərtlər yaratdı.

Selso Furtado göstərir ki, dünya iqtisadiyyatının dualizmi istehlak və mədəni ənənələr dualizmlərinin nəticəsidir. Asılı yarımsistemin hakim sistemlə əlaqəsi elit ölkələr vasitəsilə həyata keçirilir. Bu da daha inkişaf etmiş yarımsistemə inteqrasiya olunur və onun standartlarına yönəldilir. Ona görə geriliyin mahiyyəti xeyli dərəcədə mərkəzi istehlak modelinin təqlidilə" müəyyən olunur. Latın Amerikasında bu proseslər Asiya və Afrikaya nisbətən daha aydın görünür.

Belə münasibətlərin münaqişəli xarakterinə "üçüncü dünya" ölkələrinin beynəlxalq əmək bölgüsü sistemində əlverişsiz vəziyyətinin nəticəsi kimi baxılır. Bu da ticarət şəraitinin pisləşməsində, artan maliyyə borcunda, "beyinlər axınında" və i.a. ifadə olunur. İdxal əvəzedici sənayeləşdirmə strategiyası bu prosesi kəskinləşdirdi. Bütünlüklə mövcud vəziyyət iqtisadi fikrin sonrakı radikallaşmasına - P.Baran, Ş.Bettelheym, O.Braun, İ.Vallerstayn, N.Frank, A.Emmanuel kimi iqtisadçıların konsepsiyalarının yaranmasına səbəb oldu. Bu zaman iqtisadi proses avtomatik olan sabit müvazinət kimi deyil, müxtəlif ölkə qrupları arasında uyğunsuz qarşılıqlı asılılığın yaranması və güclənməsi kimi nəzərdən keçirilməyə başladı. Bu prosesdə A.Emmanuel qeyri-ekvivalent mübadilənin roluna, S.Amin isə transmilli korporasiyanın roluna diqqət yetirdi.

Fransız iqtisadçısı Artur Emmanuelin 1969-cu ildə çapdan çıxan "Qeyri-ekvivalent mübadilə: beynəlxalq iqtisadi münasibətlərdə antaqonizmlər haqqında oçerk" adlı monoqrafiyası qeyri-ekvivalent mübadilə barəsində mübahisəyə təkan verdi. Burada o, ilkin olaraq xeyli kəskin məsələ qoydu. Bununla əlaqədar belə suallar meydana çıxdı: bu mübadilə nə qədər və hansı həcmdə olur? Nəhayət, onun nəticələri hansılardır və onu indiki vaxtda aradan qaldırmaq olarmı?

A.Emmanuelin radikal konsepsiyası belə sübut etmək cəhdindən ibarətdir ki, kapitalist periferiyası xalqlarının əmək nəticələrinin mənimsənilməsi qərb sivilizasiyası rifahının əsasıdır. Ona görə tədqiqatın başlıca məqsədi "üçüncü dünya"da yaradılan məhsulun əldə edilməsi və mənimsənilməsi mexanizmini təhlil etməkdir. Bu konsepsiya ticarətə bir millətin başqalarının hesabına varlanması üsulu kimi baxan merkantilistlər nəzəriyyəsinin, xırda burjua siyasi iqtisadının, xüsusən mülkiyyəti P.J.Prudonun "oğurluq" kimi qələmə verən radikal siyasi iqtisadın və marksizmin ayrı-ayrı müddəalarından istifadə etməyə çalışır.

R.Prebiş Latın Amerikası ölkələri və inkişaf etmiş ölkələr arasında mübadilənin qeyri-ekvivalent xarakterini sübut edə bilmədi. Ona görə A.Emmanuel keyfiyyət meyarlarını ön plana çəkdi. O, tutuşdurulan istehsal şərtlərini, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kəskin fərqlənən hazır məhsulun qiymətlərini müqayisə obyekti kimi götürərək marksist dəyər və istehsal qiyməti nəzəriyyəsinə əsaslandı. O, qeyri-ekvivalent mübadilənin iki formasını fərqləndirdi; "əlavə" və "həqiqi". Bunlardan birincisi, yəni "əlavə" qeyri-ekvivalent forması kapitalın üzvi quruluşunun müxtəlifliyinə görə mənfəət normasının bərabərləşməsi gedişinin pozulması nəticəsində yaranır. İkincisi isə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək haqqının formalaşmasının institusional fərqlərilə bağlıdır. Emmanuel həmin fərqlənmənin başlıca səbəbini inkişaf etmiş ölkələrdə öz üzvləri üçün daha yüksək əmək haqqına nail olan həmkarlar ittifaqlarının inhisarçı mövqe tutmasında görür. Ona görə Emmanuelin fikrincə qeyri-ekvivalent mübadilənin əsas xeyri inkişaf etmiş ölkələrin fəhlə sinfinə çatır.

A.Emmanuel iqtisadi inkişaf startını ilkin kapital yığımı prosesində və hətta sənaye inqilabında deyil, əmək haqqı artımının rikardoçu yaşayış minimumundan yuksək olmasında görürdü. Onun konsepsiyasında "əmək haqqı səbəb, istismar isə yalnız nəticədir". Onun fikrincə kapitalın üzvi quruluşunun artması əlavə varlanma mənbəyi olaraq belə uyğunsuluğu gücləndirir. Qüsurlu dairə yaranır: inkişaf etmiş ölkə nə qədər çox zəngin olsa, zəif ölkə bir o qədər kasıb olur. Ona görə mərkəz və periferiya disproporsiyası qeyri-bərabər mübadilənin səbəbi deyil, nəticəsidir. Kapital ixracı yaranmış antaqonizmi tamamlayır və gücləndirir.

Müstəmləkə siyasətinin yeridilməsinə mane olan amillər daha yüksək əmək haqqına və siyasi azadlığa uyğunlaşan ağ mühacirlərdir. Ona görə onlar təzə yerdə də Avropa standartlarına uyğun olan tam həcmdə əmək haqqı tələb edirlər. Əks halda metropoliyadan ayrılmağa və onların tələbini yerinə yetirəcək öz müstəqil dövlətini yaratmağa cəhd edirlər. Onlar mühacirlərin xeyrinə həll olunan yerlərdə, məsələn, ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə məqsədlərinə nail olurlar.

A.Emmanuel üsulu "üçüncü dünya" imperialist dövlətlərinin xeyrinə yaradılan izafi dəyərin müntəzəm yenidən bölgüsü haqqında nəticə çıxarmağa imkan verir. Bu fenomeni izah etməyə çalışan Emmanuel öz nəzərini kapital və əmək istehsal amilləri bazarına yönəldir. Həmin bazarların müqayisəsi onu kapital bazarının daha çox inkişaf xarakteri haqqında fikrə gətirir ki, bu da beynəlxalq kapitalın sərbəst hərəkətində və ümumi mənfəət normasının bərabərləşməsində ifadə olunur. Əməyin hərəkətinə isə müxtəlif institusional əngəllər, hər şeydən əvvəl inkişaf etmiş ölkələrin həmkarlar ittifaqı mane olur. Bu da əmək haqqı stavkasının bərabərliyini pozur.

Beləliklə, qeyri-ekvivalent mübadilənin başlıca səbəbi beynəlxalq kapitalın sürətlə hərəkət etmə qabiliyyəti və beynəlxalq əməyin isə sürətlə hərəkət etmə qabiliyyətsizliyidir. A.Emmanuelin hesablamasına görə orta əmək haqqı geridə qalmış ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən 30 dəfə aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə işçilərin daha aşağı əmək haqqının mənbəyi Emmanuelin fikrincə qeyri-ekvivalent mübadilə və Qərb ölkələrinin buna müvafiq zənginləşməsidir. Bu baxımdan Mərkəzin inkişafı və periferiyanın zəif inkişafı medalın iki tərəfinə bənzəyir.

A.Emmanuelin konsepsiyasında mübadilə sferası həyat fəaliyyətinin bütün başqa sferalarının zərərinə olaraq mütləqləşdirilir. O, müxtəlif ölkələri müqayisə edərək məhsuldar qüvvələrin inkişaf səviyyəsində dərin fərqləri, əməyin mürəkkəbliyi və intensivliyini, həmçinin iş qüvvəsinin ixtisasını lazımi qədər qiymətləndirmir. Bununla birgə onun inkişaf etmiş ölkələrin bütün fəhlə sinfinin "üçüncü dünya" əhalisini istismar etməsi haqqında müddəaları onu hətta yaxın tərəfdarlarından - marksistlərdən də uzaqlaşdırmışdır.

A.Emmanuelin konsepsiyasının zəifliyi ondadır ki, ifratçılığa gedir. O, solçu ehtirasla yazır ki, "seçim yalnız qeyri-ekvivalent mübadilə və avtarkiya arasında mümkündür". Belə dərk edilən inkişaf yalnız qeyri-ekvivalent mübadilənin aradan qaldırılması yolu ilə mümkündür.
§4. DÜNYA TƏSƏRRÜFATINDA YIĞIM HAQQINDA

NƏZƏRİYYƏLƏR
Bu barədə bir sıra nəzəriyyələr vardır. A.Emmanuelin kitabı çapdan çıxandan sonra müəllifin söylədiyi ideyalar barədə kəskin mübahisələr yayıldı. Radikallar onu son dərəcədə abstrakt olduğuna görə tənqid etdilər. Burada Samir Amin mühüm rol oynadı.

S.Amin mənşəcə misirli olub həyatının çox hissəsini Dakarada keçirmiş, orada 1981-ci ilə qədər Afrikada iqtisadi inkişaf və planlaşdırma işinə rəhbərlik etmiş, daha sonra Afrikanın iqtisadi və sosial inkişafının tədqiqi üzrə Şuranın birinci icraçı katibi olmuşdur. Onun kitabları Fransa, ABŞ, İngiltərə və bir sıra azad olmuş ölkələrin iri nəşriyyatlarında müntəzəm çap olunmuş çoxlu sayda kitab və məqalələrin müəllifidir. Bir çox Afrika dövlətləri və BMT-nin ixtisaslaşdırılmış təşkilatları onu dəfələrlə ekspert və məsləhətçi kimi dəvət etmişlər.

S.Amin A.Emmanuel ilə mübahisədə qeyri-ekvivalent mübadiləyə qarşı belə sadə əks tədbirlər təklif etdi: 1.İxraca vergiqoyma. Bu, inkişaf proqramını reallaşdırmaq üçün vəsait yığmağa imkan verir. 2. Daxili istehsalın diversifikasiyası, yəni manevr etməsi. Bu, xarici aləmdən asılılığı ixtisar etməyə və inkişaf etməkdə olan ölkələrin özünün təminatını yüksəltməyə səbəb olur.

Bazar mexanizminin ideallaşdırılması A.Emmanuel konsepsiyasının əsas nöqsanı kimi haqlı olaraq qeyd edilmişdir. S.Amin qeyri-ekvivalent mübadilədə inhisarların roluna diqqət yetirmiş və göstərmişdir ki, burada proporsiya xeyli dərəcədə kapitalın hərəkətilə müəyyən olunur. Həqiqətən müasir şəraitdə beynəlxalq ticarəti TMK-ların fəaliyyətindən ayrılıqda nəzərdən keçirmək olmaz. Ona görə dünya bazarında mənfəət normasının tam bərabərləşməsini güman etmək reallığa sığmır.

S.Aminin nəzərincə indiki vaxtda kapitalın beynəlxalq fəaliyyəti həlledici amildir. Onun fikrincə inhisarların mərkəzində yaradılan mərkəz və periferiyalarda əmək haqları arasında kənarlaşma imperialist burjuaziyanın diqqət mərkəzində durur. Dünya miqyasında əldə edilən izafi dəyərin çox hissəsi onların cibinə gedir.

Kapitalizm özünün yarandığı vaxtdan dünya miqyasında ekspansiya, yəni genişlənmə meylli cəhətilə xarakterizə olunur. Lakin kapitalist sisteminin qərarlaşmasilə onda asimmetrik, yəni uyğunsuz meyllər, beynəlmiləlləşmə artır, xüsusən də imperializm dövründə. S.Amin hətta xüsusi "periferiy istehsal üsulu" anlayışını işlədir. Onun başlıca cəhəti kapitalist ictimai sistemi çərçivəsində müasir texnologiyanın, yəni artan əmək məhsuldarlığının və aşağı əmək haqqı səviyyəsinin eyni zamanda mövcud olmasından ibarətdir.

Əvvəllər istehsalın texnikası primitiv qaldığı vaxtadək xarici kapital tərəfindən ona birbaşa nəzarət edilirdi. Lakin sonralar texnologiyanın güclənməsilə birbaşa, yəni S.Aminin sözü ilə desək "bilavasitə" nəzarət formalarına zərurət olmadı. Həqiqətən, hazırda inkişaf etmiş ölkələr dünya elmi-texniki potensialının 98 faizini öz əlində mərkəzləşdirir. Halbuki bunun yalnız 2 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Belə asılılıq forması S.Aminin fikrincə mülkiyyətə bilavasitə nəzarət olmasa da külli miqdarda mənfəət götürməyə imkan verir. Buna dünya ticarətinin kənd təsərrüfatı məhsullarının inkişaf etmiş, sənaye məhsullarının isə inkişaf etməkdə olan ölkələrə ixracı kimi paradoksal quruluşunun yaranması qətiyyən zidd deyildir. Əgər əvvəllər onların arasında inkişaf xətti sənaye - kənd təsərrüfatı sənayeləşmə meyarı üzrə keçirdisə, indiki vaxtda proses postsənayeləşmə, yəni mərkəzdə əmək tutumlu və mürəkkəb texnologiyalı istehsal, periferiyalarda isə sadə texnologiyaya əsaslanan standart məhsul xətti üzrə gedir.

Mübahisənin gedişində dünya əmək bazarına xeyli birtərəfli yanaşılmasına da diqqət yetirilmişdir. Xüsusən də, bir çox iştirakçıların fikrincə, mərkəz və periferiyada, əmək məhsuldarlığında və iş qüvvəsinin ödəniş dəyərində olan fərqləri daha dəqiq göstərmək, eləcə də həm inkişaf edən, həm də inkişaf etməkdə olan ölkələrdə həmin bazarın seqmentləşmə amillərini də nəzərə almaq lazımdır.

A.Emmanuelin konsepsiyasının sonrakı konkretləşməsi beynəlxalq inhisarların ekspansiyasının (yayılmasının) tədqiqi və iş qüvvəsi təhlilinin dəqiqləşdirilməsilə bağlı olmuşdur. Ş.Mişale 1976-cı ildə çapdan çıxan "Dünya kapitalizmi" kitabında tədbiq edilən texnologiya və onun xidmətedici iş qüvvəsi arasında, yəni kapital və əmək bazarları arasında qırılmaz əlaqə haqqında məsələ qoymuşdur. Transmilli şirkətlərin inkişaf etməkdə olan ölkələrdə yeni texnologiya yerdəyişmələri yalnız iqtisadi mühit yaratmır; həm də müəyyən dərəcədə beynəlxalq iqtisadi məkan ayrılığını aradan qaldırır. Kapital axınının stimulu yüksək mənfəət normasının əsası olan aşağı əmək haqqıdır. Eyni zamanda transmilli şirkətlər bu ayrılığı azaldaraq kapital tutumlu texnologiyanı tətbiq etməklə məşğulluq problemini kəskinləşdirir.

Transmilli şirkətlər periferiy cəmiyyətlərin təsərrüfat quruluşunda filiallar "yetişdirməklə" onların mərkəzdən asılılığını gücləndirir, onları dünya kapitalist təsərrüfatının tabeli hissəsinə çevirir. Transmilli şirkətlərin təsiri altında həyata keçirilən sənayeləşmə prosesi eybəcər formalar alır. Q.Zingerin ədalətli hesab etdiyi kimi hər cür sənayeləşmə ölkəni gerilik və asılılıqdan çıxarmağa qabil deyil. Müasir iqtisadiyyatın meyli hər şeydən əvvəl cəmiyyətin imkanlı təbəqələri üçün əmtəələr istehsalına yönəldilmişdir. Onların zövqü, vərdişləri isə təmtəraqlı istehlakın təsiri altında formalaşmışdır.

F.Aydalo "Məkan dinamikası və qeyri-ekvivalent inkişaf" kitabında A.Emmanuelin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əməyin eyniliyi haqqında fərziyyəsini də inkar edir. O göstərir ki, bu sahədə müxtəlifliyin səbəbi əmək ehtiyatlarının təkrar istehsalı xərclərindəki olan fərqlərdir. F.Aydalo həmin əsərində müxtəlif regionlarda təhsilin, ixtisasın və əhalinin həyat tərzinin rolu barədə daha geniş yazır. Göstərir ki, iş qüvvəsinin miqrasiyası və transmilli şirkətlərin fəaliyyəti bu uyğunsuzluğu tam aradan qaldıra bilməsə də, xeyli dərəcədə azaldır.

Belə yanaşmada transmilli şirkətlər tərəfindən istismarın məhdudlaşdırılması inkişafın şərtidir. S.Amin yazır ki, qlobalizm ideologiyasının tərəfdarları köməklik dayağına və dünya bazarında bərabərsizliyi dərinləşdirən amil kimi xarici kapitalın soxulmasına antitezis axtarırlar. O, konsepsiyasında inkişaf etməkdə olan ölkələrə öz qüvvələri üzərində kollektiv dayaq tapır. Lakin inteqrasiya vasitəsilə iqtisadi müstəqilliyə nail olunması ilk baxışdan göründüyü kimi elə də asan deyil. İş ondadır ki, inkişaf etməkdə olan ölkələrin daxili quruluşu deformasiya olub, yəni transmilli şirkətlərin mənafelərinə tabedir.

Ona görə deformasiya - asılı olmuş struktur istənilən nəticəni verə bilməz; yalnız "lyumpen-inkişaf" təkrar istehsal edə bilər. S.Amin sosializmin tərəfində dururdu. Lakin o, SSRİ-də qurulmuş sosializmin deyil, Şərqi Avropa ölkələrindəki sosializmə rəğbət bəsləyirdi. Belə real sosializmi o, "kapitalistsiz kapitalizm", "dövlət kapitalizmi", "dövlətlə idarə olunan istehsal üsulu" adlandırırdı.

§ 5. DÜNYA TƏSƏRRÜFATININ İ.VALLERSTAYN

NƏZƏRİYYƏSİ
Sol radikallar əyani surətdə göstərmişlər ki, inkişaf etməkdə olan ölkələrin bir çox daxili amilləri onların xarici fəaliyyətini əks etdirir; onlardakı zəif inkişafı asılılıq törədir, asılılıq isə öz növbəsində zəif inkişafdan irəli gəlir. Belə çətin vəziyyətin yaranmasının dərin səbəblərini aşkar etmək cəhdi tədqiqatçıların diqqətini cəlb etmişdir. Bununla əlaqədar müasir dünya təsərrüfatının yaranması və inkişafını izləyən bir sıra əsərlər meydana gəlmişdir. Onların sırasında A.Frankın və İ.Vallerstaynın elmi işlərini göstərmək olar.

1978-ci ildə Nyu-Yorkda və Londonda Andre Qundre Frankın "Dünyada yığım. 1492-1789" monoqrafiyası çapdan çıxdı. Bu əsərdə üç əsr ərzində, yəni Kolumbun Amerikanı kəşf etdiyi vaxtdan Böyük Fransa inqilabına kimi olan müddətdə kapital yığımının tarixi oçerkləri verilmişdir. Burada müəllif müasir dünyada yaranmış bərabərsizliyin tarixi köklərini təhlil etməyə çalışır. Onun başlıca ideyası ondan ibarətdir ki, periferiy cəmiyyətlərin geriliyi onların dünya kapitalist təsərrüfatına asılı və tabeli partnyor kimi daxil olmasından irəli gəlir. Dünya bazarı dünya dualizminin yarandığı və böyüdüyü mühitdə təşəkkül tapır. Metropoliyadan asılı olan periferiya kapitalizmi yararsız "xəstə" kompleks olur və sərbəst inkişaf qabiliyyətini itirir. Bu zaman yalnız asılı inkişaf deyil, həm də "zəif inkişafın inkişafı" gedir. Bu da müstəmləkə və asılı ölkələrə kapital ixracının nəticəsidir.

Asimmetrik qarşılıqlı asılılığın güclənməsi haqqında ideya İmmanuil Vallerstaynın "iqtisadi dünya" konsepsiyasında orjinal şərhini tapmışdır. Vallerstaynda inkişaf kateqoriyası yerini məkan genişlənməsi və müvəqqəti tsiklik xüsusiyyətləri olan dünya sisteminə verir. Ona görə də o, dünya sistemini "məkan-zaman tamlığı" adlandırır. Həmin konsepsiyanı ictimai əmək bölgüsü və mübadilənin təhlilinə əsaslanan tamlıq üsulu fərqləndirir.

İ.Vallerstayn inkişafın "mini-sistemlər", "kapitalist dünya təsərrüfatı" və "sosialist dünya hökuməti" kimi üç əsas mərhələsini götürür. O, "mini-sistem" dedikdə, sadə kənd təsərrüfatı cəmiyyətlərini, eləcə də ovçuları, həmçinin ilk qida toplayan qrupları nəzərdə tutur. Onun diqqət mərkəzində "mini-sistem"dən dünya sisteminə keçid durur. Bu keçidin əsasını o, milli təsərrüfatların inkişafında deyil, beynəlxalq cəmiyyətin qərarlaşmasında görür. Bunun da ayrı-ayrı sinif və etnik qrupları dünya təsərrüfatının yalnız yarımsistemləri kimi çıxış edir. Onun nöqteyi-nəzərincə həmin yarımsistemdə milli inkişaf zəif gedir.

İ.Vallerstaynın fikrincə Avropada kapitalizm bəşər cəmiyyəti inkişafının qanunauyğun məhsulu olmaqdan daha çox tarixi təsadüfdür. O, feodalizmin dağılmasına "demoqrafik qəza", hakim siniflərin real gəlirlərinin artması və bazar vasitəsilə yeni istehsal üsulunun yaranması kimi baxır.

Onun hesab etdiyi kimi ilkin kapital yığımı prosesinin özünəməxsus meyli vardır. Bu prosesin ümumi, yəni daimi meyli bütün tarix ərzində, xüsusən də kapitalizmin öz daxilində yaranmasilə təzahür olunur. İ.Vallerstaynın fikrincə, ilkin kapital yığımı yalnız mərkəzi deyil, həm də periferiyanı, yəni tamamilə bütün sistemi əhatə etmişdir. Artıq o zaman Latın Amerikası, Asiya və Afrika kapital yığımı prosesinə cəlb olunmuşdu. Burada yalnız istehsal ixtisaslaşması deyil, həm də dövlətlərin gücünün müxtəlifliyi mühüm rol oynamışdır ki, bu da son nəticədə qeyri-bərabər mübadiləni doğurmuşdur. "üçüncü dünya"da bütünlüklə ilkin kapital yığımı kimi əhalinin proletarlaşması da başa çatmamışdı. Ona görə iqtisadiyyatın kənardan yönəldilən deformasiya və dezinteqrasiyası natamam periferiy kapitalizminin xarakterik cəhətidir.

Hansı məhsul istehsal etməsindən asılı olmayaraq mərkəz və periferiya mənafelərinin qarşılıqlı tamamlanması bərabərsizliklə şərtlənir. İ.Vallerstayn yazır ki, mərkəz həmişə nisbətən inkişaf etmiş texnika, xeyli kapital qoyuluşu və yaxşı öyrədilmiş işçi qüvvəsi tələb edən sahələr üzrə ixtisaslaşır. Beləliklə, dünya təsərrüfatında yaranan bərabərsizlik uzun tarixi inkişafın məhsuludur. Məhz geridə qalan ölkələr beləcə geriliyə düçar olmuşlar; onlar qabaqcıl texnologiyaya yaxın buraxılmır, onlardan isə yalnız kapital deyil, hətta beyinlər də çəkilib aparılır.

Lakin inkişaf prosesində aralıq vəziyyət, yəni yarımperiferiya vəziyyəti tutan ölkələr qrupu meydana çıxır. Onlar mərkəzə görə periferiydir; lakin daha zəif ölkələrə nisbətən "mərkəz" mövqeyində dururlar.

Təəssüf ki, İ.Vallerstaynın nəzəriyyəsində başqa sol radikalların ideyalarında olduğu kimi yaranmış vəziyyətdən real çıxış yollarını axtarmaqdansa, kapitalizmin tənqidinə daha çox səy göstərilir.

Qərb ölkələrinin alimləri dünya təsərrüfat sistemi haqqında iqtisadi nəzəriyyənin formalaşmasında mühüm rol oynamışlar. Onlar zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatını təhlil etmək üçün qabaqcıl ölkələrdə hazırlanan materiallardan geniş istifadə etməyə çalışmışlar. Bunu neokeynsçi, neoklassik və institusional doktrinaların gələcək inkişafı tələb edirdi. Şübhəsiz, kəmiyyət tədqiqatlarının keyfiyyətlə əlaqələndirilməsi, proqnozların həyata keçirilməsi, sürətli sənayeləşmə aparılması, özünün və xaricdən cəlb edilmiş maliyyə vəsaitlərindən səmərəli istifadə olunması haqqında praktiki təkliflərin hazırlanması yaranan konsepsiyaların sanbalını artırmaq cəhdi olmuşdur.

Bu məsələ barədə iki əks fikir fardır. Klassik liberalizmin nümayəndələri müqayisəli üstünlük modelini inkişaf etdirərək kənardan yönəldilən siyasətin xeyrini sübut edirlər. Onların iqtisadi görüşləri Tayvan, Cənubi Koreya, Braziliya və bu kimi yeni sənaye ölkələrində məşhurdur. Onların əksinə olan sol radikallar belə inkişafın imkanlarını xeyli tənqidi qiymətləndirirlər ki, bu da Fidel Kastronun məşhur nitqində öz əksini tapmışdır. O, bloklara qoşulmayan ölkələrin dövlət və hökumət başçılarının VII konfransında dünya iqtisadi və sosial böhranı, onun inkişaf etməkdə olan ölkələr üçün nəticələri, qaranlıq perspektivləri haqqında demişdir ki, əgər biz yaşamaq istəyiriksə mübarizə aparmaq lazımdır. Lakin Kuba və yaxud Albaniya kimi daxilən qapalı ölkələr demək olar ki, qalmayıb. Halbuki beynəlxalq əmək bölgsünün tənqidi səslənməkdə davam edir.

Təəccüblü deyildir ki, neoklassik, neokeynsçi, institusional və radikal nümayəndələrin təklif etdiyi nəzəriyyə və reseptlərdə ümidsizlik keçən əsrin 70-ci, xüsusən də 80-cı illərində gücləndi. Bütün bunlar inkişaf etməkdə olan ölkələrin öz nümayəndələrinin hazırladığı iqtisadi nəzəriyyələrin yaranması və inkişafı üçün ilkin şərtlər yaratdı. Məhz bu zərurətdən "periferiya iqtisadiyyatı", "asılı inkişaf", "öz gücünə arxalanmaq", "yeni beynəlxalq qayda" və s. kimi konsepsiyalar meydana gəldi. Bunlar "üçüncü dünya" ölkələrində özünü dərketmə və elmi fikrin inkişafında mühüm rol oynadı.



İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. Qurani-Kərim. Bakı, 1991-ci il.

2. "Kitabi-Dədə Qorqud". Bakı, 1988

3. Oğuznamə. Bakı,1987

4. N.Gəncəvi. "Xəmsəsi", Bakı, 1980.

5. X.N.Tusi. Əxlaqi-Nasiri, Bakı, 1989.

6. H.Z.Marağayi. "İbrahimbəyin səyahətnaməsi", Bakı, 1982.

7. Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə, Bakı, 1987.

8. A.Bakıxanov. Seçilmiş əsərləri, Bakı, 1984.

9. H.Zərdabi. Seçilmiş məqalələri və məktubları, Bakı,1962

10. M.Ə.Rəsulzadə. Əsrimizin Səyavuşu, Bakı 1991

11. A.S.Sumbatzade. Azerbaydjanüı - gtno-qenez i formirovanie naroda, Baku, 1990

12. A.S.Faradjev. "Zarojdenie i razvitie gkonomiçeskoy mısli v Azerbaydjane v gpoxu feodalizma", Baku 1986

13.M.Mustafaev. "Gkonomiçeskie vzqlədı M.F.Axundova", Baku, 1962

14. Z.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, Bakı, 1985.

15. Z.M.Bünyadov. Azərbaycan Atabəyləri dövləti, Bakı, 1981

16. T.Veliev, Ö.Mamedov, X.Kerimov, A.Qasanov i dr. Oçerki istoriy Azerbaydjanskoy mısli, Baku, 1987

17. Vəliyev T.S., Həsənov A.C. Azərbaycan iqtisadi fikir tarixi. Bakı, 1997.

18. T.S.Vəliyev. İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü, Bakı, 1999.

19. Z.Səmədzadə. Dünya iqtisadiyyatı. Çin iqtisadi möcüzəsi, Bakı, 2001.

20. T.A.Kuliev. Requliruemaə rınoçnaə gkonomika, Baku, 2000


21. M.X.Meybullayev. "İslam iqtisadiyyatı", Bakı, 2001.

22. M.X.Meybullayev. "XIX əsrin iqtisadçılarının əsərlərində klassik elmi sistemin inkişafı", Bakı, 2001.

23.A.Ş.Şəkərəliyev. Keçid iqtisadiyyatı və dövlət, Bakı, 2000

24. K.Marks. "Kapital" əsəri, I, II, III, IV cildlər.

25. A.Marşall. "Siyasi iqtisadın prinsipləri", I-III cildlər, M.1993

26. Kene F. İzbrannıe gkonomiçeskie proizvedeniə. M., 1960.

27. C.Keyns. Məşğulluğun və faizin ümumi nəzəriyyələri, M.1978.

28. F.M.Fridman. Seçilmiş əsərləri, M.1987

29. Y.Şumpeter. İqtisadi inkişaf nəzəriyyəsi. M.1982

30. R.Makkonnelli və A.Bryu. "Ekonomiks", I-II hissələr. M.1992

31. P.Samuelson, V.Nordxaus. "Ekonomika", M.1997.

32. V.Oyken. Osnovı naüionalğnoy gkonomiki, M.1996

33. T.Veblen Teoriə prazdnoqo klassa, M.1992.

34. F.Xayek. Doroqa k rabstvo, M. 1992

35. D.Qilbreyt. Gkonomiçeskaə teoriə i üelğ obhestva. M. 1979.

36. Ümumdünya iqtisadi fikir tarixi. M.1990

37. S.Bartenev, Gkonomiçeskie şkolı i teorii. M.1995

38. S.V.Braqinskiy, Ə.A.Pevzner, Politiçeskaə gkonomiə: diskuüionnıe problemı, puti obnovleniə. M.Mıslğ 1991.

39. Ə.Ədıqarov, İstoriə gkonomiçeskix uçeniy. M.1999

40. N.Titova, İstoriə gkonomiçeskix uçeniy, M.1997

41. F.Xaek "Neoinstitusionalizm". Voprosı gkonomiki. 1999

42. Vsemirnaə istoriə gkonomiçeskoy mısli: v 6 tomax, ql. redaktor V.Çerkoveü i druqie. M.,MQU, 1987.

43.İstoriə gkonomiçeskix uçeniy. Pod redaküiey A.Xudokormova, M., MQU, 1994

44. İstoriə gkonomiçeskix uçeniy. Pod redaküiey Q.Şmarlovskoy, Minsk, 2000

45. İbn Xəldun "Müqəddəmə" əsəri, 3 cilddə, türkcə, Zakir Qafuri Ucarın tərcüməsi. İstanbul, 1988

46. A.Həsənov. "İbn Xəldunun iqtisadi nəzəri fikirləri" jur. "İqtisad elmləri: nəzəriyyə və praktika". №2, Bakı, 1994

47. A.A.İqnatenko. "İbn-Xaldun", M. 1980

48. Neqişi T. İstoriə gkonomiçeskoy teorii. Per. s anql. M.,1995.

49. Mayburd E. Vvedenie v istoriö gkonomiçeskoy mısli. Ot prorokov do professorov. M., 1996

50. A.Anikin, Elmin gəncliyi. Bakı, 1987-ci il.

51. Q.S.Əlləzov. Klassik burjua siyasi iqtisadının yaranması və inkişafı. Bakı, 1992-ci il.

52. Q.S.Əlləzov. Müasir iqtisadi nəzəriyyələr, Bakı, 1999.

53. Ümumdünya iqtisadi fikir tarixi. I və II hissələr. M. 1987-1988-ci il. Rus dilində.

54. M.Blauq. Gkonomiçeskaə mıslğ v retrospektive. M. 1994 q.

55. Ümumdünya iqtisadi fikir tarixi. M.1990

56. Neqişi T. İstoriə gkonomiçeskoy teorii. Per. s anql. M.,1995.

57. Mayburd E. Vvedenie v istoriö gkonomiçeskoy mısli. Ot prorokov do professorov. M., 1996

58. İstoriə gkonomiçeskix uçeniy. M.1983.

59. Vsemirnaə istoriə gkonomiçeskoy mısli. M.1994, T.5. 60. V.Leontev Gkonomiçeskie GSSG. M.1990.

61. Obhaə gkonomiçeskaə teoriə. M.1995.

62. G.Dolan. Makrogkonomika. Sankt-Peterburq, 1994 63.S.Fişer i dr. Gkonomika. M.1993.

64. İqtisadi nəzəriyyə. Dərslik. (T.S.Vəliyev, Ə.P.Babayev, M.X.Meybullayevin ümumi redaktəsi ilə), Bakı, 2001.

65. Azərbaycan iqtisadiyyatı. Bakı, 1998.

66. Nəsrullayev F.A. İqtisadi nəzəriyyənin predmeti və metodologiyası. Bakı, 1997.



67. X.Kərimov. Azərbaycan iqtisadi fikir tarixinə dair, "Azərbaycan iqtisadiyyatı", Bakı, 1998.

Meybullayev Məmməd Həsən Xanlar oğlunun

Ümumi elmi redaktəsi ilə


İQTİSADİ TƏLİMLƏR TARİXİ

dərslik
Nəşriyyatın direktoru

Mətbəənin direktoru

Texniki redaktoru

Kompüter operatoru F.Y.Baxşiyeva

Korrektor S.D.Hüseynova


1 Бах: Азярбайъан игтисадиййаты, Бакы, 1998, сящ.34-35.

2 М.Ф.Ахундов, Ясярляри, II ъилд, Бакы, 1961, сящ.24

3 М.Ф.Ахундов, ясярляри, II ъилд, сящ. 255.

4 Бах: Ш.Ф.Мяммядов, "М.Ф.Ахундовун дцнйаэюрцшц", Бакы, 1962, с.182.

5 Бах. "Щяйат" гязети, 1905, №5

6 Бах. "Якинчи" гязети, 1876, 27 май.

7 Бах. "Каспи" гязети, 1899, 15 декабр.

8 Бах. Б.Й.Ахундов, Марксизм-ленинизм сийаси игтисадынын предмети вя методу, Бакы. 1983, с.74

9 Бах. Б.Й.Ахундов, Марксизм-ленинзм сийаси игтисадынын предмети вя методу, Бакы, 1983, сящ. 75-76


Yüklə 431,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə