Filologiya məsələləri, №5, 2021 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix28.11.2023
ölçüsü5,09 Kb.
#138330
1   2   3   4   5   6

частью народа, членом Родины и гордился ею.Основными факторами, которые 
делают Самеда Вургуна великим и гениальным художником своего времени
является тот факт, что его искусство выросло из земли людей и основано на 
самых передовых идеях века. В поэзии Самеда Вургуна всегда вдохновенно 
воспевалась любовь к Родине и народу. Когда говорят о величайших 
достоинствах поэзии Самеда Вургуна, прежде всего на ум приходит пример 
гражданственности, чувства патриотизма. Самед Вургун был поэтом великих 
идеалов, человеческих идей как переводчик народного духа. Первым большим 
поворотным моментом в творчестве поэта, пришедшего в мир поэзии из 
мотивов горькой и сладкой любви, стал «Азербайджан». Это стихотворение 


Filologiya məsələləri, № 5, 2021
– 302 –
было признанием Самеда Вургуна в любви к Родине. В этом стихотворении, 
которое звучит как самый красивый гимн о Родине: «Сердца отделены от 
души?» Это был никому не риторический вопрос, а договор между поэтом и 
Родиной. До азербайджанского Вургуна ни одно стихотворение не было 
настолько полным, настолько законченным. Нет ни одного азербайджанца, 
который не знал бы это стихотворение наизусть. Это стихотворение - не 
обычное стихотворение, а песня, гимн, исполняемый от имени народа. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: dos. Yusifli Afaq X.q. 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 303 –
FİDAN QASIMOVA 
filologiya üzrə fəlsəfə doktoru, dosent, 
gasimovafidan@yahoo.com 
AMEA Folklor İnstitutu Təhsil şöbəsinin müdiri 
MÖCÜZƏLİ DOĞULUŞ MOTİVİ
(OĞUZ VƏ KELT FOLKLORU ƏSASINDA) 
Özət 
Oğuz və kelt xalqlarının folkloru zənginliyi ilə diqqəti cəlb edir. Hər iki xalqın 
folklorunun əsas qaynağı olan mifologiya isə ortaq tərəflər nöqteyi-nəzərindən 
tədqiqat mövzusuna çevrilə bilər. Məhz bu səbəbdən də oğuz və kelt xalqlarının istər 
mifoloji, istərsə də folklor mətnlərinin tipoloji araşdırma üçün seçilməsi əbəs deyil. 
Bu örnəkləri tədqiq edərkən müxtəlif aspektlər ortaya çıxır ki, bunlardan da biri 
motivlərdir. Belə motivlərdən biri möcüzəli doğuluşla bağlıdır. 
Möcüzəli doğuluş folklor mətnlərinin əsas motivlərindən biridir. Mifdən 
folklora transformasiya edilən bu motiv nağıllardan sonra, ən çox eposlarda rast 
gəlinir. Belə ki, eposlarda əsas qəhrəmanın möcüzəli şəkildə doğuluşu, tez böyüməsi, 
igidlik göstərərək ad qazanması kimi motivlər aid olduğu eposların arxaikliyindən də 
məlumat verir.
Oğuz və kelt eposlarının da analizi göstərir ki, onların hamısı üçün qəhrəmanın 
möcüzəli mənşəyi, doğuluşu xarakterikdir. Möcüzəli doğuluş motivi oğuz və kelt 
eposlarındakı ortaq motivlər arasında aparıcı rol oynayır. Belə ki, bu eposlarda əsas 
qəhrəmanın möcüzəli mənşəyi və doğuluşunun xarakterik xüsusiyyətləri demək olar 
ki, eyni deyiləcək dərəcədə oxşarlığa malikdirlər. 
Əski türk və kelt mətnlərinin qarşılaşdırılması hər iki xalqın mifologiyasında, 
folklorunda, dini inanclarında, mərasim-bayramlarında bənzərlik və yaxınlıqların 
olduğunu təsdiq edir. Hər iki xalqın folkloru müxtəlif tərəflərdən incələnə bilər, bu 
məqalədə isə əsas diqqət oğuz və kelt eposlarında rast gəlinən möcüzəli doğuluş 
motivinin tipologiyasına yönəldilmişdir. 
Məqalədə oğuz və kelt folklorunda, xüsusilə eposlarında rast gəlinən möcüzəli 
doğuluş motivi və onunla bağlılıq təşkil edən motivlər araşdırılmışdır. 
Açar sözlər:
mif, folklor, möcüzəli doğuluş motivi, oğuz, kelt. 
Giriş 
Folklorun müxtəlif istiqamətlərdə tədqiqi xeyli sayda motivlərin də qarşıya 
çıxmasına səbəb olur. Onlar “folklor motivləri” adı altında tanınırlar. Belə motivlər 
olduqca çoxdur və onlarla folklor mətnlərində, xüsusilə də eposlarda sıxlıqla 
qarşılaşırıq. Buna örnək olaraq möcüzəli doğuluş motivini götürə bilərik. Möcüzəli 
doğuluşa nağıllarda xüsusilə tez-tez rast gəlinir və o, mifoloji mətnlərin də əsasını 
təşkil edir.


Filologiya məsələləri, № 5, 2021
– 304 –
Bu motivi folklorşünaslar müxtəlif şəkildə izah edirlər. Ayrı-ayrı tədqiqatlarda 
onunla bağlı müxtəlif fikirlər vardır. Qeyd edilir ki, “epik əfsanədə qəhrəmanın, 
qəbilə başçısının və vətənin müdafiəçisinin ideal obrazını əks etdirən xalq fantaziyası 
tez-tez onlara qeyri-adi şəraitdə baş verən və onların gələcək həyat yolu üçün 
əlamətdar olan möcüzəli doğuluş mənsub edir. Möcüzəli doğuluşun ən erkən 
motivlərinə dastan və nağıllarda daha çox rast gəlinir və onların mənşəyi insan 
cəmiyyətinin inkişafının erkən mərhələlərində yaranan və geniş yayılmış xalq 
ideyalarına gedib çıxır. Bəzən qəhrəmanın atası olmur və o sadəcə möcüzəli şəkildə 
gün şüasından, sudan, küləkdən, ananın yediyi möcüzəli yeməkdən, məsələn 
almadan, gül iyindən hamilə qalan bakirə qadından doğulur” (14, s. 318). 
Jirmunski onu da bildirir ki, daha sonrakı dövrlərdə, ailə münasibətləri 
formalaşdığı vaxtdan qəhrəman artıq öz mənşəyini həm ana, həm də atadan alır. 
Onun möcüzəli şəkildə doğuluşu isə yeni forma qazanır. Bu vaxt ən geniş yayılmış 
forma valideynlərin sonsuzluğu və onların müqəddəslərə duaları ilə övlad sahibi 
olmalarıdır (14, s. 318- 319).
Dünya mifologiyası ilə bağlı bir araşdırmada deyilir ki, “doğum hər zaman 
möcüzəlidir. Sadəcə məlum bir mədəniyyəti deyil, hamımızı təmsil edən bir 
qəhrəmanın olması arzusunu hiss edirik. Bu qəhrəman da ana bətninə normal şəkildə 
düşməz, çünki qəhrəman hər hansı bəlli bir ailəyə deyil, bütün mədəniyyətə aiddir. 
Miflərdəki bütün ilk insanlar kimi, qəhrəmanın ana bətninə düşməsi və doğumu da 
sirlidir. Qəhrəmanın atası tanrı olsa belə, dünyaya ancaq bioloji qapıdan, yəni insan 
olan anadan girərsə, deməli bizim üçün insan həmcinsimiz olaraq bir məna ifadə 
etmiş olur” (4, s. 331). 
Kamran Əliyevin də qeyd etdiyi kimi, bununla “bəlkə də xalq öz təfəkkürünün 
bütün məzmununu yalnız folklor nümunəsində tam ifadə etməyə tarixi şans və geniş 
imkan qazanır” (5, s. 310). Tədqiqatçı fikirlərində çox haqlıdır. Bəli, xalq bu 
imkanından istifadə edərək gələcəyini, ümidlərini bağladığı qəhrəmanını möcüzəli 
şəkildə yaradır, tez də böyüdür. 
Möcüzəli doğuluş motivinin ən çox rast gəlindiyi folklor janrlarından biri də 
dastanlardır. Araşdırma mövzumuz olan oğuz və kelt eposlarının analizi göstərir ki, 
onların hamısı üçün qəhrəmanın möcüzəli mənşəyi, doğuluşu xarakterikdir. 
Möcüzəli doğuluş motivi oğuz və kelt eposlarındakı ortaq motivlər arasında aparıcı 
yer tutur. Belə ki, oğuz və kelt eposlarında əsas qəhrəmanın möcüzəli mənşəyi və 
doğuluşunun xarakterik xüsusiyyətləri demək olar ki, eyni sayılacaq dərəcədə 
oxşarlıqlar göstərir. Eposlara bu doğuluş miflərdən gəlmişdir.
Türk xalqlarına məxsus dastanlarda buna aid xeyli nümunələr vardır. Belə ki, 
bəzi miflərdə qəhrəmanlar Göy tanrısının oğulları kimi özünü göstərir. Məsələn, 
yakut türklərinin yaranışı ilə bağlı olan “Ər Soqotok” dastanına baxaq. Qədim türk 
dastanları içərisində xüsusi bir yer tutan bu dastanın qəhrəmanı olan Ər Soqotokun 
qeyri-adi doğuluşu, mənşəyi məsələsi buna nümunə ola bilər. Göy tanrısı Ər 


Filologiya məsələləri, № 5, 2021
– 305 –
Toyonun oğlu olan Ər Soqotok əvvəlcə öz mənşəyindən xəbərsiz olur. Sonra məlum 
olur ki, o, göydən yerə endirilmişdir ki, insanları yaratsın (8, s. 113).
Qeyd etdik ki, möcüzəli doğuluş motivinin kökü mifologiyaya, mifoloji 
mətnlərə gedib çıxır. Fikrimizi əsaslandırmaq üçün mifoloji personajlar içərisində 
xüsusi bir yeri olan mədəni qəhrəmanlara nəzər salaq. Mədəni qəhrəmanlar 
haqqındakı miflərdə bütün xalqların mifologiyasının ən qədim motivlərindən biri 
olan “günahsız mayalanma” haqqındakı miflər geniş yayılmışdır. Burada ilkin 
insanın əcdad-qəhrəmanın buluddan, yaxud onu işıqlandıran gün şüasından və s. 
doğulması bildirilir. Məsələn, bir Altay əfsanəsində dolu dənəsindən törəmədən 
söhbət gedir. Uyğurların mənşə əfsanəsində uyğurların atası göydən enən nurla 
ağacın qovuşmasından doğulmuşdur. Bundan başqa “Oğuz Kağan” dastanında 
Oğuzun arvadı da göydən nur içində yerə enmişdir. Eyni zamanda mədəni qəhrəman 
olan boz qurd da Oğuza yol göstərmək üçün işıq içərisində göndərilir (2, s. 125-129).
İşıq, ümumiyyətlə, qədim türklərdə müqəddəs hesab edilmişdir. Bu haqda 
C.Heyət yazır ki, əski türk dastanlarında işığın hər yerdə çox mühüm və müqəddəs bir 
ünsür olduğunu görürük. “Yaradılış dastanı”nda tanrıya yaratma ilhamı verən Aq ana 
işıqdan doğan bir qadın xəyalıdır. Tanrı Qayıra xanın özü üçün yaratdığı 17-ci göy qatı 
da bir işıq aləmidir. Uyğurların xaqanı Buğa xan və dörd qardaşı da bir ağac və ya 
torpağa düşən səmavi işıqdan yaradılmışdır və s. (6, s. 43).
Əgər biz göytürklər dövründə “tenqri” formasında tələffüz edilən tanrı sözünün 
etimologiyasına nəzər salsaq, görmək çətin deyil ki, bu ad “tanq” (şəfəq) və “uri” 
(oğlu) sözlərini ehtiva edən “tanq uri” (şəfəq oğlu) ifadəsindən yaranmışdır. Bizim 
fikrimizcə, işığın qədim türklərdə bu qədər müqəddəs hesab edilməsinin nəticəsidir 
ki, xalqın qayğısını çəkən, onların yaşayışını asanlaşdıran, bir sıra mədəni 
fəaliyyətlər həyata keçirən mədəni qəhrəmanların əksəriyyəti göydən düşən işıq şüası 
ilə doğulmuş, yaxud göydən yerə enmişlər. Bütün bunlar isə onu göstərir ki, daha 
qədim zamanlarda türklər işığın, şəfəqin özünə ilahi kimi baxmışlar. 
Türk mifologiyasında da insandan törəməmiş insanlar görünməkdədir ki, 
bunlar da tanrı və ilahədən, başqa canlı varlıqlardan, yaxud təbiətdə mövcud olan 
başqa varlıqlardan meydana gəlmişdirlər. Onlar “qurd şəklinə girmiş tanrıdan, 
ilahədən, tanrı kimi qəbul edilən bir dağdan, qurddan və maraldan, köpəkdən, 
ağacdan, səhəngdən, dolu dənəsindən, köpüklərdən, dənizdən törəmişlər” (10, s. 95).
Hətta əsas qəhrəmanın yumurtadan doğulması haqqında süjetlər də geniş 
yayılmışdır. Məsələn, “yakutların inancına görə mədəni qəhrəman, demiurq 
cizgilərinə malik olan ilk şaman bir qartal yumurtasından çıxmışdır” (10, s. 150).
Propp isə xüsusilə nağıllarda möcüzəli doğuluşu tədqiq edərək, onun bir neçə 
növünü də qeyd etmişdir. Müəllif onları ovsunlama ilə doğuluş, içilmiş sudan 
doğuluş, geri dönüş kimi doğuluş, sobadan doğuluş, yeyilən qalıqlardan doğuluş, 
balıqdan doğuluş, hazırlanmış insanlar şəklində qruplaşdırmışdır (Ətraflı bax: 11, s. 
205-240). 


Filologiya məsələləri, № 5, 2021
– 306 –
Oğuz və kelt eposlarında möcüzəli doğuluş motivi 
Ümumiyyətlə, həm oğuz, həm də kelt eposunun əsas qəhrəmanları üçün 
xarakterik olan bir sıra motivlər var: qəhrəmanın möcüzəli şəkildə doğulması, igidlik 
göstərərək ad qazanması, qəhrəmanlıq döyüşləri, evlənməsi və ölümü.
Bu motivlər arasında möcüzəli doğuluş məxsusi mövqeyi ilə seçilir. 
“Qəhrəmanın möcüzəli şəkildə doğulması türk və ümumiyyətlə, dünya xalqları 
folklorunda geniş yayılmış motivlərdəndir” (3, s. 274). Folklor janrlarından xüsusilə 
nağıllarda rast gəlinən möcüzəli doğuluşun sadalanan növlərinin bəziləri eposlarda 
da özünü göstərir. Oğuz eposlarına baxdığımızda bunların bir neçəsi ilə qarşılaşırıq. 
Daha sıx şəkildə rast gəlinən göydən düşən şüadan, işıqdan doğulma motividir. Buna 
örnək olaraq “Oğuz Kağan” dastanında şüadan doğulmanı göstərə bilərik. Dastanda 
Oğuzun birinci arvadı işıq şüasından doğulur. Mətndə bu əhvalatı təsvir edən məqam 
belədir: “Qaranlıq çökdü. Göydən bir işıq düşdü. Gündən işıqlı, Aydan parlaq idi. 
Oğuz kağan yüyürdü, gördü ki, bu işığın arasında bir qız durub, yalqız oturub. Çox 
gözəl qızdır. Onun başında atəşli, işıqlı Altun kazık (qütb ulduzu) tək yanan bir xalı 
vardı. Qız o qədər gözəl idi ki, gülsə mavi göy gülər, ağlasa ağlayardı. Oğuz kağan 
onu gördükdə özündən getdi, qızı sevdi, aldı” (2, s. 125-126). 
Dastanda Oğuzun digər qadınına isə ağac oyuğunda rast gəlinir: “Yenə 
günlərin bir günü Oğuz kağan ova getdi. Göl ortasında bir ağac gördü. Bu ağacın 
oyuğunda bir gözəl qız vardı, yalqız oturmuş idi” (2, s. 126). 
Deməli, Oğuzun bir arvadı işıq şüası, digəri su, ağac vasitəsilə möcüzəli 
şəkildə peyda olurlar.
“Oğuz Kağan” dastanında Oğuz özü isə Ay xaqanın oğlu olaraq göydən yerə 
endirilir (2, s. 124). Burada möcüzəli doğuluşun bir qolu olan tanrıdan doğuluşa 
təsadüf edilir.
Tanrının oğlu olaraq doğulmaq motivinə kelt eposunda da rast gəlinir. Eposun 
bir variantında Kuxulinin Günəş tanrısı Luqun oğlu olduğu söylənir. Təsvir edilir ki, 
“Günəş tanrısı Luq, milçək şəklinə girib, kral Konxoborun bacısı Dextireni ziyarət 
edir. Dextire milçəyi udur və nəticədə də Setanta adını verdiyi bir oğlan dünyaya 
gətirir” (4, s. 167).
Milçək bir çox xalqın mifoloji mətnlərində ruh rolunu oynayır. Folklor 
örnəkləri toplama zamanı söyləyicilərin bəzən milçəkdən ruh kimi də bəhs etdiyini 
görmüşük. Milçəklə bağlı söylənən mifoloji mətndə milçək bir ruh rolunu oynayır və 
qadın ondan hamilə qalır (9, s. 59).
Göründüyü kimi, həm Oğuz, həm də Kuxulin işıq şüası, atəşlə bağlı şəkildə 
doğulurlar. “Əski türklərdə olduğu kimi, keltlərdə də atəş müqəddəs sayılmışdır. 
Keltlərin folklor mətnlərindən də görüldüyü kimi, onlar da “atəş”ə çox dəyər 
verirdilər. Tək tanrının simvolu olaraq gördükləri günəşdən təsirlənərək özlərinə 
“işıq uşaqları”, “atəş uşaqları” deyirdilər. Günəşin qüvvətinin, aqressivliyinin az da 
olsa, atəşdə də var olduğunu, atəşi zənginləşdirən bitkilərin yaratdığı alovun da bu 
səbəbdən müqəddəs olduğunu söyləyirdilər. “Alova” müqəddəs bir şey kimi 


Filologiya məsələləri, № 5, 2021
– 307 –
baxırdılar” (15). Buna görə keltlərin yaratdıqları qəhrəmanlıq eposlarında Günəşin də 
adı çəkilməkdədir.
Türk eposlarında möcüzəli doğluş motivinin müxtəlif yollarından biri də 
qəhrəmanın içilən sudan doğulmasıdır. Kelt eposunun bir variantında Dextire, içtiyi 
su ilə rəhminə düşən varlıqdan Kuxulini dünyaya gətirir. “Dextire övladlığının 
ölümünə hər kəsdən çox üzülür. Üç gün boyunca heç bir şey yemir, içmir. Sonra, 
ağır bir kədər onda güclü susuzluq yaradır. İçmək üçün ona bir stəkan su verirlər. Qız 
onu dodaqlarına yaxınlaşdıranda, kiçik bir heyvanın ağzına atılmaq istədiyini hiss 
edir. O, stəkanı geri itələyir. Amma yanındakılar orada heç bir heyvan olmadığını 
söyləyirlər. Yenə də suyu içmək üçün stəkanı ona verirlər. O, suyu içtiyi vaxt heyvan 
onun ağzından vücuduna girir. Beləliklə qız hamilə qalır” (12, s. 585).
Bu məqamda onu da qeyd edək ki, folklor örnəklərindən də görmüşük ki, su 
insanı mayalandırmaq üçün geniş tətbiq olunmuşdur. Bu da su kultunun qədim 
xalqlarda mühüm bir kult olduğundan irəli gəlir. Kelt eposunda də görürük ki, 
qəhrəmana həyat vermək vasitələrindən biri də sudur. Çünki suyun özü türk 
xalqlarında olduğu kimi, keltlərdə də mühüm, müqəddəs kultlar arasında xüsusi yer 
tutur. Kelt eposlarında da suyun müqəddəsliyi və həyatverici gücünün olması aydın 
şəkildə görünür. Yuxarıda qeyd etdiyimiz kimi, belə eposlardan birinin əsas 
qəhrəmanı olan Kuxulinin doğumunun təsviri verilən zaman suyun həyat qaynağı 
olduğuna da şahid oluruq. Dünya xalqlarının çoxunda möcüzəli şəkildə içilən sudan 
doğulma motivi vardır. 
Su əsas qəhrəmanla yanaşı onun ən yaxın köməkçisinin də möcüzəli şəkildə 
yaranmasında böyük rol oynayır. Eposun bir hissəsində Kuxulinin ən yaxın silahdaşı, 
dostu, köməkçisi sayılan atının da möcüzəli şəkildə göldən gəldiyi təsvir edilir. 
“Kuxulinin ölümü” saqasının sonunda isə qəhrəmanın göldən gələn atının onun 
ölümündən sonra da gölə tərəf qaçdığı təsvir edilir (13, s. 207).
Dənizdən, dəryadan çıxan atlara “Koroğlu” dastanında da rast gəlirik. Dastanın 
əsas qəhrəmanı olan Koroğlunun atlarının möcüzəli mənşəyi dastanda belə verilir: 
“Bir gün Alı kişi ilxını sürüb dərya kənarına aparmışdı. Atlar dəryanın kənarında 
otlayırdı... Dan yeri yenicə ağarmışdı, qoca ilxıçı bir də baxdı ki, budur, dəryadan iki 
ayğır at çıxdı. Atlar gəlib ilxıya qarışdılar. İki madyana yaxınlaşandan sonra yenə 
qayıdıb dəryaya girdilər” (1, s. 7). Dastandan görürük ki, sonradan bu ayğırlardan 
olan atlar Koroğlunun ən yaxın silahdaşı, dostu, qardaşı olurlar.
Həm oğuz, həm də kelt mətnlərini incələdiyimiz zaman atın su ilə 
əlaqələndirildiyini görürük. Nəticədə suyun müqəddəsliyi ata keçmişdir. Çünki su 
hər iki xalqda müqəddəs sayılan ünsürlərdəndir. Hər iki xalqın eposlarında 
qəhrəmanların əsas köməkçiləri də möcüzəli şəkildə dünyaya gəlirlər. 
Yuxarıda da qeyd edildiyi kimi, möcüzəli şəkildə dualarla dünyaya gələn 
qəhrəmanlar da vardır. Belə qəhrəmanlara əsasən eposlarda rast gəlirik. Eposda 
qəhrəmanın qeyri-adiliyi, fərqli xüsusiyyətlərə malik olacağı və əsasən də önəmli, 
əsas obrazlardan biri olacağı hələ onun doğuluşundan əvvəl icra edilən ayinlər (nəzir-


Filologiya məsələləri, № 5, 2021
– 308 –
niyazın paylanması), edilən dualardan hiss edilir. Möcüzəli şəkildə doğuluşun bu 
sonrakı formasına “Kitabi-Dədə Qorqud” eposunda da təsadüf edilir. “Baybörənin 
oğlu Bamsı Beyrək” boyunda eposun əsas qəhrəmanlarından olan Beyrək Allaha 
ünvanlanan dua ilə doğulur. Boyda təsvir edilir ki, övladı olmadığı üçün Baybörənin 
ağladığını görən “Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua elədilər. 
“Allah-taala sənə bir oğul versin!” – dedilər” (7, s. 150). 
Yaxud da “Kitabi-Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac xan” 
boyunda “Dirsə xan arvadının sözü ilə böyük məclis qurdurdu, Allahdan istəyini 
dilədi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç oğuz, Daş oğuz 
bəylərini ora topladı. Ac gördüsə, doyurdu. Yalın gördüsə, geyindirdi. Borclunu 
borcundan qurtardı. Təpə kimi ət yığdı. Göl kimi qımız sağdırdı. Əl götürüb 
arzularını dilədilər. Allah bir ağzı dualının alqışı ilə övlad verdi” (7, s. 134). 
Bu boyun başqa bir yerində Buğacın doğuluşu anasının dilindən bu şəkildə 
verilir: 
Quru-quru çaylara suçu saldım. 
Qara donlu dərvişlərə nəzirlər verdim. 
Ac gördüm, doyurdum, yalın gördüm, geyindirdim. 
Təpə kimi ət yığdım, göl kimi qımız sağdırdım. 
Arzu-diləklə bir oğul güclə tapdım...
(7, s. 136).
Burada Dirsə xanın xanımının dilindən verilən hər cümlədə yenə də 
qəhrəmanın nəzir-niyazla doğulması fikrinə rast gəlirik. Bu dəfə isə Allaha edilən 
dua ilə yanaşı bir müqəddəs ünsürə, suya əl açmanı da görürük. Bunu müqəddəs 
sayılan, ruhu olduğuna inanılan suya “suçu salmaq” adəti təsdiq edir.
Bu da onu göstərir ki, xalqın qəhrəmanı, xalqın seçdiyi, gələcək arzularını 
həyata keçirəcəyinə inandığı qəhrəman elə belə, sadə şəkildə doğula bilməzdi. Onun 
doğulmasını şərtləndirən müəyyən bir səbəb də olmalı idi. Əvvəlcə onun doğulması 
müxtəlif möcüzələrlə əlaqələndirilirdi. Bu möcüzələr də xalq üçün müqəddəs sayılan 
inam və etiqatlarla bağlı olurdu. Sonrakı inkişaf dövründə də xalqın qəhrəmanı yenə 
də möcüzəli şəkildə doğulur, ancaq bu möcüzə başqa bir şəkil alır ki, bu da Allaha 
yalvarış, duadır. Beyrək də, Buğac da dua ilə doğulurlar. Beləliklə, yenə də sadə 
şəkildə dünyaya gəlmirlər.
Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” eposunda “Basatın Təpəgözü 
öldürdüyü” boyda oğuz elinin düşməni də möcüzəli şəkildə dünyaya gəlir. Ancaq o 
arzuolunmazdır. Allaha yönəldilən dua ilə yox, pis əməllərdən törəyir. Hər iki 
obrazın xalqın sonrakı taleyində nə kimi rola malik olacağı elə onların bu 
doğuluşundan da hiss edilir. Nəzir-niyazla, Allaha dua ilə doğulan qəhrəmanın 
əksinə olaraq, oğuz elinin düşməni olan Təpəgöz Sarı çobanla qanadlı bir pəri 
qızından doğulur. Dastanda təsvir edilir ki, “Oğuz camaatı bir gün yaylağa köçdü. 
Aruzun bir çobanı vardı. Qonur qoca Sarı çoban deyərdilər adına. Oğuzların önündən 
bundan əvvəl kimsə keçməzdi. “Uzun bulaq” deyilən məşhur bir bulaq vardı. O 
bulağa pərilər qonmuşdu. Birdən qoyunlar ürkdü. Çoban qabaqdakı təkəyə hirsləndi, 


Filologiya məsələləri, № 5, 2021
– 309 –
irəli getdi. Gördü ki, pəri qızlar qanad-qanada bağlayıb uçurlar. Çoban öz yapıncısını 
üzərlərinə atdı. Pəri qızının birini tutdu. Tamah salıb qucaqladı... Qoyun ürkməyə 
başladı. Çoban qoyunun qabağına qaçdı. Pəri qızı qanad çalıb uçdu. Dedi: “Çoban, il 
tamam olanda məndəki əmanətini gəl, al. Amma oğuzların başına bəla gətirdin!” 
Çobanın canına qorxu düşdü” (7, s. 196). Çoban müqəddəslik özəlliyi daşıyan su və 
pərini kirlətdiyinə görə oğuz elinin başına, yəni aid olduğu xalqın başına bəla gətirir. 
Dastanın bu hissəsindən bəd əməllərdən törəyən övladın da sanki gələcəkdəki 
bədbəxtlikdən xəbər verdiyi görünür. Çünki bir müddətdən sonra çobanın “əmanətini 
gətirən” pəri qızı yenə də ona “oğuzun başına bəla gətirdiyini” bildirir (7, s. 196). 
Görünüşü ilə də fərqlənən bu obraz möcüzəli şəkildə doğulan qəhrəmanlar kimi tez 
böyüyür, güclü-qüvvətli olur. Ancaq nəhs varlıqdan törədiyinə görə gücünü oğuz elinə 
qarşı yönəldir. Bir çox bəlalara səbəb olur.
Möcüzəli doğuluş motivi qəhrəmanın doğulduqdan sonra tez böyüməsi motivi 
ilə sıx bağlıdır. Möcüzəli şəkildə dünyaya gələn qəhrəmanlar bir neçə saatın, 
dəqiqənin içində tez də böyüyürlər. Ardınca da qəhrəmanlıq göstərərək ad qazanırlar. 
Bu da elə onların möcüzəli şəkildə doğulmaları ilə bağlıdır. Sirli-sehirli doğulan, 
fərqli özəllikli qəhrəman elə fərqli, sirli şəkildə də də böyüyür və ad qazanır, 
müəyyən bir mövqeyə yetişir. Oğuz da, Kuxulin də sirli şəkildə dünyaya gəlirlər, tez 
böyüyürlər, ad qazanırlar.
Möcüzəli doğuluşla bağlı tez böyümə və igidlik göstərərək ad qazanma 
motivi 
Oğuz və kelt eposlarında möcüzəli doğuluş motivi qəhrəmanın tez böyüməsi və 
igidlik göstərdikdən sonra ad qazanması motivi ilə sıx bağlıdır. Çünki hər iki xalqın 
eposlarına baxdıqda görürük ki, möcüzəli şəkildə doğulan qəhrəman bunun ardınca 
tez böyüyür və qəhrəmanlıq göstərərək ad qazanırlar.
Qəhrəmanın tez böyüməsi, möcüzəli doğuluş motivinə ən yaxın, onunla əlaqəli 
bir motivdir. Propp, nağıllarda qəhrəmanın tez böyüməsindən bəhs edərkən tez 
böyümənin möcüzəli doğuluşun bir nəticəsi olduğuna və möcüzəli doğuluşu 
tamamlayan bir ünsür olduğuna işarə edir. “Tez böyümə motivi, qəhrəmanın, 
xilaskarın doğuluş motivindən yaranır. Bədbəxtlik anında doğulur və dərhal 
xilasetmə işlərinə başlayır. O, böyük olaraq doğulur, çünki o biri dünyadan geri 
gəldiyi zaman böyük idi. Amma qadın böyük adam doğa bilməz, buna görə də 
nağılda qeyri-adi şəkildə tez böyüməni təqdim edən, uşağın qısa zamanda bir böyüyə 
çevrilməsi motivi ortaya çıxır” (11, s. 240). 
Oğuz eposlarında da tez böyümə motivinə çox rast gəlinir. “Oğuz Kağan” 
eposunda möcüzəvi şəkildə doğulan Oğuz da sürətlə böyüyür, dil açır, igidlik 
göstərir (2, s. 124). İgidlik göstərərək ad qazanma motivi isə Oğuznamələrdə sıx 
şəkildə rast gəlinən motivlərdəndir. “Kitab-i Dədə Qorqud” eposunda qəhrəmanlıq 
göstərən oğuz igidlərinə Dədə Qorqud ad qoyurdu. Bunu “Dirsə xan oğlu Buğac 
xan” boyunda açıq şəkildə görmək mümkündür. Belə ki, Dirsə xanın oğlu igidlik 


Filologiya məsələləri, № 5, 2021
– 310 –
göstərərək vəhşi buğaya qalib gəlir və oğuz bəyləri rica edirlər ki, Dədə Qorqud gəlib 
igidə ad versin (7, s. 134). 
Oğuz eposunda olduğu kimi kelt eposunda da möcüzəli şəkildə doğulan 
Kuxulin tez böyüyür və igidlik göstərərək ad qazanır. Məsələn, eposda uşağın 
doğulduqda artıq üç yaşında olduğu, adının Setanta olması, ancaq Kulanın itini 
öldürdükdən sonra Kuxulin olaraq adlandırılmağa başlandığı göstərilir (bax: 12, s. 
583-586). “Setanta doğulduğu andan etibarən önəmli gücə və qabiliyyətlərə sahibdir. 
Yeddi yaşında ikən xalqı Konxoborun hökümdarlığına boyun əydirmək istəyən 150 
hücumun qarşısını alır. On iki yaşında ikən dəmirçi Kulanın qarovulçu itini öldürür 
və cəza olaraq itin yerini alır, adı Kuxulin (Kulanın iti) olaraq dəyişir” (4, s. 167).
Ümumiyyətlə, eposlarda əsas qəhrəmanın möcüzəli şəkildə doğuluşu, tez 
böyüməsi kimi motivlər sözü gedən eposların arxaikliyindən məlumat verir.
Nəticə 
Hər iki xalqın eposlarının incələnməsi möcüzəli doğuluş motivi ilə bağlı 
mühüm məlumatlar əldə etməyə imkan verir. Araşdırmadan çıxan nəticəyə əsasən bu 
motiv hər iki xalqın folkloru, xüsusilə eposlarında aparıcı istiqamətlərdən biridir. 
Çünki eposların əsas qəhrəmanlarının, hətta onların yardımçılarının da doğuluşu 
möcüzəlidir. Görünür ki, qəhrəmanın möcüzəli doğuluşu mifdən folklor mətnlərinə 
transformasiya zamanı müəyyən dəyişikliyə uğrasa da, yenə öz missiyasını qoruyub 
saxlayır. Miflərdən folklor mətinlərinə transformasiya edilən, xüsusilə nağıl 
qəhrəmanına xas olan bu doğuluşun eposların da əsas motivləri sırasında olduğunu 
görürük. Möcüzəli doğuluş tez böyümə və igidlik göstərərək ad qazanma motivləri 
ilə sıx şəkildə bağlıdır. Araşdırmada bu motivlərin bir-birini tamamladığının şahidi 
oluruq.
ƏDƏBİYYAT SİYAHISI: 
1.
Azərbaycan dastanları. (2005). Bakı: Çıraq. 
2.
Bayat F. (1993). Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı: Sabah. 
3.
Bəydili C. (2003). Türk mifoloji sözlüyü. Bakı: Elm.
4.
David A. Leeming, A’dan Z’ye dünya mitolojisi. (2017). Çeviren: Nurdan 
Soysal. İstanbul: Say.
5.
Əliyev K. Folklor kitabı. (2019). Əsərləri 10 cilddə, VI cild. Bakı, Elm və təhsil. 
6.
Heyət C. (1990). Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Azərnəşr.
7.
Kitab-i Dədə Qorqud (1988). Bakı: Yazıçı. 
8.
Ögəl B. (2004). Türk mifologiyası I cild. Bakı: Səda.
9.
Şərur folklor örnəkləri. (2018). Tərtibçilər: Muxtar Kazımoğlu, Fidan Qasımova. 
Naxçıvan: Əcəmi.
10.
Uraz M. (1967). Türk mitolojisi. İstanbul: Hüsnütabiat. 
11.
Пропп В.Я. (1976). Фольклор и действительность. Москва: Наука. 
12.
Исландские саги. Ирландский эпос. (1973). Перевод А.А.Смирнова // БВЛ. 
Москва: Художественная литература. 


Filologiya məsələləri, № 5, 2021
– 311 –
13.
Ирландские саги. (1933). Перевод, предисловие, вступительная статья и 
комментарииа А. Смирнова. Москва: Асаdemia.
14.
Жирмунский, В.М., Зарифов, Х.Т. (1947). Узбекский народный 
героический эпос.
Москва: Огиз. 
15.
Keltler, http://www.nadirelibol.com.tr/text/keltler.html 
ФИДАН КАСУМОВА 
МОТИВ ЧУДЕСНОГО РОЖДЕНИЯ (НА ОСНОВЕ ОГУЗСКОГО И 
КЕЛЬТСКОГО ФОЛЬКЛОРА) 
РЕЗЮМЕ 
Фольклор огузских и кельтских народов привлекает внимание своим 
богатством. Мифология, являющаяся источником фольклора обоих народов, 
может быть предметом изучения с точки зрения взаимных сторон. По этой 
причине для типологических исследований имеет смысл выбирать как 
мифологические, так и фольклорные тексты огузских и кельтских народов. При 
изучении этих примеров выявляются различные аспекты, одним из которых 
является мотив. Один из таких мотивов связан с чудесным рождением. 
Чудесное рождение – один из главных мотивов фольклорных текстов. 
Этот мотив, трансформировавшийся из мифа в фольклор, встречается и после 
сказок, чаще всего в эпосах. Так, в эпосах такие мотивы, как чудесное 
рождение главного героя, быстрый рост, обретение им имени, проявляя 
храбрость, свидетельствуют об архаичности эпосов. 508582606 
Анализ огузского и кельтского эпосов также показывает, что для всех них 
характерно чудесное происхождение, рождение героя. Мотив чудесного 
рождения играет ведущую роль среди общих мотивов в огузском и кельтском 
эпосе. Так, в этих эпосах чудесное происхождение главного героя и 
характерные черты его рождения имеют сходство, которое можно назвать 
почти одинаковым. 
В результате сравнения древнетюркских и кельтских текстов мы видим, 
что существует сходство и близость в мифологии, фольклоре, религиозных 
верованиях, обрядовых празднествах обоих народов. Фольклор обоих народов 
можно рассматривать с разных сторон. В этой статье основное внимание 
уделено типологии мотив чудесного рождения, встречающегося в Огузском и 
кельтском эпосах. 
В статье рассмотрен мотив чудесного рождения, встречающийся в 
огузском и кельтском фольклоре, особенно в эпосах, и мотивы, составляющие 
с ними связи. 
Ключевые слова:
миф, фольклор, мотив чудесного рождения, огуз, 
кельт. 


Filologiya məsələləri, № 5, 2021
– 312 –
FIDAN GASIMOVA 
THE MOTIVE OF THE MIRACULOUS BIRTH (BASED ON OGHUZ AND 
CELTIC FOLKLORE) 
SUMMARY 
The folklore of the Oghuz and Celtic peoples attracts attention with its wealth. 
Mythology, which is the source of folklore of both peoples, can be the subject of 
study from mutual sides point of view. For this reason, it makes sense to choose both 
mythological and folklore texts of the Oghuz and Celtic peoples for typological 
studies. When studying these examples, various aspects are revealed, one of which is 
the motif. One of these motifs is associated with the miraculous birth. 
A miraculous birth is one of the main motifs of folklore texts. This motif, 
transformed from a myth to folklore, is found most in epics, besides fairy tales. Thus, 
in the epics, the motifs such as the miraculous birth of the main character, his rapid 
growth, the acquisition of a name by showing courage, indicate the archaic nature of 
the epics. 
The analysis of the Oghuz and Celtic epics also shows that all of them are 
characterized by a miraculous origin, the birth of a hero. The motif of the miraculous 
birth plays a leading role among the common motifs in the Oghuz and Celtic epics. 
So, in these epics, the miraculous origin of the main character and the characteristic 
features of his birth have a similarity that can be called almost the same.
As a result of comparing the old Turkic and Celtic texts, one can observe that, 
there is similarity and closeness in mythology, folklore, religious beliefs, ceremonial 
festivals of both people. The folklores of the both people can be examined from 
various sides. In the article the typology of the miraculous birth motif just observed 
in Oghuz and Celtic eposes is investigated.
The article deals with the motif of the miraculous birth, which is found in 
Oghuz and Celtic folklore, especially in epics, and the motives that make up the 
connection with them. 
Key words:
myth, folklore, motif of miraculous birth, Oghuz, Celt. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Filologiya elmləri doktoru, professor Kamil Allahyarov 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 313 –
MÜNDƏRİCAT 
DİLÇİLİK
QARA MƏŞƏDİYEV 
AZƏRBAYCAN DİLİ DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ CİNGİLTİLİ SAMİTLƏRLƏ CİNGİLTİLİ 
SAMİTLƏRİN ƏVƏZLƏNMƏSI HADİSƏSİ VƏ ONUN ÜMUMTÜRK DİLLƏRINDƏ QARŞILIĞI .........3 
MAHİRƏ HÜSEYNOVA 
AZƏRBAYCAN DİLİ VƏ DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ ELİZİYA 
(SƏS DÜŞÜMÜ) HADİSƏSİ VƏ ONUN ÜMUMTÜRK DİLLƏRİNDƏ QARŞILIĞI ....................................10 
АЛИЕВА БЕГИМ-ХАНЫМ БЁЮК АГА 
ПРИМЕНЕНИЕ УЧЕБНЫХ ПРЕЗЕНТАЦИЙ В ПРОЦЕССЕ ОБУЧЕНИЯ 
ИНОСТРАННОМУ ЯЗЫКУ СТУДЕНТОВ-НЕФИЛОЛОГОВ .....................................................................17 
PƏRVİZ XOSROV OĞLU XASPOLADLI 
AZƏRBAYCAN DİLİ DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ KAR SAMİTLƏRİN KAR SAMİTLƏRLƏ 
ƏVƏZLƏNMƏSİ FONETİK HADİSƏSİ VƏ ONUN ÜMUMTÜRK DİLLƏRİNDƏ QARŞILIĞI .................25 
ZENFİRA MƏMMƏDOVA 
MÜASİR İNGİLİS DİLİNDƏ FEİLİN ŞƏXSSİZ FORMASI CERUNDUN CÜMLƏDƏ 
MÜXTƏLİF SİNTAKTİK VƏZİFƏLƏRİ VƏ AZƏRBAYCAN DİLİNDƏ İFADƏ ÜSULLARI...32 
LALƏ HÜSEYNOVA 
AMERİKAN İNGİLİSCƏSİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ VƏ ONUN FRAZEOLOJİ SİSTEMİNDƏ 
ETNONİM KOMPONENTLƏRİN FƏRQLİLİYİ .............................................................................................. 39 
SEVİL NƏCƏFOVA
QEYRİ –VERBAL ÜNSİYYƏT VƏ ONUN ELEMENTLƏRİ......................................................................46 
SEVİNC MƏMMƏDOVA
PHRASAL VERBS AS A PART OF THE ENGLISH LANGUAGE ................................................................56 
TƏHMƏZOV ZAMİQ İLTİFAT OĞLU
AZƏRBAYCAN DİLİNİN DİALEKT FONETİKASINDA Ц (TS) SƏSİ VƏ ONUN ÜMUMTÜRK 
DİLLƏRİNƏ QARŞILIQLI İNTEQRASİYASI..................................................................................................63 
AYNURƏ XANLAROVA 
FRAZEOLOJİ VAHİDLƏRƏ KREATİV YANAŞMA ......................................................................................70 
ALIYEVA GULSHAN SHAMKHAL 
SOME KEY ASPECTS OF THE ASSESSMENT OF TEACHING 
AND LEARNING IN EAP COURSES ...............................................................................................................82 


Filologiya məsələləri, № 5, 2021
– 314 –
AYBƏNİZ MƏMMƏDOVA
MƏTANƏT AĞASİYEVA
NİTQ MƏDƏNİYYƏTİ DƏRSLƏRİNDƏ İNTEQRASİYANIN TƏŞKİLİ .....................................................89 
AYNUR MƏMMƏDOVA 
CEYN OSTIN YARADICILIĞINDA QƏHRƏMANLARIN NİTQİNİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ .......101 
SURA TARIYEL QIZI PƏNAHLI 
DİL İŞARƏSİNİN MƏNA KOMPONENTLƏRİ ...............................................................................................110 
KÖNÜL MƏHYƏDDINOVA
ABREVİATURLAR VƏ VİRTUAL DİSKURS.................................................................................................119 
RZAYEVA ZÜMRÜD ELYAR QIZI 
SİNTAQM VƏ İNTONEMA ..............................................................................................................................128 
BAHAR ƏLİYEVA 
HEYDƏR ƏLİYEV VƏ ANA DİLİ....................................................................................................................137 
ƏDƏBİYYATŞÜNASLIQ 
NƏZƏROVA ADİLƏ HƏSƏN QIZI 
NİZAMİ GƏNCƏVİNİN FƏLSƏFİ-BƏDİİ İRSİNDƏ ƏDALƏTİN, BƏRABƏRLİYİN
VƏ DOSTLUĞUN TƏRƏNNÜMÜ....................................................................................................................145 
GÜLTƏKİN ABDULLAYEVA 
OXU MATERİALLARININ TƏDRİSİ PROSESİNDƏ ŞAGİRDLƏRİN BƏDİİ TƏFƏKKÜRÜNÜN
İNKİŞAF ETDİRİLMƏSİ ...................................................................................................................................156 
ŞAHANƏ MƏMMƏDOVA 
CƏFƏR CABBARLININ YARADICILIĞINDA QADIN AZADLIĞI.............................................................166 
HEYBƏTOVA AYTƏN CƏFƏR QULU QIZI 
PAŞA QƏLBİNURUN SƏRBƏST ŞEİR YARADICILIĞI................................................................................175 
ELTAC ELMANOĞLU 
ƏLİAĞA VAHİDİN “MOLLAXANA” POEMASINDA İCTİMAİ-SİYASİ MOTİVLƏR ...............................182 
NARMİN BABA-ZADE 
VASİLA VALİYEVA
NIZAMI GANJAVI IN THE WORKS OF ENGLISH ORIENTALISTS ......................................................192 
GÜNƏŞ XUDAYAROVA 
XX ƏSRİN 60-80-Cİ İLLƏR POEZİYASI MİLLİ AZADLIQ KONTEKSTİNDƏ ...........................................199 
SƏDAQƏT ƏSGƏROVA, 
ŞƏCƏRƏYƏ SADIQ , ATASINA LAYIQ ÖVLAD .....................................................................209 


Filologiya məsələləri, № 5, 2021
– 315 –
MƏLAHƏT RAMIZ QIZI BABAYEVA 
HÜSEYN CAVID YARADICILIĞINDA AFORİZMLƏR ................................................................................218 
İRADƏ İSRAFIL QIZI KƏRIMOVA 
AZƏRBAYCAN TELEKANALLARINDA ƏYLƏNCƏLI VERILIŞLƏR 
VƏ BU VERİLİŞLƏRİN APARICILARININ DİLİ........................................................................................226 
CAVİDƏ MƏMMƏDOVA 
UİLYAM BATLER YEYTS VƏ RABİNDRANAT TAQORUN YARADICILIĞINDA AZADLIQ 
KONSEPSİYASI .................................................................................................................................................236 
İSMAYILOVA MƏTANƏT MƏMMƏD QIZI 
QARABAĞA UZANAN QALİBİYYƏT VƏ İNKİŞAF YOLLARI ...............................................................247 
ƏSMƏR DADAŞ QIZI HÜSEYNOVA
MƏSUD ƏLIOĞLUNUN HƏYATI VƏ TƏNQIDÇI-ƏDƏBIYYATŞÜNASLIQ FƏALIYYƏTI....................258 
MƏLTƏM AKMAN
AMERİKA ROMANTİK POEZİYASININ MÜXTƏLİF DÖVRLƏRDƏ TƏŞƏKKÜLÜ................................270 
RUZANƏ NEMƏT QIZI SÜLEYMANOVA 
YUNUS ƏMRƏ GİBBİN TƏDQİQATINDA....................................................................................................278 
HACIYEVA NAZƏNDƏ SABIR Q.
RƏSUL RZANIN YARADICILIĞINDA DÜNYA, HƏYAT, KAİNAT BƏ TƏBİƏT MÖVZUSU .................286 
QULİYEVA PƏRVANƏ ELMAR QIZI
SƏMƏD VURĞUNUN POEZİYASINDA VƏTƏN MƏHƏBBƏTİ..................................................................294 
FİDAN QASIMOVA 
MÖCÜZƏLİ DOĞULUŞ MOTİVİ (OĞUZ VƏ KELT FOLKLORU ƏSASINDA).........................................303 


Filologiya məsələləri, № 5, 2021
– 316 –
«Elm vя тящсил» 
няшриййатынын директору: 
Filologiya elml
əri doktoru, 
профессор
Надир МЯММЯДЛИ 
Dizayn: Kamran İbrahimov 
Чапа имзаланмыш
27
. 05. 202

Шярти чап вяряги 19,5 Сифариш № 298
Каьыз форматы 60х84 1/8. Тираж 300

Jurnal “Elm və təhsil
няшриййат-полиграфийа” мцяссисясиндя 
haz
ır 
elektron n
üsxə əsasında 
чап олунмушдур. 
E-mail: elm. ve. tehsil@mail. ru 
Тел: 497-16-32; 050 -41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə