Filologiya məsələləri, №5, 2021 azərbaycan miLLİ elmlər akademiyasi


part of a two-part sentence can correspond to one or more syntagms. At the same



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix28.11.2023
ölçüsü5,09 Kb.
#138330
1   2   3   4   5   6

part of a two-part sentence can correspond to one or more syntagms. At the same 
time, it is suggested that the terms "syntagm" and "intonative member" are similar. 
Descriptive, descriptive-comparative and historical-comparative methods of 
linguistics were used during the research. The main purpose of the study is to show 
the difference between language elements called syntagm and intonema. As a result, 
it is noted here that the boundary of the intonative member crosses the boundary of 
the syntagm. Hypocritical speech consists of at least two syntagms. Each intonation 
construct performs a specific function in the spoken speech. Intonems can be fully or 
partially synonymous with each other due to the functions performed by individual 
informative constructions. Some informative constructions may perform a unique 
function that others cannot. 
Keywords: syntagm, intonema, linguistics, speech, intonation, 
informativeness, intonative member. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Filologiya elmləri doktoru, Kamilə Vəliyeva
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 5, 2021
137
BAHAR ƏLİYEVA 
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci 
(İnşaatçılar prospekti 45) 
baharaliyeva2017@gmail.com 
HEYDƏR ƏLİYEV VƏ ANA DİLİ 
XÜLASƏ 
Məqalədə Ulu Öndər Heydər Əliyevin ana dili ilə bağlı apardığı ardıcıl və 
məqsədyönlü siyasət, məruzə və çıxışlarında, mötəbər məclislərdə söylədiyi dərin 
məzmunlu fikir və mülahizələr tədqiq edilmişdir. Qeyd edilir ki, Heydər Əliyevin 
azərbaycançılıq təlimində milli-mənəvi dəyərlərin formalaşdırılması, ana dili 
problemi mühüm yer tutur. Bu məsələlərə o, müasir mərhələdə milli dövlətçiliyin 
saxlanması və inkişafı konsepsiyasının mühüm tərkib hissəsi kimi yanaşırdı. Həmin 
konsepsiyada xalqımızın millı- mənəvi dəyərlərinin, milli mentalitetinin inkişaf 
etdirilməsi, türk dünyası, islam aləmi ilə əlaqələrin möhkəmləndirilməsinə də 
xüsusi diqqət yetirilirdi.
Heydər Əliyev daim Azərbaycan Respublikasının vətəndaşı olan gənc nəslin 
mənəvi tərbiyəsinin böyük əhəmiyyyətini nəzərə alaraq qeyd edirdi ki, mənəviyyat 
olmayan yerdə böyük amallar, tərəqqi, inkişaf mümkün deyil. O, ana dilinə 
münasibəti mənəviyyatın formalaşdırılması problemi ilə sıx əlaqədə götürürdü. 
Məsələyə kompleks yanaşan Ümummmilli Lider qeyd edirdi ki, gənclərin yüksək 
mənəviyyat ruhunda tərbiyələndirilməsi indi əvvəlkindən daha vacibdir. 
Azərbaycan xalqının milli-mənəvi dəyərləri və ümumbəşəri dəyərlər hər bir 
gənc tərəfindən mənimsənilməlidir. Gənclərimiz
milli ruhda tərbiyə 
olunmalı, tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı 
bilməlidir. Bu, gənclərin dövlətçilik, müstəqillik, azadlıq və onların qorunması 
uğranda mübarizlik ruhunda tərbiyə olunmasının mühüm şərtidir. Beləliklə, o, ana 
dilinə münasibəti Azərbaycanın dövlət müstəqilliyinin daim qorunması 
formalaşdırılması ideyası ilə sıx əlaqəli götürürdü. 
Heydər Əliyev ana dilinə məhəbbət hissinin formalaşdırılmasının, onun 
dərindən öyrənilməsinin əhəmiyyətini qeyd etməklə yanaşı, dil məsələsinə daha 
geniş planda yanaşır, başqa dillərin də mükəmməl öyrənilməsini gənc nəsil üçün 
zəruri sayırdı. 
H.Əliyevin hələ sovet dönəmində ana dili ilə bağlı söylədiyi fikirlər bu gün 
də aktuallığını itirməmişdir. O qeyd edirdi ki, məktəbdə ana dilinin və ədəbiyyatın 
tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda obrazlı təfəkkür, 
sözə məhəbbət hissi aşılamaq, onları dünya və Azərbaycan poeziya və nəsri 
klassiklərinin yaradıcılığı ilə, görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, 
doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri 


Filologiya məsələləri, № 5, 2021
138
keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir. Bu mühüm 
vəzifələrin yerinə yetirilməsində o, məktəbin, müəllimin rolunu yüksək 
qiymətləndirirdi.
Müasir mərhələdə Ümummilli liderin gənc nəslin dövlətçilik ruhunda 
tərbiyəsi, ana dilinə milli dəyər kimi yanaşmanın formalaşdırılması barədə 
konseptual yanaşmaları, fikirləri dərindən öyrənilib təhlil edilməli, təhsil sistemində 
ardıcıl və sistemli şəkildə həyata keçirilməlidir.
Açar sözlər:
lider, dil, mənəviyyat, tərbiyə, xalq, müəllim , vətən, dəyər, 
problem, təlim, təhsil, məktəb
Ulu Öndər Heydər Əliyev tarixdə əbədi yaşayacaq bir şəxsiyyət kimi 
Vətənə, xalqa bağlılıq, dövlətçiliyə sədaqət rəmzidir. Heydər Əliyev 
azərbaycançılıq təlimində milli-mənəvi dəyərlərin formalaşdırılması, ana dili 
problemi mühüm yer tutur. Bu məsələlərə o, müasir mərhələdə milli dövlətçiliyin 
saxlanması və inkişafı konsepsiyasının mühüm tərkib hissəsi kimi yanaşırdı. Həmin
konsepsiyada xalqımızın millı- mənəvi dəyərlərinin, milli mentalitetinin inkişaf 
etdirilməsi, türk dünyası, islam aləmi ilə əlaqələrin möhkəmləndirilməsinə də 
xüsusi diqqət yetirilirdi.
Heydər Əliyev öz məruzə və çıxışlarında Azərbaycançılıq ideologiyasının 
təhsil ocaqlarında gənc nəslə aşılanmasının, təbliği və tədrisinin zəruriliyini ön 
plana çıxararırdı. Milli vətənpərvərlik hissinin formalaşdırılması bu təlimin başlıca 
komponentlərindəndir. Heydər Əliyev ana dilinə məhəbbət hissinin 
formalaşdırılmasını yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin mühüm 
amillərindən sayır, müstəqil Azərbaycanın dövlət dilinin - Azərbaycan dilinin 
hərtərəfli inkişaf etdirilməsini zəruri hesab edirdi. 
“...Müstəqil, yeni Azərbaycan dövlətçiliyimizin memarı və qurucusu olan 
Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin zəngin 
yaradıcılıq irsində milli tərbiyə və təhsil nəzəriyyəsi, təhsilin məzmunu və milli 
ideologiya konsepsiyası. milli ideologiya komponentlərinin təhsil müəssisələrində 
tədrisi, öyrənilməsi, təhsilin üstün inkişaf strategiyası, milli tərəqqi və dirçəlişdə,
milli oyanış və milli özünüdərk proseslərində təhsilin roluna dair çox dəyərli 
fikirləri vardır. Bu nəzəri fikirlər çağdaş Azərbaycan milli pedaqoji fikrin 
zənginləşməsində və inkişafında böyük rol oynamaqdadır
.”
[1,s.24] 
Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının vətəndaşı olan gənc 
nəslin mənəvi tərbiyəsinin böyük əhəmiyyyətini nəzərə alaraq qeyd edirdi ki, 
mənəviyyat olmayan yerdə böyük amallar, tərəqqi, inkişaf mümkün deyil. O, ana 
dilinə münasibəti mənəviyyatın formalaşdırılması problemi ilə sıx əlaqədə götürür, 
məsələyə kompleks yanaşaraq qeyd edirdi ki, gənclərin yüksək mənəviyyat ruhunda 
tərbiyələndirilməsi indi əvvəlkindən daha vacibdir. Azərbaycan xalqının milli-
mənəvi dəyərləri və ümumbəşəri dəyərlər hər bir gənc tərəfindən 


Filologiya məsələləri, № 5, 2021
139
mənimsənilməli, gənclərimiz
milli ruhda tərbiyə olunmalı, tariximizi, dili-
mizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidir. Bu, gənclərin 
dövlətçilik, müstəqillik, azadlıq və onların qorunması uğrunda mübarizlik ruhunda 
tərbiyə olunmasının mühüm şərtidir. Beləliklə, o, ana dilinə münasibəti 
Azərbaycanın dövlət müstəqilliyinin daim qorunması, formalaşdırılması ideyası ilə 
sıx əlaqəli götürürdü. 
Ulu Öndər çıxışlarında dönə - dönə gənc nəslin vətənpərvərlik tərbiyəsinin 
böyük əhəmiyyətindən söz açaraq deyirdi ki, vətənpərvərlik çox geniş məna daşıyır. 
Vətənpərvərlik Vətəni silahla müdafiə etməklə yanaşı, insanın həyatının hər bir 
dövründə, fəaliyyətinin bütün sahələrində doğma yurdun iqtisadiyyatının, 
siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşamasıdır. Vətənpərvər insan öz 
vətəninin mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf 
etməsini istəyir, xalqın rifah halının yüksəklərə qaldırılmasını istəyir.
Heydər Əliyevin Azərbaycan dilinin öyrənilməsi, ana dilinə məhəbbət, 
qayğı ilə bağlı çağırışları, düşünülmüş məqsədyönlü siyasəti istər sovet dönəmində, 
istərsə də müstəqillik illərində bir sıra amillərlə bağlı idi. “Heydər Əliyev 
Azərbaycan dilini bizim ən böyük milli sərvətimiz hesab edir. Təsadüfi deyildir ki, 
əsrlərin sınağından çıxmış, böyük təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq, 
qorunub saxlanmış və milli mənsubiyyətimizin ən böyük rəmzi və dəlil-sübutu kimi 
Azərbaycan xalqının bir millət kimi formalaşmasında müstəsna rol oynamış 
Azərbaycan dili öz həqiqi qiymətini ancaq müstəqillik dövründə ala bilmişdir. 
Lakin müstəqillik illərində də Azərbaycan dilini yeni sınaqlar gözləyir. Çünki məhz 
bu dövrdə imperiya buxovlarından azad olmuş Azərbaycanın qapıları bütün 
dünyaya açılır və gənc bir dövlət möhtəşəm qloballaşma dalğaları ilə üz- üzə 
gəlir.”. [5, s.69] 
H.Əliyevin hələ sovet dönəmində Azərbaycan müəllimlərinin 1978-ci ildə 
keçirilmiş VI qurultayında çıxışında ana dili ilə bağlı söylədiyi fikirlər bu gün də 
aktuallığını itirməmişdir. O qeyd edirdi ki, məktəbdə ana dilinin və ədəbiyyatın 
tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda obrazlı təfəkkür, 
sözə məhəbbət hissi aşılamaq, onları dünya və Azərbaycan poeziya və nəsri 
klassiklərinin yaradıcılığı ilə, görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, 
doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri 
keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir. 
Bu mühüm vəzifələrin yerinə yetirilməsində o, məktəbin, müəllimin 
rolunu yüksək qiymətləndirirək qeyd edirdi ki, cəmiyyətimizin ümidi, gələcəyi olan 
uşaqların təlim -tərbiyəsi kimi ən mühüm, ən vacib iş ona etibar edilmişdir. 
Müəllim öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli nəyi varsa hamısını 
şagirdlərinə, xalqa bəxş edir. Rəşadətə bərabər bu nəcib, fədakar əməyinə görə 
müəllimin yetişdirmələri, valideynlər ona hədsiz dərəcədə minnətdardırlar. Hər 
birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma 
yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və 


Filologiya məsələləri, № 5, 2021
140
səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün 
ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 
H.Əliyevin diqqəti belə bir məqama da cəlb edirdi ki, ana dilini
yaşatmaq, 
inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl 
adamlarının, elm, mədəniyyət xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. O, 
dilimizin zəngin, səlis zəngin, cazibədar olmasından qürurla danışır, 
mədəniyyətimizin zənginliyini dilimizin qüdrəti ilə əlaqələndirirdi: «Hər bir xalqın 
milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. 
Dilimizi isə yaşadan, zənginləşdirən, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız 
olmuşdur. Biz, adətən, böyük tariximiz haqqında, xalqımızın böyük mədəniyyəti 
haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, 
şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ 
edərək, eyni zamanda, öz tariximizi, mədəniyyətimizi təbliğ edirik.” [2, s.388]. 
Heydər Əliyev ana dilinə məhəbbət hissinin formalaşdırılmasının, onun 
dərindən öyrənilməsinin əhəmiyyətini qeyd etməklə yanaşı, dil məsələsinə daha 
geniş planda yanaşır, başqa dillərin də mükəmməl öyrənilməsini gənc nəsil üçün 
zəruri sayırdı. Naxçıvandan Türkiyəyə ali təhsil almağa göndərilən tələbələrlə 5 
oktyabr 1992-ci il tarixində görüşdə çıxışı zamanı qeyd edirdi ki, bizim dilimiz 
birdir. Biz Naxçıvanda da türkük. Ancaq Türkiyənin türkcəsi ilə Azərbaycan 
türkcəsinin müəyyən fərqləri var. Biz güman edirik ki, bizim gənclər orada türk 
dilinə dərindən yiyələnəcəklər. Lakin onlar bununla kifayətlənməməlidirlər. 
Türkiyənin universitetlərində xarici dillərin tədrisi çox gözəl təşkil olunur.
Mən həmişə böyük maraqla və həsrətlə müşahidə edirdim ki, məsələn, 
Türkiyədə və ya İranda universitet bitirmiş bir gənc öz dilindən başqa, Avropa 
dillərindən də birini və ya ikisini bilir. Təəssüf ki, biz Azərbaycanda buna nail ola 
bilmədik. Ancaq Türkiyədə bu məsələ çox yaxşı qoyulub. Biz arzu edərdik ki, 
gənclərimiz Türkiyənin universitetlərində bütün fənlərə dərindən yiyələnsinlər. 
Türk dilini, türk tarixini, türk ədəbiyyatını mükəmməl öyrənsinlər. Eyni zamanda 
orada əcnəbi dilləri də öyrənməyə çalışsınlar.Çünki bu, bizim müstəqil 
azərbaycanımız üçün çox gərəkli, çox lazımlı bir şərtdir.Bizim gələcək nəsillər, 
gələcək kadrlar gərək öz dillərindən başqa , bir neçə dil bilsinlər.Kim nə qədər çox 
bilərsə, o qədər də biliyə sahib olar.Türkiyə universitetlərində belə bir imkan var.O 
universitetləri bitirən türk gəncləri başqa dilləri də öyrənirlər və biz arzu edirik ki, 
bizim gənclər də bunu etsinlər. [1,s.257 ] 
Heydər Əliyev 1994-cü ildə Bilkənd Universitetində çıxışında xalqlatımız 
arasında bir daha ana dili, mənəviyyat, mədəni inkişaf məsələlərinin qarşılıqlı 
əlaqəsini qeyd edirdi:”Tarix böyükdür. Biz öz tariximizlə fəxr edirik… Bu tarix çox 
ağır mərhələlərdən keçmişdir.Lakin bunlar Azərbaycanın nə mədəniyyətini, nə də 
ənənələrini heç vaxt sarsıda bilməmişdir. Bir təsəvvür edin, 70 il ərzində 
Azərbaycan Sovetlər Birliyinin tərkibində olmuş, kommunist ideologiyası ilə 
yaşamış, sosializm qurmağa çalışmışdır. Buna baxmayaraq, bütün bu illər ərzində 


Filologiya məsələləri, № 5, 2021
141
Azərbaycan xalqının dili nəinki yaşamış, hətta inkişaf edib zənginləşmişdir.
…Bizim birgə tariximiz, xalqlarımızın vahid tarixidir. Nizami də, Füzuli də, Mirzə 
Fətəli Axundov da,Vaqif də, Yunus İmrə də, bu gün burada şeiri səslənən Səməd 
Vurğun da, Türkiyə torpağında, İstanbulda təhsil almış, böyük əsərlər qoyub getmiş 
Hüseyn Cavid də, sözlərinə mahnı, şərqi bəstələnmiş Əhməd Cavad da, bizim 
aramızda olan böyük mədəniyyət xadimləri – Arif Məlikov da, Bəxtiyar Vahabzadə 
də, habelə digər mədəniyyət sahibləri də bizim zəngin mədəni 
sərvətimizdir.Xalqlarımız bu sərvətlə fəxr edir və fəxr etməyə də haqları var.[1, s. 
264] 
Heydər Əliyev iki qardaş xalqın sarsılmaz birliyinin əsasında dil, 
mənəviyyat, təfəkkür bağlılığını xüsusi qeyd edərək diqqəti bunların hamısının 
bizim köklərimizlə bağlı olduğuna, milli mədəniyyətimizin, milli təfəkkürümüzün, 
dilimizin nə qədər, qüdrətli, əyilməz olduğuna dəlalət etdiyinə yönəldirdi:” Heç bir 
rejim heç bir vaxt bizi bunlardan məhrum edə bilməz. Əksinə, vəziyyət nə qədər 
ağır olubsa, elm, mədəniyyət, musiqi də bir o qədər çox inkişaf etmişdir. Bizim 
Azərbaycan dili, ana dilimiz cari əsrdə çox zənginləşmiş, çox inkişaf etmişdir. Türk 
ləhcəsi ilə Azərbaycan ləhcəsi arasında bəzi fərqlər var. Bu fərqləri siz bilirsiniz. 
Bir tərəfdən siz öz dilinizi modernləşdirmisiniz, digər tərəfdən isə bizim dilimiz 
müəyyən dərəcədə təkmilləşmişdir. Fərqlər də buradan irəli gəlir. Ola bilsin ki, 60-
70 il öncə bu fərqlər az idi. Lakin elə indi də türk xalqlarından heç birinin dili 
Azərbaycan və türk dilləri qədər bir-birinə yaxın deyildir.” [1 s. 266])
Akademik N.Cəfərov Ulu Öndərin ana dili siyasətini tarixi missiya kimi 
yüksək dəyərləndirərək yazır: “ Möhtərəm prezidentimizi sağlam düşüncə ilə 
dinləyən, onun dediklərini anlayan, verdiyi fərman və sərəncamları başa düşən hər 
bir azərbaycanlı bilir ki, Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi 
fəaliyyətə başladığı ilk illərdəcə bütün aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir 
respublikanın növbəti başçısı yox, milli lideridir. Və Heydər Əliyevin məhz milli 
lider olaraq fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70-ci 
illərdə sürətlə yüksəlməsi idi. Həmin yüksəliş 80-ci illərdə də davam etdi. Müasir 
Azərbaycan dövlətçiliyinin banisinin 90-cı illərdə - müstəqillik dövründə dövlət 
dilinin yüksəlişi sayəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir. “ [3 s.5]
Azərbaycan xalqının dilini onun milli varlığını müəyyən edən başlıca amil 
sayan Heydər Əliyevin müstəqillik illərində verdiyi fərmanlar, qəbul edilən 
qanunlar onun əvvəlki illərdə əzmlə apardığı ana dili siyasətinin məntiqi davamı və 
uğurları idi. Belə ki, Ulu Öndərin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi 
işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqust ayının 9-da «Azərbaycan 
əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərmanlar verməsi, 
2002-ci il sentyabr ayının 30-da 3 fəsil 20 maddədən ibarət «Dövlət dili haqqında» 
qanun qəbul edilməsi, 2003-cü ilin yanvarın 2-də isə «Azərbaycan Respublikasında 
dövlət dili haqqın fərman imzalanması böyük siyasi, mənəvi əhəmiyyət kəsb edirdi. 


Filologiya məsələləri, № 5, 2021
142
Müasir mərhələdə Ümummilli liderin gənc nəslin dövlətçilik ruhunda 
tərbiyəsi, ana dilinə milli dəyər kimi yanaşmanın formalaşdırılması barədə 
konseptual yanaşmaları, müdrik fikirləri dərindən öyrənilib təhlil edilməli, təhsil 
sistemində ardıcıl və sistemli şəkildə həyata keçirilməlidir.
Бахар Алиева 
ГЕЙДАР АЛИЕВ И РОДНОЙ ЯЗЫК 
РЕЗЮМЕ 
В статье исследуются глубокие идеи и мнения, высказанные 
Великим вождем Гейдаром Алиевым в его последовательной и 
целенаправленной политике, докладах и выступлениях на родном языке, а 
также на престижных встречах. Отмечается, что формирование национально-
нравственных ценностей, проблема родного языка играют важную роль в 
преподавании Гейдара Алиева азербайджанству. Он подошел к этим вопросам 
как к важной части концепции сохранения и развития национальной 
государственности на современном этапе. В этой концепции особое внимание 
было уделено развитию национально-нравственных ценностей, 
национального менталитета нашего народа, укреплению связей с тюркским 
миром и исламским миром. 
Учитывая большое значение нравственного воспитания молодого 
поколения, которое всегда было гражданами Азербайджанской Республики, 
Гейдар Алиев отметил, что без нравственности невозможны великие дела, 
прогресс и развитие. Его отношение к родному языку было тесно связано с 
проблемой формирования нравственности. Подходя к этому вопросу 
комплексно, национальный лидер отметил, что воспитание молодежи в духе 
высоких моральных принципов сейчас как никогда важно. Национально-
нравственные ценности и общечеловеческие ценности азербайджанского 
народа должен усвоить каждый молодой человек. Наша молодежь должна 
получать образование в национальном духе, знать нашу историю, язык, 
культуру и религиозные ценности. Это важное условие воспитания молодежи 
в духе государственности, независимости, свободы и борьбы за свою защиту. 
Таким образом, его отношение к родному языку было тесно связано с идеей 
создания постоянной защиты государственной независимости Азербайджана. 
Отметив важность формирования чувства любви к родному языку, его 
глубокого изучения, Гейдар Алиев подошел к проблеме языка в более 
широком смысле и считал необходимым, чтобы подрастающее поколение 
выучило другие языки в совершенстве. 
Взгляды Г. Алиева на родной язык в советское время не утратили 
своей актуальности. Он отметил, что необходимо постоянно 
совершенствовать формы и методы обучения родному языку и литературе в 


Filologiya məsələləri, № 5, 2021
143
школе, прививать детям образное мышление, любовь к слову, знакомить их с 
произведениями мировых и азербайджанских классиков поэзии и прозы. 
Глубокое знание родного языка, литературы и культуры родного народа - 
необходимое качество для ученого, условие всестороннего развития личности 
гражданина. Он оценил роль школы и учителя в выполнении этих важных 
задач. 
На современном этапе концептуальные подходы и взгляды 
национального лидера на воспитание подрастающего поколения в духе 
государственности, формирование подхода к родному языку как 
национальной ценности должны быть глубоко изучены и проанализированы, 
реализованы в система образования последовательным и систематическим 
образом.
Ключевые слова: 
лидер, язык, духовность, воспитание, люди, 
учитель, родина, ценность, проблема, обучение, образование, школа
Bakhar Aliyeva 
HEYDAR ALIYEV AND MOTHER TONGUE 
RESUME 
The article examines the deep ideas and opinions expressed by the 
Great Leader Heydar Aliyev in his consistent and purposeful policy, reports and 
speeches in his native language, as well as at prestigious meetings. It is noted that 
the formation of national moral values, the problem of the native language play an 
important role in teaching Heydar Aliyev to Azerbaijan. He approached these issues 
as an important part of the concept of the preservation and development of national 
statehood at the present stage. In this concept, special attention was paid to the 
development of national and moral values, the national mentality of our people, 
strengthening ties with the Turkic world and the Islamic world. 
Considering the great importance of the moral education of the young 
generation, which has always been citizens of the Republic of Azerbaijan, Heydar 
Aliyev noted that great deeds, progress and development are impossible without 
morality. His attitude to his native language was closely related to the problem of 
the formation of morality. Approaching this issue comprehensively, the national 
leader noted that educating young people in the spirit of high moral principles is 
now more important than ever. Every young person should learn the national and 
moral values and universal values of the Azerbaijani people. Our youth should 
receive education in the national spirit, know our history, language, culture and 
religious values. This is an important condition for educating young people in the 
spirit of statehood, independence, freedom and struggle for their defense. Thus, his 
attitude towards his native language was closely related to the idea of creating 
permanent protection of the state independence of Azerbaijan. 


Filologiya məsələləri, № 5, 2021
144
Noting the importance of forming a feeling of love for the native 
language, its deep study, Heydar Aliyev approached the problem of language in a 
broader sense and considered it necessary for the younger generation to learn other 
languages perfectly. 
H. Aliyev's views on his native language during the Soviet era have 
not lost their relevance. He noted that it is necessary to constantly improve the 
forms and methods of teaching the native language and literature at school, instill in 
children imaginative thinking, love of the word, acquaint them with the works of 
world and Azerbaijani classics of poetry and prose. Deep knowledge of the native 
language, literature and culture of the native people is a necessary quality for a 
scientist, a condition for the all-round development of a citizen's personality. He 
appreciated the role of the school and teacher in fulfilling these important tasks. 
At the present stage, the conceptual approaches and views of the 
national leader on the upbringing of the younger generation in the spirit of 
statehood, the formation of an approach to the native language as a national value 
should be deeply studied and analyzed, implemented into the education system in a 
consistent and systematic way. 
Key words:
leader, language, spirituality, upbringing, people, teacher, 
homeland, value, problem, training, education, school
Ədəbiyyat 
Əliyev H. Təhsil millətin gələcəyidir. Tərtib edənlər: M.Mərdanov, 
Ə.Quliyev. Bakı: Təhsil, 2002.
Əliyev H. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı: Ozan, 1999.
Əliyev V. Heydər Əliyevin dil siyasəti. Bakı: Nurlan, 2003. 
Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili, Bakı, 1997. 
Xəlilov S. Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Bakı:Azərbaycan 
Universiteti, 2002. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi:
ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Bilal Həsənli
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
145
ƏDƏBİYYATŞÜNASLIQ 
NƏZƏROVA ADİLƏ HƏSƏN QIZI 
Filologiya üzrə fəlsəfə doktoru,
AR Təhsil İnstitutunun aparıcı elmi işçisi 
NİZAMİ GƏNCƏVİNİN FƏLSƏFİ-BƏDİİ İRSİNDƏ ƏDALƏTİN, 
BƏRABƏRLİYİN VƏ DOSTLUĞUN TƏRƏNNÜMÜ 
Xülasə
Nizami Gəncəvi dövrünün bütün elmlərini poeziyaya gətirmişdir. Bununla 
yanaşı şair daim bəşəri hissləri tərənnüm etmiş, xüsusilə, ədaləti, insana hörməti, 
birliyi, bərabərliyi, dostluğu, sülhü, demokratiyanı, humanizm ideyalarını ölməz 
əsərlərində təbliğ etmişdir. Şairin nəzərində bu müsbət keyfiyyətlər insanı 
kamilləşdirir və kamillik ideal cəmiyyətin yaranmasında əsaslı yer tutur.
Dahi şairin əsərlərini üç istiqamətdə izləmək olar: İnsan ağlının, zəkasının və 
bununla əlaqədar elmin, fəlsəfənin tərənnümü və təbliği; İnsanın yüksək əxlaqi 
keyfiyyətlərinin tərənnümü və təbliği; İnsanın xoşbəxtliyini təmin edən, zülm və 
bədxahlığa son qoyan ədalətin, azad, bərabər və dost insanların cəmiyyətinin 
tərənnümü və təbliği.
Nizami Gəncəvinin insan, ideal cəmiyyət, ideal dövlət, ədalətli şah axtarışları 
və ümumilikdə bu kimi mövzuya münasibətinin tədqiqindən aşağıdakı nəticələr əldə 
olunur: 
Nizаmi Gəncəvi türк dövlətlərinin gücünü оnlаrın haqq-ədаlətli olmasında,
idаrəçiliк üsullаrının doğruluğa söykənməsində görür və hаqlı оlаrаq qеyd еdir кi, 
türкlər ədаlətdən uzaqlaşsa dünyа dövlətləri оnlаrı böyük olaraq görməz və əvvəlki 
yüksəklikdə qəbul еtməz. Daxilində olan, birlik-bərabərlik içində yaşayan xаlqlаr da 
bаşqа хаqаnlаrın hакimiyyəti altında yaşamağı seçərlər. Təbii ki, bu fiкirlər şаirin 
türк təəssübкеşliyindən irəli gəlmirdi, o, türklərin bir millət olaraq ədalətli olduğunu 
diqqətə çatdırırdı.
Nizami Gəncəviyə görə ədalət dini inanca bağlı məfhumdur. Şair ədalətli 
cəmiyyətin yaranmasını ədalətli hökmdarın olması sayəsində mümkün olacağını 
düşünür. Nizamiyə görə ədalətin siyasi müstəvidə icrası fərdlərin ədalətli olmasından 
daha xeyirlidir. Nə qədər qəbul edilsə də ki, cəmiyyət fərdlərdən ibarətdir, qanunların 
icrasının da dövlətin və hakimiyyətin əlində olmasını unutmamalıyıq. Demək ki, 


Filologiya məsələləri, № 5, 2021
146
ədalət dövlət səviyyəsində icra edilməzsə cəmiyyətin xoş günə çatması mümkün 
olmayacaqdır.
Nizaminin fikrincə, ədalət dövlət qərarları ilə icra olunmasa ədalətli fərdlərin də 
hüquqları tapdalanacaqdır. İctimai-siyasi işlər barədə “Siyasətnamə”yə əsaslanan ədalət 
haqqında fikirləri Nizaminin ictimai təfəkkürlü filosof olmasını isbat edir. Orta əsrlər 
dövründə yaşamasına baxmayaraq, ədalət prinsipləri hələ də təxminən eyni əsaslarla icra 
olunur. Bu da onu göstərir ki, Nizaminin öz yaradıcılığı boyunca işlədiyi problemlər hələ də 
aktuallığını qoruyub saxlayır.
Nizaminin ədalət, əxlaq və bərabərlik haqqındakı fikirləri onun müsəlman 
təfəkkürünün ən yüksək səviyyəsinin bariz nümunəsidir.
Açar sözlər:
poema, bədii təfəkkür, əxlaq, ədalət, kamillik, ideal cəmiyyət 
“Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə 
malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və 
şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur 
“Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dünya 
ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur”. (3)
Bəşərin azadlığa can atması əslində ədalətə çatma istəyidir. Şərq fəlsəfəsində 
olduğu kimi, İslam sxolastikasında da “Ədl” Tanrının adlarından biri kimi təqdim 
edilir və adil - ədalətli anlamındadır. Yəni, Tanrı adildir, ədalətlidir, ədalət isə həddi 
aşmamaqla əldə edilir. Nizami Gəncəvinin ədalət və əxlaq fəlsəfəsinin mühüm tezisi 
budur: İnsan ən yüksək ehtirama layiqdir. İkinci əsas prinsip isə insanın fundamental 
və təməl hüquqlara malik olmasıdır.
Problemin elmi yeniliyi: Nizaminin əsərləri bütün dövrlərdə insanlara ictimai 
həyatda hadisələrə ədalətlə yanaşmaqda və doğru qərarı verməkdə yol göstərir.
Problemin praktik əhəmiyyəti: Nizami Gəncəvi dövrünün bütün elmlərini 
poeziyaya gətirmiş, bununla yanaşı daim bəşəri hissləri tərənnüm etmiş, xüsusilə, 
ədaləti, insana hörməti, birliyi, bərabərliyi, dostluğu, sülhü, demokratiyanı ölməz 
əsərlərində təbliğ etmişdir.
Problemin aktuallığı: Bu il dahi şairin 880 illik yubileyi ilə əlaqədar Prezident 
İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Nizami 
Gəncəvi İli” elan edilmişdir. Bu sərəncam əsasında dahi şairin irsi yenidən tədqiq və 
təbliğ olunmağa başlamışdır. Şairin bütün dövrlərdə aktual olan humanizm ideyaları 
bu gün də Azərbaycan xalqının milli-mədəni göstəricisi olaraq dəyərləndirilməlidir. 
XII əsr Azərbaycan intibah ədəbiyyatının zirvəsi olan Nizami Gəncəvi 
yaradıcılığı, özünün əsrarəngiz gözəlliyi ilə bütün dünya mədəniyyət xəznəsinin 
nadir incisidir. Dünya ədəbiyyatında onun xəmsəsinə daxil olan “Sirlər xəzinəsi” 
məsnəvisinə 87, “Xosrov və Şirin” poemasına 92, “Leyli və Məcnun” poemasına 
145, “Yeddi gözəl” poemasına 42 və “İsgəndərnamə” tarixi mənzuməsinə isə 23 
nəzirə yazılmışdır. (4,3) 


Filologiya məsələləri, № 5, 2021
147
"Sirlər хəzinəsi" Nizаminin хəmsəsinə dахil оlаn ilк mənzumədir. 2263 
bеytdən ibаrət оlаn bu mənzumə jаnr bахımındаn bаşqа pоеmаlаrdаn fərqlənir. Şərq 
pоеtiкаsındа bu fоrmаdа оlаn əsərləri, adətən, məsnəvi аdlаndırırlar. İbrətаmiz 
məqаlə və hекаyətlərdən ibаrət оlаn bu möhtəşəm əsər zəmanəsindən narazı şairin 
uca Yaradana və peyğəmbərə müraciəti ilə başlamaqla, insanları həqiqətin, ədalətin, 
təmizliyin bərqərar olmasına çağırışıdır.
Qeyd etmək yerinə düşər ki, filoloji tərcümələr tarixinə nəzər salsaq, görərik ki, 
ilk nəşr olunan Nizaminin "Sirlər хəzinəsi" poemasıdır. Tərcümə və şərhlər Rüstəm 
Əliyevə məxsus olsa da, sonradan bu tərcümə (
qarşıya qoyulan tələblərə cavab ver-
mədiyi üçün) Vaqif Aslanov və Əziz Mirəhmədov tərəfindən redaktə olunmuşdur.
Bütün təbəqə üzvlərinin birgə ictimai əməklə məşğul olmasını ədalətli insan 
cəmiyyətinin qurulmasında əsas hesab edən mütəfəkkir bunu həm də, o cəmiyyətin 
əxlaqi keyfiyyətinin göstəricisi olduğunu bildirir.
“XX əsrin tanınmış siyası filosofu Con Rauls siyasi fəlsəfədə “Ədalət” 
nəzəriyyəsi ilə məşhurlaşdı. O tədqiqatlarının ikinci dönəmində Ədalət (Justice) 
məfhumunu İnsaf (Fairness) məfhumu ilə eyniləşdirdi. Rauls, ədalətli olmaqı insaflı 
olmaq kimi dəyərləndirdi. Maraqlıdır, XII əsrin filosofu Nizami Gəncəvi Ədalət 
təbirini işlədərkən ardınca İnsaf ibarəsini gətitir. Sirlər xəzinəsi əsəri 20 maqalə və ya 
söhbətdən ibarətdir. Burada 2-ci və 4-cü söhbətlər ədalət və insaf məsələsinə həsr 
olunub. 2-ci söhbətdə ədalətin və insafın əhəmmiyyətinə təkid edir. O, məmləkətin 
sabitliyini yalnız ədalətlə mümkün olacağını vurğulayır. Ədalət gələrsə insanın ağlı 
və zəkası sevinər.” (6,8)
Şairin ədalət və əmək haqqındakı fikirləri xüsusilə “Sirlər хəzinəsi”nin 
yeddinci bölümündə verilmişdir. İnsanların heyvanlardan üstün olduğunu şərh edən 
filosof şair, bu bölümdə bildirir ki, insаn yaranan bütün canlıların ən şərəflisidir. Bu 
mətləbi аydınlаşdırmаq üçün şаir “Firudin ilə mаrаlın dаstаnı”ın dаnışır. Оv zamanı 
Firudin gördüyü mаrаlın gözəlliyinə vаlеh оlur, оnu оvlаmаğа əli gəlmir. Nizаmi bu 
əhvаlаtdаn doğan hiкməti dastanda söylədiyi fiкirlərlə əlаqələndirir. Bu, o deməkdir 
ki, insаnın heyvandan fərqi onun еtiк görüşə, еstеtiк bахışа, xüsusi zövqə mаliк 
olmasıdır. Bu insani кеyfiyyətlər insаn ruhunun tələbаtıdır və insаn hadisələrə 
heyvan kimi instinкtlə yаnаşmır, ağılla, şüurlа yаnаşır. Şüur isə insаn 
mənəviyyаtındа ilаhi əlаmət nişаnəsi sayılır. 
"Sirlər хəzinəsi"nin səккizinci bölümündə Nizаmi yеnə də хilqət bаrəsində 
özünün fəlsəfi fiкirlərini dərinləşdirir, sоnrа isə “Mеyvə sаtаnlа tülкünün nаğılı”nı 
dаnışır. Оğru хəlvətə çəkilib tülкünün yаtmаsını gözləyir və görür кi, tülкü yuхuyа 
gеdir, pullаrı оğurlаyıb qaçır: 
Hər кəs кi, bu dünyаdа оturub sаlsа yаtаq, 
Yа bаşı gеdər əldən, yа bаşındакı pаpаq. (1,68) 


Filologiya məsələləri, № 5, 2021
148
Dоqquzuncu bölümdə isə şаir dünyаnın əzab-əziyyətlərindən dаnışır, qeyd edir 
кi, insаn gərəк bu dünyаdа zəhmət çəкsin. Bu dünyada hərəkətsizlik - sаbitliк ölüm 
deməkdir. 
Biz dünyаyа gəlmişiк, оlmаzın zəhmət çəкəк, 
Gəlmədiк dеyib, güləк, gəldiк əziyyət çəкəк. (1,68)
Dahi şairin yazdığı hikmət, ibrət, nəsihət dolu əsərləri əsasən üç istiqamətdə 
izləmək olar:
● İnsan ağlının, zəkasının və bununla əlaqədar elmin, fəlsəfənin tərənnümü və 
təbliği;
● İnsanın yüksək əxlaqi keyfiyyətlərinin tərənnümü və təbliği;
● İnsanın xoşbəxtliyini təmin edən, zülm və bədxahlığa son qoyan ədalətin, 
azad, bərabər və dost insanların cəmiyyətinin tərənnümü və təbliği.
Nizaminin “Xəmsə”sinin özəyini təşkil edən ünsür bu ayrılmaz xətlərdir. (5) 
Nizami əsərlərində daim uca Yaradanı mədh etmiş, İlahi ədalətə inamını önə 
çəkmiş, Hz. Məhəmməd peyğəmbəri, Əli Əleyhissalamı və din tarixində rol oynamış 
digər şəxsiyyətlərin ədalətə, yaxşılıqla, xeyirə səsləyən fikirlərini öz əsərlərində geniş 
şəkildə təbliğ etmişdir. Şairə görə bu keyfiyyərlərə malik olmağın yolu inam və 
imandan keçir. Allaha, onun ədalətinə inanan insan yalnış yola sarpmaz. Bu 
baxımdan, demək olar ki, bütün əsərlərini Allahın adı ilə başlayan şair “İqbalnamə” 
əsərində də buna sadiq qalmışdır.
Harda ki, ağıl bir xəzinə tapar, 
Allahın adını eyləyər açar. 
Allah ağıllıya nəvazişkardır, 
Ağılsızlara da əlacı vardır.
Bəndəyə əl tutan sənsən, İlahi, 
Yoxdur səndən başqa onun pənahı. 
Olmuş olacağı sənsən yaradan, 
Sənin kərəminə möhtacdır insan.
Nizami yaradıcılığında öndə olan ideal insan problemi kamillikdən və ideal 
cəmiyyət qurmaqdan keçir. Qeyd edək ki, orta əsrlərdə bir çox şairlər, filosoflar ideal 
cəmiyyət yaratmaq fikrini işləmişlər. Nizaminin yaradıcılığında isə bu mövzu daha 
dərin qatlara getmişdır. Xüsusilə, “İsgəndərnamə” poemasının “İqbalnamə” hissəsi, 
İsgəndərin belə bir mükəmməl cəmiyyətə malik olan şəhərə gəlib çıxması ilə 
yekunlaşır. Buradan da, o qənaətə gəlmək olar ki, şairin nəzərində ədalət, bərabərlik, 
dostluq anlayışları insanları kamilləşdirir və bu kamilik ideal cəmiyyətin 


Filologiya məsələləri, № 5, 2021
149
yaranmasında əsaslı yer tutur. Əsərdə həmin cəmiyyətin sakinləri bu cəmiyyəti 
yaratmağın əsaslarını İsgəndərə bu sözlərlə izah edir:
Fağır bir tayfayıq, həm də dinpərvər, 
Düzlükdən keçmərik əsla tük qədər. 
Əyri dolanmaqla yoxdur işimiz, 
Düzlükdən başqa yol tanımırıq biz. 
Əyrilik yoluna çəkmişik hasar, 
Düzlükdə olmuşuq əzabdan kənar. 
Yalan gətirmərik biz dilimizə, 
Əyri yuxular da görünməz gözə. 
Faydasız etmərik heç sorğu-sual, 
Çünki Allaha da xoş getməz bu hal. 
Orta əsr Azərbaycan ədəbiyyatının görkəmli fikir adamı Nizami Gəncəvi hələ 
öz dövründə bütün Şərqdə “Şeyxül-zəman” (zamanın şeyxi) kimi tanınmışdı. Hətta 
Orta Asiya hakimləri belə bəzi məsələlərdə məktub yazıb Gəncədə yaşayan hikmət 
sahibi Şeyx Nizami ilə məsləhətləşirdilər.
Müasirlərindən olan Əsirəddin Əxsirəti (1126-1211) 1209-cu ildə dahi şairin 
dünyasını dəyişməsi ilə bağlı ona mərsiyələr yazmışdır.
Əsirəddinin böyük Nizami ilə yaxından dost olması barədə yazdığı qəsidədə 
bəzi qeydlər vardır: 
Elmin ovlağında şahir quşutək, 
Uçursan, yüksəkdəsən, sən daha yüksək! 
Bir hüma quşutək elmin kölgəsi,
Vermişdir sənə bu coşğun həvəsi. (2,42)
Sonrakı beytlərində şairin ilham mənbəyi barədə də müfəssəl məlumat verir: 
Sözün qüdrəti ilə dolanan aləm,
Ağlın hikmətinə baş əyir hər dəm.
Təbin yaranmışdır nur parçasından, 
Elmdir qəlbində alışıb yanan. (2,43) 
Əsirəddin sanki Nizaminin dilindən qopan sözlərdə nurun olduğunu gözləri ilə 
görmüş və onu vəsf etmişdir. Şəxsi ünsiyyətdən hiss etmişdir ki, Nizaminin qəlbində
alışıb yanan “elmdir”. Sonrakı beytindən aydın olur ki, şair bilik qazanmaq üçün 
onun hüzuruna getmiş və kamil insan və şair olmaq üçün ondan dərs almışdır: 
Bilik məlhəmiçün dillənən şüur, 
Sənin kandarında qul kimi durur. (2, 42) 


Filologiya məsələləri, № 5, 2021
150
Nizamidən elm alamaq üçün onun “kandarına” gedənlərdən biri də 
Əsirəddindir. Sonrakı beytlərdə də şair Nizamini müəllimi kimi xatırlayır: 
Sən gəl güzgü götür, gör öz üzünü, 
Elmin çeşməsini, nurun özünü. 
Bu geniş dünyamız durduqca, inana, 
Elmin nişanını daşıyacaqsan. 
Sənin nəfəsindən incilər süzür, 
Elmin göylərinə həp şadlıq düzür (2, 43) 
Şair deyəndə ki, “nəfəsindən incilər süzür”- sanki müəlliminin dərs dediyi 
anları, onların diqqətini ovsunladığı saatları xatırlayır. Sonra nitqinin xoş ahəngini 
yada salan şair deyir:
Sənin şəkər sözün olmasa əgər, 
Tutisifətlərin sözləri gəzər.
Süleymantək bilirsən hud-hud dilini, 
Səba yeliylə verirsən öz hikmətini. (2, 43)
Nümunələrdən də göründüyü kimi, Nizami təkcə dostluğu tərənnüm etmirdi, 
bunu öz yaşamında da göstərir, həmkarları ilə arasında möhkəm dostluqlar qururdu.
Nizami Gəncəvinin bütün əsərlərində dostluq haqqında ibrətamiz fikirlər yer 
almışdır ki, bunlardan bəziləri atalar sözləri, hikmətli deyimlər kimi xalqın dilində də 
işləklik qazanmışdır. Məsələn:
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban. (Leyli və Məcnun)
Tək uçan kəkliyi qızılquş yeyər. (Leyli və Məcnun) 
Dostluq, mehribanlıq göstərsən ey yar, 
Gəlib qulun olar azad adamlar. (Leyli və Məcnun) 
Ağıllı adamla dostluq bağlasan, 
Bilik və mərifət alarsan ondan. (İqbalnamə) 
Dost olan dostundan geridə qalmaz (Şərəfnamə) 
Mərhəmət umulmaz düşməndən bir an. (Şərəfnamə) 
Könül vermə könül aldadanlara (Şərəfnamə) 


Filologiya məsələləri, № 5, 2021
151
Şairin məşhur “Səadət günəşi birlikdə boğar”, “Məhəbbər odur ki, üzü 
dönməsin, İnsan yaşadıqca üzü dönməsin”, “Bir ürəkdə olmaz iki sevgili, İki 
ürəklinin düz olmaz dili” və s. aforizmləri bədii ədəbiyyatda sevgi haqqında yazılan 
əsərlərin əksəriyyətində işlənmişdir.
“Ey dost” rədifli şeiri isə dostdan incikliyin qəlb ağrısı ilə izharıdır. 
Soruşdun halımı, məmnunəm, ey dost! 
Ciyər parə, ürək pürxunəm, ey dost! 
Gəl aşiqlik sözün məndən kənar et. 
Sən ol Leyli, ki mən Məcnunəm, ey dost! 
Əlindən eylərəm fəryad, fəryad, 
Bu fəryadla günü əfzunəm, ey dost! 
Sevənlərlə, eşitdim, mehribansan, 
Mən onlardan məgər birunəm, ey dost!? 
Yıxılsan, söylədin imdadə gəlləm, 
Yetiş ki, indi mən dilxunəm, ey dost! 
Nizami şer ilə dil açdı, heyhat, 
Səni heç tutmayır əfsunum, ey dost! (7)
Şairin uzun müddət Misirin “Xədəviyyə” kitabxanasında saxlanılan ana dilində 
şeirlərinin bir qismi bu il “Nizami İli” ilə əlaqədar olaraq yenidən nəşr edilməsi də
nizamişünaslıqda böyük yenilikdir. Bu kitabda da şairin dostluğa önəm verən şeirləri 
kifayət qədərdir. Onlardan bəzilərinə nəzər salaq:
Dil dilər cövrü cəfasın dostun,
Könlü kimin balla yağ istəməz? 
Dərdilə istər Nizami halını, 
Dərdi olmayan kişi, dağ istəməz. (4,47) 
Qılca nəqsin yoxdu, varımsa, ey dost bilün, 
Zərrəcə əksigin olmaz dedi, olsa dəhənin. (4,52) 
Nizаmi Gəncəvi türк dövlətlərinin gücünü оnlаrın haqq-ədаlətli olmasında,
idаrəçiliк üsullаrının doğruluğa söykənməsində görür və hаqlı оlаrаq qеyd еdir кi, 
türкlər ədаlətdən uzaqlaşsa dünyа dövlətləri оnlаrı böyük olaraq görməz və əvvəlki 
yüksəklikdə qəbul еtməz. Daxilində olan, birlik-bərabərlik içində yaşayan xаlqlаr da 
bаşqа хаqаnlаrın hакimiyyəti altında yaşamağı seçərlər. Təbii ki, bu fiкirlər şаirin 
türк təəssübкеşliyindən irəli gəlmirdi, o, türklərin bir millət olaraq ədalətli olduğunu 
diqqətə çatdırırdı. 
Şаir insаnın ədalətli olmasını onun özünün də məğrur yаşаmаğı ilə əlaqələndirir 
və bunu imkan düşdükcə oxucusuna da aşılamağa çalışır:


Filologiya məsələləri, № 5, 2021
152
Tоrpаq yе, pахıllаrın çörəyini yеmə sən, 
Аlçаqlаr tаpdаğını yеmə, tоrpаq dеyilsən. 
“Xosrov və Şirin” poemasının başlığında Nizami, Sasanilər hökmdarı 
Hüzmüzün öz oğlu Pərvizlə ədalətlə rəftar etməsini şərh eləyir. Ova çıxan oğul 
yorularaq yaxınlıqdakı kəndlərin birinə gedir, orda bir məclis təşkil edir və əylənir. 
Başı əyləncəyə qarışan Pərvizin atı həyətlərdən birinə girib oylayır. Oğlunun atının 
icazəsiz otlamağı bir yana, qulunun da icazəsiz bir bağa girib meyvə yediyini eşidən 
Hürmüz oğlunu cəzalandırır. Şair bu dastanı nəql edərkən, bildirmək istəyir ki, dini 
etiqadın, Haqqa-ədalətə inamın dini mənsubiyyətlə o qədər də əlaqəsi yoxdur. 
Hürmüz atəşpərəst idi, amma o dövrün müsəlman şahlarına, sultanlarına örnək 
göstəriləcək qədər ədalətli idi. Əgər onun oğlu yeyib-içərkən atını və qulunu 
doyurmağı düşünmüş olsaydı, onlar yalnış yol seçmək durumunda qalmazdılar. 
Əsərin sonrakı bölümlərində buna bənzər hekayələr danışan şair, sonda ədalət və 
insaf haqqında fəlsəfi fikrin daha dərin qatlarına enərək, zülmün qarşılıqsız 
qalmayacağını göstərir. İnsan nə edirsə, bunun qarşılığını mütləq görəcəkdir, çünki 
təbiət gec-tez zülm edənləri cəzalandırır.
Nizami Gəncəvinin insan, ideal cəmiyyət, ideal dövlət, ədalətli şah axtarışları 
və ümumilikdə bu kimi mövzuya münasibətinin tədqiqindən bir sıra fundamental 
nəticələr əldə etmək olar. Onlardan bir neçəsini bu araşdırmanın sonunda vermək 
olar:

Nizami Gəncəviyə görə ədalət dini inanca bağlı məfhumdur. “Sirlər xəzinəsi”ndə 
Sultan Səncərlə qarının söhbətində qarının qiyamətdən söz açmağı və sultanı ədalətə dəvət 
etməyi, sonra qoca kişinin dəstəmaz alıb, gedib şahın hüzurunda şəstlə dayanmağı, Bəhramın 
hər işdə ədalətlə davranmasıyla Tanrının razılığını alması faktları, deməyə əsas verir ki, o da, 
XX əsrin bəzi qərb filosofları kimi bu məsələdə din faktorunu nəzərində saxlayır və yeri 
gəldikcə ona əsaslanır.

Şair ədalətli cəmiyyətin yaranmasını ədalətli hökmdərın olması sayəsində mümkün 
olacağını düşünür. Nizamiyə görə ədalətin siyasi müstəvidə icrası fərdlərin ədalətli 
olmasından daha xeyirlidir. Nə qədər qəbul edilsə də ki, cəmiyyət fərdlərdən ibarətdir, 
qanunların icrasının da dövlətin və hakimiyyətin əlində olmasını unutmamalıyıq. Demək ki, 
ədalət dövlət səviyyəsində icra edilməzsə cəmiyyətin xoş günə çatması mümkün 
olmayacaqdır.

Nizaminin fikrincə, ədalət dövlət qərarları ilə icra olunmasa ədalətli fərdlərin də 
hüquqları tapdalanacaqdır. İctimai-siyasi işlər barədə “Siyasətnamə”yə əsaslanan ədalət 
haqqında fikirləri Nizaminin ictimai təfəkkürlü filosof olmasını isbat edir. Orta əsrlər 
dövründə yaşamasına baxmayaraq, ədalət prinsipləri hələ də təxminən eyni əsaslarla icra 
olunur. Bu da onu göstərir ki, Nizaminin öz yaradıcılığı boyunca işlədiyi problemlər hələ də 
aktuallığını qoruyub saxlayır.

Nizaminin ədalət, əxlaq və bərabərlik haqqındakı fikirləri onun müsəlman 
təfəkkürünün ən yüksək səviyyəsinin bariz nümunəsidir. XII əsr müsəlman filosoflarının 


Filologiya məsələləri, № 5, 2021
153
əksəriyyəti individuallıqda uzaqlaşmış və dövrünün ya dövlət, ya da din xadimlərinin 
prinsiplərindən çıxış etmişdirlər. Nizami isə bu ənənələr üzərində daha bəşəri ideyalar, daha 
insanpərvər dünyagörüşü sərgiləyir. Türk dövlətlərinə qarşı zülmün, haqsızlığın son həddə 
çatdığı bir dövrdə yaşayan şair müəyyən zaman kəsiyində ictimaiyyətdən tədric olunanda da, 
bəzən bir neçə ilini həsr etdiyi iztimai-siyasi-fəlsəfi məzmunlu əsərlər yazaraq əslində şeir 
dili ilə haqsızlığa qarşı mübarizə aparıdı.
Nizami Gəncəvi bütün dövrlərdə Şərq ədəbiyyatının uğurlu səhifəsi, dünyа 
ədəbiyаtının nаdir incilərindən biri olaraq qalacaqdır.
İstifadə olunan ədəbiyyat 
1.
Azərbaycan klassik ədəbiyyatı kitabxanası. II cild. Bakı, Elm, 1989 
2.
İbrahimov S. Əsirəddin Əxsikəti Turani, Bakı, 2003 
3.
İlham Əliyev. https://aydinyol.aztc.gov.az/newsview/2094/gorkemlı-
shexsıyyetler-nızamı-gencevı-haqqında 
4.
Nizami Gəncəvinin azərbaycanca yazdığı şeirlər. Bakı, Füyuzat nəzşriyyatı, 2021, 
102s. 
5.
http://www.islamveirfan.com/2018/02/16/nizamig%C9%99nc%C9%99vinin-
kamillik-arayisi.html
6.
http://khazar.org/uploads/files/philosophy_depart/Nizami-Edalet.pdf
7.
https://cetinbayramoglubaku.wordpress.com/2011/11/17/nizami-
g%C9%99nc%C9%99vi-ey-dost/ 
А. Х. НАЗАРОВА
ВОСХВАЛЕНИЕ СПРАВЕДЛИВОСТИ, РАВЕНСТВА И ДРУЖБЫ В 
ФИЛОСОФСКОМ И ХУДОЖЕСТВЕННОМ НАСЛЕДИИ НИЗАМИ 
ГЯНДЖЕВИ 
РЕЗЮМЕ 
Низами Гянджеви привнес в поэзию все науки того времени. При этом 
поэт всегда воспевал человеческие чувства, в частности, в своих бессмертных 
произведениях пропагандировал идеи справедливости, уважения к человеку, 
единства, равенства, дружбы, мира, демократии и гуманизма. По мнению 
поэта, эти положительные качества делают человека совершенным, и 
совершенство играет ключевую роль в создании идеального общества. 
В творчестве великого поэта прослеживаются три направления: 
прославление и пропаганда человеческого разума, интеллекта и связанных с 
ними науки и философии; Пение и пропаганда высоких моральных качеств 
человека; Прославление и пропаганда справедливости, общества свободных, 
равных и дружелюбных людей, которое обеспечивает человеческое счастье и 
кладет конец угнетению и жестокости.


Filologiya məsələləri, № 5, 2021
154
Из изучения отношения Низами Гянджеви к человеку, идеальному 
обществу, идеальному государству, поискам справедливого короля и в целом к 
такой теме можно сделать следующие выводы: 
Низами Гянджеви видит силу тюркских государств в их справедливости, в 
правильности их методов управления и справедливо отмечает, что если турки 
отойдут от справедливости, мир не увидит их такими великими и примет их на 
той же высоте. Народы внутри, живущие в единстве, также предпочитают жить 
под властью других каганов. Конечно, эти мысли не проистекали из турецких 
предрассудков поэта, он указывал, что турки были просто как нация. 
По словам Низами Гянджеви, справедливость - это понятие, связанное с 
религиозными убеждениями. Поэт считает, что создание справедливого 
общества возможно благодаря существованию справедливого правителя. По 
словам Низами, отправление правосудия в политической сфере лучше, чем 
правосудие отдельных лиц. Независимо от того, насколько широко признается, 
что общество состоит из людей, мы не должны забывать, что исполнение 
законов находится в руках государства и правительства. Это означает, что если 
справедливость не восторжествует на государственном уровне, для общества 
не удастся хорошо провести день. 
По словам Низами, если правосудие не будет восстановлено 
государственными решениями, права просто людей будут нарушены. Взгляды 
Низами на справедливость, основанные на «Политическом документе» по 
социально-политическим вопросам, доказывают, что он был философом, 
придерживающимся общественных взглядов. Несмотря на то, что они жили в 
средние века, принципы справедливости все еще соблюдаются примерно на 
той же основе. Это показывает, что проблемы, над которыми Низами работал 
на протяжении всей своей карьеры, по-прежнему актуальны. 
Взгляды Низами на справедливость, мораль и равенство являются ярким 
примером высочайшего уровня его мусульманского мышления. 
Ключевые слова: стихотворение, художественное мышление, мораль, 
справедливость, совершенство, идеальное общество. 
A.H. NAZAROVA 
PRAISE OF JUSTICE, EQUALITY AND FRIENDSHIP IN NIZAMI 
GANJAVI'S PHILOSOPHICAL
AND ARTISTIC HERITAGE
SUMMARY 
Nizami Ganjavi brought all the sciences of the period to poetry. At the same 
time, the poet always glorified human feelings, in particular, propagated the ideas of 
justice, respect for humanity, unity, equality, friendship, peace, democracy and 


Filologiya məsələləri, № 5, 2021
155
humanism in his immortal works. In the poet's view, these positive qualities make a 
person perfect, and perfection plays a key role in the creation of an ideal society. 
The works of the great poet can be traced in three directions: the glorification 
and propagation of the human mind, intellect and related science and philosophy; 
Praise and promotion of high moral qualities of a person; The glorification and 
propagation of justice, a society of free, equal and friendly people that ensures 
human happiness and puts an end to oppression and cruelty. 
The following conclusions can be drawn from the study of Nizami Ganjavi's 
attitude to man, the ideal society, the ideal state, the search for a just king, and in 
general to such a topic: 
Nizami Ganjavi sees the strength of the Turkic states in their justice, in the 
correctness of their management methods, and rightly notes that if the Turks move 
away from justice, the world will not see them as great and will accept them at the 
same height. The peoples living within it, living in unity, also choose to live under 
the rule of other khagans. Of course, these thoughts did not stem from the poet's 
Turkish prejudices, he pointed out that the Turks were just as a nation. 
According to Nizami Ganjavi, justice is a concept related to religious beliefs. 
The poet thinks that the creation of a just society will be possible due to the existence 
of a just ruler. According to Nizami, the administration of justice in the political 
sphere is better than the justice of individuals. No matter how much it is accepted 
that society consists of individuals, we must not forget that the implementation of 
laws is in the hands of the state and government. This means that if justice is not 
done at the state level, it will not be possible for society to have a good day. 
According to Nizami, if justice is not done by state decisions, the rights of just 
individuals will be violated. Nizami's views on justice, based on the "Policy Paper" 
on socio-political affairs, prove that he was a public-minded philosopher. Despite 
living in the Middle Ages, the principles of justice are still practiced on roughly the 
same basis. This shows that the problems that Nizami has been working on 
throughout his career are still relevant. 
Nizami's views on justice, morality and equality are a clear example of the 
highest level of his Muslim thinking. 
Keywords: poem, artistic thinking, morality, justice, perfection, ideal 
society 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Prof. Sayalı Sadıqova
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
156
GÜLTƏKİN ABDULLAYEVA 
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
ADPU 
Pion2691@rambler.ru 
OXU MATERİALLARININ TƏDRİSİ PROSESİNDƏ ŞAGİRDLƏRİN 
BƏDİİ TƏFƏKKÜRÜNÜN İNKİŞAF ETDİRİLMƏSİ 
Xülasə 
Bu məqalə Azərbaycan dili dərslərində şagirdlərin bədii təfəkkürünün inkişafı 
məsələlərinə həsr olunmuşdur. Burada ibtidai siniflərin oxu materiallarının tədrisi 
prosesində bədii təfəkkürün inkişaf yolları və vasitələri öz əksini tapmışdır. Bədii 
dilin yaranmasında iştirak edən vasitələr içərisində söz mühüm yer tutur, aparıcı rol 
oynayır. Bədii obrazlar, əsasən, sözün köməyi ilə yaranır və formaya düşür. Məzmun 
və forma ayrı-ayrı məfhumlar olsalar da, zahirən müstəqil görünsələr də onlar 
ayrılıqda mövcud deyil, dialektik vəhdətdədirlər.Təlim prosesində bunların vəhdəti, 
birinin digəri üçün əsas olmasi gözlənilməlidir. Təhlil zamanı bunlardan birinin 
nəzərdən qaçırılması əsərin tam aydınlığı ilə başa düşülməsinə mənfı təsir edir. Hər 
hansı bir əsərin təhlilində ideya və süjeti dil, üslub, sənətkarlıq məsələləri ilə 
kompleks şəkildə təsirli çatdırmaq mümkündür. Bədii əsərin tədrisində ancaq 
məzmun, çılpaq sosioloji söhbət kəmiyyət göstəricisidir. Bədii məzmun bədiiliyi 
təmin edən elementlərin təhlili ilə açılmalıdır. Belə olduqda əsərin bədii keyfiyyəti, 
estetik məziyyəti aşkar olur. Əsər oxucu məktəblinin yalnız yaddaşına deyil, həm də 
duyğularına hopur. Duyularaq, yaşana-yaşana dərk olunan əsər ya gec unudulur, ya 
da heç unudulmur. Bədii detalların şərhi məktəblidə bədii zövq aşılayır, onun estetik 
səviyyəsini yüksəldir. Şübhəsiz ki, orta məktəbdə bədii əsərlərin dil və üslubunun 
öyrədilməsi məsələsinin müvəffəqiyyətli həlli ibtidai siniflərdə oxu təliminin düzgün 
təşkilindən asılıdır. Bədii dilin ifadəli cəhətlərinə şagirdlərin diqqətini tərbiyə etmək 
psixologiyanın maraqlı problemlərindən biridir. Bədii obrazların düzgün 
canlandırılması məzmunun dərindən başa düşülməsinin əsas şərtidir. Bədii əsərin 
başa düşülməsi onun estetik cəhətdən dərk olunması deməkdir. Oxu dərslərində 
əsərin bədii cəhətləri və dilinə diqqət yetirilməsi oxunmuş materialın şagirdlər 
tərəfindən dərindən başa düşülməsini təmin edir. Bu da bədii əsərin estetik təsirini 
artırır.
Açar sözlər: kurikulum, bədii təfəkkür, obrazlı sözlər, bənzətmə, epitet, 
metafora 
Cəmiyyətin indiki inkişaf mərhələsində yüksək mədəniyyətli adamlar tərbiyə 
edib yetişdirmək, onların estetik zövq və ideallarını formalaşdırmaq, sənət əsərindən 


Filologiya məsələləri, № 5, 2021
157
baş çıxarmağı, doğma dilin əzəmət və gözəlliyini duymağı, onu dərk etməyi 
öyrətmək məktəbin başlıca vəzifəsidir.
Bədii mətnlərdə söz və söz birləşmələri həqiqi mənadan daha çox məcazi 
mənada işlənərək nitqi canlı edir, təfəkkürü oyadır, şagirdlərin lüğətini inkişaf etdirir. 
İbtidai siniflərdə şagirdlərin gücünə müvafıq bütün imkanlardan istifadə etməklə, 
bədii mətnlərdə verilmiş obrazlı ifadələr (bənzətmə, epitet, metafora, perifraz və s.) 
üzərində iş aparmaq lazımdır. 
İbtidai siniflər üçün Azərbaycan dili fənni üzrə təhsil Proqramında 
(Kurikulumda) mətn üzərində iş zamanı şagirdlərdən insanın, təbiətin və s. aydın 
təsvirini seçməyi və öz nitqləıində işlətməyi bacarmaları tələb olunur. Belə ki 
şagirdlər kitab üzərində işləməklə oxuduqları mətndə əsas fikri ayırmağa, fikirlər 
arasında məntiqi əlaqə yaratmağa çalışırlar. Onlar oxuduqları əsərin sadə təhlili 
yollarını öyrənirlər: əsərdə iştirak edən şəxslərin hərəkətlərini qiymətləndirir, sərrast 
söylənmiş obrazlı ifadələri, həmçinin xasiyyətnamə üçün material seçirlər.
Bu tələblər Kurikulumda belə ifadə olunur: 
Ümumi təlim nəticələri 
Sərbəst, düzgün, sürətli, şüurlu, ifadəli oxuyur və savadlı yazır. 
Məzmun xətləri 
Oxu. Şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün 
məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, ...dilin gözəlliyinə, 
üslubi imkanlarının zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını 
təmin edir. 
Təlim nəticələri 

Mətni düzgün, sürətli, şüurlu, ifadəli oxuyur 

Bədii və elmi-kütləvi mətnləri fərqləndirir. 
Məzmun standartları 

Nitqində sadə bədii ifadələrdən istifadə edir (II sinif). 

Fikirlərini aydın və obrazlı etmək məqsədilə bədii ifadələrdən istifadə edir 
(III sinif). 

Verilmiş sadə mətni bədii ifadə vasitələri ilə zənginləşdirməklə obrazlı və 
emosional nəql edir (IV sinif) 

Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir. 
[1] 
İbtidai siniflərdə tədris olunan bədii mətnlərdə müxtəlif məcazlar və digər 
obrazlı ifadələr vardır. Qeyd etmək lazımdır ki, ibtidai siniflər üçün mövcud 
dərsliklərdə şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə və mətnlərin 
məzmununun mənimsənilməsinə xidmət edən materiallara daha çox yer verilir. 
Şagirdlərin obrazlı nitqinin və bədii təfəkkürünün inkişaf etdirilməsi bir növ 
“kölgədə qalır”. Bu səbəbdən xüsusilə II-III siniflərdə bədii materialların “qıtlığı” 


Filologiya məsələləri, № 5, 2021
158
özünü göstərir. Müəllimlər həmin boşlüğü doldurmaq üçün ehtiyac olduqda, əlavə 
oxu materiallarından istiadə edə bilərlər. 
Təcrübə və müşahidələr göstərmişdir ki, ibtidai siniflərdə bədii əsərlər tədris 
olunarkən bədii ədəbiyyatın spesifikası obrazlılığı əksər hallafda nəzərə alınmır, 
onların tədrisi elmi-kütləvi mətnlərin oxusundan az fərqlənir. Əsərdə təsvir 
olunanların düzgün qavranılması və aydın təsəvvür olunmasınakömək edən bədii 
vasitələr üzərində lazımi iş aparılmır. Mətndəki bədii təsvir və ifadə vasitələrinin 
tapılmasına az diqqət yetirilir, müəllif tərəfındən bu və ya digər sözün seçilməsi 
səbəblərinə təsadüfi hallarda nəzər salınır. Həmin sahələrdə uşaqların müşahidəçilik 
qabiliyyətləri inkişaf etdirilmir, onların ədəbi görüş dairələri genişləndirilmir. 
Təəssüf ki, müəllimlərin əksəriyyəti yalnız məzmunun dərk edilməsinə, şagirdlərə 
çox şey öyrədilməsinə fikir verir. Oxu zamanı yazıçının hissi, həyəcanı, lirikası, 
obrazların əhvali-ruhiyyəsi, əsərin ən təsirli yerləri şagirdlərə çatdırılmır və 
mənimsədilmir. Nəticədə əsərdəki bədiilik, oynaqhq, axıcılıq pozulur, onun bədii 
təsiri azalır, əsər obrazlı qavranmır. Şagirdlər oxuduqları bədii əsərlərin dilinin, 
ondakı obrazlı ifadələrin, dəqiq, sərrast sözlərin bədii qüvvəsini və gözəlliyini başa 
düşmür, hiss edə bilmir, nitqində istifadə etmir və onlardan zövq almırlar. [4] 
İbtidai siniflərdə bədii mətnlərin dili üzərində işin təşkilindəki nöqsanlar, 
əsasən, bu sahədə müəllimlərə kömək göstərən sanballı metodik vəsaitin olmaması, 
elmi-tədqiqat işlərinin aparılmaması ilə əlaqədardır. Metodik ədəbiyyatda bədii 
mətnlərin dili üzərində işin təşkili iki istiqamətdə nəzərdən keçirilir:
a) şagirdlərin lüğətini zənginləşdirmək və nitqini inkişaf etdirmək vasitəsi 
kimi:
b) oxunmuş əsərin məzmununu obrazlı şəkildə başa düşmək vasitəsi kimi.
Qeyd etmək lazımdır ki, məsələnin birinci cəhəti daha geniş işıqlandırılmış, 
bu problem üzrə qiymətli elmi-tədqiqat işləri mövcuddur. Lakin bədii əsərlərin 
məzmununun obrazlı surətdə qavranılması və dərindən başa düşülməsi məqsədi ilə 
onun dili üzərində işlə əlaqədar məsələlər az öyrənilmişdir. Bu qüsurlar fənn 
kurikulumunun tətbiq olunduğu indiki dövrdə özünü daha çox göstərir. 
Şagirdlərin nitqinin bədii söz və ifadələrlə zənginləşdirilməsinin bünövrəsi 
aşağı siniflərdən qoyulur. Bu sahədə işin ilk mərhələsi obrazlı söz və ifadələrin 
mətndəki rolunu başa salmaqla poetik dilə maraq oyatmaqdan, ikinci mərhələ isə 
həmin söz və ifadələr hesabına şagirdlərin nitqinin ifadəliliyini təmin etməkdən 
ibarət olmalıdır. Bunların yerinə yetirilməsi üçün müəllim dərsə hazırlıq prosesində 
obrazlı söz və ifadələri seçməli, onlar üzərində aparılan işi planlaşdırmalı, bu 
obyektlərin şüurlu mənimsənilməsinə çalışmalıdır.
V.Oseyevanın «Üç ana, üç öğul» hekayəsində (II sinif) oğlanlardan birinin 
mahnı oxuması bülbülün səsi ilə müqayisə olunur: bülbül kimi oxuyur. Sanki bu 
obraz hamı tərəfindən başa düşülür: bülbül kimi oxuyur, deməli, çox yaxşı oxuyur. 
Lakin unutmaq olmaz ki, bülbülün nəğməsini eşitməyən uşaq da vardır. Belə olduqda 
həmin obrazın şagirdlər tərəfindən formal qavranıla bilməsi təhlükəsi meydana çıxır. 


Filologiya məsələləri, № 5, 2021
159
Buna görə də şagirdləri bənzətmə ilə tanış etmək üçün elə misallar götürmək 
lazımdır ki, buradakı əşya uşaqlara yaxşı tanış olsun. Məsələn, H.Ziyanın «Mən də 
yaradım» şerində deyilir:
... Küçə görürəm,
Güzgü tək hamar.
Küçənin hamar olmasının güzgü ilə müqayisə olunması şeirin emosional 
səviyyəsini yüksəltməklə yanaşı, onun uşaqlar tərəfindən başa düşülməsinə səbəb 
olur.
İbtidai sinif dərsliklərində bənzətmələr müəyyən yer tutur. Onlara tədricən, 
rəngarəng üsullarla yanaşmaq lazımdır. Onların izahı məntiqi təhlilə gətirib 
çıxarmamalıdır. Şagirdlərin təsəvvüründə obrazları canlandırmaq üçün belə 
tapşırıqlar verilə bilər: «Təsəvvür edin ki, qar yağır. Qar dənəcikləri havada 
fırlanaraq yavaşca paltarınızın üstünə düşür. Onlar nəyə oxşayırlar? Uşaqlar qarı 
ulduz, pambıq, ağ örtük, yorğanla müqayisə edirlər».
Bənzətmələrlə bağlı müstəqil işlərdən geniş istifadə olunmalıdır. III sinif 
şagirdlərinə təbiəti müşahidə etmək əsasında payızı və qışı təsvir etmək tapşırığı 
verilir. Onlar nitqlərində bənzətmələri aşağıdakı şəkildə işlədirlər: «Payızda meşə 
alabəzək görünür. Ağacların yarpaqları rəngini dəyişir. Qayın, ağcaqayın və cökənin 
yarpaqları limon kimi sapsarı olur. Həmişəyaşıl ağaclar atlas kimi 
parıldayır».«..Hava soyuqdur. Şiddətli külək əsir. Şaxta qılınc kimi kəsir» və s.
III sinif şagirdləri «Kənd səhəri» inşasında bənzətmələrdən aşağıdakı şəkildə 
istifadə etmişlər. «Səhərdir. Günəş hər tərəfi qızdırır. Otların üzərinə düşən şeh inci 
kimi parıldayır. Ağ yasəmən kimi pambıq açılmışdır. Adamlar tarlada işləyirlər».
Bədii mətnlərdə epitetlərə də rast gəlinir. Epitetlər üzərində iş əşyanın nə 
üçün başqa cür deyil, məhz belə müəyyənləşdirilməsinin izahından başlanır. 
M.Rahimin «Quzu» şerində «Gəl, tükləri məxmər quzum» ifadəsində işlənmiş 
«tükləri məxmər» epiteti üzərində müəyyən iş apardıqdan sonra şagirdlər tərəfındən 
belə izah olunur: quzunun tükləri məxmər kimi yumşaq, hamar, parlaq, gözəl olduğu 
üçün belə adlandırılmışdır.
Əgər I-II siniflərdə şagirdlər epitetləri sadəcə olaraq izah edirlərsə, III–IV 
siniflərdə epitet rolunda çıxış edən sözlərin emosional-ekspressiv çalarlarına diqqət 
yetirməlidirlər. Şagirdlər başa düşməlidirlər ki, M.Seyidzadənin «Bahar nəğməsi» 
şeirində «coşan sellər», «qızıl lalə» kimi ifadələr şairin sevincini, şən əhval-
ruhiyyəsini bildirir.
III və IV siniflərdə epitetlər tapılması üçün xüsusi tapşırıqlar yerinə yetirilir. 
Uşaqlara təklif olunur ki, onlara tanış olan əşyanı (dəniz, hava, günəş və s.) yaxşı 
təsvir etmək üçün müvafiq sözlər fikirləşib söyləsinlər.
Uşaqlara quşları, heyvanları yaxşı təsvir etmək üçün sifətlər artırıb yazmaq 
tapşırığı verilir. Təyinlər seçilməsi obrazlı təfəkkürü, müşahidəçilik qabiliyyətini 
inkişaf etdirmək üçün xüsusilə faydalıdır. Epitetlər üzərində iş qrammatik 


Filologiya məsələləri, № 5, 2021
160
mövzuların, birinci növbədə, sifətlərin öyrədilməsi ilə daha çox əlaqələndirilir. 
Uşaqlar inanırlar ki, bu nitq hissəsinin güclü ifadə və təsvir imkanları vardır.
Məlum olduğu kimi, metaforalar qüvvətli təsvir gücünə malikdir. Metaforada 
hər hansı oxşar əlamətinə görə bir hadisə tamamilə başqasının üzərinə keçir, bununla 
da poetik lövhələr yaranır:
Sönməz bir günəşsən, öz tellərinlə
Qatı qaranlığı bir anda boğdun.
Ellərə xoş gələn əməllərində
Baharın qoynundan xəzanı qovdun.
Burada metaforalar bütöv bir poetik fraza yaratmışdır. Müəllim şeirdəki fikri 
şagirdlərə belə çatdırır: Şair demək istəyir ki, inqilab zülmü, əsarəti bir anda məhv 
etdi, öz əməlləri ilə ağır günləri, çətin vəziyyəti aradan qaldırdı, xalqımıza xoşbəxtlik 
gətirdi.
Metaforalarm izahı II sinifdən başlanır (terminsiz). Uşaqlar «Səməni» 
şeirində oxuyurlar:
Budaqlarda axşam, səhər
Şəfəq saçsın şux meyvələr 
Sevincimiz başdan aşsın
Bahar, günəş qucaqlaşsın.
Şagirdlərə izah olunur ki, meyvələrin şəfəq saçması, baharla Günəşin 
qucaqlaşması kimi ifadələr baharın gəlişi ilə əlaqədar şairin sevincini bildirir.
Dildə metaforalarm əhəmiyyətini başa salmaq üçün tapmacalar üzərində 
aparılan işin təsiri çoxdur. Ikinci sinif şagirdlərinə tapmaca söylədilir:
Su içində üzərəm,
Sudan çıxsam elərəm
Əynimdə pullu paltar
Məni torla tutarlar.
Burada metafora bütöv bir lövhə təşkil edir. Müəllim sual verır:
- Nə üçün tapmacada pullu paltardan bəhs olunur? Məgər pullu paltar olar?
- Yox, pullu paltar dedikdə balığın dərisi nəzərdə tutulur.
- Daha hansı əlamətlərinə görə tapmacada balıqdan bəhs edildiyini söyləmək 
olar?
- Tapmacada deyilir: su içində üzərəm, sudan çıxsam ölərəm, məni torla tutarlar. 
Bu əlamələr balığa aiddir.
- Uşaqlar, fikirləşib tapmaca söyləyin.
Tapmacalar uşaqların yaradıcılıq hissini inkişaf etdirir.
Uşaqların özləri tərəfindən söylənilmiş aşağıdakı tapmacalar bu sahədə mühüm 
əhəmiyyət kəsb edir:
«İçində qışdır, çölündə bahar» (II sinif)
«Çağırıram hündürdən, səsim gəlir kəndirdən» (II sinif) 


Filologiya məsələləri, № 5, 2021
161
Göründüyü kimi, bütün tapmacaların əsasını metaforalar təşkil edir. 
Z.Cabbarzadənin «Kənd» şeirindəki (II sinif) metaforalar üzərində düzgün iş 
aparılması onun şagirdlər tərəfındən bədii surətdə qavranılmasına kömək edir.
Qabaqcıl müəllimlər bu şeirdəki obrazlı müqayisələri məzmunun 
mənimsədilməsi ilə əlaqəli aparırlar. Bu məqsədlə müəllim gıriş müsahibəsi və şerin 
nümunəvi oxusundan sonra izahlı oxu aparır:
- Günəş nə vaxt çıxır?
- Günəş səhər çıxır.
- Burada ilin hansı fəslində günəşin çıxmasından danışılır?
- Yay fəslində günəşin çıxmasından danışılır.
- Nə üçün «Qızıl günəş» deyilir?
- Yay səhərində günəş qızıl kimi parlaq olur.
- Nəyin alışıb yandığını demək olar.
- Odunun, kağızın, taxtanın alışıb yandığını demək olar.
- Bunu necə başa düşürsünüz: «sular alışıb yanır», Sular alışıb yanarmı?
- Bu o deməkdir ki, günəşin qızıl rəngli şüaları suyun üzərinə düşərək onu 
parladır. Adama elə gəlir ki, su alışıb yanır.
- Şeirdə geniş düzlər nəyə oxşadılır? Bu barədə nə deyilir?
- Geniş düzlər yaşıl çəmən kimi uzanır.
- Pambığın açılması nə ilə müqayisə olunur və nə üçün?
- Açılmış pambıqlar ağ yasəmənə bənzədilir. Yasəmən ağ olduğu üçün açılan 
pambıq onunla müqayisə olunur.
- Şair nə üçün «Şən qızlar» deyir? Qızlar nə üçün şəndirlər?
- Tarlada məhsul çoxdur. Açılmış pambığı topladıqca qızlar sevinirlər.
- Şeirdə şən qızlar nəyə oxşadılır? Şair bunu necə ifadə edir?
- Şeirdə şən qızlar ulduzlara oxşadılır. Burada deyilir: Sanki mavi göylərdən 
yerə ulduzlar enmişdir.
Müəllim bədii təsvir vasitələrinin təsirini hiss etdirmək məqsədilə şerdə 
işlənmiş obrazlı ifadələri ataraq aşağıdakı şəkildə oxuyur və lövhəyə yazır:
«Səhərdir, günəş çıxmışdır. Geniş düzlərdə pambıq açılmışdır. Qızlar tarlada 
çalışırlar».
Göründüyü kimi, məzmun dəyişilməmişdir. Müəllim bunu şeirın özü ilə 
müqayisə etdirir və hansının təsirli olduğunu və xoşa gəldiyini soruşur. Əlbəttə, 
şagirdlər tərəddüd etmədən şeri üstün tuturlar. [2] 
Şagirdlər şerdəki şən əhvali-ruhiyyəni hiss etməlidirlər. Müsahibədən sonra 
uşaqlara kənd səhərini təsvir edən şəkil çəkmək tapşırılır.
Mətndəki obrazlı ifadələrin şüurlu mənimsənilməsi üçün mühüm vasitələrdən 
biri ekskursiyalardır. Şagirdlər müəllimin verdiyi plan əsasinda payız fəslində 
meşəyə, parka, bağa və s. keçirilən ekskursiya zamanı havanı, otları, meyvələri, 
quşları və s. müşahidə etdikdən sonra mətnlərdən təbiətin təsviri verilən bir parçanı 
əzbərləmək və ya oxutdurmaq, bitki, heyvan və s. ilə əlaqədar bildikləri atalar sözü, 


Filologiya məsələləri, № 5, 2021
162
tapmacaları söylətdirmək obrazlı ifadələrin şüurlu mənimsənilməsinə, bədii əsərin 
dərindən başa düşülməsinə kömək edir, şagirdlərin nitqini zənginləşdirir və ifadəli 
edir. Məsələn, M.Rzaquluzadənin «Payız gəlir» şeirindən:
«...Bağçalarda, meşələrdə,
Hər yer yumşaqdır, nəmişdir
Xəzəllərdən yerə sanki
Rəng-rəng xalça döşənmişdir»...
misraları oxunub müşahidə edilənlərlə müqayisə olunur. Şagirdlərin bilavasitə 
müşahidə etdikləri ilə şeirdəki təbiət təsvirinin belə tutuşdurulması, bir tərəfdən, bu 
fikrin oyanmasına səbəb olur ki, şairin yazdıqları da onların gördükləri şeylərdən 
başqa bir şey deyildir. Digər tərəfdən isə, təbiətdə baş verən dəyişikliklərin 
emosional qavranılmasına səbəb olur. Qavranılmışların sözlə belə ifadəsi onları 
obrazlı ifadələr işlətməyə sövq edir. Oxunmuş əsərlərdə bədii obrazların şagirdlər 
tərəfindən düzgün canlandırılması, hər şeydən əvvəl, onların həyat təcrübəsindən, 
müşahidə, təəssürat və biliklərinin həcmindən asılıdır. Biliklər qavrayışı kütləşdirmir, 
əksinə, onu daha dəqiq və dərin edir, həm də nəzərə almaq lazımdır ki, əvvəllər 
qazanılmış biliklər şagirdlərin təsəvvüründə, sadəcə olaraq, yenidən canlanmır, onlar 
yenidən mənalandırılır və dərk olunur. «Uşaq nə qədər çox görmüş, eşitmiş, hiss 
etmiş, nə qədər çox bilmiş və mənimsəmiş olarsa, onun təxəyyül fəaliyyəti bir o 
qədər əhəmiyyətli və məhsuldar olacaqdır”. [3] 
İbtidai sinif şagirdlərində bədii əsərlərin oxusu prosesində yaranmış obrazlar 
o zaman aydın və parlaq olur ki, təsvir olunan lövhələr şagirdlərə tanış olsun, onlar 
tərəfindən tez–tez müşahidə edilmiş olsun. Belə olduqda uşaq eşitdiyi və oxuduğu 
hadisə və əlamətləri əyani şəklə asanlıqla keçirir.
Əgər haqqında danışılan əşya və hadisələr uşağın həyat təcrübəsində kifayət 
qədər öz əksini tapmamışsa, onların obrazları şagirdlərin təsəvvürlərində son dərəcə 
qeyri–sabit, zəif və sönük olur, baş vermiş müxtəlif assosiasiyaların təsiri altında 
asanlıqla dəyişilir. Əyani materiala istinad etmək bərpaedici təxəyyülün fəaliyyətinə 
həmişə kömək edir, canlandırılan obraz məzmunca daha dəqiq, parlaq və canlı olur. 
Lakin bədii obrazların düzgün canlandırılmasına çox zaman uşaq təsəvvürlərinin 
«dar» konkretliyi mane olur, buna görə də ibtidai sinif şagirdləri məcazi mənada 
işlənmiş mücərrəd obrazları, onların əlamətlərini canlandırmaqda çətinlik çəkir, 
bəzən buna nail ola bilmirlər. Ədəbiyyat və incəsənətin inkişafında başlıca xətt 
xalqın həyatı ilə əlaqəni möhkəmləndirməkdən, cəmiyyətin həyatının zənginliyini və 
müxtəlifliyini doğru və yüksək bədiiliklə əks etdirməkdən, mənəvi dəyərləri ilhamla 
və parlaq surətdə təsvir etməkdən ibarətdir. Göründüyü kimi, müasir dövr ədəbiyyat 
sahəsində yüksək səviyyəli əsərlərin yaradılması tələbini irəli sürür. Sənət əsərinin 
yüksək bədiiliklə yaradılması, yazıçının dil və üslubunun sadəliyi, lakonikliyi, dərin 
ifadəliliyi, tutarlılığı ilə bağlı olan bir məsələdir. Buna görə də məktəbdə yazıçının 
sənətkarlığının başa salınmasında bədii əsərin dil və üslubunun öyrədilməsinin 
mühüm əhəmiyyəti vardır.


Filologiya məsələləri, № 5, 2021
163
İbtidai məktəbdə ana dilinin tədrisi uşaqlara dilin obrazlı ifadə vasitələri 
haqqında nəzəri məlumatlar vermək məqsədini qarşısına qoymamışdır. Bütün işlər 
praktik xarakter daşıyır və nitq inkişafı sisteminə tabedir. Deyilənləri 
ümumiləşdirərək, ibtidai məktəbdə bədii ifadələr üzərində işin aşağıdakı üsullarını 
göstərmək olar:
a) mətndəki obrazlı söz və ifadələri tapmaq;
b) mətndə şagirdlər tərəfındən tapılmış və ya müəllim tərəfindən göstərilmiş 
söz və ifadələrin mənasını izah etmək;
c) müəllimin sualı əsasında obrazı illüstrasiyalaşdırmaq, bədii təsviri, 
oxunmuşları təsəvvürdə canlandırmaq;
d) təhlil olunmuş və başa düşülmüş obrazlardan danışıq, nağıl zamanı, yazılı 
inşa və ifadələrdə istifadə etmək; 
e) bənzətmə, epitet seçilməsi, tapmaca tərtib olunması və s. üzrə xüsusi 
çalışmalar. 
Bədii əsərlər üzərində iş şagirdlərin ədəbi görüş dairəsini genişləndirir. Eyni 
zamanda onların emosional təəssüratlarını zənginləşdirir, bədii sözün mənasını başa 
düşməyə, mətndə onun rolunu anlamağa, bədii obrazları düzgün canlandırmağa, 
oxunmuş əsərin məzmununun dərindən mənimsənilməsinə, şagirdlərin nitqinin 
ifadəliliyinə, oxunmuş materialın şüurlu qavranmasına kömək edir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumu (I-
IV siniflər). Bakı, 2007
2. Abdullayev A. Qiraət dərslərində bədii əsərlərin dili üzərində işin təşkili. Bakı, 
1979.
3. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2017.
4. Kərimov Y. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2013 
Г.АБДУЛЛАЕВA
РАЗВИТИЕ ХУДОЖЕСТВЕННОГО МЫШЛЕНИЯ УЧАЩИХСЯ В 
ПРОЦЕССЕ ОБУЧЕНИЯ МАТЕРИАЛОВ ЧТЕНИЙ 
РЕЗЮМЕ 
Данная статья посвящается вопросам развития художественного 
мышления на уроках Азербайджанского языка. В ней излагаются пути и 
средства по развитию художественного мышления в процессе обучения на 
уроках чтения в начальных классах.
Среди средств, участвующих в 
формировании литературного языка, слово занимает важное место и играет 
ведущую роль. Художественные образы возникают и обретают форму в 
основном с помощью слов. Хотя содержание и форма являются отдельными 
понятиями и кажутся самостоятельными, они не существуют раздельно, а в 


Filologiya məsələləri, № 5, 2021
164
диалектическом единстве. В процессе обучения следует ожидать, что их 
единство станет основой друг для друга. Игнорирование одного из них при 
анализе отрицательно сказывается на полном понимании произведения. При 
анализе любого произведения можно эффективно передать идею и сюжет в 
комплексе с вопросами языка, стиля, мастерства. В обучении художественной 
литературы качественным показателем являются лишь содержание и 
социологическая беседа. Художественное содержание должно открываться 
анализом элементов, обеспечивающих художественность. В этом случае 
раскрываются художественное качество и эстетические достоинства работы. 
Произведение проникает не только в память школьника, но и в его чувства. 
Произведение, которое ощущается и воспринимается, либо забывается поздно, 
либо никогда не забывается. Интерпретация художественных деталей 
прививает школьнику художественный вкус, повышает его эстетический 
уровень. Несомненно, успешное решение вопроса обучения языка и стиля 
художественных произведений в средней школе зависит от правильной 
организации обучения чтению в начальных классах. Правильная анимация 
художественных образов – главное условие глубокого понимания содержания. 
Понимание художественного произведения означает его эстетическое 
осмысление. Уделяя внимание художественным аспектам и языку 
произведения на уроках чтения, обеспечивается глубокое понимание 
прочитанного материала учащимися. Это также увеличивает эстетический 
эффект художественного произведения. 
Ключевые слова: курикулум, художественное мышление, образные слова, 
эпитет, метафора 
G.ABDULLAYEVA 
THE DEVELOPMENT OF STUDENTS' ARTISTIC THINKING IN THE 
PROCESS OF LEARNING READING MATERIALS 
SUMMARY 
This article is devoted to the development of artistic thinking in the Azerbaijani 
language lessons. It sets out ways and means to develop artistic thinking in the 
process of learning in reading lessons in primary schools. Among the means involved 
in the formation of a literary language, the word occupies an important place and 
plays a leading role. Artistic images arise and take shape mainly with the help of 
words. Although content and form are separate concepts and seem to be independent, 
they do not exist separately, but in dialectical unity. In the process of learning, it is 
expected that their unity will become the basis for each other. Ignoring one of them 
in the analysis negatively affects the full understanding of the work. When analyzing 
any work, you can effectively convey the idea and plot in combination with 


Filologiya məsələləri, № 5, 2021
165
questions of language, style, and skill. In the teaching of fiction, the only qualitative 
indicator is the content and the sociological conversation. The artistic content should 
be opened by analyzing the elements that provide artistry. In this case, the artistic 
quality and aesthetic advantages of the work are revealed. The work penetrates not 
only into the memory of the student, but also into his feelings. A work that is felt and 
perceived is either forgotten late or never forgotten. The interpretation of artistic 
details instills an artistic taste in the student, increases his aesthetic level. 
Undoubtedly, the successful solution of the problem of teaching the language and 
style of works of art in secondary school depends on the correct organization of 
reading instruction in primary classes. Correct animation of artistic images is the 
main condition for a deep understanding of the content. Understanding a work of art 
means understanding it aesthetically. Paying attention to the artistic aspects and the 
language of the work in reading lessons ensures a deep understanding of the material 
read by students. It also increases the aesthetic effect of the artwork. 
Keywords: curriculum, artistic thinking, figurative words, epithet, metaphor 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: pedaqogika üzrə fəlsəfə doktoru Pəri Paşayeva
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
166
ŞAHANƏ MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti
Ünvan: 
AZ 1148, Bakı, Z. Xəlilov küçəsi
shahanamammedovah@gmail.com 
CƏFƏR CABBARLININ YARADICILIĞINDA
QADIN AZADLIĞI 
Açar sözlər:
Cəfər Cabbarlı,
qadın hərəkatı, qadın azadlığı, qadın obrazları, 
qadınların təhsili, Azərbaycan qadını, səhnədə qadın 
Ключевые слова:
Джафар Джаббарлы,
женское движение, эмансипация 
женщин, образы женщин, женское образование, Азербайджанские женщины, 
женщины на сцене 
Key words:
Jafar Jabbarly,
women’s movement, emancipation of women, images of 
women, women’s education, Azerbaijani women, women on stage 
Görkəmli şair, nasir, ssenarist, dramaturq , felyetonçu-jurnalist kimi ədəbiyyat və 
mədəniyyət tariximizdə böyük yer tutan Cəfər Cabbarlı yaradıcılığı boyu yorulmadan 
çalışmış, həm müasirlərinə, həm də özündən sonrakı ədəbiyyat və mədəniyyət 
xadimlərinə örnək olmuşdur. Onun yaradıcılığı mövzularının rəngarəngliyi və 
aktuallığı baxımından əvəzolunmazdır. O, cəmiyyətdə hökm sürən ədalətsizlik, 
səfalət içərisində yaşayan insanların acınacaqlı halı, cəhalətin, yalançı din 
xadimlərinin tənqidi, ailə-məişət problemləri, teatrımızın inkişafı və s. bu kimi 
problemləri əsərlərində əks etdirmiş, cəmiyyətin şüurunda, həyata baxışında 
dəyişiklik yaratmağa çalışmışdır. 
C.Cabbarlını bütün yaradıcılığı boyu düşündürən məsələlərdən biri də qadın 
azadlığı-qadınların cəmiyyətdəki yeri, hüquqlarının tapdanması,təhsil alması,ictimai 
işlərə cəlb olunması kimi problemlər idi. 
Bildiyimiz kimi, Azərbaycanda qadın hərəkatı XIX əsrin sonu-XX əsrin 
əvvəllərində başlamış, Azərbaycanın demokratik mətbuatı, M.F.Axundzadə, 
C.Məmmədquluzadə kimi ədiblər öz əsərlərində qadın azadlığı məsələlərinə geniş 
yer vermişdilər. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra qadın 
azadlığı hərəkatı daha geniş şəkil almış, qadınlara kişilərlə bərabər hüquqların 
verilməsi, onların əməyinin eyni meyarlara əsasən qiymətləndirilməsi kimi 
problemlər gündəmi daim məşğul etmişdir. Sözsüz ki, C.Cabbarlı kimi həssas, 
mütərəqqi görüşlü bir şəxsiyyət bütün bunlara biganə qala bilməzdi. O, müxtəlif 
janrlarda yazdığı əsərlərində bu mövzuya dəfələrlə toxunmuş, yaddaqalan qadın 
obrazları yaratmışdır. Onun yaratdığı qadın obrazları öz xarakterləri və taleləri ilə 
həm bir-birinə bənzəyir, həm də bir-birindən fərqlənirlər. Bu qadınlardan bəziləri 
müti, çarəsiz, bəziləri isə cəsarətli, mübariz Azərbaycan qızlarıdır. M.Ə.Rəsulzadə 


Filologiya məsələləri, № 5, 2021
167
C.Cabbarlının qadın obrazları haqqında yazırdı: “Cabbarlının əsərlərindəki qadın 
surətləri passiv etirazdan başlayaraq aktiv protestə və sosial mübarizəyə qədər 
yüksəlir.” (1,66 ) 
C.Cabbarlının hekayələrindəki qadın obrazlarının əksəriyyəti öz bədbəxt taleləri, 
faciəvi aqibətləri, köhnə əxlaq normaları qarşısındakı acizlikləri ilə bir-birinə 
bənzəyirlər. Məsələn, “Gülzar” hekayəsinin qəhrəmanı saf, məsum, təmiz əxlaqlı 
Gülzar namusu ləkələndikdən sonra köhnə əxlaq normalarının təsiri altında əzilir. 
Əvvəl Gülzara hörmət və rəğbət bəsləyənlər artıq ona nifrətlə baxırlar. Qəlbində 
Gülzarın məsum olduğuna inanan Mənsur el tənəsindən qorxub ondan üz döndərir. 
Tez-tez öz daxili aləminə qapılan, iztirab çəkən, “Quran”ı bağrına basıb ondan imdad 
diləyən Gülzar ədalətsiz cəmiyyət qarşısında acizdir. Mövhumatın bədbəxt etdiyi 
Gülzarın hisslərini müəllif belə ifadə edir: “ Ona belə gəlirdi ki,bu haqsızlıqdan 
dünya uçulacaq, ulduzlar töküləcək, bütün kainat alt-üst olacaqdır. O da bunu 
istəyirdi. Lakin heç bir şey yox idi. Göylərin sonsuz dərinliklərində yerləşmiş 
ulduzlar öz daimi sakitlikləri ilə durmuş, hamısı sanki bir nifrətlə ona baxıb 
gülürlərdi. Yenə kainat olduğu vəziyyətində durmuş, adi vüqar və əzəməti ilə həyatın 
faciələrinə gülümsəyirdi.”(2,271) 
Sentimental üslubda yazılmış hekayədə müəllif Gülzarın daxili 
iztirablarına,düşüncə və duyğu-larına geniş yer vermişdir. 
Gülzara edilən haqsızlıqla barışa bilməyən müəllif “Dilbər” hekayəsində isə 
qadınların təhsili probleminə toxunmuşdur. Təhsilli qadın-təhsilli millət şüarı ilə 
həmfikir olan C. Cabbarlı qa-dınların təhsil almalarını, hüquqlarını dərk etmələrini, 
cəmiyyətə faydalli insanlar yetişdirmələrini arzulayırdı. Xüsusən qızların gənc yaşda 
zorla ərə verilmələri, getdiyi ailənin ağır yükünü kiçik çiyinlərində daşımaları 
C.Cabbarlının həssas qəlbini dərindən yaralayırdı. “Dilbər” hekayəsinin qəhrəmanı 
Dilbər də yetkinlik yaşına çatmadan Mirzə Kərimə ərə verilir. Dilbərin atası Həsən 
kişi elmin faydasını anlasa da Mirzə Kərimə olan borcları onu qızını məktəbdən 
ayırmağa məcbur edir. Müəllif Dilbərin sonrakı taleyini ürəkağrısı ilə belə təsvir 
edir: “Günlər gəlib keçirdi. Dilbər məktəb sözünü qaldırmağa belə cəsarət etmirdi. 
Zatən, dərsdən də qalmamışdı; Mirzə Kərimin anası Molla Gülsüm ona Qurandan 
dərs verir, müqabiləyə oturdur, yasin əzbərlədirdi. Ara-sıra təzə çıxmış 
mərsiyələrdən də öyrədirdi. Dilbərin günü payminbər öyrənmək və cümə axşamları 
yasin, üçaylıqda isə Quran oxumaqla kecirdi. Paltar-palaz yumaq, qab-qaşıq yumaq, 
xörək hazırlamaq və bu kimi işlər də ağır bir yük kimi Dilbərin üzərinə düşmüş, göz 
açmasına imkan vermirdi.” (2,278) 
Lakin bir gün keçmiş sinif yoldaşları ilə qarşılaşan və xatirələri canlanan Dilbər 
gecə ikən haraya getdiyini özü də bilmədən evi tərk edir. Məqsədi yalnız “bu dirilər 
məzarından uzaqlaşmaq”(2,281) olan Dilbər sahilin qaranlığında yox olur. 
Ağlamaqdan başqa çarəsi olmayan Gülzarın, Dilbərin taleyi o zamanki bir çox 
Azərbaycan qızlarının taleyi idi. Bu qızlar çıxış yolunu çox zaman intiharda 
görürdülər. 


Filologiya məsələləri, № 5, 2021
168
C.Cabbarlının qızların təhsil almasının vacibliyi probleminə toxunduğu digər 
hekayə -“Dilarə” də palçıqçı Bəşirin timsalında nümunəvi ata obrazı yaradılmışdır. 
Qızını təhsilli görmək istəyən ata fəlakətə uğrayır və məqsədinə çata bilmir. Bəşir 
kimi zavallılar üçün bu talenin adi bir hal olduğunu müəllif düşündürücü bir şəkildə 
bu cür ifadə edir: “ Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik 
yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı 
olsa da, adi bir şey deyilmidir? ” ( 2,272)
Əgər Gülzarın faciəvi taleyinin səbəbi mövhumat, ədalətsizlik idisə, Dilbərin və 
Dilarənin bədbəxt talelərinin kökündə yoxsulluq dururdu. 
C.Cabbarlı hekayə yaradıcılığında maraqlı mövzusu ilə diqqəti cəlb edən “Firuzə” 
(ilk adı “Bakı”) hekayəsində digər hekayələrinin əksinə təhsilli, cəmiyyətdə 
müəyyən mövqeyə malik Firuzə obrazını yaratmışdır. Firuzənin inkişafını 6 ildən 
sonra onunla ilk dəfə görüşən həyat yoldaşı Məmmədin dili ilə müəllif bu cür təsvir 
edir: “-Bax, geridə qalmış avam bir qadın indi həkimdir, maşın sürür. Bu inqilabdır; 
həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab...” (2,310) 
Bütün yaradıcılığı boyu teatrımızın, kinomuzun inkişafı yolunda dayanmadan 
çalışan, Azərbaycan qadınını səhnədə görməyi arzulayan C. Cabbarlı “Gülər” 
hekayəsində ürəyi səhnədə yaşayıb-yaratmaq arzusu ilə çırpınan, lakin arzusu 
ürəyində qalan gənc Gülərin obrazını yaradır və onun arzusunun reallaşmasına mane 
olan cəmiyyətə nifrətini bildirir. Müəllif Gülərin “vuruş səhnəsindən” zorla 
qoparılmasına təəssüf edir və düşüncələrini bu cür ifadə edir: “Onun istəyini qırdılar. 
Onun bacarığını öldürdülər. Onu canlı həyatdan, vuruş səhnəsindən qaytarıb, dörd 
divar arasına qapadılar... Öldürdülər...” (2,300) 
Xatirələri əsasında yazdığı “Gülər” hekayəsində C.Cabbarlı qadınların inkişafına 
mane olan “cəsədlərdən, meyitlərdən” tikilən hasarların bir gün məhz onların özü 
tərəfindən söküləcəyinə inam hissi ilə yanaşır və gələcəyə ümidlə baxır. 
C.Cabbarlı hekayələrində olduğu kimi dram əsərlərində də fərqli taleleri ilə 
seçilən qadın obrazları yaratmışdır. Əgər “Vəfalı Səriyyə” də hüququ əlindən alınmış 
Səriyyəni, “Solğun çiçəklər” də xəyanət qurbanı olan Saranı, “Aydın” da özünü fəda 
edən Gültəkini görürüksə, “Almaz”, “Dönüş” kimi əsərlərdə çətinliyə sinə gərən, 
möhkəm iradəyə sahib cəsur Azərbaycan qızlarını-Almazı, Gülsabahı müşahidə 
edirik. Azərbaycan qadınını azad görmək istəyən C.Cabbarlı 
“Sevili,Almazı,Gülsabahı yaratmaqla sanki Gülzarların,Durna və Saraların, Gültəkin 
və Firəngizlərin “heyfini” çıxır”, (3,47) onları əzən,məhvə sürükləyən cəmiyyətdən 
“intiqamını” alırdı.
C.Cabbarlı qadın azadlığının əsas mənbəyini onun iqtisadi azadlığında görürdü və 
olduqca haqlı idi. “Qadına, ən başlıca, iqtisadi azadlıq lazımdır” (4,45) deyən müəllif 
bu fikrini Sevilin timsalında əyani şəkildə sübut edirdi. 
Əsərin başlanğıcında biz avam, sadəlövh Sevili görürük. O, günlərlə ac oturub 
Balaşın yolunu gözləyir, onun gecə-gündüz dayanmadan çalışdığına inanır. Balaş isə 
Sevili adam yerinə qoymur, onu insan içinə çıxarmağa utanır. Lakin hadisələrin 


Filologiya məsələləri, № 5, 2021
169
sonrakı gedişatında biz fərqli bir Sevil görürük. Artıq o, inkişaf etmiş,həyata baxışı 
dəyişmiş,şüurlu və eyni zamanda azad bir qadındır.Bu mənada Sevilin Balaşa dediyi 
sözlər yerinə düşür: “İndi mən həyata qarşı aciz deyiləm.İndi məndə qoç döyüşünə 
qarşı aslan pəncəsi vardır.” (4,53 ) 
Sevilin inkişaf edib dəyişməsində Gülüşün rolu isə danılmazdır. Gülüş Sevilin 
gözünü örtən “qara pərdə” ni yırtmaqla onun şüurunda inqilab yaranmasına səbəb 
olur. 
Əsərdə müəllif cəmiyyətin “Nədir namus?...” sualına “Yalnız qadınların 
daşıyacağı bir yükdür” (4,52 ) cavabını verməklə həm əxlaq, namus anlayışına öz 
münasibətini, həm də qadın və kişi bərabərsizliyinə etirazını bildirirdi. Gülüşün 
vasitəsilə öz fikirlərini ötürən müəllif onun dilindən “... əxlaq da elastiki bir şeydir. 
Bunu hər kəs öz arşını ilə ölçə bilər”(4,46) deyərək cəmiyyətin çürük əxlaq 
normalarına qarşı çıxırdı. 
Azərbaycan qadınının keçdiyi həyat yolunu- onun dünənini, bugününü, inkişaf 
edib dəyişməsini əks etdirən “Sevil” pyesi o zaman böyük səs-küyə səbəb olmuşdu. 
Tamaşaya qoyulduqdan sonra onun haqqında müsbət fikirlərlə yanaşı mənfi 
yanaşmalar da meydana çıxmışdı. Bu barədə C.Cabbarlının ömür-gün yoldaşı Sona 
xanım Cabbarlı öz xatirələrində yazırdı: “Tezliklə tamaşanın premyerası oldu və 
“Sevil” tamaşaçılar tərəfindən böyük sevinclə qarşılandı. Teatra çadralı gələn çoxlu 
qadın tamaşadan sonra evə çadrasız getdi. 
Buna baxmayaraq, əsər haqqında böyük mübahisələr qalxdı. Bəziləri Sevili 
əxlaqsız adlandırıb pyesin səhnədən çıxarılmasını tələb edirdilər. Bakıda çıxan bütün 
qəzetlər dalbadal “Sevil” barədə böyük məqalələr verirdilər. Bir dəfə soruşdum: 
-Ay Cəfər, nə olub ki, bütün qəzetlər “Sevil” dən yazır, böyük mübahisələr gedir? 
O dedi: 
-Sonası, demək, əsərdə bir şey var ki, mübahisə gedir. Bir şey olmasa mübahisə 
getməz. Demək, məsələ ciddidir.” ( 5,47 ) 
Haqqında gedən mübahisələrə baxmayaraq “Sevil” minlərlə qadının həyatına 
müsbət təsir göstərmiş, onların zülmət yolunu aydınladaraq həyatlarını dəyişmişdir. 
“Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq.”( 
4,77 ) deyən C.Cabbarlı “Almaz” pyesində yaratdığı cəsarətli Almaz obrazı ilə 
qadınların kişilərdən daha iradəli, mənən məğlubedilməz olduqlarını diqqətə 
çatdırırdı. “ Mən “ Almaz” ssenarisini nə üçün yazdım?” adlı məqaləsində o, yazırdı : 
“ ... İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizə iradəsini və 
cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın 
cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi 
olacaqdır.” (6,272 ) 
Qadınların ictimai işlərə cəlb olunması ilə yanaşı səhnəyə gəlişini də önəmli sayan 
C.Cabbarlı bu məsələni dram əsərlərində də əks etdirmişdi. “Bir azərbaycanlı qızı 
yaratmaq üçün xalqın bütün ruhunu, hissiyyatını, tarixini, adət və ənanatını 
görünməz incəliklərinə qədər bilməli, onun dərinliklərindən, onun mühitindən 


Filologiya məsələləri, № 5, 2021
170
çıxmalı, bəlkə bir azərbaycanlı olmalıdır...” (7,277 ) deyə düşünən müəllif 
aktyorların ələ salındığı, onlara yuxarıdan aşağı baxıldığı bir dövrdə qadınların 
səhnəyə gəlişinin asan olmadığını da anlayırdı. “Əməkçi qadınlar, səhnəmiz sizi 
gözləyir” adlı məqaləsində bu barədə yazırdı: “Hazırda azad türk qadınlarının 
yüzlərcə və minlərcə istehsalata, fabrikə və zavodlara, kooperativə getdiyi bir 
zamanda səhnəyə gəlməməsi ilk baxışda çox təəccüblü görünür. Lakin onun 
səbəbləri vardır. Əvvəla, keçmiş meşşan zərbəsi və dini mövhumat nəticəsi olaraq 
səhnədə çalışmaq alçaq və günah bir iş hesab olunurdu. Odur ki, çoxu öz qızını, 
arvadını və bacısını səhnəyə həvəslə buraxmırdı. Hətta bəziləri öz arvadlarını teatra 
tamaşaçı kimi olaraq belə aparmaq istəmirdilər.” ( 6,265) 
Lakin bütün bunlara baxmayaraq C.Cabbarlı “Xalq görər ki, səhnəsində qadın yox, 
özü öz arasından tapar verər” (7,277) deyə düşünərək gələcəyə inamla baxırdı. 
“Oqtay Eloğlu” faciəsində Firəngizin sonda cəsarətini toplayaraq səhnəyə çıxması, “ 
Dönüş” pyesində yaratdığı Gülsabah obrazı da məhz bu inamla bağlı idi. “...sökmək, 
dağıtmaq, tikmək, yaratmaq...”( 4,290) şüarı ilə səhnəyə atılan Gülsabah başqa 
qadınların da səhnəyə cəlb olunmasına nail olur. Gülsabahın fikrincə “ Vuruşmaq, 
yaşamaq istəyənlər üçün bacarmıram sözü yoxdur”, “mən öyrənərəm sözü vardır” 
(4,329) 
C.Cabbarlı tarixi mövzuda yazdığı əsərlərində də qadın əsarətinə qarşı çıxmış, 
“insan üzərinə insan yiyəliyini”(7,303)doğru bulmamışdı. “Od gəlini” pyesində gah 
xəlifənin hərəmxanasına göndərilməsinə, gah qurban kimi yandırılmasına qərar 
verilən Solmazın acı taleyini təsvir etməklə müəllif hadisələrə bir qədər də müasirlik 
nöqteyi-nəzərindən yanaşır və bütün dövrlərdə qadın əsarətinə qarşı çıxaraq 
“Qadınları cansız şeylərə çevirən” “məhəmmədlərə” (7,316) nifrətini gizlətmirdi.
C.Cabbarlının “Nəsrəddin şah” tarixi pyesində yaratdığı Sitarə obrazı isə cəsarəti 
ilə diqqəti cəlb edir. Öz razılığı olmadan Nəsrəddin şahın hərəmxanasına göndərilən 
Sitarə bütün çətinliklərə sinə gərərək son anadək Nəsrəddin şaha təslim olmur. 
C.Cabbarlının “Qızlardan kişilərə protesto”, “Arvadlar deyirlər”, “Kişilər 
deyirlər”, “Qızıma”, “Hüriyyəti-nisvançılara protesto” kimi satirik şeirləri də 
qadınların həyatına həsr olunmuşdur. Cahil ataların, ərlərin tənqidi, qadınların təhsili 
və s. bu kimi məsələlər bu şeirlərdə öz əksini tapmışdır. 
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. 
M.Ə.Rəsulzadə. Çağdaş Azərbaycan Ədəbiyyatı. Bakı. Gənclik/1991 
2. 
C.Cabbarlı. Əsərləri. 4 cilddə. 1-ci cild Bakı-2005 “Şərq-Qərb” 
3. 
Ramin Əhmədov. C.Cabbarlının dramaturgiyası.Bakı/1994 
4. 
C.Cabbarlı. Əsərləri .4 cilddə. 3-cü cild. Bakı-2005 “Şərq-Qərb” 
5. 
Sona Cabbarlı.Onu kim unudar.Gənclik nəşriyyatı/1979.Hədəf Nəşrləri/2014
6. 
C.Cabbarlı. Əsərləri.4 cilddə. 4-cü cild. Bakı-2005 “Şərq-Qərb” 
7.
C.Cabbarlı. Əsərləri. 4cilddə. 2-ci cild.Bakı-2005 “Şərq-Qərb” 


Filologiya məsələləri, № 5, 2021
171
Şahanə Məmmədova 
C.Cabbarlının yaradıcılığında qadın azadlığı 
Xülasə 
Məqalədə Azərbaycanda qadın hərəkatının başlanması, bu hərəkatın 
demokratik mətbuata təsiri və C.Cabbarlının yaradıcılığında qadın azadlığı 
məsələlərindən bəhs olunur. 
C.Cabbarlının yaradıcılığında mühüm yer tutan mövzulardan biri də qadın 
azadlığı-qadınların cəmiyyətdəki yeri,hüquqlarının tapdanması,təhsil alması,ictimai 
işlərə cəlb olunması kimi problemlər idi. Onun yaratdığı qadın obrazları öz 
xarakterləri və taleləri ilə həm bir-birinə bənzəyir,həm də bir-birindən fərqlənirlər. 
Bu qadınlardan bəziləri müti, biçarə, bəziləri isə cəsarətli, mübariz Azərbaycan 
qızlarıdır. 
Sentimental üslubda yazılmış “Gülzar” hekayəsində Gülzarın daxili iztirablarına, 
düşüncə və duyğularına geniş yer verilmişdir.Tez-tez öz daxili aləminə qapılıb iztirab 
çəkən, “Quran”ı bağrına basıb ondan imdad diləyən Gülzar ədalətsiz cəmiyyət 
qarşısında acizdir. 
“Dilbər” hekayəsində qadınların həyatında təhsilin əhəmiyyəti probleminə 
toxunulmuşdur. Yetkinlik yaşına çatmadan Mirzə Kərimə ərə verilən Dilbər 
təhsildən uzaq düşür. Gecə ikən haraya getdiyini özü də bilmədən evi tərk edən 
Dilbər çıxış yolunu intiharda görür. 
“Dilarə” hekayəsində qızını təhsilli görmək istəyən, lakin fəlakətə uğrayaraq 
məqsədinə çata bilməyən atanın faciəsi təsvir olunur. Müəllif Dilarənin faciəvi 
taleyinin kökündə yoxsulluğun dayandığını inandırıcı faktlarla sübuta yetirir. 
C.Cabbarlı “Firuzə” hekayəsində təhsilli, cəmiyyətdə müəyyən mövqeyə malik 
Firuzə obrazını yaratmışdır. 
“Gülər” hekayəsində ürəyi səhnədə yaşayıb-yaratmaq arzusu ilə çırpınan, lakin 
arzusu ürəyində qalan gənc Gülərin obrazını yaradan C.Cabbarlı onun arzusunun 
reallaşmasına mane olan cəmiyyətə nifrətini bildirir. Xatirələri əsasında yazdığı 
“Gülər” hekayəsində müəllif qadınların inkişafına mane olan hasarların bir gün məhz 
onların özü tərəfindən söküləcəyinə inam hissi ilə yanaşır və gələcəyə ümidlə baxır. 
“Sevil” pyesində avam bir qadın olan Sevilin inkişaf edib dəyişməsini göstərən 
C.Cabbarlı cəmiyyətin əxlaq, namus haqqında fikirlərinə münasibət bildirərək kişi və 
qadın bərabərsizliyinə qarşı çıxırdı. 
“Almaz” pyesində yaratdığı möhkəm iradəli Almaz obrazı ilə müəllif qadınların 
kişilərdən daha iradəli, mənən məğlubedilməz olduqlarını diqqətə çatdırırdı. 
“Dönüş” pyesinin qəhrəmanı Gülsabah teatrımızın inkişafı üçün çalışır, başqa 
qadınların da səhnəyə cəlb olunmasına nail olur. 
Məqalədə eyni zamanda C.Cabbarlının tarixi mövzuda yazdığı əsərlərində də 
qadın obrazlarının təhlili aparılır. “Od gəlini” pyesində C.Cabbarlı hadisələrə 
müasirlik baxımından yanaşaraq bütün dövrlərdə qadın əsarətinə qarşı çıxmışdır. 


Filologiya məsələləri, № 5, 2021
172
C.Cabbarlının “Qızlardan kişilərə protesto”, “Arvadlar deyirlər”, “Kişilər 
deyirlər”, “Qızıma”, “Hüriyyəti-nisvançılara protesto” kimi satirik şeirləri də 
qadınların həyatına həsr olunmuşdur. 
Shahana Mammadova 
Emancipation of women in the works of Jafar Jabbarly 
Summary
This article sheds light on the issues of the beginning of women’s movement in 
Azerbaijan, the impact of this movement on the democratic press, and emancipation 
of women in the works of Jafar Jabbarly. One of the important themes in Jafar 
Jabbarly’s works was women’s emancipation, the place of women in society, the 
violation of their rights, their education, their involvement in public affairs. The 
images of women he created, are both similar and different from one another with 
their characters and destinies. Some of these women are submissive, miserable, and 
some are brave, strong Azerbaijani girls. 
The story “Gulzar”, written in sentimental style describes Gulzar’s sufferings, 
thoughts, and feelings. Gulzar, who often suffers,embraces the Koran, and asks for 
help, is helpless in the face of an unjust society. 
The story “Dilbar” is dedicated to the importance of education in women’s lives. 
Dilbar, who was forced to marry Mirza Karim before reaching the age of 
majority,also was forced to leave school. Dilbar, who left home at night without 
knowing where she was going, commits suicide. 
The story “Dilara” describes the tragedy of a father who wanted to see his 
daughter educated, but could not achieve his goal due to misfortune. The author 
proves with convincing facts that poverty is the main cause of Dilara’s tragic fate.
Jafar Jabbarly created the image of a woman in the story “Firuza”, who is 
educated and has a certain position in society.
In his story “Gular”, based on his memoirs, Jafar Jabbarly created the image of 
a young woman, whose heart beats with the desire to live and create on stage, but 
whose dream does not come true. He expressed his hatred for the society that 
prevented Gular’s dream from coming true. 
In the play “Sevil”,which describes the development and transformation of Sevil, 
an ignorant woman, Jafar Jabbarly spoke against gender inequality ,expressing his 
opinion on the views of society on morality and honor.
In his play “Almas” the author emphasized that women are more strong and 
invincible than men. 
Gulsabah strives for the development of our theater and also attracts other 
women to the stage in the play “Turning”. 


Filologiya məsələləri, № 5, 2021
173
This article also analyzes the images of women in Jafar Jabbarly’s works on 
history. In the play “The Bride of Fire”, Jafar Jabbarly looked at the events from the 
point of view of modernity and opposed the woman slavery of all times.
Jafar Jabbarly’s satirical poems, such as “Protest from girls to men”, “Wives say”, 
“Men say”, “To my daughter”, “Protest to women’s freedom supporters” are also 
dedicated to women’s lives. 
Шахана Мамедова
Эмансипация женщин в творчестве Джафара Джаббарлы 
Резюме 
Эта статья проливает свет на проблемы зарождения женского движения в 
Азербайджане, влияние этого движения на демократическую прессу и 
эмансипацию женщин в произведениях Джафара Джаббарлы. Одной из 
важных тем в работе Джафара Джаббарлы была эмансипация женщин, место 
женщин в обществе, нарушение их прав, их образование, их участие в 
общественных делах. Созданные им образы женщин не только похожи, но и 
отличаются друг от друга своими характерами и судьбами. Некоторые из этих 
женщин покорные, бедные, а некоторые - смелые и сильные азербайджанские 
девушки. 
Рассказ «Гюльзар», написанный в сентиментальном стиле, описывает 
страдания, мысли и чувства Гюльзар. Гюльзар, которая часто страдает, 
обнимает Коран и просит о помощи, беспомощна перед лицом 
несправедливого общества. 
Рассказ «Дильбер» посвящен важности образования в жизни женщин. 
Дильбер, которая была вынуждена выйти замуж за Мирзу Карима, также была 
вынуждена покинуть школу. Дильбер вышла из дома ночью, не зная куда идет 
и покончила жизнь самоубийством.
В рассказе «Дилара» рассказывается о трагедии отца, который хотел видеть 
свою дочь образованной, но не смог достичь своей цели из-за несчастья. Автор 
убедительно доказывает, что бедность – главная причина трагической судьбы 
Дилары.
Джафар Джаббарлы создал в повести «Фируза» образ женщины, 
образованной и занимающей определенное положение в обществе.
В своем рассказе «Гюлер», основанном на мемуарах, Джафар Джаббарлы 
создал образ молодой женщины,сердце которой бьется от желания жить и 
творить на сцене, но чья мечта не сбывается. Он выразил свою ненависть к 
обществу, которое помешало мечте Гюлера осуществиться. 
В пьесе «Севиль», описывающей развитие и преобразование Севиль, 
невежественной женщины, Джафар Джаббарлы выступил против гендерного 
неравенства, выразив свое мнение о взглядах общества на мораль и честь. 


Filologiya məsələləri, № 5, 2021
174
В пьесе «Алмас» автор подчеркивал, что женщины сильнее и непобедимы, 
чем мужчины. 
Гюльсабах стремится к развитию нашего театра, а также привлекает на 
сцену других женщин в пьесе «Поворот».
В данной статье также анализируются образы женщин в работах Джафара 
Джаббарлы по истории. В пьесе «Невеста огня» Джафар Джаббарлы взглянул 
на события с точки зрения современности и выступил против рабства женщин 
всех времен. 
Сатирические стихи Джафара Джаббарлы, такие как «Протест от девушек 
мужчинам», «Жены говорят», « Мужчины говорят» также посвящены жизни 
женщин. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru,dosent Muradov Cavanşir 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
175
HEYBƏTOVA AYTƏN CƏFƏR QULU QIZI 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
guliyeva90@mail.ru
PAŞA QƏLBİNURUN SƏRBƏST ŞEİR YARADICILIĞI 
XÜLASƏ 
Məqalədə dünya və Azərbaycan poetik ədəbiyyatında tez-tez rast gəlinən 
sərbəst vəznin yaranma və inkişaf tarixindən, ədəbiyyatımızda bu vəznə müraciət 
edən ilk şairlərdən, eyni zamanda bu ənənəni davam etdirib öz fərdi üslubu ilə yadda 
qalan ədiblərdən söhbət açılır. Paşa Qəlbinurun simasında sərbəst şeir ənənələrimizi 
davam etdirən, eyni zamanda öz fərdi üslubu olan şairlərin yaradıcılığına nəzər 
salınır. Sərbəst vəzni digər vəznlərdən ayıran fərqli xüsusiyyətlərindən, onun yaradıcı 
insana verdiyi poetik üslubi imkanlardan söhbət açılır. 
Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da müxtəlif olur. Şair bu 
vəzndə müxtəlif ölçülü
misralardan

misradaxili fasilələrdən və hecalardan istifadə 
edə bilər. Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı olmayaraq orada 
hisslərin tərənnümü, poetik fikrin emosional təsviri əsas olmalıdır.
Odur ki, sərbəst vəzndə yazılan şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına 
əməl olunmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir anlayışının özü 
də formal olub, şairin bir sənətkar kimi tam sərbəstliyi, azadlığı demək deyildir. Ona 
görə ki, sərbəst şeirdə misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya, 
məzmuna tabe tutulur. Təbii ki, sərbəst şeirlərin özündə də qüvvətli bir ritm, ahəng 
olmalıdır. Hisslərin lirik tərənnümü, poetik sistem və qanunauyğunluq, ahəng bütün 
vəznlərdə yazılan şeirlər üçün əsasdır. 
Açar sözlər:
sərbəst vəzn, qafiyə, ənənə, yenilik, poeziya 
Giriş.
Qədim dövrlərdən nəzmin spesifik xüsusiyyətləri olmuşdur. Bir şeirin 
misralarında müxtəlif saylı hecalardan istifadə bu formada olan səciyyəvi 
əlamətlərdən idi. Yunanlar və romalılar bu formadan çox istifadə edir və onu “Algey 
beyti” adlandırırdılar. “Algey beyti”ndə misranın biri səkkiz, digəri doqquz, bir 
başqası isə on, on bir, ya da on iki heca olurdu. Azərbaycan xalqının yazılı və şifahi 
ədəbiyyatında “Algey beyti” ilə şeirlər yazılmışdır. Bu formadan indi də az-az 
istifadə olunur: 
Koroğlunun atı olsa, 
Dəmir, polad qatı olsa, 
Bir iyidin zatı olsa, 


Filologiya məsələləri, № 5, 2021
176
Pullu da olur, pulsuz da olur. (səh. 74, Koroğlu dastanı. Bakı: Lider, 2005, 
549s. ) 
Azərbaycan sərbəst şeirinin bu gün zəngin ənənələri vardır. Bir sıra 
mütəxəssislər isə sərbəst vəznin yaranması ilə bağlı fərqli fikirdədirlər. Şeirdə 
“Algey beyti”nin və qafiyə sərbəstliyinin hələ sərbəst nəzm olmadığı fikrini üstün
tutanlar daha çoxdur. Düzdür, “Orxon-Yenisey” və “Gültəkin” abidələrində, “Dədə 
Qorqud”da sərbəst nəzmin əlamətlərinə təsadüf olunur.
Tanınmış nəzəriyyəçi N.Şəmsizadə tədqiqatçı professor T.Hacıyevin fikrinə 
əsaslanaraq söyləyir: “Dastanın dilində ritm yaradan amillər kimi qrammatik 
təyinləri və alliterasiyanı ön plana çəkən alim bunlar bizə belə fikir söyləməyə əsas 
verir ki, sərbəst vəznin də mənşəyi məhz “Kitabi-Dədə Qorqud” eposudur”. 
(N.Şəmsizadə Ədəbiyyat nəzəriyyəsi. Bakı: Proqres, 2012, 433 s). Azərbaycan 
şeirşünaslarının bəziləri sərbəst şeirimizin tarixini çox qədimlərə “aparır”. M.Cəfər 
bayatılarda və bir sıra şifahi xalq üslublu şeirlərdə vəznin “pozulmasını” sərbəstliyə 
meyllə bağlayır. Onun fikrincə, Azərbaycan sərbəst şeirinin ənənələri, təkamülü 
bunlardan başlayır.
Eyni zamanda “Kitabi-Dədə Qorqud”dastanının nəzm hissələrində misraların 
qeyri-bərabər ölçüsü və qafiyələrin qeyri-sabit yeri şeirimizdə sərbəstliyə meylin 
başlanğıcı kimi qiymətləndirilir. Lakin akademik M. Arif bu fikirlərlə razılaşmayaraq 
söyləyir ki, ““Kitabi Dədə Qorqud” dastanı nə şeirlə yazılmışdır, nə də nəsrlə”. Buna 
görə orada sərbəst və ya qeyri-sərbəst şeir nümunələri axtarmaq düzgün deyildir” 
(M.Arif. Ədəbi-tənqidi məqalələr. Bakı: Azərnəşr, 1958, 448 s.). Bizə belə gəlir ki, 
bu fikirləri qeyd-şərtsiz qəbul etmək olmaz. Halbuki şeirin bu mərhələsində vəzn 
ölçüləri formalaşma prosesində idi. 
Ümumiyyətlə dünya ədəbiyyatında da bu ölçüyə XIX əsrin sonu, XX əsrin 
əvvəllərində maraq oyanmışdır. Sərbəst şeirdən ilk dəfə fransızlar, belçikalılar, 
italyanlar və yaponlar istifadə etmişlər. Emil Verxran, A.Blok, V.Brüssov, 
V.Mayakovski və Nazim Hikmət şeirləri sərbəst şeirə marağı artırmış, XX əsrin 
iyirminci illərindən müxtəlif ədəbiyyatlarda onun milli özünəməxsus ənənələri 
yaranmağa başlamışdır. 
Sərbəst
şeir vəzni Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz 
tərəfindən tez-tez işlədilən vəznlərdən biridir. Adından da göründüyü kimi, 
heca 
vəznində tələb olunan texniki şərtlərə sərbəst vəzndə tam şəkildə əməl olunmur. 
Sərbəst vəzndə şeir yazan şair şeirin 
ölçü, bölgü, qafiyə
sistemindən sərbəst şəkildə 
istifadə edir. Təbii, bu o demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən 
istifadə olunmur. Sadəcə olaraq, burada qafiyə, ölçü, bölgü, misraların həcmi, 
hecaların misralardakı sayı, ahəngi tamamilə 
formal 
səciyyə daşıyır. Belə ki, qafiyə 
heca vəznində iki və daha artıq misralar arasında və ya çarpaz şəkildə işləndiyi halda, 
sərbəst şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gələ bilər. 
Bəzən qafiyə sərbəst şeirdə dalbadal da işlənə bilər.


Filologiya məsələləri, № 5, 2021
177
Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da müxtəlif olur. Şair bu 
vəzndə müxtəlif ölçülü
misralardan

misradaxili fasilələrdən və hecalardan istifadə 
edə bilər. Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı olmayaraq orada 
hisslərin tərənnümü, poetik fikrin emosional təsviri əsas olmalıdır. Odur ki, sərbəst 
vəzndə yazılan şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına əməl olunmalıdır. 
Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir anlayışının özü də formal olub, 
şairin bir sənətkar kimi tam sərbəstliyi, azadlığı demək deyildir. Ona görə ki, sərbəst 
şeirdə misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya, məzmuna tabe 
tutulur. Təbii ki, sərbəst şeirlərin özündə də qüvvətli bir ritm, ahəng olmalıdır. 
Hisslərin lirik tərənnümü, poetik sistem və qanunauyğunluq, ahəng bütün vəznlərdə 
yazılan şeirlər üçün əsasdır. 
Ümumiyyətlə şeirşünasların fikrincə, vəzn sistemləri iki mühüm qrupa ayrılır. 
Birincisi kəmiyyət üzrə, ikincisi, keyfiyyət üzrə təyin olunan vəznlərdir. Kəmiyyət 
üzrə təyin olunan vəznlərdə misranın ölçüsünü təşkil edən amil hecaların sayı və 
onların uzun və qısa tələffüzüdür.
Keyfiyyət üzrə təyin olunan vəzndə ölçü vurğulu hecaların növbələşməsinə 
əsaslanır. Belə bölgülər adətən bütün şeir sistemlərində təmsil olunur. Birinci şeir 
sistemi sillabik şeir sistemi adlanır. Adından da göründüyü kimi bu sistemdə vəzn 
hecaların sayına əsaslanır. İkincisi, sillabik-tonik şeir sistemidir ki, burada vəzn 
sillabik və tonik xüsusiyyətləri özündə birləşdirir. Bu şeir sitemi əruz vəzni adlanır. 
Burada hecaların sayından əlavə ahəng keyfiyyətləri də mühüm rol oynayır. Başqa 
sözlə, heca və vurğu vəznin ölçüsünü təşkil edir. Üçüncüsü isə yalnız ahəngə 
əsaslanan, yəni tonik şeir sistemidir. Bu sistemdə toniklik-vurğuluq vəznin əsas 
xüsusiyyətidir. Bu zaman ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır. Beləliklə, 
hər üç sistem kəmiyyət və keyfiyyətinə görə təyin olunan vəznlərə bilavasitə 
bağlıdır. 
Bu ən çox son iki sistemə aiddir. Şeir sisteminin vəzn anlayışı bu iki mühüm 
tələbi həm əruz (ölçülü), həm heca (sillabik), həm də sərbəst şeirin prinsiplərini ifadə 
edir. Hətta sərbəst şeir özü belə vəzn tələblərindən tamamilə “qurtula” bilmir. Burada 
məna və təqti və bölgülərdə deyil, misraları bir-birinə bağlayan fikri yaxınlıqda, ritm 
vahidindədir. Çünki sərbəst şeirdə misralar eyni bərabərdə olmur, qafiyələr də çox 
zaman hər misraya düşmür. O, bir neçə misradan sonra da gələ bilir. Bu zaman 
sərbəst şeirdə qafiyənin yaratdığı ritm şeirə müəyyən vəzn xüsusiyyəti verir. Bunu 
aşağıdakı şeir nümunəsində aydın görə bilərik: 
Məni qoşun 
Çəkim dünyanın dərdini. 
Dünya mənim dərdimi 
Çəkə bilməz. 


Filologiya məsələləri, № 5, 2021
178
İmtahana çəkilmişəm 
Yerdən, göydən 
Mən hazıram! 
(Qəlbinur P. Ağlıma gələnlər başıma gəldi. Bakı: Ozan, 2003, 638 s. 67 s) 
Müasir Azərbaycan ədəbiyyatında sərbəst şeirdən ilk dəfə R.Rza, S.Vurğun, 
M.Müşfiq və Ə.B.Fövzi istifadə etmiş, sonralar ənənə davamlı təzahürünü 
O.Sarıvəlli, Ə.Kərim, F.Qoca, F.Sadıq, İ.İsmayılzadə, Ə.Salehzadə və başqalarının 
yaradıcılığında tapmışdır. Bu şairlərin sırasında Paşa Qəlbinurun adını xüsusi 
çəkmək olar. 
Paşa İsmayıl oğlu Musayev (Qəlbinur) 1952-ci il martın 30-da Şəmkir 
rayonunun Çinarlı kəndində anadan olmuşdur. 1958-ci ildə doğulduğu kənddə orta 
məktəbə getmişdir. Səkkizinci sinifdə oxuyarkən 1965-ci ildən bu vaxta qədər 
mətbuatda çap olunmamış “Gözlər” adlı ilk şeirini yazmışdır. Orta məktəbi qızıl 
medalla bitirərək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 
müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirmişdir. Göz həkimi olmaq qərarına 
orta məktəbin son illərində gəlmişdir. Şeirlərindən belə məlum olur ki, göz həkimi 
olmaq həvəsi onda dayısına və onun sənətinə olan sevgidən yaranmışdır.
Paşa Qəlbinur yaradıcılığa əsasən 80-ci illərdə gəlmişdir. O, ənənədən 
yararlansa da poeziyasındakı yenilik keyfiyyətləri şairin onu digərlərindən 
fərqləndirən özünəməxsus üslubu olduğunu deməyə əsas verir. Şairin həm heca, həm 
də sərbəst vəzndə şeirləri vardır. Azərbaycan ədəbiyyatında ilk təkmisralı şeirin 
yaradıcısı olan Paşa Qəlbinurun poeziyası bir ədəbi növdə, ancaq lirik növün 
müəyyən janrlarında olsa da bu onun xəlqi və novator yaradıcılığını çərçivəyə sala 
bilməmişdir. Birinci halda, ədib lirik şeirə bədii ləngər, geniş fikir axarı verə bilmiş, 
xırda bir süjetə düşündürücü humanist, vətənpərvər mətləbləri sığışdırmaqda çətinlik 
çəkməmişdir. Bu səbəbdən də bu şairin lirikası geniş təsir oyadır, dərin mündəricəli 
əsərləri tez əzbərlənir, oxucunu müəyyən bir amala yönəldir.
Paşa Qəlbinurun şeirlərində canlandırdığı obrazlar şairin dünyaya baxışını, 
həyati konsepsiyasını və qənaətlərini, bütövlükdə şair mənliyi və sənətkar şəxsiyyət 
ifadə edir.
Əsərlərindən doğan fikir budur ki, şair təbiətə qovuşmağa can atır; o, təbiətdən 
doğruluq və əsillik əxz etmişdir; təbiət onun fikirlərinə genişlik, dərinlik, özünə isə 
əzəmət bəxş etmişdir.
Təbiətə insan mənəviyyatına xas olan sifətlər şamil etmək, onun haqqında canlı 
varlıq kimi danışmaq Qəlbinur poeziyası üçün səciyyəvidir: 
Şəlalə! 
Yalnız həyat! 
Özünü qayadan at, 
Dünyanın yaşı qədər! 
Yoxsa ölüm sənə də, 
Sənə də yaxın gələr. (Səh. 124.P.Qəlbinur ağlıma gələnlər başıma gəldi) 


Filologiya məsələləri, № 5, 2021
179
Qəlbinur folklor motivlərdən, xalqın danışıq dilindən, dərin mənalı söz 
ehtiyatlarından o qədər yerində istifadə edir ki, onun poeziyası obrazlılığı, dilinin 
səlisliyi və rəvanlığı cəhətədən seçilir. Şair əsərlərinin dilində ahəngdarlıqla yanaşı, 
sərrast ifadəyə diqqət yetirir, forma ilə məzmunu birləşdirən, bütövləşdirən vasitələr, 
bağlar tapmağa, xüsusi alliterasiyaları yaratmağa çalışır. Onun yaradıcılığında folklor 
nümunələrinə müraciət olunmuş bir çox şeir nümunələri vardır. 
Azərbaycan şifahi xalq ədəbiyyatı çox qədim bir tarixə malik bədii söz 
xəzinəsidir. Xalqımızın min illər ərzində düzüb-qoşduğu zəngin bədii nümunələr, 
atalar sözləri, tapmacalar, lətifələr, əfsanələr, nağıllar, dastanlar və s. ağızdan-ağıza 
keçərək əsrlər boyu yaşamış, cilalanaraq dövrümüzə qədər gəlib çıxmışdır. Bu 
ədəbiyyat şifahi şəkildə yaranmış, şifahi şəkildə də yayılmışdır.
Onun üzərində çoxları işləmiş, ilkin müəlliflər yaddan çıxmış və o, əsl söz 
xəzinəsinə, xalq ədəbiyyatına çevrilmişdir. Bu xalq ədəbiyyatı isə əsrlərlə yazılı 
ədəbiyyat nümunələrimizin tərkibinə daxil olmuş, xəlqilik prinsipi ilə yazıb yaratmış 
ədiblərimizin yaradıcılıq məhsullarında bu və ya digər şəkildə istifadə olunmuşdur. 
P.Qəlbinur da bu yaradıcı insanlar siyahısındadır. Yaratdığı poetik nümünələrin 
içində xalq ədəbiyyatından qaynaqlanan bir sıra şeirlərin olması onun yararlandığı 
qaynaqların içində folklorun olması fikrinə gətirir: 
“Vətən bağı al-əlvandır 
Yox içində Xarıbülbül”. 
Doğradılar gülü dil-dil, 
gülü dil-dil... P.Qəlbinur səh.534 
Və yaxud “İtmiş həsrət kimi” şeirində istifadə etdiyi bayatı nümunəsini 
misal göstərə bilərik: 
Aman Araz, Xan Araz, 
Bingöldən qalxan Araz, 
Al başımdan sevdayı –
Xəzərdən çalxan, Araz! (535) 
Paşa Qəlbinurun şeirləri incə, zərif hiss və duyğuların tərənnümü baxımından 
səciyyəvidir; bu keyfiyyət şairin əksər şeirlərinə aiddir. Zərifliyinə, incəliyinə olan 
bu meyllər onun poeziyasına həsrətlə, nisgillə, kədərlə yoğrulmuş bir ruh gətirir. Bu 
xüsusiyyət sadəcə olaraq əsərlərin məna və məzmunu ilə məhdudlaşmır, hətta şairin 
dilinə və üslubuna təsir göstərmiş olur. 
Ədəbiyyat 
1.
Qəlbinur P. Ağlıma gələnlər başıma gəldi. Bakı: Ozan, 2003, 638 s. 67 s
2.
Ənvəroğlu H.Q. Azərbaycan şeirinin poetikası. Bakı: Nurlan, 2008, 392 s. 
3.
Salamoğlu T. Azərbaycan ədəbiyyatının müasir problemləri. Bakı: “E.L.” 
NPŞ MMC, 2014, 512 s.


Filologiya məsələləri, № 5, 2021
180
4.
Rəfili M. “Gülən adam” imzası ilə. “Sərbəst şeir haqqında ilk söz”, “Maarif 
işçisi”. 1929, № 1, s.71-78 
Хайбатова Айтан 
ВОЛЬНЫЕ СТИХИ ПАШИ ГАЛЬБИНУРА 
PЕЗЮМЕ 
В статье рассказывается об истории создания и развития наиболее часто 
встречающейся в мире и азербайджанской поэтической литературы, о первых 
поэтах, которые применили к этому посланию в нашей литературе, а также о 
традициях, которые помнят своим индивидуальным стилем. По мнению Паши 
Галбинура, творчество поэта, которое продолжает нашу свободную 
поэтическую традицию, также воспринимается человеком. Различные 
особенности, которые отличают вольный стиль от других сплетен, являются 
предметом поэтического стиля, который он дает творческому человеку. 
Количество стихов и слогов в свободном стихотворении также 
варьируется. Поэт может использовать в этом стихе стихи разного размера, 
интервалов и слогов.
Однако, независимо от веса стихотворения, в его основе должен лежать 
гимн чувств, эмоциональное описание поэтической мысли. Следовательно, эти 
важнейшие законы поэзии должны соблюдаться в свободно написанных 
стихотворениях. Из этого можно сделать вывод, что само понятие свободной 
поэзии носит формальный характер и не означает полной свободы поэта как 
художника. Потому что в свободной поэзии количество строк, слогов, система 
рифм подчиняется определенной идее и содержанию.
Конечно, бесплатные стихи должны иметь сильный ритм и гармонию. 
Лирическое воспевание чувств, поэтическая система и закономерность, 
гармония - основа стихотворений, написанных во всех масштабах. 
Kлючевые слова:
свободная мера, рифмование, традиция, инновация, 
поэзия 
HAYBATOVA AYTAN
Free poetry of Pasha Galbinur 
Resume 
The article speaks about the history of creation and development of the most 
frequently encountered in the world and Azerbaijan poetic literature, the first poets 
who apply to this epistle in our literature, and also the traditions that are remembered 
by their individual style. In Pasha Galbinur's look, the poet's creativity, which 
continues our free poetry tradition, is also perceived by the individual. Different 
features that distinguish freestyle from other gossip are the subject of poetic style that 
he gives to a creative person. 


Filologiya məsələləri, № 5, 2021
181
The number of verses and syllables in a free poem also varies. The poet can use 
verses of different sizes, intervals and syllables in this verse. However, regardless of 
the weight of the poem, it should be based on the praise of feelings, the emotional 
description of the poetic thought.
Therefore, these most important laws of poetry must be observed in freely 
written poems. It can be concluded from this that the concept of free poetry itself is 
formal and does not mean the poet's complete freedom as an artist. Because in free 
poetry, the number of verses, syllables, rhyming system is subject to a specific idea 
and content. Of course, free poems must have a strong rhythm and harmony. Lyrical 
singing of feelings, poetic system and regularity, harmony are the basis for poems 
written in all scales. 
Key words
: freely, rhyming, tradition, innovation, poetry 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: F.e.d. Əlizadə Əsgərli
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
182
ELTAC ELMANOĞLU 
Bakı Avrasiya Universiteti 
Bakı şəh, Ak.H.Əliyev 135A 
eltaj.elmanoghlu@gmail.com 
ƏLİAĞA VAHİDİN “MOLLAXANA” POEMASINDA İCTİMAİ-SİYASİ 
MOTİVLƏR 
Xülasə 
Görkəmli Azərbaycan şairi, XX əsr Azərbaycan klassik şeirinin parlaq siması 
və ictimai xadim Əliağa Vahid (1894-1965) ədəbiyyat tarixində daha çox qəzəl 
yaradıcılığına görə tanınsa da, o, təkcə qəzəl janrına müraciət etməmiş, həm də xalq 
şeiri üslubunda gözəl bədii nümunələr yazıb-yaratmışdır. Lirika və satira Əliağa 
Vahid yaradıcılığının hər dönəmində qoşa qanad olaraq inkişaf etmiş, qəzəlxan 
ömrünün sonuna qədər həm qəzələ, həm də satirik üsluba sadiq qalmışdır. Vahidi 
yetişdirən təməllər içərisində üzvü olduğu “Məcməüş-şüəra” (Şairlər yığıncağı) 
ədəbi məclisinin çox böyük rolu olmuşdur. Mirzə Əbdülxaliq Yusif (1853-1924) və 
Buzovnalı Məşədi Azər İmaməliyevin (1870-1951) Vahidin mütəfəkkir qəzəlxan 
kimi yetişməsində müstəsna xidmətləri olmuşdur. Həm xalq şeiri üslubunda, həm də 
klassik janrlarda yazıb-yaradan qəzəlxanın ədəbi-bədii yaradıcılığı olduqca geniş və 
çoxşaxəlidir. Buna baxmayaraq, Vahid poeziyasını araşdırma mözusu seçən 
müəlliflərin böyük əksəriyyəti şairin qəzəllərinə müraciət edir. Xüsusilə şairin 1916-
1939 illər arasında olan yaradıcılığı çox az tədqiq olunmuş, bu mövzulara 
toxunanların çoxu sadəcə şairin kitablarının adlarını çəkməklə kifayətlənmişdir. 
Qeyd olunan tarixlər içərisində şairin məsnəvi janrında qələmə aldığı “Mollaxana” 
poeması bir neçə kitabına daxil edilsə də, 1938-ci ildən sonra xüsusi bir kitab halında 
yenidən nəşr olunmamışdır. Əliağa Vahid poemada əsasən köhnə tipli məktəblərin 
mənfi cəhətlərini göz önünə gətirməyə çalışmış, mollaxana təhsilinin səviyyəsini və 
orada dərs deyən fırıldaqçı mollaların geniş planda təsvirini vermişdir. Poemanın 
əsas qayəsini köhnə və təzə Bakı mövzusu əhatə edir. Vahid poemada öz dövründə, 
yəni uşaq olarkən gördüyü köhnə Bakı ilə yeni dövrdə yaranan Bakı mühitini 
müqayisə edir. Həmçinin şair əsərdə ailəsi haqqında da qısa məlumat verir. Əsər 
ümumilikdə XX əsr Bakı mühitinin geniş təsviri və o dövr insanlarının düşüncə 
tərzini özündə ehtiva edir. Poemada avtobioqrafik məlumatların sayca az olmasına 
baxmayaraq, Vahidin həyatının bəzi məqamlarını öyrənmək baxımından mühüm 
əhəmiyyət kəsb edir. Poemanın həcmi kiçik olsa da, müəyyən mənada xüsusi bir 
tədqiqat mövzusu kimi də qiymətləndirilə bilər. Çünki Əliağa Vahid poemada həm 
dövr, həm də özü haqqında bir çox məqamlara toxunmuşdur. 
Açar sözlər: 
Əliağa Vahid, mollaxana, poema, qəzəl, ictimai, siyasi, motiv 
Qədim və bir o qədər də zəngin ədəbi tarixi keçmişə malik olan Azərbaycan 
ədəbiyyatı tarixində elə şair, yazıçı və ya ədiblər var ki, onların ədəbi irsi hələ də 


Filologiya məsələləri, № 5, 2021
183
elmi tədqiqat müstəvisinə çıxarılmayıb. Elə sənətkarlar da var ki, yaradıcılıqları elmi 
müstəvidə tədqiq obyektinə çevrilmiş olsa da, yaradıcılıqlarının qaranlıq tərəfləri 
bugün də qalmaqda davam edir. Həmin şairlərdən biri də Azərbaycan klassik şeirinin 
XX yüzillikdə yaşamış nümayəndəsi olan Əliağa Vahiddir. Onun poetik irsi həm 
keçmiş sovetlər dönəmində, həm də müstəqillik illərində tədqiqata cəlb olunsa da, 
yaradıcılığında tədqiqatdan kənarda qalmış məqamlar hələ də özünü göstərir. Əliağa 
Vahidin qəzəlləri bir neçə dəfə araşdırma mövzusu olmuşdur. Lakin bununla belə 
onun yeganə poeması olan “Mollaxana” poemasına araşdırmaçılar çox az müraciət 
etmişlər. Halbuki Vahidin bu əsəri şairin həyatının bir çox məqamlarını, xüsusilə də 
mollaxanada oxuduğu illəri öyrənmək baxımından mühüm önəm daşıyır. Digər 
tərəfdən bu əsər Əliağa Vahidin yenilikçi şair olduğunun ən bariz sübutudur. 
Əvvəldə də qeyd olunduğu kimi “Mollaxana” poeması Əliağa Vahidin hələlik 
yeganə irihəcmli əsəridir. Poemanın mövzusu mollaxana təhsilinin mənfi cəhətlərini 
tənqid hədəfinə çevirməkdir. O cümlədən şairin həyatı barədə də burada müəyyən 
avtoioqrafik məlumatlar var. Məsələn, “Mollaxana” poemasında Əliağa Vahid özü 
haqqında yazır: 
Bakı şəhrində doğuldum anadan, 
Keçmədi bir elə müddət aradan. 
Atam öldü, mənim artdı kədərim, 
Yoxdu heç şeydən, uşaqdım, xəbərim.
(1, s.3). 
Verilən nümunədən aydın göründüyü kimi “Mollaxana” poeması şairin 
həyatının bir çox məqamlarını özündə əks etdirir. Əsərdəki avtobiorafik 
məlumatların çox hissəsi Əliağa Vahidin mollaxanada təhsil aldığı illəri əhatə edir. 
Yuxarıdakı parçadan da aydın olur ki, şair atasını hələ uşaq ikən itirmişdi. Atası vəfat 
etdikdən sonra ona əmisi Məşədi Ağabəy baxmış, həm maddi, həm də mənəvi 
cəhətdən ona dayaq olmuşdur. Aytac Zeynalova şairin həyatı barədə yazır: “İskəndər 
bəy oğlu Məmmədqulunun yaxşı savad, kamil Quran təhsili almasına nail olmuşdur. 
Məmmədqulu azyaşlı oğlunun faciəli ölümündən sonra xəstəliyə düçar olmuş və 
həyatdan tez köçmüşdür. Vahid bu səbəbdən mükəmməl təhsil ala bilməmiş, 
qardaşının və əmisi Məşədi Ağabəyin maddi köməkliyi ilə iki il yarım mollaxanada 
oxumuşdur. Sonralar şəxsi mütaliə yolu ilə sənət və söz haqqında biliklərini artıraraq 
Bakıdakı “Məcməüş-şüəara” ədəbi məclisinin fəal iştirakçılarından biri olmuşdur” 
(2, s.6). 
“Mollaxana” poeması ilk dəfə 1935-ci ildə “İnqilab və Mədəniyyət” (indiki 
“Azərbaycan”-E.E.) jurnalında 160 misra həcmində “Köhnə və təzə Bakı” adı ilə çap 
olunmuşdur. Şair sonradan əsəri daha da təkmilləşdirərək adını dəyişib “Mollaxana” 
qoymuşdur. Məmməd Nuruoğlu bu haqda öz araşdırmalarında yazırdı: “İnqilab və 
Mədəniyyət” jurnalının 1935-ci il 10-cu nömrəsində Ə.Vahidin 160 misralıq “Köhnə 
və təzə Bakı” başlıqlı şeiri dərc olunmuşdur. Sonradan Ə.Vahid həmin əsəri yenidən 
işləmiş, 1938-ci ildə “Mollaxana” adı ilə ayrıca kitabça şəklində çap etdirmişdir. 


Filologiya məsələləri, № 5, 2021
184
Əruzun rəməl bəhrində yazılmış 450 misralıq bu poemada keçmiş və təzə Bakı, 
köhnə təhsil sistemi ilə yeni məktəblər bədii lövhələrlə müqayisə olunur” (3, s.60). 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan 
Mirmehdi Seyidzadənin xatirələrində “Mollaxana” poemasının yazılma tarixi barədə 
dəqiq məlumat var: “Azərnəşrdə işlədiyim zaman bir gün Vahid nəşriyyata gəlib 
dedi: 
– İnqilabdan əvvəlki həyatdan uşaqlar üçün satirik bir mənzumə yazmışam, 
mollaxana həyatını, qoçuların çirkin işlərini tənqidə tutmuşam. 
İnqilabdan əvvəlki həyat səhifələrini göstərdiyi üçün bu əsəri mən o zaman 
kitab şəklində çap olunmaq üçün hazırlamışdım” (4, s.9). 
Şair Mirmehdi Seyidzadə həmin əsərin adını açıq şəkildə çəkməsə də, 
Vahidin dilindən söylənən sözlər həmin əsərin “Mollaxana” poeması olduğunu 
təsdiqləyir. İlk dəfə 1938-ci ildə ayrıca kitabça şəklində işıq üzü görən “Mollaxana” 
poemasının redaktoru məhz Mirmehdi Seyidzadə olmuşdur.
Əliağa Vahid “Mollaxana” poemasında həmçinin XX əsr Bakı mühitinin 
geniş şəkildə təsvirini vermişdir. O dövrdə yeni tipli rus məktəblərinə gedənlərə 
cəmiyyət arasında münasibət birmənalı deyildi. Təbii ki, bunu bütün insanlara şamil 
etmək olmazdı, lakin insanların böyük əksəriyyəti bu cür düşünürdü ki, yeni tipli 
məktəblər uşaqlara heç bir xeyir vermir və hətta onları dindən uzaqlaşdırır. Məhz 
Əliağa Vahid də bu yeni tipli məktəbdə oxumaq, savadlanmaq istəyənlərdən idi, 
ancaq qeyd olunan vəziyyət Vahiddən də yan ötmədi. O dövrün insanları üçün ən 
doğru təhsil ocağı mollaxana hesab olunduğundan yeni tipli məktəbləri qəbul etmək 
istəmirdilər. Vahid cahil və avam camaatın təsvirini əsərdə bu cür verir: 
Sorma kimlərdi mühitimdəkilər, 
Görməsinlər o günü indikilər. 
El, qonum-qonşu bütün molla, qulaq,
Hamı quldur, qoçu - gözlərdən iraq.
Məktəbin çəkmək olardı adını?
Yandırarlar 
adamın 
həftadını!
(1, s.4). 
Əslində məsələyə diqqətlə yanaşan zaman aydın olur ki, Vahidin 
mollaxanada təhsil alması elə birbaşa olaraq cəmiyyətdəki durumla bağlıydı. Çünki 
Əliağa Vahidin uşkoladan ayrılıb, mollaxanaya gəlməsinin əsas səbəbi cahil 
insanların tənqidləri olmuşdur. Əsərdə şair bu məsələni açıq-aydın şəkildə bəyan 
edərək yazır ki, cahil cəmiyyətin tənqidi ilə əmisi qəzəlxanı mollaxanada oxutdurur: 
Qoy açım söhbəti əvvəl başdan: 
Gizli bir dəfə qohum-qardaşdan. 
Gedib uşkollada girdim dərsə. 
Taleyim, fıkr elədim, istərsə, 
Oxuyub bir neçə il qatlaşaram, 
Mən də insan kimi rahat yaşaram. 
Çəkərəm bir neçə il zəhmətlər, 


Filologiya məsələləri, № 5, 2021
185
Xalqıma göstərərəm xidmətlər. 
Yetmədi məqsədinə, neylim, əlim, 
Oldu öz başıma əngəl əməlim. 
Qonşular işlərimi anladılar, 
Gedib ətrafıma şeytanladılar”, 
Əmimə söylədilər onlar: - “Ada! 
Qardaşın oğlu verib dini bada. 
Qalsa uşkollada bu, ruslaşacaq, 
Çaşacaq, doğru yolundan azacaq. 
Məsləhət, bizcə, bu fərsiz yetimi, 
O qədər döy bu gecə sübhə kimi, 
Bəlkə, gəlsin bir az ağlı başına, 
Görməsin bir də bir iş özbaşına”.
(1, s.4). 
Əliağa Vahidin mollaxanada oxumasının bir səbəbi əmisi, digər səbəbi 
cəmiyyətin onu tənqid atəşinə tutması idi. Əsrlər boyu Azərbaycanda dini təhsil 
üstünlük qazandığına görə yeni yaranan məktəblərə insanlar rahat uyğunlaşa 
bilmirdilər. Xüsusən də yaşlı nəsil yeni tipli məktəbləri heç cür qəbul etmək 
istəmirdi. Poemadan da göründüyü kimi, cəmiyyətin əsas gətirdiyi arqument də elə 
din məsələsdir ki, guya yeni tipli məktəblər uşaqları dindən uzaqlaşdıraraq məhv 
edir. 
Qaynaqlarda qeyd olunur ki, Vahidin babası İskəndər bəy dünyasını 
dəyişdikdən sonra ondan qalan yüz qızıl onluq dörd oğlu arasında bölüşdürülür. 
Vahidin atası öz payına düşən pulla dülgər ləvazimatları alsa da, əmiləri paylarına 
düşən pulları bir araya toplayaraq ticarətlə məşğul olmağa başlayırlar. Əliağa 
Vahidin əmisi Bakı mühitində sayılıb-seçilən şəxslərdən biri olmuşdur. Şairin öz 
əsərindən aldığımız məlumata əsasən əmisi baqqal olub. Məhz Vahidin 
“Nə edim 
gördüm əmim baqqaldır...”
ifadəsi onun xırda ticarətlə məşğul olduğunu təsdiqləyir. 
Şair əsərdə mollaxanada təhsil almaqdan başqa yolu olmadığını bu cür ifadə edir: 
Nə edim, gördüm, əmim baqqaldır, 
Qoçudur, məhlədə ağsaqqaldır. 
Yaxın ətrafım hamı molla-qulaq, 
Qan tökən, xalqı soyan, bic, alçaq. 
Cəhl min iz buraxıb beynində. 
Sözləri dildə “vələzzalin” dir, 
İşləri kəlməbaşı, “amin”dir. 
Hamısı zırrama, bir cahili-tam, 
Ata cahil, oğul ondan da avam.
(1, s.5). 
Adından da göründüyü kimi, əsərin əsas süjet xəttini mollaxanada baş verən 
hadisələr təşkil edir. Əliağa Vahidin “Mollaxana” poemasının əsas surətlərindən biri 
molla Hənfədir. Molla Hənfə olduqca qəddar, ədalətsiz və öz xeyrini güdən adamdır. 
Kasıbın uşaqlarına gündə min zülm etsə də, varlı uşağına heç nə edə bilmir. Təbii ki, 


Filologiya məsələləri, № 5, 2021
186
bu hal təkcə Vahidin oxuduğu mollaxanada baş vermirdi. Mollaxanaların demək olar 
ki, o zaman əksəriyyətində bu vəziyyət mövud idi.
Vardı məktəb yerinə mollaxana, 
Oxuyanlar hamı gəlmişdi cana. 
Mirzəmiz çalmalı Molla Hənfə, 
Qarşısında iki erkək xəlfə. 
Molla hərdən baxıb ətrafı süzür, 
Göz ağardır, dlin ağzında büzür. 
Eylə bədheybət idi sür-süfəti, 
Tökülərdi adamın baxsa əti. 
Hirslənirkən götürürdü çubuğu, 
Qarışıb bir-birə saqqalla bığı. 
Xəlfələr əldə fələqqə möhkəm, 
Sarıyardı uşağı müstəhkəm. 
Yazığı tez yerə yıxmaqla haman, 
Uşağa verməz idi molla aman. 
Çubuq hərdən göyə qalxır, bükülür, 
Ayağından uşağın qan tökülür. 
Dad edir, ərşə yetir fəryadı, 
Göz yaşiylə diləyir imdadı. 
- Keç bu təqsirimi, ay molla əmi, 
Ah, yandırdı çubuqlar dədəmi. 
Daha da molla olurdu əsəbi, 
Birəmin qat çoxalırdı qəzəbi.
(1, s.7-8). 
Mədrəsə və mollaxanalarda adətən ən məşhur cəza növü fələqqə adlanan cəza 
idi. Vahidin oxuduğu mollaxanada da bu sistem özünü göstərirdi. Əzazil molla Hənfə 
yaramaz uşaqları, bəzən isə heç bir günahı olmayan uşağı fələqqəyə yatırar və ürəyi 
istədiyi qədər cəza kəsərdi. Sözsüz ki, bu uşaqlar da kasıb ailənin övladları olurdu. 
Çünki şairin də əsərdə qeyd etdiyi kimi, varlı ailənin uşaqları onun əsas gəlir 
mənbəyi olduğuna görə, onlarla daha xoş davranırdı. Vahid əsərdə bu barədə yazır: 
Varlı, dövlətli idi hansı bir az, 
İncidib onları döymək yaramaz. 
Mollanın çünki olar sağ əlidir, 
Elə də mollanı bilmə dəlidir... 
Xeyrini, şərini çox yaxşı qanır, 
Onların 
mərhəmətindən 
dolanır.
(1, s.8-9). 
Mollanın sağ əli, əsas qazanc mənbəyi varlı adamlar olduğuna görə o, dövlətli 
uşaqlarıyla məcbur da olsa xoş keçinməli idi. Burdan bir sual yaranır ki, bəs kasıb 
uşağından ona xeyir gəlmirdisə, nəyə görə onları da yanında saxlayırdı? Məsələyə 
“Donuzdan bir tük də qənimətdir” prinsipilə yanaşanda aydın olur ki, kasıb uşağının 


Filologiya məsələləri, № 5, 2021
187
pulu olmasa da, molla onu öz şəxsi işlərində işlədə bilərdi. Məhz elə bu belə idi. Şair 
poemada kasıb uşaqlarının vəziyyətini belə təsvir edir: 
Mollanın haqqını hər ayda gərək, 
Hələ-əlbət bizə borc idi, verək. 
Mümkün etməzdi yenə bir paramız, 
Verə bilməzdi, yox idi paramız 
Əvəzində çox idi xidmətimiz, 
Bir bilinməzdi yenə qiymətimiz. 
İşimiz aftova doldurmaq idi. 
Su gətirməklə odun yarmaq idi.
(1, s.9-10). 
Və 
yaxud: 
Doşabı, bal, kərəsi, qəndi, çayı, 
Ət, düyü müftə, un ondan havayı. 
Öz cibindən ki, deyil, el puludur, 
El ki, var, mollanın ancaq quludur. 
Süpürərdik 
evini, 
mitbaxını, 
Daşıyardıq 
çölə 
tor-torpağını. 
Aparardıq naxıra mal-qarasın. 
Biri itsəydi verərdik parasın. 
Qab-qacaq hər gün olurdu bulaşıq, 
Məcməyi, çirkli tava, yağlı qaşıq. 
Bunları biz yumalıydıq bir an 
Gec yusaq, molla qopardar tufan.
(1, s.11). 
Yeri gəlmişkən bir məsələyə aydınlıq gətirmək yerinə düşər ki, Əliağa 
Vahidin həyatında və bədii yaradıcılığında musiqi sənətinin əvəzsiz rolu olmuşdur. 
Şair əsərlərində musiqi sənətinin insan həyatındakı yerini əvəzolunmaz sayır və 
musiqi ecazının fəlsəfi qatının şərhini çox zaman öz qəzəllərində verirdi:
“Musiqi məclisinin türfə əlamətləri var, 
Guş qıl, gör necə cansuz hekayətləri var” 
Musiqi zövqünə ol kəs ki, deyildir vaqif, 
Bu büsatın nə bilir ki, nə şərafətləri var. 
...Məscid əhli nə bilir musiqi zövqün, Vahid! 
Çünki cahillər olduqca, cəhalətləri var.
(5, s.286). 
Əliağa Vahid maarifçi bir şəxs olmuşdur. Şübhəsiz öz əsərlərinin çoxunda 
din, irfan adamlarını cahil adlandırsa da, bu onun dinsiz olduğuna işarə etmir. 
“Şübhəsiz ki, Ə.Vahid məscid əhlini cahil adlandıranda özünün dinsiz olduğuna işarə 
eləmir, o, bununla musiqini haram hesab edən bir sıra savadsız, İslam dinindən 
qətiyyən xəbərləri olmayan, lakin özünü alim sayan fanatik din xidimlərini nəzərdə 
tutur. Ə.Vahidi əslində dinsiz yox, dini dəyərlərə hörmətlə yanaşan dini 
şəxsiyyətlərə, eyni zamanda islam dininə hüsn-rəğbət bəsləyən bir şair adlandırmaq 
daha doğru olardı. Şairin Həzrəti Hüseynə və Kərbəla şəhidlərinə həsr etdiyi 


Filologiya məsələləri, № 5, 2021
188
mərsiyədən təkcə misal gətirmək kifayətdir ki, bu da onun əslində Allaha, dinə və 
Allahın seçdiyi müqəddəs varlıqlara olan münasibətini aydınlaşdırsın” (6, s.22). 
“Mollaxana” poemasında şair qeyd edir ki, mollanın hər işini gördükdən 
sonra bir az əylənmək istəyib tütək çalan zaman Hənfə dəliyə dönər və İslamın 
musiqini qadağan etdiyini bildirərmiş:
Hamının çalğıya vardı həvəsi, 
Tütəyin şən, o gözəl incə səsi, 
Qəm tutarkən sıxılan qəlbimizi 
Şənlədirdi azacıq, bəlkə, bizi. 
Molla ney çalmağa qoymaz, lakin 
Bəsləyərdi tütəyə, çalğıya kin. 
Musiqi 
sənətinə 
düşməndi. 
Bizə daim bu idi rişxəndi. 
Musiqi çalsa bu dünyada biri, 
Şübhəsiz, odlu cəhənnəmdi yeri. 
Kim tütək çalsa, o azğın qudurur, 
Sanki peyğəmbərə min sillə vurur. 
Bir uşaq bir dəfə çaldıqda tütək, 
Molla yüzlərlə ona vurdu kötək. 
Rəsm elmin bir hünər sanmazdı, 
Şer zövqün düşünüb qanmazdı.
(1, s.11). 
Əliağa Vahid hər zaman xalqına qarşı səmimi olmuş və bunu öz əsərlərilə 
sübuta yetirmişdir. Vahid daim maarifçi görüşləriylə, yenilikçi fikirləriylə istər 
qəzəllərində, istərsə də digər əsərlərində bunu göstərmişdir. Vahid həm qəzəl 
yazanda, həm də başqa şeirlərini qələmə alarkən yalnız xalqını və xalqının 
güzəranını fikirləşmişdir. Şeirlərinin əsas mövzusu eşq olan Vahidin şeirlərində aşiq-
məşuq sevgisilə bərabər xalq, millət, vətən sevgisi də özünü göstərir. “Xalqının 
vicdan səsi və cəmiyyətin ədalət carçısı sənətkar heç bir tabeçiliyə, itaətə 
dözməməlidir. Şair alçaldılması mümkün olmayan şəxsiyyətin dəyanətini varlığında 
yaşatmalı və yaradıcılığında doğrultmalıdır! Əgər söz rəssamı – sənətkar, həqiqətən 
də, istedadlıdırsa, o, səmimi olmaya bilməz. Səmimiyyətin başlıca əlaməti isə 
həqiqəti söyləməyə qadir sənətkarın yalana qarşı mübarizədə mənəvi səbatını hifz 
etməsidir. Ə.Vahid şeiri xalqın, cəmiyyətin və ümumun səadəti və yaradıcılığına son 
dərəcə tələbkar olmağı bacaran şairləri yarışa çağırırdı” (7, s.164). 
Türkiyəli 
tədqiqatçı 
Səda Qaya Səlim də Əliağa Vahidin maarifçi görüşlərini, 
yenilikçi fikirlərini duymuşdur: “Qəzəllərində əsrin elm əsri olduğunu söyləyən və 
insanların cəhaləti buraxıb elm, irfan ilə məşğul olmalarının vacibliyini bildirmişdir. 
Elm ilə məşğul olan ölkələrin həm güclü, həm də zəngin bir dövlət olacağını dilə 
gətirən şair öz ölkəsinin də bu mövqedə olmağını istədiyini bildirmiş və qəzəllərində 
gənclərin bu yöndə çalışmalarının gərəkdiyini ifadə etmişdir... Vahid cəhalət ilə gün 
keçirməkdən usandıqlarını, cahillərin özlərini elmdən məhrum buraxdıqlarını 


Filologiya məsələləri, № 5, 2021
189
söyləyərək inqilabdan əvvəlki həyatı pisləyərək dünyada elmsiz yaşamaqdansa yox 
olmağın daha yaxşı olacağını bildirmişdir. Şair bu şəkildə xalqı elm və biliyə təşviq 
edərək sovet hökümətinin xalqa mənimsətmək istədiği konuları qələmi ilə xalqa 
çatdırmışdır.” (8, s,182). 
Sonda bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Vahid şeiri zahirən 
klassik ənənənin davamçısı kimi görünsə də əslində məzmun baxımından bu belə 
deyil. Sözsüz ki, onun yaradıcılığında aşiq-məşuq, gül-bülbül və s. atributların yer 
aldığı şeirlər çoxluq təşkil edir. Lakin buna baxmayaraq Əliağa Vahid klassik 
ənənəylə yanaşı, həm də xalqın maariflənməsi yolunda müxtəlif məzmunlu şeirlər də 
qələmə almışdır. Çünki o klassik ənənə ilə çağdaş şeir arasında vəhdət yaratmağı 
bacarırdı. Vahid poeziyasının əsasını qəzəl janrı təşkil etsə də, onun yaradıcılığınının 
təkcə bu cəhətindən söz açmaq olduqca yalnış olar. Çünki Vahidin poeziyası janr və 
məzmun müxtəlifliyi baxımından olduqca zəngindir. 
ƏDƏBİYYAT: 
1.
Əliağa Vahid. Mollaxana. Bakı: Azərnəşr, 1938, 19 səh. 
2.
Aytac Zeynalova. Əliağa Vahidin poetik irsi. Bakı: Elm və təhsil, 2011, 
272 səh. 
3.
Əliağa Vahid haqqında bildiklərimiz (tərtib edəni: M.Nuruoğlu). Bakı: 
Şərq-Qərb, 1995, 240 səh. 
4.
Eltac Elmanoğlu. “O çox zaman şeirlərini bədahətən söyləyərdi...” // 
“Ədalət” qəzeti., 5 iyun, 2020, s.9. 
5.
Əliağa Vahid. Qəzəllər. Bakı: Azərnəşr,1964, 363 səh. 
6.
Vüqar Əhməd. Ədəbi-elmi portretlər. Bakı: Afpoliqraf, 2017, 212 səh. 
7.
Məsud Əlioğlu. Darıxan adamlar (seçilmiş əsərləri). Bakı: Təhsil, 2018, 
792 səh. 
8.
Seda Kaya Selim. Eliağa Vahid’in gazelleri üzerine bir değerlendirme. 
Türklük Bilimi Araştırmaları. 2016, sayı 39, s.167-185. 
Eltaj Elmanoghlu 
SOCİO-POLİTİCAL MOTİVES İN ALİAGHA VAHİD'S POEM 
“MOLLAKHANA” 
Summary 
Aliagha Vahid (1894-1965), a prominent Azerbaijani poet, a brilliant figure 
of twentieth-century Azerbaijani classical poetry and a public figure, is best known 
in the history of literature for his ghazal works, but also wrote beautiful works in the 


Filologiya məsələləri, № 5, 2021
190
folk poem style. Lyric and satire Aliaga Vahid developed as a double wing in each 
period of his work, and until the end of his life he remained faithful to both ghazal 
and satirical style. Among the foundations that nurtured the unit was the great role of 
the literary assembly "Majmaush-shu'ara" (Meeting of Poets), of which he was a 
member. Mirza Abdulkhalig Yusif (1853-1924) and Mashadi Azer Imamaliyev from 
Buzovna (1870-1951) had exceptional services in the development of Vahid as a 
thinker and gazalkhan. Literary and artistic creativity of the gazalkhan, who writes 
and creates both in the style of folk poetry and in classical genres, is very wide and 
multifaceted. Nevertheless, the vast majority of authors who have chosen Vahid's 
poetry as a subject of research refer to the poet's ghazals. In particular, the poet's 
work between 1916 and 1939 has been little studied, and most of those who touch on 
these topics have simply mentioned the names of the poet's books. Although the 
poem "Mollakhana" written by the poet in the genre of Masnavi was included in 
several books, it was not republished as a special book after 1938. In the poem, 
Aliagha Vahid mainly tried to imagine the disadvantages of the old type of schools, 
gave a broad description of the level of education in the mollakhana and the 
fraudulent mullahs who taught there. The main theme of the poem is the theme of old 
and new Baku. In a single poem, he compares the environment of Baku in his time, 
that is, the old Baku he saw as a child, to the new era. The poet also gives brief 
information about his family in the work. In general, the work contains a broad 
description of the environment of Baku in the twentieth century and the way of 
thinking of the people of that time. Although there is little autobiographical 
information in the poem, it is important to study some aspects of Vahid's life. 
Although the volume of the poem is small, in a sense it can be considered as a 
special research topic. Because Aliagha Vahid touched upon many points about the 
period and about himself in the poem. 
Keywords:
Aliagha Vahid, mollakhana, poem, ghazal, social, political, 
motive 
Эльтадж Эльманоглу 
СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИЕ МОТИВЫ В ПОЭМЕ АЛИАГИ 
ВАХИД “МОЛЛАХАНА” 
Резюме 
Хотя Алиага Вахид (1894-1965), выдающийся азербайджанский поэт, 
блестящий деятель азербайджанской классической поэзии двадцатого века и 
общественный деятель, наиболее известен своими газелями в истории 
литературы, он не только обратился к жанру газели, но и также писал 
прекрасные произведения народной поэзии. Лирика и сатира Алиага Вахид 
развивался как двойное крыло в каждый период своего творчества, и газалхан 
оставался верным как газели, так и сатирическому стилю до конца своей 
жизни. Среди основ, которые взрастили группу, была велика роль 


Filologiya məsələləri, № 5, 2021
191
литературного собрания «Маджмауш-шуара» (Встреча поэтов), членом 
которого он был. Мирза Абдулхалиг Юсиф (1853-1924) и Мешади Азер 
Имамалиев (1870-1951) из Бузовны оказали исключительные заслуги в 
развитии Вахида как мыслителя и газалхана. Литературно-художественное 
творчество газалхана, который пишет и творит как в стиле народной поэзии, 
так и в классических жанрах, очень широко и многогранно. Тем не менее 
подавляющее большинство авторов, избравших поэзию Вахида в качестве 
предмета исследования, ссылаются на газели поэта. В частности, творчество 
поэта между 1916 и 1939 годами мало изучено, и большинство из тех, кто 
затрагивает эти темы, просто упомянули названия книг поэта. Хотя 
стихотворение «Моллахана», написанное поэтом в жанре маснави, вошло в 
несколько книг, после 1938 года оно не переиздавалось как специальная книга. 
В стихотворении Алиага Вахид в основном пытался представить недостатки 
школ старого типа, дал широкую характеристику уровня образования в 
моллахане и мошенников, которые там преподавали. Основная тема 
стихотворения - тема старого и нового Баку. В одном стихотворении он 
сравнивает среду Баку своего времени, то есть старый Баку, который он видел 
в детстве, с новой эпохой. Также поэт дает краткие сведения о своей семье. В 
целом работа содержит широкое описание окружающей среды Баку в ХХ веке 
и образа мышления людей того времени. Хотя в стихотворении мало 
автобиографической информации, важно изучить некоторые аспекты жизни 
Вахида. Хотя объем стихотворения невелик, в известном смысле его можно 
рассматривать как особую исследовательскую тему. Потому что Алиага Вахид 
затронул в стихотворении много моментов того периода и самого себя. 
Ключевые слова:
Алиага Вахид, моллахана, газель, стихотворение, 
социальный, политический, мотив 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya elmləri doktoru İslam
SADIQ
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
192
NARMİN BABA-ZADE 
VASİLA VALİYEVA
Azerbaijan State Agrarian University 
valiyeva.vasila@gmail.com 
narmin.babazade81@mail.ru 
NIZAMI GANJAVI IN THE WORKS OF
ENGLISH ORIENTALISTS 
Summary
Nizami Ganjavi's genius did not leave indifferent any orientalist and writer in 
the world. The article discusses the gradual study of Nizami's immortal works by 
British orientalists. Leyli and Majnun are compared to the love works of the West. 
The interest of English orientalists in Nizami's works began in the 18th century. 
Nizami's poems, which attracted the attention of British orientalists, were widely 
read in India and became very popular. In the 18th century, India was a British 
colony, and it was important to study their interests in order to understand their 
subjects and gain their trust. The world-famous "Five" began to be translated at that 
time.
Well-known English orientalists William Jones and John Atkinson made 
significant contributions to the study with translations of Nizami's works. The article 
describes in detail the translated works and the relationship of the West with the 
literature and culture of the East. 
In the book of life every page has two sides: we human beings fill the upper 
side with our plans, hopes and wishes, but providence writes on the other side, and 
what it ordains is seldom our goal. 
Key words: creative genius, to compare, general human nature of 
tradition, philosophical meaning of the plot, dedication of the poem. 
Nizami Ganjavi (pseudonym; real name-Ilyas Yusif oglu) (1141-1209)-is a 
great Azerbaijani poet and philosopher. He was born in a craftsman's family, 
received education in madrasah, and perfectly studied the medieval sciences on his 
own. Nizami also became closely acquainted with the oral and written literature of 
the Near East. 
Nizami had never travelled out of Ganja, rejected being a palace poet and 
lived on honest earning. Nizami Ganjavi started his creation with lyric poems. From 
his works we learn that he had written a large divan, and was famous as a gazal and 
gassida author. Nizami's lyrics stand out with high professionalism, worldly attitude 
to love and humanist thoughts about a man's destiny. But Nizami Ganjavi entered the 
world literature with ''Khamsa'' (Quintuple) a pentalogue of five poems ''Treasury of 


Filologiya məsələləri, № 5, 2021
193
Mysteries'', ''Khosrov and Shirin'', ''Leili and Medjnun'', ''Seven Beauties'' and 
''Iskander-nameh'' written in the masnavi form. Nizami Ganjevi's creation was the 
primary top of the Renaissans of the East, and consisted of bright artistic reflection of 
the most humane, universal socio-political, social and moral-ethic ideals of his 
epoch. The description of a man's inner world, his feelings, and thoughts along with 
the dynamic development of the main hero's characters organizes the basic aim and 
content of the Nizami's literary school. Nizami Ganjevi's poems played a great role in 
enrichment of the love theme which has widely spread in the Eastern literature, with 
social-universal, ideals and humane content. Nizami Ganjavi's works were translated 
into number of languages. The unique handwritings of his works are kept and 
guarded in the famous libraries, museums and handwriting funds of Moscow, 
St.Petersburg, Baku, Dashkend, Tabriz, Tehran, Gahira, Istanbul, Deli, London, Paris 
and other towns of the world as valuable pearls. Nizami's creation played a great role 
in the development of the Eastern Arts. Since the end of 17th century, the interest to 
the Nizami Ganjevi's heritage has risen in Europe and Russia: his works have been 
translated into English, German, French, Italian, Spanish, Japan and in other 
languages of the world; his life and creation have been studied [1,78]
The merits of foreign scientists in the field of studying and researching the 
creative heritage of the brilliant Azerbaijani poet and thinker Nizami Ganjavi-one of 
the leading figures of world literature–are quite significant .From this point of view 
attention is especially drawn to the achievements of English oriental studies or rather 
of English speaking researchers, the scientific analysis of whose fundamental works, 
in my opinion, is quite worthy of being the subject of special study. The separate 
mentions of the poet and works by English orientalists are found up to the 18-th 
century. But thanks to the translations and editions of Nizami’s poems his name 
became known to wide circle of the reading public in the British Isles. And at the 
same time, not only in England, but in the countries that were part of the English 
Colonial Empire, where the English language was widespread. Since the 18-th 
century, Nizami’s works have been subject of special interest among English 
orientalists. This interest to the works of the greatest poet of the East was also due to 
the increased attention in Europe to the cultural heritage of the East peoples. 
Speaking about this phenomenon ,along with natural attention to Nizami’s works, as 
the greatest poet and thinker ,from the progressive figures of science and culture of 
England, we must take into account the fact that the countries of the East ,including 
Iran and India, that were object of colonial politics of England, British colonial 
authorities in India, where by the end of the 18-th century the Persian language and 
Persian education, due to historical conditions, played an important role in public 
life.The extensive historical and cultural research undertaken by the British in India 
had an objective scientific value .By publishing and researching of written 
monuments of the East people, a number of the progressive scientists pursued the 
goal of establishing and expanding common cultural ties between their own people 


Filologiya məsələləri, № 5, 2021
194
and the East people ,between the West and the East through study of the relevant 
materials of the oriental discipline in India itself and on this basis–acquaintance with 
the research of the English speaking–orientaliststs who worked on Nizami’s works, 
gives reason to distinguish three stages of studying Nizami’s masterpieces ,which 
cover the following periods. 
The first stage dates back to the second half of the 20-th century and ends 
around 1918-1920. The famous orientalists who dealed with Nizami’s work were 
William Jones 91746-1794), Charles Reeu (1820-1902), Hermann Ete (1844-1917), 
Edward Zachau (1845-1930).Indian specialists also managed to achieve undoubted
success, sometimes overshadowing the results of European scientists within this 
time, such Indian scholars as Maulawi Ahmad Ali and Moulana Tsugtadir Khan, 
who wrote in English and were among the compilers of the famous Bankipor 
catalogue. [2,125] 
The second stage-1920-1946, characterized by increased interest to the 
problems of Nizami’s creative searches in English–speaking oriental studies. During 
this period English speaking orientalists managed to raise Nizami’s scientific 
research to a new level. 
The last, third period of studying Nizami’s works in English–speaking 
countries began after the Second World War and was marked by new studies of the 
creative principles of Nizami, but even more important, were attempts to 
comprehend and generalize the entire path that passed earlier.
A close acquaintance with English translations of Nizami’s works,which are 
prosaic and poetic at the same time, gave to Nizami researchers a lot in terms of text 
decoding methods, testifies to the accurate transfer of the stylistic shades of the 
Azerbaijani author’s poetry by the English translators with the least loss of the 
imagery of his language. Almost all of Nizami’s poems that make up “Khamsa”( 
Quintuple) cycle have already translated into English. Only one of the best creations 
of Nizami-is the poem “Khosrov and Shirin” that was translated into English in 
fragments. [3,130] 
The first part of Nizami’s “Khamsa”( Quintuple)-the poem “Mahzan al-
asran”( Treasury of Mysteries'')written in the spirit of sufi poetry, is imbued with a 
deep ideological and thematic content .The poet’s aesthetic views are based on his 
thought about the eternity of poetic images, the immortality of the beauty. This pearl 
of medieval Azerbaijani poetry is recognized as a unique masterpiece of world 
literature. The poem of the greatest Nizami will live as long as humanity lives, for 
which it was created. Wanting to emphasize the social significance of his work, the 
author compared it with a “veil of secrets”, ”a focus of rare thoughts” , calling the 
poem “a chaste book” .Particularly noteworthy are the efforts of the famous “father 
of English orientalism”, William Jones, in the translation of Nizami’s works 
.W.Jones was fluent in twenty–eight languages. His acquaintance with Nizami’s 
poems began at a young age, when he was working on Persian manuscripts in Paris. 


Filologiya məsələləri, № 5, 2021
195
Back in 1771, at his insistence, was decided to study the creative heritage of the 
Azerbaijani poet and thinker in England. From that year ,the topic “Nizami and his
surrounding “became the object of teaching at corresponding courses at Oxford and 
Cambridge universities. One of his early articles “the most important works in the 
Persian language” contains rather interesting source of information about Nizami’s 
poems. In it he raised the question of the necessity to collect from private collections 
and publish the poet’s manuscripts. William Jones wrote about the need to 
familiarize the Western people with the outstanding works of the Eastern classics. 
”man and human attitude to spiritual values are identical everywhere”-said William 
Jones. 
After the poem “Treasury of Mysteries''”, the attention of the English oriental 
scholars was aimed more to the poem “Leili and Medjnun”. Unfortunately ,the
English translation of the poem “Khosrov and Shirin” is still unpublished and
kept as a manuscript in the library of the British Museum. By whom and
when the translation of this wonderful work of Nizami was made remains
unknown to us. The complete English translation of the poem “Leili and 
Medjnun” was published in London in 1836 by the orientalist James Atkinson.
James Atkinson’s edition was repeated in the same London in 1894
and 1905, which testifies to unflagging interest in this topic of the English
scientific community. In an extensive preface, the translator and researcher of
the poem James Atkinson ,highly appreciated the creative genius of Nizami. 
James Atkinson wrote:” Leili and Medjnun” is one of the most widespread 
subjects in the literature of the East. Many outstanding and inconspicuous poets
have tested their pen in the composition of poems on this topic. However ,over all
these attempts shines the brilliant poem of Nizami “Leili and Medjnun”. 
At the same time, among the numerous poems on the theme “Leili and 
Medjnun”, written under the influence of the poem by Nizami , James Atkinson, 
unfortunately, didn’t mention the poem “Leili and Medjnun'' by Fizuli.
He compares the legend of “Leili and Medjnun'' with the plots prevailing 
in the West and writes “Every nation has its own story of love. For example, 
the French have a story about Averargus and Eliza, and the Italians have
Petratch and Laura. I think that readers will understand the depth of the feelings
of Medjnun, who was obsessed by passion with Leili, and will be delighted with
his love story”. Following the famous William Jones, he was looking for
features of commonality between love poems written in the West and the East. 
He was primarily interested in the philosophical meaning of the plot. “Readers 
will hardly find any features in this poem that distinguish it from Western 
versions of love stories.
Man and human essence manifest themselves everywhere in the same
way”. In James Atkinson’s review of the poem “Leili and Medjnun”, he wrote
about the dedication of the poem to Shirvanshah Ahsitan, about the poet’s


Filologiya məsələləri, № 5, 2021
196
relationship with the customer . However, inspite of important clarifications of the 
poet’s biography, James Atkinson’s notes were somewhat superficial. The
translator didn’t indicate the direct source–the specific manuscript from which
the English translation was carried out. This is a significant flaw in the entire
preface. For a better understanding of the work, James Atkinson draws 
interesting parallels between Nizami and Shakespeare, which undoubtedly
should be taken into account by our researchers when considering the problems
“Nizami and world literature”. 
It is known that Nizami in his poems often appealed to the mythology
of the East people and the corresponding verses often remained
incomprehensible to an unprepared reader. From this point of view ,Atkinson’s
comments are simply irreplaceable for western readers. For example, for
explaining the image of the “omnipresent “Khizr”, the commentator Atkinson
refers to the legends mentioned in the Jewish religious literature associated with
the prophet Elijah. 
“Haft Peikar”, “Seven Beauties” was studied and translated by 
K.Wilson.
An English of “Seven Beauties”, one of the remarkable poems by
Nizami, was published in London in 1924.The translation was made into
English with the using of white verses, which made it possible ,as academician 
A.E. Krymsky says,”to convey in English Nizami’s poem “Seven Beauties “ 
very close to original, so that his best of all parts of the “Five” finally became 
the readable property of non-oriental readers in all its mutual completeness”. 
In one rubai (quatrains), characteristic oriental poetry, an anonymous
author referring to his heart ,asks to say the names of poets–prophets. To the
astonished question why Nizami is not among those named, the heart answers: 
”After all, we talked about prophets, but Nizami is the God of poetry” .
Bibliography 
1.Г.Ю.Алиев. Персоязычная литература Индии.- М.: ИМ,1968. 
2. Р.Гаибовой /"Азербайджанская литература в трудах английских ученых /Н-
ХУТ вв./"/.Автореф.дисс....канд. 1947, с. 75-88. 
3.А.Е.Крымский. и его современники.-Баку: Элм, 1981,0,21-101. 
4.w.w.w.gence.net 


Filologiya məsələləri, № 5, 2021
197
Н. БАБА-ЗАДЕ 
В. ВАЛИEВА 
НИЗАМИ ГЯНДЖЕВИ В ТВОРЧЕСТВЕ АНГЛИЙСКИХ 
ВОСТОКОВЕДОВ 
РЕЗЮМЕ 
Гений Низами Гянджеви не оставил равнодушным ни одного 
востоковеда и литератора в мире. В статье рассказывается о поэтапном 
периоде изучения бессмертных произведений Низами английскими 
востоковедами.
Приводится аналогия с западными произведениями о любви с поэмой 
Лейли и Меджнун. Интерес английских востоковедов к произведениям 
Низами начался в 18 веке. Поэмы Низами стали читаемы и приобрели 
большую популярность в Индии, чем и привлекли внимание английских
востоковедов. B 18 веке Индия была колонией Британии, чтобы понять и 
завоевать доверие своих подданных было важно изучить их интересы. Так 
были переведены поэмы из всемирно известной “Пятерицы”.
Немалый вклад в изучение, посредством переводов, произведений 
Низами внесли известные английские переводчики –востоковеды такие, как
Вильям Джонс и Джон Эткинсон. В статье подробно описаны переведенные 
произведения и отношения Запада к Восточной литературе и культуре. 
Ключевые слова:
творческий гений, сопоставлять, общечеловеческая 
сущность предания, философский смысл сюжета, посвящение поэмы. 
N. BABA-ZADƏ 
V. VƏLIYEVA 
NIZAMI GƏNCƏVI INGILIS ŞƏRQŞÜNASLARININ 
YARADICILIĞINDA 
XÜLASƏ 
Nizami Gəncəvinin dahiliyi dünyada heç bir şərqşünas və yazıçını laqeyd 
qoymadı. Məqalədə İngilis şərqşünasları tərəfindən Nizaminin ölməz əsərlərinin 
mərhələli öyrənilməsinindən bəhs olunur. Leyli və Məcnun əsəri ilə Qərbin sevgi 
əsərləri ilə müqayisə aparılır. İngilis şərqşünaslarının Nizaminin əsərlərinə marağı 
XVIII əsrdə başlamışdır. İngilis şərqşünaslarının diqqətini çəkən Nizaminin 
poemaları Hindistanda geniş oxunurdu və böyük populyarlıq qazanmışdı.
18-ci əsrdə Hindistan İngiltərənin müstəmləkəsi idi, tabe etdiklərini başa 
düşmək və onların etibarını qazanmaq üçün onların maraqlarını öyrənmək vacib idi. 
Dünyaca məşhur "Beşlik" həmin zaman tərcümə olunmağa başlandı. Nizaminin 
əsərlərinin tərcümələri ilə tədqiqata əhəmiyyətli töhfə verən məşhur İngilis 
tərcüməçi-şərqşünaslar Vilyam Cons və Con Atkinson olmuşdu. Məqalədə tərcümə 


Filologiya məsələləri, № 5, 2021
198
olunan əsərlər və Qərbin Şərq ədəbiyyatı və mədəniyyəti ilə əlaqəsi ətraflı təsvir 
edilmişdir.
Açar sözlər:
yaradıcı dahi, müqayisə etmək, ənənənin ümumi insani 
mahiyyəti, süjetin fəlsəfi mənası, şeirin həsri. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya elmləri doktoru, professor Azad Məmmədov 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
199
GÜNƏŞ XUDAYAROVA 
Bakı Avrasiya Universiteti 
ADPU
Quba, Fətəli xan küçəsi, №5 
gunes.xudayarova92@mail.ru
XX ƏSRİN 60-80-Cİ İLLƏR POEZİYASI MİLLİ AZADLIQ 
KONTEKSTİNDƏ 
Xülasə 
XX əsrin 50-ci illərindən sonra postsovet məkanında ölkədə ictimai-siyasi 
mühit tədricən olsa da, yumşalmağa, cəmiyyətdə, ədəbiyyatda yeni ideologiya 
formalaşmağa başladı. XX əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində sovet 
cəmiyyətində kommunist ideologiyası yavaş-yavaş zəifləməyə başlamışdı. Ədəbi 
yaradıcılığa sərt təzyiq göstərən rejm artıq öz təsir gücünü itirməkdə idi. Şair və 
yazıçıların müstəqil düşünmə, yazıb-yaratma hissi, azadlıq ideyaları baş qaldırır, 
ədəbiyyatçı istəyi bütün qadağalara güc gəlirdi.
Repressiya, şəxsiyyətə pərəstişin və stalinizm siyasətinin faciəvi nəticələri 
bədii ədəbiyyata yol alırdı. Sovet kommunist ideologiyası Azərbaycan vətəndaşına, 
onun alim, şair və yazıçılarına vurduğu zərbələr ifşa edilirdi.Məhdudiyyətlər 
qoyulmuş ədəbiyyat artıq kommunist ideologiyası, sosializm quruculuğu 
çərçivəsindən çıxır, ümumbəşəri mövqe tutur, insanın mənəvi dünyasına enir və milli 
azadlıq ideyalarını ifadə etmək yolunda müsbət dəyişikliklər baş veirirdi. 60-cı 
illərdən etibarən ictimai-siyasi atmosferin ilıqlaşması, sovet ideoloji buxovların 
zəifləməsi nəticəsində bədii düşüncədə yeni meyillər ortaya çıxır, artıq ədəbiyyatda 
yeni ab-hava duyulur, ədəbiyyatçılar cəmiyyətdəki çatışmazlıqları bu və ya digər 
şəkildə, sətiraltı mənalarla, üstüörtülü, simvolik vasitələrlə və açıq şəkildə etirazlarını 
ifadə edirdilər.
Məhz belə ruhda poeziyanın yaranması Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cabir 
Novruz, Məmməd Araz, Fikrət Qoca, Tofiq Bayram və s. kimi sənətkarların adı ilə 
bağlıdır.
Açar sözlər:
XX əsr, 60-80-cı illər, azadlıq, milli düşüncə, poeziya 
Ədəbiyyatımızda “altımışıncılar” adlanan yeni bədii nəsilin yaranması ilə 
sovet ədəbiyyatı tənəzzülə doğru gedirdi. Yeni gələn ədəbi nəsil xalq və onun həyatı, 
milli-mənəvi dəyərlər, milli azadlıq ideyaları ilə ədəbiyyatın ab-havasını dəyişmiş, 
yeni məqsədlərə doğru yol almışdır.
XX əsrin 60-80-ci illər ədəbi mərhələsinin formalşmasında nəsrlə yanaşı, 
yeni ruhlu poeziyanının xüsusi rolu olmuş və bunun nəticəsində ədəbiyyatımızda 
milli azadlıq ideyalarının yeni tərənnüm istiqamətlərinə meyl artmış, özünüdərk 
problematikası ilə təzahür etməyə başlamışdı. Poeziyada Vətən və onun yaraları, 


Filologiya məsələləri, № 5, 2021
200
insan, kainat, sülh və müharibə, soykökə qayıdış, yeniləşmə, dünyəviliyə meyl əsas 
aparıcı motiv oldu. Fikir və söz azadlığı, siyasi düşüncə sərbəstliyi, milli azadlıq, 
ədalət, vətən tərənnümü uğrunda ədəbiyyatda yeni hərəkat başladı. Yeni bir mübariz 
poeziyanın əsası qoyuldu. Poeziyanı hər şeydən əvvəl, şairin əqidəsi, inamı, xalq 
istəyinin tərənnümü, milli ruha, azadlığa bağlılığı ilə yoğrularsa, o zaman əsl 
ədəbiyyat nümunəsi adlandırmaq olar. Məhz belə ruhda poeziyanın yaranması 
Bəxtiyar Vahabzadə, Xəlil Rza, Cabir Novruz, Məmməd Araz, Fikrət Qoca, 
Tofiq Bayram və s. kimi sənətkarların adı ilə bağlıdır. Onlar bu ideologiya ilə 
poeziyaya milli azadlıq, milli mübariz ovqatı gətirməyə müvəffəq oldular. Xalq 
taleyinə xalqı düşünən şair mövqeyindən yanaşma, şair ruhunu narahat edən xalqının 
ağrı-acıları, xalqın çəkdiyi iztirablar yanlız xalqı deyil, eyni zamanda şairin iztirabı 
olmasını bütünlüklə onların yaradıcılığı boyu görmək mümkündür. Xalq, millət 
azadlığını öz azadlığından üstün tutan dahi sənətkarlar dövrün qadağalarına 
baxmayaraq milli azadlıq ideyalarını ədəbi fəaliyyətlərinin başlıca məqsədinə 
çevirdilər. 
Altımışıncılar nəslinin görkəmli, istedadlı nümayəndələrindən olan Tofiq 
Bayram mənsub olduğu ədəbi nəsil içərisində özünəməxsus yaradıcılıq yolu ilə 
seçilir. Şerilərində tarixə, milli dəyərlərə, milli azadlıq ruhuna, xalq taleyinə bağlılıq, 
millətə dəyər vermək və xalqa divan tutanlara qarşı barışmazlıq mövqeyi və etirazı 
əks olunmuşdur. Şairin “Azərbaycanım” adlı şeiri bu baxımdan xüsusi əhəmiyyət 
kəsb edir. Şeirdə “Özün odlar yurdu, odun özgənin” deyərək dövrə dövrə etiraz 
hissini ifadə edir, həm də tarixə nəzər salır və gələcəyə inam hissi aşılayır:
Babək itirsə də, tunc qollarını, 
Döyüşə səslədi oğullarını. 
Dedilər əyməsin şah vüqarını 
Qoşqarlı, Kəpəzli Azərbaycanım [3, s.172]. 
Tofiq Bayram sovet rejminin hökm sürdüyü bir vaxtda dövrün nöqsanlarını 
poeziyaya gətirməklə mənsub olduğu xalqın, milllətin azad, milli ənənələrlə yaşamaq 
istəyini ifadə etmişdir. Yaradıcılığında vətən sevgisi, mənəvi dəyərlərə bağlılıq, milli 
azadlığa inam hissi duyulan, tarixi gerçəkliyi əks etdirən “Azərbaycan haqqında 
nəğmə”, “Odlar Yurdu”, “Vətən sevgisi”, “Qarabağ nəğməsi”, “Mənim arzum” 
və s. şeirləri qeyd olunan fikrə nümunə göstərmək olar. Tofiq Bayram yaradıcılığı 
milli dəyərlərlə yoğrulmuşdur. Poeziyasının ruhu, dili azadlığa, azad yaşamaq 
istəyinə həssas yanaşması ilə seçilir və bunu “Mənim arzum” adlı şeirində belə ifadə 
edir: 
Harda ələm olsa, harda qan-qada, 
Ürəyim kövrələr, əsər də mənim. 
Dəysə azadlığa güllə Konqoda, 
Arzum yaralanar Xəzərdə mənim [3, s.193]. 


Filologiya məsələləri, № 5, 2021
201
Ümumiyyətlə, Tofiq Bayram yaradıcılığının başlıca məziyyəti şair 
həyəcanında zəmanənin həyəcanını əks etdirməsi, zəmanənin güzgüsü olması, 
yaşadığı dövrün, eyni zamanda sonrakı dövrlərin nəbzini tuta bilməsindən ibarətdir. 
60-cı illər nəslinin görkəmli şairlərindən olan Fikrət Qoca şeirlərində insan və 
dünya haqqında bədii-fəlsəfi düşüncələri ilə poeziyaya yeni ruh gətirmiş, tərənnüm 
etdiyi mövzulara yeni məzmun vermiş, həyat və insan, cəmiyyətdə baş verən ictimai-
siyasi hadisələri özünəməxsus, orjinal düşüncə ilə əks etdirmişdir.
Altımışlar nəslinin nümayəndələri yeni ruhlu ədəbi nümunələr, yeni ruh 
ədəbiyyata gətirmiş və bu missiyanının üzərindən ustalıqla gəlmiş və özlərindən 
əvvəlki dövr və gələcəkdə formalaşacaq olan ədəbiyyat arasında körpü rolunu 
oynamışdılar. Fikrət Qoca da məhz belə şairlərdən biridir. Müasir Azərbaycan 
poeziyasının görkəmli şairlərindən olan Fikrət Qoca poeziyasında insanları 
düşünməyə, vətənpərvərliyə, saflıq və səmimiyyətə, bəşəri duyğulara səsləyən bir 
ovqat duyulur. Onun yaradıcılığının əsas xüsusiyyətlərindən birini xüsusilə qeyd 
etmək gərəyi duyuram ki, bu da onun dünya dərdi üzərində öz millətinin, xalqının 
dərdini, çəkdiyi ağrı-acıları ifadə etməsidir. Fikrət Qoca 1966-cı ildə qələmə aldığı 
“Azəriyəm” şeirində milli-mənəvi dəyərlərin, milli ruhun açıq-aydın ifadə şəklini 
görmək olar: 
Od oğluyam, alovlardan doğuldum, 
Alovlana-alovlana. 
İlk bahardan doğuldum, 
Lalə 
kimi 
yana-yana. 
Onunçün də baxışımın 
Odlara var bənzəri. 
Azəriyəm, azəri [2, s.16]. 
XX əsrin 60-cı illər ədəbiyyatı Azərbaycan ədəbiyyatının yeni bir mərhələsini 
təşkil edir. Elmi, ictimai və bədii fikir tərəfindən də təsdiq olunmuş bu dövr 
ədəbiyyatının əsas xüsusiyyətlərindən biri xalqın qəhrəmanlıqla zəngin tarixinə 
müraciət olunması, azadlıq istəyinin poeziyanın əsas ideologiyasına çevrilməsi, söz 
və fikir azadlığı, milli istiqlal və ictimai ədalət və s. ideyaların əks olunması idi və 
sonrakı illərdə də azadlıq ideologiyası ədəbiyyatda daha geniş vüsət alaraq 
Azərbaycanın milli müstəqillik əldə etməsi ilə prespektiv məqsədlərini həyata 
keçirməyə nail oldu. 
Milli poetik fikir tarixində Bəxtiyar Vahabzadə milli istiqlal, azadlıq ideyaları 
ilə yaradıcılıq zirvəsinə yüksələn sənətkarlardan olmuşdur. Onun təfəkkürü milli, 
amalı milləti azad görmək və bu yolda mübarizə aparmaqdan ibarət idi. Bəxtiyar 
Vahabzadə poeziyası ilə mənsub olduğu xalqın milli azadlıq ideyalarınının carçısı, 
canlı dili olmağı bacaran böyük ədiblərimizdən biridir. İkinci Dünya müharibəsindən 


Filologiya məsələləri, № 5, 2021
202
sonra ədəbiyyata gələn Vahabzadə ilk vaxtlardan ədəbi mühitin diqqətini çəkmiş 
sənətkar idi. Ömrünün altmış ilindən çoxunu elə bir zaman kəsiyində keçirdi ki, 
daim başı üstə sovet qılıncı asılı idi. Belə bir dövrə boyun əyməyən, sözü, qələmi, 
coşqun təfəkkürü ilə sovet rejminə etiraz, onun çürük mahiyyətini şüurlara yeritmək 
yolunda mübarizə aparan ziyalılardan biri də məhz Bəxtiya Vahabzadə oldu. 
Millətini sevən, xalqının məruz qaldığı bütün nisgilləri qəlbində daşıyaraq poeziyaya 
köçürən Vahabzadə yaradıcılığının ilk illərindən ömrünün sonuna kimi bir əqidəyə 
mənsubluğu ilə yaddaşlarda əbədi iz qoymuşdur. 
Bəxtiyar Vahabzadə “Vətəndən-Vətənə” (1962), “Azərbaycan oğluyam” 
(1966), “Vətən eşqi hər eşqdən əzəldir” (1969), “Azərbaycan” (1971), “Müsavat” 
(1977) və s. adlı şeirlərində Vətəni azad, parçalanmış yurdunu bütöv görmək istəyini, 
vətən sevgisini, doğma yurda bağlılığı və milli dəyərləri poetik dillə əks etdirir, 
vətənin azadlığa qovuşacağına inamını ifadə edir. “Azərbaycan oğluyam” adlı 
şeirində dövrün qadağalarına baxmayaraq milli-mənəvi, tarixi dəyərlər xatırlanır, 
zamanın qazanında qovrulduğunu və gələcəyə böyük inam hissini ifadə edərək artıq 
poeziyada milli ruh, milli azadlıq ideyalarına doğru gedən yola Vahabzadə bir işıq 
salır: 
Köküm üstə bitmişəm,
Şöhrətim var, 
Şanım var. 
Mənim gələcəklə də 
Öz əhdi-peymanım var [8, s.32]. 
1969-cu ildə “Şairlər” adlı şeirində şairin zəmanənin, əsrin vicadı olduğunu, 
azadlıq, haqq və ədalətin güzgüsü olduğunu söyləyərək bu yolda xalqının səsi 
olacağını bədii dillə belə ifadə edir: 
Şair- zəmanənin, əsrin vicdanı, 
Şair- tarixlərin, şərəfi, şanı, 
Şair- bu dünyaya zamanın sözü, 
Şair- həqiqətin, haqqın güzgüsü! [8, s.59] 
Bir vətəndaş vicdanlı şair olaraq bu amal uğrunda daima dünyaya xalqın, 
zamanın haqq sözü olacağını yaradıcılığı boyu da görmək mümkündür.
Bəxtiyar Vahabzadə 1979-cu ildə qələmə aldığı “Səbr elədik” adlı şeirində 
isə yaşadığı dövrün eybəcərliklərini poeziya üzərinə köçürür, haqq adına haqqı yıxıb 
sürüyənlərə qarşı etirazını açıq-aydın ifadə edir, səbr laylasında xumarlanmaq yox, 
artıq oyanmaq zamanının gəldiyini vurğulayır, milli azadlıq problemi ilə bağlı 
düşüncələrini müstəqim şəkildə əks etdirir:
Xalq yolunda candan keçən ərənləri 
“Xalq düşməni” damğasıyla 


Filologiya məsələləri, № 5, 2021
203
Ləkələyib məhv etdilər. 
Haqq adına haqqı yıxıb sürütdülər. 
Bozu ağdan seçənləri zindanlarda çürütdülər.
Susub dözdük, döz, dedilər... 
Qul etdilər vətənində vətəndaşı [8, s.240]. 
Şair vətənində qul olan vətəndaşın artıq səbr etmək deyil, milli azadlıq 
istəyinin zamanının gəldiyini, çəkilən ağrı-acılardan xilas olmaq istəyini, rejmin ağır 
işgəncələrini açıq dillə ifadə etməsi onunu göstərirdi ki, poeziyada milli azadlıq ruhu, 
xalqı azad görmək istəyi geniş vüsət alaraq bir amala çevrilmişdir. 
XX əsrin 60-80-ci illərdə milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli azadlıq 
ideyalarının genişlənməsi, milli istiqlal ruhlu ədəbiyyat meydanına çıxmış, 
özünüdərk proseslərinin dərinləşməsi poeziyanın əsas tərənnüm obyektinə 
çevrilmişdir. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi 
sənətkarlar həm şair, həm də bir vətəndaş olaraq özlərinin ən cəsarətli fikirlərini 
poeziyanın dilə ilə ifadə edir, milli azadlıq uğrunda mübarizəni ədəbiyyata 
gətirirdilər. Poeziyanı elə mərhələyə gətirdilər ki, poeziya artıq xalqın səsinin bədii 
ifadəsi olmuş və bu yolda əsaslı dönüş yaratmışdır. Bu dövrdə bədii ədəbiyyat həm 
forma, həm də məzmunca milliliyi ilə keyfiyyətcə dəyişikliyə səbəb oldu. 
1970-ci ilə Məmməd Araz “Azərbaycan-dünyam mənim” deyərək həm 
poeziyaya, həm də xalqın ruhuna milli ovqat gətirmiş, bu vətənin öz dünyası, öz 
səhəri olmasınının vaxtı gəldiyini ifadə edir, milli ideologiyası ilə mövcud rejmə 
etiraz səsi, xalqa isə milli ruhu təbliğ edən şeir nümunəsi idi:
Mənim könlüm bu torpağı
vəsf eləyərək, 
Azərbaycan dünyasından 
baxar dünyaya [6, s.100]. 
Sovet rejminin xalqın üzərinə duman kimi çökməsindən narahatlıq hissini 
ifadə edən azərbaycançılıq ideologiyası ilə poeziyada yeni üfüqlərə yol açan 
Məmməd Araz yaradıcılığında milli dəyərləri, azərbaycançılıq ideologiyasını və 
xalqın haqlı səsi olaraq bədii nümunələr yaratmışdır. Məmməd Araz 1981-ci ilə 
qələmə aldığı “Durnaları dönməz oldu” adlı şeirində narahatlığını fərqli üslubda 
ifadə edir: 
Azad durna yol istədi, yol bölük, 
Tala bölük, çala bölük, göl bölük. 
Göylüyünü necə saxlar bu göylük, 
Dumanları dönməz oldu dağların [6, s.205]. 


Filologiya məsələləri, № 5, 2021
204
XX əsrin 60-cı illərindən başlayaraq istər nəsr, istərsə də poeziyada əsaslı 
şəkildə məzmun və ideya dəyişikliyi baş verirdi. Yaradıcılığı ilə poeziyaya məzmun 
və mənaca fərqlilik gətirən görkəmli sənətkarlarımızdan bir də məhz istiqlal şairi 
Xəlil Rza Ulutürkdür. Milli azadlıq ideyaları ilə poeziyada mübarizlik simvoluna 
çevrilən şeirlər qələmə alaraq sovet rejmindən xilas olmağın yollarını arayır, milli-
azadlıq uğrunda mübarizə hərəkatını gücləndirməyə xidmət edirdi. 

Xəlil Rzanın yaradıcılığında ilk mənzum dəyişiklikləri 1960-cı illərdən 
başlamış, sonra getdikcə güclənmişdir. Həmin dəyişiklikləri təmin edən başlıca 
cəhətlər özünə və ictimai həyata münasibətinin güclənməsi, lirik qəhrəmanın 
inadkarlığının artması, şairin həqiqəti tapmaq uğrunda qızğın idrak fəaliyyəti və 
bunların nəticəsində sovet ehkamlarından qurtulması ilə bağlı olmuşdur. Onun 60-cı 
illər şeirlərinin başlıca mövzularını isə təbiət löhvələri təşkil etmiş, təbiət hadisələri 
əsasında şair milli duyğu və düşüncələrini ifadə etməyə çalışmışdır. Xəlil Rzanın 
poetik manifesti olan “Azadlıq” şeiri ilk dəfə “Ədəbiyyat və incəsənət” qəzetinin 24 
dekabr 1960-cı il tarixli nömrəsində məlum senzor basqısı nəticəsində “Afrikanın 
səsi” adı ilə dərc edilmişdir” [7, s.186-187].
Xəlil Rza ilk şeirlərindən özünün poetik yolunu müəyyənləşdirməyə 
müvəffəq olmuş, milli coğrafiyamızdan kənara çıxaraq başqa xalqların tarixi taleyi 
ilə bağlı düşüncələrini ifadə etmiş, belə ifadə forması ilə əslində sətiraltı mənada 
mənsub olduğu xalqın arzusunu bədii dilin imkanlarında istifadə edərək qələmə 
almışdır. 1960-cı ildə yazdığı “Afrikanın səsi” şeiri Afrika xalqlarının mübarizəsinə 
həsr edilsə də, şairin mənsub olduğu xalqın haqq bağıran səsinin ifadəçisi idi. Şeirdə 
azadlıq ideyasının məna çaları, poetik intonasiyası, ifadə vasitələri bəşəri mövqeyi və 
bu bəşəri mövqeyin daxilində milli azadlıq istəyinin ifadəsi ilə seçilir: “Azadlığı 
istəmirəm bir həb kimi, dərman kimi; İstəyirəm günəş kimi!!! Səma kimi!!! Cahan 
kimi!!!” deyərək dövrə öz etiraz səsini ucaldırdı. 
Xəlil Rza “Mən bu əsrin gur səsiyəm” deməklə ədəbiyyatımıza, poeziyamıza 
yeni ruh, yeni nəfəs gətirir, 60-cı illər poeziyasında azadlıq idealını bu və ya digər 
formada ifadə etməkdən çəkinmir. Şair azadlıq idealı ilə poeziyamıza bəşəri məzmun 
gətirmişdi. Bəxtiyar Vahabzadə bu şeir haqqında belə bir fikir səsləndirmişdir: 
“Afrikanın səsi” adlı yığcam bir şeirdə yalnız Afrika xalqlarının deyil, öz azadlığı 
və istiqlalı uğrunda ayağa qalxan və müstəmləkəçiliyin, faşizmin hər cür təzahürünə 
qarşı barışmaz mövqe tutan, imperializmin buxovlarını qıran bir sıra ölkələrin 
mübarizə əzmi, üsyankar ruhu çox sərrast və qüvvətli ifadə olunmuşdur” [5, s.6]. 
Milli-azadlıq uğrunda mübarizə hərəkatı Xəlil Rza Ulutürkə əhəmiyyətli 
dərəcədə ideyalar vermiş və bu ideyaları poeziya vasitəsilə xalqın milli ruhunu 
oyatmaq yolunda vətəndaş-şair olaraq xidmət göstərmişdir. Xalq birliyi, onun tarixi 
taleyi Xəlil Rza yaradıcılığının özülünü təşkil edir. Bu ideologiya həm yaradıcılığının 
sonrakı illərinin, həm də dövrünün digər sənətkarlarının yaradıcılığına əsaslı şəkildə 
nüfuz etməyə başlamışdı. Xəlil Rza yaradıcılığında 60-ci illərin əvvəllərindən 
başlayaraq vətənpərvərlik ideyaları güclənib hakim ideologiyaya çevrilmişdir. Sovet 


Filologiya məsələləri, № 5, 2021
205
dövrünü, sovet həyatını idealizmə etməyən şair yaşadığı dövrün mənfi cəhətlərini 
poetik dillə ifadə etmiş, ictimai-siyasi reallığı ifadə etməkdən çəkinməmişdir. 
Yaradıcılığında azadlığı, milli ruhu tərənnüm etmişdir. Xəlil Rza Ulutürk 1960-1962-
ci illərdə “Vətən, ya ölüm”, 1966-1968-ci illərdə “Rədd olun Vyetnamdan, ey 
qəsbkarlar”, 1982-ci ildə “Vyetnam”, “Prezident kabinəsi”, “Qəzəb marşı”, 1984-cü 
ildə qələmə aldığı “Sofiyada festival” kimi əsərləri ilə bəşəri hadisələrə üz tutmuş və 
bəşəri hadisələrə toxunaraq əslində mənsub olduğu xalqın da sovet ehkamlarından 
xilasının zəruriliyini sətiraltı mənalarla ifadə edir. X.R.Ulutürk milli azadlıq 
hərəkatına, milli ideala və xalqın tarixi taleyini poeziyasına sətiraltı mənalarla, 
müxtəlif formalarda, gah mətnarası, gah dolayısı ilə, gah da açıq şəkildə ifadə 
etmişdir. 1966-1968-ci illərdə yazdığı “Rədd olun Vyetnamdan” adlı şeiri bu 
baxımdan əhəmiyyətlidir. Şair bəşəri hadisələri poeziyaya gətirməklə, eyni zamanda 
milli idealı, milli azadlığı sətiraltı ifadə edir: “XX əsrin önündə hər xalq, azadlıq 
fənnindən imtahan verir” deyərək fikrini ifadə edir. 
Xəlil Rza Ulutürk poeziyasında 70-ci illərdən başlayaraq mənəvi-psixoloji 
istiqamət milli ruha, milli ideala doğru yol alır, dünyaya nüfüz edirdi. Əsərlərində 
yaşadığı mövcud rejmə ictimai etiraz, ictimai-siyasi haqsızlıqlara, istismara, 
imperiyaçılığa qarşı mübariz ruh əks olunur, xalq taleyinə laqeyid yanaşanlar ifşa 
obyektinə çevrilir. Şairin 60-ci illərin sonu, 70-ci illərin əvvəllərində yazdığı 
şeirlərində azadlığa gedən yolun düşüncə və qəlb azadlığından başladığı fikrini ifadə 
edən ideyalara rast gəlirik. Azadlığın insanın öz ruhundan başlayıb xalqın
milli-mənəvi azadlığı ilə tamamlanması ideologiyasını Xəlil Rza yaradıcılığında 
bədii emosional dillə ifadə formasını görmək olar. 
1988-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı başlayanda X.R.Ulutürk də 
fəaliyyətini genişləndirir, xalqın milli azadlığı uğrunda mübarizəni vətəndaşlıq və 
yaradıcılıq amalına çevirir. X.Rza 5 dekabr 1988-ci ilə yazdığı “Azadlıq Meydanı” 
adı şeirində xalqın səsi olduğunu, xalq mübarizəsini bədii dilin imkanlarında istifadə 
edərək ifadə etmiş, bir şairin xalq taleyinə bağlılığı, onun azadlığı uğrunda 
mücadiləsini poeziyaya gətirmişdi: 
Bu meydanda mən tanıdım bağrı tonqal igidləri. 
Alnındakı ipək qaytan qırmızı, al igidləri. 
Bu meydanda anladım ki, adi ocaq pir olarmış, 
Mələk kimi, quzu kimi qızlar dönüb şir olarmış. 
Bu meydanda analdım ki, nə quzuyam, nə də ceyran. 
Azərbaycan bu gün doğur özü boyda Azərbaycan [4, s.151]. 
Azərbaycan ədəbiyyatı bütün çətinliklər və mürəkkəbliyi ilə sovet dövrü 
ədəbiyyatının xüsusi bir mərhələsini təşkil edir. XX əsrin 70-80- ci illər Azərbaycan 
ədəbiyyatı milli istiqlal, milli özünüdərkə qayıdış mərhələsi adlandırmaq olar. Bu 
mərhələ 80-ci illərin sonları və 90-cı illərin başlanğıcının istiqlal ədəbiyyatı və milli 


Filologiya məsələləri, № 5, 2021
206
özündərkə qayıdış mərhələsi ilə müstəqillik dövrü ədəbiyyatı arsında bir körpü 
funksiyasını yerinə yetirir. Bu dövrdə yaranan poeziya Azərbaycan xalqının dövlət 
müstəqiliyi uğrunda mübarizəsinin ideallarına çevrilmiş, eyni zamanda azadlıq 
mübarizəsi meydanlarının əsas hərəkərverici qüvvəsi olmaq səviyyəsinə 
yüksəlmişdir. Məhz bu dövrdə Azərbaycan ədəbiyyatı, poeziyası milli istiqlal, 
azadlıq uğrunda heç nədən çəkinməyərək mübarizə aparmışdır. 
Belə bir ədəbiyyatın nümayəndəsi olaraq Cabir Novruz da yaradıcılığı ilə 
ədəbi mühitdə özünəməxsus mövqeyə malik sənətkarlardandır. Cabir Novruz 
poeziyası ilə milli irs, Azərbaycan xalqının tarixi taleyini, vətənpərvərlik və 
mübarizlik ruhu ilə Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. 
Cabir Novruz 1988-1989-cu illərdə Vətəninin taleyi üçün narahatlıq hissi açıq 
şəkildə ifadə etməkdən çəkinməyərək artıq yaşanılan iztirablı, qanlı illərin sonu 
olduğunu poetik təfəkküründən süzülüb gələn azərbaycançılıq ideyalarını təbliğ edir, 
poeziyasının tarixiliyini daha da dərinləşdirmişdir:
Daha bizim yelkənləri yelləyir külək, 
Nə zamandı bütün dillər kilidli idi. 
Yetmiş ildi millət demək, xalq adı çəkmək, 
Əsl mərdlik, qəhrəmanlıq, igidlik idi [1, s.227]. 
Ədəbiyyatın bu mərhələsi milli istiqlal, azdlıq ideyaları ilə Azərbaycan 
xalqının müstəqilliyi uğrunda mübarizəsinin əsas ideallarına çevrilmişdir. Bu dövr 
ədəbiyyatı xalqın azadlıq mübarizəsi meydanında hərəkətverici qüvvə olmaq 
səviyyəsinə çatmış və milli-mənəvi özünüdərkə qayıdış nümunəsi olmuş, azadlıq 
uğrunda mübarizə ədəbiyyatının, poeziyasının bir proloqu olmuşdur. 
Ədəbiyyat 
1.
Cabir Novruz. Özünü qoru, xalqım. Bakı, “Azərbaycan nəşriyyatı”, 2002, 228 
səh. 
2.
Fikrət Qoca. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 248 səh. 
3.
Tofiq Bayram. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyatı”, 2005, 328 səh. 
4.
Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 
2005, 248 səh. 
5.
Xəlil Rza Ulutürk. Seçilmiş əsərləri. Şeir və poemaları. Bakı, “Təhsil”, 2012, 
560 səh. 
6.
Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 
2004, 224 səh. 
7.
Nəbiyev Bəkir. Xəzan vurmasın. Bakı, “Elm”, 2006, 452 səh. 
8.
Vahabzadə Bəxtiyar. Seçilmiş əsərləri. İki cilddə. I cild(şeirlər). Bakı, “Öndər 
nəşriyyat”, 2004, 328 səh.


Filologiya məsələləri, № 5, 2021
207
ГЮНЕШ ХУДАЯРОВА 
ПОЭЗИЯ 60-Х И 80-Х ГОДОВ XX ВЕКА В КОНТЕКСТЕ НАЦИО 
НАЛЬНО-СВОБОДИТЕЛЬНОГО ДВИЖЕНИЯ 
РЕЗЮМЕ 
После 1950-х годов социально-политическая среда на постсоветском 
пространстве в стране стала постепенно смягчаться, в обществе и литературе 
стала формироваться новая идеология.
В конце 1950-х - начале 1960-х годов коммунистическая идеология в 
советском обществе начала ослабевать. Режим, сильно давивший на 
литературное творчество, уже терял свое влияние. Поэты и писатели обладали 
независимым мышлением, чувством письма, идеями свободы и стремлением 
писателя преодолевать все запреты. Трагические последствия репрессий, 
культа личности и политики сталинизма превратились в художественную 
литературу. Выявлены удары, нанесенные советской коммунистической 
идеологией гражданину Азербайджана, его ученым, поэтам и писателям.
С 1960-х годов в результате потепления общественно-политической 
атмосферы и ослабления советских идеологических оков возникли новые 
тенденции в художественной мысли, в литературе ощущалась новая 
атмосфера, они протестовали. Возникновение поэзии в зтом духе связано с 
именами таких художников, как Бахтияр Вахабзаде, Халил Рза, Джабир 
Новруз, Мамед Араз, Фикрет Годжа, Тофик Байрам и другими.
Ключевые слова:
XX век, 60-80-е годы, свобода, национальное 
мышление, поэзия. 
GUNESH KHUDAYAROVA 
POETRY OF THE 60-80S OF THE XX CENTURY IN THE CONTEXT OF 
NATIONAL FREEDOM 
SUMMARY 
After the 1950s, the socio-political environment in the post-Soviet space in 
the country gradually began to soften, and a new ideology began to take shape in 
society and literature. In the late 1950s and early 1960s, communist ideology in 
Soviet society began to weaken.
The regime, which put severe pressure on literary creation, was already losing 
its influence. Poets and writers had the idea of independent thinking, writing, 
freedom, and the desire of the writer to overcome all prohibitions. The tragic 
consequences of repression, the cult of personality, and the policies of Stalinism 
made their way into fiction. The blows inflicted on the Azerbaijani citizen, his 
scientists, poets and writers by Soviet communist ideology were exposed. Restricted 


Filologiya məsələləri, № 5, 2021
208
literature went beyond communist ideology and socialism, took a universal position, 
descended into the spiritual world and made positive changes in the expression of 
national liberation ideas.
Since the 1960s, as a result of the warming of the socio-political atmosphere 
and the weakening of Soviet ideological shackles, new tendencies have emerged in 
artistic thought, a new atmosphere has been felt in literature, and writers have 
addressed society's shortcomings in one way or another. They protested. The 
emergence of poetry in this spirit is associated with the names of artists such as 
Bakhtiyar Vahabzade, Khalil Rza, Jabir Novruz, Mammad Araz, Fikret Goja, Tofig 
Bayram and others.
Key words:
XX century, 60-80s, freedom, national thinking, poetry 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya elmlər doktoru, professor Ramil Əliyev
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
209
SƏDAQƏT ƏSGƏROVA, 
AMEA-nın Nizami Gəncəvi adına 
Ədəbiyyat Muzeyi 
sedaqet_askerova.73@mail.ru 
Bakı şəhəri, Həsən bəy Zərdabi küşəsi, 121 
ŞƏCƏRƏYƏ SADIQ , ATASINA LAYIQ ÖVLAD 
XÜLASƏ 
Aşıq Ağalar sözlə, sazla böyüdüyündən camaat arasında böyük hörmətlə də 
tanınmışdır. Şirvan aşıq sənətinin sultanı aşıq Mirzə Bilalın adını həmişə uca tutmuş 
və elə də yaşayıb yaratmışdır. O, həyatı ağır keçsə də, ruhdan düşməmiş, vətəninə,
mahnılar qoşub oxumuşdur. Aşıq Ağalar üzünü çaylara, dağlara tutaraq,ondan ilham 
almış və bu gözəllikləri məharətlə tərənnüm etmişdir. Aşığın yaradıcılığına diqqət 
etdikdə onun şeirlərində vətəninin ürəkdən tərənnümünün şahidi olursan. Belə bir 
anda gözlərimiz qarşısında əsl vətənpərvər aşıq obrazı canlanır.
Burada Şirvan aşığından danışırıqsa, onda Şirvan aşıq mühiti barədə qısaca olsa 
da xatırlatma verməyimiz daha məqsədəuyğundur. Hər kəsə aydındır ki, Şirvan 
torpağı nağılla, dastanla, bayatı və s. çox zəngindir. Bu folklorun ən geniş qolu, 
məxsusi yeri, çəkisi, özünəməxsus xüsusiyyətləri ilə seçilən Şirvan aşıqlığıdır. Şirvan 
aşıqlığı zəngin bir məktəbdir desək, yanılmarıq. Bu gün Şirvan mühitinin musiqi 
repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir.
Qeyd etməliyik ki, Aşıq Ağaların şəxsiyyəti onun qoşmalarında, gəraylılarında 
özünü daha çox biruzə verir. Həm də qürurlu, mətin, cəsarətli aşığın özünəməxsus 
ifadə üslubu, məzmun rəngarəngliyi diqqəti cəlb edir. Aşıq yaşaşadığı həyatı səbirlə, 
təmkinlə müşahidə edir və bu dünyanın zövq səfasının, malının-mülkünün ötəri 
olduğunu vurğulayır. Eyni zamanda insanın yalnız xeyirxah əməllər sayəsində 
unudulmayacağına inanır 
Aşıq Ağaların həyat və yaradıcılığını araşdırmaq üçün mövzunun təhlilində 
obyektivlik, sistemli yanaşma, materialların analizi və tənqidi qiymətləndirmə 
metodları əsas götürülüb.
Gözəl qaməti və yaraşıqlı cöhrəsi ilə tanınan Aşıq Ağalardan tanrı heç nəyi 
əsirgəməmişdir. Hələ müharibədən əvvəl insanı valeh edən səsi ilə yaddaşlara həkk 
olunmuşdur. Aşıq boğaz nahiyəsindən aldığı qəlpə yarasına görə, davadan 
qayıtdıqdan sonra bir qədər bəmdən oxuyurdu. 
Biz, Aşıq Ağalar Mikayılov yaradıcılığını öyrəndikcə görürük ki, doğrudan da 
aşıq bütün həyatı, yaradıcılığı boyu gözəllik axtarışında olmuş, bu gözəlliklərin
daxilində insanpərvər insanları görmüş və onları şeirə gətirmişdir.
Açar sözlər: 
şeir, gözəllik, aşıq, saz, qoşma, qəzəl, gəraylı 


Filologiya məsələləri, № 5, 2021
210
Aşıq Ağalar sözlə, sazla böyüdüyündən camaat arasında böyük hörmətlə də 
tanınmışdır. Şirvan aşıq sənətinin sultanı aşıq Mirzə Bilalın adını həmişə uca tutmuş 
və elə də yaşayıb yaratmışdır. O, həyatı ağır keçsə də, ruhdan düşməmiş, vətəninə,
mahnılar qoşub oxumuşdur. Aşıq Ağalar üzünü çaylara, dağlara tutaraq, ondan 
ilham almış və bu gözəllikləri məharətlə tərənnüm etmişdir. Aşığın yaradıcılığına 
diqqət etdikdə onun şeirlərində vətəninin ürəkdən tərənnümünün şahidi olursan. 
Belə bir anda gözlərimiz qarşısında əsl vətənpərvər aşıq obrazı canlanır.
Burada Şirvan aşığından danışırıqsa, onda Şirvan aşıq mühiti barədə qısaca olsa 
da xatırlatma verməyimiz daha məqsədə uyğundur. Hər kəsə aydındır ki, Şirvan 
torpağı nağılla, dastanla, bayatı və s. çox zəngindir. Bu folklorun ən geniş qolu, 
məxsusi yeri, çəkisi, özünəməxsus xüsusiyyətləri ilə seçilən Şirvan aşıqlığıdır. Şirvan 
aşıqlığı zəngin bir məktəbdir desək, yanılmarıq. Bu gün Şirvan mühitinin musiqi 
repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir.
Qeyd etməliyik ki, Aşıq Ağaların şəxsiyyəti onun qoşmalarında, gəraylılarında 
özünü daha çox büruzə verir. Həm də qürurlu, mətin, cəsarətli aşığın özünəməxsus 
ifadə üslubu, məzmun rəngarəngliyi diqqəti cəlb edir. Aşıq yaşaşadığı həyatı səbirlə, 
təmkinlə müşahidə edir və bu dünyanın zövq səfasının, malının-mülkünün ötəri 
olduğunu vurğulayır. Eyni zamanda insanın yalnız xeyirxah əməllər sayəsində 
unudulmayacağına inanır:
Yaxşı nəzər yetir sən bu dünyaya, 
Nə şaha qalmayır, nə də gədaya. 
Bilal oğlu, şükür eylə xudaya 
Torpaqdan yaranan xarman olarmış
(Aşıq Ağalar. Söz mənimkidir. Baki, Çaşıoğlu, 2014 səh, 64.). 
Həm də aşığın insanın ömrü, həyat yolu və qocalığı ilə əlaqədar 
vücudnamələri onun keşməkeşli, lakin sağlam, mənalı həyatından da xəbər verir:
Məhşər meydanından quş kimi uçdum, 
Sirat körpüsündən çox asan keşdim. 
Ağalar deyir ki, cənnətə düşdüm, 
Abi-kövsərdən də içib, dolandım.
(S.Qəniyev. Sirvanlı Aşıq Ağalar . Bakı, Elm və təhsil, 2011, səh .107). 
Aşıq hər yaşın insan həyatına gətirdiyi şöhrət və möhnəti sadə dillə izah edir, 
gözlərimiz qarşısında zəhmətkeş, cəfakeş bir ömürün səcərəsini canlandırır: 
Otuz yaşda əbəs sandım sevdanı, 
Qırx yaşımda zikir qaldım sübhanı, 
Əlli yaşda enib bir pilləkanı, 
Elə bil ki, dağ başından tullandım.


Filologiya məsələləri, № 5, 2021
211
(S.Qəniyev. Sirvanlı Aşıq Ağalar Bakı, Elm və təhsil , 2011, səh. 107.). 
Aşıq Ağaların həyat və yaradıcılığını araşdırmaq üçün mövzunun təhlilində 
obyektivlik, sistemli yanaşma, materialların analizi və tənqidi qiymətləndirmə 
metodları əsas götürülüb.
Gözəl qaməti və yaraşıqlı cöhrəsi ilə tanınan Aşıq Ağalardan tanrı heç nəyi 
əsirgəməmişdir. Hələ müharibədən əvvəl insanı valeh edən səsi ilə yaddaşlara həkk 
olunmuşdur. Aşıq boğaz nahiyəsindən aldığı qəlpə yarasına görə, davadan 
qayıtdıqdan sonra bir qədər bəmdən oxuyurdu: 
Ağalar, çal, oxu, obada , eldə, 
Mirzə İbrahimi əzbər et dildə, 
Dağlar da, düzlər də, meşə də, göl də, 
Şairin söz yurdu, söz məkanıdı.
(S.Qəniyev. Sirvanlı Aşıq Ağalar Bakı, Elm və təhsil , səh.93). 
Vətənini sonsuz məhəbbətlə sevən, aşıq bu torpağın övladı olduğu üçün qürur 
duyur, vətəninin gözəl təbiəti ilə fəxr edir. Ona görə də aşığın vətənimizin 
tərənnümünə həsr etdiyi şeirlərində nikbin bir ruh olduğunu görürük: 
Bəzənmişdir başdan-başa elləri, 
Şuşanın dağlarrı, Gəncə gölləri, 
Kürün kənarında Muğan çölləri, 
Ceyranlı düzləri Mildən şirindi.
(Aşıq Ağalar. Söz mənimkidir. Baki.Çaşıoğlu, 2014, səh 54.). 
Aşığın yaradıcılığında təbiət gözəlliklərinin təsviri mühüm yer tutur və
insana təbiət gözəlliyini daha çox duymağa imkan verir:
Şirvan mahalının tər bənövşəsi, 
Gələndə eynimə, artır nəşəsi, 
Dağlara, daşlara düşəndə səsi, 
Kəkliyin nəğməsi baldan şirindi.
(Aşıq Ağalar. Söz mənimkidir. Baki, Çaşıoğlu, 2014. səh 54.). 
Onu da deməliyik ki, Aşıq Ağalar ana dilimizin poetik imkanlarından və 
sələflərinin yaradıcılığından ustalıqla istifadə etdiyinə görə, şeirlərində bədii 
portretin ən gözəl nümunələrini yarada bilmişdir:
Mən bir vətənin övladıyam, can ona qurban 
Canım da, qanım da olsun hər an ona qurban 
Gəzdi və dolandım mən onun hər bucağında 
Sandım onu cənnət nədi, Rizvan, ona qurban.
(Aşıq Ağalar. Söz mənimkidir. Baki , Çaşıoğlu, 2014, 92s.).
Aşıq Ağalar həssas qəlbli sənatkar olduğundan həmişə şeirlərində insanlara 
yüksək vətənpərvərlik hissləri aşılayırdı: 
Mən vətənin qurbanıyam hər zaman, 
Çünkü mənin yaradanım vətəndir, 


Filologiya məsələləri, № 5, 2021
212
Namusum, qüdrətim, şöhrətim, şanım, 
İnsafım, vicdanım, qanım vətəndir.
(Aşıq Ağalar. Söz mənimkidir. Baki, Çaşıoğlu, 2014. 92s.)
Misralardan göründüyü kimi aşıq vətənini ürəkdən tərənnüm edir və 
vurğunluğu ilə vətən-övlad münasibətlərinə yeni nəfəs gətirir.
Aşıq gələcək günlərin daha gözlər olacağına böyük ümüd bəsləyir: 
Çox keçmişdir əziyyətin, 
Dönər geri o zillətin 
O zülmətin, o möhnətin, 
Azərbaycan, Azərbaycan. 
(S.Qəniyev. Sirvanlı Aşıq Ağalar Bakı, Elm və təhsil , səh.72). 
Aşıq Ağalar qəzəl janrında da qələmini sınamışdır. Onun qəzəllərində zahirən 
köhnə şeir üslubu nəzərə çarpsa da, məna və məzmun müasirdir: 
Güldən təzədir əndamının mehri-səfası, 
Oldu neçə min aşiq olan hüsnünə qurban 
Yazdı Ağalar şəninə min dürlü qəzəllər, 
Ellər səni yad eyləyəcək şadi-xuraman. 
(Aşıq Ağalar. Söz mənimkidir. Baki, Çaşıoğlu , 2014, 92 s.)
“Ot kökü üstündə bitər” deyib ulularımız. Öz yaradıcılığı ilə Şirvanın söz-saz 
mülkünə yeni havalar, nəğmələr gətirməklə, Aşıq Bilal məktəbinin ən layiqli 
davamçılarından oldu Bilal oğlu Ağalar.
Deməliyik ki, Vətən torpağının tərənnümü Aşıq Ağaların başlıca 
mövzularından olsa da, onun yaradıcılığında təmiz məhəbbətin, mənəvi-əxlaqi 
dəyərlərin tərənnümü ön planda verilmişdir: 
Maralı, ceyranı, turacı, cili, 
Bəzəyib aranı, Muğanı, Mili, 
Axır Abşerona Kürün bir qolu, 
Nə gözəl nemət var, Vətənimdədir 
(S.Qəniyev. Sirvanlı Aşıq Ağalar Bakı, Elm və təhsil , səh.86).
Biz, Aşıq Ağalar Mikayılov yaradıcılığını öyrəndikcə görürük ki, doğrudan da 
aşıq bütün həyatı, yaradıcılığı boyu gözəllik axtarışında olmuş, bu gözəlliklərin
daxilində insanpərvər insanları görmüş və onları şeirə gətirmişdir.
Qeyd etməliyik ki, Aşıq Ağaların oğlu Elxan Ağalaroğlu “Bizim nəsil” kitabında 
Mikayılovlar nəslinin şəcərəsindən, tarixi kökündən, qaynaqlarından ətraflı bəhs 
etmişdir. Aşıq Bilalın coşqun şair təbi, həssas qəlbi, şirin avazı eyniylə oğlu Ağalara 
keçmişdi. Oğlu Bilalın dediklərindən: “Mən atam Ağaları alicənab hər zaman doğru 
danışan ailəcanlı ailə başçısı kimi xatırlayıram. Atam sözün əsl mənasında haqq-
ədalət aşığı idi. Keşməkeşli mürəkkəb həyat atamın qürurunu sındıra bilməmişdi. 
Özünə, sözünə, sazına hörmət qoyduran idi atam yadımdadı bir dəfə çəkilişlə 
əlaqədar atamı telestudiyaya dəvət etmişdilər. Səs yazısı almadan öncə mətnə 


Filologiya məsələləri, № 5, 2021
213
baxılmalı sonra qərar verilməli idi. O vaxt qayda belə idi. Bu işlərə nəzarət edən şəxs 
(adını açıqlamıram) şeirin sözlərini bəyənmədi: 
Vətəndir sevgilim, vətəndir Anam 
Vətənsiz demərəm, mən də insanam 
(Aşıq Ağalar Mikayılov.“Söz mənimkidir, Çaşıoğlu, 2014, səh. 81) 
Səbənini soruşduqda Vətəni sevgiliyə,anaya bənzətmək düzgün deyil dedi. 
Atam bərk əsəbləşdi, sazınıda götürüb cəld addımlarla studiyadan uzaqlaşdı və bir 
daha heç bir çəkilişlərə getmədi. Aşıq Ağalar şeirlərində ifadənin aydın və təsirli 
olmasına, qafiyələrin sərrastlığına, vəzn ahəngdarlığına xüsusi əhəmiyyət verirdi. O, 
sözləri qoşmanın misraları içərisində elə bacarıqla düzüb yerləşdirirdi ki, bu 
sözlərdəki səslərin uzlaşmasından qulağa xoş gələn bir ahəng yaransın: 
Haqdan gələr hər insana bir qada 
Axırda ömrünü o verər bada. 
O keçən günləri salanda yada 
Görürəm heç birin fil çəkə bilməz 
( Aşıq Ağalar Mikayılov. “Söz mənimkidir, Çaşıoğlu, 2014, səh. 39 ) 
Qoşmalarda, gəraylılarda fikri bitkin verə bilmək üçün qısa,mənalı cümlələr 
qururdu.”Sən çevirmə işi ağa, səsi çıxar lap uzağa” və yaxud, “Kəklik dağa qaçanda 
gəl, daşdan-daşa uçanda gəl” və s. 
Şeirlərində ifadəni gücləndirmək məqsədi ilə aşıq qoşa sözlərdən də 
məharətlə istifadə edirdi: 
Bürünmüşdü al-əlvana, 
Məni qoydu yana-yana. 
Dərdimi deməmiş ona, 
Özü bilə - bilə gəldi. 
( Aşıq Ağalar Mikayılov, “Söz mənimkidir, Çaşıoğlu, 2014, səh. 15 ) 
Və yaxud: 
Yada salır öz yarını 
O, pozmayır ilqarını 
Dindirib qəlbin tarını 
Çalır qəmzə sata - sata
( S.Qəniyev. Şirvanlı Aşıq Ağalar, Elm və təhsil, Bakı, 2011, səh. 24 ) 
Misralardan göründüyü kimi yana-yana, bilə-bilə, sata-sata, ifadələrini 
gəraylılara xüsusi ahəng, şirinlik verir. Eynilə atası aşıq Bilalda olduğu kimi Aşıq 
Ağaların yaradıcılığında da ictimai satira daha kəskin, daha barışmazdı. Onun 
satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını 
tapdalayanlardır. Sətir altı məna, gizlin kinayə, kəskin tənqid Aşıq Ağalar 
satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə 
kifayətlənmir, eyni zamanda onlara yaxşı nifrət və qəzəbini də bildirir: 
Deyəsən azmısan bir az yolunu, 


Filologiya məsələləri, № 5, 2021
214
Tanımırsan heç sağını, solunu. 
Gözün qızıb-cırmaqlama qolunu, 
Fikirləşsən bir az xoddan düşərsən. 
( S.Qəniyev Şirvanlı. Aşıq Ağalar, Elm və təhsil, Bakı, 2011, səh. 109 ) 
Və yaxud: 
Özgəsinin zəhmətilə dolanan 
Hər cayılar min azana düşübdür. 
Gözəllər deyənin, qəmzə satanın 
Çox görmüşəm işi dara düşübdür. 
( S.Qəniyev. Şirvanlı Aşıq Ağalar, Elm və təhsil, Bakı, 2011, səh.113 ) 
Aşıq Ağaların bu səpgidə olan şeirlərindən haqsızlığa qarşı bir üsyan sədası 
eşidilməkdədir. O, atası Aşıq Bilalın haqsızlığa boyun əyməyən cəsarətli oğlu idi. 
Haqsız yerə həbs olunan, məhv edilən atasının taleyi onu çox yandırırdı. İçin-için, 
yana-yana çəkirdi bu dərdi, qəmi.... Aşıq Ağalar insan gözəlliyini, öncə onun 
mənəvi aləmində görmək istəyirdi. O, zahiri gözəlliyi tərifləsə də əsl gözəlliyi 
yüksək əxlaqi keyfiyyətlərdə görürdü: 
Maral dağa, ceyran düzə bəzəkdi, 
Dünyanın bəzəyin pozma sən,oğlum, 
Nə dosta xain ol, nə də sitəmkar, 
( S.Qəniyev. Şirvanlı Aşıq Ağalar, Elm və təhsil, Bakı, 2011, səh.107 ) 
Ağıl, kamal insanlığın ən vacib şərtidir deyir Aşıq Ağalar. Tanrı tərəfindən 
verilmiş ən gözəl paydır, töhvədir, onun qiyməti heç nə ilə ölçülə bilməz, onun 
qədrini bil bəzəyini pozma deyir müdrük el ağsaqqalı, el aşığı... 
Sakit ol məclisdə,həddini aşma, 
Hər sözdən odlanıb, qaynayıb,daşma. 
Arif məclisində sözünü çaşma, 
Aldanma fitnəyə, azma sən, oğlum. 
( S.Qəniyev. Şirvanlı Aşıq Ağalar, Elm və təhsil, Bakı 2011, səh.108 ) 
Aşıq Ağaların bu misraları tərbiyəvi təsir göstərən atalar sözləri qədər 
əhəmiyyətlidir. Aşıq gözəlləri tərifləyərkən onların ağıl-kamalını ön plana çəkir: 
Namus arı atmaq olmaz 
Qiymət qoyub satmaq olmaz. 
Uzaq durun,duyğusu az, 
Namərdlərin ədasından. 
( Aşıq Ağalar Mikayılov. “Söz mənimkidir”, Çaşıoğlu, 2014, səh. 27 ) 
Araşdırma zamanı Aşıq Ağaların yaradıcılığında saysız-hesabsız ibrətamiz 
fikirlərə misralara dolğun,mənalı nəsihətlərə rast gəlirik: “Ağac nə qədər torpağın 


Filologiya məsələləri, № 5, 2021
215
dərin qatlsrına kök salarsa, o qədər uca olar, kökündən solan ağac bar verməz, tək 
əldən səs çıxmaz, arxasız igidin sədası olmaz, sınan könülün çarəsi olmaz, igid sözün 
aşkar söyləyər və s. 
Tək əldən səs çıxmaz,ha yellə-yellə 
Min könül tikərsən bir şirin dillə, 
Dağı-dağ üstünə qoyarsan ellə, 
Arxasız igidin sədası olmaz 
( S.Qəniyev. Şirvanlı Aşıq Ağalar, Elm və təhsil, Bakı, 2011, səh.102 ) 
Özünün gözəl davranışı ilə xalq arasında həddindən artıq dost qazanmış Aşıq 
Ağalar səmimi dost etibarlı yoldaşlıq haqqında da geniş fikir söyləmişdir: 
Qaçıb-qaçıb yorğun düşüb yatanda 
Candan qorxub əcəl tərinə batanda. 
Başın kəsmə,Bilal oğlu,tutanda, 
Bir yeyim kababa satma ceyranı. 
( S.Qəniyev. Şirvanlı Aşıq Ağalar, Elm və təhsil, Bakı, 2011, səh. 49 ) 
Əslində Aşıq Ağalar ovçunun, timsalında insanları əməlisaleh olmağa, bir 
tikəyə görə dostu, yoldaşı satmamağa humanizmə, insanpərvərliyə səsləyirdi. Bu gün 
el arasında tez-tez rast gəldiyimiz “haqq aşığı”, aşıq ağzı, el ağzı”, aşıq el atasıdır” və 
s. kimi deyimlər xalqın öz aşıq oğluna vurğunluğundan, ona göstərdiyi ehtiramdan 
xəbər 
verir

İstifadə olunmuş ədəbiyyat
1. S. Qəniyev. Şirvanlı Aşıq Ağalar. Bakı, “Elm və təhsil”, 2011, səh. 49 - 113. 
2. Aşıq Ağalar. Söz mənimkidir. Baki, Çaşıoğlu, 2014, səh. 15 - 92. 
3. M.
Qasımlı. Ozan-aşıq sənəti. Bakı, Uğur, 2011, 304 s.
4. S. Axundov. Aşıqlar. Bakı, Azərnəşr, 1960, 183 s. 
SEDAGET ASKEROVA
SUMMARY
WORTHY SON OF HIS FATHER, FAITHFUL TO HIS FAMILY 
Ashig Aghalar, being part of the ashigs' world from an early age, was highly 
respected in society. His life and work were the worthy continuation of the path of 
Ashig Mirza Bilal, known as the "sultan" of Shirvan ashig art. Despite the tough life, 
he had never been prone to despair and dedicated his songs to the motherland. Ashig 
Aghalar was inspired by the rivers and mountains and poetized their beauty. 
Considering the ashig's work, you can feel the sincere love for the motherland in his 
poems. Here we see the true patriot. 


Filologiya məsələləri, № 5, 2021
216
Since the paper is covering the ashig from Shirvan, we should recall briefly the 
Shirvan ashig circles. It's no secret that the Shirvan is rich in legends, dastans, songs, 
etc. The biggest part of this folklore is the Shirvan ashig art, distinguished by its 
special place, significance, and peculiar features. It's true to say that the Shirvan 
ashig school is pretty opulent. Today, the traditions of the Shirvan music repertoire 
fall a long way short of the ashig one.
Indeed, the personality of Ashig Aghalar is more evident in his "goshma" and 
"garayli". The inimitative style of the proud and persistent ashig, as well as the 
variety of the covered plots are also noteworthy. Ashig discreetly observes the flow 
of life, noting that the pleasures and material wealth of this world are ephemeral. He 
believes that only good deeds make a person worthy of being remembered. 
For the study of the life and work of Ashig Aghalar, the analysis was based on 
credibility, systematic approach, analysis of materials, and methods of critical 
assessment.
Handsome and well-built Ashig Aghalar was nature blessed in all ways. Even 
before the war, he was known for his charming voice. Due to shrapnel wound in the 
neck, ashig sang in a low voice for a while after the war. 
The study of the work of Ashig Aghalar Mikayilov shows that he devoted his 
life and work to the search for the glories of life, seeing kindness as part of it, and 
covered this vision in his poetry.
İngilis dilində:
poem, beauty, ashig, saz, goshma, ghazal, garayli 
САДАГЕТ АСКЕРОВА 
РЕЗЮМЕ
СЫН, ВЕРНЫЙ КОРНЯМ И
ДОСТОЙНЫЙ СВОЕГО ОТЦА 
Выросший в среде ашигов – "в мире слова и саза" – Ашиг Агалар 
пользовался большим уважением в обществе. В жизни и творчестве он 
достойно продолжал путь султана ширванского ашигского искусства Ашига 
Мирза Билала. Несмотря на тяжелый жизненный путь, он не поддавался 
унынию и посвящал песни родине. Ашиг Агалар обращался к рекам, к горам, 
вдохновлялся ими и искусно воспевал эти красоты. Рассматривая творчество 
ашига можно ощутить в его стихах воспевание родины с искренней любовью. 
В такой момент перед нашими глазами оживает образ истинного патриота.
Так как речь идет о ширванском ашиге, будет целесообразным вкратце 
вспомнить о ширванских ашигских кругах. Всем известно, что ширванская 
земля богата сказаниями, дастанами, песнями и т.д. Наиболее широкой ветвью 
этого фольклора является ширванское ашигское искусство, отличающееся 
занимаемым им особым положением, значением и своеобразными 
особенностями. Мы не солжем, сказав, что ширванская ашигская школа 


Filologiya məsələləri, № 5, 2021
217
чрезвычайно богатая. Сегодня традиции ширванского музыкального 
репертуара существенно отличаются от Ашигского репертуара.
Следует отметить, что личность Ашига Агалара больше проявляется в его 
«гошма» и «гарайлы». Также привлекает внимание своеобразный стиль 
исполнения гордого, стойкого, смелого ашига, разнообразие раскрываемых 
сюжетов. Ашиг терпеливо, сдержанно наблюдает за протекающей жизнью, и 
подчеркивает, что удовольствия и материальные блага этого мира мимолетны. 
Он верит, что человека не забудут только благодаря добрым поступкам. 
С целью изучения жизни и творчества Ашига Агалара разбор темы 
опирался на объективность, системный подход, анализ материалов и методы 
критической оценки.
Обладавшего пригожим лицом и статным телосложением Ашига Агалара 
бог ничем не обделил. Еще до войны он остался в памяти людей благодаря 
своему чарующему голосу. Из-за осколочного ранения в шею по возвращении 
с войны ашиг некоторое время пел низким голосом. 
Изучая творчество Ашига Агалара Микаилова, мы видим, что ашиг свою 
жизнь и творчество посвятил поиску красот жизни, видя в этих красотах 
человеколюбие, что и привнес в свою поэзию.
Rus dilində
: стих, красота, ашиг, саз, гошма, газель, герайлы 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Akademik

R.Hüseynov
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
218


MƏLAHƏT RAMIZ QIZI BABAYEVA 
Fil.ü.f.d. b/m
ADPU, Ədəbiyyat kafedrası 
HÜSEYN CAVID YARADICILIĞINDA AFORİZMLƏR 
Xülasə 
Cavid üçün aforizmlər əsasən yaradıcılığının yetkinliyinin əlaməti olaraq 
qiymətləndirilir. Aforizmlər onun fərdi yaradıcılıq dünyasının ən vacib 
xüsusiyyətlərini əks etdirir. Çünki onun bənzərsiz şeiri poetik mənada həqiqətin 
bilinməsindən və kəşf edilməsindən narahatlığa səbəb olub. Lirik qəhrəmanın 
düşüncə və duyğu dünyasının, müxtəlif həyat problemləri, hisslərin toqquşması və s. 
Haqqında dramaturgiyanın poetik acılığını aforizmlərin ifadəli imkanları açır. Məhz 
buna görə də zamanın və tarixin səciyyəvi xüsusiyyətlərinin təmsilçiliyi H.Cavid 
poeziyasında tez-tez rast gəlinən aforizmlərdə aydın görünür. H.Cavid aforizmlərinin 
daha çox forma və quruluş təzahürü, bədii obyekt, poetik mədəniyyətin təzahürü 
olması da səciyyəvidir, janr və formal xüsusiyyətlərindən asılı olmayaraq ritorika və 
elan ruhu aforizmlərində güclüdür. H.Cavidin əsərləri. Həm də böyük şairin 
aforizmlərinin yalnız fərdi duyğuların mühiti ilə məhdudlaşmadığı fakt olaraq qalır. 
H.Caweed vətəndaşlıq, vətənpərvərlik, humanizm fikirləri ilə əlaqəli aforizmlərə 
üstünlük verir. Belə məqamlarda onun qanadlı sözləri daha təsirli və mənalı olur. 
H.Cavidin formaca oynaq və ahəngdar aforizmləri ən vacib bədii 
ümumiləşdirmə vasitəsidir. Məzmunca ümumi hökmlər ifadə edən qanadlı sözlər 
bədii dil və düşüncə zənginliyində müstəsna rol oynayır. Poetikada sentensiya 
adlanan bu dəyərli kəlamlar H.Cavidin dram əsərləri üçün də çox səciyyəvidir. 
Üslubi cəhətdən fərqləndirici keyfiyyət daşıyan həkimanə sözlər H.Cavid bütün 
əsərlərində, hər bir replikada yerinə düşür. Mətnin məzmunu, xüsusilə üslubi şəraitlə 
sıx bağlılığı sentensiyaların intensiv yayılmasına səbəb olur. Məsələn, onun 
aşağıdakı aforizmləri öz siqlətli məzmunu, hikməti ilə yaddaşlarda dərin izlər buraxır 
Açar sözlər:
aforizm, janr, intonasiya, dil, ədəbiyyat, şeir 
H.Cavid üçün janr və intonasiya aktuallığı məzmuna uyğun dil materialı 
tələb edən vasitədir. Onun dilində son dərəcə spesifik görünən frazeologizmlər, 
xüsusən aforistik ifadə formaları intonasiya diapazonuna uyğunlaşır. Bu formalar 
şairin bədii melodiyasına, ritminə sığışır və estetik cəhətdən ona qulluq göstərir. 
H.Cavidin aforizmləri bədii məzmunla və bədii sosioloji şəraitdə möhkəm əlaqəli 
olduğu üçün fikrin emosiyalarla zənginləşməsinə təsir göstərir. Bədii intonasiyanın 
fəal tənzim edilməsində, bədii pafosun təzahüründə, poetik düşüncənin oxucu 


Filologiya məsələləri, № 5, 2021
219
şüuruna asanlıqla yol tapmasında aktiv rol oynayır, romantik–lirik elementləri 
gücləndirir. 
Aforizmlərə meyl H.Cavid üslubunda özünəxas daxili sirləri və 
qanunauyğunluqları vardır. Şeir dili faktına çevrilmiş hikmətli ifadələr daha çox dilin 
üslubi laylarına dərindən bələdliyin nəticəsi olaraq meydana çıxır və bu obrazlı 
ibarələrin poetik şirəsi mətnin bütünlükdə ruhuna hopması ilə obrazlılıq əlamətləri 
sıxlaşma prosesi keçirir. Mətn mühiti aforizmlərin bütün estetik çalarlarını duymaq 
üçün münasib üslubi şərait yaradır. Mətn mühiti onların bədii xislətinə aydınlıq 
gətirir. 
H.Cavidin formaca oynaq və ahəngdar aforizmləri ən vacib bədii 
ümumiləşdirmə vasitəsidir. Məzmunca ümumi hökmlər ifadə edən qanadlı sözlər 
bədii dil və düşüncə zənginliyində müstəsna rol oynayır. Poetikada sentensiya 
adlanan bu dəyərli kəlamlar H.Cavidin dram əsərləri üçün də çox səciyyəvidir. 
Üslubi cəhətdən fərqləndirici keyfiyyət daşıyan həkimanə sözlər H.Cavid bütün 
əsərlərində, hər bir replikada yerinə düşür. Mətnin məzmunu, xüsusilə üslubi şəraitlə 
sıx bağlılığı sentensiyaların intensiv yayılmasına səbəb olur. Məsələn, onun 
aşağıdakı aforizmləri öz siqlətli məzmunu, hikməti ilə yaddaşlarda dərin izlər 
buraxır: 
Derlər insan yaranıb meymundan 
Yenidən meymuna dönmək nə yaman... 
İdrakı sönük başçıların qəfləti ancaq 
Etmiş, edəcək milləti həp əldə oyuncaq... 
Gərçi görmək də başqa nemətdir. 
Görməmək ən böyük səadətdir. 
Yaşamaqçın hicab qorxuludur, 
Utananlar pək az müvəffəq olur və s. (2, 49) 
H.Cavidin aforizmlərlə zəngin olan nitqində bədii dinamika çox güclüdür. 
Onu təşkil edən komponentlərinin kəmiyyət göstəricilərindən asılı olaraq ahəngi də 
yeni–yeni estetik keyfiyyətlər şüalandırır. Bunun sayəsində H.Cavidin hikmətli 
kəlamları sünilik və quruculuq faktoruna çevrilmir, dilə yatımlılığı, yapışqanlığı, 
musiqiliyi ilə ifadə yekrəngliyindən özünü qoruyur. 
H.Cavid aforizmləri üzərində düşünərkən ilk əvvəl bu qənaət özünü 
doğruldur ki, şairin qanadlı sözlərini onun bənzərsiz yaradıcılıq məntiqi tələb edir. 
Aforizmlərin özülündə dayanan müdriklik ekspressiv vüsət qazanır. Aforistik tərzdə 
deyim poetik akkord səciyyəsi ilə hər cür bədiiliyə yüksələ bilir və bədii ifadə axarını 
nizamlayır. H.Cavid aforizmlərində istisnasız olaraq bütün fikirlər, hikmətamiz 
ideyalar bədiiliyə çevrilir, sirayətedici keyfiyyətlər kəsb edir, nüfuzediciliyi ilə 
oxucunun hisslərinə hakim kəsilir. Bunları biz “Kars və Oltu ətrafında səbəbsiz (!?) 
olaraq alçaqcasına qətl və yəğma edilən məzmunlar üçün” şeirindəki ifadə 
formalarında aydınca sezirik. Fəlakətə düçar olunmuşların keçirdiyi həyatın 


Filologiya məsələləri, № 5, 2021
220
acınacaqlı çalarılarını böyük məharətlə canlandıran müəllifin üsyankarlığı 
aforizmlərlə yekunlaşdırılır. Nicat yolları aforizm vasitəsilə ümumuləşdirilir. 
Aforizm yaratma prosesində H.Cavid öz ulu sələflərinin yaradıcılıq məharətindən 
istifadə edərək mükəmməl deyim qəliblərində öz poetik qənaətlərini yekunlaşdırır. 
Şairin yaradıcılıq laboratoriyasında ərsəyə gətirdiyi hikmətli misralar məzmunların 
qurtuluş yollarını, zülm və əsarətdən nicat vasitələrini olduqca sərrast şəkildə ifadə 
etmişdir: 
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
Əvət, acizlərin cəzası budur,
Kim ki, məzlum olursa, zalım odur... 
Yaşamaq istəsən çalış, çabala,
Rə’d olub gurla, bərq olub parla!
Yoqsa fəryadü nalə zaiddir,
Bir həqiqət bu: “əzməyən əzilir!..” (1, 73) 
Diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, misralar yalnız məzmun 
dolğunluğu ilə deyil, həmçinin ifadə formasının əlvanlığı ilə seçilir. Qəmli, acı 
hisslərlə aşılanmış aforistik misralarla günahsız insanların canlı obrazını onların 
iztirablarının təsviri ilə qavrayırıq. Əzabkeşlərin düçar olduğu məhrumiyyətlər 
aforizmlər vasitəsi ilə təhkiyənin toxu toxumasına nüfuz edir. H.Cavid fikrin sərbəst 
ifadəsinə müqavimət göstərən bütün ənənəvi vərdişlərdən uzaqlaşaraq əsas poetik 
qayəni aforizmlərdən istifadə yolu ilə təqdim etmişdir. Poetik fikrin inkişaf xətti 
səciyyəvi detallarla, xarakterik ştrixlərlə canlandırılsa da, aforizmlər yaradılan bədii 
lövhələrin cövhərini qanadlı sözlərlə ümumiləşdirmişdir. Şair binəsib soydaşlarının 
sosial ədalətsizliyə məruz qalması hadisəsini ancaq tarixi akt olaraq mənalandırmır, o 
, bu hadisələrin aforizmlərdə əks –səda tapan fəlsəfi mündricəsi üzərində daha çox 
dayanır. H.Cavid poetikasının ən yetkin təzahür formalarından biri kimi aforizmlər 
təsvir obyekti haqqında, onun detalları, ən vacib ştrixləri barədə fikirlərin hüdudlarını 
genişləndirir və tarixi həqiqətləri əhatə edən anlayışları bizim təsəvvürümüzdə 
aydınlaşdırır. 
Diqqətəlayiq bir xüsusiyyət kimi qeyd etmək lazımdır ki, H.Cavidin həyat 
idealı, poetik düşüncəsi aforizmlərlə daha dolğun və təsirli verilir. Poetik fikrin 
dərinliyi, lirik təhkiyənin sanbalı, fəlsəfiliyi aforizmlərə xas olan siqlətin vasitəsilə 
daha qabarıq şəkildə üzə çıxır. Şairin dönə -dönə müraciət etdiyi aforistik ifadələr 
ümumbəşəri mövzuların həllində özünü daha geniş hiss etdirir. H.Cavidin aforizmləri 
ona görə orijinal və yeni təsir bağışlayır ki, o, bu deyim tərzi ilə yalnız ümumbəşəri 
motivləri sadəcə izah etmir, o bu motivləri bir–birinə əks qütblərin mübarizəsi 
fonunda təsvir edir. Aforizmlər aydın poetik lövhələr yaratmaqla oxucunu mütəəssir 
edir.
Orta əsrlər Azərbaycan poetikasında irsəlul–məsəl və ya təmsil termini ilə 
ifadə olunan aforizmlər Hüseyn Cavidin yaradıcılığında “elə poetik kateqoriyadır ki, 


Filologiya məsələləri, № 5, 2021
221
burada müəyyən bir cümlə və ya ifadə zərbul–məsəl və yaxud hikmətamiz söz 
şəklində verilir. Bu poetik vasitə sözün estetik gözəlliyinə və məzmunun 
gücləndirilməsinə xidmət edir.” (4, 71)
Aforizmləri göstərir ki, sözlə 
davranışlarındakı özünəməxsusluq, söz işlətmə püxtəliyi H.Cavid üslubunda spesifik 
kolorit kimi hiss olunur. Bu, H.Cavid yaradıcılığı üçün o dərəcədə aktual faktdır ki, 
onsuz onun fərdi üslubunun əsas cizgiləri kölgədə qalır. Şairin “Qüruba qarşı” 
şeirinin demək olar ki, əksər misralarında şairin poetikası üçün səciyyəvi deyim tərzi 
hakimdir. H.Cavid sönük və şablonlaşmış ifadələrdən qaçmaqla sanki aforizmlərin 
bədiilikdəki əhəmiyyətini nümayiş etdirir. Güclü bədiilik yaratma faktı kimi müəllif 
aforizmləri bədii fəndə çevirib poetik mətləbləri emosional nida həddinə çatdırır. 
Aforizmlərlə H.Cavid bədii təsvirdəki həyat haqqında mühakimələr yürütməyə, 
ümumiləşdirmələr verməyə cəhd göstərir və buna yüksək sənətkarlıqla nail olur: 
Əmin ol, nеrdə dirlik varsa, mütləq orda qavğa var;
Bu bir qanuni-hikmət, sirri-xilqətdir ki, məhv olmaz.
Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar;
Bu bir baziçеyi-qüdrət ki, bundan kimsə qurtulmaz.
Çalış həp qalib ol, mərd ol! Bu, aydın bir həqiqətdir:
“Cihan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir...” 
(2, 78) 
Müşahidələr təkzib olunmaz bir fakt kimi göstərir ki, H.Cavid qələmə aldığı 
mövzunun analitik–sosioloji xarakterini təhlil edir. Bədiiliyin bütün qanunlarına əməl 
edən müəllif bədii sözə yiyələnmə səviyyəsi həmişə yüksəkdə saxlayır. 
Ustad sənətkar öz kontekstləri zəminində müdrik ümumiləşdirmələrə meyl 
edir. Onun yaradıcılığındakı aforizmlərin bolluğu da buradan irəli gəlir. O da 
diqqətdən yayınmır ki, H.Cavidə məxsus ifadələrin müdrikliyi sosial nöqtələrə 
toxunanda daha çox meydana çıxır. Hikmətli məzmunu, müdrikliyi təsvir–tərənnüm 
olunan müvafiq hadisə və əhvalatları ümumiləşdirmək üçün istəyindən doğan 
aforizmlər zəngin həyat təcrübəsinin dildə əks–sədası kimi səslənir. Ən əsası odur 
ki, H.Cavidin aforizmləri cilalı, yığcam və semantik cəhətdən siqlətli olur: 
Göz–qulaq–görmək, eşitmək aləti, 
Çoq zaman aldatmış insaniyyəti.
(3, 80) 
Bir oyuncaqdır cihan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa. 
(3, 84) 
H.Cavid poeziyasında istənilən aforizmində sintaqmatik qəliblərdən asılı 
olmayaraq həmişə obraz yeniliyi ilə müşaiyət olunur ki, bu da onun istedadındakı 
monumentallıqdır. Burada basma qəlib ifadələrin, şablon və çeynənmiş deyim 
tərzinin heç bir nişanəsi yoxdur. Buna görə də H.Cavidin aforizmləri təsvir–
tərənnüm predmetinə münasibəti tənzimləyir. Bu münasibət, semantik təyinat poetik 
xarakter daşıyır. Ifadə yaradıcılığı poetik ənənələr zəminində gedir və bu səbəbdən 
də olduqca təbii görünür. Oxucuya həzz təlqin edən, onun hisslərini tərpədən 
aforistik ifadələrlə H.Cavid bütün məqamlarda bədii mündəricənin dərkini 
stimullaşdırır. Oxucunun zövqünə yol tapmaq və bu zövqün məcrasını tənzimləmək 


Filologiya məsələləri, № 5, 2021
222
üçün aforizmlər H.Cavidin üslubunda poetik dilin təravətləndirilmə vasitəsidir. 
Bununla belə, o da xüsusi vurğulanmalıdır ki, aforizm yaradıcılığı üçün H.Cavid 
münasib bədii mühit, üslubi şəkil yaratmağın mahir ustasıdır. Buna biz onun “Qoca 
bir türkün vəsiyyəti” adlı şeirində bütün incəlikləri ilə şahid oluruq. Buradakı 
aforizmlər bütövlükdə ona görə emosional təlqinə malik olur ki, onlardakı hər bir 
sözün estetik əmsalı böyüdülmüş, bunun sayəsində misraların hər biri dərin hikmət 
vüsəti qazanmışdır. 
Yuxarıda adı çəkilən şeirdə qoca türkün vəsiyyəti kimi səslənən hər bir misra 
müdrikliyin, analitik təfəkkürün aynasıdır. Maraqlı orasıdır ki, aforizmlərin özünün 
də dil–ifadə vasitələrində obraz və məcazlarında, mükəmməl təşbeh və 
metaforalarında da lokal kolorit dərhal seçilir. Hər bir misranın arxasında kəskin 
siyasi məzmun, döyüşkən, səfərbəredici ton, milli əhvali–ruhiyyə hakim mövqedə 
dayanır. Aforizmlər türk müdrikliyini təmsil edən qocanın mükəmməl nitq təzahürü 
olub xalq dilinin hikmət xəzinəsinə layiq deyimlər kimi qəbul olunur: 
İlk istəyim: hiç bir zaman sеvgidən əl çəkməyin,
İnsan oğlu sеvgi için yaratılmış, doğmuşdur.
Yеr yüzünü qardaş bilin, insan qanı dökməyin,
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur. 
Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,
Tanrı haqdır, haqqı sеvər, ədalətdən xoşlanır.
Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,
Öz haqqını bilməyənlər ən sonunda daşlanır. 
Namus, vicdan insanlarda iki böyük qanatdır,
Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.
Namus, vicdan bizlər için daimi bir həyatdır,
Türk еli həp o hiss için doğmuş, onunla yaşar. 
(2, 127-128) 
H.Cavidin aforizmləri mürəkkəb və çoxünsürlüdür. Onda özünü ifadə 
məqamları çox güclüdür və lirik şeirlərinin əksəriyyəti monoloji nitq səciyyəsi 
daşıyır. Bundan irəli gələrək monoloji düşüncə və təhkiyə lirik şeir poetikasının əsas 
tərkib hissəsi olaraq diqqəti daha çox çəkir. H.Cavidin aforizm yaradıcılığının 
başlanğıcını həmin düşüncə və mühakimə ilə bağlı ümumiləşdirmələr təmin edir və 
hikmətli ifadələrin forma–üslub xüsusiyyətlərini yaradır. Aforizmlərlə hikmətli 
sözlərlə dünya, onun hadisələri lirik qəhrəmanın hiss və həyəcanlarından, mühakimə 
və düşüncələrindən keçirərək ümumiləşdirir. Məhz buna görədir ki, onun hər bir 
aforizmin arxasında dərin, düşündürücü, əhatəli məzmun dayanır. 
Diqqətlə nəzərdən keçirdikdə aforizmlərin əsas qayəsində H.Cavidin 
müəyyən baxışlarının, sosial gerçəkliyə konkret münasibətlərinin mövcudluğunu da 
sezmək mümkündür. Bu amil də öz növbəsində hikmətli kəlamların uğurlu 
çıxmasında özül rolunu oynayır. Aforizmlərin H.Cavid poetikasının xarakter 
ştrixləri baxımından təhlili onun əsas yaradıcılıq xislətini, sənətkarlıq mövqeyini 
müəyyənləşdirmək istiqamətlərindən biridir. Belə istiqamət H.Cavidə lirikasında 


Filologiya məsələləri, № 5, 2021
223
sosial məzmun genişliyinə, tarixi gerçəkliklərlə dialektik əlaqədə lirik təsvir gücünü, 
bədii obrazlı ümumiləşdirmə üsullarını müfəssəl və əhatəli göstərmək imkanları 
vermişdir. Janr və forma xüsusiyyətlərindən asılı olmayaraq, H.Cavid əsərlərindəki 
aforizmlərində ritorika və deklamasiya ruhu hiss olunacaq dərəcədə güclüdür. O da 
fakt olaraq qalır ki, dahi şairin aforizmləri fərdi duyğular mühitində məhdudlaşıb 
qalmır. H.Cavid daha çox vətəndaşlıq, vətənsevərlik, humanizm ideyaları ilə bağlı 
aforizmlərə üstünlük verir. Belə məqamlarda onun qanadlı sözləri daha təsirli və 
daha mündəricəli olur. H.Cavidin aforizmləri əslində insan və həyat haqqında 
mütəfəkkir düşüncələrin, sosial gerçəkliklər barədə fəlsəfi qənaətlərin 
ümumiləşdirilmiş ifadə formasıdır, müdriklik saçan lakonik poetik fraqmentlərdir. 
Və bütün hallarda onun aforizmləri obrazlı təfəkkür təravətlidir, konkret poetik 
səciyyəlidir. H.Cavidin hikmətli sözlərinin timsalında görmək olur ki, onun 
aforizmlərinin özünəməxsus üstünlükləri vardır. O, ən qədim mövzularda belə 
orijinal fikir söyləməyi üstün tutur. Fikir baxımından təravətli və yeni çalarlı 
məziyyətlərlə öz deyim tərzini qoruyub saxlayır. Aforizmlər H.Cavid üçün təsvir–
tərənnüm obyektini, poetik təhlil etdiyi anlayışları qiymətləndirmək, təəssüratlarını 
obrazlı şəkildə ümumiləşdirmək imkanıdır. Buna görə də aforizmlər H.Cavid 
şeirlərində obraz haqqında düşüncə və qənaətlərin yekunu kimi olduqca səciyyəvidir. 
“İki həmşireyi–lətafətvan” şeirində olduğu kimi. Aşağıdakı misralar şeirin poetik 
məğzini, müəllifin aparıcı ideya–bədii axtarışlarının uğurlu yekunu kimi səslənir, 
qadın obrazının təcəssümü kimi yaddaşlarda dərin iz buraxır: 
Qadın! Еy möhtərəm ənisi-bəşər!
Sənsiz öksüz qalırdı hissi-bəşər! 
(2, 94) 
Hər bir aforizmdə biz H.Cavid peşəkarlığının, söz duyğusunun, şair 
texnikasının, dillə rəftar səriştəsinin kamilliyini görürük. Aforizm daha çox şeirin 
ümumi poetik ahəngindən, müəllifin daxili ovqatından qaynaqlanır. Düşüncə tərzi 
aforizmlərlə sanki yeniləşir, fikrin meydanı genişlənir. Aforizmin poetik qayəsi 
kontekstin ruhu ilə qaynayıb–qarışır, bədii ovqatın ahəngi gücləndirir. H.Caviddə 
aforizmlər daha çox onun yaradıcılığının yetkinlik nişanəsi kimi dəyərləndirilir. 
Onun fərdi özünəməxsus yaradıcılıq aləminin ən mühüm cizgiləri aforizmlərdə 
özünü qabarıq formalarda hiss etdirir. Çünki onun bənzərsiz poeziyası gerçəkliyi, 
zamanı poetik cəhətdən dərk və kəşf etmək narahatlığından nəşət etmişdir. Lirik 
qəhrəmanın fikir və duyğular aləminin poetik acılığı, həyatın müxtəlif problemlərinə 
dair dramatizm, hisslərin konflikti və s. aforizmlərin ifadəlilik imkanlarına əsasən 
açılır. Məhz buna görədir ki, H.Cavid poeziyasında özünü tez–tez göstərən 
aforizmlərdə zaman və tarixin xarakterik cizgilərinin təqdimi aydın nəzərə çarpır. O 
da xarakterik cəhətdir ki, H.Cavidin aforizmləri forma və quruluş təzahüründən daha 
çox, bədii mətləb, poetik mədəniyyət təzahürüdür. 


Filologiya məsələləri, № 5, 2021
224
ƏDƏBIYYAT 
1.Babaxanlı Gülbəniz. Azərbaycan ədəbi fikri və Hüseyn Cavid. Bakı:Çaşıoğlu, 
2010, 214 s. 
2.Cavid Hüseyn. Əsərləri. 5 cilddə, I cild, Bakı: Lider nəşr., 2005, 214s.
3.Cavid Hüseyn. Əsərləri. 5cilddə, III cild. Bakı: Elm, 2007, 368 s 
4.Quliyeva Mahirə. Klassik şərq poetikası, Bakı, Yazıçı, 1991, 128s.
Малахат Рамиз кызы Бабаева 
АГПУ, Литературный факультет 
АФАРИЗМЫ В ПРОИЗВЕДЕНИЯХ ГУСЕЙНА ДЖАВИДА 
У Джавида афоризмы в основном ценятся как признак зрелости его 
творчества. В афоризмах отражены важнейшие черты его индивидуального 
творческого мира. Потому что его уникальная поэзия вызвала тревогу от 
познания и открытия истины в поэтическом смысле. Поэтическая горечь мира 
мыслей и чувств лирического героя, драматургия о различных жизненных 
проблемах, конфликт чувств и т. Д. открывается по выразительным 
возможностям афоризмов. Вот почему представление характерных черт 
времени и истории отчетливо просматривается в афоризмах, которые часто 
встречаются в поэзии Х.Джавида. Характерно также, что афоризмы Х.Джавида 
- это больше, чем проявление формы и структуры, художественный предмет, 
проявление поэтической культуры.Независимо от жанровых и формальных 
характеристик, дух риторики и декламации силен в афоризмах произведений 
Х. Джавида. Также остается фактом, что афоризмы великого поэта не 
ограничиваются средой индивидуальных эмоций. Х.Джавид отдает 
предпочтение афоризмам, связанным с идеями гражданственности, 
патриотизма, гуманизма. В такие моменты его крылатые слова становятся 
действеннее и значительнее. Игривые и гармоничные афоризмы Х. Джавида - 
важнейшее средство художественного обобщения. Крылатые слова, 
выражающие общие суждения по содержанию, играют исключительную роль в 
богатстве литературного языка и мысли. Эти ценные слова, называемые в 
поэзии предложением, также очень характерны для пьес Джавида. Слова 
доктора, обладающие отличительной стилистической чертой, встречаются во 
всех произведениях Х. Джавида, в каждой реплике. Содержание текста, 
особенно его тесная связь со стилистическими условиями, ведет к 
интенсивному распространению настроений. Например, следующие его 
афоризмы оставляют глубокий след в памяти своим богатым содержанием и 
мудростью. 
Ключевые слова:
афоризм, жанр, интонация, язык, литература, поэзия. 


Filologiya məsələləri, № 5, 2021
225
Malahat Ramiz gizi Babayeva 
ASPU, Department of Literature 
APHORISMS IN THE WORKS OF HUSSEIN JAVID 
In Javid, aphorisms are mostly valued as a sign of maturity of his work. The 
most important features of his individual creative world are reflected in the 
aphorisms. Because his unique poetry evoked the anxiety of realizing and 
discovering the truth in a poetic way. The poetic bitterness of the lyrical hero's world 
of thoughts and feelings, drama about various problems of life, conflict of feelings, 
etc. opens according to the expressive possibilities of aphorisms. That is why the 
presentation of the characteristic features of time and history is clearly visible in the 
aphorisms that often appear in H.Javid's poetry. It is also characteristic that H.Javid's 
aphorisms are more than a manifestation of form and structure, an artistic subject, a 
manifestation of poetic culture.Regardless of the characteristics of the genre and 
form, the spirit of rhetoric and declamation is strong in the aphorisms of H.Javid's 
works. It also remains a fact that the aphorisms of the great poet are not limited to the 
environment of individual emotions. H.Javid prefers aphorisms related to the ideas of 
citizenship, patriotism, humanism. At such moments, his winged words become 
more effective and more meaningful. H.Javid's playful and harmonious aphorisms 
are the most important means of artistic generalization. Winged words, which 
express general judgments in content, play an exceptional role in the richness of 
literary language and thought. These valuable words, called sentence in poetry, are 
also very characteristic of Javid's plays. The words of the doctor, which have a 
distinctive stylistic quality, appear in all the works of H.Javid, in every replica. The 
content of the text, especially its close connection with stylistic conditions, leads to 
the intensive spread of sentiments. For example, his following aphorisms leave deep 
traces in the memory with their rich content
and wisdom 
Keywords:
aphorism, genre, intonation, language, literature, poetry 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: professor Mahirə Hüseynova 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
226
İRADƏ İSRAFIL QIZI KƏRIMOVA 
BDU, filologiya üzrə fəlsəfə doktoru 
AZƏRBAYCAN TELEKANALLARINDA ƏYLƏNCƏLI VERILIŞLƏR 
VƏ BU VERİLİŞLƏRİN APARICILARININ DİLİ 
Xülasə 
Məqalədə Azərbaycan telekanallarında əyləncəli verilişlərin aparıcılarının 
dili nəzərdən keçirilir. Bu verilişlərin aparıcılarının dil nöqsanları tənqid edilir. 
Ümummilli liderimiz Heydər Əliyevin və Respublikamızın Prezidenti Cənab 
İlham Əliyevin müasir Azərbaycan ədəbi dil normaları, televiiziya aparıcılarıın dili 
və jurnalistlərin fəaliyyəti haqqında dəyərli fikirləri məqalədə öz əksini tapmışdır. 
Məqalədə göstərilir ki, Azərbaycan ədəbi dilinin qorunmasında televiziya və 
radio kanalları daha böyük məsuliyyət daşıyır. Ona görə də teleaparıcılar dil 
normalarına ciddi yanaşmalıdırlar. Efiirdən aparıcısı olduqları verilişlərə, telekanalın 
rəhbərliyinə, öz millətinə, xalqına, dövlətinə, televiziya tamaşaçılarına, nəhayət 
özlərinə hörmət naminə efirə tam hazırlıqlı çıxmalıdırlar. Bu, bütün televiziya 
aparıcılarının müqəddəs vəzifə borcudur. 
Qeyd olunur ki, bəzi özəl televiziya kanallarında izləyiciləri qane etməyən, 
ədəbi dil normalarının qanunlarına riayət olunmayan eyni tipli keyfiyyətsiz və 
səviyyəsiz əyləncəli verilişlər nümayiş olunur. Bu verilişlərin aparıcıları külli 
miqdarda xarici sözlər ( rus və türk) işlədərək, öz ləhcələri ilə, efir etikasından, nitq 
mədəniyyətindən uzaq ifadələr işlədirlər. Belə proqramlar izləyicilərin zövqünü
oxşamır və televiziyanın nüfuzunu gözdən salır. 
Göstərilir ki, bəzi özəl telekanalların əyləncə xarakterli verilişlərin aparıcıları 
efir peşəkarlığı aşağı olan şəxslərdir. Əgər o aparıcının gözəl nitq qabiliyyəti 
yoxdursa, efir görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün 
deyil. Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi 
olmayan aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi 
və təhlükəlidir. Ən kiçik laqeydlik isə ağır nəticələrə səbəb ola bilər.
Açar sözlər: 
Azərbaycan telekanalları, ədəbi dil normaları, əyləncəli 
verilişlər, teleaparıcıların dili. 
Teleradio fəaliyyəti əhalinin bütün təbəqələrinin daimi, həm də birbaşa 
təmasda olduğu xüsusi bir sahədir. İnsanlar radionu dinləməklə və ya televiziya 
ekranı qarşısında əyləşməklə həm informasiya alır, həm maariflənir, həm də 
əylənirlər. 
Azərbaycan Televiziyası özünün rəngarəng proqramları ilə insanları 
düşündürür, maarifləndirir, əyləndirir, zərurət yarandıgı zaman isə həm də 


Filologiya məsələləri, № 5, 2021
227
səfərbərliyə çağıran ən mühüm vasitədir. Müxtəlif zövqlü tamaşaçılar üçün nəzərdə 
tutulan əyləncəli verilişlər, maarifləndirici proqramlar, intellektual oyunlar 
Azərbaycan telekanallarının efirini daha rəngarəng və baxımlı edir, maraqlı layihələr 
bir-birini əvəz edir. Belə telekanallara televiziya izləyiciləri çox həvəslə və 
məmnunluqla baxırlar. 
Ölkə Prezidenti cənab İlham Əliyev bu yaxınlarda “Real” televiziyasına 
müsahibəsində medianın cəmiyyətin həyatında və dövlət idarəçiliyi məsələlərindəki 
rolundan bəhs edərkən demişdir: “Deyə bilərəm ki, mən də öz işimdə mediadan 
gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, 
dərhal reaksiya verirəm”.“Bəli, diqqətli oxucular da şahiddirlər ki, bir çox hallarda 
televiziya və ya radioda qaldırılan taleyüklü problemlərlə bağlı ölkə rəhbərliyinin, 
şəxsən cənab Prezidentin və Birinci vitse prezidentin tapşırığı ilə təcili və təsirli 
tədbirlər görülür (Qafar Cəbiyev.Azərbaycanda teleradio fəaliyyətinə dövlət qayğısı. 
“Xalq”qəzeti, 28 fevral, 2019 ). 
Ötən il ərzində baş vermiş ictimai əhəmiyyətli hadisələri nəzərə alaraq 
televiziya və radio yayımçıları öz proqramlarında operativ olaraq dəyişikliklər 
etmişlər. COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində maarifləndirici-
informativ yayımlar həyata keçirilmiş, bu virusla mübarizə istiqamətində müzakirə 
və maarifləndirici proqramlar, sosial çarxlar nümayiş etdirilmişdir. 
Vətən müharibəsinin başlanması ilə (27 sentyabr 2020-ci il) ölkə televiziya və 
radio kanallarının proqram və verilişlərinin formatında ciddi dəyişikliklər edilmiş, 
daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilmişdir. Onlar 
təqdim etdikləri informasiya və məlumatlarda, həmçinin, video reportajlarda rəsmi 
mənbələrə əsaslanmış, mütəmadi olaraq operativ informasiya təqdim etməyə 
çalışmış, nikbin ruhlu hərbi-vətənpərvərlik proqramlarla çıxış etmiş, 44 gün davam 
edən Vətən müharibəsi zamanı vətən uğrunda həlak olmuş şəhidlər haqqında 
müxtəlif reportajlar yayımlamışlar.
Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, 
onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının 
müstəsna rolu göz qabağındadır. 
Vətən müharibəsinin işıqlandırılmasında televiziyalarımızın gördüyü işlər 
hamımıza məlumdur. İnsanlar bütün məlumatları televiziya kanallarından alırdılar, 
onlar hər an aparıcılarımızın dilindın xoş xəbər eşitmək ümidi ilə gözlərini 
televizordan ayırmırdılar, Ali Baş Komandanın çıxışını gözləyirdilər. 
Torpaqlarımızın erməni işğalçıiarından azad edilməsi uğrunda gedən 44 
günlük Vətən müharibəsində Azərbaycan qalib gəldi. Xalqımız səfərbər oldu, 
birləşdi, bir yumruq oldu. Qəhrəman ordumuz təkcə torpağı yox, həm də mənəvi 
dünyamızı işğaldan qurtardı. Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti, 
xalqımızın birliyi və dövlət başçısına hərtərəfli dəstəyi bu qələbəni bizə qazandırdı. 
Bu qələbə tariximizə qızıl hərflərlə yazıldı. 


Filologiya məsələləri, № 5, 2021
228
Ordumuzun gücü, xalqın öz ordusuna, onun Ali Baş Komandanı Cənab 
İlham Əliyevə inamı və bunun efir təqdimatı televiziyanın çox vacib və əsas 
mövzusu olduğu üçün Azərbaycan televiziyası olduqca böyük məsuliyyət daşıyır. 
Azərbaycan sevgisi ilə Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin 
qəhrəmanlığı, məhz televiziya vasitəsi ilə xalqımıza çatdırılıb. Ölkəmizdə fəaliyyət 
göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində şəhid 
olanlarımızla bağlı öz proqramlarında dərhal dəyişiklik edib, yayımdan musiqili və 
əyləncəli verilişləri çıxarıblar. Pandemiya şəraitində əməkdaşların tam olaraq işə cəlb 
olunmamasını və texniki aspektləri nəzərə alaraq, bəzi kanallarda bu proses növbəti 
gün həyata keçirilib.
Televiziya kanallarımız cəmiyyətin formalaşmasında, milli-mənəvi 
dəyərlərimizin qorunmasında, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı 
tarixi həqiqətlərin yayılmasında, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və 
tərəqqi etməsində mühüm rol oynayır. Teleməkan təkcə xəbərlər, ictimai-siyasi 
proqramlar, intellektual verilişlərdən ibarət olmamalı, estetik baxımdan yüksək 
səviyyəli əyləncəli verilişlər də olmalıdır, şou-proqramlar da. 
Teleradio qurumları öz proqramlarını cəmiyyətin aktual problemlərinə həsr 
edərək, yeni dövrün tələblərinə uyğun, müxtəlif peşə adamları və sosial təbəqədən 
olan insanların zövqünü və marağını əhatə edən, informasiya tələbatını ödəyən, 
eyni zamanda, onları əyləndirən rəngarəng verilişlər təqdim edirlər. 
Azərbaycan ədəbi dilinin qorunmasında televiziya və radio kanalları daha 
böyük məsuliyyət daşıyır, çünki qəzetlərə və digər mətbuat orqanlarına nisbətən 
televiziya və radio kanalları daha böyük auditoriyanı əhatə edir. 
2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan 
Respublikası Dövlət dili haqqında Qanunun 2-ci fəslinin 6-cı maddəsinində 
oxuyuruq: “Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası 
ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün 
televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis 
danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj 
olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun 
olmalıdır”. Həmin fəslin 13.1. maddəsiində ulu öndərimiz Azərbaycan ədəbi dilinin 
normalarına riayət edilməsini tövsiyə edir :“Dövlət dilinin normaları özündə 
Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. 
Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli 
şəxslər bu normalara əməl etməlidirlər” (Heydər Əliyev. Azərbaycan Respublikası 
Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, “Azərbaycan” 
qəzeti, 1yanvar, 2003). 
Teleaparıcılar dil normalarına ciddi yanaşmalı, efiirdən aparıcısı olduqları 
verilişlərə, telekanalın rəhbərliyinə, öz millətinə, xalqına, dövlətinə, nəhayət özlərinə 
hörmət naminə efirə tam hazırlıqlı çıxmalıdırlar. Bu, bütün televiziya aparıcılarının 


Filologiya məsələləri, № 5, 2021
229
müqəddəs vəzifə borcudur. Bəzi aparıcıların dil nöqsanları həmin verilişi baxımsız 
edir. Bu nöqsanlardan biri də dialekt və ləhcə ilə danışan aparıcıların sürətli danışıq 
tərzidir ki, bu da təbii ki, ədəbi dil normalarının qanunlarına ziddir. Aparıcıların
normadan artıq sürətli nitqi anlaşılmazlıq yaradır, tamaşaçılar aydın eşitmir.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və 
analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov hələ 2019-cu ildə bildirib ki, televiziya 
yayımçılarınn proqram səbətlərində maarifləndirici layihələrin, geniş spektrli aktual 
ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin, publisistik layihələrin, tok-
şouların artımı özünü göstərir. Onun sözlərinə görə:"Müşahidələr onu göstərir ki, 
maarifləndirici layihələrin, tok-şouların artması bir növ, şou-biznes layihələrini, 
əyləncəli verilişləri kölgədə qoyub" (Maarifləndirici layihələr əyləncəli verilişləri 
kölgədə qoyub. Azərbaycan Respublikası MTRRŞ .“İki sahil” qəzeti, 25 dekabr 
2019). 
Qeyd etmək lazımdır ki, bəzi özəl televiziya kanallarında izləyiciləri qane 
etməyən, ədəbi dil normalarının qanunlarına riayət olunmayan eyni tipli keyfiyyətsiz 
və səviyyəsiz əyləncəli verilişlər nümayiş olunur.. Belə proqramlar izləyicilərin 
zövqünü oxşamır və televiziyanın nüfuzunu gözdən salır.
Bəzi telekanallarda tamaşaçılara təqdim edilən səviyyəsiz əyləncə verilişlər 
primitivliyi ilə bütün cəmiyyəti narahat edir. Belə verilişlərin mövzusu və 
iştirakçıları eyni olduğuna görə ekran qarşısında oturanlarda ikrah hissi doğurur, 
əyləndirmək əvəzinə əsəbilik yaradır.
Televiziya aparıcılarının əksəriyyəti daha çox məişət üslubunda danışırlar ki, 
bu da tamamilə yanlışdır. Aparicilarımız Azərbaycan ədəbi dil normalarına riayət 
edərək, məişət üslubunda deyil, publiisistik üslubda danışmalı, televiziya 
tamaşaçılarını ədəbi dil normalarıilə düzgün məlumatlandırmalıdır.
Əyləncəli verilişlərin aparıcıları çox sərbəst nitqlə çıxış edirlər, nitqlərində 
daha çox məişət üslubu üstünlük təşkil edir. Bədii cümlələrdən istifadə etmək nəinki 
tamamilə yaddan çıxır, hətta heç vaxt bir aparıcının dilində bunu ,demək olar ki, 
eşitmirik, mənasız şəkildə yersz-yersiz başqa dildən də istifadə edib diiəri 
qarışdıraraq, ədəbi dil normalarını kobud şəkildə pozurlar. Halbuki telekanallarda 
məsuliyyət çox böyük olmalıdı, tamaşaçıları yanlış istiqamətə yönəldərək, özlərini 
milyonların qarşısında biabır etməməlidirlər. Aparıcılar təkcə nəzəri biliklərə deyil, 
həm də böyük təcrübəyə malik olmalıdırlar. 
Televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes 
xarakterli verilişlərinin artması kimi problemlərin yaranması televiziya tamaşaçılarını 
çox narahat edir. Belə bir sual meydana çıxır: Nəyə görə Azərbaycan efirində belə 
problemlər yaranmışdır? 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya 
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron 
Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin 
qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi 


Filologiya məsələləri, № 5, 2021
230
adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən monitorinqlər aparılır. AMEA-
nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio 
yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı 
monitorinqlərin təşkili bu sahədə olan neqativ halları ortaya çıxarır və 
telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə kömək edir.
Milli Televiziya və Radio Şurasınin (MTRŞ) mütəmadi olaraq apardığı 
monitorinqlərə baxmayaraq, “Azərbaycanın tele-radio məkanında ədəbi dilin 
qorunması” layihəsi çərcivəsində telekanallarda çalışan bəzi aparıcıların nitqində 
ədəbi dil normalarının pozuntuları hələ də özünü göstərməkdədir.Teleradio 
məkanında aparıcıların tələffüzündə çoxlu nöqsanlara yol verilir. Bu onu deməyə 
əsas verir ki, bəzi aparıcılar dili yaxşı bilmirlər, ədəbi dil normalarının qaydalarına 
riayət etmirlər. Onların nitqi mədəni nitqin tələblərinə uyğun gəlmir. Müxtəlif zövqlü 
tamaşaçılar üçün nəzərdə tutulan əyləncəli verilişlər Azərbaycan telekanallarında 
keyfiyyətsiz əyləncəli verilişlərinin sayını artırır. Bu verilişlərin əksəriyyəti gənclərin 
və yeniyetmələrin təlim-tərbiyəsinə mənfi təsir göstərərək, onların zövqünü, 
dünyagörüşünü korlayır. Əksər əyləncə verilişlərinə ixtisaslı kadrlar deyil, müğənni 
və ya şou-biznes nümayəndələrindən biri olduqca bərbad şəkildə “aparıcılıq” edir. 
Belə aparıcılar nəinki təkcə Azərbaycan ədəbi dil normalarını pozur, eyni zamanda 
əxlaq normalarını pozaraq, efir etikasından tamamilə uzaqlaşaraq, həmin telekanalı 
gözdən salırlar. Bu hallara özəl telekanalların əksəriyyətində rast gəlirik.
Müxtəlif tamaşaçılar üçün nəzərdə tutulmuş əyləncəli verilişlər, 
maarifləndirici proqramlar, intellektual oyunları isə peşəkar və təcrübəli jurnalistlərin 
aparıcılığı ilə Azərbaycan Dövlət Televiziyasınin efirində izləyə bilirik.
Təəssüflər olsun ki, yuxarıdakı fikri özəl telekanallar haqqında demək olmur, 
onların əyləncə xarakterli verilişlərinin əksər “aparıcıları” jurnalistikadan, efir 
mədəniyyətindən, nitq mədəniyyətindən uzaq olanlardır. 
Özəl telekanalların müxtəlif əyləncə verilişlərinin bəzi aparıcıları ədəbi dil 
normalarının qanunlarına nəinki riayət etmirlər, eyni zamanda, külli miqdarda xarici 
sözlər( rus və türk) işlədərək, öz ləhcələri ilə, efir etikasından, nitq mədəniyyətindən 
uzaq ifadələrlə verilişi gözdən salırlar. 
Sevinc Mürvətqızının bəzi özəl telekanallarda izləyicilərə təqdim olunan 
əyləncəli verilişlər haqqında fikirləri çox maraqlıdır : “ ...bəzi özəl televiziya 
kanallarında baş verən rəzalət gün ərzində - sabahdan axşamacan bütün yaş 
kateqoriyasına aid insanların beynini yuyaraq kütləvi mənəviyyatsızlıq 
tendensiyasını dəbə salmağa “xidmət” edir. Reytinq mübarizəsinin şəxsi həyatın özəl 
məqamlarına qədər “irəlilədiyi” media müstəvisi, eləcə də efirlərdəki əyləncəli 
verilişlərdə səslənən dialoqların çəpərdibi qeybət keyfiyyətsizliyi təkcə qulağımızı və 
gözümüzü deyil, ruhumuzu da cırmaqlamaqdadır. Cəmiyyətin demək olar ki, bütün 
yaş kəsimlərindən olan kateqoriyalarını ətrafına toplayıb dil-boğaza qoymayan bu 
“mavisifətli qeybətcil qarı” əslində əyləndirmək adı altında insanların həyatını 
qaraltmaqla məşğuldur... Bununla da televiziyalarda “beyinyuma texnologiyası” yolu 


Filologiya məsələləri, № 5, 2021
231
ilə qəbuledilməz mətləblər, antihumanist fikirlər, əxlaqi tabular açıq şəkildə, ya da 
subliminal mesajlar vasitəsilə tamaşaçıların şüuraltına inyeksiya edilir... (Sevinc 
Mürvətqızı. Media məsuliyyəti: Televiziya cəmiyyətin mənəvi iqlimini 
müəyyənləşdirən amil kimi.“İki sahil” qəzeti, 7 avqust 2019).
Bunun nəticəsidir ki, həmin əyləncə proqramlarının dili və bu verilişlərin 
“aparıcıları” cəmiyyətdə narazılıq doğuraran problemlərdən birinə çevrilir. Belə 
problemlərin qarşısını almaq üçün telekanallarda çalışan kadrların ixtisaslarının 
yenidən nəzərdən keçirilməsi, ixtisaslı kadrların isə ixtisaslarının artırılması 
məqsədəuyğundur. Telekanallarımızın verilişlərində ədəbi dil normalarına, etik 
normalara riayət olunması və digər məsələlərlə bağlı daha ciddi tədbirlərin irəli 
sürülüb yerinə yetirilməsi də bəzi neqativ halların aradan qaldırılmasına təkan verə 
bilər. İzləyicilərə təqdim olunan verilişlərə görə telekanalların üzərinə düşən 
məsuliyyət çox böyükdür. 
Aparılan müşahidələrə, monitorinqlərin nəticələrinə görə əvvəllər aparıcıların 
dilindəki ədəbi dil normalarının pozulması nöqsanları özünü daha çox göstərirdi, 
qüsurlar daha çox idi. Bu gün belə nöqsanlar nisbətən azalsa da əyləncəli verilişlərin 
dilində bu nöqsanlar təəssüf ki, azalmaq əvəzinə get-gedə daha çox artır. 
Aparıcılarımız qanunsuz olaraq, başqa ölkələrin (Rusiya,Türkiyə) dilindəki 
sözləri dilimizə qataraq ədəbi dilnormalarımızı kobud şəkildə pozurlar. 
Aparıcılarımızın həmin ölkələrin aparıcılarının müsbət cəhətlərinə – ədəbi dil 
normalarına riayət olunan nitq mədəniyyətinə, savadlı danışıq tərzinə, efir etikasına, 
efirə məxsus düzgün geyim tərzinə və bu kimi başqa müsbət cəhətlərə diqqət 
yetirmələri, daha məqsədəuyğun olardı.
Bu gün əksər televiziya və radio kanallarının hazırladıqları verilişlər və həmin 
verilişlərin aparıcıları Azərbaycan tamaşaçısını qane etmədiyindən onlar xarici 
televiziya kanallarının professional aparıcılarının təqdimatında daha keyfiyyətli, daha 
səviyyəli və daha maraqlı verilişlərə baxmağa meyl edirlər. Qeyd etmək lazımdır ki, 
telekanallarımızda yayımlanan əyləncə verilişlərinin aparıcılarının böyük 
əksəriyyətində dil və intellekt əsas problemlərdən birinə çevrilib 
Teleradio yayımında aparıcıların ədəbi dil normalarının qanunlarına, nitq və 
efir mədəniyyətinə düzgün riayət edərək, səviiəli və keyfiyyətli verilişlərin təqdim və 
inkişaf etdirilməsi üçün professional ixtisaslı, savadlı, səviyyəli kadr seçimi əsas və 
vacib məsələlərdən birincisidir.
Dövlətin telekanallara birbaşa təsir etmək imkanı olmadığına görə, 
telekanallar öz aralarında razılığa gələrək əyləncə verilişlərinə limit qoyaraq, bu tip 
verilişlərin formatına əl gəzdirməli və keyfiyyəti artırılmalıdır. Verilişlərin aparıcıları 
cəmiyyətdə az-çox tanınmış adamlar deyil, bu işin peşəkarları olmalıdır.
Məlum olduöu kimi, hər bir telekanalın qarşısında maarifləndirmə, 
məlumatlandırma, əyləndirmə durur. Bu funksiyanı yerinə yetirən isə televiziya 
aparıcılarıdır. Teleradio məkanında çalışan aparıcılar çox savadlı insanlar olmalıdır. 
Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilmək onların peşə və ixtisas borcudur. 


Filologiya məsələləri, № 5, 2021
232
Aparıcılar kütləyə nümunə olmalıdır. Lakin televiziyanın dilində tələffüzlə bağlı 
normaların pozulması hallarına daha çox təsadüf olunur. Müasir aparıcılar özlərini 
sərbəst aparır, lakin sərbəst danışmaq qabiliyyətinə malik deyillər. Çünki Azərbaycan 
dilində ədəbiyyat oxumurlar və dünyagörüşləri yalnız xarici telekanallardan alma 
informasiyadır. Bir çox hallarda peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun
gəlmir. Bəzi özəl telekanalların əyləncə xarakterli verilişlərin aparıcıları efir 
peşəkarlığı aşağı olan şəxslərdir. Əgər o aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, 
efir görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün deyil. 
Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi olmayan 
aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və
təhlükəlidir. 
Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi 
olmayan aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi 
və təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbaycan 
dialektlərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı olmasını 
və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar. 
Televiziya və radio verilişlərinin əksər aparıcılarının nitqində dilimizin 
orfoepik (düzgün tələffüz) qaydaları demək olar ki, iki-üç cümlədən bir pozulur. 
Mətndəki sözlər, ifadələr, bütövlükdə mətnin oxu qaydaları, nitqin tembri, heca 
vurğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq prosesində 
tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məzmununun
anlaşılmasında çətinlik törədir.
Azərbaycan Dillər Universitetinun professoru Məsməxanım Qazıyevanın 
televiziya kanallarında aparıcılarn nitqində müşahidə etdiyi dil qüsurlarına nəzər 
salaq : “ Bu məqaləni yazmaqda əsas məqsədim bəzi televiziya kanallarında 
aparıcıların və diktorların nitqində müşahidə etdiyim dil və nitq qüsurlarıdır Onların 
nitqində olan ədəbi dilimizin normalarına uyğun olmayan əcnəbi sözlərin 
işlədilməsi,cümlənin düzgün intonasiya ilə deyilməməsi, məntiqi vurğunun düzgün 
qoyulmaması və s. kimi məqamlar bir dilçi kimi diqqətimi cəlb etdi. Sadalanan 
məqamlarla yanaşı digər qıcıq doğuran faktlar da mövcuddur. Məsələn, bir aparıcının 
“üzr istəyirəm” əvəzinə “sorry” deməsi, o birinin “oldu, yaxşı” əvəzinə “Ok” 
deməsi, orfoepiya qaydalarının pozulması, nitqdə olan ləhcə qüsurları nə dərəcədə 
düzgündür?”(ADU-nun professoru Məsməxanım Qazıyevanın “Televiziya nitqi 
haqqında”məqaləsinin təqdimatı .01 fevral 2019).
Azərbaycan dili dövlət dilidir və efirdə hər kəs bu dilə hörmətlə yanaşmalıdır. 
Efirə çıxan hər bir aparıcı özündə məsuliyyət hiss etməlidir. Bu məsuliyyətlə yanaşı,
həmçinin aparıcı efirə çıxmazdan əvvəl müəyyən mənada hazırlıq keçməlidir. 
Verilişin daimi aparıcısı tamaşaçı qarşısına hər dəfə çıxarkən öncədən müəyyən 
mənada məşq etməli, efirdə qoyulan mövzunu daha maraqlı təqdim etmək üçün o 
mövzu barədə bilgi əldə etməlidir ki, efir vasitəsilə yeri gəldi-gəlmədi lazımsız 
sözlərdən istifadə etməsin, müəyyən yaranan boşluq dəxli olmayan fikirlə 


Filologiya məsələləri, № 5, 2021
233
tamamlanmasın. Bəzən aparıcının qonağını tanımaması və ya qonağın yaradıcılığı 
barədə məlumatsız olması gecikmiş sual verməyə vadar edir, ya da qonala aidiyyəti 
olmayan mövzu barədə danışır. Bu da aparıcının hazırlıqsız olmasını göstərir.
Bütün telekanallar ilk növbədə onu nəzərə almalıdır ki, efirə keyfiyyətli, 
yüksək səviyyəli verilişlər təqdim edilməlidir, efirə çıxardıqları hər bir aparıcı həmin 
telekanalın imici, siması olduğu üçün efirə çıxmazdan əvvəl aparıcını hərtərəfli 
süzgəcdən keçirməli, milyonlar qarşısında aparıcılıq edəcəyi verilişə tam hazır 
olmasını dəqiqləşdirməlidir. 
Televiziya ekranı ilə tamaşaçı arasında təmas körpüsü yaradılmasında 
aparıcıların rolu böyükdür. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının, 
fikrinin süzgəcindən keçənlərin tam təfərrüatı ilə tamaşaçı və dinləyiciyə çatdırılması 
missiyası ilk növbədə teleaparıcıların üzərinə düşür. Səlis nitq mədəniyyətinə malik 
olmayan, doğma dilimizin norma və qaydalarından xəbərsiz, davranış etikasından 
uzaq düşən aparıcılarımıza ekran, efir etibar etmək düzgün deyil. Televiziya
aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Özəl telekanalların 
aparıcılarının (xüsusən əyləncəli verilişlərin) böyük əksəriyyətinin efirə uyğun nə 
səsi var, nə də görünüşü. Ən kiçik laqeydlik isə ağır nəticələrə səbəb ola bilər. 
Ədəbiyyat 
1.Heydər Əliyev. Azərbaycan Respublikası Dövlət dili haqqında Azərbaycan
Respublikasının Qanunu. Bakı, “Azərbaycan” qəzeti,1 yanvar, 2003. 
2. ADU-da professor Məsməxanım Qazıyevanın “Televiziya nitqi 
haqqında”məqaləsinin təqdimatı .01 fevral 2019. 
3. Qafar Cəbiyev. Azərbaycanda teleradio fəaliyyətinə dövlət qayğısı..Azərbaycan 
Respublikası MilliTeleviziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, 
Əməkdar jurnalist.“Xalq”qəzeti, 28 fevral, 2019. 
4. Maarifləndirici layihələr əyləncəli verilişləri kölgədə qoyub. Azərbaycan 
Respublikası MTRRŞ .“İki sahil” qəzeti, 25 dekabr 2019 
5.Sevinc Mürvətqızı. Media məsuliyyəti: Televiziya cəmiyyətin mənəvi iqlimini 
müəyyənləşdirən amil kimi.“İki sahil” qəzeti, 7 avqust 2019. 


Filologiya məsələləri, № 5, 2021
234
Керимова Ирада Исрафил кызы 
Резюме 
РАЗВЛЕКАТЕЛЬНЫЕ ПРОГРАММЫ НА АЗЕРБАЙДЖАНСКИХ 
ТЕЛЕКАНАЛАХ И ЯЗЫК ТЕЛЕВЕДУЩИХ ЭТИХ ПРОГРАММ 
В статье рассматривается язык ведущих развлекательных программ на 
азербайджанских телеканалах. Критикуются языковые недостатки ведущих 
этих программ. 
Отражены ценные взгляды и цитаты общенационального лидера 
Азербайджанской Ресрублики Гейдара Алиева и Президента Республики 
Ильхама Алиева.
Рассматриваются соблюдения норм Азербайджанского литературного 
языка телеведущиих развлекательных программ. Приводятся наиболее 
распространенные ошибки телеведущих отклонения от литературных норм. 
Поэтому телеведущие должны серьезно относиться к языковым нормам. Это 
священный долг всех телеведущих. 
В статье исследуется состояние речевой культуры представителей СМИ. 
Отражены анализ речи звучащей в эфире, и выявление её соответствие 
современным орфографическим, орфоэпическим, лесикологическим и 
грамматическим нормам, определяется ошибки речи тележурналистов 
телеканалах, которые нарушают нормы литературного языка. Дается 
характеристика понятия «культура речи». 
Указывается, что литературный язык считается основой речевой 
культуры, так как соответствует нормам современного азербайджанского 
языка.
Отмечается, что некоторые частные телеканалы транслируют 
однотипные некачественные и низкоуровневые развлекательные программы, 
которые не удовлетворяют аудиторию и не соответствуют законам 
литературного языка. Ведущие этих программ используют большое количество 
иностранных слов (русский и турецкий) и используют выражения на 
собственных диалектах, далеких от этики вещания и культуры речи. Такие 
ведущие развлекательных программ с низким профессионализмом подрывают 
репутацию телевидения.Малейшая халатность может привести к серьезным 
последствиям. 
Сегодня в наше динамичное и очень требовательное время современный 
телеведущий для достижения поставленных целей и задач должен обладать 
профессиональными качествами.
Ключевые слова: 
Азербайджанские телеканалы, нормы литературного 
языка, развлекательные программы, язык телеведущих. 


Filologiya məsələləri, № 5, 2021
235
Summary
ENTERTAINMENT PROGRAMS IN AZERBAIJAN TELEVISION 
CHANNELS AND LANGUAGE OF THESE TELEVISION PROGRAMS 
Karimova İrada İsrafil 
The article discusses the language of the leading entertainment programs on 
Azerbaijani TV channels. The linguistic shortcomings of the hosts of these programs 
are criticized. 
Valuable views and quotes of the national leader of the Azerbaijan Republic 
Heydar Aliyev and President of the Republic Ilham Aliyev are reflected. 
Compliance with the norms of the Azerbaijani literary language of TV 
presenters of entertainment programs is considered. The most common mistakes of 
TV presenters are given, deviations from literary norms. Therefore, TV presenters 
must take language norms seriously. This is the sacred duty of all TV presenters. 
The article examines the state of speech culture of media representatives. The 
analysis of the speech sounding on the air, and the identification of its compliance 
with modern spelling, orthoepic, forestry and grammatical norms, is reflected, the 
speech errors of television journalists on TV channels that violate the norms of the 
literary language are determined. The characteristic of the concept "culture of 
speech" is given. 
It is indicated that the literary language is considered the basis of speech 
culture, as it corresponds to the norms of the modern Azerbaijani language. 
It is noted that some private TV channels broadcast the same type of low-
quality and low-level entertainment programs that do not satisfy the audience and do 
not comply with the laws of the literary language. The presenters of these programs 
use a large number of foreign words (Russian and Turkish) and use expressions in 
their own dialects, far from the ethics of broadcasting and the culture of speech. Such 
low-level entertainment presenters undermine the reputation of television. The 
slightest negligence can lead to serious consequences. 
Today, in our dynamic and very demanding time, a modern TV presenter 
must have professional qualities in order to achieve the set goals and objectives. 
Key words:
Azerbaijani TV channels, literary language norms, entertainment 
programs, the language of TV presenters. 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Əliheydər Ağakişiyev 
tərəfindən çapa tövsiyə olunmuşdur 


Filologiya məsələləri, № 5, 2021
236
CAVİDƏ MƏMMƏDOVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
cavi_e@yahoo.com 
UİLYAM BATLER YEYTS VƏ RABİNDRANAT TAQORUN 
YARADICILIĞINDA AZADLIQ KONSEPSİYASI 
Xülasə 
XX əsrin əvvəllərində dünyadakı siyasi vəziyyət bədii ədəbiyyata da ciddi təsir 
etməkdə idi. Bu təsir həm bədii ədəbiyyatın yeni mövzu və məzmun keyfiyyətinin, 
həm də yeni bədii-fəlsəfi düşüncələrin yaranmasında özünü göstərirdi. O cümlədən, 
Böyük Britaniyada gedən ictimai-siyasi proseslər ölkədaxilində müxtəlif hərəkatların 
yaranmasına istiqamət vermişdi. Belə məsələlərdən biri də müxtəlif millətlərin 
ziyalıları arasındakı əməkdaşlıq, başqa millətlərin mədəniyyətinə marağın artması 
şəklində təzahür edən azadlıq, müstəqillik meyli idi.
İrlandiyalı yazar, şair, 
mütəfəkkir U.B.Yeyts və benqal ədibi, filosofu, şairi R.Taqor arasındakı dostluq 
buna misal ola bilər. Milli şüurun oyanışına əsaslanan, həm də ona təsiri edən bu 
dostluq İrlandiya və Hindistan arasında ədəbi əlaqələrin inkişafına da təkan verdi. 
Yeyts yaxından öyrənməyə çalışdığı hind ədəbiyyatı və fəlsəfəsini Taqorun görüşləri 
ilə daha dərindən mənimsəmişdir. Bu dostluq hər iki yazarın yaradıcılığına Şərq və 
Qərb düşüncəsinin daha mükəmməl ifadəsini gətirmişdir. Məqalədə bu məsələlər 
xüsusilə təhlil edilir. 
Hər iki ölkədə azadlıq uğrunda mübarizə aparan ziyalılar bu məqsədi 
reallaşdırmağın müxtəlif yollarını müəyyən etmişdilər. Bu baxımdan, Yeytsin və 
Taqorun mövqeyi və azadlıq konsepsiyaları olduqca maraqlı və özünəməxsus idi. 
Hər iki şair azadlıq anlayışını təkcə milli baxışı deyil, Şərq və Qərbin ortaq 
dəyərlərini diqqətə alaraq izah edirdi. Bununla onlar bütün insanlığı 
düşüncələrindəki əsarətdən azad olmağa səsləyirdilər. XX əsr insanını Şərq və Qərb 
əksliklərindən azad olmağa, ortaq dəyərləri qoruyaraq birliyə çağırırdılar. Hər iki 
şairin şeirləri insanın daxili səsini dinləməsinə yardım edirdi. O, “Qorxudan azad 
olmaq azadlıqdır”,-deyə yazırdı. Azadlığın hər bir insanın daxilindən başladığını 
vurğulayırdı. Şairə görə, hər hansı bir hissin qulu olan insanı cismən azad etmək 
mükün deyil. Yaxud ruhən azad olan insanı əsir etmək mükün deyil.
Məqalədə bütün bu məsələlərə müqayisəli təhlillər ilə aydınlıq gətirilir. 
Açar sözlər: Azadlıq, Hindistan, Taqor, Fəlsəfə, Şeir 


Filologiya məsələləri, № 5, 2021
237
Giriş
XIX əsrin sonu, XX əsrin əvvəllərində dünyada gedən ciddi ictimai-siyasi
proseslər zamanın insanına bir çox məsələlərə yeni istiqamətdən baxmaq fürsəti 
verir. İmperiya əsarətində olan müxtəlif ölkələrdə milli azadlıq idealının ictimai 
düşüncədə önə keçməsi mübarizələrə yol açmaqla yanaşı, həm də bir çox dəyərlərə 
yeni məzmunda baxışın meydan gəlməsi ilə də səciyyələnir. Başqa sözlə, bu vəziyyət 
ədəbiyyat və fəlsəfə aləmində də yeni meyillərin, konsepsiya və problemlərin 
gündəmə gəlməsi ilə nəticələnir. Bu məsələ, ədəbiyyatda iki məzmunda təzahür edir: 
1.
Milli düşüncəni formalaşdıran, milli kimlik problemini ortaya qoyan mövzu, 
məzmun, problemlərin yer alması. 
2.
Azadlıq, müstəqillik, insan hüquqları kimi məsələlərin qavranılmasında təkcə 
mövcud milli baxışın deyil, Şərq və Qərbin ortaq dəyərlərinin diqqətə alınması.
Bu baxımdan, həmin dövrdə müxtəlif xalqların ədəbiyyatında dünya ədəbiyyatı 
və fəlsəfəsinin müəyyən səhifələrinin təsirlərini görmək mümkündür. Bir çox şərq 
xalqlarının ədəbiyyatında da Qərb fəlsəfi düşüncəsinin təsirləri müşahidə edildiyi 
kimi, həmin dövrdə Qərb ədəbiyytatında da Şərq düşüncəsinin izlərini asanlıqla 
görmək mümkündür. Daha maraqlı məsələlərdən biri də Şərq və Qərb müəlliflərinin 
bərabər fəaliyyəti nəticəsində Şərq və Qərb düşüncəsinin bərabər şəkildə təqdimi ilə 
insanlığın düşüncəsində ortaq məqamların müəyyən edilməsi, Şərqin Qərb dünyasını, 
Qərbin də Şərq aləmini tanımasına yardım etmək məsələsi idi. Bu, əslində, dünya 
insanını Şərq və Qərb parçalanmasından azad etmək, bütün kültürlərin, əslində, bir 
mədəniyyətdən qaynaqlandığını sübut etməklə insanların düçüncə və ruh azadlığını 
bərpa etmək niyyəti idi. Bu baxımdan, irland şairi, mütəfəkkiri Uilyam Batler Yeyts 
və benqal şairi və filosofu Rabindranat Taqorun yaradıcılığı, dostluğu, birgə 
əməkdaşlığı tarixi əhəmiyyət daşımaqdadır. Məlumdur ki, həmin dövrdə Hindistana, 
hind mədəniyyətinə, ədəbiyyatına maraq göstərən, nəhayət, R.Taqorun yaradıcılığı, 
fəlsəfi görüşləri ilə yeni bir aləm kəşf edən ziyalılardan biri də böyük irland 
mütəfəkkiri, şair, dramaturq U.B.Yeyts olmuşdur. U.B.Yeyts yaxından öyrənməyə 
çalışdığı hind ədəbiyyatı və mədəniyyətini, dini-əxlaqi dəyərlərini, həyat tərzini 
R.Taqorun görüşləri ilə daha dərindən mənimsəmişdir. Bununla yanaşı, tədqiqatlar 
onu da sübut edir ki, eyni zamanda R.Taqor da U.B.Yeytsin yaradıcılığından 
bəhrələnmiş, onların arasındakı qarşılıqlı səmimi münasibət, dostluq hər iki yazarın 
yaradıcılığında Şərq və Qərb elementlərinin yer almasına zəmin olmuşdur. İki 
müxtəlif milli ruha sahib, fərqli kültürlərə mənsub bu şairlərin həyat, insan, təbiət, 
ruhi aləm, kainatdakı vəhdət və s. bu kimi məsələlərə eyni düşüncələrlə nəzər 
salması, bir sıra fərqliliklərdə batini eynilikləri görməsi onların əsərlərinə bəşəri 
məzmun gətirmiş, eyni zamanda, sözügedən problemlərə milli təfəkkürün işığında 
nəzər salmaları onların əsərlərində milli ovqatın dərin ifadəsinə də imkan vermişdir.
Baxmyaraq ki, müəyyən mərhələlərdə hər iki şairin yaradıcılığı milli azadlıq 
mübarizəsinə xidmətdən uzaq bir yaradıcılıq kimi təhlil və təqdim olunmuşdur, 
amma onlar azadlıq, ruhi, mənəvi yüksəliş kimi problemləri insanlığın ən ümdə 


Filologiya məsələləri, № 5, 2021
238
məqsədi kimi nəzmə çəkməklə, azadlıq idealını təbliğ etməkdə idilər. Hind və benqal 
müəlliflərinin çoxunun araşdırmalarında Taqor milliyyətçi görünməsə də, Avropa 
müəlliflərinin çoxu onun müsbət mənada millətçi olduğunu düşünürlər.
Maraq doğuran əsas məsələlərdən biri də R.Taqorun və U.B.Yeytsin həyat və 
yaradıcılıqları arasındakı bənzərliklərin bu gün də tədqiqat obyekti olaraq qalmasıdır. 
Bu iki insanın yaradıcılığının müəyyən bir müddət ərzində qarşılıqlı təsirlər 
zəminində inkişafı bir çox problemlərin hər iki şairin yaradıcılığında eyni görüşlər 
baxımından bədii həlli ilə nəticələnmişdir. 
Uilyam Butler Yeyts və Rabindranat Taqorun azadlıq idealı
XIX əsrin sonu, XX əsrin əvvəllərində Böyük Britaniyada baş verən gərgin 
ictimai-siyasi hadisələr istər-istəməz imperiya daxilində bir sıra gözlənilməz 
vəziyyətlərin meydana çıxması üçün tarixi şərait rolunu oynayırdı. Belə məsələlərdən 
biri də müxtəlif millətlərin ziyalıları arasındakı əməkdaşlıq, başqa millətlərin 
mədəniyyətinə marağın artması şəklində təzahür edən azadlıq, müstəqillik meyli idi.
İrlandiya və Hindistan ziyalıları arasında yaranan münasibətlər və bunun milli 
şüurun oyanışına əsaslanması, həm də ona təsiri məsələsi buna misal ola bilər. Çox 
maraqlıdır ki, son illərin tədqiqatları da bir daha sübut edir ki, İrlandiya və Hindistan 
arasındakı bu əlaqələr fərdi görüşlər və münasibətlər yolu ilə inkişaf etmişdir. Artıq 
qeyd olunduğu kimi, bu iki dövlət arasındakı əlaqələri inkişaf etdirən ayrı-ayrı 
şəxslər arasında, İrlandiya ədəbiyyatının görkəmli nümayəndəsi Uilyam Batler Yeyts 
və benqal mütəfəkkir ədibi Rabindranat Taqorun adı xüsusilə hallanmaqdadır. 
Tədqiqatçılar bu iki şəxsiyyətin münasibətlərinin, dostluq əlaqələrinin əsasında eyni 
ictimai amillərin, məsələn, o dövrdə Hindistan və İrlandiya üçün aktual olan milli 
düşüncənin oyanışı kimi mühüm məsələlərin dayandığı fikrini daha çox müdafiə 
edirlər. Bu, əlbəttə ki, əsas səbələrdən biri idi, lakin ciddi bir məsələni də unutmaq 
olmaz ki, təkcə U.B.Yeyts deyil, o dövr Avropa yazar və filosoflarının bir çoxu 
Hindistana, bu xalqın təbiətinə, fəlsəfəsinə, kültürünə maraq göstərirdi və onların 
arasında ingilislər, fransızlar da var idi. Bu marağın əsasında, əslində, müxtəlif 
səbəblər və dövrün bir sıra mürəkkəb ictimai amilləri dayanmaqda idi ki, bu da artıq 
başqa bir araşdımanın mövzusudur... U.B.Yeyts də digər müasirləri kimi, Hind 
mədəniyyətinə, ədəbiyyatına, fəlsəfi, ruhani aləminə, maraq göstərərmişdir və hər 
cəhətdən fərqli bir aləm olaraq kəşf etdiyi bu mühit bir müddət onun ilham 
qaynağına çevrilmişdi. Sonrakı yazılarından birində o, yaradıcılığının ilk illərində 
hind ədəbiyyatının mövzularından faydalandığını, xüsusən də “hind eşq romanlarına 
üstünlük verdiyini” [3, s.3] etiraf edir. Həm də U.B.Yeytsin hələ gənc yaşlarında 
yazdığı bir sıra şeirləri (“The Indian to His Love” və s.) onun həqiqətən də 
Hindistanın mənəvi dəyərlərinə, daha çox ruhi ovqatına nə qədər dərindən bələd 
olduğunu ifadə edir. U.B.Yeytsin Hind ədəbi-mədəni mühitinə, ruhi-mənəvi 
dəyərlərinə, inanc və əxlaqına marağı onun R.Taqorla şəxsi tanışlığına yol açır və bu 


Filologiya məsələləri, № 5, 2021
239
tanışlıq onun hind və benqal ədəbiyyatı, bu xalqaların mənəvi dünyası ilə bağlılığını 
dərinləşdirir. 
S.Hay yazır : “XIX əsrin sonlarında Hindistandan missionerlər qismən böyük 
Hindistan klassiklərinə aid Qərb yazılarından ilham alaraq hinduizmin müasir 
təfsirini təbliğ etmək üçün Amerikaya gəlməyə başladılar… iyirmi il sonra onların 
hamisından böyük bir ziyarətçi benqal filosof şair Taqor gəldi. O, Amerikadakı 
çatışmazlıqlara, ictimai qüsurlara etiraz edirdi... O, hind mədəniyyətini və 
düşüncəsini Amerikaya təqdim etməklə yanaşı, geri dönərkən də Amerikada əldə 
etdiyi bir sıra düşüncələrini və təəssüratlarını vətənində paylaşırdı” [1, s.439]. Təkcə 
Amerika deyil, London mühiti də R.Taqorun Qərb insanı haqqında bilgilərini 
zənginləşdirmişdi.
U.B.Yeyts R.Taqorla Uilyam Rosenstayn (William Rothenstein) vasitəsilə tanış 
olmuşdur; R.Taqor 1912-ci ildə Londona gəldiyi zaman benqalca yazdığı əsərlərinin 
ingilis dilinə tərcümə olunmuş nüsxələrini dostu U. Rosenstayna verir. O da öz 
növbəsində bu şeirlərin nüsxələrini U.B.Yeytsə, Andru Braadliyə (A.C.Bradley) və 
Stopford Bruka (S. Brook) göndərir. U.B.Yeyts bu əsərlərdən çox təsirlənir və “ 
E.Pound, Ernest Rhys və digərləri daxil olan London ədəbi elitasını da həmin 
əsərlərlə tanış edir” [6,s.32]. U.B.Yeyts və R.Taqor 27 iyun 1912-ci ildə ilk dəfə 
U.Rosenstaynın evində görüşür və 12 iyulda U.B.Yeyts R.Taqorun şərəfinə nahar 
təşkil edir. 
R.Taqorun Nobel mükafatına layiq görülən kitabının tərcüməsində U.B.Yeytsin 
yardımından faydalandığını yazan bəzi müəlliflər, sözügedən mükafatın 
qazanılmasında U.B.Yeytsin də xidmətinin az olmadığını düşünürlər. Başqa sözlə, 
U.B.Yeyts R.Taqorun benqal ruhunu, benqal mənəviyyatını ifadə edən əsərlərinin 
Avropa düşüncəsində mükəmməl dərkinə nail olmuşdu. Baxmayaraq ki, A.Rabinson 
R.Taqorun şeirlərinin ana dilindəki ifadə və ideya vəhdətindəki mükəmməlliyini və 
bir çox yüksək məziyyətlərini nəzərdə tutaraq bu şeirlərin başqa dilə təfərrüatı ilə 
tərcüməsinin mümkünsüz olduğun yazır: “R.Taqorun şeirləri onun bengal 
cəmiyyətinin bütün təbəqələri arasında xeyli populyarlıq qazanan 2000-dən çox 
mahnısı kimi, demək olar ki, tərcümə olunmazdır” [9,s.52]. Bu da bir daha sübut edir 
ki, R.Taqorun Avropa oxucusuna təqdim olunmasında U.B.Yeytsin xidməti 
əvəzsizdir; avropalı oxucu bu əsərlər vasitəsilə insan, təbiət və kainat arasında 
qırılmaz əlaqəni ifadə edən bir ruhun səsini dinləyir, həmin ovqatı yaşayırdı. Bu 
şeirlər insanın içinə çəkilərək öz ruhun dinləməsinə, özünə daha da yaxınlaşmasına, 
əslində, nə istədiyini anlamasına yardımçı olur. “Qorxudan azad olmaq azadlıqdır” 
[19], -deyə yazan R.Taqor azadlığın gerçək mahiyyətini izah edərək cəmiyyətdəki 
azadlığın həm də hər bir şəxsin daxilindən başladığını vurğulayır; hər hansı bir hissin 
qulu olan insanı cismən azad etmək mükün deyil, yaxud əksinə, ruhən azad olan 
insanı əsir etmək mükün deyil. R.Taqorun əsərlərinin ruhuna bu azadlıq ovqatı hakim 
idi və onun yaradıcılığını dünya oxucusuna sevdirən də bu keyfiyyəti idi.


Filologiya məsələləri, № 5, 2021
240
Baxmayaraq ki, U.B.Yeyts hələ R.Taqorla tanış olmazdan əvvəl Hindistanla 
bağlı bilgilərə sahib idi və ilk tanış olduğu hindli Mohini Mohan Chatterjee ona 
“Bhagavad Gita” prinsiplərini izah etmişdi, amma U.B.Yeyts məhz R.Taqorun 
yaradıcılığı ilə aradığı həqiqətlərə yol tapır. O, 1912-ci ildə Taqorun “Gitanjali” 
kitabına yazdığı ön sözündə qeyd edir: “ Taqordan edilmiş tərcümə illərdən bəri heç 
bir şeyin etmədiyi qədər mənim qanımı təlatümə gətirdi. Əgər hindistanlı səyyah 
mənə söyləməsəydi mən onun həyatı, düşüncələri haqqında heç nə bilməyəcəkdim.O 
dedi ki, Rabindranatı hər gün oxuyuram, onun bir sətrini oxumaq dünyanın bütün 
dərdlərini unutmaqdır...” [13].
R.Taqorla tanışlıq U.B.Yeytsin hind dini-fəlsəfi düşüncəsinə əsasən izah etməyə 
çalışdığı həyat və insan konsepsiyasının zənginləşməsində əhəmiyyətli rol oynayır. 
Eləcə də R.Taqor Qərb düşüncəsinin, mənəvi aləminin gerçək müsbət tərəflərini 
U.B.Yeyts vasitəsilə daha dərindən öyrənir. Başqa sözlə, “otuz yeddi ildən çox sürən 
bu dostluq hər iki şəxs üçün əhəmiyyətli təsirə malik idi. Taqor Yeyts üçün Şərqin 
müdrikliyini və ləyaqətini təmsil edir və Asiya fəlsəfəsinin gücünə və canlılığına 
verdiyi inamı doğruldur. Taqor üçün isə Yeyts Qərbin yaradıcı enerjisinin canlı bir 
simvolu idi” [2, s.55]. Tədqiqatçılar arasında bu dostluğun müəmmalı şəkildə 
qırıldığını yazanlar da var. Mary M. Lagonun araşdırmasına əsaslanaraq bir müddət 
sonra R.Taqorun poeziyasına marağını itirmiş kimi görünən U.B.Yeytsin bir vaxtlar 
“Gitanjali”nin girişində yazdığı fikirləri daha dilə gətirməməsini hər iki şəxsiyyətin 
ədəbi yaradıcılıqdakı məqsədlərinin tədricən dəyişməsi ilə də izah etmək olar (4). 
Əlbəttə ki, U.B.Yeytsin R.Taqor haqqında bir daha təriflər söyləməməsini onların 
dostluğunun başa çatması kimi izah etmək doğru olmazdı. U.B.Yeytsin həyat və 
əsərlərini dərindən araşdırdıqda sonrakı dönəmlərdə yaradıcılığının daha mürəkkəb 
mərhələyə keçdiyini, həm də yaradıcı məqsədinin fərqli mahiyyət kəsb etdiyini 
görmək mükündür. Qeyd olunduğu kimi, U.B.Yeyts yaradıcılığının ilk illərində hind 
ədəbiyyatı və fəlsəfəsinə maraq göstərdiyini etiraf edir, lakin daha sonra ölkədəki 
ictimai-siyasi vəziyyət onun yaradıcılıq məqsədini tamamilə dəyişir. İrlandiya milli 
azadlıq hərəkatının fəallarından biri, inqilabi fəaliyyətinə görə 20 il sürgünlərdə və 
həbsdə yaşamağa məhkum olmuş Con Olearinin (John O’leary) məsləhətləri ilə 
U.B.Yeyts irland xalq ədəbiyyatı mövzularının bədii ruhunu, qəhrəmanlarının 
təbiətini yaradıcılığına gətirir. C.Oleari ilə söhbətlərindən sonra U.B.Yeyts bu qərara 
gəlir ki, “irland xalqının mükəmməl milli ədəbiyyata ehtiyacı var” [5, s.8] və “indi 
inanıram ki, əsələrim üçün öz doğma ölkəmdən başqa heç bir ölkədə mənzərə 
axtarmamalıyam” [3, s.3], - qərarını verir. Lakin U.B.Yeyts həm də fəlsəfi 
yaradıcılıq ilə məşğul idi; Varlıq, həyat haqqında maraqlı nəticələr əldə edənə qədər 
keçdiyi yaradıcılıq yolundakı mühüm mərhələlərdən biri onun üçün hind dini-fəlsəfi 
görüşlərinə qapı açan R.Taqor yaradıcılığı idi.
İki böyük ölkə arasında ədəbi əlaqələrin yaranmasına və inkişafına səbəb olacaq 
qədər möhkəm, dərin bağlara sahib olan bu dostluq həm də Taqorun yaradıcılığında 
inamla əks etdirdiyi, Yeytsin də varlığına əmin olmaq üçün axtarışına çıxdığı 


Filologiya məsələləri, № 5, 2021
241
məkansız və zamansız olan, dünyanı xilas edəcək gözəlliyin, birliyin, təmənnasız 
dostluğun, qardaşlığın və sevginin özü idi. 
U.B.Yeyts ilə R.Taqorun yaradıcılığındakı və görüşlərindəki qarşılıqlı təsirləri 
araşdırarkən diqqəti cəlb edən, bu günə qədər elmi müzakirə mövzusu olan maraqlı 
məsələlərdən biri də bu iki şəxsiyyətin həyatı və yaradıcılığı arasındakı 
bənzərliklərdir. Onların görüşləri, yaradıcılıqlarının ictimai-siyasi hadisələrə təsiri və 
s. tədqiqatçıları onların talelərindəki bənzərlikləri sadədən mürəkkəbə qədər diqqətə 
almağa həvəsləndirmişdir. Belə ki, onların təxminən eyni zamanlarda, daha doğrusu 
R.Taqorun 1861, U.B.Yeytsin isə 1865-ci ildə dünyaya gəlməsi, Taqordan on il 
sonra – 1923-cü ildə U.B.Yeytsin də Nobel mükafatı qazanması, hər ikisinin eyni 
zamanda Londona səfər edərək oxşar mühitlərdə çalışmaları, ədəbi-mədəni 
fəaliyyətlə məşğul olmaları, nəhayət, öz ölkələrinin mədəni və siyasi aləmində fəallıq 
göstərməsi onların həyatındakı bənzərlikləri şərtləndirən əsas amillərdəndir. Bütün 
bunlar hər iki ədibin yaradıcılığının bir sıra problemlərinin daha aydın anlaşılmasına 
zəmin olmuşdur. Bu iki mütəfəkkirin hər ikisinin də vətənlərindəki ictimai-siyasi 
vəziyyətin, demək olar ki, eyni məcraya yönəlməsi onları eyni mənəvi axtarışa 
istiqamətləndirmişdi. Onların yaradıcılığındakı müxtəlif məsələlərin, o cümlədən, 
milli azadlıq hərəkatındakı mövqelərinin, ümumiyyətlə, müstəqillik və azadlıq 
konsepsiyalarının izah olunmasında bu amillərin diqqətə alınması böyük əhəmiyyət 
daşımaqdadır.
U.B.Yeytsin və R.Taqorun talelərindəki digər mühüm bənzərlik hər iki 
şəxsiyyətin öz ölkələrinin müstəmləkəçiliyə qarşı mübarizə aparan millətçilər 
arasında qəbul olunmaması, bəzən tənqidə məruz qalmaları idi. Bu mövzunu xüsusi 
həsasslıqla tədqiq edən L.Uilyamz U.B Yeyts və R.Taqor haqqında yazır: “Şairlər 
yalnız yaradıcılıqlarına görə deyil, həm də ölkələrinin millətçi hərəkatlarına verdiyi 
töhfələrə görə bir-birlərinə heyran idilər. Taqor İrlandiyanın “milli oyanışı” üçün 
Yeytsin “İrlandiyanın qədim şairlik ənənəsinə” qayıtdığını, Yeyts isə Taqorun 
poeziyasının Hindistanda doğulmuş “yeni intibah” üçün çox vacib olduğunu iddia 
edirdi” [12, 69]. Bu iki şəxsiyyətin bir çox ölkələrə səyahətlərinin nəticəsi olaraq 
onların müxtəlif xalqların mədəniyyətlərini mənimsəmələrini, digər kültürlərin 
müsbət cəhətlərini diqqətə almalarını nəzərdən qaçırmayan L.Uilyamz hər iki şairin 
görüşlərində bütün kültürlərin birliyi fikrinin öndə gəldiyini düşünür. Hətta Yeytsin 
ingilislərlə müqayisədə irlandların “sənətə tamamilə biganə qalmasını” [12,s.78] 
tənqid etdiyini xatırladan tədqiqatçı qeyd edir ki, U.B.Yeyts, eləcə də R.Taqor 
müxtəlif kültürlərin vahid bəşəri mədəniyyətdən şaxələndiyini, vahid bir əxlaqa 
əsaslandığı fikrini qəbul edirdilər. Ona görə də “milliyyətçiliyin yerli mədəniyyətlər 
üçün vacib olmasına baxmayaraq, digər mədəniyyətlərin faydalarını mənimsəməyin 
və onlara dəyər verməyin əhəmiyyətini vurğulayırlar ki, bu da onların millətçi 
düşüncəsinə kosmopolit məzmun gətirirdi” [12, s.78-81]. U.B.Yeytsin də, R.Taqorun 
da millətçilər tərəfindən tənqidə məruz qalmasının əsas səbəblərindən biri bu məsələ 
idi. 


Filologiya məsələləri, № 5, 2021
242
U.B.Yeytsin və R.Taqorun müsbət mənada millətçi olaraq qəbul edilməməsinin 
digər səbəblərindən biri yuxarıda izah olunuduğu kimi, azadlıq düşüncəsini hər 
kəsin ifadə etdiyi tərzdə deyil, bir qədər fərqli, özünəməxsus şəkildə anlatmalarında 
idi. Bu baxımdan, Carl S. O’Brienin görüşləri çox maraqqlıdır; Carl S. O’Brienin 
tədqiqatlarında R.Taqor və U.B.Yeytsin ədəbi fəaliyyətini siyasi-tarixi baxımdan 
araşdırılır. Tədqiqatçı düşünür ki, milli azadlıq hərəkatında ziyalıların özəl səyləri 
mühüm əhəmiyyətə malikdir və bu baxımdan, R.Tagor və U.B.Yeyts kimi yazarlar
milli ədəbiyyatı inkişaf etdirərək milli birlik duyğusu yaratmağa nail oldular. Eyni 
zamanda, Carl S. O’Brienin onların görüşlərindəki, yaradıcılıqlarındakı bənzərlikləri 
ictimai-tarixi zərurət kimi izah edir; “Qeyd etmək lazımdır ki, həm Hindistan, həm 
də İrlandiyanın müstəqillik hərəkatları böyük ölçüdə bir-biri ilə əlaqəli olmayan 
fenomenlər idi, baxmayaraq ki, hər ikisi də zəifləyən Britaniyanın siyasi vəziyyətinə 
cavab kimi yozula bilər” [8, s.116]. Qeyd olunduğu kimi, müxtəlif zamanlarda 
Amerikaya səfərlər edən, bu ölkədəki ictimai qüsurları tənqid edən R.Taqorun 
məruzələrini, azadlıq kosepsiyasını diqqətə alan Amerika və Avropa alimlərinin, 
siyasətçilərinin bir qismi onun müsbət mənada millətçi olduğunu düşünürlər. 
U.B.Yeyts və R.Taqor arasındakı bənzərliklər içində diqqət çəkən məsələlərdən 
biri də hər iki ədibin musiqi, şeir və ruh arasında qırılmaz bir bağlılıq görməsi və bu 
ideyanın onların görüşlərində mühüm yerə sahib olmasıdır. Təsadüfi deyil ki, onların 
yaradıcılığında təbiət, müxtəlif təbiət mənzərələri, rənglər insanın, həyatın gizli və 
sirli tərəflərini izah edən simvollara çevrilir. Hər iki şairin yaradıcılığındakı əsas 
oxşarlıqlardan biri hansı problem haqqında düşünməklərindən asılı olmayaraq 
insanın ruhi aləminə daha çox diqqət yetirmələri, kainatda bir ruhi bağlılıq görmələri, 
azadlığı da məhz bu düşüncələr əsasında izah etmələrindədir. Təsadüfi deyil ki, 
R.Taqor U.B.Yeytsin əsərlərinin qədim hind şairlərinin əsərləri ilə bənzərliklərini 
müqayisə edir, onun şeirlərində dünyanın ruh ilə dərkinin mümkünlüyü ideyasının 
mükəmməl ifadəsini təqdir edir.
Nəticə 
Aparılan təhlildən aydın olduğu kimi, XIX əsrin sonu, XX əsrin əvvəllərində 
Böyük Britaniyada baş verən ictimai-siyasi hadisələr imperiya daxilindəki müxtəlif 
ölkələrdə təxminən eyni vəziyyətin yaranmasına gətirib çıxarmışdı. Milli düşüncənin 
inkişafı, azadlıq anlayışının ən böyük məqsəd olaraq gündəmə gəlməsi ziyalıları bu 
məqsəd ətrafında səfərbər etməklə yanaşı, bədii-fəlsəfi düşüncədə də yeni 
mərhələnin başlanmasına təkan vermişdi. 
Azadlıq uğrunda çalışan və mübarizə aparan ziyalılar bu məqsədi reallaşdırmağın 
müxtəlif yollarını müəyyən etmişdilər. Bu baxımdan, İrlandiyada U.B.Yeytsin, 
R.Hindistanda benqal şairi və mütəfəkkiri R.Taqorun mövqeyi və azadlıq 
konsepsiyaları olduqca maraqlı və özünəməxsus idi.
Şərq mədəniyyəti və fəlsəfəsinə, ruhani aləminə maraq göstərən Qərb 
ziyalılarından biri olan U.B.Yeystin bu sahədəki fəaliyyəti onun R.Taqorla möhkəm 


Filologiya məsələləri, № 5, 2021
243
dostluq və ədəbi yaradıcılıq əlaqələrinin yaranmasına səbəb olur ki, onlar arasındakı 
bu münasibət İrlandiya və Hindistan ədəbi-mədəni əlaqələrinin yaranmasında xüsusi 
əhəmiyyət kəsb edir. İki ziyalının dostluğunun iki ölkə arasındakı ədəbi əlaqələrin 
inkişfaına təsiri, əslində, bu münasibətin nə qədər ciddi məqsədlərə əsaslandığını və 
tarixi, o cümlədən də bəşəri əhəmiyyətini sübut edir. Bütün insanlar arasında bir 
bağın mövcud olduğunu, bütün kültürlərin vahid əxlaq və mədəniyyətdən törədiyini 
düşünən bu iki ziyalının ideya birliyi və talelərinin də bənzərliyi sanki onların təbliğ 
etdiyi bəşəri birliyin mümkünlüyünə real bir sübut idi.
Müxtəlif kültürlərin müsbət keyfiyyətlərinin qəbul edilərək mənimsənilməsini, 
bu mənada insanın öz ruhunu dərk edərək daxili ünsiyyətə yiyələnməsini, 
cəmiyyətdə “insanların insanlığının gizlədilməməsini”, üzə çıxarılmasını gerçək 
azadlığın əsası hesab edən R.Taqor irland həmkarı vasitəsilə fikirlərinin Avropa 
düşüncəsi ilə mənimsənilməsinə nail olur, Qərb mədəniyyətinin müsbət dəyərlərini 
müəyyən edərək görüşlərinin əsas müddəalarını mükəmməlləşdirir.
Ümumilikdə Şərq fəlsəfəsinin vəd etdiyi mənəvi azadlığın izi ilə ruhən nəfəs 
genişliyinə can atan U.B.Yeytsin hind ədəbiyyatı və fələsfəsi ilə tanışlığı onun 
axtarışlarının mühüm mərhələsi olur. Ölkəsində gedən ictimai-siyasi proseslərdə 
yaxından iştirak edən, milli müstəqillik hərəkatının fəallarından olan U.B.Yeyts 
müəyən mərhələdə Şərq svilizasiyana, Asiya fəlsəfəsinə maraqdan uzaqlaşmış kimi 
görünsə də, əslində, bu məsələ yaradıcılığının ikinci mühüm tərəfini təşkil edir. 
U.B.Yeyts ilə R.Taqorun tanışlığının əsasında ictimai-siyasi amillər dayansa da, 
onların dostluğu dünyanın və insanın, azadlıq və xöşbəxtliyin intellekt və ruhun 
birliyi ilə dərk olunacağına inam üzərində möhkəmlənmişdi. Heç təsadüfi deyil ki, 
R.Taqorun şəxsiyyətini dostu U.B.Yeyts daha mükəmməl səciyyələndirir: “cənab 
Taqor Hindistan sivilizasiyasının özü kimi, ruhu kəşf etməkdən və özünəməxsusluğa 
təslim olmaqdan məmnundur” [13]. Eyni zamanda da R.Taqor U.B.Yeytsi “ruhunun 
sərhədsiz gücü ilə dünyanı qavramağa qadir birisi” [11, s.217] adlandırır. 
Ədəbiyyat 
1.
Hay S. N. Rabindranath Tagore in America // American Quarterly Vol. 14, No. 
3. The Johns Hopkins University Press: 1962, pp. 439-463. 
2.
Hurwitz H. M. Yeats and Tagore // Comparative Literature, vol. 16, no. 1, 
1964, pp. 55-64. 
3.
Jeffares N. A. A Commentary on the Collected Poems of W.B. Yeats. USA, 
1968. 
4.
Lago Mary M. The Parting of the Ways : A Comparative Study of Yeats and 
Tagore // Indian Literature Vol. 6, No. 2. New Dehli, Sahitya Akademi, 1963,
pp. 1-34. 
5.
Larrissey E. Yeats the Poet: The Measures of Difference. New York: Harvester 
Wheatsheaf, 1994, 238 p. 


Filologiya məsələləri, № 5, 2021
244
6.
Lennon J. Writing Across Empire: W. B. Yeats and Rabindranath Tagore // 
Rabindranath Tagore: Universality and Tradition. London: Associated 
University Presses, 2003, pp. 213-229. 
7.
Majumdar S. Yeats and Tagore: A Comparative Study of Cross-Cultural 
Poetry, Nationalist Politics, Hyphenated Margins and The Ascendancy of the 
Mind. Academica Press, 2013, 392 p 
8.
O’Brien Carl S. Rabindranath Tagore’s India and William Butler Yeats’s 
Ireland: The Intersection of Classical Languages, Literature, and Nation-
Building in Postcolonial East and West // Canadian Review of Comparative 
Literature.Volume 46, Issue 1, 2019, pp. 115-133. 
9.
Robinson A. The Art of Rabindranath Tagore. Andre Deutsch Ltd, 1989. 
10.
Tagore R. Freedom. / https://internetpoem.com/rabindranath-tagore/freedom-
poem/ 
11.
Tagore R. Poet Yeats / Rabindranath Tagore. An Anthology. Ed. Krishna Dutta 
and Andrew Robinson. NY: 1997. 
12.
Williams L.B. Overcoming the “Contagion of Mimicry”: The Cosmopolitan 
Nationalism and Modernist History of Rabindranath Tagore and W. B. Yeats. // 
The American Historical Review 112.1., 2007: 69-100. 
13.
Yeats W.B. Introduction // Tagore R. Gitanjali 
/https://archive.org/details/gitanjali00unse/page/n27/mode/2up 
ДЖАВИДА МАМЕДОВА
КОНЦЕПЦИЯ СВОБОДЫ В ТВОРЧЕСТВЕ УИЛЬЯМА БАТЛЕРА 
ЙЕЙТСА И РАБИНДРАНАТА ТАГОРА 
РЕЗЮМЕ 
Политическая ситуация в мире в начале ХХ века оказала большое 
влияние на литературу. Это влияние проявлялось как в качестве новых тем и 
содержания литературы, так и в появлении новых литературных и 
философских идей. Например, социально-политические процессы в 
Британской империи привели к появлению различных движений внутри 
страны. Одной из таких проблем была тенденция к свободе и независимости, 
которая проявлялась в виде сотрудничества между интеллектуалами разных 
национальностей, повышенного интереса к культуре других народов. 
Примером тому может служить дружба ирландского писателя, поэта, 
мыслителя Уильям Батлер Йейтса с бенгальским писателем, философом и 
поэтом Р.Тагором. Дружба, основанная на пробуждении национального 
самосознания, но также оказавшая влияние на него, дала толчок развитию 
литературных связей между Ирландией и Индией. Йейтс смог более 
внимательно изучить индийскую литературу и философию с учетом взглядов 


Filologiya məsələləri, № 5, 2021
245
Тагора. Эта дружба привнесла более совершенное выражение восточной и 
западной мысли в произведения обоих писателей. В статье все эти вопросы 
разъясняются с помощью сравнительного анализа.
Интеллектуалы, которые боролись за свободу в обеих странах, 
определили разные пути достижения этой цели. В этом отношении 
отношение Йейтса и Тагора к этому вопросу и концепциям свободы было 
очень интересным и уникальным. Оба поэта объясняли концепцию свободы 
не только на основе национальных взглядов, но и на основе общих ценностей 
Востока и Запада. Они советовали всему человечеству быть свободным от 
рабства своих мыслей. Другими словами, они советовали человеку ХХ века 
быть свободным от противоречий Востока и Запада и объединиться, сохраняя 
при этом общие человеческие ценности. Стихи обоих поэтов помогали 
людям прислушиваться к их внутреннему голосу. "Свобода от страха - это 
свобода", писал Тагор. По мнению поэта, невозможно было освободить 
человека, который был рабом каких-либо чувств. С другой стороны, 
невозможно было подчинить себе человека, который был духовно свободен.
В статье эти вопросы объясняются на основе сравнительного анализа. 
Ключевые слова: Свобода, Индия, Тагор, Философия, Поэзия
JAVIDA MAMMADOVA 
THE CONCEPT OF FREEDOM IN WILLIAM BUTLER YEATS’S AND 
RABINDRANATH TAGORE’S WORKS 
SUMMARY
The political situation in the world at the beginning of the twentieth century had a 
major impact on literature. That influence manifested itself both in the qualities of 
new themes and contents of literature, and in the emergence of new literary and 
philosophical ideas. For example, the socio-political processes in the British Empire 
led to the emergence of various movements within the country. One of such issues 
was the tendency to freedom and independence, which manifested itself in the form 
of cooperation between intellectuals of different nationalities, increased interest in 
the culture of other nations. An example of that was the friendship between the Irish 
writer, poet, thinker U.B.Yeats and the Bengali writer, philosopher and poet 
R.Tagore. The friendship, which was based on the awakening of national 
consciousness but also influenced it, gave impetus to the development of literary 
relations between Ireland and India. Yeats was able to study Indian literature and 
philosophy more closely with Tagore's views. That friendship brought a perfect 
expression of Eastern and Western thought to the works of both writers. The article 
explains these issues in a comparative analysis.


Filologiya məsələləri, № 5, 2021
246
The intellectuals who fought for freedom in both countries identified different 
ways to achieve that goal. In this respect, Yeats’s and Tagore's attitudes towards that 
issue and freedom concepts were very interesting and unique. Both poets explained 
the concept of freedom not only based on national views, but also based on common 
values of East and West. They advised all humanity to be free from the slavery of 
their thoughts. In other words, they advised the human of the twentieth century to be 
free from the contradictions of the East and the West, and to unite while preserving 
common human values. Both poets’ poems helped people to listen to their inner 
voice. “Freedom from fear is the freedom”, Tagore wrote. According to the poet, it 
was impossible to free a person who was a slave to any feelings. On the other hand, it 
was impossible to enslave a person who was spiritually free.
The article clarifies all these issues with comparative analysis. 
Key words: Freedom, India, Tagore, Philosophy, Poetry 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Xanım Zairova tərəfindən çapa tövsiyə olunmuşdur. 


Filologiya məsələləri, № 5, 2021
– 247 –
UOT 63.3 (5Aze) 64 
İSMAYILOVA MƏTANƏT MƏMMƏD QIZI 
Mingəçevir Dövlət Universiteti,
Xarici dillər kafedrasının baş müəllimi 
ismayilavametanet1961@gmail.com
Mingəçevir, D.Əliyeva küç.21 
QARABAĞA UZANAN QALİBİYYƏT VƏ İNKİŞAF YOLLARI 
Xülasə 
Məqalə yaxın keçmişdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 
altında Qəhrəman Azərbaycan Ordusunun 30 il bundan əvvəl Ermənistan silahlı 
qüvvələri tərəfindən işğal olunmuş əraziləri azad etməsi ilə bağlı şanlı hadisələrdən 
bəhs edir. Məqələdə Azərbaycan xalqının öz müdrik və qüdrətli lideri - Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevlə birliyi və həmrəyliyi, həmçinin 
Azərbaycan əsgərinin cəsarəti və qəhrəmanlığı xüsusi olaraq vurğulanmışdır. Böyük 
Qələbəyə, doğma torpaqların işğaldan azad olunmasına və dilbər Qarabağın doğma 
türk elləri ilə qovuşmasına aparan yolun metodiki izlənməsi məqalənin əsas 
motivlərini təşkil edir. Məqalədə, həmçinin 2016-cı il aprel döyüşlərində Azərbaycan 
əsgərinin göstərdiyi rəşadət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
timsalında siyasi iqtidarın qətiyyəti, bütün tabuları və qadağaları dəf edərək öz 
dəmir iradəsini israrla diqtə etməsi ön plana çəkilir. 2018-ci ildən başlayaraq 
fövqəladə şəkildə aktivləşən erməni təxribatlarının xarakteri və məqsədləri təhlil 
edilir.
2020-ci il 12-17 iyul tarixində erməni təxribatının daha aktiv fazaya keçməsilə 
əlaqədar Tovuz istiqamətində baş verən hadisələr məqalədə xüsusi olaraq 
işıqlandırılır. Tovuz təxribatının strateji və siyasi məqsədləri açıqlanır, Cənubu 
Qafqazda yeni hərbi eskalasiyada maraqlı olan beynəlxalq güclərin və siyasi 
aktorların geosiyasi məqsədkərinə aydınlıq gətirilir.
Məqalədə bütün qüvvələrini və resurslarını səfərbər edən Azərbaycan xalqının 
misli görünməmiş qəhrəmanlığı sayəsində 27 ildən artıq işğal altında olan ərazilərin 
azad edilməsi, yenilməz erməni ordusu və üzdəniraq erməni təşkilatçılığı haqqında 
müflərin dağıdılması kimi qiymətləndirilir.
Doğma torpaqıarın azad edilməsi uğrunda 44 gün davam etmiş döyüşlərdə hər 
bir Azərbaycan insanının dəmir yumruq kimi birləşərək düşmənə öz qəti sözünü 
deməsi, Azərbaycanın qəhərəmanlıq ruhunun hərb meydanında xariqələr yaratması 
xüsusi emosional çalarlarla təqdim edilir. Şuşa şəhərinin işğaldan azad edilməsi 
zamanı Azərbaycan əsgərinin hərb tarixində misli görünməmiş rəşadət nümunəsi 


Filologiya məsələləri, № 5, 2021
– 248 –
göstərməsi məqalədə yüksək fəxarət hissilə vurgulanır. Məqalə Qarabağın işıqlı və 
xoşbəxt gələcəyini vəd edən perspektivlərin təqdimatı ilə başa çatır. 
Açar sözlər:
Ümummilli lider Heydər Əliyev, Qarabağ, Azərbaycan 
Respublikası Silahlı Qüvvələri, Müzəffər Ali Baş Komandan, II Qarabağ 
müharibəsi, Böyük Qələbə, Dağlıq Qarabağ, Vətən müharibəsi, “Dəmir yumruq”, 
Aprel döyüşləri, Tovuz döyüşləri, Azərbaycan Milli Ordusu. 
Azərbaycan xalqının müasir tarixinin ən şanlı səhifələrindən biri sayılan II 
Qarbağ müharibəsi öz miqyasına, xarakterinə və nəticələrinə görə “Vətən 
müharibəsi” kimi xarakterizə olunur. “Dəmir yumruq” şüarı altında başlanmış bu 
irimiqyaslı hərbi əməliyyatın başlıca məqsədi 1988-1994-cü illərdə I Qarabağ 
müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən Dağlıq Qarabağda və onun 
ətrafinda zəbt olunmuş Azərbaycan torpaqlarının azad edilməsindən ibarət idi. Bu 
hadisə həm də Azərbaycanın müasir tarixinin məzmununu və əhəmiyyətini dəyişmiş, 
ölkəmizin sosial-iqtisadi inkişafında möhtəşəm stimullar yaratmış, yeni perspektivlər 
açmış, millətin sarsılmış ruhunu və sınmış qürurunu bərpa etmiş, Azərbaycan 
insanının gələcəyə ümidlərini fövqəladə şəkildə artırmışdır. İndi Qarabağa aparan 
yollarda heç bir maneə və sədd yoxdur. Qaarbağa tarixi Böyük qayıdış başlayır. 
Artıq müasir leksikonumuzada “Böyük” epteti qazanmış çoxlu sayda möhtəşəm 
hadisələr baş vermiş və bu proses dinamik şəkildə davam edir. “Böyük Qələbə”, 
“Böyük qayıdış”, “Böyük Azərbaycan” kimi artıq reallığa çevrilmiş anlayışlar və 
onlarla bağlı olan milli ideyalar bizə xoşbəxtlik və qürur hissi ilə dolu parlaq gələcək 
vəd edir. 
Qarabağa uzanan qalibiyyət və inkişaf yolunun dinamik fazası 2016-cı ilin 
yazında başlanmışdır. ”2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan 
Silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Dağlıq Qarabağ 
münaqişəsi yenidən aktiv fazaya keçmiş, 4 gün davam edən şiddətli döyüşlər və 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin reallaşdırdığı əks hücum əməliyyatı 
nəticəsində Tərtər rayonunun Seysulan və Talış kəndləri, burada yerləşən bir sıra 
strateji yüksəkliklər, həmçinin Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və 
Cocuqmərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun 
Qazaxlar kəndi və Suqovuşan (Madagiz) kəndi istiqamətində yollar düşməndən azad 
olundu. Ümumilikdə 2 min ha ərazi erməni işğalından azad edildi [4]. Rusiya 
Federasiyasının və ermənilərə açıq-aşkar havadarlıq edən digər dünya güclərinin işə 
qarışmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin hücumu dayandırıldı. 2016-cı 
il aprel ayının 5-də atəşkəs haqqında yeni müqavilə imzalandı. Lakin buna 
baxmayaraq erməni tərəfi öz təcavüzkar və nadürüst xislətinə sadiq qalaraq atəşkəsi 
dəfələrlə pozdu. 
2018-ci il aprel ayının 13-də Ermənistanda “Addım at, Serji rədd et” şüarı altında 
başlanmış “Məxməri inqilab” nəticəsində müxalifət lideri Nikol Paşinyan 


Filologiya məsələləri, № 5, 2021
– 249 –
hakimiyyəti ələ keçirdi və 2018-ci il may ayının 8-də Ermənistanın Baş naziri seçildi. 
Bundan sonra Dağlıq Qarabağ münaqişəsində gərginlik daha da artdı [2]. Siyasi 
sələflərindən heç də seçilməyən yeni dövlət başçısı sərsəm iddiaları və məsuliyyətsiz 
bəyanatları ilə mövcud situasiyanı günü-gündən gərginləşdirir, danışıqlar prosesində 
əldə olunmuş bütün razılıqları heçə endirir və irimiqyaslı hərbi əməliyyatların 
başlayacağını qaçılmaz edirdi. 2019-cu il may ayının 8-10 tarixlərində Nikol 
Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, Şuşada – Cıdır 
düzündə şəhərin erməni işğalçıları tərəfindən zəbt edilməsinin 27-ci ildönümü ilə 
əlaqədar mərasim keçirməsi, yallı getməsi və “Azərbaycanın qraşısında 7 şərt 
qoyması”, 2020-ci il aprel ayının 14-də Dağlıq Qarabağda keçirilən üzdəniraq 
prezident seçkilərində gerizəkalı Araik Arutunyanın dırnaqarası Dağlıq Qarabağ 
Respublikasının prezidenti seçilməsi, həmin il may ayının 21-də Şuşada həmin 
zəkası qıt şəxsin “inauqurasiya mərasimi” keçirməsi Azərbaycan xalqının və 
Azərbaycan hökumətinin səbr kasasını sona qədər doldurdu.
Tezliklə mənfur düşmən öz havadarlarının dəstəyilə daha çirkin əməllərə əl atdı 
və 2020-ci il iyul ayının 12-də Tovuz istiqamətində Azərbaycan Respublikasının 
fövqəladə strateji əhəmiyyət kəsb edən sərhədyanı məntəqələrini iriçaplı silahlardan 
və toplardan atəşə tutdu. İyulun 17-ə qədər davam edən hərbi əməliyyatlar 
nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 12 hərbiçisi həlak oldu 
(Xəyyam Məhəmməd oğlu Daşdəmirov - əsgər, Elşad Dönməz oğlu Məmmədov - 
baş əsgər, Vüqar Lətif oğlu Sadıqov - çavuş, Rəşad Rəşid oğlu Mahmudov - baş 
leytenant, İlqar Anzor oğlu Mirzəyev – polkovnik, Anar Gülverdi oğlu Novruzov – 
mayor, Namiq Hajan oğlu Əhmədov – mayor, Polad İsrayıl oğlu Həşimov – general 
mayor, Elçin Arif oğlu Mustafazadə - əsgər, İlqar Ayaz oğlu Zeynallı - gizir, Yaşar 
Vasif oğlu Babayev – gizir, Nazim Əfqan oğlu İsmalıyov - əsgər), 4 hərbiçi isə 
yaralandı. Həlak olanlar arasında 1 mülki şəxs (Əzizov Əziz İzzət o.) də var idi. 
2020-ci il avqust ayının 23-də Ermənistan ordusunun təxribat qrupu Azərbaycan 
Respublikasının Goranboy rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə 
hücum etməyə cəhd göstərdi. Təxribat qrupu zərərsizləşdirildi və qrupun komandiri 
Qurgen Alaverdiyan əsir götürüldü. Əldə olunan kəşfiyyat məlumatlarından belə 
məlum oldu ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarının ələ keçirilməsi 
istiqamətində müdhiş hərbi planlar hazırlayır. Bundan sonra Azərbacan tərəfi 
təşəbbüsü ələ aldı və 2020-ci sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin 
növbəti təxribatından sonra Tərtər, Cəbrayıl və Füzuli rayonları istiqamətində 
irimiqyaslı hərbi əməliyyatlara başladı. Beləliklə, Azərbaycanın müasir hərb tarixnə 
“44 günlük savaş” kimi daxil olmuş Vətən müharibəsi başlandı.
Ermənilər 30 il ərzində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 
“Ohanyan xətti” kimi tanınan möhkəm istehkamlar qurmuşdular. Azərbaycan ordusu 
çoxsaylı itkilərdən qaçmaq və ən qısa müddət ərzində düşmən müdafiəsini 
cinahlardan yarmaq məqsədi ilə “Hilal taktikasından” istifadə edirdi. Hərbi 
əməliyyatlara 100 min nəfərlik hərbi kontingent cəlb edilmişdi. Ən müasir silahlarla 


Filologiya məsələləri, № 5, 2021
– 250 –
(özüyeriyən artilleriya qurğuları, Türkiyə, İsrail, Pakistan və Azərbaycan istehsalı 
olan pilotsuz uçan aparatlar - PUA – Bayraktar, Harop, İsrail istehsalı olan və 
“Dəmir qübbə” adlanan hava hücumundan müdafiə qurguları) silahlanmış şanlı 
Azərbaycan ordusu qısa müddət ərzində erməni işğalçılarına sarsıdıcı zərbə vuraraq 
bir-birinin ardınca işğal altında olan əraziləri azad etməyə başladı. Beləliklə, 
04.10.2020-ci il tarixdə Cəbrayıl, 17.10.2020-ci il tarixdə Füzuli, 20.10-2020-ci il 
tarixdə Zəngilan, 25.10.2020-ci il tarixdə Qubadlı, 08.11. 2020-ci il tarixdə isə Şuşa 
düşmən işğalından azad olundu. Demoralizə edilmiş düşmən qüvvələri böyük itkilər 
verərək öz mövqelərini, hərbi texnikanı, yaralanmış və məhv edilmiş əsgərlərinin 
cəsədlərini döyüş meydanında qoyaraq vahimə içində fərar etməyə başladı. Şuşa 
şəhərinin azad edilməsi isə dünyanın hərb tarixinə misli görünməmiş rəşadət 
nümunəsi, insan qürurunun təntənəsi və vətənə məhəbbətin ali təzahürü kimi daxil 
oldu. Bu zaman erməni rəhbərliyi və erməni hərbi komandanlığı bütün çirkin 
üsullardan istifadə edərək Azərbaycan xalqının döyüşkənlik ruhunu, qələbəyə 
inamını sındırmağa çalışır, dinc əhalini, sivil, xüsusilə də strateji əhəmiyyət kəsb 
edən obyektləri qadağan olunmuş silahlarla - “Smerç”, “Toçka-U” və s. tipli ballistik 
raketlərlə, kasetli bombalarla, xlor qarışıqlı kimyəvi silahlarla atəşə tuturdu. Lakin 
bütün bunlar Azərbaycan xalqının iradəsini və qələbə əzmini sındıra bilmədi. 
Oktyabrın 4-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinin raket hücumuna məruz 
qalması nəticəsində 27 nəfər həlak olmuş, 95 nəfər yaralanmış və şəhərə ciddi ziyan 
dəymişdi. Ermənilərin çirkin planlarının digər hədəfləri isə Mingəçevir su anbarı, 
Mingəçevirdə yerləşən və 1981-ci ildə istismara verilmiş Dövlət Rayon Elektrik 
Stansiyası, Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin Yevlax rayonunun ərazisindən 
keçən hssəsi və başqa strateji obyektlər idi. Hətta ermənilər Abşeron rayonu 
istiqamətində də raket hücumlarına cəhd etmişdilər. 2020-ci il oktyabr ayının 28-də 
erməni silahlı birləşmələri Bərdə şəhərinə “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 
reketlərlə xaincəsinə zərbə endirdi. Nəticədə 5-i qadın olmaqla 21 nəfər həlak oldu, 
8-i uşaq, 15-i isə qadın olmaqla 70 nəfər yaralandı. Lakin bütün bu çirkin həmlələrlə 
baxmayaraq Azərbaycan Respublikasının rəşadətli yenilməz və müzəffər ordusu ilə 
xalq Vətən naminə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Müzəffər Liderimiz İlham 
Əliyevin rəhbərliyi altında sıx birləşdi və düşmənə ağır zərbələr vuraraq 
torpaqlarımızı işğaldan azad etdi. Diz çökdürülən düşmən müharibə başlayandan 43 
gün sonra 9 noyabr 2020-ci il tarixdə təslim oldu və rüsvayçı sülh bağlamağa məcbur 
edildi. Təslim olmaq haqqında razılaşmaya görə Azərbaycan əsgərindən ölümcül 
zərbə almış mənfur düşmən noyabrın 20-də Ağdamdan, 25-də Kəlbəcərdən, 01 
dekabrda isə Laçından qovuldu. Bundan sonra münaqişə diplomatik müstəviyə keçdi. 
Laçın dəhlizində 10 noyabr 2020-ci il tarixdən 1660 nəfərdən ibarət Rusiya 
sülhməramlılarının məhdud kontingenti yerləşdirildi.
2020-ci il dekabr ayının 10-da Bakıda Azadlıq meydanında 44 günlük Vətən 
müharibəsində əldə edilmiş Böyük Qələbə münasibəti ilə keçirilən hərbi parad 


Filologiya məsələləri, № 5, 2021
– 251 –
müasir hərb tariximizin daha bir möhtəşəm hadisəsi oldu. Bu paradda xalqımız öz 
qüdrətli ordusunun və Ali baş komandanının tarixi qələbəsini sevinc göz yaşları ilə 
müşahidə edirdi. Bu tarixi qələbə şəhadətə qovuşmuş 2850 Azərbaycan oğlunun 
həyatı, haqq uğrunda qəzaları mübarək olmuş 1245 qazinin öz sağlamlığını itirməsi, 
“Qalib əsgər” adı qazanmış minlərlə Azərbaycan oğullarının fədakarlığı sayəsində 
baş tutdu. Bu o, deməkdir ki, torpaq uğrunda ölməyə hazır olan minlərlə rəşədətli 
insanlarımız var. Xalqımızın tarixdən gələn döyüşkənlik ruhu və zəfər eşqi isə hələ 
də yaşayır. Bu gün qazandığımız misilsiz hərbi qələbəmizdən qəhrəman 
əcdadlarımızın, ulu babalarımızın və şəhidlərimizin ruhları da şad olub. 
İndi Azərbaycan xalqının və Azərbaycan hökumətinin qarşısnda doğma Qarabağ 
ellərinin bərpası, dirçəlişi, inkişafı və türk yurdlarına qovuşması kimi möhtəşəm bir 
tarixi vəzifə durur. Artıq Azərbaycan Respublikası Dovlət sərhədlərinin bərpası, 
kommunikasiyaların qurulması və erməni vandalları tərəfindən viran qoyulmuş 
yaşayış məntəqələrinin, infrastrukturun yenidən qurulması istiqamətində irimiqyaslı 
işlər başlayıb. Yaxın vaxtlarda azad olunmuş ərazilərə Azərbaycan əhalisinin 
köçürülməsi planlaşdırılır.
1993-cü il, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının başlamasından 
və Böyük siyasətin avanqardına çevrilməsindən sonra başlanmış Azərbaycanın 
sosial-iqtisadi və mədəni inkişaf yolu artıq Qarabağı Gülüstana çevirmək üçün açılır. 
Qeyd edək ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin böyük siyasətə 
qayıdışı və Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etməsi Azərbaycan 
tarixində yeni bir eranın başlanğıcı oldu. Xalqın sosial-iqtisadi həyatında baş verən 
dinamik inkişaf templəri bu dövrün pozitiv mahiyyətini müəyyən edən əsas amilə 
çevrildi və sosial-iqtisadi problemlərdən əziyyət çəkən insanların həyatına qurtuluş 
müjdəsi kimi daxil oldu. O dövrdən bəri Azərbaycan Respublikasının və Azərbaycan 
hökumətinin həyata keçirdiyi sosial siyasətin başlıca məzmununu və təyinatını xalqın 
rifah halını durmadan yaxşılaşdırmaq istiqamətində həyata keçirilən möhtəşəm 
tədbirlər təşkil edir. Ulu öndər dövlət müstəqilliyinin qarantı sayılan davamlı sosial-
iqtisadi inkişafı dövlət siyasətinin əsas prioriteti elan etmişdi. Bu məqsədlə regional 
və qlobal miqyaslı layihələrin reallaşdırılmasına başlamışdı və bu layihələr içərisində 
ən möhtəşəmi 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft 
Şirkəti ilə dünyanın çoxlu sayda tanınmış neft şirkətlərinin daxil olduğu konsorsium 
arasında Xəzər dənizinin Azərbaycan sektorunda yataqların bir hissəsinin birgə 
işlənməsi haqqında “Əsrin müqaviləsi” adı almış 30-illik müqavilə oldu. Həmin 
müqavilə siyasi müstəqillik qazanmış Azərbaycan Respublikasının enerji 
təhlükəsizliyini təmin etməklə yanaşı onun beynəlxalq aləmdə nüfuzuna ciddi 
dividendlər gətirdi, ölkənin iqtisadi davamlılığının artırılması istiqamətində yeni 
perspektivlər açdı [3]. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında 
istehsal prosesini bərpa etmək və inkişaf etdirmək məqsədi ilə “Açıq qapı” siyasəti 
elan etdi və respublikaya xarici investorları cəlb etməyə başladı. Xarici investorları 
və kreditorları müdafiə edən özəl qanunlar qəbul edildi. Beynəlxalq valyuta Fondu, 


Filologiya məsələləri, № 5, 2021
– 252 –
Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf 
Bankı, İslam İnkişaf Bankı və digər maliyyə təşkilatları ilə sıx əlaqələr yaradıldı. Bu 
dövrdə təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana 1 mld 330 
milyon dollardan çox kredit vermişdi. Ulu öndər regionların, xüsusilə də aqrar 
sektoru təmsil edən bölgələrin inkişafına xüsusi qayğı və diqqət ayırırdı. Regionların 
iqtisadi dirçəlişi və davamlı inkişafı naminə həyata keçirilən sistemli tədbirlər 
içərisində 1996-cı il iyul ayının 16-da qəbul edilmiş “Torpaq islahatı haqqında” 
Qanunun xüsusi əhəmiyyəti var idi. Bu qanuna görə vahid torpaq fondu əsasında 
dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti formaları müəyyən edildi. Kəndli-
fermer təsərrüfatları yaradıldı. Bütün yararlı torpaqlar sosial ədalət prinsipi əsasında 
kənddə yaşayan vətəndaşlar arasında bölüşdürüldü. 3,5 mln Azərbaycan vətəndaşına 
torpaq payları ayrıldı. Beləliklə, Azərbaycanın çoxəsrlik tarixində ilk dəfə maddi 
nemətlərin istehsalçıları olan kənd zəhmətkeşləri torpaq sahibləri oldular. Artıq 
2003-cü ilin sonunadək bazar münasibətlərinə əsaslanan Azərbaycan iqtisadiyyatının 
prioritetləri və inkişaf perspektivləri ümumi cizgilərdə müəyyən olundu. Yeni 
prinsiplərə əsaslanan ölkə iqtisadiyyatı artıq ilk səmərəsini verdi.
Ulu öndərin yeni nəsillərə miras qoyduğu iqtisadi inkişaf kursunu 2003-cü ildən 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha aktiv templərlə 
reallaşdırmağa başladı. Ulu öndər tərəfindən əsası qoyulmuş yeni iqtisadi siyasətin 
bütün fundamental prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev regionların 
inkişafına və tərəqqisinə xüsusi diqqət ayırdı. 2003-cü il oktyabr ayının 15-də 
Azərbaycan Republikasının Prezidenti seçilən İlham Əliyev oktyabrın 31-də 
vəzifəsinin icrasına başladı. Onun Azərbaycan Respublikasına 17 illik rəhbərliyi 
dövründə Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf daha da 
geniş vüsət aldı. 2006-cı il iyulun 13-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan 
Əsas İxrac Neft Kəmərinin açılışı oldu. Azərbaycan nefti yeni, daha əlverişli 
marşrutla Avropaya çıxarıldı [5]. Beləliklə, neft hasilatından və ixracından əldə 
olunan gəlirlərin respublikanın sosial-iqtisadi inkişafına sərf olunması prosesinə start 
verildi. Azərbaycanın sosial-iqtisadi və etik-mədəni siması sürətlə dəyişməyə 
başladı. Təkcə Bakıda deyil, bölgələrdə də sosial-iqtiadi və mədəni inkişafı təmin 
edəcək xüsusi dövlət proqramları yaradıldı və onların uğurla həyata keçirilməsinə 
başlandı.
Artıq Azərbaycan Respublikasının iqtisadi siyasətinin prioritetləri və 
perspektivləri son dərəcə pozitiv mənzərə yaradır və cəmiyyətə yüksək təşəkküllü 
rifah vəd edirdi. Azərbaycanda sosial-iqtisadi inkişaf proqramlarının həyata 
keçirilməsində 2004-cü il may ayının 10-da yaradılmış Heydər Əliyev Fondunun və 
Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının I 
Vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Məhz Heydər 
Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildə “Regional İnkişaf İctimai Birliyi” 
yaradılmışdır. Artıq Azərbaycan regionlarının sosial-iqtisadi inkişafını müasir dünya 
standartlarına uyğun şəkildə təmin etmək üşün bölgələrdə çoxlu sayda möhtəşəm 


Filologiya məsələləri, № 5, 2021
– 253 –
layihələr həyata keçirilmişdir. Bu layihələr içərisində tam gücü ilə işləyən 
“Texnopark”, “Asan Xidmət” və “Olimpiya kompleksi” layihələrini, həmçinin 
ölkənin kənd və rayon tipli inzibati-ərazi vahidlərində “Yeni suvarma kanalı 
şəbəkələri layihəsini”, “Qazlaşdırma layihəsini”, “İçməli su ilə təchizat layihəsini”, 
“Yeni körpülərin və yolların çəkilməsi layihəsini” və başqa layihələri xüsusi qeyd 
etmək lazımdır.
Bu gün Azərbaycan xalqı Müzəffər Liderinin, Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı 
torpaqlarımızın azad edilməsi kimi tarixi vəzifəni reallaşdırır. Tezliklə düşmən 
işğalından azad edilən regionlarımızda da böyük tikinti-quruculuq işləri başlayacaq 
və bütövlüyünə qovuşmuş ölkəmiz Gülüstana çevriləcək! Ulu Öndər Heydər Əliyevin 
siyasi və iqtisadi inkişaf kursunu layiqli şəkildə davam etdirən Prezident İlham 
Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya 
tarixinə qızıl hərflərlə yazır. Heydər Əliyevin bizə miras qoyduğu möhtəşəm kursun 
bəhrəsidir ki, bu gün bütün qüvvələrini səfərbər edərək öz Müzəffər Liderinin, əziz 
Prezidentinin ətrafinda sıx birləşən Azərbaycan xalqı tarixdə misli görünməmiş 
xariqələr yaradır. Dünya nizamını köklü şəkildə dəyişir. Məhz bu kursun möhtəşəm 
effektinin nəticəsidir ki, artıq düşmənin bayraqları ayaqlar altına atılıb. Vətənimiz öz 
bütövlüyünə qovuşub. Heydər Əliyevin yaratdığı ordu bu gün Qalib Ordu, mənsubu 
olduğu üçün fəxr etdiyi Azərbaycan xalqı Qalib Xalq. Siyasi liderliyi miras qoyduğu 
lider isə Müzzəffər Liderdir. 
Yaşadığımız bu günlərdə yeni əsrin ilk böyük sınağından şərəflə çıxmış 
Azərbaycan öz adını yeni, üçüncü minilliyin tarixinə şəhidlərin və qəhrəmanların 
müqəddəs qanına boyanmış qızıl hərflərlə yazır. Azərbaycan xalqının ruhunda və 
əməlində baş verən pozitiv dəyişikliklər isə ölkəmizin və xalqımızın qlobal yeniliklər 
astanasında olmasından xəbər verir. Artıq matəm əhval-ruhiyyəsi qələbə əhval-
ruhiyyəsi ilə əvəz olunmuşdur. Ruhumuzu incidən “qaçqın”, “məcburi köçkün”, 
“işğal olunmuş ərazilər”, “düşmən təcavüzü” kimi anlayışlar leksikonumuzdan 
silinməkdədir. Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Şuşa, Laçın və Qubadlı 
haqqında oxunan kədər və həsrət dolu nəğmələrin motivləri həyat və sevinc hisslərini 
tərənnüm edən optimist notlarla əvəz olunur. I Qarabağ müharibəsində erməni 
vəhşiliyinin qurbanı olmuş minlərlə soydaşımızın xatirəsini bundan sonra onların 
qisasını yağılardan almış qalib millət kimi yad edəcəyik. Artıq şagirdlər və tələbələr 
məktəb dəftərlərində və dərs kitablarında torpaqlarımızın itirilməsini qara 
haşiyələrdə təqdim edən, pessimist yük daşıyan və bununla da ruh düşkünlüyü 
yaradan rəqəmlər deyil, onların azad edilməsini göstərən qızıl hərflərlə yazılmış 
tarixlər görəcək, bundan qürur duyacaq, qəhrəmanlar yurdunun vətəndaşları və 
azərbaycanlı olmaları ilə fəxr edəcəklər.
Doğma Şuşa yenidən bütün Qafqazın konservatoriyasına çevriləcək, musiqi və 
sənət dühaları yetişdirəcək. “O çəmənlərdə yenə vaqiflərin şux gözəlləri gəzəcək”, 
artıq tarixi qələbəmizdən ruhlanan müasir natavanların yeni əsrarəngiz qəzəlləri 


Filologiya məsələləri, № 5, 2021
– 254 –
yazılacaq. Cıdır düzündə safqan Qarabağ atlarını safqan Azərbaycan oğulları 
çapacaq. İsa bulağı Zəmzəm kimi coşacaq. Neçə ildir həsrət çəkən Xarı bülbül bir 
başqa əndazədə açacaq. Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, 
Natavanın, Üzeyir bəyin, Bülbülün, Xan Şuşalının müqəddəs ruhları Qarabağ 
üzərində qanad açıb uçacaq. Gövhər ağanın ruhu azad olmuş Şuşa məscidinə enəcək. 
Azərbaycanın yaradıcı enerjisi erməni vandalizminin viran qoyduğu hər şəhərdə, hər 
kənddə bərqərar olacaq, o yerləri Cənnətməkana çevirəcək. Qarabağ yenidən 
çiçəklənəcək. Otuz il həsrətində olduğumuz doğma yurdlarımızda infrastruktur bərpa 
ediləcək, təsərrüfat həyatı yenidən canlanacaq və bu bərəkətli ellər, onsuz da yüksək 
impulslarla inkişaf edən Azərbaycan iqtisadiyyatına yeni artım templəri gətirəcək. 
Qafqazın incisi sayılan Şuşanın düşmən tapdağından azad olunduğu “8 noyabr” tarixi 
hər il Azərbaycan xalqının Böyük Qələbəsi günü kimi qeyd ediləcək. Bu qələbəmiz 
daha bir tarixi qələbəmiz olan Müqəddəs bayrağımızın yarandığı “9 noyabra” 
qovuşacaq. Bununla da 8 və 18 may kimi uğursuz tarixlərin üzərindən həmişəlik xətt 
çəkiləcək. “8” rəqəmi tariximizdə yenidən pozitiv məzmun kəsb edəcək. Müasir 
Azərbaycan tarixinin yeni səhifələrində qəhrəman Azərbaycan oğullarının 44 gün 
ərzində yazdığı şanlı tarixlə bağlı mövzular təsvir olunacaq. Doğma yurdumuz 
Naxçıvan Böyük Azərbaycana qovuşacaq. Bir əsr keçdikdən sonra onun pərişanlıq 
yaradan “eksklav statusu” ləğv ediləcək [1]. Türk dünyasının inteqrasiyası qarşısında 
süni şəkildə yaradılmış bütün sədlər götürüləcək. Turan elləri bir-biri ilə iqtisadi və 
mədəni cəhətdən heç bir baryer olmadan birləşəcək.
Bu gün Azərbaycan dövlətlər arasında yerini və siyasi çəkisini tam təsdiq edib. 
Kiçik bir dövlət beynəlxalq siyasətin müəyyən olunmasında, tək bir ölkənin və 
regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox 
vacib rol oynayır. Bu isə Azərbaycanın, onun qüdrətli rəhbərinin tarixi uğurudur. 
Tükiyə ilə siyasi birlik və həmrəylik heç vaxt olmadığı yüksək həddə çatıb. Dostunu 
və düşmənini qəti şəkildə müəyyən etmiş Azərbaycan “Türkiyə ilə əbədiyyətə 
qədər!” şüarını yekdilliklə və qətiyyətlə qəbul edib. Nəinki yaxın gələcək, həmçinin 
yeni yüzillik üçün strateji inkişaf konsepsiyasını, hərbi doktrinasını və milli 
ideyasını müəyyən edib. Bəli, Azərbaycanın müasir tarixində cərəyan edən qlobal 
dəyişikliklər göz qabağındadır. Azərbaycan xalqı öz qüdrətli liderinin, Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı möhtərəm İlham Əliyevin 
rəhbərliyi altında bəşər tarixinin çərxini, çağdaş zamanın gərdişini fəal şəkildə 
dəyişir. Yeni dünya siyasətini, sürətlə yenilənən dünya nizamını müəyyən edən 
aktorları qlobal həyat tamaşasında oynadıqları rollarda Azərbaycanın kurallarına 
uyğun improvizasiyalar etməyə vadar edir. Bu möcüzədir və bu möcüzəni bizə 
yaşadan müdrik və qüdrətli rəhbərimizə borcluyuq.


Filologiya məsələləri, № 5, 2021
– 255 –
ИСМАЙЫЛОВА МАТАНАТ МАМЕД КЫЗЫ 
ПУТИ ПОБЕДЫ И РАЗВИТИЯ
ПРОТЯНУВШИЕСЯ В КАРАБАХ 
РЕЗЮМЕ
Статья посвящена недавним славным событиям, в результате 
которых Победоносная Армия Азербайджана под командованием 
Победоносного Верховного Главнокомандующего Ильхама Алиева освободила 
территории, оккупированные 30 лет назад вооруженными силами Армении. В 
статье особо подчеркивается роль единства и солидарности Азербайджанского 
народа со своим мудрым и великим лидером – Президентом Азербайджанской 
Республики Ильхамом Алиевым, а также мужество и героизм непобедимого 
азербайджанского воина. Прослеживание великой пути, который вел к Великой 
Победе, освобождению родных земель от оккупации и слиянию 
очаровательного Карабаха с родными тюркскими очагами является 
лейтмотивом статьи. В статье также выносятся на передний план мужество 
Азербайджанского солдата, проявленное в апрельских боях 2016-го года, 
решительность политической власти в лице президента Азербайджанской 
Республики Ильхама Алиева, предотвратившего все запреты и табу, 
диктовавшего свою железную волю. Глубокому анализу подвергаются цели и 
характер армянских диверсий, чрезвычайно активизировавшиеся начиная с 
2018-го года. В свази с переходом армянских диверсий в еще более активную 
фазу, происходящие события в Товузском направлении 12-17 июля 2018-го 
года в статье особо освещены. Раскрыты стратегические и политические цели 
Товузской диверсии. Выясняются геостратегические цели международных сил, 
заинтересованных в новой военной эскалации на Южном Кавказе.
Освобождение территорий, более 27 лет находившиеся под вражеской 
оккупацией, благодаря невиданному героизму Азербайджанского народа, 
мобилизовавшего все ресурсы и силы, в статье оценено как разрушение мифов 
о непобедимой армянской армии, и о пресловутой армянской 
организованности.
Непосредственное участие каждого азербайджанца, объединившийся как 
железный кулак и сказавший свое окончательное слово противнику в 
сражениях, продолжавшихся 44 дня за освобождение родных земель, также 
героический дух Азербайджана, творивший чуда на поле брани в статье 
представлены в особых эмоциональных колоритах. Во время освобождения 
города Шуша от оккупации проявленное азербайджанским солдатом 
невиданное в военной истории образец храбрости подчеркнут высоким 


Filologiya məsələləri, № 5, 2021
– 256 –
чувством гордости. Статья завершается представлением перспектив, 
обещающих светлое и счастливое будущее Карабаха. 
Ключевые слова:
Общенациональный лидер Гейдар Алиев, Карабах, 
Вооруженные Силы Азербайджанской Республики, Победоносный Верховный 
Главнокомандующий, II Карабахская война, Великая Победа, Нагорный 
Карабах, Отечественная война, «Железный кулак», Апрельские бои, Товузские 
бои, Азербайджанская Национальная Армия. 
ISMAYILOVA MATANAT MAMED KIZI 
WAYS OF VICTORY AND DEVELOPMENT 
EXTENDING TO KARABAKH 
SUMMARY 
The article is devoted to the recent glorious events, as a result of which the 
Victorious Army of Azerbaijan under the command of the Victorious Supreme 
Commander-in-Chief Ilham Aliyev liberated the territories occupied 30 years ago by 
the armed forces of Armenia. The article especially emphasizes the role of the unity 
and solidarity of the Azerbaijani people with their wise and great leader - President 
of the Republic of Azerbaijan Ilham Aliyev, as well as the courage and heroism of 
the invincible Azerbaijani warrior. Tracking the great path that led to the Great 
Victory, the liberation of native lands from occupation and the merging of charming 
Karabakh with native Turkic hearths is the leitmotif of the article. The article also 
brings to the fore the courage of the Azerbaijani soldier shown in the April 2016 
battles, the decisiveness of the political power represented by the President of the 
Republic of Azerbaijan Ilham Aliyev, who prevented all prohibitions and taboos, 
dictating his iron will. The goals and nature of the Armenian sabotage, which have 
become extremely active since 2018, are subjected to in-depth analysis. In 
conjunction with the transition of Armenian sabotage to an even more active phase, 
the events taking place in the Tovuz direction on July 12-17, 2018 are especially 
highlighted in the article. The strategic and political goals of the Tovuz sabotage are 
revealed. The geostrategic goals of the international forces interested in a new 
military escalation in the South Caucasus are being clarified. 
The liberation of territories that have been under enemy occupation for more than 
27 years, thanks to the unprecedented heroism of the Azerbaijani people, who 
mobilized all resources and forces, is assessed in the article as the destruction of 
myths about the invincible Armenian army and the notorious Armenian organization. 
The direct participation of every Azerbaijani, who united like an iron fist and said 
his final word to the enemy in the battles that lasted 44 days for the liberation of their 


Filologiya məsələləri, № 5, 2021
– 257 –
native lands, as well as the heroic spirit of Azerbaijan, which worked miracles on the 
battlefield, are presented in the article in special emotional colors. During the 
liberation of the city of Shusha from the occupation, the example of courage 
unprecedented in military history shown by the Azerbaijani soldier was emphasized 
by a high sense of pride. The article ends with a presentation of the prospects that 
promise a bright and happy future for Karabakh.
Keywords:
National leader Heydar Aliyev, Karabakh, Armed Forces of the 
Republic of Azerbaijan, Victorious Supreme Commander-in-Chief, II Karabakh War, 
Great Victory, Nagorno Karabakh, Patriotic war, "Iron Fist", April battles, Tovuz 
battles, Azerbaijan National Army. 
Ədəbiyyat 
1. Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian 
rule. - Hoover
Press, 1992. - P. 116 
2. Федоровская И. Политический кризис в Армении // Россия и новые 
государства
Евразии. - 2018. - № 2. - С. 196-203 
3. Мир-Бабаев М.Ф. Торжество нефтегазовой стратегии 
общенационального лидера (к 25-летию подписания "Контракта века") // 
Азербайджанское нефтяное хозяйство, 2019, №9, с.82-86 
4. Nagorno-Karabakh:New Opening, or More Peril? /Europe Report N°239; p.15 
- pp. 32/ 4 July 2016 
5. Zeyno Baran. The Baku-Tbilisi-Ceyhan Pipeline: Implications for Turkey // 
The Baku-Tbilisi-Ceyhan Pipeline: Oil Window to the West. - The Central Asia-
Caucasus Institute, Silk Road Studies Program, 2005. - С. 106 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Cəfərova Esmira Hilal qızı
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 258 –
ƏSMƏR DADAŞ QIZI HÜSEYNOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
Ədəbi tənqid şöbəsi, elmi işçi 
e.posta:esmer74.17@mail.ru 
MƏSUD ƏLIOĞLUNUN HƏYATI VƏ TƏNQIDÇI-ƏDƏBIYYATŞÜNASLIQ 
FƏALIYYƏTI 
Açar sözlər: Şəxsiyyət və mühit, həyat və sənət məsələləri, əsas elmi istiqamət
və sahələr, tənqid və ədəbiyyatşünaslığa dair araşdırmalar
Həyatı. 
Hər bir fərdin inkişafında, şəxsiyyət kimi formalaşmasında ailə 
mühitinin müstəsna mövqeyi var. Ailədən başlanan, təməli qoyulan dəyərlər sonralar 
mikro mühit çevrəsində və daha sonralar isə geniş miqyasda götürüldükdə, makro 
mühitdə insan xarakterinin və dünyagörüşünün kamilləşməsinə əsaslı surətdə təsir 
göstərir. Bu, yaradıcı insanların şəxsində özünü daha görümlü şəkildə büruzə verir. 
Dünyagörüş və xarakter yaradıcı şəxsiyyətin ömür və yaradıcılıq boyu təqib etdiyi, 
addım-addım üzlədiyi və zaman-zaman izlədiyi nəsnələrdir. Filosoflar bunu daha 
çılpaq və fərqli baxış bucağından izah etməyə çalışırlar: “Dünyagörüşü insana ən 
əzablı durumlardan qurtulmaq əlacını verir. 
...Görürsünüzmü. dünyagörüşü insanın nəyi necə etməsinə yetərincə təsir 
göstərir. Ancaq bu deyimin doğruluğunu çox da şişirtmək olmaz. Birincisi, 
dünyagörüşünün buyuruqlarına insanın şüuraltından (bilincaltından) gələn istəkləri 
badalaq vura bilər. İkincisi, kimlər üçünsə dünyagörüşü filan cildə girmə vasitəsi ola 
bilər, yəni, o filan dünyagörüşünün anlayışlarını, ideallarını bir maska kimi taxa 
bilərlər və s. Ona görə də Sovet ideologiyasında geniş yayılmış bir düşüncə - 
“adamlara “elmi” dünyagörüşü verək. Aşılayaq, onda hər şey düzələcək” fikri indi 
tamamilə mənasız görünür. Həmin ideoloji xəstəliyin arxasında isə qorxunc bir 
mərəz dururdu. Toplumu guya ki, bu bütöv, hər şeyə cavab verən, hər şeyə bir 
buyuruq verən, hər şeydən xəbəri olan Marksizm-Leninizm dünyagörüşünə 
bağlamaq mərəzi. Bu mərəzdən toplumu plüralizm qurtarır.” (Niyazi Mehdi, Dilarə 
Mehdi, Fəlsəfə tarixində Fəlsəfə, Nə və necə deyilənlər haqqında kitab, ( Fəlsəfə üzrə 
dərs vəsaiti), Elmi redaktoru: sənətşünaslıq namizədi, dosent, A. Talıbzadə, Bakı: 
“Qanun” nəşriyyatı, 2005, s.38) 
Tanınmış tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru Məsud Əlioğlu 
şəxsiyyəti və xarakteri etibarilə sovet cəmiyyətinin qadağa və təzyiqlərinə 
baxmayaraq, azad düşünən, bütün məhdudiyyətlərə rəğmən fikir sərbəstliyi və 
plüralizmi həyatı və fəaliyyəti üçün prioritet istiqamət seçən qeyri-adi istedad 
sahiblərindən biri idi. 
Məsud Əli oğlu Vəliyev (Məsud Əlioğlu) 1928-ci il oktyabr ayının 5-də 
Azərbaycan Respublukasının Qubadlı rayonunun Mahmudlu kəndində o vaxtın 


Filologiya məsələləri, № 5, 2021
– 259 –
təbirincə deyilsə, qulluqçu ailəsində dünyaya göz açmışdı. Onun atası sonralar yazıçı 
kimi tanınan xalq yazıçısı Əli Qara oğlu Vəliyev əslən Yelizavetpol quberniyasının 
inzibati ərazi vahidinə məxsus olan Zəngəzur qəzasının Ağudi kəndindən idi. Qara 
kişi kasıblıq və yoxsulluq sarıdan əziyyət çəkdiyindən 1916-cı ildən neft Bakısına 
pənah gətirmiş, burada neft mədənlərində dartayçı-fəhlə kimi çalışmışdır. Əli 
Vəliyev valideynlərini itirdikdən sonra (1918-1925) dolanışıq üzündən varlıların, 
mülkədarların qapısında muzdurluq etməklə gün-güzəran keçirmək məcburiyyətində 
qalmalı olur. 
Hər halda ibrətamiz faktlardır. Bu, heç də insana xəcalət və başıaşağılıq 
gətirən bir hadisə deyil, əksinə, onun həyatında imrətamiz rol oynayan, gələcəyə 
inam aşılayan, ömür yoluna naxış vuran səhifələr kimi yaddaşa əbədi həkk olan 
məqamlardır. 
Daha sonralar Şuşa firqə məktəbində (1923), Bakıda şura və mühazirəçilər 
qrupunda təhsil almaq (1924-1925) Əli Vəliyevin artıq bir partiya işçisi kimi 
yetişməsinə təkan verir. Bu faktlar Kürdüstan qəza partiya komitəsində mühazirəçi, 
qəza siyasi maarif şöbəsində müdir, “Sovet Kürdüstanı” qəzetində məsul redaktor 
kimi çalışan Əli Vəliyevin 20-ci illərin ikinci yarısı, 30-cu illərin əvvəllərindəki 
fəaliyyətinin yüksələn inkişaf yolları barədə kifayət qədər təsəvvür yarada bilir. 
Əli Vəliyevin muzdurluqdan partiya işinə, partiya mətbuatına və yazıçılığa 
istiqamət alan fəaliyyəti sonralar bu ailədə göz açan kiçik Məsudun zehni və fikri 
inkişafına güclü təsir göstərir. 
“İbtidai 
təhsili 
Qubadlı rayonunun Mahmudlu ibtidai məktəbində, orta 
təhsilini isə Bakı şəhərindəki 1 nömrəli məktəbdə tamamlayan Məsud 1946-cı ildə 
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun – Ə.H.) filologiya fakültəsinə 
daxil olur. Şübhəsiz ki, bu sahənin bir ixtisas kimi seçiməsində ailədən, valideyndən 
gələn təsiri heç cür danmaq mümkün deyil.” (Azərbaycan sovet yazıçıları (ədəbi 
sorğu kitabı), Tərtibçi-müəllif Teymur Əhmədov, Redaktoru Nərgiz Qurbanova, 
Bakı: “Yazıçı” nəşriyyatı, 1987, s. 198-199) 
Universitetdə ali filoloji təhsil, ailə mühitindəki yazıçı təmasları gənc Məsudun 
ədəbi camedə gedən prosesləri, yenilikləri diqqət və maraqla izləməsinə təkan verir. 
Az keçmir ki, yeni ədəbi hadisələri təhlil edən kiçikhəcmli məqalə və rəylər yazan 
gənc tələbə tədricən universitet və mətbuat çevrəsində tanınmağa başlayır.
Tələbəlik illərində Məsud Vəliyevin on üç məqalə və rəyi respblikanın aparıcı 
mətbu orqanlarında işıq üzü görməsi adi məsələ deyildi. Gələcəyin filoloqu və 
tənqidçisi olacaq bir gəncin fitri istedadından xəbər verirdi. 
Aparıcı dövri mətbat səhifələrində bir-birinin ardınca dərc olunan məqalə 
rəylər onun o vaxtın kifayət qədər nüfuza malik olan yaradıcılıq birliklərindən birinin 
– SSRİ Yazıçılar İttifaqının tez bir zamanda üzvlüyünə qəbul olunmasına yaşıl işıq 
yandırır. Sovet dönəmində belə bir yaradıcılıq təşkilatına üzv olmaq sadə bir məsələ 
deyildi. Yazıçılar İttifaqının üzvü olmaq keçmiş sovet məkanının səfalı guşələrində 


Filologiya məsələləri, № 5, 2021
– 260 –
fəaliyyət göstərən yaradıcılıq evlərinə ezam olunmaq və bu sayaq digər 
imtiyazlardan istifadə edilməsinə imkan yaradırdı.
Həmin il eyni vaxtda Məsud Vəliyev Sov.İKP-nın (Sovet İttifaqı Kommnist 
Partiyasının – Ə. H.) üzvülüyünə qəbul olunur. Maraq doğuran bir fakt odur ki, diğər 
həmkarlarından fərqli olaraq onun yazılarında siyasi-ideoloji konyuktura belə demək 
mümkünsə yox səviyyəsində idi. Sadəcə olaraq onun partiya üzvü olması müəyyən 
baryerləri və süni maneələri aşmağa hesablanmış müəyyən mənada düşünülmüş bir 
cəhd idi. Bundan sərf-nəzər edilməsi və ya nümayişkaranə surətdə imtina etmək də 
səmərəsiz bir cəhddən başqa bir şey deyildi. Yenə o məsələyə qayıdırıq ki, partiya 
üzvü olasan, partiyanın qərarlarından, onun yaradıcılıq sahəsinə və ya həyati 
gerçəkliyə münasibətindəki hər hansı bir nüansa laqeyd yanaşasan, bu, doğrudan da 
adilikdən daha artıq səviyyədə qeyri-adi bir yanaşma nümayiş etdirməkdir. 
Şəxsiyyətin böyüklüyü, daxili azadlığı belə qadağalar dövründə də üzə çıxa bilərmiş.
Universiteti bitirdikdən sonra o, Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında 
bədii ədəbiyyat şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış, 1951-ci ildə 
həmin nəşriyyatda “Şamo” romanı haqqında” adlı ilk kitabı işıq üzü görmüşdür. Az 
sonra o vaxtilə məzunu olduğu universitetin – Azərbaycan Dövlət Universitetinin 
(indiki Bakı Dövlət Universitetinin – Ə. H.) aspiranturasında təhsilini davam etdirir. 
Aspirantura təhsilinin sonlarına yaxın – 1954-cü ildə gənc tədqiqatçının 
“Cəlil Məmmədquluzadənin dramatrgiyası” adlı monoqrafik araşdırması Azərbaycan 
Dövlət Nəşriyyatında dörd min nüsxə ilə çapdan çıxır. Bir il sonra müdafiə ərəfəsi 
onun “Mirzə İbrahimovun dramaturgiyası” kitabı ədəb-elmi ictimaiyyətin ixtiyarına 
verilir. 
1955-ci ildə “Nəsrimizdə vətəndaş müharibəsi mövzusu”nda namizədlik 
dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alan gənc 
tədqiqatçı elmi taleyini birdəfəlik Azərbaycan Elmlər Akademiyasının (indiki 
AMEA-nın) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlamış, ömrünün 
sonuna kimi “Sovet ədəbiyyatı” şöbəsində elmi işçidən baş elmi işçiyə kimi az bir 
vaxtda böyük inkişaf yolu keçmişdir. 
O, 1968-ci ildə “Azərbaycan sovet nəsrinin inkişaf yolları” mövzusunda 
doktorluq dissertasiyası müdafiə edərək iddiasında olduğu filologiya elmləri doktoru 
alimlik dərəcəsinə layiq görülür.
Məsud Əlioğlu həyatının və elmi-nəzəri fəaliyyətinin çiçəkləndiyi bir vaxtda 
– 1973-cü il iyunun 23-də Bakıda vəfat etmiş, şəhər qəbiristanlığında dəfn
olunmuşdur. 
Tənqidçi 
fəaliyyəti. 
Ədəbi tənqid Məsud Əlioğlunun ümumi fəaliyyətinin 
aparıcı istiqamətlərindən biridir. Bu da çox əlamətdardır ki, Məsud Əlioğlunun sənət 
aləminə ilk gəlişi də məhz ədəbi tənqidlə bağlı olmuş, ilk məqalə və rəylərdən 
başalayraq o, müasiri olduğu ədəbi prosesin yeni yaranan nümunələrini və inkişaf 
meyillərini təhlilə cəlb edirək ümumiləşdirməyə cəhd göstərmişdir. 


Filologiya məsələləri, № 5, 2021
– 261 –
Tənqidçi Vaqif Yusifli ədəbi-tənqidi fikrin keçmiş olduğu inkişaf mərhələləri 
və onun inkişafında xüsusi rolu olan şəxsiyyətlərdən bəhs edərkən Məsud 
Əlioğlunun adını xüsusi ehtiramla çəkərək belə bir qənaətə gələrək yazır: “Ədəbi 
tənqidimizin hər on illiyi öz məxsusi, səciyyəvi cəhətləri ilə seçilir, burada inkişaf, 
tərəqqi nəzərə çarpdığı kimi enmələr, geriləmələr də müşahidə olunur. Əllinci illər 
ədəbi tənqidin sıraları seyrək idi, həm də tənqidin özündə hələ də stereotiplər, 
şablonlar qalmaqdaydı. Ədəbi tənqiddə bir neçə məşhur imza nəzərə çarpırdı: 
Məmməd Arif, Məmməd Cəfər, Əkbər Ağayev, Cəfər Cəfərov, Mehdi Hüseyn, 
Orucəli Həsənov... bu sırada onlardan nisbətən gənc olan Kamal Talıbzadənin, Əziz 
Mirəhmədovun, Yəhya Seyidovun, Pənah Xəlilovun, Bəkir Nəbiyevin, Qulu 
Xəlilovun da adlarını çəkmək olar. Və Məsud Əlioğlu da bu sıraya qoşuldu.” (Vaqif 
Yusifli. Məsud Əlioğlu: Özü və sözü, “525-ci qəzet” 12 noyabr 2018) 
Bu fikirlərlə kiçicik dəqiqləşdirmələrlə razılaşmaq olar. Bəlli olduğu kimi, 
Məsud Əlioğlu sıralanmada adları sonda çəkilən iki tənqidçidən yaşca böyük idi və 
ədəbi tənqidə onlardan əvvəl gəlmişdi. Bəkir Nəbiyevin və Qulu Xəlilovun ədəbi-
tənqidi fəaliyyətə başlamaları Məsud Əlioğlundan bir qədər sonraya təsadüf edir.
İlk qələm təcrübələrini Məsud Vəliyev imzası ilə nəşr etdirən gənc müəllifin 
hələ Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin ikinci kursunda təhsil 
aldığı vaxtdan başlayaraq aparıcı mətbu orqanlarda məqalələr nəşr etdirməsi və 
tezliklə ədəbi-elmi dairələrdə tanınması onun bənzərsiz istedadından xəbər verirdi.
“Bir hekayə haqqında” (İsmayıl Şıxlının “Raykom katibi” hekayəsi haqqında) 
adlı rəy Məsud Vəliyevin “Ədəbiyyat qəzeti”nin 8 mart 1948-ci il tarixli sayında 
dərc olunan ilk debütüdür. Bu yazıda professionallıq axtarmaq, onun səriştəli bir 
qələm məhsulu olduğunu iddia etmək doğru olmazdı. Ancaq bu yazıda və ilk rəydə 
ədəbi tənqidə meyil göstərən, bədii faktı özünəməxsus şəkildə təhlil etməyə cəhd 
göstərən bir gəncin gəldiyini hiss etmək, duymaq o qədər də çətin deyildi. 
Tələbəlik illərində Məsud Vəliyevin “Bir gəncin manifesti”, “İnqilab və 
mədəniyyət” jurnalı, (1949) “Gənc şairlərin ürək sözləri”, “Ədəbiyyat qəzeti”, 
(1949), “Adil Babayevin şeirləri haqqında”, “İnqilab və mədəniyyət” jurnalı, (1949), 
“Alovlu publisist və tənqidçi” (D.İ.Pisarevin anadan olmasının 100 illiyi münasibəti 
ilə), “Azərbaycan gəncləri” qəzeti, (1950), “Süleyman Rəhimovun “Ata və oğul” 
povesti haqqında”, “Azərbaycan məktəbi” jurnalı, (1950), “Bahar nəğmələri”, 
“Ədəbiyyat qəzeti”, (1950), “B.Azəroğlunun şeirləri”, “İnqilab və mədəniyyət” 
jurnalı, (1950), “İsa Hüseynovun “Bizim qızlar” kitabı haqqında”, “Ədəbiyyat və 
incəsənət” qəzeti, (1950), “Vidadi” (Anadan olmasının 250 illiyinə), “Azərbaycan 
qadını” jurnalı, (1950), “Böyük tənqidçi və inqilabçı” ( N.A.Dobrolyubov 
haqqında), “Ədəbiyyat və incəsənət” qəzeti, (1951), “Gələcək gün”, “İnqilab və 
mədəniyyət” jurnalı, (1951), “Görkəmli dramaturq” (N. B. Vəzirovun ölümünün 25 
illiyi münasibəti ilə), “Ədəbiyyat qəzeti”, (1951) rəy və məqalələri işıq üzü görür. 
Bu məqalə və rəylər gələcəyin tənqidçi-ədəbiyyatşünasının tələbəlik illərində 
qələmə aldığı yazıların müfəssəl siyahısıdır. Müxtəlif mövuzlarda olan bu yazılar 


Filologiya məsələləri, № 5, 2021
– 262 –
nəsr, poeziya, dramaturgiya, tənqidçi şəxsiyyəti və qismən klassik sənətkarların 
yaradıcılıq irsi barədə müəyyən təsəvvür yaradan, tarixilik və müasirlik kimi ədəbi-
estetik kateqoriyaların yaşarı xüsusiyyətlərinin qorunub saxlanma ənənəsini 
təsdiqləyən məqamlara əhəmiyyətli dərəcədə yer ayrılması baxımından diqqəti cəlb 
edirdi.
Müasir ədəbi proses, klassik irs, elmi-nəzəri fikrin çevik və mütəhərrik 
sahələrindən olan ədəbi tənqidə rus inqilabçı-demokratlarının və tənqidçilərinin 
yaradıcılığı əsasında münasibət bildirmək cəhdi kimi də maraq doğrurdu. Adətən 
tənqid və ədəbiyyatşünaslıqda ayrı-ayrı sahə və istiqamətlər üzrə ixtisaslaşmanın 
labüd olduğu bir zamanda belə bir təşəbbüsdə bulunmaq tədqiqatçıdan geniş və 
hərtərəfli yaradıcılıq erudisiyası və bacarığı tələb etdiyini izah etməyə elə bir ehtiyac 
duyulmur.Müxtəlif yaradıcılıq problemlərinə və yaradıcı şəxsiyyətlərin ədəbi irsinə
münasibət bildirilən həmin yazılar Məsud Əlioğlunun daha sonralar elmi-nəzəri 
fəaliyyətinin əsas və aparıcı tədqiqat istiqamətlərini nişan vermək iqtidarındadır. 
Burada Məsud Əlioğlunun ədəbi tənqidə müstəsna səviyyədə meyil və marağını 
xüsusi olaraq qeyd etmək lazımdır. Ədəbi tənqidə maraq əslində müxtəlif yaradıcılıq 
məsələləri barədə obyektiv fikir söyləmək, ictimai rəy formalaşdırmaq üçün ən 
münasib vasitələrdən birinə çevrilmək imkanlarını gerçəkləşdirirdi. 
Tənqidçilik Məsud Əlioğlunun iyirmi beş illik fəaliyyətinin bütün 
mərhələlərində aparıcı istiqamətə çevrilən, ədəbi gedişata fərdi baxış və orijinal 
yanaşma nümayiş etdirməyə stimul verən tribuna funksiyasını yerinə yetirirdi.
Bu məqalə və rəylərlə yanaşı, Məsud Əlioğlunun universiteti qurtardığı ildə 
“Şamo” romanı haqqında” adlı ilk kitabının nəşr olnması məhz tənqidçi qələminin və 
təfəkkürünün məhsulu kimi fəal elmi-nəzəri yaradıcılıq sahəsinə qoşulmasının əyani 
göstərən və təsdiqləyən mühüm hadisə idi. Diqqət yetirilərsə, məqalə və rəylərdən 
dərhal sonra həcm və problem baxımından daha geniş yaradıcılıq məsələlərinə 
keçmək təşəbbüsü gənc tənqidçinin maraq dairəsinin yüksəlişindən xəbər verirdi.
Burada əsər məhz tənqidçi kimi münasibət müstəvisinə çıxarılırdı, romanda baş 
verən hadisələr, ictimai-siyasi proseslərdə fəal iştirak edən obrazlar belə bir prinsipial 
səviyyədən dəyərləndirilirdi. Elə buradaca bir tənqidçi kimi Məsud Əlioğlunun 
ümumi fəaliyyətinə xas olan başlıca xüsusiyyətlərin əlamətlərini müşahidə etmək də 
mümkün olur.
Kənddə inqilab, kollektivləşmə, vətəndaş müharibəsi sovet quruluşunun 
yenicə bərqərar olduğu dönəmlərin, ziddiyyətlərlə, qarşıdurmalarla müşaiyət olunan
hadisələrin bədii nəsrdə əsas mövzulardan biri kimi aparıcılıq qazanması ictimai-
tarixi gerçəkliyə bədiiliyin verdiyi imkanlar səviyyəsindən təsvirə gətirilməsi də, 
ədəbiyyatşünaslıqda onun təhlilə cəlb edilməsi dövrün tələbindən irəli gəldiyini isbat 
etməyə bir o qədər də ehtiyac yoxdur. 
Sovet quruluşnun qələbəsi uğrunda çarpışmalar və vətəndaş müharibəsi kimi 
mövzular az sonra Məsud Əlioğlunun aspiranturada təhsil aldığı illərdə namizədlik 


Filologiya məsələləri, № 5, 2021
– 263 –
dissertasiyası üçün əsas material, təhlil və ümumiləşdirmə predmeti seçilməsi həmin 
bütövlüyün və sistemliliyin ardıcıl xarakterindən soraq verirdi.
“Nəsrimizdə vətəndaş müharibəsi mövzusu” (1955) adlı namizədlik 
dissertasiyasının fəsil və bölmələrində Məsud Əlioğlunun çoxsaylı nəsr nümunələri 
barədə irəli sürdüyü mülahizələrdə də tənqidçi baxışının və qiymətləndirilməsinin 
fəal iştirakını yaxından görmək mümkün idi.
Elmi mühakimə və təhlil metodologiyasının ümumi məqsədi elədir ki, burada 
subyektiv düşüncə həm də fikir plüralizminə və polemikalara geniş meydan 
açılmasını qaçılmaz edir, vaxtilə müxtəlif müəlliflər tərəfindən söylənən fikir və 
mülahizələrin özünün nə dərəcədə obyektiv həqiqətə söykənməsi araşdırma 
nəticəsində aşkarlanır. Bu, isə istər-istəməz tənqidi münasibətin nəticəsində 
gerçəkləşə bilir.
Məsud Əlioğlunun nəsrin tədqiqi istiqamətində elmi axtarışları sonralar da 
davam və inkişaf etdirilmiş, proses yazıları ilə yanaşı, tənqidçi-ədəbiyyatşünasın 
1968-ci ildə müdafiə etdiyi “Azərbaycan sovet nəsrinin inkişaf yolları” 
mövzusundakı doktorluq dissertasiyasında nəsrin keçmiş olduğu təkamül prosesi 
sistemli şəkildə tədqiq hədəfi seçilirdi.
Biz burada iddiaçının tənqidçi fərdiyyətindən irəli gələn təhlil və mülahizələri 
də yaxından izləyə bilirik. Əslində nəsr üzrə belə ixtisaslaşma zaman-zaman, fasilə 
bilmədən nəsr nümunələri barədə müəllifin mütəmadi axtarışları və vaxtaşırı qələmə 
alaraq dövri mətbuat səhifələrində dərc etdirdiyi məqalə və rəylərdə təhlil olunurdu, 
sonralar tamamlanan tədqiqatın əsas mövzu istiqaməti ilə də yaxından səsləşirdi. 
“Ə.Abbasovn “Zəngəzur“ romanı haqqında” (1956), “Qüdrətli sənətkar” 
(1957), “Dağlar səslənir” (1957), “İllər keçir” (1957), “Seyid Hüseynin hekayələri 
haqqında” (1957), “Dünya qopur” (Ə.Əbülhəsənin eyniadlı əsəri haqqında) (1958), 
“Xalqımızın sevimli yazıçısı” (Mir Cəlal haqqında) (1958), “Atalar və oğullar 
problemi haqqında” (1959), “Bədii nəsrimizdə konflikt, xarakter və kolorit 
məsələlərinə dair” (1959), “G.Hüseynoğlunun “Bir ömrün çıraqları” kitabı haqqında” 
(1959), “Y.Şirvanın “Buludlar dağılır” romanı haqqında” (1959), “İsa Hüseynovun 
“Doğma və yad adamlar” romanı haqqında” (1960), “Müasir həyat və 
hekayələrimiz” (1961), “Həssas qəlbli sənətkar” (Ə.Məmmədxanlının seçilmiş 
əsərləri haqqında), (1961), “Nəsrimiz ətrafında mübahisələr” (1962), “Sevil”dən 
“Saçlı”ya (Ədəbiyyatımızda qadın surətləri) (1962), “Dağ yolu ilə keçən insanlar” 
(İ.Əfəndiyevin “Dağ yolu” romanı haqqında) (1964), “Bədii nəsrimizdə tarixi 
roman” (1965), “Nəsrimizdə qadın azadlığı problemi” (1967), “Qızlar bulağı” 
haqqında qeydlər” (1967), “M.Seyidzadənin yaradıcılığı haqqında qeydlər” (1967) 
kimi məqalə və resenziyalarında Məsud Əlioğlunun milli nəsr nümunələrinə bir 
tənqidçi kimi yanaşmasının əlamətləri də üst qatda özünü büruzə verirdi. 
Bu mənada doğrudan da, Məsud Əlioğlunu nəsr tənqidçisi kimi xüsusi 
fərqləndirmək olar. Əlbəttə, belə bir status onun digər sahələrdəki tənqidçilik 
fəaliyyətini qətiyyən kölgədə qoymur. Poeziya və dramatrgiyaya həsr olunan məqalə 


Filologiya məsələləri, № 5, 2021
– 264 –
və rəylər də Məsud Əlioğlunun tənqidinə xas olan başlıca keyfiyyətləri, məziyyətləri 
qədərincə nümayiş etdirmək gücündədir. 
Diqqətçəkici bir cəhət də odur ki, Məsud Əlioğlunun poeziya sahəsindəki 
təhlil və mülahizələri yalnız müasiri olduğu dövrün ədəbi prosesi ilə məhdudlaşıb 
qalmır, klassiklərdən müasirlərə qədərki dövrün və yaradıcılıq mərhələlərində 
yaşayıb-yaradan sənətkarların poetik irsinin incələnməsini özündə yüksək səriştə ilə 
ehtiva edirdi.
Osman Sarıvəlli, Süleyman Rüstəm, Səməd Vurğun, Mirmehdi Seyidzadə,
Rəsul Rza, Mirvarid Dilbazı, Balaş Azəroğlu, Qasım Qasımzadə, Hökümə Bülluri, 
Adil Babayev, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı kimi şairlərin yaradıcılığından 
bəhs edən məqalələr, qələmə alınan kitab və şərikli monoqrafiya Məsud Əlioğlunun 
dövrün ədəbi prosesi və onun aparıcı nümayəndələri haqqında qələmə aldığı
nümunələr idi. 
Müasirliyin bir nəzəri-estetik kateqoriya kimi bu məqalə və araşdırmaların 
əsas mahiyyətini üzə çıxaran keyfiyyət göstəricisinə çevrilməsi Məsud Əlioğlunun 
orijinal və bənzərsiz tənqidçi fərdiyyəti ilə belə məqamlarda həmahəng səsləşirdi.
Ədəbiyyatşünaslıq fəaliyyəti.
Məsud Əlioğlunun elmi-nəzəri fəaliyyətində 
ədəbi tənqidlə yanaşı, ədəbiyyatşünaslıq qoşa addımlayan mühüm sahələrdən biridir. 
Onun ilk yazılarından etibarən klassik irsə və ədəbi şəxsiyyətlərin yaradıcılığına 
artan elmi marağının əsasında belə bir məram və məqsəd dayanırdı. 
Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, 
Xurşudbanu Natavan, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər 
Sabir, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Məhəmməd Hadi, 
Abbas Səhhət, Abdulla Şaiq, Əliağa Vahid, Məhəmmədhüseyn Şəhriyar... kimi 
sənətkarlar haqqında qələmə alınan məqalə və monoqrafiyalar Məsud Əlioğlunun 
ədəbiyyatşünaslıq sahəsindəki məhsuldar fəaliyyəti barədə fikir söyləməyə yetərincə 
imkan yaradır. Bu cəhət alimin bir ədəbiyyatşünas kimi öz elmi-nəzəri axtarışlarında 
tarixilik və müasirlik kateqoriyalarını bacarıqla uzlaşdırmaq məharətini, təhlil və 
münasibət hədəfi seçdiyi dövrlərin ədəbi-bədii təcrübəsi və sənətkarları barədə 
kifayət qədər bələdlik nümayiş etdirdiyini, bu sahədə yeni fikir söyləmək iqtidarında
və səlahiyyətinə malik olmasını bir daha əyani surətdə göstərir.
Klassiklərdən bəhs edən tədqiq və araşdırmalarında Məsud Əlioğlnun klassik 
irsə həssas münasibətini, mümkün qədər siyasi-ideoloji konykturanın qəliblərindən 
uzaq bir formatda – sənətkarın öz dövrünün həqiqət və gerçəklikləri, dini-fəlsəfi 
təmayülləri fonunda təqdim olunması diqqəti çəkən məziyyətlərdən idi.
Nizami Gəncəvinin yaradıcılıq dünyasından və məhəbbət fəlsəfəsindən bəhs 
edən “Nizami məhəbbəti” məqaləsini ilk baxışda ədəbiyyat tarixi istiqamətli bir 
nümunə hesab edilməsi heç də mübahisə doğurmur. Bu xüsusiyyət məqalənin 
sərlövhəsində özünü təsdiqləsə də, ilk mülahizələrdə bir qədər essevari 
mühakimələrin irəli sürülməsi özünün gözlənilməzliyi ilə yadda qalır: “Nizami 


Filologiya məsələləri, № 5, 2021
– 265 –
möcüzədir – insanlığın mənəvi kainatında! Əqlin və zəkanın hökmran olduğu, qəlbin 
və hissiyyatın həqiqət naminə çırpındığı bir aləmin möcüzəsidir! 
Bəşəriyyət ibtidailikdən aliliyə, bəsitlikdən mükəmməlliyə doğru tərəqqi 
etdikcə, mütəfəkkir Nizaminin, ictimai-bədii düşüncənin misilsiz memarı şair-
filosof Nizaminin qüdrəti daha aydın dərk edilməkdədir. 
Tarixin mürəkkəb və çarpaşıq zamanlarında xalqlara, ölkələrə hökm edən 
mühit, dövranları sarsıda bilən müqtədir hökmranlar, yenilməz fatehlər, şücaətli 
qəhrəmanlar çox olmuşdur. Lakin insanlığın ən yüksək həddi olan Təfəkkür Tarixi 
onların bir çoxunu yaşatmamışdır. 
Nizami də hökmdardır: zəka səltənətinin, könül mülkünün hökmdarı.” 
(Əlioğlu M. Nizaminin məhəbbəti, Darıxan adamlar (seçilmiş əsərləri), Naşiri: Tural 
Axundov, Bakı: “Təhsil” nəşriyyatı, 2018, s.51) 
Nizami Gəncəvinin məhəbbət konsepsiyasının insanı ülvi hisslərə və həyat 
sevgisinə səsləyən, onun iç dünyasını ehtizaza gətirən bir iksir olduğu məqalədə 
kifayət qədər geniş izah və təfsirini tapır. 
Müəllif Yaxın və Orta Şərqin poeziya kəhkəşanında lirik-rübabı şeirin böyük 
ustadı hesab olunan Məhəmməd Füzulinin “Divan”ında, epik səpkili əsərlərində 
məhəbbət və kədərin insanın mənəvi dünyasını saflaşdıran, onu ümidsizlikdən 
nikbinliyə aparan bir vasitə olmasını əsaslandırmağa nail olur: “Füzuli bizim 
mənəviyyatımızdır. Bunu necə başa düşmək olar? İnsanın könül dünyası və bu 
aləmə məxsus duyğuların, meyil və ehtirasların zənginliyi, rəngarəngliyi, şairin 
lirikasının əsas obyekti, təhlildən keçirdiyi başlıca mövzudur. 
...Füzuli eşqinin mənəvi-fikri qaynağı və həyat mayası – kədərdir! “Gərdişi-
dövran”ın çətinliklərinə igidliklə sinə gərən, cəbrinə və sitəmlərinə təslim olmayan, 
“Həyat eşqidir” deyə car çəkən mətanətli şairin könül tərcümanı olan heyrətli kədər! 
Füzuli kədəri bədbinliyə yaddır. Bu kədər acizlik , zəiflik əlaməti olaraq, 
onun yaradıcı həyatına yaxın düşə bilməmişdir.” (Məsud Əlioğlu. Füzuli kədəri. 
Darıxan adamlar (seçilmiş əsərləri), Naşir: Tural Axundov, Bakı: “Təhsil” nəşriyyatı, 
2018, s.55-56)
“Vaqif və Vidadi” adlı məqalədə XVIII əsr Azərbaycan şeirində realist 
üslbi istiqamətin və realizm ədəbi cərəyanının formalaşmasında müstəsna mövqeyə 
malik iki sənətkarı bir əqidə və məslək məhvərində birləşdirən cəhətlər dünya 
kədəri və həyat eşqi müstəvisində təhlil edilməsi Nizami və Füzulidən gələn 
yaradıcılıq ənənəsindən qaynaqlanan bir xüsisiyyət olması zəngin faktlara istinadən 
üzə çıxarılır.
Eyni yanaşmanın real təzahürünü Qarabağ ədəbi mühitində yetişən lirik şairə 
Xurşudbanu Natavanın yaradıcılığında izlənilməsi ədəbi nəsillər və əsrlər arasında 
əlaqə və varislik prinsipinin poetik təcrübədə davam və inkişafı kimi 
dəyərləndirilməsi belə təmasların və təsirin nəticəsi kimi xüsusi əhəmiyyət kəsb edir. 
Məqalənin bu mənada “Natəvanın kədəri” adlandırılması heç də təsadüfi deyil. 


Filologiya məsələləri, № 5, 2021
– 266 –
Məsud Əlioğlunun on doqqzuncu yüzilliyin ədəbi-elmi, ictimai-fəlsəfi fikir 
tarixində xüsusi yerinə və mövqeyinə, Şərq mühitində inqilabi islahatlar müəllifi 
kimi yenilikçi fəaliyyətinə münasibət bildirilən “Mirzə Fətəli Axundov və Şərq” adlı 
problem məqaləsinin “Klassik ədəbiyyatdan yarpaqlar” bölməsində verilməsi təbii 
və inandırıcı görünür. O, doğru olaraq böyük-mütəfəkkirin Şərq dünyasının taleyini 
düşünən, onun gələcək inkişafına təkan verən yeni dünyagörüş və elmi nailiyyətlərin 
faydalarından yararlanmanın vacibliyi ideyasını xüsusi olaraq vurğulayır: “M. F. 
Axundov Şərqi düşünən və Şərqin taleyi, müqəddəratı üçün aydın yollar axtaran fəal 
və mübariz mütəfəkkir idi. Yazıçının öz dünyagörüşündə əsaslandırdığı və 
materialist mövqedən izah etdiyi “Şərq problemi”, Şərqin ictimai-tarixi gerilikdən 
qurtarması, Şərq xalqlarının yeni əsrin tələblərinə və istiqamətinə uyğun olaraq 
inkişafı, Yaxın və Orta Şərq ölkələrində müasir mədəniyyətin yayılıb güclənməsinə, 
müasir düşüncənin hərtərəfli qol-qanad açmasına nail olmaqdan ibarət idi.” (Əlioğlu 
M. M.F.Axundov və Şərq, Tənqidçi düşüncələri, Bakı: Azərbaycan Dövlət 
Nəşriyyatı, 1968, s.3) 
Məsud Əlioğlunun həyat və yaradıcılığı XIX və XX yüzilliyə düşən
sənətkarlardan olan Cəlil Məmmədquluzadənin dramaturgiyasına, Süleyman Sani 
Axundovunn həyat və yaradıcılığına ayrıca monoqrafik araşdırmalar həsr etməsi 
ədəbiyyatşünaslıq fəaliyyətinin keçən əsrin 50-ci illərinə təsadüf edir.Bu qəbildən 
olan nümunələr sırasında həmin ərəfədə qələmə alınan “Mirzə İbrahimovun 
dramatrgiyası” adlı tədqiqatı xüsusi olaraq qeyd etmək olar.
Mərhum tərtibçi-müəllif Teymur Əhmədovun “Azərbaycan sovet yazıçıları” 
kitabında (səh. 384) Məsud Əlioğlunun “Mirzə İbrahimovun dramaturgiyası” adlı
125 səhifəlik kitabının Azərnəşr tərəfindən 4.000 nüsxə ilə 1955-ci ildə nəşr 
olunduğunu bildirən məlumata rast gəlinir. Məsud Əlioğlunun vəfatından sonra 
1980-ci ildə işıq üzü görən ədəbi-tənqidi məqalələrdən ibarət “Amal və sənət” 
kitabında həmin ad altında cəmi 21 səhifədən ibarət bu ad altında məqalənin
verilməsi bir qədər dolaşıqlıq yaradır. Məsud Əlioğlunn 2018-ci ildə “Təhsil” 
nəşriyyatında çapdan çıxan “Darıxan adamlar” adlı Seçilmiş əsərlərinin “Kitabları” 
bölməsində bu əsərin adının siyahıya düşməməsi də təəccüb doğurur. Məsud 
Əlioğlunun ədəbiyyatşünaslıq fəaliyyəti ədəbi-tənqidi irsi kimi müəllifin səmərəli və 
məhsuldar elmi axtarışları ilə qoşa addımlayan, bir-birini tamamlayan, bir-birini 
bütövləşdirən sənət və elmi yaradıcılıq sahələri olmaq etibarı ilə öz müasirliyini və 
aktuallığını indi də qoruyub saxlamaqdadır. Bu, Məsud Əlioğlunun ədəbiyyat və 
sənət məsələlərinə həsr etmiş olduğu yarıda qırılan ömrünün əbədiliyini təmin edən 
tənqidçi-ədəbiyyatşünas xoşbəxtliyidir.
Xülasə 
Məqalədə Məsud Əlioğlunun həyatı, tənqidçilik və ədəbiyyatşünaslıq fəaliyyəti 
ayrı-ayrı sərlövhələr (paraqraflar) altında təhlilə cəlb edilir. Onun yetişdiyi, boya-
başa çatdığı ailə mühitinin gələcəyin bir tənqidçi-ədəbiyyatşünası kimi yetişməsinə 


Filologiya məsələləri, № 5, 2021
– 267 –
göstərdiyi təsir üzərində geniş dayanılır. Məqalədə hər bir fərdin inkişafında, 
şəxsiyyət kimi formalaşmasında ailə mühitinin müstəsna mövqeyi diqqətə çatdırılır. 
Ailədən başlanan, təməli qoyulan dəyərlər sonralar insan xarakterinə təsir göstərməsi 
ilə ön plana çəkilir. İlk qələm təcrübələrini Məsud Vəliyev imzası ilə nəşr etdirən 
gənc müəllifin təhsil aldığı vaxtdan başlayaraq aparıcı mətbu orqanlarda məqalələr 
nəşr etdirməsi onun bənzərsiz istedadından xəbər verirdi. Məsud Əlioğlunun poeziya 
sahəsindəki təhlil və mülahizələri yalnız müasiri olduğu dövrün ədəbi prosesi ilə 
məhdudlaşıb qalmadığı diqqətə çatdırılır. Məsud Əlioğunun ümumi elmi-nəzəri 
fəaliyyətində ədəbi tənqidin müstəsna yeri və mövqeyinə həsr olunan hissədə onun 
tənqidçi fərdiyyətinə məxsus xüsusiyyətlər açıqlanır. Xüsusi olaraq poeziya, nəsr və 
dramaturgiyaya həsr olunan məqalə və rəylər diqqətə çatdırılır. Tədqiq xarakterli 
araşdırmalarına xas olan səciyyəvi xüsusiyyətlər barədə əyani təsəvvür yaradılır. 
Müasirliyin bir nəzəri-estetik kateqoriya kimi məqalə və araşdırmalarında əsas 
mahiyyətini üzə çıxaran Məsud Əlioğlunun orijinal tənqidçi fərdiyyəti ilə seçilməsi 
nəzərə çatdırılır. Tənqidçinin həyat və yaradıcılığı XIX və XX yüzilliyə düşən
sənətkarlardan olan Cəlil Məmmədquluzadənin dramaturgiyasına, Süleyman Sani 
Axundovun həyat və yaradıcılığına ayrıca monoqrafik araşdırmalar həsr etməsi onun 
ədəbiyyatşünaslıq fəaliyyətinin geniş mənzərəsindən xəbər verirdi. Məqalədə Məsud 
Əlioğlunun yaradıcılıq əhatəsinin genış olduğundan bəhs olunur. Tənqidçinin məqalə 
və resenziyaları ardıcıllıqla sadalanir. Məsud Əlioğlunun ədəbiyyatşünaslıq 
fəaliyyəti ədəbi-tənqidi irsi kimi müəllifin səmərəli və məhsuldar elmi axtarışların-
dan xəbər verirdi. Bir ədəbiyyatşünas kimi Məsud Əlioğlunun fəaliyyətinə həsr 
olunan bölmədə alimin tədqiqat premeti seçdiyi yaradıcılıq problemləri, məqalə və 
monoqrafiyaları üzərində geniş dayanılır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, 
Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, 
Cəlil Məmmədqlzadə... kimi klassiklərin ədəbi irsinin aktuallığını qoruyub saxlayan 
məqamlar diqqət mərkəzinə çəkilir.
ASMAR DADAŞ QIZI HUSEYNOVA
MESUD ALIOĞLU'S CRITICAL-LITERARY ACTIVITY 
SUMMARY 
The article analyzes the life, criticism and literary activity of Masud Alioglu. 
He focuses on the influence of the family environment on his development as a 
literary critic. The article draws attention to the role of the family environment in the 
development of a person, in the formation of personality. The values that begin in the 
family and are laid the foundation are later brought to the fore by their impact on 
human nature. He published his first pen experiments under the signature of Masud 
Valiyev. The fact that the young author has been publishing articles in leading media 
since his education was a testament to his unique talent. 


Filologiya məsələləri, № 5, 2021
– 268 –
His analysis and reflections in the field of poetry were not limited to the 
literary process of the time. He critical part of Masud Alioglu's position on literary 
criticism in his scientific-theoretical activity reveals his critical features. 
Articles on poetry, prose and drama are especially noteworthy. It provides a 
visual overview of the characteristics of research. The main essence of modernity as 
a theoretical-aesthetic category in his articles and researches is that it is distinguished 
by the original critical individuality. 
The critic's dedication to the dramaturgy of Jalil Mammadguluzadeh, one of 
the artists of the 19th and 20th centuries, and the life and work of Suleyman Sani 
Akhundov, a separate monograph, gave a broad picture of his literary activity. The 
article discusses the wide range of creative work of Masud Aliyoglu. Critic's articles 
and reviews are listed in sequence. 
Masud Alioglu's literary activity as a literary-critical heritage testified to the 
author's effective and productive scientific research. The section devoted to the 
activity of Masud Aliyoglu as a literary critic focuses on the creative problems, 
articles and monographs chosen by the scientist as the subject of research. Nizami 
Ganjavi, Mohammad Fuzuli, Molla Veli Vidadi, Molla Panah Vagif, Mirza Fatali 
Akhundov, Nariman Narimanov, Jalil Mammadglzade ... such points that preserve 
the relevance of the literary heritage of the classics are in the spotlight. 
Keywords:
Personality and environment, art issues, scientific directions, 
research on literary criticism 
АСМАР ГУСЕЙНОВА
КРИТИЧЕСКИ-ЛИТЕРАТУРНАЯ ДЕЯТЕЛЬНОСТЬ
МАСУДА АЛИОГЛУ 
РЕЗЮМе 
Ключевые слова: 
личность и окружающая среда, жизнь и искусство, 
научные направления, критика и литературная критика, исследования. 
В статье анализируется жизнь и критическая деятельность Масуда 
Алиеглу. Большое внимание уделяется влиянию семейного окружения, в 
котором он рос, на его дальнейшее развитие как литературного критика.
В статье обращено внимание на исключительное место семейного 
окружения в развитии человека, в его становлении как личности. Ценности, 
которые зарождаются в семье и закладываются в основу, позже выходят на 
первый план благодаря их влиянию на человеческую природу. 
Свои первые эксперименты он опубликовал за подписью Масуда 
Валиева. Со времен своего образования он публиковал статьи в ведущих 
органах. Взгляды Масуда Алиоглу в области поэзии ограничиваются 
литературным процессом его времени. В части, посвященной 
исключительному месту литературной критики в научно-теоретической 


Filologiya məsələləri, № 5, 2021
– 269 –
деятельности Масуда Алийоглу, раскрываются особенности его критической 
индивидуальности. 
Особого внимания заслуживают статьи и мнения о стихах, прозе и 
драме. Создается визуальный обзор характеристик исследования. Отмечается, 
что Масуд Алиоглу, раскрывший в своих статьях и исследованиях основную 
сущность современности как теоретической и эстетической категории, 
отличался своеобразной критичностью. 
Приверженность критика драматургии Джалиля Мамедгулузаде, одного 
из художников XIX и XX веков, а также отдельная монография жизни и 
творчества Сулеймана Сани Ахундова, дала широкую картину его 
литературной деятельности. В статье рассматривается широкий спектр 
творчества Масуда Алиеглу. Статьи и обзоры критиков перечислены по 
порядку. Литературная деятельность Масуда Алиоглу как литературно-
критическое наследие свидетельствует об эффективных и продуктивных 
научных исследованиях автора. Раздел, посвященный деятельности Масуда 
Алиеглу как литературного критика, посвящен творческим проблемам, статьям 
и монографиям, выбранным ученым в качестве предмета исследования. 
Низами Гянджеви, Мyхаммeд Физули, Молла Вели Видади, Молла 
Панах Вагиф, Мирза Фатали Ахундов, Нариман Нариманов, Джалил 
Мамедгулизаде ... в центре внимания находятся точки, сохраняющие 
актуальность литературного наследия классиков. 
Ədəbiyyat
1. Niyazi Mehdi, Dilarə Mehdi, Fəlsəfə tarixində Fəlsəfə, Nə və necə 
deyilənlər haqqında kitab, ( Fəlsəfə üzrə dərs vəsaiti), Elmi redaktoru: sənətşünaslıq 
namizədi, dosent, A. Talıbzadə, Bakı: “Qanun” nəşriyyatı, 2005 
2. Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı ), Tərtibçi-müəllif Teymur 
Əhmədov, Redaktoru Nərgiz Qurbanova, Bakı: “Yazıçı” nəşriyyatı, 1987 
3. Vaqif Yusifli. Məsud Əlioğlu: Özü və sözü, “525-ci qəzet” 12 noyabr 2018 
4. Əlioğlu M. Nizaminin məhəbbəti, Darıxan adamlar (seçilmiş əsərləri), 
Naşiri: Tural Axundov, Bakı: “Təhsil” nəşriyyatı, 2018, s.51. 
5. Məsud Əlioğlu. Darıxan adamlar (seçilmiş əsərləri), Naşir: Tural Axundov, 
Bakı: “Təhsil” nəşriyyatı, 2018 
6. Məsud Əlioğlu. Tənqidçinin düşüncələri, Redaktoru M. Müştaq, 
Azərbaycan Dövlət Nəşriyyatı, 1968 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Mustafayeva
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 270 –
MƏLTƏM AKMAN
Azərbaycan universiteti
Akmann.meltem@gmail.com
AMERİKA ROMANTİK POEZİYASININ MÜXTƏLİF DÖVRLƏRDƏ 
TƏŞƏKKÜLÜ
Xülasə 
Amerika ədəbiyyatı digər ölkə xalqlarının ədəbiyyatlarına nisbəttə Amerika 
dövlətinin və xalqının gec formalaşması səbəbindən daha gec yaransa da, öz 
fərqliliyi və özünə məxsusluğu ilə hər zaman seçilmişdir. Amerika tarixinə mənsub 
köləlik problemi və onun həlli üçün yaranmış ədəbi cərəyan olan abolisionist 
motivlərini məhz bu xalqın ədəbiyyatında müşahidə edilir. Cənub romantizminə 
mənsub yazıçıların ölkədəki problemləri də ədəbi əsərlər vasitəsilə öz əsərlərinə əks 
ettirməsi yalnız Amerika gerçəkliyinə və reallığına məxsus olan məsələlərin əsərlərə 
yansıdığına görə bu ədəbiyyatı olduqca unikal edir. Ölkənin tarixi inkişafının 
müxtəlif zamanlarda müxtəlif şəkildə olması səbəbindən ölkədəki Şimali , Cənubi və 
Qərb ədəbiyyatları tamamilə bir-birindən fərqli şəkildə inkişaf etmişdirlər. Şimali 
Amerika ədəbiyyatı köləliyə qarşı olan problemi öz əsərlərində əks ettirəcək qədər 
inkişaf etmiş ədəbiyyatı olanda cənubi Amerikan ədəbiyyatında tam əksinə 
cəmiyyətin ədəbiyyata baxışı fərqlənirdi. Hər bir dövrdə ən aktual olan məsələni 
olduqca qabarıq təsvir edən əsərlər ərsəyə gəlmişdir ;Şimal romantizmində “Tom 
dayının daxması” (“Uncle Toms Cabin”) əsəri Cənub romantizmində məsələyə daha 
başqa perspektivdən yanaşa bilən Uilyam Qreysonun “Muzdlu fəhlə və kölə” 
poemasını misal gətirmək mümkündür. Zənnimcə gec təşəkkül etməsinə baxmayaraq 
bu qədər dərin izlər qoyub yeniliklər gətirən ədəbiyyatın motivlərinin araşdırılması 
olduqca böyük əhəmiyyət kəsb edir.
Açar sözlər
: Amerika romantizmi, Şimal romantizmi, Cənub romantizmi, Qərb 
romantizmi, abolisionist hərəkatı , Amerika gerçəkliyi, Amerika arzusu 
Romantizm yeni dövrün incəsənəti və mədəniyyətinin inkişafında xüsusi 
mərhələdir. Romantizm XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Avropa və 
Amerikada mövcud olmuş bədii istiqamətdir. Uzun tarixə malik olan “romantizm” 
anlayışında ki “romantizm” sözünün kökü milli dilləri bildirən “romance” sözündən 
yaranmışdır nəticə etibarilə dövrün milli dilləri ilə yazılmış kitablar “romanz” 
adlanırdı. “romance” sözü fantastik, şişirdilmiş, utopik və xəyali anlayışları bildirirdi.
Ədəbiyyatda “romantisch” ifadəsi ilk dəfə F. Şlegel tərəindən işlənilmişdir. 
Şlegel belə hesab edirdi ki, romantizm insanın daxili xüsusiyyətlərini əks ettirdiyi 
üçün o xristian mədəniyyətinin özəlliklərindəndir və bu özəllik məhz alman 
incəsənətində öz əksini tapdığı üçün Almaniya romantizmin əsas mərkəzinə 


Filologiya məsələləri, № 5, 2021
– 271 –
çevrilmişdi. Bu isə Alman mütəfəkkirləri ictimai məsələləri real zəmində həll 
etməkdən daha çox din və fəlsəfə müstəvisində həll etməyə çalışırdılar. Hegel fərdin 
daxili aləminin romantikliyin əsl məzmunu olduğunu düşünürdü. Onun bu fikrindən 
yola çıxaraq “romantizm” termininin həmçinin “daxililəşmək” olduğunu nəticəsinə 
gəlmək olar.
Mədəniyyətin beşiyi olan Yunanistanda yaşamış və fikirləri ilə bir çox 
məsələyə aydınlıq gətirən Aristotel dünyada baş verən prosesləri təsvir etmənin iki 
yolu olduğunu qeyd edirdi. Onun fikrincə həyat olduğu kimi yəni real tərzdə və ya 
xəyallarda olduğu kimi və ya olmalı olduğu kimi yəni ideal şəkildə təsvir oluna bilər. 
Bu yanaşma ilə V.Q.Belinski də bədii əsərləri real və ideal olaraq iki qrupa 
bölmüşdü. Nəticə etibarilə demək mümkündür ki, ədəbiyyatda hadisələrin təsviri və 
yazıçının mövqeyinə görə iki əsas cərayan : romantizm və realizm mövcuddur.
Romantizm və realizm arasındaki fərqi görmənin ən yaxşı yolu onları 
qarşılaşdırmaqdır, çünki qarşılaşdırdığımız zaman görürük ki, realizm nə qədər real 
olan dünyaya köklənirsə biz ondan bağlarımızı qopartsaq fərdin daxili aləminə 
yönələrək həyatı ideal şəkildə təsvir edib ona can ata bilərik.
Bir sıra tədqiqatçıların fikrinə əsasən və ortaya atılan fikirlərə görə 
romantizmin yaranmasının əsas səbəbi Fransız burjua inqilabı olmuşdur. Burjua 
inqilabının mərhələli şəkildə baş verib bir ideal uğrunda apardıqları mübarizənin 
müsbət nəticələndiyi üçün arzusunda olduqları ideala çattıqlarını düşünən xalqın 
gözlədiklərinin əksi ilə qarşılaşması nəticəsində yenidən qurduqları ideal ətrafında 
yaranmış bir cərəyan idi. Əsərlərdə daha çox məyus, kədər ideal arzusunda olan 
qəhrəmanların olması romantik yaradıcıların beyinlərindəki idealı obrazlar vasitəsilə 
çattırdıqlarının göstəricisi idi. İdeala çata bilmədikləri üçün dərin bir kədər içində 
olan cəmiyyət bir gün arzularında olan xəyala çata biləcəklərinə inanırdılar. 
Romantik yazıçılara xas bir xüsusiyyət də öz əsərlərindəki mövzuları daha çox 
keçmişdən və ya digər xalqlarına mədəniyyətlərinə istinad edərək yazmaları idi. 
Onlar düşünürdülər ki, bir xalq öz psixologiyasını və mədəniyyətini digər xalqın 
mədəniyyəti ilə qarşılaşdıraraq daha düzgün mənimsəyə bilər Hər bir bədii ədəbi 
nümunə müəyyən bir milli zəmin üzərində qurulmuşdur, və ədəbiyyat həmin xalqın 
düşüncə tərzini, mədəniyyətini yansıtmaq üçün ideal vasitə olduğu üçün romantiklər 
də mədəniyyətləri ilə bağlı düşüncələrini ədəbiyyat müstəvisində 
verirdilər.Romantiklər daha çox inanırdılar ki, ədəbiyyat universaldır və həqiqəti 
ifadə etməsi üçün ideal vasitədir ona görə də onların obrazları gerçək insan 
həyatından daha çox fəlsəfi ideyaları əks ettirirdi.
Amerika ədəbiyyatında romantizm digər xalqların ədəbiyyatlarındaki 
romantizm cərəyanından daha qalıcı və uzun oldu. Amerika romantizminin əsasının 
tam olaraq nə vaxt qoyulması barədə ziddiyətli fikirlər mövcuddur belə ki, bir qisim 
onun XIX əsrin 1020-ci illərində formalaşıb onun bünövrəsinin K.Brayent, 
Vaşinqton İrvinq və F. Kuper tərəfindən qoyulduğu hesab edir digər qisim isə 
romantizmin bir ədəbi cərəyan kimi XVIII əsrin 70-ci illərində formalaşdığını hesab 


Filologiya məsələləri, № 5, 2021
– 272 –
edənlər də mövcuddur. Romantizmin ədəbi cərəyan kimi yaranmasının əsas səbəbini 
– Fransa burjua inqilabı ilə əlaqələndirilsə də bu mövzuda da ziddiyətli fikirlər 
mövcuddur ancaq inkar edilə bilməz ki, romantizm kimi idealların ön planda 
tutulduğu cərəyanın cəmiyyətin hər hansı bir məqsədə və ideala can atması və 
reallıqdan qaçaraq xəyallarındaki şəraiti istəməsi zəminində yaranmışdır. 
Amerika romantizmi üslubu,ideya və mövzusuna görə Avropa romantizmindən 
xeyli fərqlənir. Məzmun və ideya cəhəttən hər bir xalqın özünəməxsusluğu olduğu 
üçün Avropa və Amerika romantizmləri də bu yöndən fərqlənirdilər, məsələn sırf 
Amerikaya xas olan hinduların həyatı ideyası və mövzusun Avropa romantizmində 
yer ayrılmamışdır. Hinduların həyatı bir çox Amerikalı yazıçıların öz əsərlərini 
yazmaları üçün ideya olmuşdur, o cümlədən bütün görkəmli romantik yazıçılar bu 
mövzuda əsərlər yazmışdırlar. (F.Kuper, H.Lonqfelou, U.Uitmen və s.) Bir digər 
Amerikanın ictimai-siyasi məsələsi ilə daha çox əlaqəli olduğu üçün Amerika 
romantizmində qabardılan və önplana çəkilən mövzulardan biri də abolisionizm – 
köləliyə , quldarlığa qarşı mübarizə mövzusu idi. 
Amerika romantizmini mövzu və ideya cəhəttən ancaq Amerika gerçəkliyi ilə 
əlaqədar olduğu üçün öz unikallığı cəhəttən fərqləndirən ideyalardan biri də məhz 
abolisionizm idi. Abolisionizm hərəkatı uğurla nəticələnən İstiqlal müharibəsi 
dövrünə təsadüf edir. Bu mübarizənin uğurlu nəticəsi olaraq gözlənilən ABŞ 
demokratik dövləti qurulur ancaq dövlətin tənzimləndiyi qanunlar çərçivəsində insan 
haqqlarına və azadlığa ciddi təhdid olaraq qəbul olunan qaradərililərin 
kölələşdirilməsi dayanmır əksinə daha da şiddətlənib bir nöqtədə kuliminasiya 
həddinə çatır. Bu demokratik ölkənin qurulması uğrunda mübarizə aparan 
qaradərililərin azadlıqlarının əllərində alınması ölkədə yaşayan ziyalıların, 
publisistlərin, natiqlərin və din xadimlərinin gözlərindən qaçmır əksinə məsələnin 
dövlətin qanunvericiliyinə əsasən bitməsi üçün ciddi tənqidlərə məruz qalır və həlli 
üçün ölkənin müxtəlif yerlərində üsyanlar , maarifləndirmələr başlanılır. Amerika 
yazıçıları bu hərəkata biganə yanaşmır əksinə yazılardan əlavə öz bədii əsərlərində 
də quldarlığı tənqid edərək ciddi ifşa obyektinə çevirirdilər. Bundan çıxış edərək 
qeyd olunur ki, “abolisionist ədəbiyyatı romantik etiraz ruhu, romantik yazıçılar 
nəslinin yaratdığı üslub, janr formaları ilə qırılmaz surətdə bağlıdır.” [1, s.45] 
Köləlik, qulların azad edilməsi və onların haqlarının bərpa olunması mövzusu 
Amerika yazıçıları arasında əsasən 30-40-cı illərdə aktual oldu. Bu dövrdən 
başlayaraq “abolisionist hərəkat öz ədəbiyyatını yaratmağa məcbur idi - ədəbiyyatın 
səfərbəredici, birləşdirici gücü yüzilliklər ərzində artıq öz təsdiqini tapmışdı. Lakin 
həyat üçün riskli olan bu hərəkata qoşulmağa bir çoxları tərəddüd edirdilər. İlk ən 
böyük cəsarəti isə qadın yazıçı H.Biçer-Stou nümayiş etdirdi. Lakin əlbəttə bu 
hərəkat Amerika romantizminə həm qadından öncə həm də sonralar çox qabarıq 
şəkildə əks olunurdu. Bu hərəkatın ədəbiyyatda kuliminasiya nöqtəsi isə 50-ci illərdə 
yaşanırdı və M.Mendelson məhz demokrasiya üçün mübarizənin sonluğuna təsadüf 
edən Vətəndaş müharibəsi ərəfəsini nəzəra alaraq qeyd etmişdir ki, “indi bir nəfər də 


Filologiya məsələləri, № 5, 2021
– 273 –
düşüncəli və vicdanlı amerikalı quldarlıq problemindən daha qaça bilmirdi.” [2, s. 
92]
Birinci nəsil abolisionist yazıçılar daha çox publisistik janrlarda yazmağa 
üstünlük verirdilər. Abolisionist hərəkatının ilk dalğalarında daha çox xalqa təbliğ 
etmək , maarifləndirmək olduğu üçün onlar bu real və praktik məsələləri 
“manifestlər, qətnamələr, qanunvericilik orqanlarına ərizələr, qəzet məqalələri, 
traktatlar, mühazirələr, nitqlər, moizələr və siyasi nəğmələr” [3, s. 94] vasitəsi ilə 
həyata keçirirdilər. Mövzu o qədər aktual və narahat edici idi ki bütün ədiblər 
məsələni öz yaradıcılıqları ilə həll etməyə can ataraq öz fəaliyyətlərini ancaq 
abolisionizm hərəkatına ayırmışdılar. Aşağıdaki parçada abolisonistlərin ən aktivi və 
öndə gələni olan Harrisonun fikirlərini və bu məsələyə yanaşmasını görmək 
mümkündür. 
Mən köləliyə nifrət, 
İntiqam mən, qisas mən! 
Çoxdan qoyubdur qiymət 
Mənim başıma düşmən. 
Vətənimdir yer üzü, 
Həmvətənim – hər adam, 
Silərəm, qalmaz izi 
Köləliyin dünyada. [4, s. 95]
Abolisionist ədəbiyyatının kuliminasiya nöqtəsi sözsüz ki, hərəkatın ən pik 
nöqtəsini yaşandığı 50-ci illərdə yazıb yaratmış Harriyet Biçer-Stoundur. Onun 
“Tom dayının daxması” (“Uncle Toms Cabin”) romanı abolisionizmin təbliğində 
müstəsna rol oynamışdır hətta bu rol o qədər böyük idi ki, aktiv şəkildə abolisionist 
ideologiyasını yayan siyasətçilərdən belə daha çox xalqa təsir etmişdi. XIX əsrin 
ortalarına təsadüf edən bu möhtəşəm əsər dünya ədəbiyyatı üçün olduqca unikal bir 
əsər idi hətta bir çox əsərlərin ərsəyə gəldiyi, abolisionist ideologiyası ilə yazılmış 
əsərlərin olduqca zəngin olduğu bir dövrdə hələ heç bir əsər bu qədər oxucuya güclü 
təsir etməmişdi. 1852-ci ilin mart ayında dərc olunmuş romanın dünyada 3 milyona 
yaxın, sadəcə Amerika Birləşmiş Ştatlarında isə üç yüz minə yaxın tirajla çap edilib, 
37 dil tərcümə olunaraq dövrün ən çox tərcümə olunmuş əsəri olaraq rekord 
vurmasından əsərin necə möhtəşəm əsər olduğunu , oxuculara hansı hisslər yaşadıb 
onlara necə dərindən təsir edib düşüncələrini sorğulamağa səbəb olduğunu təsəvvür 
etmək çətin deyil . Qəzetlərdə sadəcə kiçik hekayələri ilə tanınmış və o qədər də 
əhəmiyyət kəsb etməyən yazıçının dünya miqyasında bu qədər səs gətirəcək əsər 
yazması bir çoxları tərəfindən möcüzə olaraq dəyərləndirilirdi. 
Biçer-Stou yaradıcılığının tədqiqatçılarından biri Con Adams “Tom dayının 
daxması”nın görünməmiş uğurunun sirrini açmağa cəhd edərək bu romanın 
yaranması möcüzəsindən danışır və qeyd edir ki, : “Sonra partlayış oldu.”Tom 
dayının daxması” vəhy görüntüsüdür, o, tipik, səciyyəvi əsər deyil, daha çox onun 
istedadının normal, qaydasında inkişafında fasilədir.”[5, s. 52]


Filologiya məsələləri, № 5, 2021
– 274 –
Amerika abolisionistləri üçün “Tom dayının daxması” romanı hadisələrin 
ictimaidən əlavə olaraq əsasən siyasi gedişatını əks ettirən yazıçının asan və sadə 
dəsti-xətti ilə yazılmış bir mündəricatı oldu. Bu dərəcədə əhəmiyyət kəsb edən 
romanın siyasi motivlərinin güclü olmasından sonra Biçer-Stounun Avraam Linkoln 
ilə görüşü zamanı əsərlə tanışdığı zaman onun “deməli, bu böyük müharibəni 
doğuran o balaca qadın sizsiniz!” [6, s. 329] deməsi heç də təəccüb doğuran bir 
hadisə deyil.
Şimali Amerika ədəbiyyatından ədəbi – bədii yaradıcılığa çox da 
meyllənməməsi cəhəttən Cənub romantizmi kəskin şəkildə fərqlənirdi. Şimal 
romantizmində ədəbiyyata böyük həvəs göstərən, dövrün problemlərini ədəbiyyat və 
publisistika vasitəsi ilə Amerikaya o cümlədən bütün dünyaya duyuran cəmiyyət 
müşahidə olunurdusa cənub romantizmində iri megapolislərin azlığı, cəmiyyətdə 
individualların savad səviyyəsinin aşağı olması ünsürlərinə görə bu ədəbi-bədii 
faəliyyət o qədərdə önəmli yer tutmurdu. Dövrün xüsusilə də Amerikanın 
gündəmində olduqca önəmli yer tutan məsələləri şimalda publisistika vasitəsilə 
cəmiyyətə təqdim olunduğu üçün ora da mətbuat orqanları olduqca inkişaf etmiş 
hətta bir çox biznes sahəsinə çevrilirdi. Lakin ABŞ-da fəaliyyət göstərən 345 
nəşriyyatın yalnız 24-nün Cənubda olması faktı ilə açıq-aşkar məlumdur ki, cənubda 
bu sahə o qədər geniş yayılmamışdı, hətta nəinki biznes heç publisistlərin yaxşı 
qonorar ala bilmədikləri üçün başqa sahələrə üz tutduğu bir sahə idi.
Şimali Amerikanın önəmli problemlərindən biri olan köləliyin həllinə qarşı 
yaradılmış abolisionist hərəkatının ən böyük nailiyyətlərindən olan Harriyer Biçer-
Stounun “Tom dayının daxması” romanı qədər Cənub romantizmində də önəmli 
nailiyyətlər var idi bunlardan biri də Uilyam Qreysonun “Muzdlu fəhlə və kölə” 
poemasıdır.
“Muzdlu fəhlə və kölə” iki hissədən ibarət 1600 sətrlik bir poemadır. Uilyam 
Qreysonun bu peomanı əsas yazma səbəbi quldarlığın müdafiəsi olsa da, o həmçinin 
Şimali Amerikada mövcud olan kapitalizm və onun ölkənin ictima-siyasi həyatına 
vurduğu zərələrdən də bəhs etmişdir. Əsərin birinci hissəsində sənayədə çalışan 
muzdlu fəhlənin yaşadığı çətinliklər, ağır iş yükü, acı həyatı realist üslubda verilir, 
ikinci hissəsində isə quldarlığın mövcudluğunun əslində kölələr üçün yaxşı olduğu 
fikri romantic üslubla iləri sürülərək ilk hissəsi ilə tamamilə təzadlıq təşkil edir və 
ancaq Qreyson kimi özünə məxsus dəsti-xətti olan yazıçı bu iki üslubu belə qəribə 
ancaq həmçinin harmonik şəkildə birləşdirə bilərdi. Qreyson sivilizasiyanın özəyinin 
istismar təşkil ettiyini; aşağı təbəqə nümayəndələrinin istismar edilmək üçün 
yaradıldığını düşünür. Hətta onun fikrincə kölələr quldarlar üçün çalışmaqları onlar 
üçün mənfi yox əksinə quldarlar onları yaşayış yeri və gündəlik yeməklə təmin 
etdikləri üçün daha da yaxşı vəziyyəttə olduğunu düşünürdü. Öz qərəzli fikirlərini 
sənədli materiallara əsaslanaraq edib bunu əsərində əks ettirmiş Qreyson heç bir 
cəmiyyətin əslində ideal olmadığını və hər bir cəmiyyətin mənfi və müsbət 


Filologiya məsələləri, № 5, 2021
– 275 –
tərəflərinin olduğunu düşünürdü və bu da onun bu əsərin məzmununu yazmasına 
əsas səbəb idi.
Öz yaradıcılığı amerika ədəbiyyatının inkişafının başlandığı 20-ci illərə təsadüf 
edən bir digər cənub romantik ədibi Corc Taker idi. “Virciniyadan məktublar, fransız 
dilindən tərcümədə” əsəri onun ilk əsərlərindən biri idi və adından da məlum olduğu 
kimi fransız səyyahın ziyarət ettiyi ölkə barədə olan təəssüratlarını yazdığı 
məktubları və yol qeydləri formasındadır. Əsərdə Virciniyaya gəlmiş fransız 
səyyahın gördükləri qarşısında keçirttiyi dərin təəssüf hissi qeyd olunur və 
şəxsiyyətin alçaldılması ciddi şəkildə tənqid edilir.
Qərb ərazilərində insanların yavaş-yavaş məskunlaşması ilə yaranan şərait artıq 
orada ədəbiyyatın yaranmasına səbəb olmuşdu təbii ki, dövr biraz fərqli olduğundan 
artıq bu ədəbiyyatda istifadə olunan obrazlar və müraciət edilən mövzular da fərqli 
idilər. Məsələn Şimali Amerika ədəbiyyatında yeni başlamış kapitalizm Qərb 
ədəbiyyatında artıq yüksək səviyyədə idi. Qeyd olunur ki, “vəhşi bölgənin 
mənimsənilməsi dövrü arxada qalmalı, həmin dövrün yaratdığı təkrarolunmaz social 
tiplər- kovboy, qızılaxtaran, tapançalı adamın (gurman) bütün növlərinin, ilk köçən-
köhnə sakinlər və b. yaranmalı və keçmişdə qalmalıdırlar. Atlantika sahillərindən 
fərqli olaraq yazıçı Qərbə axırıncı gəlmişdi.”
XX əsrin əvvəllərində xalqların toplu şəkildə Qərbə köçməsi və insanların artıq 
burada qatı quldarlıq rejimi ilə bağlı şəraitlə qarşılaşmamaları, köçdükləri ərazinin 
valehedici təbiəti insanların gözəl günlərə dair inamını gücləndirərək romantizmə 
meyl etmələrinə səbəb oldu. Zaman öttükcə insanların bu şəraiti ideallaşdırmağa və 
şəxsiyyətin azadlığı olaraq qəbul etməyə başladılar. Qərbə köçən xalqlar bu əraziləri 
mükəmməlləşdirib buranı “Amerika arzusu” olaraq dəyərləndirirdilər. Romantizmin 
və realizmin harmonik şəkildə birləşməsi Amerika ədəbiyyatında vestern janrının 
yaranmasına səbəb oldu. Məhz Qərb ədəbiyyatına məxsus olan bu fərqli janr 
Amerikanın ictimai-siyasi həyat tərzini və ideallarını əks ettirdiyi üçün bir çox yerdə 
rəğbətlə qarşılanıb. 
Ədəbiyyat 
1.
Писатели США о литературе. T. L M.: Прогресс, 1982, 294 c. 
2.
Мендельсон М.Жизнь и творчество Уитмена. М.: Наука, 1969, 350 c. 
3.
Литературная история Соединенных Штатов Америки, 1978, 526 c. 
4.
Орлова Р.Д.Хижина устоявшая столетие, М.: Наука, 1975, 112 c. 
5.
История Американской литературы. AH CCCP, 1947, 344 c. 
6.
Qorxmaz Quliyev, Ədəbi cərəyanlar və istiqamətlər, 2019,258 s. 
http://anl.az/dissertasiya/2014/Daz2014-61.pdf


Filologiya məsələləri, № 5, 2021
– 276 –
Maltam Akman 
FORMATION OF AMERICAN ROMANTIC POETRY 
IN DIFFERENT PERIODS 
SUMMARY 
Although American literature appeared later than the literature of other nations 
due to the late formation of the American state and people, it has always been 
distinguished by its diversity and uniqueness. The slavery problem in American 
history and the anti-slavery motives of the literary movement that emerged to solve it 
can be found in the literature of this nation. The fact that the writers of Southern 
Romanticism reflect the problems of the country into their works through literary 
works makes this literature very unique as it reflects the issues of American reality 
and reality. Because the country's historical development was different at different 
times, the country's Northern, Southern, and Western literature developed completely 
differently. When North American literature developed enough to reflect the problem 
of slavery in his works, South American literature differed in its perspective on 
literature. Toms Cabin in Northern Romanticism is an example of William Grayson's 
poem The Mercenary and the Slave, which takes a different approach to Southern 
Romanticism.I assume that it is very important to examine the motifs of literature, 
which, despite its late formation, leave such deep traces and bring innovations. 
Key words:
American romance, Northern romance, Southern romance, 
Western romance, abolitionist rhetoric, American realism, American desire 
Мэлтэм Акман 
ФОРМИРОВАНИЕ АМЕРИКАНСКОЙ РОМАНТИЧЕСКОЙ 
ПОЭЗИИ В РАЗНЫЕ ПЕРИОДЫ 
Резюме: 
Хотя американская литература появилась позже литературы других 
народов из-за позднего формирования американского государства и народа, 
она всегда отличалась разнообразием и уникальностью. Проблема рабства в 
американской истории и антирабовладельческие мотивы литературного 
движения, возникшего для ее решения, можно найти в литературе этой страны. 
Тот факт, что писатели южного романтизма отражают проблемы страны в 
своих произведениях через литературные произведения, делает эту литературу 
очень уникальной, поскольку она отражает проблемы американской 
действительности и реальности. Поскольку историческое развитие страны в 
разное время было разным, литература Севера, Юга и Запада развивалась 
совершенно по-разному. Когда североамериканская литература развивалась 
достаточно, чтобы отразить проблему рабства в его произведениях, 


Filologiya məsələləri, № 5, 2021
– 277 –
южноамериканская литература изменилась в своем взгляде на литературу. 
Хижина Тома в северном романтизме - это пример стихотворения Уильяма 
Грейсона «Наемник и раб», в котором используется другой подход к южному 
романтизму. 
Считаю очень важным исследовать литературные мотивы, которые, 
несмотря на свое позднее формирование, оставляют такие глубокие следы и 
несут новаторство. 
КЛЮЧЕВЫЕ СЛОВА: 
Американский романс, Северный романс, 
Южный романс, Западный романс, аболиционистская риторика, американский 
реализм, американское желание 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 278 –
RUZANƏ NEMƏT QIZI SÜLEYMANOVA 
Gəncə Dövlət Universitetinin 
Azərbaycan və dünya ədəbiyyatı 
kafedrasının doktorantı, Azərbaycan 
Dövlət Aqrar Universitetinin İngilis dili
kafedrasının müəllimi
YUNUS ƏMRƏ GİBBİN TƏDQİQATINDA 
XÜLASƏ 
XIII əsrin məşhur təsəvvüf şairi Yunus Əmrə həmişə dünya klassiklərinin və 
Avropa tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Əsrin əvvəllərindən etibarən 
şairin əsərləri və şeirləri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. İngilis 
şərqşünası Gibb şairin ilk tədqiqatçılarlndan biri olmuşdur. Onun “Osmanlı 
poeziyasının tarixi” əsərində Yunus Əmrə ilə baglı ətraflı məlumat verilmişdir. Bu 
əsərində məşhur şərqşünas şairin həyatı, dövrü, Anadoluda keçirdiyi fəaliyyəti 
haqqında geniş məlumat vermişdir. Şərqşünas Gibbin verdiyi məlumata görə şairin 
əsərlərini altı yüz beyt məsnəvi və üç-dörd yüz qəzəldən ibarət olan divanı təşkil 
edir. Şərqşünas eyni zamanda şairin şeirlərindən nümunələr vermiş və onları ingilis 
dilinə tərcümə etmişdir. Gibb əsərində şairin üç qəzəlini və bir məsnəvisini tərcümə 
etmişdir.
İngilis şərqşünası qeyd edir ki, Yunus Əmrənin şeirləri başqa Türk şairlərinin 
şeirlərindən öz poetik çalarlrı ilə fərqlənir. Bu bir faktdır ki, o, Türk poeziyasında az 
işlənən vəznlərdən istifadə edən yeganə şairdir. Gibb əsərində eyni zamanda o 
dövrdə yaşayan hökmdarlar haqqında tarixi əsərlər yazan Saadədin və Əli kimi 
yazarlardan da bəhs edir. Şərqşünas bu tarixi əsərlərdə Yunus Əmrədən də 
danıçıldığını vurğulayır. O, eyni zamanda qeyd edir ki, Yunus Əmrə XIII əsrin 
sonuna qədər Qızıl Əhmədli adlı bir bölgədə yaşamışdır. Bütün bunlar göstərir ki, 
Yunus Əmrə dövrünün tanınmış şairi olmuşdur. İngilis şərqşünası öz tədqiqatında 
Yunus Əmrədən etdiyi tərcümələri ilə şairi butun dünyaya tanıtdı. Şərqşünas tərcümə 
edərkən orijinalın formasını, məzmununu, ideyasını, intonasiyasını, ritmini 
saxlamağa çalışmış və bu çətin işdə buna nail olmuşdur. Onu da qeyd edək ki, Yunus 
Əmrəni dünyada tanıtmaq üçün bu tərcümələrin çox böyük əhəmiyyəti var. Gibbdən 
sonra da Yunus Əmrə şeirlərinin ingilis dilinə tərcüməsi davam etmişdir. Lakin 
müqayisə edərkən görürük ki, Gibbin tərcümələri öz orijinallığı və poetik 
xüsusiyyətləri ilə o biri tərcümələrdən yüksək səviyyədədir.
Bu gün də böyük şairin şeirlərinin ingilis dilinə tərcüməsi davam etdirilir. Bu 
onu göstərir ki, Yunus Əmrə poeziyası nəinki Türkiyədə, bütün dünyada sevilələk 
oxunur. 


Filologiya məsələləri, № 5, 2021
– 279 –
Açar sözlər: 
Yunus Əmrə, E.C.V. Gibb, “Osmanlı poeziyasının tarixi”, 
poeziya, şeirlər
XIII əsrin böyük övliya şairi Yunus Əmrənin həm həyatına, həm də 
yaradıcılığına olan maraq daima bütün dünya klassiklərinin və tədqiqatçıların diqqət 
mərkəzində olmuşdur. Bu övliya şairin sözünün sehri hələ öz zamanından bütün 
dünyanı tutmuş, insanları özünə valeh etmişdir. Odur ki, Yaxın Şərq xalqları
arasında bir ovliya kimi tanınan Yunus Əmrənin ilahiləri əsrin əvvəllərindən
dünya xalqları dilinə tərcümə olunmağa başlamışdır.
Avropada Şərq xalqlarının ədəbiyyatına, mədəniyyətinə, tarixinə, 
etnoqrafiyasına, adət-ənənəsinə, milli dəyərlərinə maraq həmişə olmuş və olacaqdır.
Türk klassikləri və türk dilində yazıb-yaradan şairlər haqqında ingilisdilli 
oxuculara ilk məlumat verən Elias Con Vilkinson Gibb olmuşdur. Gibbin Yunus 
Əmrə şeirlərinin ingilisdilli xalqlar arasında yayılmasında böyük xidmətləri var. Bu 
alimin ömrünü həsr etdiyi çoxcildli “Osmanlı poeziyasının tarixi” əsəri türk 
klassiklərinə həsr olunub. Gibbin “Osmanlı poeziyası tarixi” kitabında Azərbaycan 
şairlərindən Qazi Bürhanəddin, Nəsimi, Xətai və Füzuli haqqında da ətrafli 
məlumatlar var. Ən geniş məlumat Gibbin “Osmanlı poeziyasının tarixi” əsərindədir 
(4, 164-175).
E.C.V.Gibb “Osmanlı poeziyasının tarixi” əsərindəki Yunus Əmrə bölməsində
qeyd edir ki, fırtınalı bəyliklər dönəmində kiçik dövlətlər qurmağa çalışanların 
sırasında Anadolu da var idi. Orada Yunus Əmrə adında bir dərviş yaşayırdı. O, 
təhsil görməsə də, az da olsa, oxuyub - yazmağı bacaran Batı Türklərinin ilk yerli 
şairi idi. Gibbin o zaman Aşıq Çələbinin təskirəsi haqqında məlumatı olmasını biz 
onun Yunus Əmrə haqqındakı yazılarından məlumatlanırıq. O göstərir ki, Aşıq 
Çələbi də öz təskirəsində Yunusdan az da olsa söz açır (1, 1-4).
Gibb adı çəkilən əsərində həmin dövrdə sultanların hökmdarlığından əsər 
yazan Saadəddin və Əli kimi elm adamlarının da yazdığları tarix kitablarında 
Yunus Əmrədən söz açdıqlarından bəhs edir. Müəllif onu da qeyd edir ki,
öyrəndiyimiz qaynaqlara görə Yunus XIII əsrin sonuna kimi Kastramonda Qızıl 
Əhmədli adlı bəylik bölgəsində yaşamışdır. Onun mürşidi Bolu bölgəsindən olduğu 
güman edilən Tapdıq Əmrə adlı bir şeyx olmuşdur. Gibb Yunus Əmrənin şeyxi 
dərgahında uzun müddət xidmət etməsi və onun dərgahına odun daşıması haqqında 
olan rəvayətlərə də açıqlama verir. Bununla bağlı Yunus Əmrənin divanında 
işarələrin olması və şairin
Tapdığın tapısında, qul olduq qapısında, 
Miskin Yunus çiy idi, bişdi əlhəmdürüllah (2, XXIII). 
beytili şeirinin məhz o zaman yazıldığı güman edilir. Müəllif göstərir ki, bu 
rəvayətlər həm Taşköprülüzadənin “Şəkayikin-Numaniyyə”əsərində, həm də Əlinin 
tarix kitablarında da yer almaqdadır. Əlinin tarix kitabına görə bir gün şeyxi 
Yunusdan “təpələrdən kəsdiyi ağacların arasında heç əyri odun yoxdurmu? sualına 


Filologiya məsələləri, № 5, 2021
– 280 –
Yunus “əyri olan şeylərin hər iki dünyada yararı yoxdur” cavabını verir. Bu da 
şeyxin xoşuna gəlir və ona dualar edir. 
Gibbin mülahizələrinə görə Yunus və şeyxi Tapdıq Əmrə ilə bağlı rəvayətlərə 
həm Taşköprülizadənin, həm də Əlinin kitabında rast gəlinir. 
Bütün bunlar onu göstərir ki, Yunus Əmrə hələ oz dövründə tanınmış bir
şair olub. Müəllif onu da qeyd edir ki, təzkirəçilərin heç biri istər Yunus Əmrə, 
istərsə də Tapdıq Əmrə haqqındakı yazılarında tarix göstərmirlər. Həm 
Taşköprülüzadə, həm də Saadeddin onları İldırım Bayəzid dönəmində (1390-1403-cü 
illər) yaşadıqlarını yazırlar. Ancaq Vələd Çələbi öz məqaləsində göstərir ki,
Yunus Əmrə həm Taşköprülüzadənin, həm də Əlinin göstərdiyi tarixdən bir əsr 
öncə yaşamışdır. Müəllif onu şairin “Risalətün-nüshiyyə”poemasından gətirdiyi 
nümunəyə əsaslanaraq qeyd edir:
Tarix dahi yidi yüz yidi idi, 
Yunus canı bu yolda kodı idi. (3,88) 
The history was even a hundred yes, 
Yunus was a liar in this way.
Aşıq Çələbi təskirəsində yeddi rəqəminin müqəddəsliyini nəzərə alan alim
şairin poemasına əsasən onu yeddi qüdrətin mülk dünyasından məlaküt dünyasına 
çəkdiyi saylı insanlardan olduğunu göstərir. Bu, şair haqqında XV əsrdə yazılı 
mənbələrin verdiyi məlumatdır. 
İngilis şərqçünası Yunus Əmrə haqqında “The History of Ottoman Poetry” 
(“Osmanlı poeziyasının tarixi”) adlı çoxcilidli əsərində daha geniş məlumat verir. O, 
bu əsərində göstərir ki, Taşköprülüzadə “Şəkayikin Numuniyyə”də Yunusun 
əsərləri haqqında belə qeyd edir ki, incə xüsuslar, kinayələr və mükəmməlliklər 
ehtiva edən bu əsərlər varsağı tərzindədir. Elmül-Tohid və ilahi sirlər bəyan 
etməsindən onun fövqəladə bir biliyə sahib olduğu açıq -aşikar görünməkdədir. Əli
isə tarix kitabında onun ümmi ( savadsız) olması haqqında bir şey söyləməz, fəqət 
Yunusun Türk dili ilə gözəl şeirlər yazdığını təsdiqləyirlər.
Şərqşünas Yunus Əmrənin əlimizdə olan daşbasma şeirlərindən altıyüz beyt 
tutumunda məsnəvi tərzində bir əsərinin və üç yüz, dörd yüzə qədər qəzəl tərzində
divanının olduğunu söyləyir (4, 167). Amma Yunus divanında bu qədər şeir 
nümunələrinin olmadığı da bizə məlumdur. Oradakı şeirlərin heca vəznində 
olmasını göstərən alim bu şeirlərin türk şeir şəklinə uyğunluğunu daha da dərindən 
təsdiqləmiş olur. Taşköprülüzadə Yunusun şeirlərinin şəkli haqqında yazır ki, onun 
şeirlərinin varsağı tərzinə uyğun olmasına şübhə yoxdur. Bilinən bütün qəzəllərində 
üç aşağı, beş yuxarı Türkcədə çox bəyənilən müsəmmət tərzinə uyğun olan şeirlər də 
diqqəti çəkməkdədir.
XIII əsrdən günümüzə gəlib çatan Yunus Əmrə şeirləri dəyişikliyə uğrasa 
da, öz ilkin şəklini saxlamışdır. Şeirlərdə şairin türçülük xarakteri açıq şəkildə özünü 
göstərməkdədir, amma şeirlərdəki qafiyələrin səs tərkibi qüsurludur. Bütün bunları 


Filologiya məsələləri, № 5, 2021
– 281 –
xarakterizə edən şərqşünas alim yazır: “Bu qüsurlar şeirin içindəki səslərdə, bəzən 
də sozlərin sonunda özünü göstərir. Əlbəttə, bu şeirlərdə süni səslənmə qafiyəsi, söz 
sənətkarlığı və bəlağət də yoxdur. Yunusun şeirlərində başa düşülməyən və istifadə 
olunmayan kəlmələr isə əsasən osmanlı ləhcəsindədir. Bu da şairin şerlərinin 
bəzilərində özünü göstərir və şeirlərin dilini ağırlaşdırır. Təbii ki, bütün bunlar illər 
və əslər boyunca Yunusun şeirlərinin üzünü köçürən katiblərin düzəlişlərindən irəli 
gələn hallardır” (4, 167). 
Yunus yaradıcılığına Gibbin müraciəti keçən əsrin əvvəllərindən – 1900-cu 
ildən olmuşdur. Gibb tərcümələri ilə bu övliya şairi bütün dünyaya tanıtdı. Gibbin 
bu tərcümələri dil baxımdan çətin və anlaşılan ingiliscədir. 
Bir məsələni də 
nəzərdən qaçırmaq lazım deyil ki, Gibb tərcümə etdiyi əsərlərin formasını, 
məzmununu, ideyasını, ritmini, musiqi ahəngini saxlamaqla yanaşı, tərcümə zamanı 
dil-üslub ahəngindıki incəliyi də qoruyub saxlamağa çalışmışdır. Gibb dövrünün 
müasir araşdırıcılarından olan E. H. Alexander onun “ mən onları ingiliscəyə türkcə 
olduqları kimi tərcümə etməyə, ingilis sözləri ilə Şərq poeziyası yaratmağa 
çalışıram” deməsinə haqq qazandırmışdır ( 5, 310).
Gibb zamanında və ya bizim dövr üçün bu tərcümələrin əhəmiyyəti böyükdür.
Çünki ilkin türk şeir örnəklərinin tərcüməsi bu xalqın başqa millətlər arasında 
tanınması üçün tərcümələlərin böyük rolu vardı. Belə ki, tərcümə zamanı bu 
dillərin bir-birindən fərqli dil qruplarına aid olduğu üçün onların tərcüməsində də 
bu çətinlik özünü göstərirdi. Onu da qeyd edək ki, Gibb Yunus Əmrə poeziya
incilərindən ingilis dilinə 3 qəzəl və bir məsnəvi tərcümə etmişdir. Gibbin 
tərcüməsində Yunusun şeirlərindən bəzilərini sizə təqdim edirik: 
Bir quluna atlar verib, avratü mal, ciftlər verib, 
Həm yoq birinin bir pulu, ol rəhimü rəhman bənəm. 
Qar yağdırıb, yer donduran, heyvanlara çüri verən, 
Bu cümlə işləri görən, həm canlara canan bənəm (6, 184). 
Who unto one doth horses give, doth wives and wealth and children give, 
The while another lacks a groat, that One of gracious sway am I. 
Who bringeth snow and doth earth freeze, who on earch brute his food 
bestows, 
Who worketh all these businesses, the Soul of souls in fay am I. 
Who holds the veils of flesh and skin and bone, and life and body e en; 
My woks are Power and many an one the Hid and Open aye am I (4, 1712). 
Gibbin tərcümələri Türk şairləri və poeziyası haqqında ingilis oxucularına
məlumat verməsi baxımından tədqiqatçının türk poeziyasına olan marağını göstərir. 
Türk şairlərinin əsərləri Gibbin tərcümələrindən sonra da bu şeirlərin ingilis dilinə
tərcüməsi uzun zamanlardır ki, dayanmamışdır. Ancaq Gibbin tərcümələrində 


Filologiya məsələləri, № 5, 2021
– 282 –
arxaik sözlərin olması, bu gün anlaşılması müasir oxucu üçün nisbətən çətin olan 
məqamlar da var. Bu günkü tərcümələrdə bu çətinliklər aradan qalxmış, 
tərcümələrin dili müasir oxucunun başa düşəcəyi bir dildə oz izahını tapır. 
Gibbin “Osmanlı poeziyasinin tarixi” əsərinin ilk bölümündə müəllif Osmanlı 
şeirinin özəllikləri, oradakı kəlmə və ifadələrin mənası, onların fəlsəfəsi, təsəvvüflə 
bağlı fikirləri, şeir vəznləri və bəlağət elmi ilə bağlı mülahizələri yer almaqdadır. On 
bölmədən ibarət olan ikinci hissədə əsasən türk klassiklərindən Mövlana Rumi, 
Sultan Vələnd, Yunus Əmrə, Aşık Paşa və s. haqqında söz açılır. 1902-ci ildə 
Gibbin dostu Edvard Braunun ön sözü ilə çap olunan II cilddə Gibbin faydalandığı 
qaynaqlar, yəni Türk klassik şairləri, sonda isə öz zamanında çox da məşhur 
olmayan, şairlərə yer verilmişdir. 
İstər dünya şərqşünaslığında, istərsə də türk ədəbiyyatşünaslığında Gibbin 
tərcümələrində və türk ədəbiyyatı haqqındakı fikirlərində mübahisəyə səbəb olan 
məsələlərə də təsadüf edilir. A.Kudelin yazır: “ Gibbin tədqiqat və tərcümələrində 
mübahisəli məqamlar da vardır və bir sıra Avropa şərqşünaslığında müşahidə edilən 
bəzi metodoloji qüsurlara Gibbdə də rast gəlirik. Onlar, Şərq ədəbiyyatının estetik 
əsasını təhlil edərək burada mühüm yer alan ənənələri məzmun dolğunluğu və 
formal söz oyunu kimi qələmə vermişlər.” (7, 166-172)
A.Kudelinin bu fikirləri ilə haqlı olaraq razılaşmayan tədqiqatçı alım Nəsib
Göyüşov öz mülahizələrində yazır: “ Amma əslində bu belə deyildir. Ərəb, fars və 
türk dilində yazılan ədəbiyyat bir çox cəhətlərdən ortaq xarakter daşıyır və türk 
tədqiqatçısı A.S.Levend həmin ədəbiyyatların poetik sisteminin də müştərək 
olduğunu qeyd etmişdir” (8, 85). 
1970-ci ildə Kembircdə P.M.Holtun tərtib etdiyi “İslam tarixi” əsərinin ikinci
cildində yazır: “ Yunus Əmrə, Füzuli, Nədim və Nəvai klassik türk ədəbiyyatının ən 
məşhur şairlərindəndir, amma Füzuli onların hamısından yüksəkdir, çünki onun 
müxtəlif mövzulara həsr edilmiş qəzəllərinin çoxu öz orijinallığı ilə seçilir” (9, 690).
Türk kalassik ədəbiyyatına məhəbbət bəsləyən tədqiqatşılardan biri də Sofi 
Huri olmuşdur. O, kiçik yaşlarından bütün elmlərdən xəbərdar olan, təmkinli, 
mülayim xasiyyətli atasından türk və ərəb dillərində oxumağı öyrənmiş, Şərq 
ədəbiyyatına dərindən bələd olmuşdur. S. Hurininn yazdığına görə “onun gözləri 
qarşısında geniş üfüqlər açan, əqidəsinə, dünyagörüşünə güclü təsir göstərən 
Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Nizami, Misri və Füzuli olmuşdur.
(10,115)
Yunus Əmər şeirlərinin ingilis dilinə tərcüməsindən bəhs edən A. Gölpınarlı
qeyd edir ki, Yunusu Batı aləminə ilk tanıdan Gibb olmuşdur. O, “ History of 
Ottoman Poetry” adlı əsərinin I cildində Yunus Əmrədən bəhs etmiş, onu təsəvvüf 
əhli, əda baxımından şeirlərinin Mövlananin şeirlərinə bənzədiyini, haqlı olaraq 
oxuma, yazma bilmədiyini, türkçə və heca vəznində yazdığını, Əhməd Yəsəvi tərzini 
kullandığını da yazmış və Yunus haqqındakı əfsanələri də sunmuşdur ki, bu son 
müddəalar tamamilə yanlışdır. Müəllif onu da qeyd edir ki, Yunusa və bizim xalq 


Filologiya məsələləri, № 5, 2021
– 283 –
şeir tərzinə Əhməd Yəsəvinin heç bir təsiri yoxdur. Gibb əsərini yazan zaman Yunus 
haqqıda çox az məlumatların olması, müəllifi şair haqqında belə deməyə əsas 
vernmişdir. Zaman keçdikcə Yunus Əmrə yaradıcılığı və onun şeirləri araşdırılmış, 
haqqında daha çox məlumatlar elmə məlum olmuşdur. Müəllif göstərir ki, Gibb öz 
əsərində Yunus Əmrənin “Münacat”ını və üç şeirinin tərcüməsini vermişdir (4.164-
175). 
RUZANA SULEYMANOVA 
YUNUS EMRE IN GIBB’S INVESTIGATION 
SUMMARY 
The great Sufi poet of the 13th century Yunus Emre has been always in the 
focus of attention of the world classics and European investigators. The poet’s works 
and poems had been translated into different languages of the world since the 
beginning of the century. The English orientalist Gibb was one of his first 
investigators. There was detailed information about Yunus Emre in his work “A 
History of Ottoman Poetry”. In his work the great orientalist gives the wide 
information about the poet’s life, period and activity in Anatolia. As the orientalist 
Gibb says that the poet’s works consists of something over six hundred couplets in 
mesnevi verse and a diwan of between three and four hundred ghazels. At the same 
time Gibb has been given some examples of the poet’s poems and translated them 
into English. In his book Gibb gave three ghazals and a distich. 
The English orientlist notes that Yunus Emre’s verse is rugged beyond that of 
any other Turkish poet. It is fact that he alone used exclusively the uncultivated 
Turkish metres. At the same time Gibb deals with the writers such as Saadeddin and 
Ali who wrote about rulers lived in that period. In that historical books are also 
spoken about Yunus Emre. Gibb notes that Yunus Emre lived in the territory named 
Kizil Ahmedli at the end of the thirteenth century. All these show that Yunus Emre 
was famous poet of his period. In his work the English orientalist introduced him to 
the world translating the poems of Yunus Emre. While translating Yunus Emre’s 
poems the translator tried to keep the form, theme, idea, intonation, rhythm and he
achieved to this difficult work. We have to note that it has a great role of these 
translations to make Yunus Emre famous in the world. After Gibb the translation of 
Yunus Emre’s poems had been translated into English. But when we compare these 
translations we see that Gibb’s translations are on high level with its original and
poetical peculiarities. Nowadays the translation of the great poet’s poems are 
continued. It shows that the poetry of Yunus Emre are read with great love not only 
in Turkey but in the world. 
Key-words: 
Yunus Emre, E.J.W. Gibb, “A History of Ottoman Poetry”, 
poetry, poems


Filologiya məsələləri, № 5, 2021
– 284 –
РУЗАНА СУЛЕЙМАНОВА 
ЮНУС ЭМРЕ В ИССЛЕДОВАНИЯХ ГИББА 
РЕЗЮМЕ 
Великий поэт XIII века Юнус Эмре всегда был в центре внимания 
мировых классиков и исследователей. С начала века произведения поэта 
переводились на разные языки. Английский востоковед Гибб был его первым 
исследователем. Подробная информация о Юнусе Эмре содержится в труде 
Гибба «История османской поэзии». Здесь великий востоковед рассказывает о 
жизни и деятельности Юнуса Эмре в Анатолии. Как сообщает Гибб, 
произведения поэта состоят из более шестисот двустиший в стихах месневи и 
дивана, содержащего от трех до четырехсот газелей. Гибб перевел несколько 
образцов стихов поэта на английский язык. В своей книге он издал три газели и 
двустишие. 
Стихи Юнуса Эмре более образны по сравнению со стихами любого 
другого турецкого поэта. Фактически, только им одним были использованы 
исключительно высокопоэтичные турецкие меры. 
Английский востоковед отмечает, что стихи Юнуса Эмре, поэтично) чем 
у любого другого турецкого поэта. Это факт, что он один использовал 
исключительно необработанные турецкие измерители. В то же время Гибб 
имеет дело с такими писателями, как Саадеддин и Али, которые писали о 
правителях, живших в тот период. В этих исторических книгах говорится 
также о Юнусе Эмре. Гибб отмечает, что Юнус Эмре жил на территории под 
названием Кызыл Ахмедли в конце тринадцатого века. Все это свидетельствует 
о том, что Юнус Эмре был известным поэтом своего времени. В своем 
творчестве английский востоковед познакомил его с миром, переводя стихи 
Юнуса Эмре. При переводе стихотворений Юнуса Эмре переводчик старался 
сохранить форму, тему, идею, интонацию, ритм и ему это удалось. Мы должны 
отметить, что эти переводы сыграли большую роль в прославлении Юнуса 
Эмре во всем мире. После Гибба перевод стихов Юнуса Эмре был переведен на 
английский язык. Но когда мы сравниваем эти переводы, мы видим, что 
переводы Гибба находятся на высоком уровне со своими оригинальными и 
поэтическими особенностями. В наши дни переводы стихов великого поэта 
продолжаются. Это показывает, что поэзия Юнуса Эмре с большой любовью 
читается не только в Турции, но и во всем мире. 
Ключевые слова: 
Юнус Эмре, Э.Дж.В.Гибб, “История Османской 
поэзии”, поэзия, стихи 


Filologiya məsələləri, № 5, 2021
– 285 –
ƏDƏBİYYAT
1. Əliyev Ə. “Bizim tanrı sevgimiz”. Ədəbiyyat və incəsənət. qəz. 1991, 11 
yanvar. 1-4.
2. Gölpınarlı A. Yunus Emre. Hayatı ve bütün şiirleri. ( Tertibçi: Hasan Ali 
Yucel) İstanbul, Türkiye Bankası Kültür Yayınları, 2011, IV baskı,. 
3. Yunus Əmrə. Risalətün-Nüshiyyə. ( Tərtibçi: X. Hümmətova ) Bakı. Elm və 
təhsil, 2013
4. Gibb E. A History of Ottoman Poetry, 6 cilt, Londra, 1900 -1909, bk.cilt I
5. Yunus Emre. Risalet al- Nüshiyya ve Divan. ( Ön sözün A. Gölpınarlıdır)
İstanbul, Eskişeher Turizm ve Tanıtma Dernegi yayını: I, 1965
6. Yunus Əmrə. Əsərləri, Öndər nəşriyyatı, Bakı 2004
7. Куделин А.Б.Середневековая арабская поэтика (II половина VIII-IХ 
вв.) Москва:Наука,1983 
8. Göyüşov N. Füzuli: Düşüncə və ruhun poetikası. Bakı: Elm və təhsil, 2012.
9. Holt P.M. The Cambridge history of İslam. Vol 2. Cambridge at the 
University Press,1970 
10. Sofi Huri. Translater’s note. Leyla and Mejnun by Fuzuli. London, 1970
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Leyli Əliyeva
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 286 –
HACIYEVA NAZƏNDƏ SABIR Q.
Gəncə Dövlət Universiteti 
Gunay-ismayilova-gdu@rambler. ru 
RƏSUL RZANIN YARADICILIĞINDA DÜNYA, HƏYAT, KAİNAT BƏ 
TƏBİƏT MÖVZUSU 
XÜLASƏ 
Rəsul Rza Azərbaycan ədəbiyyatının inkişafında öz dəst-xətti olan görkəmli 
sənətkarlardan biridir. Onun bir-birindən maraqlı, bədii cəhətdən qüvvətli, 
sənətkarlıqla yazılmış əsərləri vardır. R.Rza xalqımızın ən böyük mənəvi sərvəti olan 
söz xəzinəmizin incəliklərindən yararlanmaqla qiymətli sənət əsərləri yaratmışdır.
Rəsul Rzanın yaradıcılığı həm məzmun, həm də bədii forma cəhətdən 
zəngindir. Azadlıq aşiqi, alovlu sənətkar Xəlil Rza Ulutürk “Zamanın adından 
danışan sənətkar”əsərində yazırdı: R.Rzanın poeziyası- təfəkkür poeziyasıdır. Onun 
şeirləri oxucunu düşünməyə, həm də dərindən düşünməyə, fəal idraka təhrik edir. 
Ona görə bu şeirlər oxucudan mədəni səviyyə, müasir poetik üslubu qavrayan bədii 
zövq, hətta adi milli şüurdan doğan bir sıra başqa keyfiyyətlər tələb edir. Bu şeirlər 
yalnız bədii zövq üçün meydana gəlməmiş, birinci növbədə, yeni insan tərbiyə 
etmək, vətənə, xalqa, insana bağlı könül sahibləri yetişdirmək üçün yazılmışdır.” 
Şair
ə
gör
ə
insan öz sevgisini, m
ə
h
ə
bb
ə
tini kims
ə
y
ə
açmamalıdır, «Yüz sözü, yüz 
sirri dosta des
ə
» v
ə
«m
ə
h
ə
bb
ə
tin sirrini özünd
ə
saxla»malıdır. Çünki bu m
ə
h
ə
bb
ə

şairin n
ə
z
ə
rind
ə
geniş bir m
ə
fhum olub, t
ə
k bir insanın deyildir, t
ə
k o sev
ə
nin 
deyildir. Ona gör
ə
d
ə
m
ə
h
ə
bb
ə
tin ism
ə
tli adı, qiym
ə
tli bu sevgini gizlin saxlamalıdır. 
Çünki m
ə
h
ə
bb
ə
tin q
ə
rar tutduğu yer ür
ə
kdir v
ə
şairin özü demişk
ə
n «ür
ə
k süfr
ə
deyil, g
ə
lib-ged
ə
n
ə
açasan». Şair saf m
ə
h
ə
bb
ə
ti yüks
ə
k qiym
ə
tl
ə
ndirir, onun 
n
ə
z
ə
rind
ə
o, el
ə
bir varlıqdır ki, l
ə
k
ə
götürmür, şübh
ə
l
ə
r, qısqanclıq m
ə
h
ə
bb
ə
ti öldür
ə
bil
ə
r, ona gör
ə
d
ə
sev
ə
n d
ə
, sevil
ə
n d
ə
m
ə
h
ə
bb
ə
tini, s
ə
ad
ə
tini ona düş
ə
bil
ə
c
ə

l
ə
k
ə
l
ə
rd
ə
n qorumalıdır. Çünki m
ə
h
ə
bb
ə
t d
ə
, el
ə
sevgi d
ə
sev
ə
n lirik q
ə
hr
ə
manın 
n
ə
z
ə
rind
ə
bir imtahandır.
Rəsul Rzanın yaradıcılığında bəşəriyyətin azad, sakit, xoşbəxt həyatı, üstündə 
dünyaya göz açdığı Yer kürəsi, burada baş verən hadisələr və onun bir kiçik hissəsi 
olan Ana Vətəni-Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, şərəfli tarixi, insan zəkası, 
insan əməyi, dünya xalqlarının inkişafı, sülh, müharibə, şairin könül çırpıntıları, lirik 
duyğuları, nəcib insani hissləri ön plandadır.
Açar sözlər: dünya, həyat, kainat, təbiət, Azərbaycan ədəbiyyatı, 
sənətkarlıq, mənəvi sərvət, söz xəzinəsi, sənət əsərləri, poetik üslub, bədii zövq, 
milli şüur 
Artıq başa çatmış XX yüzillikdə milli poeziyamız böyük, mürəkkəb çoxcəhətli 
bir təşəkkül və inkişaf dövrü keçirmişdir. Poeziya yalnız öz milli dəyərləri və 
təcrübəsi əsasında yox, əsrin poeziyasının mühüm yaradıcılıq istiqamət və 


Filologiya məsələləri, № 5, 2021
– 287 –
məktəblərinin də ən yaxşı ənənələri və meylləri ilə əlaqədə, üzvi təmasda yaranmış, 
yeni axtarışlar yolu ilə irəliləmişdir. Bu da təsadüfi deyil. Bunun hər şeydən əvvəl, 
poeziyaya, onun spesifikası və vəzifəsinə, xalqın milli mənəvi tərəqqisindəki yoluna 
yeni münasibətin, müasir ədəbi baxışın bilavasitə təsiri ilə bağlı bir məsələ olduğunu 
da demək lazımdır. Hələ əsrin əvvəlində milli poeziyamızda böyük Sabirin əzəmətli 
obrazı ilə qarşılaşırıq. Sabir əsrin ən böyük və mürəkkəb bir yaradıcılıq vəzifəsini – 
yeni poeziya necə olmalıdır vəzifəsini gerçəkləşdirən şair oldu. Məlumdur ki, XX əsr 
poeziyası - yeni əsrin poeziyası necə olmalıdır? - sualı ilə başlamışdır. Düzdür, əsrin
real ədəbi prosesində orta əsr poetik üslubları və məktəbləri də mövcud idi, yaşayırdı 
və fəaliyyət göstəriridi. Lakin bu poeziya nə qədər qədim köklərə və dəyərlərə malik 
olsa da, yeni əsrin bədii tələblərini müəyyən məqamda ödəmirdi; yeni poeziya necə 
olmalıdır? narahatçılığı da bu ehtiyacdan doğurdu. Sabir poeziyanın bu böyük 
problemini dərindən dərk edən ilk şair oldu və bütün yaradıcılığını da bu problemin 
həllinə yönəltdi. Sabirin poeziyadakı yeniliyi, cəsarətli novatorluğunun başlıca 
prinsipi –“Dindirir əsr bizi” prinsipi idi və bu prinsipi o öz yaradıcılığının əsas 
ruhuna, təməl konsepsiyasına çevirə, bununla da bütün əsrin poeziyasını 
istiqamətləndirə bildi. Poeziyada yeni, ikinci bir mərhələ isə əsrin 20-ci illərindən 
sonra başlandı ki, bu mərhələdə poeziyada, əsrin yeni poetik dəyərlərinin axtarışı və 
kəşfi daha da gücləndi və genişləndi, üslub, yaradıcılıq xarakteri və tərzi etibarilə 
rəngarəng və çoxcəhətli bir miqyas, şəkil aldı. 1950-ci illərin ortalarından başlayaraq, 
Azərbaycan poeziyası bir tərəfdən ümumi və formalaşmış müasir ənənələrin, fərdi 
sənət vərdişlərinin əsasında müəyyən keyfiyyət dəyişiklikləri ilə inkişafını davam 
etdirir, o biri tərəfdən müstəqil yaradıcılıq axtarışları yollarında müəyyən novatorluq 
əlamətləri ilə zənginləşirdi. 
Ə
dəbiyyat janrlarından daha çevik və operativ sayılan 
poeziya cəmiyyətdə və mədəni mühitdə baş verən bu dəyişikliklərə ilkin reaksiya 
verməklə,qısa bir müddətdə yeni ruhlu və ideya-bədii cəsarəti ilə seçilən əsərlərlə 
zənginləşməyə başladı. Artıq obrazlı təfəkkür tərzinə qovuşmağa başlayan poeziyada 
sözçülüyün, təsvirçiliyin, fikrin birbaşa ifadə vasitələrinin, zahiri pafosun daxili 
əlamətlərlə, poetik vəsf və tərənnümün müəyyən milli-ictimai etirazlarla əvəz 
edilməsi prosesi get-gedə güclənirdi. 1960-cı illərin əvvəllərindən başlayaraq, 
poeziyamızda obrazlı-assosiativ ifadə üsulunun, intellektual başlanğıcın ilk 
nümunələrinə təsadüf edilir ki, bu da ənənəyə qayıdışın yeni forması kimi qəbul 
edilməlidir. Xalq şeirində, xüsusilə, bayatılarda və klassik poeziyamızda ayrı-ayrı 
nümunələrinə rast gəldiyimiz assosiativ bədii təfəkkürün müxtəlif formaları XX 
əsrin ikinci yarısında özünün poeziyada təkrar doğuluşu ilə yeni mahiyyət kəsb 
etməyə başlayır. 1960-cı illərin əvvəllərində R.Rza, 
Ə
.Kərim, 
Ə
.Salahzadə və 
V.Səmədoğlunun yaradıcılığında assosiativ təfəkkürün ilk nümunələrinə rast 
gəlirik.Şeirdə assosiasiyanın ən yüksək və professional nümunələrindən sayıla 
biləcək “Rənglər” silsiləsinə keçməzdən əvvəl “Dəniz nəğmələri” silsiləsində, 
“Realizm”, “Belədir” şeirlərində, “Canavar və quzu”, “Buruqların söhbəti” kimi 
obrazlı-alleqorik səpkili nümunələrdə assosiativ ifadə tərzinin müxtəlif səciyyələrdə 


Filologiya məsələləri, № 5, 2021
– 288 –
müəyyən əlamətləri ilə qarşılaşırıq. Bu mərhələ düz əsrin sonuna qədər davam 
etmişdir; milli poeziyanı yeni əsrə - XXI əsrə gətirib çıxarmışdır və məhz bu 
səbəbdən biz bu mərhələnin fəal, ciddi sənət yolu keçmiş şairlərinin yaradıcılığına 
böyük əhəmiyyət verməli, əsrin poeziyasının inkişafındakı mövqelərini yüksək 
qiymətləndirməliyik. Belə şairlərdən biri, şübhəsiz, Rəsul Rzadır. O, poeziyaya yeni 
sənət və yaradıcılıq axtarışlarının təzəcə başladığı və qızğın, mürəkkəb, kəskin bir 
şəkil aldığı vaxtda gəlmişdir. Yarım əsrdən artıq bir müddət ərzində yazıb-yaratmış, 
poeziyada axtarışlar və eksperimentlər apararaq yeni tipli, tamamilə müasir epik, 
novator poeziyasını yaratmış və bununla bir növ yüzilliyin poeziyasını başa 
çatdırmışdır.Rəsul Rza Azərbaycan ədəbiyyatının inkişafında öz dəsti-xətti olan 
görkəmli sənətkarlardan biridir. Onun bir-birindən maraqlı, bədii cəhətdən qüvvətli, 
sənətkarlıqla yazılmış əsərləri vardır. R.Rza xalqımızın böyük mənəvi sərvəti olan 
söz xəzinəmizin incəliklərindən yararlanmaqla qiymətli sənət əsərləri yaratmışdır. 
Şair özünü ilk şeirlərindən günün mövzularına müraciət edən qızğın ehtiraslı, coşğun 
təbiətli bir şair kimi göstərmişdi. İlk yaradıcılıq illəri şairin yaddaşında mübarizə və 
romantikanın yenilik axtarışı və kəşfinin fərəh və sevinci ilə qalmışdı. 1960-cı illərin 
əvvəllərindən başlayaraq, poeziyamızda obrazlı-assosiativ ifadə üsulunun, 
intellektual başlanğıcın ilk nümunələrinə təsadüf edilir ki, bu da ənənəyə qayıdışın 
yeni forması kimi qəbul edilməlidir. Xalq şeirində, xüsusilə, bayatılarda və klassik 
poeziyamızda ayrı-ayrı nümunələrinə rast gəldiyimiz assosiativ bədii təfəkkürün 
müxtəlif formaları XX əsrin ikinci yarısında özünün poeziyada təkrar doğuluşu ilə 
yeni mahiyyət kəsb etməyə başlayır.Şairin yaradıcılığı həm məzmun, həm də bədii 
forma cəhətdən zəngindir. Bir zamanlar R.Rza sənətinə dərindən bələd olan azadlıq 
aşiqi, alovlu sənətkar Xəlil Rza Ulutürk “Zamanın adından danışan sənətkar” 
əsərində yazırdı: “Rəsul Rzanın poeziyası-təfəkkür poeziyasıdır. Onun şeirləri 
oxucunu düşünməyə, həm də demədiyini, açıb-ağartmadığını anlamağı, duymağı arif 
oxucunun öz öhdəsinə buraxır. Ona görə bu şeirlər oxucudan mədəni səviyyə,
müasir poetik üslubu qavrayan bədii zövq, hətta ali milli şüurdan doğan bir sıra 
başqa keyfiyyətlər tələb edir. Bu şeirlər bədii zövq üçün meydana gəlməmiş, birinci 
növbədə, yeni insanı tərbiyə etmək, vətənə, xalqa, insana bağlı könül sahibləri 
yetişdirmək üçün yazılmışdır”. [1,218]
Rəsul Rzanın yaradıcılığında bəşəriyyətin azad, sakit, xoşbəxt həyatı, üstündə 
dünyaya göz açdığı Yer kürəsi, burada baş verən hadisələr və onun bir kiçik hissəsi 
olan Ana Vətəni – Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, şərəfli tarixi, insan zəkası, 
insan əməyi, dünya xalqlarının inkişafı, sülh, müharibə, fəlakətlər, şairin könül 
çırpıntıları, lirik duyğuları, nəcib insani hissləri əsas yer tutur. Hansı əsərinə diqqət 
yetirsək, ona tədqiqatçı, oxucu gözüylə baxsaq, düşündürücü mövzularla, fikirlərlə, 
ideyalarla qarşılaşarıq. Şairin lirik şeirləri bu cəhətdən diqqəti daha çox cəlb edir. 
Həcmcə kiçik bu lirik şeirlərdə böyük fikirlər, arzular, həyati məsələlər ön plandadır.
R. Rza yaradıcılığında (“Soruş” şeirində) böyük sənətkarlıqla lirik 
düşüncələrini verir. Burada şairin fəlsəfi düşüncələri ilə poetik duyğuları birləşir. O, 


Filologiya məsələləri, № 5, 2021
– 289 –
gördüyü həyat hadisələrini, ətrafında baş verən reallıqları poetik bir dillə qələmə alır; 
odun nə çəkdiyini küldən, başın nə çəkdiyini dildən, nəğmələrin həsrətini bir qırıq 
teldən, zülmətin, qaranlığın verdiyi möhnəti kordan soruşmağı məsləhət bilən şairin 
qəlbində insani hisslər dolaşır. Dünya, həyat hadisələrinə açıq gözlə baxan, ətrafında 
baş verən hadisələri bütün incəlikləri ilə duyan şair:
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim.
Gözlərimi yumub açdım 
Neçə dostu sağ görmədim
- misralarında ən böyük dərdini göstərməklə yanaşı, gözünü açıb yumunca 
neçə dostunu itirdiyindən doğan kədərini də ifadə edir. 
Şeirin ikinci hissəsində də şair lirik hisslərini tərənnüm etməklə yanaşı, bir şair 
kimi narahatdır. “Hansı sözüm, hansı şeirim yaşayacaq məndən sonra mən bilmirəm, 
eldən soruş!” deyən şair qələmiylə xalqa xidmət etdiyindən, onun mənafeyini 
müdafiə etdiyindən şeirlərində xəlqilik prinsiplərini əsas tutduğundan hansı əsərinin 
yadda qalacağını eldən, xalqdan soruşmağı məsləhət bilir. Çünki şairin, sənətkarın 
yaratdığı əsər o zaman qüdrətli əsər olur ki, o əsərdə xalqın istək və arzuları,fikirvə 
duyğuları yaşayır. 
R.Rzanın “Darısqallıq” şeirində də fəlsəfi fikirlər əsasdır. Dünya, həyat, 
kainat, təbiət müəyyən bir ölçü, hədd daxilində fəaliyyət göstərir. Hər bir şeyin 
müəyyən ölçü, sərhəd daxilində olması, bu darısqallıq lirik qəhrəmanı sıxır. Ancaq 
bu ölçü vaxt daxilində fəaliyyət göstərmənin özünün də müəyyən 
qanunauyğunluqlara tabe olduğunu şair çox gözəl başa düşür. Məsafənin metrlə 
ölçülməsi, işığın kilovatla verilməsi, xəstənin qızdırmasının dərəcəylə ölçülməsi, 
meyvələrin dənələri, yayda günlərin uzanması, qışda gecələrin uzanması, dünya, 
həyat, təbiət, kainat hadisələrinin müəyyən ölçü, vaxt daxilində fəaliyyəti onun 
romantik qəhrəmanını açmır. O istəyir ki,
Öləndə atın
ən dərin dünyaya məni; 
qaldırıb buludlardan yuxarı 
son yolum uzun
son mənzilim geniş olsun barı.[5,157] 
Lakin burada da şair arzu və istəklərinin hüdudsuzluğunu tapa bilmədiyini 
anlayır, çünki dərin dəryalarda “sahillərin çənbəri” içindədir. Lirik qəhrəman başa 
düşür ki, deməli, bu həyat, hadisələr, hər şey müəyyən bir qanunauyğunluğa əsaslanır 
və bu “darısqallı”ğın səbəbi elə həyatın, təbiətin özündən doğur və insan da buna 
tabe olmalıdır, onu dəyişməkdə acizdir: 
Görünür
Darısqallıq kənarda deyil, 
Hər meyvənin tumunda
hər canlının hüceyrəsində


Filologiya məsələləri, № 5, 2021
– 290 –
hər binanın daşında, kərpicindədir. 
Görünür yolumuz budur.
Zərurəti dərk etməyincə 
gedirik, gedəcəyik 
darısqallıqdan keçə-keçə... [4,118] 
“Dinmədik” şeirində də R.Rza “Darısqallıq” şeirində həllini tapmaqda aciz 
qaldığı təbiət qanunları haqqında poetik düşüncələrini ifadə edir. Dayanmadan 
yağışların yağması, hər yanın suya qərq olması, “yazın oğlan çağında yenidən qışın 
hökmranlıq etməsi, quraqlığın, susuzluğun yaranması, istidən təbiətin, meşələrin od 
tutub yanması, güclü küləklərin fəlakətlər törətməsi- bütün bunların “ təbiətin 
şıltaqlığıdır” deyərək qəbul edilməsi lirik qəhrəmanı düşündürür.O bunların sakitliklə 
qəbul edilməsindən narahatdır.O, təbiətin,“dünyamızın bu bəd gücünə” qarşı çıxmaq, 
təbiətə, insanlara, kainata, həyata qarşı zidd olan təbii fəlakətləri aradan qaldırmaq 
üçün insanı oturmamağa, yollar axtarmağa çağırır. Bu gün susub oturaraq bütün bu 
fəlakətləri təbiətin qanunu kimi qəbul etmək məcburiyyətində qalan şair ümidini 
gələcəyə, “nəvə-nəticələrə” bağlayır:
Bəlkə nəvə-nəticələr 
Dünyamızın bəd gücünə
Bir gün olar qalib gələr.
“İnsan şəkli” şeirində şairin humanist duyğuları tərənnüm olunur. Şair tarixin 
bütün səhifələrinə əl gəzdirir. Dünyanın hansı bölgəsində yaşamasından asılı 
olmayaraq, öz mübarizliyi, əqidə dönməzliyi, məğrurluğu, faciəsi ilə bəşəriyyətin 
yaratmış olduğu tarixdə, zamanın müxtəlif dövrlərində yaşayan, yaradan, fəaliyyət 
göstərən dünyanın haqsızlıqlarının qurbanı olan, hegemonçuluq siyasəti yeridən 
dövlətlərin törətdikləri qanlı cinayətlər, faciələr zamanı başı müsibətlər çəkən İnsan 
Obrazından söhbət açmaq istəyir. Lirik qəhrəman bir sərgi salonu tələb edir və orada 
məhz bu insan şəklini asacağını bildirir. “Adi bir insan” şəkli asacağını bildirən lirik 
qəhrəman o şəkli kiçik bir sərgidə asmaq istəsə də, istəyir ki, o İnsan şəkli
Görünsün dünyanın hər yerindən 
zamanın keçmişindən, 
dövranın indisindən, 
əsrin gələcəyindən! [3,98]
O İnsan şəklinin arxasında şair diri-diri dərisi soyulan Nəsimini, məşəl tək 
yanmış azəri qızını, öz ideyalarına sadiq qaldığı üçün tonqala atılıb yandırılan 
Cordano Brunonu, savadsızlığı ucbatından başı bəlalar çəkən Məhəmmədhəsən 
kişini, ikinci dünya müharibəsi zamanı atılmış bombadan darmadağın edilmiş, 
dəhşətli ölüm kabusunun qurbanı olmuş və bu gün də onun ağrı-acılarını, dəhşətlərini 
yaşayan Xirosimanın ölümə məhkum edilmiş sakinlərini, öz eşqi-məhəbbəti, saf 
duyğuları uğrunda çarpışan, bu yolda canını qurban edən Fərhadı, Şirini, Əslini, 
Kərəmi, Böyük Vətən müharibəsi illərində alman faşizminə qarşı mübarizədə 
qəhrəmanlıqla vuruşan İsrafili, Qafuru – insan səadətini dünyada hər şeydən üstün 


Filologiya məsələləri, № 5, 2021
– 291 –
tutan Prometeylər nəslini görür-zaman insan məfhumunu ümumiləşdirir. İnsanlığın 
ömür yolu adlandırdığı bu şəklin müəllifinin “Zaman” olduğunu bildirir. Bütün 
dünyada insanpərvərlik, humanist ideyalarla yaşayan, yaşamaq, yaratmaq eşqilə 
çırpınan insanın keçdiyi ömür-gün yolunu müxtəlif obrazların–tarixin səhifələrinə öz 
mübarizliyi, əzmkarlığı, mərdliyi, qəhrəmanlığı, dincliyi ilə əbədi həkk olunmuş 
insanların əməlini “insanlığın ömür yolu”adlandıran şair onlara humanistcəsinə 
yanaşır. Bu şeirdə şair təkcə vətəndaş şair kimi çıxış etmir, eyni zamanda bəşəri 
duyğular bu şeirdə güclüdür. Şairin fikrincə, insan faciəsinə səbəb olan amillərin 
insanlığa vurduğu yaralar, tarixin sınaqlarına məruz qalmışlar bu şəkildə öz əksini 
tapmalıdır. Burada humanist şair insan dözümünü, səbrini, mübarizliyini tərənnüm 
etməklə yanaşı, insana, insanlığa məhəbbətini lirik boyalarla verir. Fəlsəfi 
düşüncələrini, lirik duyğular üzərində kökləyən şair böyük sənətkarlıqla insan 
obrazını yaradır. O insan obrazını ki, bu insan obrazı arxasında dözümü, səbri, 
dəyanəti, insani duyğuları ilə bəşəriyyət tarixinə həkk olunmuş Nəsimilər, Cordano 
Brunolar, Xirosima faciələrini yaşayan insanlar durur. R. Rza bu şeirlərində təkcə bir 
xalqın deyil, bütün dünyada yaşayan insanların şairi kimi çıxış edir. Onun 
poeziyasında xəlqiliklə yanaşı bəşərilik də güclüdür.
Rəsul Rza sovet ideologiyasının hakim olduğu bir dövrdə öz sözünü deməyi 
bacaran, öz dəst-xətti olan şair idi. Onun şeirlərini oxuduqda biz onu, Xəlil Rza 
demişkən, “Yaponiyadan bəhs edən şeirlərini oxuyanda Rəsul Rzanı yapon şairi 
adlandırmaq istəyirsən. Dehlidə yaranmış misraların hərarətini duyanda sanırsan ki, 
qarşında Hind şairi dayanıb... Maraqlısı budur ki, bəşər şairi olmaq üçün ilkin şərt 
heç də uzun marşrutlu səyahətlərə çıxmaq deyil. Rəsul Rza birbaşa Bakıda, yaxud 
doğma Göyçayda qələmə aldığı misralarında da dürlü xalqların, millətlərin ən sağlam 
duyğularının, qızğın fikirlərinin tərcümanı kimi boy göstərə bilmışdır. Bu fikir onu 
deməyə əsas verir ki, “Bəşər şairi olmağın ilkin şərti öz xalqının şairi olmaqdır” .
[6,120] 
R.Rza xalqının şairi idi. Qorxmadan, çəkinmədən cəmiyyətdə hökm sürən 
hakim partiyanın hegemonçuluq siyasətinə, onun prinsiplərinə qarşı çıxırdı. Sənəti 
də, sənətkarı da azad görmək istəyirdi və bunu şeirlərində, əsərlərində açıq-aydın əks 
etdirirdi.
ƏDƏBİYYAT: 
1.Azərbaycan sovet ədəbiyyatı. Ali məktəblər üçün dərslik, Bakı, “Maarif”, 1988 
2.Müasir Azərbaycan ədəbiyyatı. Ali məktəblər üçün dərslik, II cild, Bakı, 2007 
3.Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə, I cild, Bakı, 1980 
4.Rəsul Rza. Seçilmiş əsərləri Beş cilddə, II cild, Bakı, 1980 
5.Rəsul Rza. “Üzü küləyə” Bakı, Yazıçı, 1978
6.Y.Qarayev, Ş.Salmanov “Poeziyada yaşanan həyat” Bakı, 1980


Filologiya məsələləri, № 5, 2021
– 292 –
Summary 
WORLD, LIFE, UNIVERSE AND NATURE IN THE RASUL RZA’S 
CREATIVITY
Doc.N.S.Hajiyeva
Rasul Rza is one of the prominent artists in the development of Azerbaijani 
literature. He has interesting, artistically strong, masterfully written works. R.Rza has 
created valuable works of art using the subtleties of our vocabulary, which is the 
greatest spiritual wealth of our people.Rasul Rza's work is rich in both content and 
artistic form. Khalil Rza Ulutürk, a lover of freedom and an ardent artist, wrote in 
"The Artist Who Speaks on behalf of Time": R. Rza's poetry is the poetry of thought. 
His poems inspire the reader to think, but also to think deeply, to think actively. 
Therefore, these poems require the reader to have a cultural level, artistic taste that 
comprehends the modern poetic style, and even a number of other qualities born of 
ordinary national consciousness. These poems were written not only for artistic 
pleasure, but, first of all, to bring up a new person, to cultivate those who have a 
heart for the homeland, the people and the people. ” According to the poet, a person 
should not reveal his love to anyone, "If a friend says a hundred words, a hundred 
secrets" and "keep the secret of love". Because this love is a broad concept in the 
eyes of the poet, it is not a single person, it is not the only lover. Therefore, the noble 
name of love must keep this precious love secret. Because the place where love 
decides is the heart, and as the poet himself said, "the heart is not a table, you open it 
to those who come and go." The poet appreciates pure love, in his opinion, he is a 
creature that does not stain, doubt and jealousy can kill love, so both the lover and 
the beloved must protect their love and happiness from the stains that may fall on 
him. Because it is a test in the eyes of a lyrical hero who loves both love and 
affection.In Rasul Rza's works, the free, calm, happy life of mankind, the Earth on 
which he saw the world, the events that took place here and a small part of it, the 
culture, literature, glorious history, human intelligence, human labor, development of 
world nations, peace , war, the poet's heartbeat, lyrical feelings, noble human feelings 
are in the foreground. 
Key words: 
world, life, universe, nature, Azerbaijani literature, art, spiritual 
wealth, vocabulary, works of art, poetic style, artistic taste, national consciousness
Доц. Н.С. Гаджиева 
Резюме 
МИР, ЖИЗНЬ, ВСЕЛЕННАЯ И ПРИРОДА В ТВОРЧЕСТВЕ 
РАСУЛА РЗЫ 
Расул Рза - один из выдающихся художников в развитии 
азербайджанской литературы. У него интересные, художественно сильные, 
мастерски написанные произведения, Р.Рза создал ценные произведения 


Filologiya məsələləri, № 5, 2021
– 293 –
искусства, используя тонкости нашей лексики, которая является величайшим 
духовным богатством нашего народа.Творчество Расула Рзы богато как по 
содержанию, так и по художественной форме. Халил Рза Улютюрк, 
свободолюбивый и страстный художник, писал в «Художнике, который 
говорит от имени времени»: Поэзия Р. Рзы - это поэзия мысли. Его стихи 
побуждают читателя задуматься, но также и глубоко задуматься, активно 
задуматься. Следовательно, эти стихи требуют от читателя культурного 
уровня, художественного вкуса, понимающего современный поэтический 
стиль, и даже ряда других качеств, рожденных обычным национальным 
сознанием. Эти стихи написаны не только для художественного удовольствия, 
но, в первую очередь, для того, чтобы воспитать нового человека, взрастить 
тех, кто любит Родину и народ ». По словам поэта, человек не должен никому 
раскрывать свою любовь и привязанность: «Если друг скажет сто слов, сто 
секретов» и «хранить секрет любви». Поскольку эта любовь - широкое понятие 
в глазах поэта, это не только один человек, это не только любовник. 
Следовательно, благородное имя любви должно хранить эту драгоценную 
любовь в тайне. Потому что место, где решает любовь, - это сердце, и, как 
сказал сам поэт, «сердце - это не стол, вы открываете его для тех, кто приходит 
и уходит». Поэт ценит чистую любовь, по его мнению, он существо, которое не 
пачкает, сомнения и ревность могут убить любовь, поэтому и влюбленный, и 
любимый должны защищать свою любовь и счастье от пятен, которые могут 
упасть на него. Потому что это испытание в глазах лирического героя, 
любящего и любовь, и ласку.В творчестве Расула Рзы - свободная, спокойная, 
счастливая жизнь человечества, Земля, на которой он видел мир, 
происходившие здесь события и небольшая ее часть, культура, литература, 
славная история, человеческий разум, человеческий труд, развитие народов 
мира, мир, война, биение сердца поэта, лирические чувства, благородные 
человеческие чувства - на первом плане.
Kлючевые слова:
Мир, жизнь, вселенная, природа, Азербайджанская 
литература, творчество, духовное сокровище, запас слов, поэтический стиль, 
художественное удоволь-ствие, национальное сознание 
Redaksiyaya daxil olma tarixi: 18.04.2021.
Çapa qəbul olunma tarixi: 08.05.2021
Rəyçi: dos. Axundova Nəzmiyə Məmməd q. 
tərəfindən çapa tövsiyə olunmuşdur


Filologiya məsələləri, № 5, 2021
– 294 –
QULİYEVA PƏRVANƏ ELMAR QIZI
Gəncə Dövlət Universiteti 
Heydər Əliyev prospekti, 156 
SƏMƏD VURĞUNUN POEZİYASINDA VƏTƏN MƏHƏBBƏTİ 
Açar sözləri:
yaradıcılıq, məhəbbət, Vətən, poeziya, xalq şairi, sənətkar, qəhrəman 
Ключевые слова:
творчество, любовь, Родина, поэзия, народный поэт, мастер, 
герой
Key words: 
creativity, love, homeland, poetry, folk poet, artist, hero 
Azərbaycan ədəbiyyatı tarixində xalq şairi, görkəmli dramaturq, istedadlı 
tərcüməçi, tənqidçi, ədəbiyyatşünas və publisist kimi ümumxalq məhəbbəti qazanmış 
Səməd Vurğun Yusif oğlu Vəkilov dahi sənətkardır. 
Xalq şairi Səməd Vurğunun zəngin poeziyasında vətən və xalq məhəbəttinin 
tərənnümü çox orijinal və təsirli verilir, insan qəlbini təlatümə gətirir, oxucuya bədii-
estetik zövq aşılayır. Dünya şöhrətli Səməd Vurğunun poeziyası misilsiz dərin 
dəryadır, gənc nəslin tükənməz tərbiyə xəzinəsi, elmi- nəzəri bilik mənbəyidir. 
Klassik ədəbiyyatımızda (M.F.Axundov, C.Məmmədquluzadə və 
Ə.Haqverdiyevin əsərlərində) əsas yeri məzlum, məhkum kəndli kütlələri tuturdusa, 
Səməd Vurğunun əsərlərində əsas yeri azadlıq və səadət yolunda vuruşan, yeni həyat 
quran, yeni dünya yaradan, mübariz ruhlu Bəxtiyar, Bəsti, Sarvan, Usta Murad kimi 
qəhrəmanlar tutur. Şairin 1944-1946-cı illərdə yazdığı «Bakının dastanı» poemasında 
Bakının inkişafında, qaynar və coşğun quruculuq həyatı keçirən fədakar əmək 
adamlarından, onların elm və mədəniyyət sahəsindəki nailiyyətlərindən bəhs olunur. 
«Zəncinin arzuları» poeması Səməd Vurğunun hələ 1930-cu illərdən bəri 
beynəlxalq mövzularda yazdığı, məzlum xalqların faşizmə, dünya imperializminə 
qarşı qurtuluş mübarizəsini təsvir və tərənnüm edən, sağlam, siyasi istiqamətli gözəl 
şerlər silsiləsinin («Mən də bir əsgər kimi», «Ölüm kürsüsü», «Rot-Front», 
«Yandırılan kitablar») davamı və inkişafı sayıla bilər. Bu əsər həmin silsilədəmühüm 
yer tutur. Çünki burada yalnız əsərin qəhrəmanı olan zənci və onun taleyi 
göstərilmir, eyni zamanda, ümumi irtica dünyası, imperializmin canavar təbiəti 
kəskin ifşa olunur. Zənci üzünü tərəqqipərvər bəşəriyyətə, azad xalqların 
nümayəndələrinə tutaraq dollar dünyasının zülm və işgəncələrindən acı-acı 
şikayətlənir: 
-Amerika, yeni dünya, vətənimdir, dedim bayaq,
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq.
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı?
Vətənsiz də insan olan insan kimi yaşayarım? [3, 241] 
Doğma vətəni zənciyə düşmən kəsilmişdir. «Hünəri dəniz qədər bir rəsam» 
olsa da, vətənində zəncini adam hesab eləyən yoxdur. 


Filologiya məsələləri, № 5, 2021
– 295 –
Zəncinin «haqq» deyən güclü səsi ümmanları, fəzaları yarıb keçir. Acı taleyini 
dərin həyacan və məhəbbətlə təsvir etdiyi zəncini şair bu gün qəti qurtuluş 
mübarizəsinə girişən müstəmləkə və yarımmüstəmləkə xalqlarının bir timsah kimi 
vermişdir. «Muğan» isə sürətli quruculuq illərinə, istehsalat həyatına həsr edilmiş iri 
həcmli poemadır. Səməd Vurğun burada adamların yaradıcı əli ilə dəyişən, 
yeniləşən, quru səhradan nəhəng sənaye və mədəniyyət ocağına çevrilən Muğanın 
müxtəsər, şairanə tarixçəsini verir. 
«Şəfəqlar içində sayrışan Muğan» azad və qüdrətli Vətənimizin gözəl və 
xoşbəxt bir parçasıdır. İnşaat qəhrəmanı Sarvanla tarla qəhrəmanı Manyanm yarışını 
təsvir edən səhnədə biz qüvvət və qüdrətin konkret təsvirini görürük. 
Səməd Vurğun «Odlar ölkəsi» Azərbaycanın maddi-mənəvi nemətlərinin əsl 
sahibinə, onları yaradan zəhmətkeşlərə verilməsini ilhamla tərənnüm edir, vətənə və 
xalqa böyük məhəbbəti alqışlayır. Bu yerlərin xalqımızın abad, bəxtiyar yurdu 
olmasını poetik sözün qüdrəti ilə vurğulayır: 
Gəl indi seyr elə Mil axşamını, 
Şirvanın, Muğanın ehtişamını! 
Şairin vermək istədiyi ictimai-siyasi məsələlər, dövrlər çox geniş və 
mürəkkəbdir. Əlbəttə, böyük məsələləri yığcam bir poemada vermək olduqca 
çətindir. Poemanın məzmun və ideyası, yüksək tərənnüm üslubu gözəl təsir 
bağışlayır. Səməd Vurğun yaradıcılığı iki böyük mənbədən: klassik yazılı ədəbiyyat 
və əsrlərin yol yoldaşı şifahi xalq yaradıcılığından qidalanmışdır. 
Səməd Vurğun saza-sözə ürəkdən vurğun şair idi. Böyük şair sazı, saz 
havacatlarını incəliyinə qədər duyurdu. Onun küpündə açılan deşiklərdə, hər 
simində, qoluna bağlanan pərdə düzümlərində, kök məqamlarında adamı əfsunlayan 
həzin melodiyaların incə pıçıltısı vardır. O gah Qorqud Dədə kimi alp - ərənlərə dar 
gündə dayaq olur, gah dərdli Kərəm kimi od tutub yanır, gah Koroğlu kimi dəli nərə 
çəkib hayqırır, yadelli sultanların, paşaların mətləb- muradını gözündə qoyur, dah da 
dədə Ələsgər kimi ağır-ağır el-obalar dolaşır, könülaçan min təranəli havalarla 
kəmərbəstə elat gözəllərinin, bənövşəyi bağlı oğlanların toy-nişanmda xeyir-dua 
verir. Şair el-obanı gəzir, elat düşərgəsində qonaq qalır, tərlan oylaqlarını, üalçm 
qayalarını seyr edir, ürəkaçan loğman yaylaqları dolaşır, özünü ellər aşığına 
bənzədir: 
...Hanı at sürdüyüm boranda, qarda? 
Gəzdim aşıq kimi minbir diyarda !
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü. 
Səməd Vurğunun zəngin irsində aşıq poeziyasına dərin məhəbbət poetik 
ifadəsini tapmışdır. Nikbin şair Səməd Vurğun həmişə Telli saz ustalarını böyük 
hörmət və məhəbbətlə qarşılamış, dostu Hüseyn Bozalqanlı ilə deyişmişdir. Şairin 
Aşıq Şəmşir ilə deyişməsi dillər əzbəri olmuşdur. Səməd Vurğun ilhamla demişdir 
ki, «şairin qələmi, aşığın sazı, bülbülü mat qoyan dillər bizdədir. 


Filologiya məsələləri, № 5, 2021
– 296 –
Səməd Vurğun elinə bağlı sənətkardır. O, həmişə zəngin xalq xəzinəsinə 
ehtiramla yanaşan, onun tlplanması, alimlərimizin üzərində ciddi elmi axtarışlar 
aparılması üçün narahat şair-vətəndaş idi. 
«Azərbaycan elmi tarixini yaradan» adlı məqaləsi bu baxımdan diqqəti cəlb 
edir: «Azərbaycan xalqının şərəfli keçmişi vardır və o, ən qədim, ən mədəni xalqlar 
sırasına daxildir. Azərbaycan xalqının mədəniyyəti tarixin ауп-ауп mərhələlərində 
bütün Şərqdə ən qabaqcıl və ən mütərəqqi mədəniyyət olmuşdur. Azərbaycan 
poeziyası, onun zəngin musiqisi əsrlər boyunca yaranıb inkişaf etmişdir... 
Ölməz xalq əfsanələri, Azərbaycan aşıqlarının nəğmələri və onların xalq 
bahadırları haqqında yaratdıqları qəhrəmanlıq epopeyaları, bizim sədaqət və 
məhəbbət haqqında olan məşhur dastanlarımız əsrlər boyu bir çox xalqlar dillərinin 
əzbəri olmuşdur» - deyən müdrik şairimiz heç şübhəsiz, «Kitabi-Dədə Qorqud», 
«Əsli-Kərəm», «Aşıq Qərib», «Şah İsmayıl», «Tahir-Zöhrə», «Novruz- Qəndab», 
«Koroğlu» kimi Orta Asiyada, Zaqafqaziyada, Şimali Qafqazda, Türkiyədə, İranda, 
Bolqarıstanda və başqa yerlərdə dolaşan səyyar mövzulu dastanlarımıza işarə edirdi. 
Səməd Vurğun haqlı olaraq ürək ağrısı ilə təəssüflənir ki, «Azərbaycan xalqının 
düşmənləri xalqımızın milli istiqlaliyyətini inkar edir və Azərbaycanın, əsrlər 
boyunca xalqımızın yaratdığı bütün yaxşı şeyləri başqa xalqların adma yazırdılar». 
[1, 183] 
Xalq şairi hələ 1939-cu ildə «Xalqın bədii qüdrəti» adlı məqaləsində 
Koroğlunun şəxsiyyətindən bəhs edəndə yazırdı: «Eposun qəhrəmanları canlı, real 
insanlardır. Lakin bu insanlar bəzən xalq fantaziyasının əfsanəvi örtüyünə bürünür. 
Bu qəhrəmanlar torpaq, əmək, əkinçi, xalq ilə çox möhkəm bağlanmışdır. Eposun 
qəhrəmanları bədkümanlıqdan, şöhrətpərəstlikdən və eqoizmdçn uzaqdırlar. Onlar 
xalq yolunda, onun azadlığı və xoşbəxtliyi yolunda mərdliklə və şərəflə özlərini 
qurban verirlər. Xalqın xatirəsində, xalq xülyasının qüdrətli incilərində həmin bu cür 
qəhrəmanlar əsrlərlə yaşamışdır. Xalq bu qəhrəmanların gözəl xatirəsi ilə yaşayır, 
onların şərəfli həyatından azadlıq uğrunda mübarizəsi üçün ilham alır, onları sevir və 
həmişə yad edir, bu cəhəti bütün xalqların nağılları, qəhrəmanlıq eposları çox aydın 
göstərir... Eposun əsasında xalq işi uğrunda özünü qurban vermək kimi bir ideya 
durur.... Koroğlu da öz həyatını Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti 
uğrunda qurban vermişdir». 
Səməd Vurğunun 1944-cü ildə yazdığı «Dörd söz» fəlsəfi şerində hərəsi bir 
sözlə ifadə olunan dörd varlıq: Məhəbbət, səadət, Vətən və zəfər müəyyən canlı 
sifətlərlə canlandırılmış, şairanə mənalandırılmışdır. 
MƏHƏBBƏT 
- müqəddəs bir pəridir. Eşq onun əməlləridir ki, qəlblərlə yaşar 
və bizi öz ipək teli, zərif qanadlarında səmanın fövqünə qaldırır. 
SƏADƏT - 
yaz səhəridir. O doğarkən xəyalda yeni bir kainat açır, nəsillər 
olnu cahanda bir tale ulduzu kimi izləyir. Onun dodaqları saf və məsumdur. 
VƏTƏN - 
anadır. O bizə döyüşlərindən süd verir. Torpağı-həyat nemətidir. 
Onun nəfəsi insana böyük ilhamlar bəxş edir. 


Filologiya məsələləri, № 5, 2021
– 297 –
ZƏFƏR - 
Günəşdən ucadır onun bayrağı! Onunla gəncləşir Vətən torpağı, 
Zəfər-səadətin anasıdır. Onun qollannda elin nəbzi vurur. Görkəmindəki vüqar ondan 
yaranır. 
Gənc polyak qızları, cəlinləri, ağ saqqallı, ağ birçəkli vrotslavlı ata-analar bu 
abidəyə salama gəlir, azərbaycanlı «yoldaş İslam» hörmətlə yad edirlər... 
İnsana, insanlığa məhəbbət, insan ləyaqətinə hörmət, humanizmi Səməd 
Vurğunun şerini mənalandıran, qanadlandıran mühüm məziyyətlərdəndir. 
Səməd Vurğunun nəzərində həqiqi, mütərəqqi şer, sənət də əsas mahiyyəti 
etibarilə insanpərvərlikdir. O deyirdi ki, «şer humanizmdir. Şairin insanlara, ictimai 
hadisələrə olan baxışlarında dərin bir humanizm olmadan böyük sənət əsəri yaratmaq 
olmaz. İnsanı sevməyi bacaran bir şair insanlıq hüquqlarını tapdalamaq istəyən qara 
qüvvələrə nifrət etməyə bilməz. Buna görə də şer pərisi bütün haqsızlığa, dəhşətlər, 
faciələr törədən qara qüvvələrə qarşı amansız və barışmazdır». 
Beləliklə, «Humanizm yalnız məhəbbət deyil, o eyni zamanda məhəbbəti 
yaşatmaq üçün cəbhələrdə döyüşən müsəlləh bir əsgərdir». 
Şairin böyük Vətən müharibəsinin başlanmasının ilk günündə yazmışdır: 
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən 
Şairin nəzərində insan təbiətin ən mükəmməl əsəridir: 
Ah ana təbiət, ana təbiət,
Ən böyük övladın insandır gerçək. 
İnsanın böyüklüyü daşıdığı yüksək əməllərdə, böyük ictimai, bəşəri ideallardır. 
Bu şerdə tərənnüm edilən «təbiətin ən böyük övladı», zəhmətkeş bəşərin səadəti 
üçün çarpışan, quran, yaradan, bütün millətlərin zəhmətkeşlərinin azadlıq və 
istiqlaliyyətini eyni dərəcədə əziz tutan tərəqqipərvər insandır: 
Tarixin günəşi insandır, insan,
İnsanla başlanır hər böyük dastan.
İnsan yaranmışdır dünyaya zinət,
İnsanla bəzənir bütün təbiət. 
Şair insan ləyaqətini, qəhrəmanlıq, fədakarlıq, cəsarət və hünərin parlaq 
nümunələrini vətənin, elin səadəti üçün çalışan, yaradan sadə adamların sırasında 
tapır. Fəhlə usta Murad, təyyarəçi qız Leyla, ağ pambığı becərməkdə ad qazanan 
Bəsti, yeni şəhər yaradan qoçaq Sarvan, elmin tərəqqisi uğrunda çalışan ağ saçlı 
alimlər, dənizlər yolçusu kapitanlar, yer altında, şaxtalarda külüng vuran qazmaçılar, 
buruq qurub neft çıxaran, kanallar çəkən, ilanlı çöllərdə ağ pambıq əkən zərbəçilər, 
ana vətənin keşiyində duran xilaskar döyüşçülər, mehriban şəfqət bacılan, 
azərbaycanlı, rus, ukraynalı partizanlar, məktəblərdə, uşaq bağçası və ökrpə 
evlərində yeni nəslin tərbiyəsi ilə məşğul olan müəllim və mürəbbiyələr, «yaz günəşi 
saçlannı düzə yayında yer şumlayıb toxum səpən» qoca ata-analar, qabarlı əllər, açıq 
alınlar, sağlam, polad ürəklər Səməd Vurğun poeziyasının coşğun, qaynar ilham 
mənbəyidir. 


Filologiya məsələləri, № 5, 2021
– 298 –
Səməd Vurğun gənc nəsli «sinəsi qabarmış namuslu vətənpərvər qocanı» 
qorumağa, onun qeydinə qalmağa çağırır: 
Ana yurdun qız-gəlini, yuyun, qurudun
O qocanın əynindəki tərli köynəyi.
Şöhrətidir, vüqarıdır o bizim yurdun,
Yazılmamış bir dünyadır onun ürəyi... 
İnsanın təbiət üzərində qələbəsi, «çiçəkli lənkəran», «ceyranlı Muğan», 
«çörəkli Kürdəmir» və bunları yarada sadə insan əməyi Səməd Vurğun şerinin 
məzmunlu mövzuları, predmetləri, azad əməyin estetikasıdır. 
Şair Azərbaycan təbiətini «şair təbiətli sənət ocağı» adlandırır. Vətənin 
füsunkar, təbii gözəllikləri, fitri incəlikləri, duma gözlü bulaqlar, ala gözlü gündüzlər, 
ceyranlı, turaclı çöllər, göylərə baş çəkən sıra dağlar, göy yaylaqlar, sərin, yaşıl 
meşələr, körpə bənövşələr, yaşıl don geyinmiş çəmənlər, ətirlər qoxuyan güllər, 
xəstələrə can verən rəngarəng otlar, bol taxıl verən qara torpaq, şərqilər oxuyan 
xınalı kəklik, güllərin başına dolanan bülbüllər, göylərə baş çəkən qəlbi qartallı 
dağlar, bunlar hamısı Səməd Vurğun şerinin vətən eşqilə uçub qanadlanan 
epitetləridir. 
Şairin nəzərində, təbiəti gözəlləşdirən-insanın gözəlləşməsidir: 
Ölsün dedik hər möhnətə, 
Qanad verdik təbiətə,
Hər qapıda bir bağ salaq:
Hörmət olsun təbiətə. [2,89] 
Elin mənəvi təkəmülü, tərəqqiyə mane olan köhnə etiqad və ənənələrdən 
uzaqlaşması, məişətdə, şüurlarda, dünyabaxışmda əmələ gələn yenilik, fikirlər, 
duyğular və əxlaqın dəyişməsi, təzələnməsi, yeni ailə münasibətlərinin yaranması, 
Humay, Cəlal, şahbaz, Səhər kimi yeni insanların münasibətlərində vətəndaşların 
gözəlləşdirilməsi, «Aydın əfsanəsi» və «Aygün» əsərlərində təbliğ edilən ideal əxlaqi 
təmizlik, nəciblik Səməd Vurğunun sənətini qanadlandıran xüsusiyyətlərdir. 
Vətəni, xalqı, ən yüksək insani hissləri, namus-qeyrət və vicdanı ayaqlar altına 
atmağa həmişə hazır olan vətənsiz insanlar, «vətəndaş, xalqdan ayrılan şərəfsizlər», 
gündə bir cildə girən kinli gözlər, hiyləgər izlər şairin düşmənləridir. 
Şairin nəzərindən «bizimlə getməyən, fəqət sürünən», sadəlik, təvazökarlıq, 
ictimailik, xəlqilik kimi gözəl insani sifətlərə yabançı olan fərdiyyətçi xudpəsəndlər 
də qaça bilmir. O belələrini yaşamaq, yaytmaq, gülmək, sevinmək zövqündən 
məhrum, «insandan küsüb vətən torpağı ilə vidalaşan», ən bədbəxt, ən miskin 
adamlar hesab edir. Xubpəsəndlik Səməd Vurğunun şerində «Çirkin keçmişin son 
vüqarı» adlandırılır və kəskin bir məntiqdə dəhşətli surətdə ittiham edilir. 
Xudpəsəndlik çoxlarını yıxdı, ey insan,
Bu dərd ilə tez qocalar bəzən ürəklər. 
Dağ olsan da, sən dağlara arxalanmasan,
Parça-parça sovuracaq səni küləklər! 


Filologiya məsələləri, № 5, 2021
– 299 –
Səməd Vurğun yazır: 
Gözəl vətən, gözəl ana! 
Sən çıraqsan, mən pərvana.
Döşlərindən süd əmmişəm,
Qurban olsun ömrüm sana! [4, 207] 
Şairin şerində «anam, doğma vətənim» deyə tərənnüm edilən Azərbaycan 
ağsaçlı bir millətin qədim, doğma vətənidir. Bu vətənin övladları böyük bir keçmişə, 
«nəsillərdən-nəsillərə keçən şöhrətə» malik, yaşamağa, yaratmağa qalib, azadlıq 
sevən, hamı millətlərin istiqlaliyyətini öz istiqlaliyyəti qədər əziz tutan xalqlardan 
biridir. Bu torpağın hər daşında şöhrətli igidlərin, bəşər mədəniyyətinin inkişafına 
dəyərli xidmətlər göstərən fikir qəhrəmanlarının adı vardır: 
Sən də bilirsən ki, əzəldən bəri 
Dahilər yurdudur ana vətənim, 
Safdır, müqəddəsdir saf əməlləri. 
Bu böyük səadət haqqımdır mənim. 
Azərbaycan Səməd Vurğunun şerində Şərqə bir nümunədir. İndi Azərbaycanın 
var-dövləti, sərvəti artmış, iqtisadi-mədəni həyatı kökündən dəyişmiş, çörək dərdi, 
hüquq dərdi həmişəlik sürgünə göndərilmişdir. Respublikanın sərvəti, təbii gözəlliyi, 
azad zəhmətdən doğan ümumxalq sevincinin və vətənə, xalqa olan sonsuz 
məhəbbətin tərənnümü «Azərbaycan» şerində gözəl verilir: 
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məsgənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 
Səməd Vurğunun Azərbaycana həsr etdiyi şerlər Azərbaycan xalqının 
mehriban ailəsində qazandığı böyük siyasi hüququn bədii tərənnümüdür. 
Səməd Vurğunun müasir Azərbaycana məhəbbəti misilsizdir, müasir 
Azərbaycan şairin poeziyasının baş qəhrəmanıdır. Alovlu siyasi publisist Səməd 
Vurğunun vətənpərvərlik, humanizmi, xalqlar dostluğu, gənc nəslin müasir ruhda 
tərbiyəsi haqqında, Böyük Vətən müharibəsi və müharibə qərhəmanlan haqqında, 
eləcə də müstəmləkə və yarımmüstəmləkə xalqlarının azadlıq, milli istiqlaliyyət, sülh 
və demokratiya uğrunda, faşizm taunu, imperialist əsarətinə qarşı mübarizəsi 
haqqında məqalələri, məruzə və nitqləri siyasi publisistikanın ən yaxşı 
nümunələridir. 
Xalq şairi Səməd Vurğunun zəngin bədii irsi və şərəfli ömür salnaməsi gənc 
nəslin təlim-tərbiyə, bədii-estetik zövq və yüksək əxlaqi keyfiyyətlər xəzinəsidir.
Ədəbiyyat:
1.
Məmməd Cəfər. Səməd Vurğun. Bakı, 1976. 
2.
Bəxtiyar Vahabzadə. Səməd Vurğun. Bakı, 1984. 


Filologiya məsələləri, № 5, 2021
– 300 –
3.
Səməd Vurğun. Əsərləri, altı cilddə. Bakı, 1960-1972. 
4.
Teymur Əhmədov. Azərbaycan yazıçıları. Bakı, 1995. 
5.
Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsaslan. Bakı, 1988. 
6.
Xülasə 
SƏMƏD VURĞUNUN POEZİYASINDA VƏTƏN MƏHƏBBƏTİ 
b.m.P.E.Quliyeva 
Səməd Vurğunun ədəbi-bədii irsi tam mənada öyrənilməmiş, şairin zəngin 
arxivi tarixilik və elmilik prinsipləri əsasında tədqiq olunmamışdır. Səməd Vurğunun 
vəfatından əlli ilə yaxın bir müddət keçməsinə baxmayaraq, şairin zəngin ədəbi-bədii 
irsi ildən-ilə daha çox doğmalaşır, poeziyasmdakı sadəlik, dərinlik, müdriklik 
oxucuya gözəl təsir bağışlayır, ona qol-qanad verir. Səməd Vurğun sənətinin gücünü, 
qüdrətini, qüvvəsini mənsub olduğu xalqın həyatına, məişətinə, folkloruna, bir sözlə 
kökünə bağlılıq təşkil edir. Şair xalqını, vətənini sevir, özünü xalqın bir parçası, 
Vətən torpağının bir üzvü bilir, bununla fəxr edirdi.Səməd Vurğunu zəmanəsinin 
böyük və dahi sənətkarı edən əsas amillər onun sənətinin xalq torpağından boy 
atması və əsrin ən qabaqcıl ideyalarından bəhrələnməsidir. Səməd Vurğun 
poeziyasında Vətən və xalq məhəbbəti həmişə ilhamla tərənnüm olunmuşdur. Səməd 
Vurğun poeziyasının ən böyük məziyyətləri barə-
də söz açarkən öncə vətəndaşlıq nümunəsi, vətənpərvərlik duyğuları yada 
düşür. Səməd Vurğun böyük ideallar, xalq ruhunun tərcümanı olaraq bəşəri 
ideyalar şairi idi. Şeir – sənət aləminə acılı, şirinli məhəbbət motivləri ilə gələn 
şairin yaradıcılığında ilk böyük dönüş “Azərbaycan” oldu. Bu şeir Səməd Vurğunun 
Vətənə məhəbbətinin etirafı idi. Vətən haqqında deyilmiş ən gözəl himn kimi 
səslənən bu şeirdəki “Ayrılarmı könül candan?” kimlərəsə ünvanlanmış ritorik sual 
deyil, şairlə Vətən arasında əhdi – peyman idi. Azərbaycan Vurğuna qədər heç bir 
şeirdə bu qədər bütöv, bu qədər tam olmamışdır. Bu şeiri əzbərdən bilməyən 
azərbaycanlı tapılmaz. Bu şeir adi şeir deyil, nəğmədir, xalqın adından deyilmiş 
himndir. 
Summary 
LOVE OF THE HOMELAND IN SAMAD VURGUN'S POETRY 
Hd.tch.P.E.Guliyeva 
The literary and artistic heritage of Samad Vurgun has not been fully studied, 
the rich archive of the poet has not been studied on the basis of historical and 
scientific principles. Despite the fact that almost fifty years have passed since the 
death of Samad Vurgun, the rich literary and artistic heritage of the poet is becoming 
more and more native, the simplicity, depth and wisdom in poetry make a wonderful 
impression on the reader. The strength, power and power of Samad Vurgun's art is 


Filologiya məsələləri, № 5, 2021
– 301 –
connected with the life, life, folklore, in a word, its roots. The poet loved his people 
and homeland, considered himself a part of the people, a member of the Motherland, 
and was proud of it.The main factors that make Samad Vurgun a great and genius 
artist of his time are the fact that his art grew out of the land of the people and 
benefited from the most advanced ideas of the century. In Samad Vurgun's poetry, 
the love of the Motherland and the people has always been glorified with inspiration. 
When talking about the greatest merits of Samad Vurgun's poetry, first of all, the 
example of citizenship, feelings of patriotism come to mind.Samad Vurgun was a 
poet of great ideals, human ideas as a translator of the people's spirit. The first great 
turning point in the work of the poet, who came to the world of poetry with the 
motives of bitter and sweet love, was "Azerbaijan". This poem was a confession of 
Samad Vurgun's love for the Motherland. In this poem, which sounds like the most 
beautiful anthem about the homeland, "Are the hearts separated from the soul?" It 
was not a rhetorical question addressed to anyone, but a covenant between the poet 
and the Motherland. Before Azerbaijan Vurgun, no poem was so complete, so 
complete. There is no Azerbaijani who does not know this poem by heart. This poem 
is not an ordinary poem, but a song, an anthem sung on behalf of the people. 
Резюме 
ЛЮБОВЬ К РОДИНЕ В ПОЭЗИИ САМЕДА ВУРГУНА 
Ст.пр.П.Е.Кулиева 
Литературно-художественное наследие Самеда Вургуна изучено не до 
конца, богатый архив поэта не изучен на основе исторических и научных 
принципов. Несмотря на то, что со дня смерти Самеда Вургуна прошло почти 
пятьдесят лет, богатое литературное и художественное наследие поэта 
становится все более родным, простота, глубина и мудрость поэзии производят 
на читателя прекрасное впечатление. Сила, мощь и мощь искусства Самеда 
Вургуна связано с жизнью, бытом, фольклором, словом, его корнями народа, 
которому оно принадлежит. Поэт любил свой народ и Родину, считал себя 
Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə