Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
#17935
1   2   3   4   5   6   7   8   9   ...   13

 

11 


Rusiyada gedən ictimai-siyasi proseslər zəminində yaranmış 

istiqlaliyyət  savaşından  müvəffəqiyyətlə  çıxan  Azərbaycan 

xalqının ilk müstəqillik dövrdür.  

    -Azərbaycanın  dövlətçilik  tarixində  ilk  dəfə  müstəqil 

demokratik,  hüquqi  və  dünyəvi  dövlət  yaranmışdır.  Maarif 

və  mədəniyyət  sahəsində  ciddi  tədbirlər  həyata  keçirilmiş, 

Azərbaycan Xalq Maarif Nazirliyi təsis edilmiş, təhsilin ana 

dilində  aparılmasına  başlanmış,  məktəblərdə  rus  tarixi 

əvəzinə  ümumtürk  tarixi  tədris  edilmiş,  pedaqoji  kadrlar 

hazırlamaq üçün pedaqoji kurslar təşkil edilmişdi. Bu dördə 

ilk  xalq  maarif  naziri  Nəsib  bəy  Yusifbəyli  təyin 

olunmuşdur. 

-  Azərbaycan  Demokratik  Respublikasının  təhsil 

siyasəti Azərbaycanda savadsızlığı ləğv etmək, Avropa tipli 

dünyəvi  məktəblər  şəbəkəsi  yaratmaq,  orta  və  ali  təhsilli 

milli kadrlar yetişdirmək məqsədi güdürdü. Bu proqrama ilk 

tədbirlər  kimi  milli  pedaqoji  kadrlar  hazırlamaq  üçün 

Azərbaycanın  bir  sıra  şəhərlərində  kişi  və  qadın 

seminariyalarının,  pedaqoji  kursların,  pedaqoji  məktəblərin 

açılması, Bakı Dövlət Universitetinin yaradılması daxil idi.  

ADR  dövründə  pedaqoji    kadrların  hazırlanması 

məqsədilə  müxtəlif  regionlarda  6  kişi,  4  qadın  pedaqoji 

məktəbi, 7 kişi və 1 qadın seminariyası açılmışdı. Ali təhsil 

almaq üçün xaricə 100 nəfər azərbaycanlı gənc göndərilmiş 

və  1919-cu  ildə    Bakı  Dövlət  Universitetinin  əsası 

qoyulmuşdur  ki,  burada  da  müxtəlif  elmi  kadrlar 

hazırlanması  ilə  bərabər  həm  də  pedaqoji  kadrlar 

hazırlanırdı.  

-  Bakıda  Universitetin  açılması  Azərbaycanda,  İslam 

və  Türk  dünyasında  tarixi  hadisə,  Azərbaycanın  Avropaya 

və  dünyaya  tanıdılmasının,  Şərq  və  Qərb  sivilizasiyalarının 

inteqrasiyasının qüdrətli vasitəsidir. 

    -  Tələbə  belə  qənaətə  gəlməlidir  ki,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  fəaliyyət  göstərdiyi  23  ay    ərzində  bütün 




 

12 


çətinliklərə  baxmayaraq  xalq  maarifinin  yenidən  təşkili 

sahəsində xeyli iş görülmüşdür.   

       -Tələbələr 1920-ci ilin aprelindən sonrakı dövrdə, Sovet 

hakimiyyətinin mövcudluğu illərində Azərbaycanda təhsilin 

inkişaf  istiqamətləri  ilə  bağlı  uğurlara  və  çatışmazlıqlara 

ədalətli,  obyektiv  qiymət  verməyi  bacarmalıdır,  bu  dövrə 

təhlil verərkən Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi 

ilə  söylədiklərini  unutmamalıdır:”Bu  təhsil  sisteminin  nə 



qədər  dəyərli  olduğunu  ondan  görmək  olar  ki, 

Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə 

malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil 

edir.  Əgər  bunlar  olmasaydı,  Azərbaycanın  iqtisadiyyatı 

belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi 

Azərbaycanı  müstəqil  dövlət  kimi  idarə  edə  bilməzdik. 

Onları  qiymətləndirmək  lazımdır  və  on  illərlə  əldə 

etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”. 

     -Tələbələr  Azərbaycanda  məktəbəqədər,  ümumi  orta, 

peşə,  orta  ixtisas  və  ali  təhsil  sahəsində  Heydər  Əliyevin 

uzaqgörən, 

müdrik 

siyasətinin 



zamanına 

adekvat 


xüsusiyyətlərini anlamalı və şərhini verməyi bacarmalıdır; 

     -1991-ci  ildən  başlayaraq  təhsilin  ayrı-ayrı  sahələrinin 

inkişafı ilə bağlı real vəziyyəti təhlil etməyi bacarmalı, təhsil 

infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, 

təhsilin məzmununun yeniləşdirilməsi və buna müvafiq yeni 

dərslik 


siyasətinin 

aparılması, 

təhsil 

alanların 



nailiyyətlərinin  qiymətləndirilməsi  üzrə  yeni  model  və 

mexanizmlərin  tətbiqi,  əmək  bazarının  tələbatına  uyğun 

kadr  hazırlığı  və  təminatının  yaxşılaşdırılması,  təhsil 

müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları 

ilə 

təmin 


edilməsi 

və 


təhsil 

sisteminin 

informasiyalaşdırılması,  istedadlı  uşaqların  inkişafı,  xüsusi 

qayğıya  ehtiyacı  olan  uşaqların  təhsilinin  təşkili, 

məktəbəqədər  təhsil-tərbiyə  işinin  və  peşə  təhsilinin 

yeniləşdirilməsi, xaricdə təhsil və s. istiqamətlər üzrə həyata 




 

13 


keçirilən  layihə  və  proqramları  qiymətləndirə  bilməlidir; 

müstəqillik illərində Azərbaycanda təhsilin inkişaf  tarixinin 

elmi  mənbələrdə  şərti  olaraq  üç  mərhələyə  ayrılmasından 

xəbərdar    olmalıdır:  birinci  mərhələni  təhsil  sisteminin 

tənəzzülü, 

sovet 


hakimiyyəti 

illərində 

qazanılmış 

nailiyyətlərdən, mütərəqqi ənənələrdən imtina edilməsi, həm 

də  təhsil  tarixinə  milli  ideyaların  təhsil  sisteminə 

gətirilməsinin başlanğıc  dövrü, ikinci mərhələni sabitləşmə 

meyllərinin  təhsilin  inkişafına  da  nüfuz  etməsi,  milli  təhsil 

quruculuğu  sahəsində  ilk  addımların  atılması,  dövlətin 

təhsilə  diqqətinin  artması,  mütərəqqi  və  inkişafyönümlü 

qərarların  qəbul  edilməsi,  təhsilin  keyfiyyətinə  nəzarətin 

güclənməsi,  beynəlxalq  əlaqələrin  intensivləşməsi,  təhsilə 

investisiya qoyuluşuna başlanması dövrü,  üçüncü mərhələni  

təhsil  sistemində  köklü  islahatlar  dövrü  kimi  interpretasiya 

etməyi bacarmalıdır;  

     -Tələbə izah etməyi bacarmalıdır ki, Azərbaycanda təhsil 

sahəsində 

islahatların 

daha 


səmərəli 

aparılması 

qanunvericilik bazasının təkmilləşdirilməsi, Təhsil Qanunun  

mövcudluğu ilə şərtlənir; 2009-cu ildə qəbul olunmuş Təhsil 

Qanunu  öz  üstün  məziyyətləri  ilə  dəyərlidir,  məhz    bu 

Qanununun  icrası  ilə  əlaqədar  40-dan  çox  adda    hüquqi  –

normativ  sənəd  hazırlanıb  qüvvəyə  minmişdir.  Daha  sonra 

Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il,  29 

dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 

–gələcəyə  baxış”  inkişaf  Konsepsiyası”,    Azərbaycan 

təhsilinin 

inkişafında    mühüm  dövlət  sənədidir.   

“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət 

Strategiyası  (24  oktyabr,  2013-cü  il)  ölkə  Prezidentinin 

sərəncamı  təhsilimizin  inkişafının  metodoloji  əsası  hesab 

edilir.   

    -  Tələbə  hər  sahədə  olduğu  kimi,  təhsil  sahəsində  də  

Milli  Lider  Heydər  Əliyev  kursunu  Prezident  İlham  Əliyev  

uğurlu yaradıcılıqla davam etdirdiyini, hazırda “Azərbaycan 



Yüklə 369,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə