Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

39 

 

arasındakı  ittifaqı xeyli sarsıtmağa nail ola bilmişdilər.  İbrahimxəlil xanın bir qədər 



sonra Naxçıvana təkbaşına etdiyi yürüş bir daha bunu sübut edir. Halbuki razılığa 

əsasən bu yürüşdə II İrakli də iştirak etməli idi. 

Türkiyə sultanının Cənubi Qafqaz müsəlmanlarının işlərinə qarışması, 

Azərbaycana sahib olmağa çalışan Əlimurad xanda narazılıq doğurmuşdu. Özünü bütün 

Azərbaycanın «sahibi» hesab edən  Əlimurad xan sultanın hansı  əsaslarla fərmanlar 

göndərərək Azərbaycanda çaxnaşma yaratdığını aydınlaşdırmaq üçün Türkiyəyə adam 

yolladı.  İranla aranı vurmamaq naminə Türkiyə demişdi: «... Gürcüstanı tutmuş rus 

ordusunun digər yerlərə yayılmasının qarşısını almaq üçün, dinbir qardaşlarımıza — 

Azərbaycan xalqına ehtiyatlı olmağı məsləhət görmüşük»

18



Rusiya dövlətinin köməyi ilə  İran taxtına sahib olmağa çalışan  Əlimurad xan 

Türkiyəyə bildirdi ki, çar İraklinin gözəl niyyətlərinə əmindir və Rusiya tərəfindən heç 

bir qorxu gözləmir. 

Türkiyə sultanı bilirdi ki, Əlimurad xan Zənd Rusiya hökuməti ilə danışıqlar 

aparır, ona görə  də çalışırdı ki, İranla Rusiya arasında hər hansı ittifaqın yaranmasına 

mane olsun. Bununla yanaşı, Türkiyə hökumətin İranla «dostluq» münasibəti yaratmaq 

məqsədi ilə belə bir diplomatik addım da atdı. Sultan «... Bağdadda dağıdılmış  İran 

məscidinin bərpa olunmasına icazə verməklə bərabər, digər tikililərin də bərpa olunması 

üçün dörd min tümən (40.000 manat) pul ayırdı»

19

. Türkiyə sultanı Rusiya ilə 



müharibədəki məğlubiyyətindən sonra (1774), ikinci dəfə Rusiyaya qarşı müharibəyə 

girişməyə cəsarət etməsə də, Əlimurad xana və Azərbaycan xanlarına Rusiya əleyhinə 

qızışdırıcı  məktublar göndərməkdən də  əl çəkmədi. Həmin məktublarda o, «din 

qardaşlarını» inandırmağa çalışırdı ki, «... rus ordusu İran üzərinə  gəlir ...», «Rusiya 

əraziləri  ələ keçirməyə çalışır, ancaq müqavilə olduğu (Kiçik Qaynarçay müqaviləsi 

nəzərdə tutulur — red.) üçün biz onlara qarşı çıxa bilmirik, lakin nə qədər pul lazım olsa 

verə bilərik»

20



Türkiyə agentlərinin Azərbaycanda fəaliyyət göstərdikləri bir vaxtda Naxçıvan 

feodallarından  Şükürəli xanın oğlu Qara bəy Naxçıvan xanlığında öz tərəfdarlarını 

ətrafına toplayaraq «... Hacı Dəmir və Cari qalalarını ələ keçirdi. Bu qalalar Naxçıvanın 

20 verstliyində olan möhkəmləndirilmiş qalalardan ibarət idi»

21

. Cəfərqulu xanın 



hakimiyyətindən narazı olan Qara bəy, İrəvanda məskunlaşmış Abbasqulu xanın yanına 

çapar göndərərək ona bu barədə xəbər verdi. Bu xəbərdən sevinən Abbasqulu xan Qara 

bəyin dəstəsilə birləşməyə tələsdi. Abbasqulu xan həmçinin, irəvanlı Hüseynəli xandan 

xahiş etdi ki, o da təxirə salmadan öz qoşunları ilə onun köməyinə gəlsin. 

Abbasqulu xanın yaxınlaşdığını eşidən Cəfərqulu xan Naxçıvanı tərk edərək Xoy 

xanlığına qaçmağa məcbur oldu. Naxçıvan taxtının sahibsiz qalmasından və hakim 

dairələrdəki qarışıqlıqdan istifadə edərək nüfuz

[55-56]


lu Naxçıvan feodallarından biri 

olan Şükürəli xan 1785-ci ildə hakimiyyəti öz əlinə keçirdi. 

Naxçıvanda  Şükürəli xanın hakimiyyəti haqqında Mərkəzi Dövlət Hərbi Tarixi 

Arxivdə (Moskva) hifz olunan 17 fevral 1785-ci il tarixli sənəddən başqa hələlik digər 

                                                            

18

 Yenədə orada. VI 



19

 Yenədə orada. VI 

20

 MDHTA, IV hissə, vərəqə15 



21

 Yenədə orada, vərəq 15 




40 

 

sənəd  əldə edilməmişdir.  Şükürəli xan hakimiyyətdə uzun müddət qala bilmədi.  İki 



ildən sonra o, Cəfərqulu xan tərəfindən devrildi. 

Cəfərqulu xan yenidən Naxçıvan xanlığında hakimiyyəti  ələ keçirdiyi zaman 

Abbasqulu xan Naxçıvan taxtını özünə qaytarmaq məqsədi ilə  dəfələrlə gah qarabağlı 

İbrahimxəlil xana, gah II İrakliyə, gah da Rusiyanın Qafqazdakı  hərbi dairələrinə 

müraciət edirdi. 

Azərbaycan xanlıqları ilə münasibətləri pozmamaq xatirinə II İrakli hətta 

Naxçıvan xanlığının Cəfərqulu xanla Abbasqulu xan arasında Xoy xanı  Əhməd xanın 

vasitəçiliyini iki yerə bölünməsini təklif etdi. 

Azərbaycan xanlıqlarına gəldikdə isə, bu dövrdə feodal ara müharibələri 

qızışdığından onlar Naxçıvanla bağlı işlərə qarışmağa belə macal tapmırdılar. 

Azərbaycan xanlıqları arasındakı ziddiyyətlərdən Türkiyə istifadə edə bilərdi. Bu 

isə öz növbəsində Rusiyanın həmin bölgədə yeritdiyi siyasəti müvəffəqiyyətsizliyə 

uğradardı. Bununla əlaqədar Rusiya dövlətinin hakim dairələri Qafqaz xəttində olan 

ordunun komandanlığına tapşırmışdı ki, «... yaxın olduqları yerlərdə Azərbaycan 

hakimlərinə, irəvanlı Hüseynəli xana, təbrizli Nəzərqulu xana, xoylu Əhməd xana, 

urmiyalı Qulu xana sakitlik yaratmaq, öz aralarında razılığa gəlmək, sülhü qoruyub 

saxlamaq və öz imkanları ilə razılaşmaq üçün onlara təsir etsinlər. Onlara (Azərbaycan 

xanlarına — red.) bildirmək lazımdır ki, dinclik və sakitliyi Rusiya verə bilər. Rusiya 

ilə etibarlı qonşuluq  əsasında güclü himayəçi tapa bilərlər... Mən inanıram ki, 

Azərbaycanın hakimləri özləri bu həqiqəti dərk edəcək, qanlı ara müharibələrinə son 

qoyacaq və bu da həm özlərinin, həm də insanlığın xeyrinə olacaqdır»

22



Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan xanları bir-biri ilə qanlı feodal ara 

müharibələri apardıqlarından Naxçıvan xanlığını sanki yaddan çıxarmışdılar: Bu dövrdə 

Azərbaycan xanlarından qonşuluqda olan Xoy xanı və xüsusilə Qarabağ xanı Naxçıvan 

xanlığına daha çox maraq göstərirdilər.  Qarabağlı  İbrahimxəlil xan hətta Naxçıvana 

yürüş etmək üçün tədbirlər də hazırlayırdı. Abbasqulu xanı hakimiyyətə  gətirmək 

məqsədilə İbrahimxəlil xanın Naxçıvana yürüş etmək fikrini bilən Əhməd xan, onu bu 

fikirdən daşındırmağa çalışdı. O bu məqsədlə İbrahimxəlil xana birlikdə Təbriz xanlığı 

üzərinə yürüş etməyi, bu xanlığı bərabər şəkildə öz aralarında bölüşdürməyi təklif etdi. 

Əhməd xan bu yürüşün qələbə ilə  nəticələnəcəyinə  İbrahimxəlil xanı inandırmağa 

çalışırdı. 

Xoy xanı  Əhməd xanın bacısı  oğlu Təbriz xanlığının hakimi Nəcəfqulu xan 

Naxçıvan xanlığına münasibətdə dayısının siyasəti ilə razılaşa bilmirdi. Nəcəfqulu xan 

öz dayısına yazaraq məsləhət bilmişdi ki, «O, Cəfərqulu xanla dostluğu rədd etsin, 

çünki bu dostluqdan heç bir qazanc əldə edə bilməz. Nəhayət, bu dostluq yalnız bizim 

əleyhimizə çevrilə bilər». Öz məktubunda daha sonra Əhməd xana yazırdı ki: «Çar 

İrakliyə qarşı dayanmaq mümkün olmayacaq və ona görə  də  Əhməd xan başqa cür 

hərəkət etməli olacaq və belə olduqda heç bir bəylərbəyi (xan nəzərdə tutulur—red.), 

yaxud digərləri onunla hesablaşmayacaq. Bu narazılığın acı nəticəsi ona gətirib çıxara 

bilər və yaranmış vəziyyəti bundan sonra qaydaya salmaq mümkün olmayacaq»

23

. Çox 



güman ki, Nəcəfqulu xan hadisələrin gedişi haqqında Qafqazdakı rus komandanlığından 

                                                            

22

 MDHTA, 288-ci sənəd, vərəq 32 



23

 MDHTA, 288-ci sənəd, vərəq 32 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə