Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

37 

 

Naxçıvan əyanlarının Gürcüstana—Abbasqulu xanın yanına getmələri Cəfərqulu 



xanı  hədsiz dərəcədə  qəzəbləndirirdi. O, Abbasqulu xanın yanına getmək istəyənləri 

cəzalandırmaq qərarına gəldi. Belə  rəftarın ilk qurbanı feodallardan Məhəmməd bəy 

oldu. O, Gürcüstana gedərkən Cəfərqulu xanın qardaşı  Kəlbəli xan tərəfindən həbs 

edilib öldürüldü. 

Ayrı-ayrı adamların qətlə yetirilməsi ilə kifayətlənməyən Cəfərqulu xan əmr etdi 

ki, Abbasqulu xanın yanına getmək istəyənlərin evləri dağıdılsın,  əmlakları müsadirə 

edilsin və irsi mülkiyyəti əlindən alınsın. Lakin bu tədbir də xalqı sakitləşdirə bilmədi. 

Naxçıvanda xalq çıxışları güclənirdi. «... Əhalinin öhdəsindən gələ bilmədiyindən...» 

Cəfərqulu xan öz yaxın adamlarından birini—Şirəlini xoylu Əhməd xanın yanına 

göndərdi ki, «... o ya Naxçıvanda qayda-qanun yaradıb

[51-52]

xalqı sakitləşdirsin və ya da 



kömək üçün qoşun göndərsin»

8

.  Əhməd xan Naxçıvanda hakimiyyəti  ələ keçirməkdə 



Cəfərqulu xana kömək etsə də, bu dəfə Naxçıvana qoşun göndərməyə tələsmədi. Çünki 

yuxarıda qeyd edildiyi kimi, Kartli-Kaxetiya çarlığı Georgiyevsk traktatına görə 

Rusiyanın himayəsini qəbul etmişdi və bununla əlaqədar iki batalyon rus əsgəri Tiflisə 

gəlmişdi. Bu münasibətlə Abbasqulu xan II İrakliyə yazırdı: «Əhməd xan bilir ki, mən 

sizin himayənizdəyəm, onun, həmçinin xəbəri var ki, siz məni hər vasitə ilə müdafiə 

edəcəksiniz. Ona görə  də  Cəfərqulu xana rədd cavabı  verdi.  O,  siz  həzrətlərə qarşı 

çıxmağa cəsarət edə bilməz»

9

 



Həqiqətən bəzi hallarda Kartli-Kaxeti çarı II İrakli Georkiyevsk traktatının 

şərtlərindən istifadə edərək öz əməllərini Rusiya hakimiyyətinin adı ilə  pərdələyirdi. 

Tədqiqatçı yazır ki, II İrakln  Əhməd xana məsləhət görür ki, o, Abbasqulu xanla 

Cəfərqulu xan arasındakı münasibətlərə toxunmasın və Naxçıvanda baş verən 

hadisələrlə  işi olmasın.  Əks təqdirdə o, digər xanlar arasında öz nüfuzunu itirə bilər 

10

Əslində isə II İrakli «uzaqgörənlik» edib, ilk növbədə, xudpəsəndliklə öz torpaqlarını 



genişləndirmək barədə fikirləşirdi. O, Rusiya hakim dairələrinə göndərdiyi 

məktublarının birində yazırdı: «... Belə hesab edirəm ki, Azərbaycana sahib olmaq 

Rusiya üçün əlverişlidir. Sonra, isə  həmin torpaqların bir hissəsini mənə güzəştə 

gedərsiniz»

11

". II İrakli başqa bir məktubunda rus komandanlığından xahiş edirdi ki, «... 



Gürcüstanı  ləzgilərin təhlükəsindən qurtarsın, Gəncədə  İrəvanda onun hakimiyyətini 

təsdiq etsin və Naxçıvanı da ona tabe etdirsin»

12

. II İraklinin Azərbaycan torpaqlarını 



mənimsəmək üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq, nə Abbasqulu xan, nə də 

Azərbaycanın digər xanları onun xudpəsənd fikirlərini başa düşə bilmirdilər.  Əksinə, 

onlar II İraklini qüdrətli dövlət saydıqları Rusiyaya arxalanmış Sədaqətli müttəfiq hesab 

edirdilər. Abbasqulu xan yenidən Naxçıvan xanlığında hakim olmaq üçün II İraklinin 

köməyinə

 S

adəlövhcəsinə inanırdı. Kartli-Kaxeti çarlığının Rusiya qəyyumluğunu qəbul 



etdiyini bilən Abbasqulu xan da Rusiyanın himayəsində olmağı arzulayırdı. Bu haqda 

Abbasqulu xan Rusiyanın Gürcüstandakı qoşunlarının başçısı S.Burnaşevə yazmışdı: 

«Çar  İrakli ilə yaxınlıq edərək, imperator həzrətlərinin hakimiyyəti altında olmağı 

arzulayır və başqa xanları da belə addım atmağa çağırıram»

13



                                                            



8

 MDHTA. f 52/194, sənəd. 321, l. 38 b 

10

 О.П. Маркова. Россия, Заквказье и международные отношения в XVIII М.,1966.175. 



11

 MDHTA, yenıopada,v 40-41; О.P. Markova. Göstərilən əsəri, s. 175. 

12

 O.P.Markova. Göstərilən əsəri,s. 175. 



13

 MDHTA, f. 52,оp. 1/194,d.331,ч.VI.l.31 




38 

 

Abbasqulu xanın Rusiyanın qəyyumluğunu qəbul etmək arzusunu II İrakli 



general-poruçik Q. A. Potyomkinə  xəbər verdi. «Dəhşətli qaçqın vəziyyətində olan 

naxçıvanlı Abbasqulu xan bizdən xahiş edir ki, biz ona öz mülkiyyətinə qayıtmağa 

kömək edək və o, imperatriçəyə tabe olacağını bildirir». Abbasqulu xanın Rusiya və 

Gürcüstana müraciət etməsini, yalnız və yalnız Naxçıvan xanlığında öz hakimiyyətini 

bərpa etmək arzusu ilə izah etmək lazımdır. 

Abbasqulu xana «kömək» etmək üçün II İrakli öz ordusunu hazır vəziyyətə 

gətirdisə  də Naxçıvan xanlığı üzərinə göndərməkdən imtina etdi. Çünki Georgiyevsk 

traktatına əsasən II İrakli sərhəd rəisi ilə məsləhətləşmədən heç bir tədbiri həyata keçirə 

bilməzdi 

14



Georgiyevsk traktatından irəli gələn belə məhdudiyyətlə əlaqədar olaraq, II İrakli 

Abbasqulu xanı İrəvana göndərdi və Hüseynəli xandan xahiş etdi ki, öz hakimiyyətinə 

bərpa olunmaq üçün Abbasqulu xana kömək etsin. II İraklinin çox ehtiyatlı hərəkətinə 

baxmayaraq, Rusiyanın işgüzar dairələrində belə bir xəbər yayıldı ki, guya Kartli-Kaxeti 

çarı rus komandanlığının razılığı olmadan öz qoşunlarını Naxçıvana çıxarıb. 

II  İrakli Q. A. Potyomkinə izahatında yazırdı: «Bu yaxınlarda Abbasqulu xan 

xahişlə Naxçıvan ağsaqqallarını yanımıza göndərmişdi. Həmin sənədin tərcüməsini biz 

cənab Burnaşevə verdik ki, o, sizin hüzurunuza təqdim etsin».

15

 

Naxçıvandakı  vəziyyətlə tanış olan Q. A. Potyomkin öz cavabında Burnaşevə 



bildirdi ki, o, mahiyyət etibarilə Abbasqulu xanın Naxçıvanda hakimiyyətə  gəlməsinə 

etiraz etmir, «..mənim adımdan Kartli-Kaxeti həzrətlərinə (II İrakliyə — red.) elan edin 

ki, mən, bu hadisələrdə ona mane olmaq istəmirəm»

16

[53-54]



 

Q. A. Potyomkinin məktubundan sonra II İrakli daha cəsarətlə yürüşə 

hazırlaşmağa başladı. Kartli-Kaxeti çarı II İrakli ehtiyat xatirinə Abbasqulu xanın 

namizədliyini müdafiə edən Qarabağ xanlığının hakimi İbrahimxəlil xanı da bu yürüşdə 

iştirak üçün dəvət etdi. 

Naxçıvan xanlığı üzərinə yürüş üçün II İrakli çox böyük ordu toplamışdı. Təkcə 

Şəmsəddin, Xəzani, Peydar, Pambək, Dəmirçi Həsəndən toplanmış yerli azərbaycanlı 

döyüşçülərinin sayı 4000-ə çatırdı. İbrahimxəlil xan isə bu yürüşdə iştirak etmək üçün 

2000 atlı ayırmışdı. 

Lakin təşkil edilmiş bu yürüşü həyata keçirmək mümkün olmadı. Çünki 

Georgiyevsk traktatı bağlanmasından və Gürcüstana rus ordusunun gəlməsindən narahat 

olan Türkiyə sultanı yenidən Cənubi Qafqazın işlərinə qarışmağa başladı. Belə ki 

Türkiyə müsəlmanların həmrəyliyinə arxalanaraq, Azərbaycan və Dağıstan hakimlərini 

ələ almağa, həmçinin qarabağlıların gürcülərlə ittifaqını pozmağa cəhd göstərirdi. 

Naxçıvanda da Türkiyə agentləri fəaliyyət göstərirdilər. Türkiyə sultanı həmçinin xahiş 

edirdi ki, müsəlmanlar rus ordusunu öz ərazilərinə buraxmasınlar. Erməni patriarxı İoni 

Qarabağ  məlikləri ilə birlikdə Potyomkinə yazırdılar ki, Türkiyə nümayəndələri Kür 

çayı yanında azərbaycanlılardan ibarət ordu yaratmağa və rus ordusunun qarşısını 

kəsməyə  cəhd edirlər 

17

. Çox güman ki, Türkiyə agentləri  İbrahimxəlil xanla II İrakli 



                                                            

14

 Yenədə orada, nərəq 278,358. 



15

 MDHTA, I hissə,vərəq 80. 

16

 Yenə orada, v.365. 



17

 MDHTA, IVhissə, vər.20. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə