Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

54 

 

xanlığının hakimi Cəfərqulu xan rusların xidmətində olduğu üçün çox böyük nüfuza 



malikdir. Cəfərqulu xan onu hakimiyyətdən məhrum etmiş  şahdan intiqam almaq 

naminə öz ordusu ilə  İran ordusuna qarşı vuruşurdu. Öz qoşunları ilə rus ordusunun 

tərkibində  İrana qarşı mübarizə aparan Cəfərqulu xana elə  gəlirdi ki, Naxçıvanda 

hakimiyyətə Fətəli şah.

[75-76]

 tərəfindən gətirilən Kəlbəli xan İran tərəfdarıdır. Ona görə 



də  Kəlbəli xan Cəfərqulu xana onun dostu və qohumu Maku xanı Hüseynqulu xanın 

vasitəsilə təsir etməyi qərara aldı. 

1806-cı il avqust ayının  əvvəlində Hüseynqulu xana yazdığı  məktubda Kəlbəli 

xan ondan xahiş edirdi ki, o, Cəfərqulu xana məktub yazıb onun əvvəlki kimi, yenə 

Naxçıvanda qalmasını, Baba xana xidmət etmək istəmədiyini və Rusiyaya tərəfdar 

olduğunu rus komandanlığına bildirsin. Daha sonra Kəlbəli xan yazırdı ki, rus ordusu 

Eçmiədzin istiqamətində  hərəkət edərsə, o da öz ordusu ilə  həmin istiqamətdə 

irəliyəcək.  İrəvan qalasının alınmasında iştirak edəcək. Kəlbəli xan eyni zamanda rus 

komandanlığına çatdırmaq istəyirdi ki, hələlik Eçmiədzin istiqamətində hərəkət etməyə 

tələsməsinlər. Çünki İrəvan qalasında kifayət qədər azuqə yoxdur və qala pis 

vəziyyətdədir. Əgər rus ordusu bu əyalətdə görünərsə ola bilsin ki, vəziyyət Baba xanın 

xeyrinə dəyişə bilər. Məktubunun sonunda Kəlbəli xan xəbər verirdi ki, İran ərbazları 

Naxçıvana gələrlərsə, onu həbs edib Tehrana göndərə bilərlər 

15



Maku xanı Hüseynqulu xan Kəlbəli xanın məktubunu rus ordusu komandanlığına 

çatdırdıqdan sonra 1806-  ildə  hərbi sursatın çatışmamasını  nəzərə alaraq İrəvan 

istiqamətindəki yürüş müvəqqəti olaraq saxlanıldı. General-leytenant baron Rozen 

1806-cı il oktyabrın 10-da general Qudoviçə göndərdiyi raportda xəbər verirdi ki, 

«Dərbənd və Qubada olduğu kimi, naxçıvanlı  Kəlbəli xan da öz xalqı ilə birlikdə rus 

ordusunun İrəvana gəlişini gözləyir ki, əlahəzrət imperatorun himayəsini qəbul etsin»

16



Tezliklə naxçıvanlı Kəlbəli xan sözdən işə keçdi. Sərkərdə Əhməd xanın komandanlığı 



altında İran ordusunun İrəvan qalası istiqamətində hərəkət etdiyindən xəbər tutan kimi 

«... naxçıvanlı Kəlbəli xan özünün atlı və piyadaları ilə onlara qarşı çıxdı»

17



Kəlbəli xanın belə  hərəkəti Fətəli  şahı  qəzəbləndirdi və onun tezliklə Tehrana 



gəlməsini əmr etdi. Kəlbəli xan şahın əmrinə tabe olmadı. Şah Kəlbəli xana ikinci dəfə 

«dəvətnamə» göndərməyə məcbur oldu. Kəlbəli xan yenə də Tehrana getməkdən imtina 

etdi. Kəlbəli xan şahın üçüncü tələbini də yerinə yetirmədi. Belə olduqda

 

şah qərara aldı 



ki, Kəlbəli xanı zorla aparmaq üçün 1000 nəfərdən ibarət ordu göndərsin. 

Gürcüstanda—Qafqaz sərhədində olan rus ordusunun ali baş komandanı qraf Qudoviçə 

general-mayor Portnyakin 1806-cı il 14 noyabr tarixli məktubunda yazmışdı: 

«Naxçıvanın sahibi Kəlbəli xan Tehrana getməsi barədə Baba xanın təklifini qəbul 

etməmiş, bununla da Baba xanı özündən narazı saldığı üçün şah zorla onu ələ keçirmək 

istəyir»


18

İran ordusunun Naxçıvana yaxınlaşdığını bilən Kəlbəli xan qala qapılarının 



bağlanmasını  əmr etdi və düşməni Naxçıvana buraxmadı. Kəlbəli xanın bu hərəkəti 

Rusiya—İran müharibəsinin  ən qızğın dövrü olduğu üçün, Fətəli  şahı daha da 

                                                            

15

 MDHTA, f. VUA, sənəd 4259, (1806), vərəq 193 



16

 Yenə orada, sənəd 3259 (1806), vərəq 299 

17

 Yenə orada, vərəq 126 



18

 

MDHTA, f. VUA, sənəd 3259 (1806), vərəq 100



 


55 

 

qəzəbləndirdi. Çünki Azərbaycan  ərazisində rus ordusu ilə döyüşdüyü bir vaxtda İran 



şahı istəmirdi ki, arxada ona tabe olmayan «vassalı» qalsın. Lakin İran şahı sərbazlara 

ciddi müqavimət göstərən Kəlbəli xana zor gələ bilmədi. 

Rusiya—Türkiyə müharibəsi (1806-cı ilin sonu) başlandıqdan sonra rus 

komandanlığının ordunun bir hissəsini türk cəbhəsinə göndərməsindən istifadə edən 

Fətəli  şah Naxçıvan xanlığını

 

keçirmək planını  fəallaşdırdı.  Şah Naxçıvanın işğalını 

şahzadə Abbas Mirzəyə tapşırdı. Lakin sərbazların səyinə baxmayaraq Naxçıvanı almaq 

cəhdləri baş tutmadı. Belə olduqda Abbas Mirzə hiylə işlətməyi qərara aldı. O, Kəlbəli 

xanın qohumu irəvanlı Hüseynqulu xana bildirdi ki, qonaq adı ilə Kəlbəli xanı İrəvana 

çağırsın və burada onu həbs edib Tehrana göndərsin. Bu hadisənin şahidi yazmışdır: «... 

Şahzadənin Naxçıvanı təslim etmək haqqında Kəlbəli xana verdiyi tələb müvəffəqiyyət 

qazanmadı. Hüseynqulu xanın hiyləsi nəticəsində  Kəlbəli xan İrəvanda tutuldu, 

deyilənlərə görə şahzadənin yanına aparılacaq»

19



Kəlbəli xan əsir edilsə  də,  şahzadə Abbas Mirzə Naxçıvan üzərinə qoşun 

göndərməyə ürək etmədi. O, yaxşı bilirdi ki, naxçıvanlılar onu qalaya buraxmayacaqlar. 

Abbas Mirzə  həm də  əmin idi ki, naxçıvanlıların Hüseynqulu xanın xəyanətindən 

xəbərləri yoxdu. Odur ki, o, Hüseynqulu xanın Naxçıvana getməsini məsləhət bildi. 

Şahzadə əmin idi ki, naxçıvanlılar qala qapılarını onun üzünə açacaqlar.

[77-78]


 

Belə də oldu. Hüseynqulu xan 300 atlı və 200 piyada ilə Naxçıvana gəldi, onun 

satqınlığından xəbəri olmayan şəhərlilər onu qalaya buraxdılar. 

Beləliklə, Naxçıvan qalası satqınlığın qurbanı oldu. Naxçıvan taxtına bu vaxta 

qədər Rusiyadan kömək almağa cəhd edən Abbasqulu xan sahib oldu 

20

. Arxiv 



sənədlərində deyilir ki, «Rusiyaya sədaqətli olmaqda» təqsirləndirilən Kəlbəli xanı İran 

komandanlığı həbs edərək ailəsi ilə birlikdə İrana göndərdi. Bu hadisədən bir az əvvəl 

Kəlbəli xanın oğlanlarından  Şıxəli bəy öz adamları ilə birlikdə  hələ 1805-ci ildə rus 

dövlətinin tərkibinə daxil olmuş qonşu Qarabağ xanlığına gedə bilmiş, İran təqibindən 

birdəfəlik yaxa qurtarmaq məqsədi ilə Rusiya hakimiyyət orqanlarına müraciətlə 

«Ümumrusiya imperiyasının təbəəliyinə»

21

 qəbul olunmasını xahiş etmişdi. 



Qarabağda olan rus ordusunun komandanı polkovnik Aseyev «əlahəzrət 

imperatora  əbədi sadiq olacağına» and içdiyi üçün naxçıvanlı  Şıxəli bəyi çox böyük 

hörmətlə qəbul etdi. Rus komandanlığı Qarabağ xanı Mehdiqulu xana tapşırdı ki, Şıxəli 

bəyə «yaşamaq üçün kənd ayırsın və ona kömək etsin»

22



Naxçıvanlı  Şıxəli bəyə inanan və etibar edən rus komandanlığı onu general-



mayor Nebolsinin süvari hissəsinə  qəbul etdi. Bu süvari dəstələri Naxçıvan  ətrafında 

özünə düşərgə salmışdı. Onlar Abbas Mirzənin qoşunları üzərinə hücuma 

hazırlaşırdılar. Bu dövrdə Rusiya həm  İran, həm də Osmanlı Türkiyəsi ilə müharibə 

apardığı üçün Abbas Mirzə ümumi düşmənə — Rusiyaya qarşı  Ərzurum paşasının 

qoşunu ilə birləşməyə cəhd edirdi. 

Rus ordusunun general-mayoru Nesvetov Qafqazdakı rus komandanlığının 

qərargahına xəbər verir ki, «...etibarlı  mənbələrdən alınan xəbərə görə, Naxçıvan 

                                                            

19

 

AKAK, III cild, 1025-ci sənəd, e. 599



 

20

 AKAK, P cild, 389-cu sənəd 



21

 RXSA, Baş arxiv, 10, 1-ci sənəd (1809) vərəq 1. 

22

 Yenə orada 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə