Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   25   26   27   28   29   30   31   32   33

58 

 

sədaqətli müşayiətçi olmuş, Qarababa kəndi yaxınlığında Abbas Mirzə Baba xan 



oğlunun qoşunları darmadağın edilərkən iranlılara qarşı cəsarətlə vuruşmuş və sədaqətli 

olduğunu göstərmişdir»

31

 

İ. V. Qudoviç bu döyüşün qəhrəmanı Şıxəli bəylə şəxsən yazışmışdır. 27 noyabr 



1808-ci il tarixli məktubun

[81-82]


da  İ. V. Qudoviç Şıxəli bəyə yazırdı: «Sizin 

Ümumrusiya imperiyasına olan xidmətiniz və sədaqətiniz haqqında xəbərim var. Sizin 

xidmət naminə hazır olduğunuzu görürəm.  İndiki yürüşdə general-mayor Nebolsinin 

müşayiət olunmasında və Naxçıvan  əhalisinin  əvvəlki yerlərinə qaytarılmasında 

xidmətiniz böyükdür. Sizə öz minnətdarlığımı bildirmək mənə xoşdur və sizi 

inandırıram ki, bu xidmətləriniz haqqında  əlahəzrət imperatora məlumat verməklə 

yanaşı, həm də sizin xeyrinizə olaraq zəmanət verəcəm»

32



Cənubi Qafqazdakı rus ordusunun ali baş komandanı general-feldmarşal 

V. İ. Qudoviçin 1809-cu il fevral ayının 14-də  qraf  A.  N.  Saltıkova yazdığı məktubda 

Şıxəli bəyin şücaətindən bəhs olunurdu: «Onun xidmət naminə göstərdiyi sədaqət bir də 

bundan ibarət idi ki, Naxçıvan  əhalisi arasındakı nüfuzdan istifadə edərək general-

mayor Nebolsinin ekspedisiyasını zəruri olan ərzaq və başqa sursatla təmin etmişdir. Bir 

neçə  dəfə  İran qoşunları  tərəfindən verilmiş  həyəcan siqnalına  Şıxəli bəy öz atlılarını 

cəm edib bizim sərəncamımıza vermişdir. Onun dəstəsi Qarabağa qayıtdıqdan sonra 

Ümumrusiya dövlətinə  hər cür xidmət göstərmiş  və  sədaqətli olduğunu nümayiş 

etdirmişdir»

33



Daha sonra məktubda deyilir ki, «... onun yüksək xidmətlərinə qiymət verərək 

xahiş edirəm ki, imperator həzrətlərindən mükafat olaraq ona polkovnik rütbəsi 

verilməsi üçün əlahəzrət imperatordan acizanə xahiş edəsiniz»

34



Qraf A. N. Saltıkov bu məktubu qiymətləndirdiyindən təxirə salmadan imperator 

I Aleksandra  məlumat vermişdi. 5 aprel 1809-cu ildə  Şıxəli bəy imperator 

I Aleksandrdan aşağıdakı məzmunda məktub almışdı: 

«Allahın adı ilə. Biz birinci Aleksandr imperator və Ümumrusiya hökmdarı  və 

sairə və sairə və sairə. Bizim polkovnik Şıxəli bəyə! 

Siz tərəfdən bizim imperator taxt-tacına göstərdiyiniz sədaqət və canfəşanlıq 

bizim diqqətimizi cəlb etdi. Bu münasibətlə sizin göstərdiyiniz xidmətə görə sizə rus 

ordusunun polkovniki rütbəsi və dövlət gəliri hesabına gümüş pulla maaş verilir. 

Güman edirik ki,  bizim bu xeyirxahlığımız sizin daha sədaqətli qulluq edəcəyinizə 

səbəb olacaqdır. 

Sanat-Peterburq, 5 aprel 1809-cu il».

35

 



Fətəli  şah Rusiya ilə gedən müharibənin  ən qızğın dövründə naxçıvanlı  Şıxəli 

bəyin rusların tərəfinə keçməsi ilə barışmaq istəmirdi. Bu barədə arxiv sənədlərinin 

birində deyilir: «... İranlılar onun (Şıxəli bəyin — red.) igidliyi və Naxçıvan əhalisinin 

ona olan hörmətini bildikləri üçün Rusiya tərəfindən ona göstərilən himayəçiliyə biganə 

baxa bilmirdilər, bunu özləri üçün təhlükə sayırdılar. Buna görə də İran hökuməti onu 

öz tərəfinə  çəkməyə çalışırdı.  İlk növbədə onlar Şıxəli bəyin yanına gizli şəkildə 

                                                            

331


 RXSA, Baş arxiv, 1—10, I sənəd (1809), vərəq 1  

32

 AKAK, III cild, 475-ci sənəd, s. 267 



33

 RXSA, 1 — 10, I sənəd, vərəq 1. 

34

 Yenə orada 



35

 RXSA, 1-10, I sənəd, vərəq 




59 

 

nümayəndələr göndərməyi qərara aldılar»



36

. Lakin İran hökumətinin həyata keçirmək 

istədiyi hiylə baş tutmadı. Belə olduqda şah hökuməti yeni imkanlara əl atdı. Onlar vəd 

edirdilər ki, «... İranda saxlanılan və Rusiyaya meyl göstərək atası Kəlbəli xana hər cür 

hörmət ediləcək və azadlığa buraxılacaq»

37

. Lakin bu vəd də heç bir nəticə vermədi. 



Belə olduqda İran hökuməti daha ciddi addım atmağı  qərara aldı: kor Kəlbəli xanı 

məcbur etdilər ki, Şıxəli bəyə  məktub yazsın və  məktubunda iranlıların tərəfinə 

keçməsini təkidlə  tələb etsin. Əks halda Kəlbəln xanı ölüm gözləyirdi.  Şıxəli bəy 

atasının sağ qalması naminə  məcbur olub İrana getdi. Burada xaincəsinə tutulub 

həbsxanaya salındı. 

Bir qədər irəliyə gedib qeyd edək ki, Rusiya—İran müharibəsinin son günlərində 

məğlubiyyət qarşısında qalan İran hökuməti Kəlbəli xanın həbsdən azad olunub 

Naxçıvana getməsinə razılıq verdi. Şıxəli bəy də atası ilə doğma yurda qayıtdı. 

General-mayor Nebolsinin dəstəsi Naxçıvanı nisbətən asanlıqla tutduğu halda, 

İrəvan qalası  uğrunda gedən döyüşlərdə  İran sərbazları rus qoşunlarına güclü 

müqavimət göstərdilər. Yeri gəlmişkən qeyd edək ki, şəhər  əhalisi  İrəvanda olan İran 

qarnizonunu müdafiə etmirdi. 

Qraf Qudoviç yersiz qan tökülməsinin qarşısını almaq üçün İrəvandakı  İran 

sərbazlarına müraciət göndərdi. Həmin müraciətdə Abbas Mirzənin məğlubiyyəti və 

Naxçıvanın tabe olduğu xatırlanır və  tələb edilirdi

[83-84]


ki, hər tərəfdən  əlaqənin 

kəsildiyi və heç bir yerdən kömək almağa imkanı olmayan İrəvan qalası da rus ordusuna 

tabe olmalıdır. Lakin İran qoşunları ölkənin daxili əyalətlərindən səfərbər edildikləri 

üçün müqavimət göstərməyə məcbur idilər. Çünki əks təqdirdə onların ailələrini ölüm 

gözləyə bilərdi. İranın hakim dairələrində bilirdilər ki, ailələrinin xatirinə onlar ölməyi 

üstün tutub müqavimət göstərməlidirlər 

38



İrəvan qalasının mühasirəsi iki ay davam etdi. Müasirlərin dediklərinə görə, 



İrəvan qalası Avropa hərbi qaydasına uyğun  şəkildə tikilmiş  və iki hasarla əhatə 

olunmuşdu. Birinci hasarın qarşısında su ilə doldurulmuş  dərin xəndəklər qazılmış  və 

maneələr yaradılmışdı. Qala divarlarının müvafiq yerlərində torlar qoyulmuşdu. Qalanın 

müdafiəçiləri həmçinin yandırıcı maddələrdən və bombalardan istifadə edirdilər. 

Qalanın bu cür möhkəmləndirilməsi fransız hərbi mühəndisləri tərəfindən həyata 

keçirilmişdi.  İrəvanda və Eçmiədzində hərbi qurğular rus qoşunlarının İrəvan qalasına 

gəlməsindən əvvəl inşa edilmişdi. 

İrəvan qalasının tutulmasına iqlim şəraiti də mane olurdu. Rus ordusunun 

yerləşdiyi Pəmbəkə qədər olan 65 verstlik yol qarla örtülmüşdü. həddən artıq yağan qar 

rus ordusunun arxa ilə  əlaqəsini çətinləşdirirdi.  Ərzaq və yem ehtiyatı gündən-günə 

azalırdı. Döyüşçülər arasında aclıq təhlükəsi öz təsirini göstərirdi. Qraf Qudoviç ordunu 

daha çətin vəziyyətə salmamaq üçün mühasirədən əl çəkməyi qərara aldı. 

Beləliklə, noyabr ayının 30-na keçən gecə  İrəvan qalasının mühasirəsi 

dayandırıldı. Bu hadisədən  əvvəl yuxarıda göstərilən səbəblərə görə general-mayor 

                                                            

36

 Yenə orada 



 37

 Yenə orada 

38

 

MDHTA, f. VUA, 4258-ci sənəd, 4-cü hissə, vərəq 3; yenə orada, f. VUA, 4265-ci sənəd, vərəq 47. 



  


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə