Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

52 

 

ləvazimatla yanaşı 10 il müddətində  hər cür ərzaqla təchiz edə bilərəm»



7

.  Şübhəsiz, 

Abbasqulu xan rus komandanlığına vəd verməklə, hər  şeydən  əvvəl, özünün şəxsən 

məqsədini güdürdü. Bu fikir onun Rusiya komandanlığına yazdığı məktublardan birində 

daha aydın görünür: «... xahiş edirəm ki, Naxçıvan xanlığına sahib olmaq üçün lütfən 

mənə  fərman verəsiniz»

8

. Lakin təkcə  fərmanla kifayətlənməyən Abbasqulu xan daha 



sonra Sisianovdan xahiş edir ki, ona kömək üçün rus mayorunun komandanlığı altında 

qoşun göndərilsin ki, «... tezliklə  və birlikdə Naxçıvana gedə bilsin»

9

. Abbasqulu xan 



arzu edirdi ki, mayor əvvəlcə onun o zaman yaşadığı Sisyana gəlsin. 

Lakin həmin dövrdə çoxsaylı  İran ordusu Naxçıvanda yerləşdiyi üçün Sisianov 

rus ordusunu Sisyana göndərmədi. Digər tərəfdən belə bir şəraitdə Sisianov öz 

qüvvəsini parçalaya bilməzdi. Knyaz Sisianov öz raportunda belə yazmışdı: «Bizim 

əleyhimizə olan kor Kəlbəli xanın qardaşı  (əmisi oğlu — red.)  naxçıvanlı Abbasqulu 

xan, Ağa Məhəmməd xanın dövründə Naxçıvanda hakim olmuş  və sonra kor qardaşı 

tərəfindən qovulmuşdur. Hazırda o,  Göyçə gölü yaxınlığında yüksək dağlıq, hissədə 

yerləşən Sisyan adlanan kiçik qalada yaşayır və gözləyir ki, mənim göndərəcəyim 500 

nəfərlik ordu və 4 topla, habelə öz adamları ilə Naxçıvanı tutsun. Lakin yollar qarlı və 

sıldırımlı dağlardan keçdiyi üçün may ayından  əvvəl ora qoşun göndərmək mümkün 

deyil»

10

. Knyaz Sisianov daha sonra öz raportunda yazırdı ki, Naxçıvanın  ələ 



keçirilməsini gələn il Cənubi Qafqaza gələcək rus ordusu ilə razılaşmaq lazımdır. Ancaq 

Sisianov bilmirdi ki, Abbasqulu xana yalnız Naxçıvanda hakimiyyəti  ələ keçirmək 

lazımdır. Abbasqulu xan üçün fərqi yox idi kiona hakimiyyətə gəlməkdə ruslar və ya 

İran komandanlığı kömək eləsin. Abbasqulu xan Sisianovla yazışdığı halda, eyni 

zamanda Təbriz xanlığını  işğal  edib Təbrizi özünün iqamətgahı seçən  İran tacının 

vəliəhdi Abbas Mirzə ilə  də məktublaşırdı. Həmin dövrdə rus ordusunun qərargahında 

artıq Abbasqulu xanın ikiüzlü siyasətindən xəbər tutmuşdular. Bu haqda Qudoviçə 

şəxsən podpolkovnik Kotlyarevski xəbər vermişdi. Lakin  knyaz Sisianov 

podpolkovnikin məlumatına inanmadığından  Naxçıvan üzərinə müvəffəqiyyətli yürüş 

üçün hazırlığı davam etdirirdi.Bu məqsədlə  o,  1805-ci il avqustun 14-də Naxçıvanın 

bütün ağsaqqallarına, mollalarına, bəylərinə  məktub hazırlayaraq Abbasqulu xanın 

adamlarına, bəylərinə  məktub hazırlayaraq Abbasqulu

[73-74]

xanın adamlarından olan 



Baba bəy və Qulu bəy  vasitəsilə Naxçıvana göndərdi

11

. Knyaz



 

Sisianovun həmin 

məktubunda deyilirdi: «İran rəislərinin..., etibarsız olduqlarını, hətta eyni dindən 

olmağınıza baxmayaraq, sizə  əzab və  əziyyət verdiklərini xatırlamağa ehtiyac yoxdur. 

Bu barədə misal gətirməyə  də lüzum qalmır. Özünüz görürsünüz ki, məkrli iranlılar 

Baba xanın oğlu Abbas Mirzənin göstərişi ilə Mustafa xanın qoşunları öz din 

qardaşlarını soyub qarət etdilər. Baba xanın xəyanətini irəvanlı  Məhəmməd xanın  

başına gətirdiyi  əhvalatdan gördünüz. O, məni satıb iranlılara üz çevirdi. Nəticədə 

iranlılara etibar etdiyinə görə xanlıqdan əli çıxdı. Həbs edildi və qarət olundu. Mənim 

bu günlərdə aldığım dəqiq məlumata görə o, özünün ağsaqqalları və yaxın adamları ilə 

                                                            

7

 



Yenə orada. II cild, 1272-ci sənəd, s. 635

,

 



8

 

Yenə orada.



 

9

 



Yenə orada. II cild, 1272-ci sənəd, s. 635

 

10



 

AKAK, II cild, 1274-cü sənəd, s. 635

 

11

 Всеподданнейший рапорт кн.Цицианову от 30 декабря 1804 г.№28, АКАК, т II,с.623. 




53 

 

birlikdə İrana sürgün ediləcək. Bax budur iranlıların şərikli siyasətinin nəticəsi. Başqa 



cür desək, onlar əvvəlcə baş tumarlayır, sonra isə ata-babalarının ev tikdikləri yerlərdən, 

becərdiyi torpaqlardan adamları zorla ayırırlar.  Əlbəttə, sizin üçün yaxşı olar ki, öz 

torpaqlarınızda  qalıb ata-babalarınız tərəfindən  əkilmiş  ağaclara tamaşa edəsiniz və 

iranlıların zorla sizi köçürüb başqa yerlərə aparmasına imkan verməyəsiniz. Siz orada 

da mal-dövlət sahibi olan kimi, hər şeyi əlinizdən alacaqlar. Əksinə, siz yumşaq ürəkli 

və insanpərvər böyük bir dövlətin himayəsi altında olsanız rəisi olduğum 

məğlubedilməz ordunun köməyi ilə günəş şüaları altında olanlar kimi qızına bilərsiniz. 

Mən, Ümumrusiya dövlətinin imperatoru tərəfindən müdafiə ediləcəyinizə, xalqa həqiqi 

xoşbəxtlik gətirəcəyimizə,  əmin-amanlığa və hüquqlarınızın qorunacağına zəmanət 

verirəm...»

12

. Daha sonra Sisianovun məktubunda deyilir ki, Rusiya qanunu və 



müqəddəs rus dövlətinin sərbəstliyi, ondan ibarətdir ki, hər bir hökumətin sərbəst həyatı 

saxlanılsın, qorunsun və müdafiə edilsin. Əkər siz öz sakitliyinizi və  xoşbəxtliyinizi 

qorumaq üçün bu imkandan istifadə etmək istəyirsinizsə, məsləhətim budur ki, şəxsən 

sizin xeyrinizə olaraq yüksək dərəcəli rəis Abbasqulu xanla birləşin, onunla birlikdə 

mənim vasitəmlə özünüzə insanpərvər dövlətin simasında himayədar tapın. Kəlbəli 

xana gəldikdə isə görürsünüz ki, o nə qədər dağıntılar yaradıb, sizin çörəyinizi əlinizdən 

alır, sizi doğma torpaqlarınızdan köçürərək iki ildən artıqdır ki, mübarizə aparır. Mən 

müqəddəslərə and içirəm ki, sizin həyatınızın təhlükəsizliyi qorunacaq, eviniz və 

əmlakınız özünüzdə qalacaq, Heç kim sizin dininizə, adətinizə toxunmayacaqdır.  Çünki 

Rusiya imperiyasında  dinlərə toxunulmur və  hər bir xalqa azad şəkildə öz dini 

ayinlərini yerinə yetirmək imkanı verilir. Bundan başqa öz  şəxsi məqsədləri üçün sizi 

soyub talayan İran rəislərinin zülmündən xilas olacaqsınız. Rusiya rəisləri isə öz 

hakimiyyəti altında olan xalqların maddi-məişət vəziyyətinin yaxşılaşmasına çalışır, 

ticarətin inkişafına yardım göstərir, Naxçıvan diyarında bu imkandan istifadə edərək 

istədiyi qədər  məhsul istehsal etməklə əhalinin daha da varlanması üçün şərait yarada 

bilər 


13

Bu məktubun məzmunundan göründüyü kimi, heç bir əsas olmadan «iranlılara» 



meyl göstərməkdə  və Naxçıvan diyarının  soyulub  talanmasında  müqəssir  hesab  

edilən Kəlbəli xanın ünvanına hədələyici sözlər deyilir. Ona görə  də Sisianov bu 

bölgədə olan rus ordusuna komandanlıq etdiyi dövrdə  Kəlbəli xan sərbəst fəaliyyət 

göstərə bilmirdi. Sisianov Naxçıvan bölgəsindən uzaqlaşdıqdan sonra Kəlbəli xan 

birinci Rusiya—İran müharibəsi zamanı bir-birinin ardınca qələbə qazanan Rusiya 

dövlətinə üz çevirməyi daha üstün tutdu və xanlığın əmin-amanlığını qorumaq məqsədi 

ilə Cənubi Qafqazda olan rus ordusunun komandanlığı   ilə yazışmağa başladı. 1806-cı 

ildə, xüsusilə Sisianov Bakıda (1806-cı ilin fevral ayı) öldürüldükdən  sonra, rus 

ordusunun  qərargahında general mayor Portnyakin, general-mayor Nebelsin, general-

leytenant Rozen və başqaları 

14

 Kəlbəli xanın rus dövlətinə meyl etdiyini başa düşdülər. 



Fətəli  şah və onun oğlu  şahzadə Abbas Mirzənin müharibənin başlanmasından sonra 

Azərbaycanda törətdikləri dağıntı və İran sərbazlarının Azərbaycandakı qarətləri Kəlbəli 

xanda Rusiyaya olan meyli daha da gücləndirdi. Kəlbəli xan çox yaxşı bilirdi ki, Xoy 

                                                            

12

 AKAK, II cild, 1276-cı sənəd, vərəq 635



 

13.AKAK, II cild, 1276-cı sənəd, vərəq 635.

 

1

4



 MDHTA, f. VUA, 4259-cu sənəd, vərəq 100. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə