Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

47 

 

məhrum olan Abbasqulu xan da İrəvana getməyi qərara aldı. Burada Kəlbəli xan onu 



qəbul edərək Naxçıvandan gələn digər feodallarla danışıqlar apardı. 

Naxçıvanlıların və Abbasqulu xanın  İrəvana gəlmələri Kəlbəli xanın siyasi 

aləmdə mövqeyini daha da möhkəmləndirdi. Tezliklə  Kəlbəli xan İrəvan xanının 

qoşunu ilə Naxçıvandan  əli çıxan Abbasqulu xanla birlikdə Qars üzərinə  hərbi yürüş 

etdi. Kəlbəli xanı bu yürüşdə gürcü şahzadəsi Aleksandr da müşayiət edirdi. Onun əsl 

məqsədi hakimiyyəti  ələ keçirmək üçün Gürcüstandan kənarda özünə müttəfiq 

axtarmaqdan ibarət idi. 

Naxçıvanlıların və irəvanlıların Qars üzərinə yürüşü Qafqazdakı rus 

komandanlığı  tərəfindən dayandırıldı. Bu, ona görə edildi ki, 1801-ci ildə Rusiyanın 

tərkibinə daxil olmuş Gürcüstanın (Kartli-Kaxeti) sərhədlərində münaqişə olmasını rus 

komandanlığı arzulamırdı. Həm də Kəlbəli xanın hərbi yürüşü haqqında Qars paşası rus 

qoşunlarının Qafqazdakı ali baş komandanı general-leytenant Knorinqə xəbər vermiş və 

insan qırğınının qarşıs

I

nı almaqda ona kömək göstərməyi xahiş etmişdi. 



Birləşmiş Naxçıvan və İrəvan qoşunları geri qayıtdıqdan sonra İran  qoşunlarının 

sərkərdələrindən biri — Pirqulu xan 4000 nəfər sərbazla Naxçıvanda göründü. O, İrəvan 

xanına fərman göndərərək tələb etdi ki, «... Naxçıvandan köçənləri geri qaytarsın. Əks 

təqdirdə yüz min manat məbləğində cərimə verməlidir»

35

. Lakin Pirqulu xanın qoyduğu 



tələb təkcə yuxarıda deyilənlərlə  məhdudlaşmırdı.  Şahın göstərişi ilə o, Azərbaycan 

xanlarının hamısına fərman göndərərək tabe olmaq rəmzi kimi girov tələb etdi. Eyni 

zamanda Pirqulu xan Gürcüstana hücum üçün tədbirlər də hazırladı. Bu məqsədlə o, çar 

XII Georginin düşmənləri ilə  əlaqə saxlayır, öz qoşununu azərbaycanlılar hesabına 

gücləndirmək istəyirdi. Lakin onun bu cəhdi müvəffəqiyyət qazanmadı. 

1802-ci il sentyabrın 11-də P. D. Sisianov əonubi Qafqazdakı rus qoşunlarına baş 

komandan təyin

 

edildi. O,



 

həm bacarıqlı, həm də təbiətcə zalım adam idi. Rəsmən P. D. 

Sisianov Qafqaz xəttinin inspektoru, həştərxanın qubernatoru, Gürcüstanda mülki işlər 

rəisi hesab olunurdu. 

P. D. Sisianov hələ 1976-çı ildə V. Zubovun komandanlığı altında cənuba yürüş 

edən rus qoşununun tərkibində olduğu dövrdə, özünü bacarıqlı zabit kimi göstərmişdi. 

P. D. Sisianov Qafqazdakı rus qoşunlarının ali baş komandanı  təyin edildikdən 

sonra Fətəli şah Pirqulu xanı geri çağırdı. Yerli əhalinin rəğbətini qazanmaq məqsədi ilə 

Fətəli şah Kəlbəli xanı Naxçıvanın hakimi kimi tanıdı və ildə İran xəzinəsinə müəyyən 

məbləğdə xərac vermək şərti ilə onun Naxçıvana xan kimi getməsinə razılıq verdi. 

Lakin bu tədbirlə İranın yeni hökmdarı Fətəli şah nə yerli əhalinin, nə də Kəlbəli 

xanın hörmətini qazana bildi. Müasirlərindən P. Zubov bu barədə belə yazır: 

«hakimiyyət başında olan Qacar sülaləsinə nifrət bəsləyən Naxçıvan xanı nəinki xərac 

verməkdən imtina etdi, həmçinin Fətəli şahı İranın hökmdarı kimi də tanımadı»

36



Kəlbəli xanın Naxçıvana qayıtması ilə Sisianovun Tiflisə  gəlməsi eyni vaxta— 



1803-cü ilin fevralına təsadüf edir. Sisianov Kəlbəli xanın Naxçıvanda və  İrəvanda 

böyük hörməti olduğunu bilirdi. Şahın Kəlbəli

[67-68]

xana səmimiyyətdən uzaq, saxta 



münasibətindən də xəbəri vardı. Sisianov bu vəziyyətdən istifadə etmək qərarına gəldi. 

                                                            

35

 

P. Q. Butkov. Göstərilən əsəri, s. 527



 

36

 



Зубов. Подвиг русских воинов в странах Кавказа, СПб.,1835. с.72




48 

 

Uzun müddət erməni katalikosu Danil Tehranda saxlanılırdı. Cənubi Qafqaz 



ermənilərinin hörmətini qazanmaq üçün Sisianov Kəlbəli xanın vasitəsilə Danili İrəvana 

qaytarmağı qərara aldı. 1803-cü il fevralın 6-da Sisianov Kəlbəli xana yazırdı: «... Ali 

məqamınızdan xahiş edirəm ki, sizdən asılı olan bütün imkanlardan istifadə edərək 

Ümumrusiya  əlahəzrət imperatoru və  ali sultanın razılığına  əsasən, Ararat patriarxı 

Danil katalikosun öz vəzifəsinə qaytarılması üçün kömək edəsiniz. Mənə  gəlib çatan 

xəbərə görə inanıram ki, sizin katalikos Danilin geri qaytarılması üçün imkanlarınız 

var»

37

. Əlimizdə hələlik Kəlbəli xanın cavab məktubu yoxdur. Lakin onun arxiyepiskop 



Ohanesə yazdığı    məktubundan Naxçıvan xanının məktuba olan münasibətini 

müəyyənləşdirmək olar. Məktubda deyilirdi: «Mən iranlılardan o qədər incimişəm ki, 

onlar Allah olsalar belə onlara boyun əymərəm...  Əgər mən dəqiq bilsəm ki, ruslar 

Gürcüstanı tərk etməyəcəklər, necə ki, Zubov qayıtdı və bunun nəticəsində bizim evlər 

dağıldı, o zaman mən ruslara xidmət edərəm. Mənim haqqımda Sisianova pis cəhətdən 

məlumat verilmişdir.  Əgər mənə yazıldığı kimi ruslar Gürcüstanda möhkəmlənsələr, 

mən də dövlətinizin xidmətində olaram. Mən ayın 28-də İrana şahın yanına gedəcəm və 

bu səfərdə əsas məqsədim patriarx Danili Naxçıvana gətirməkdir və buna siz əmin ola 

bilərsiniz»

38



Məktubdan götürülmüş bu qısa iqtibasdan müəyyən etmək olar ki, Kəlbəli xan rus 

dövlətinə pis münasibət bəsləmirmiş, həmişə olduğu kimi, sadəlövhlüklə rus dövlətinin 

köməyinə bel bağlayırmış. 

Çox güman ki, bu məktubdan sonra Kəlbəli xan İrana getmiş və katalikos Danilin 

geri qaytarılmasına nail olmuşdur. Lakin irəvanlı  Məhəmməd xan Danili İrəvana 

buraxmamışdı. Çünki bu zaman xanın özü tərəfdən təyin edilmiş David adlı başqa bir 

erməni ruhanisi buranı idarə edirdi. İrəvanlı Məhəmməd xanın belə hərəkəti Sisianovun 

ciddi narazılığına səbəb oldu. Bu münasibətlə Sisianov 1804-cü il may ayının 5-də 

Kəlbəli xanın adına məktub da göndərdi. Həmin məktubda Məhəmməd xanın ünvanına 

hədələyici sözlər yazaraq onun nəzərinə bunları çatdırmağı Kəlbəli xandan tələb etdi: 1) 

hər şeydən əvvəl Davidlə gedən danışıqlar kəsilməli və patriarx Danil öz yerinə bərpa 

olunmalı; 2) qala; (İrəvan — red.)  rus qoşunları  tərəfindən tutulduqdan sonra xana 

qalada və ya qaladan kənarda yaşamağa sərbəstlik veriləcəkdir; 3) xan rus imperatorunu 

özünün dövlət başçısı kimi qəbul etməli, sədaqətli olacağına and içməlidir; 4) xan 

Rusiyaya 80 min manat həcmində  xərac verməli və  hər il bu xərci iki müddətdə — 

birinci yarısını  Novruzdan bir gün keçdikdən sonra, ikinci yarısını isə iyul ayından



 

sonra ödəməlidir. Bunun müqabilində xan, öz əvvəlki hüququnda qalacaq və rəisliyini 

davam etdirəcək. İmperator xanlıq hüququ barədə şəhadətnamə verəcək ki, bu da onun 

təhlükəsizliyini təmin edəcək. Eyni zamanda xan ailəsinin  İrandan gətirilməsi üçün 

bütün tədbirlər görüləcək»

39



Göründüyü kimi, rus komandanlığı  Kəlbəli xandan istifadə edərək, onun 

vasitəsilə irəvanlı  Məhəmməd xana təsir göstərməyə çalışır,  İrəvan xanlığını  ələ 

keçirmək məqsədini güdərək Eçmiədzinə daha etibarlı Danili katalikos qoymaq 

                                                            

37

 . AKAK, II cild, 1270-ci sənəd, s. 638 



38

 

AKAK, II cild, 1271-ci sənəd, s. 639



 

3

9



 

AKAK, II cild, 1272-ci sənəd, s. 639

  



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə