Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   2   3   4   5   6   7   8   9   ...   33

 

Bununla belə, tədqiq olunan dövrdə  Şimali Azərbaycanın Rusiya tərəfindən 



işğalının mütərəqqi xarakteri heç də Azərbaycanda və habelə bütün Cənubi Qafqazda 

çarizmin müstəmləkəçilik siyasətinin həyata keçirilməsini təkzib etmir. Lakin çarizmin 

müstəmləkəçilik siyasətinə baxmayaraq, bu tarixi aktın Cənubi Qafqaz xalqlarının 

taleyində mütərəqqi rolunu da etiraf etməmək olmaz. 

Yuxarıda qeyd edildiyi kimi, ikinci Rusiya—İran müharibəsi dövründə (1826—

1828) Rusiya tərəfindən işğal edilən torpaqlardan biri də Naxçıvan xanlığı olmuşdur. 

Hər iki Rusiya—İran müharibəsi dövrünün, habelə  Şimali Azərbaycanın 

Rusiyaya ilhaq edilməsi prosesinin tədqiqi həm də ona görə aktualdır ki, müasir dövrdə 

bir sıra burjua ideoloqları və təbliğatçıları Azərbaycanın şimal xanlıqlarına İranın tərkib 

hissəsi kimi baxmış, XVIII əsrin ortalarında müstəqillik  əldə edən xanlıqları  İrandan 

ayıra bilməmişlər. Halbuki hər bir Xanlıq özü-özlüyündə müstəqil dövlət qurumu 

olmuş, müstəqil daxili və xarici siyasət həyata keçirmişdir.

 [5-6]

 

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın şimal xanlıqları arasında özünün 



siyasi və ictimai-iqtisadi tarixinə görə müstəsnalıq təşkil edən Naxçıvan xanlığı bu günə 

qədər tarixi ədəbiyyatda öz əksini tapmamışdır. Məhz bunu nəzərə alaraq oxuculara qısa 

da olsa orta əsr Azərbaycan tarixində mühüm rol oynayan Naxçıvan xanlığı barədə 

məlumat verməyi məqsədəuyğun hesab etmişik. 

Naxçıvan xanlığının tarixini bilmək bir də ona görə vacibdir ki, nankor erməni 

ideoloqları heç bir əsas olmadan bu torpağı Ermənistanın tərkib hissəsi kimi qələmə 

verməyə çalışırlar. 

Naxçıvan xanlığının tarixini öyrənməkdən ötrü müəlliflər XIX əsrin əvvəllərində 

Qafqaza dair Rusiyada nəşr edilən tarixi ədəbiyyatla tanış olmuş, onlara tənqidi 

cəhətdən yanaşaraq bir sıra faktiki materiallardan faydalanmış, habelə bu günə  qədər 

tarix elminə məlum olmayan yeni arxiv sənədlərini üzə çıxarmışlar 

Əsərin yazılışına Mərkəzi Dövlət Hərbi Tarix Arxivindən (MDHTA), Rusiyanın 

Xarici Siyasət Arxivindən (RXSA), Azərbaycanın, Gürcüstanın, Ermənistanın mərkəzi 

tarix arxivlərindən götürülmüş bir sıra sənədlərdən ilk dəfə istifadə olunmuşdur. həmin 

arxiv sənədlərindən rus zabitlərinin mərkəzə göndərdikləri məlumatları, Qafqazdakı rus 

ordusu qərargahının sənədləri, Naxçıvanın hakim feodallarından Kəlbəli xanın, 

Cəfərqulu xanın, Abbasqulu xanın, Şıxəli bəyin rus dilinə tərcümə edilmiş məktublarını, 

Kartli-Kaxeti çarı II İraklinin Naxçıvan xanlığının siyasi vəziyyətinə, habelə özünün 

Naxçıvan xanlığına münasibətinə dair rus hakimlərinə göndərdiyi məktubları göstərmək 

olar.


2

 Əsərdə müəlliflər tərəfindən rus qafqazşünası A. P. Berjenin (1826—1886) XIX 

əsrdə nəşr etdirdiyi aktlardan da istifadə olunmuşdur. 

Kartli-Kaxeti çarı II İraklinin yanında rezident olmuş rus ordusunun polkovniki S. 

D. Burnaşevin raportlarında xüsusilə zəngin faktlar vardır. Arxiv sənədləri arasında II 

Yekaterinanın, knyaz Q. A. Potyomkinin məktubları, raport və  sərəncamlarındakı 

faktlar da diqqəti cəlb edir. Rus sərkərdələrindən P. S. Potyomkinin, Qudoviçin, 

Sisyanovun, Katlyarevskinin, Nebolsinin və başqalarının da raportlarında, 

məktublarında maraqlı faktlara rast gəlmək olur.

 [5-6]


 

 

                                                            

2

 Кавказский «сборник», т. ХХХ. Тифлис, 1910 




 

Naxçıvan xanlığı haqqında çox qiymətli məlumatlar həmin dövrdə diplomatik 



fəaliyyət göstərən rus yazıçısı A. S. Qriboyedovun yazılarında da vardır. A.S. 

Qriboyedov ikinci Rusiya—İran müharibəsi dövründə aparılan danışıqlarda iştirak 

etdiyindən hadisələrin  şahidi olmuşdu. «Qafqaz məcmuəsində» Aleksan

dr

 Sergeyeviç 



Qriboyedovun tərcümeyi-halı haqqında nəşr edilmiş  sənədlər qiymətli materialla 

zəngindir. Həmin məcmuədəki sənədlər arasında Kəlbəli xanın, Nəzər Əli xanın, Həsən 

xanın, Ehsan xanın və Şıxəli bəyin Rusiya hərbi xadimləri ilə məktublaşmaları vardır. 

Maraqlıdır ki, Nəzərəli xanın və Həsən xanın siyasi xadim kimi fəaliyyəti ilk dəfə A. S. 

Qriboyedov tərəfindən göstərilmişdir. 

Məlum olduğu kimi, 1816-cı ildə A. E. Yermolovun rəhbərliyi ilə Rusiya 

imperiyasının səfirliyi  İrana göndərilmişdi. Həmin səfirlik və A. E. Yermolovun 

apardığı danışıqlar haqqında  ədəbiyyatlarda geniş material olmasına baxmayaraq, 

nədənsə A. E. Yermolovun Naxçıvanda olması  və  Kəlbəli xan ilə danışıqları bu günə 

qədər tarixi ədəbiyyatlarda öz əksini tapmamışdır. İlk baxışda bu hadisə diqqəti o qədər 

cəlb etməsə də, A. E. Yermolovun başçılığı ilə İrana göndərilən nümayəndə heyətinin 

tərkibində iştirak etmiş Vasili Boroznanın

3

, A. E. Sokolovun



4

 və başqalarının

5

 verdikləri 



məlumatlarda A. E. Yermolovla Kəlbəli xanın görüşlərindən maraqlı faktlar gətirilir. 

Xüsusilə, Kəlbəli xanın söhbətləri daha maraqlıdır; birinci, Kəlbəli xanın sözlərindən 

aydın olur ki, o, hüquqi cəhətdən  İrandan asılı olsa da, İran  şahlığına nifrət bəsləyir

ikincisi, danışıqların gedişindən aydın olur ki, o, gözlərindən məhrum olsa da, həmişə 

Naxçıvan xanlığının müstəqilliyinə çalışmış, xanlığın siyasi həyatında fəal iştirak 

etmişdir. 

XVIII  əsrin ikinci yarısından başlayaraq Türkmənçay (1828) müqaviləsinə 

qədərki dövrdə Naxçıvan xanlığında 

[7-8] 

baş verən ara müharibələri və yadelli 



işğalçılara qarşı mübarizə, birinci və ikinci Rusiya—İran müharibələri dövründə 

Naxçıvan xanlığının müharibə meydanına çevrilməsi xanlığın həm siyasi, həm də 

təsərrüfat həyatına ağır zərbə vurmuşdu. Bu müharibələr Naxçıvan xanlığında 

məhsuldar qüvvələrin zəifləməsinə, maddi mədəniyyət abidələrinin, o cümlədən yazılı 

mənbələrin məhv olmasına gətirib çıxarırdı. Bunlar da Naxçıvan xanlığına aid bir çox 

faktların üzə çıxarılmasında çətinlik törədir. 1936-cı ildə Tiflis şəhərində nəşr olunmuş 

«XVII—XIX  əsrlərdə Naxçıvan  əlyazmaları  sənədləri»

6

 mübaliğəsiz demək olar ki, 



Naxçıvan xanlığına aid yeganə «yerli» materialdır 

Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra hökumətin göstərişinə 

əsasən rus hərbi xadimləri, məmurları burada əvvəllər mövcud olan vəziyyəti 

öyrənməklə əlaqədar bir sıra əsərlər yazmışlar ki, onlardan da bir mənbə kimi istifadə 

edilmişdir. XIX əsrin ikinci yarısında Naxçıvan vilayəti ilə əlaqədar məsələləri öyrənən 

                                                            

3

.Василий Брозна Краткое описании путешествия российского императорского посольства в Персию в 1817г СПб., 1821. 



4

,  Дневные  записки  о  путешествии  российско-императорского  посольства  в  Персию  в 1816-1817 годах,  веденные  Советском 

этого посольства Соколовым М.,1910 

5

 Журнал посольства в Персию генерала А.Б. Ермолова. Чтение в Императорском обществе истории и древностей российских 



при Московском Университета .Апрель-июль, кн. 2. М.,1863. 

6

 Нахичеванские  рукописные  документы XVII- XIX.вв.  см.  Передняя  Азия  в  документах  (серия  памяти  Ю.Н.  Марра),  кн. 1, 



Тибиси,1936 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə