Fuad əLİyev mirabdulla əLİyev


XANLIĞIN YARANMA TARİXİNDƏN



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   2   3   4   5   6   7   8   9   ...   33

 

XANLIĞIN YARANMA TARİXİNDƏN 

 

Uzun müddət  İranın hökmranlığı altında olmuş Azərbaycan XVIII əsrin 



ortalarında yenidən istiqlaliyyət əldə etdi. Həmin dövrdə Azərbaycan vahid dövlət deyil, 

siyasi cəhətdən müstəqil dövlət qurumlarından—xanlıqlardan ibarət idi. 

Belə siyasi müstəqillik  əldə edən xanlıqlardan biri də  mərkəzi qədim Naxçıvan 

şəhəri olan Naxçıvan xanlığı idi. Azərbaycan xanlıqları təqribən XVIII əsrin ortalarında 

yaransalar da, hər bir xanlıq özünə xas uzun tarixi yol keçmişdir. 

Məlum olduğu kimi, XVI əsrdə Azərbaycanın geniş  ərazisində  mərkəzi Təbriz 

şəhəri olan Səfəvilər dövləti yaranmışdı. Bu dövlət yarandığı gündən Osmanlı 

Türkiyəsinə qarşı apardığı uzun sürən müharibələrdə döyüş meydanına çevriliş 

Naxçıvan diyarı gah Osmanlı Türkiyəsinin, gah da Səfəvilərin əlində olmuşdur. 1554-cü 

ildə Osmanlı qoşunları  Səfəvi dövlətinin  ərazisinə 12-ci dəfə yürüş etdilər. Tarixi 

mənbələrdə bu yürüş «Naxçıvan yürüşü» adlanır. Düşmənin bu yürüşünün qarşısını ala 

bilməyəcəyini başa düşən Səfəvi  şahı I Təhmasib öz qoşunlarını geri çəkmişdi. 

Naxçıvan  əhalisinin  əksəriyyəti də  şah qoşunları ilə birlikdə Naxçıvanı  tərk etməyə 

məcbur olmuşdu. 

1554-cü il iyulun 28-də Naxçıvan  şəhərini  ələ keçirən Türkiyə Sultanı I 

Süleymanın qoşunları şəhəri yerlə-yeksan etdilər. Lakin türk əsgərləri üçün ərzağın və 

atlara yemin çatışmaması üzündən işğalçılar tezliklə  şəhəri tərk etməli oldular. 

Naxçıvanı tərk edərkən türk əsgərləri Sultan I Süleymanın əmri ilə şəhəri yandırdılar 

Türk qoşunları şəhərdən çıxıb getdikdən sonra, Naxçıvanda bərpa işləri başlandı. 

Şah II İsmayılın dövründə (1576—1577) Şərəf xan Bidlisi Naxçıvanın hakimi təyin 

edildi. Lakin onun hakimliyi uzun sürmədi. 1578-ci ildə o, 400 nəfərə yaxın adamı ilə 

Bidlis şəhərinə.

 [12-13]

 gələrək orada möhkəmləndi. Çünki bu dövrdə türk qoşunlarının 

Azərbaycana və Gürcüstana yeni yürüşü başlanmışdı. Mustafa Lələ Paşanın başçılığı ilə 

Osmanlı qoşunları müvəffəqiyyət qazanaraq bir sıra şəhərləri, o cümlədən Naxçıvanı ələ 

keçirsələr də obyektiv səbəblər üzündən tezliklə  şəhəri yenidən tərk etməyə  məcbur 

oldular. 

İradəcə  zəif olan Şah Məhəmməd Xudabəndənin (1578—1587) hakimiyyəti 

dövründə  Səfəvi dövləti inzibati cəhətdən parçalandı. Ölkə bir neçə  bəylərbəyiliklərə 

bölündü. Bu zaman Naxçıvan  əyaləti qızılbaş tayfalarından olan kəngərlilərin irsi 

mülkiyyətinə çevrildi. 

XVI  əsrin axırlarında Naxçıvan  şəhəri yenidən Osmanlı ordusunun işğalına 

məruz qaldı. Sultan III Muradın hakimiyyəti dövründə Naxçıvandan və onun ətrafından 

40.000 nəfər əsir alınıb Türkiyəyə aparıldı. Fərhad paşanın komandanlığı altında 1588-

ci ildə Naxçıvana yürüş edən Osmanlı qoşunları şəhəri təkrar talan etdilər. 

1590-cı ildə  Səfəvilərlə Osmanlılar arasında bağlanmış müqaviləyə görə 

Azərbaycanın bir sıra torpaqları ilə yanaşı, Naxçıvan da Türkiyənin işğal zonasında 

qaldı. Türk komandanlığı şəhərin coğrafi baxımdan strateji əhəmiyyətini nəzərə alaraq

Naxçıvanı özlərinin əsas müdafiə məntəqələrinə çevirdi və ən seçmə qüvvələrini burada 

saxladı. Naxçıvanın idarəsi Xıdır paşaya tapşırıldı. 

1603-cü ildə Səfəvilərlə Osmanlılar arasında yenidən müharibə başlandı. Bu dəfə 

qələbə çalan Səfəvi qoşunları  Təbrizdən türk əsgərlərini qovduqdan sonra Naxçıvan 



10 

 

istiqamətində  hərəkət etdilər, Naxçıvanda yerləşən türk qarnizonu müqavimət göstərə 



bilməyib şəhəri tərk etdi Bu qələbədən sonra Səfəvilər dövlətinin taxtında atasını əvəz 

edən I Şah Abbas xüsusi qoşunun başında Naxçıvana daxil oldu. 

Beləliklə, müəyyən fasilədən sonra Naxçıvanda yenidən qızılbaşların hakimiyyəti 

bərpa olundu. Lakin bu heç də naxçıvanlıların rifah halının yaxşılaşmasına gətirib 

çıxarmadı. Naxçıvanda yenə  də  İran feodallarının istismarı  bərpa edildi. Bu isə geniş 

xalq kütlələrinin narazılığına səbəb oldu. Yerli əhalinin qəzəbindən ehtiyat edən I Şah 

Abbas Naxçıvan  əhalisinin doğma torpaqlarından Fərhadabada köçürülməsi barədə 

fərman.


[11-12]

verdi.  Əhalinin çox hissəsi bu köçürülmədən yayınmaq üçün şəhəri tərk 

edərək  əlçatmaz yerlərə  çəkildi. I Şah Abbas strateji əhəmiyyətini nəzərə alaraq, 

Naxçıvan şəhərinin İran ordusu üçün müdafiə məntəqəsinə çevrilməsi haqqında göstəriş 

verdi. Şah öz yaxın adamı Sultan Maqsudu Naxçıvana hakim təyin etdi. 

Səfəvi qoşunları Naxçıvanla yanaşı həmçinin osmanlılardan geri alınmış Təbriz, 

İrəvan və digər  şəhərlərdə  də möhkəmləndilər. Lakin Osmanlı imperiyasının hakim 

qüvvələri yaranmış  vəziyyətlə barışmaq istəmədiklərindən, yenidən Səfəvilər üzərinə 

hərbi yürüşə başladılar. Bu yürüşdə Osmanlı qoşunlarına Sinan paşa Ciqaloğlu 

komandanlıq edirdi. 

I  Şah Abbas düşmənin gözlənilməz hücumunun qarşısını almağa hazır 

olmadığından Araz çayının sol sahilindəki  ərazilərin boşaldılması  və yerdə qalan 

ərzağın məhv edilməsi haqqında sərəncam verdi ki, gələcəkdə osmanlılar buradan İrana 

qarşı müdaxilə  məqsədləri üçün istifadə edə bilməsinlər. I Şah Abbasın  əmri ilə 

Naxçıvan diyarının əhalisi İranın içərilərinə köçürüldü. Mənbələrə əsaslanan professor 

İ. P. Petruşevski yazır ki, 1605-ci ildə Naxçıvan bölgəsindən 70 minə qədər yerli əhali 

İranın cənub və cənub şərqinə köçürülmüşdü. 

Əhaliyə divan tutan şah ordusu, həm də Naxçıvanda türk əsgərlərinin daldalana 

biləcəyi tikintiləri darmadağın edirdi. Mənbələrdə deyilir ki, Naxçıvandan Vana qədər 

bir ev də olsun salamat qalmamışdı  

Tezliklə Ömər ağanın komandanlığı altında türk ordusu müqavimətə rast 

gəlmədən Naxçıvanın xarabalıqlarına sahib oldu. Ərzaq və yem olmadığı üçün işğalçılar 

çox ciddi çətinliklər qarşısında qaldılar. Qışın yaxınlaşması və ərzağın çatışmaması türk 

qoşunu içərisində narazılığı artırdı. Bu vəziyyətdən istifadə edərək  Əmirgünə xanın 

başçılığı altında Səfəvi ordusu əks-hücuma keçdi və ciddi müqavimət görmədən qələbə 

çaldı. Bu hadisə haqqında müasirlərindən biri belə yazır: «I Şah Abbas Əmirgünə xanı 

çoxlu döyüşçülərlə Ömər ağanın üzərinə göndərdi.  Əmirgünə xan cəsarətlə vuruşaraq 

Ömər ağanı  qətlə yetirdikdən sonra onun qoşununa ağır zərbə endirdi. O, öldürülmüş 

türk  əsgərlərinin başlarını  əsirlərlə birlikdə öz qoşunları ilə  Təbriz  ətrafında düşərgə 

salan I Şah Abbasa göndərdi». 

Naxçıvana hakim təyin edildikdən sonra Əmirgünə xan bərpa işlərinə başladı. 

Lakin  şəhərdə aparılan bərpa işləri tam başa çatmadı. 1635-ci ildə Türkiyə sultanı IV 

Murad Naxçıvanı yenidən işğal etmək üçün Mehmet paşanın komandanlığı altında 

buraya qoşun göndərdi. XVII əsrdə Naxçıvanda olmuş türk səyyahı Evliyə Çələbi yazır 

ki, türklər tərəfindən tutulduqdan sonra «həmin yerlər insanların yaşadığı gözəl 

məskənlərə çevrildi, şəhəri 10 min böyük ev bəzəyirdi,  şəhərdə  məscid və ibadət 

yerlərinin sayı 70-ə çatır, 40 məhəllə məscidi, 20 qonaq evi, 7 hamam, 1000 dükan var. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə