Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   2   3   4   5   6   7   8   9   ...   33

13 

 

etməklə, həmin sənədi özündə saxlamalı idi. Üçüncü isə mustofi adlanırdı ki, o da bütün 



hesabların düzgünlüyünə nəzarət edirdi. Nadir şahın bu yeni qaydalarında məqsədi bir 

tərəfdən vergilərin yığılması sahəsində intizamı artırmaq idisə, digər tərəfdən feodal 

istismarını gücləndirməkdən ibarət idi. Bu yeni qaydalar nəticəsində mərkəzdə və eləcə 

də əyalət, şəhər və kəndlərdə aclıq və bahalıq daha da artırdı. 

Nadir  şahın siyasətinin məntiqi nəticəsi idi ki, bir çox şəhərlərdə, kəndlərdə  və 

ətraf yerlərdə, o cümlədən Muğanda, Təbrizdə, Gəncədə, Qazaxda, Loridə, 

Gürcüstanda, Göyçə sahillərində, Qafanda, Naxçıvanda,  İrəvanda aclıq və bahalıq baş 

alıb gedirdi. 

Nadir  şah vergilərin toplanmasına böyük əhəmiyyət verirdi. Bu sahədə  ən kiçik 

qüsura yol vermiş adamı ciddi cəza gözləyirdi. Bəzən  şahın belə  hərəkətlərinə laqeyd 

yanaşan məmurlar gəlir əldə etməkdən savayı heç bir şey haqqında fikirləşmirdilər. Bu 

cəhətdən Naxçıvan hakimi Mirzə Rzanın hərəkətlərini misal göstərmək olar. Mənbələrin 

verdiyi məlumata görə, erməni katalikosu Abram Kretasi Muğan qurultayından sonra 

Nadir şahın hüzurunda Mirzə Rzanın hərəkətlərini ifşa edərək demişdi: «Sən Naxçıvan 

torpağını  məhv etmiş, rəiyyətlərdə mal-dövlət qoymamısan... sən hazırda Naxçıvan 

vilayətində 1000 tümən rüşvət almısan  əgər  şah  əmr etsə  mən səndən hesabat tələb 

edərəm çünki rəiyyətlərin pulu ya onlara qaytarılmalıdır, ya da şaha verilməlidir. Nə 

üçün sən o pulları mənimsəmirsən?» 

Mirzə Rza həqiqətən Naxçıvanda özbaşınalıq edirdi. O, 82 kənddən vergi yığdığı 

halda, yalnız 700 tümən həcmində 32 kəndin vergisini xəzinəyə vermişdi Nadir şah ona 

üç gün müddətində bütün vergilərin xəzinəyə təhvil verilməsini əmr etmişdi. Bununla 

kifayətlənməyən şah ona cəza verdikdən sonra vəzifədən kənarlaşdırmışdı. 

Nadir  şahın daxili siyasəti təbii olaraq, geniş xalq kütlələrinin nifrətinə  səbəb 

oldu. Azərbaycanın başqa yerlərində olduğu kimi, Naxçıvanda da əhali ikiqat zülm 

altında inləyirdi.  Şəhərliləri və  kəndliləri bir tərəfdən yerli feodallar, digər tərəfdən 

xarici işğalçılar soyurdular. Məhz buna görə idi ki, yerli əhalinin bir hissəsi feodal 

istismarından yayınmaq məqsədilə doğma yurdlarını  tərk edərək  əlçatmaz yerlərdə 

sığınacaq tapırdılar. Naxçıvan bölgəsində  Kəngərli tayfasının bəzi nümayəndələri 

mərkəzə tabe olmadıqları üçün şah tərəfindən uzaq yerlərə — Əfqanıstana köçürüldülər. 

Kəngərlilərin tabesizliyi Nadir şahda şübhə oyatdığı üçün bu tayfaya o qədər də etibar 

etməyib, başqa yerlərdən fərqli olaraq, Naxçıvan  əyalətini idarə etmək üçün buraya 

həmin tayfadan iki hakim təyin etdi: birinci hakim-e ölke-yi Naxçıvan (Naxçıvan 

ölkəsinin hakimi), ikincisi hakim-e tümən-e Naxçıvan və ya kəngərli tayfa başçısı  və 

süvari bölməsinin rəisi. Həm Naxçıvan ölkəsində  kəngərli tayfasının aşağıdakı qolları 

məşgərli tayfasının  ən nüfuzlu nümayəndələrindən təyin edilirdi. Onlardan başqa 

Naxçıvan ölkəsinin idarəsində vəkillər və tayfa ağsaqqalları da iştirak edirdilər. Arxiv 

sənədlərindən məlum olur ki, bu dövrdə Naxçıvan ölkəsində  kəngərli tayfasının 

aşağıdakı qolları  məşhur idi: Qızıllı, Sarbanlar, Ağabəyli, Qaradolaq, Əlixanlı, 

Qaraxanbəyli, Qarabağlar və b. 

Yeri gəlmişkən onu da qeyd edək ki, Nadir şah hələ hakimiyyət başına gəlməzdən 

əvvəl sərkərdə olduğu zaman da kəngərli tayfasının nüfuzlu nümayəndələrinə şübhə ilə 

baxırdı. Təsadüfi deyildir ki, Nadir 1736-cı ildə Muğanda tacqoyma mərasimini 

keçirərkən orada tayfa başçısı  Vəliqulu xan Kəngərli yox, Muğan qurultayında 



14 

 

Naxçıvanın nümayəndəsi kimi İrandan göndərilmiş özünün qəddarlığı ilə seçilən Mirzə 



Rza iştirak etmişdi. Mirzə Rza Nadir şah tərəfindən cəzalandırıldıqdan sonra bir daha 

Naxçıvana qayıtmadı. Böyük miqdarda rüşvət alan şahın qardaşı  İbrahim xan onu 

gizlətdi. 

[17-18]


 

Naxçıvan ölkəsinin müvəqqəti hakimi Ağa Həsən təyin olundu. Lakin o da yerli 

əhali ilə rəftarında fərqlənmədi Ağa Həsənin zülmündən cana gəlmiş yerli əhali silaha əl 

atmağa məcbur olurdu. Həmin hadisəni qələmə alan salnaməçi bu barədə belə 

yazmışdır: «... ölkə dilənçi vəziyyətinə düşmüşdür. Valideynlər öz uşaqlarını satmağa 

məcbur olurdular. Lakin alıcı tapılmırdı. Bəziləri hətta arvadını, oğul və qızlarını qoyub 

başqa ölkələrə qaçırdılar... Nadir şah uşaqları qul edib satırdı». 

Nadir  şah baş vermiş üsyanları çox qəddarlıqla yatırırdı. Tarixi ədəbiyyatda 

Cənubi Qafqazda Nadir şahın siyasətinə qarşı baş vermiş kütləvi çıxışlar haqqında geniş 

məlumat vardır. Naxçıvanda baş vermiş bu çıxışlar haqqında son zamanlar Moskvada 

nəşr olunmuş bir əsərdə belə bir yazı verilmişdir: «Nadir çox qəddarlıqla üsyanı yatırdı. 

O,  İrəvan xanına tapşırdı ki, Naxçıvanda  əhalinin  əhval-ruhiyyəsini öyrənsin. Bu 

məqsədlə o, yerlilərdən 33 nəfərlə söhbət apararkən çox hiyləgərliklə öyrənib ki, onlar 

azadlıq barədə düşünürlər və bu haqda o, Nadir şaha xəbər vermiş. Nadir şah əmr etmiş 

ki, onun siyasətindən narazı olanların gözləri çıxarılsın və  əmlakları müsadirə edilsin. 

Bəzi imkanlı  şəxslər iranlı  sərbazlara pul verməklə bir gözlərini saxlamışlar». Göz 

çıxarmaq Nadir şahın ən «sevimli» cəzası idi. O, hətta şübhələndiyi doğma oğlunun da 

gözlərini çıxartdırmışdı. 

Lakin güclü təqiblərə baxmayaraq xalqın narazılığı artmaqda davam edirdi. Ağır 

istismar ölkədə silahlı üsyanlara gətirib çıxarırdı. 1743-cü ildə  Şirvanda baş vermiş 

üsyan yatırıldıqdan sonra 1746—1747-ci illərdə Azərbaycanı, Gürcüstanı yeni üsyanlar 

bürüdü. 


1747-ci il mart ayının 15-də Rusiyanın  İrandakı  səfiri M. M. Qolitsin yazırdı: 

«İndiki zamanda İran  əyalətlərinin hamısında qorxulu vəziyyət yaranmışdır. Gəncədə, 

İrəvanda, Naxçıvanda, Tiflisdə  əhali pul cərimələrindən cana gəlmiş, kiçikdən 

böyüyədək, hətta yerli hakimlər qiyam qaldırır, var-dövlətləri və mal-qarası ilə dağlara 

çəkilirlər»

5

. Kim bilir əfşar zadəganları  tərəfindən sarayda törədilmiş sui-qəsd 



nəticəsində Nadir şah öldürülməsəydi xalqın taleyi necə olacaqdı.

 [20-21]


 

 

1747-ci ildə Nadir şahın dövləti süquta uğradıqdan sonra kəngərli tayfa başçısı 

Heydərqulu xan yerli feodallara arxalanıb, Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq 

özünü Naxçıvan xanlığının müstəqil hakimi elan etdi. 

XVIII  əsrin ortalarında Azərbaycan  ərazisində yaranan 18 xanlıqdan biridə 

Naxçıvan xanlığı oldu. 



 

                                                            

5

 Ф.М. Алиев. Ширванское восстание 1743г., Изв. АН Азерб. ССР. 1967 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə