Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

49 

 

istəyirdi. Bununla rus komandanlığı Cənubi Qafqazda xristianların, xüsusilə hələ o vaxt 



dünyanın bir çox ölkələrinə yayılmış ermənilərin hüsn-rəğbətini qazanmağa can atırdı. 

Lakin o zaman bu fikri həyata keçirmək mümkün olmadı. 

Rus komandanlığı  hərbi-strateji cəhətdən  əlverişli olan İrəvan xanlığını  fəth 

etmək üçün tədbirlər hazırladığı zaman, ingilis və fransız diplomatiyası  tərəfindən 

qızışdırılan  şah hakimiyyəti 1804-cü ilin may ayında rus komandanlığından tələb etdi 

ki, qoşunlarını Cənubi Qafqazdan çıxarsın. Bu elə bir vaxta təsadüf edirdi ki, Sisianov 

naxçıvanlı Kəlbəli xanla danışıqlar aparırdı. Rusiya İranın notasını rədd etdiyinə görə, 

1804-cü il iyunun 10-da İranla Rusiya arasında diplomatik münasibətlər kəsildi və 

beləliklə də bu iki dövlət arasında, tarixdə məşhur olan birinci Rusiya— İran müharibəsi 

başlandı


[69-70]




50 

 

XANLIĞIN RUSİYA TƏRƏFİNDƏN İŞĞALI 



 

Naxçıvan xanlığı birinçi Rusiya—İran müharibəsi dövründə (1804—1813). 

XIX  əsrin  əvvəllərindən Qafqazı  ələ keçirməyi qarşısına məqsəd qoyan çar Rusiyası 

1803-ü ildə Car—Balakən camaatını  qəddarlıqla tabe etdikdən sonra 1804-cü ilin 

yanvarında daha artıq qəddarlıqla Gəncə xanlığını  işğal etdi. Rus qoşunlarının 

Azərbaycan ərazisindəki təcavüzündən təşvişə düşən İran hökuməti Cənubi Qafqazdan 

qoşunlarını geri çağırmağı Rusiyadan tələb etdi. Alınan rədd cavabı  İranla Rusiya 

arasında müharibənin başlanması üçün bəhanə oldu. 

Müharibənin ilk günlərindən qalibiyyətlə irəliləyən rus qoşunlarının 

müvəffəqiyyətinə, Car—Balakəndə 

və 


Gəncə xanlığındakı 

qəddarlıqlarına 

Azərbaycanın  şimalında yerləşən xanlıqlar biganə qala bilməzdilər. Gəncə xanlığının 

aqibətindən qorxuya düşən Qarabağ, Şəki və Şamaxı xanlıqlar l rus komandanlığından 

ehtiyat edərək «müqavilə»  əsasında çar Rusiyasının himayəsini qəbul etməyə  məcbur 

oldular. 

Şimali Azərbaycanda siyasi vəziyyətin bu şəkildə  dəyişməsi ilə  əlaqədar Fətəli 

şah Cənubi Azərbaycan xanlıqlarını bütünlüklə özünə tabe etmədən var qüvvəsini 

Cənubi Qafqaz uğrunda mübarizəyə yönəldə bilməzdi. 

Hələ  İranla müharibə başlamazdan  əvvəl, yerli vəziyyətlə tanış olan rus 

ordusunun Qafqaz qoşunlarının ali baş komandanı knyaz P. D. Sisianov yazmışdı: 

«...Azərbaycan xanlarının böyük bir hissəsi açıqdan-açığa  İran  şahının özbaşınalığına 

görə ona nifrət edir»

1

. Məhz bunu nəzərə alan Fətəli  şah, ilk növbədə, Cənubi 



Azərbaycan xanlarını özünə tabe etmək qərarına gəldi. Şah Cənubi Azərbaycanda çox 

asanlıqla qələbə çalacağına ümid edirdi. Lakin o yanılırdı. Əvvəlki illərdən fərqli olaraq 

Cənubi Azərbaycanın bir çox xanları ümumi düşmənə qarşı birlikdə müqavimət 

göstərməyi qərara aldılar. Vəziyyətin belə şəkil almasından xəbər tutan Sisianov dərhal 

rus komandanlığının qərargahına belə bir məlumat verdi: «... Təbriz xanı Əhməd xan... 

və bundan əlavə Azərbaycanın və İranın daha on xanı Baba xandan (Fətəli şahdan — 



red.) üz çevirmişlər. Yaranmış vəziyyət onu (şahı — red.) xeyli narahat etmişdir. Əgər 

şah Azərbaycana gəlsə Azərbaycan xanları sözləşiblər ki, müqavimət göstərib onu 

məğlub etsinlər və İran qoşunlarının Aflantu (Qaflanguh — red.) dağı istiqamətindəki 

hərəkətinin qarşısını alsınlar»

2



Yuxarıda göstərilən arxiv sənədindən məlum olur ki, Cənubi Azərbaycan xanları 



birinci Rusiya — İran müharibəsinin  əvvəllərində  Hələ  İranın təsiri altına 

düşməmişdilər. 

Açıqdan-açığa İran əleyhinə siyasət yeridən Cənubi Azərbaycan xanlarından biri 

Xoy xanlığının hakimi Cəfərqulu xan idi. O, eyni zamanda Qafqazdakı rus qoşunlarının 

ali baş komandanı ilə  də  məktublaşırdı. Bundan xəbər tutan şah Cəfərqulu xanı 

cəzalandırmaq üçün imkan axtarırdı. Cəfərqulu xanın 200 nəfər atlı ilə xanlıqdan 

müvəqqəti olaraq getməsindən istifadə edərək,  şah ordusu Xoya basqın etdi. Şəhəri 

talan edən  İran sərbazları  Cəfərqulu xanın oğlunu, arvadını  və qardaşını girov kimi 

özləri ilə  İrana apardılar. Bu hadisədən sonra da Cəfərqulu xan şaha tabe olmaqdan 

                                                            

1

 AKAK, II cild, 1216-çı sənəd, s. 610. 



2

 RXSA, Baş arxiv, II -25, -çi. sənəd.(1805),vər.7a. 




51 

 

tamamilə imtina etdi və öz dəstəsi ilə İrəvana gedib qohumu Məhəmməd xanın yanında 



sığınacaq tapdı. 

Lakin Cəfərqulu xan uzun müddət  İrəvan qalasında qala bilmədi. Fətəli  şahın 

böyük bir ordu ilə İrəvana

yaxınlaşdığını eşitdikdə o buranı da tərk etdi. 1804-cü il iyun 



ayında knyaz P. D. Sisianovun komandanlığı altında rus ordusu İrəvan qalasını 

mühasirəyə alarkən Cəfərqulu xan da çox böyük fəallıq göstərdi. «Knyaz Sisianov belə 

qərara gəlmişdi ki, İrəvan qalasını aldıqdan sonra orda və Eçmiədzin monastırında bir 

polk qoymaqla Naxçıvana getsin və  şəhəri aldıqdan sonra orada da bir polk qoyub 

Gürcüstana qayıtsın»

3

. Arxiv sənədlərinin birində deyilir ki, bir neçə gündən sonra 



xanlığından  əli üzülmüş  Cəfərqulu xan 200 atlı ilə  gələrək Rusiya imperiyasına 

sədaqətli olacağına and içmişdir.

4

 

Tarixi ədəbiyyatda belə bir məlumat da var ki, guya Cəfərqulu xanın vəziyyətini 



bilən Kəlbəli xan ona məktub yazır və  İrana, Fətəli  şahın yanına gedəcəyini, onun 

oğlunu, arvadını  və qardaşını geri alacağını, hətta  şahdan onun Xoy xanlığına 

qaytarılmasını xahiş edəcəyini bildirdi. Yalnız bu şərtlə ki, ... ruslardan əl çəksin. Ancaq 

Cəfərqulu xan Rusiyaya meyl etdiyindən bu işə razılıq verməmişdi

5

.

[71-72]



Çox güman 

ki, Kəlbəli xanın bu fikri İran şahına çatdırılmışdı. Heç də təsadüfi deyildir ki, 1804-cü 

ildə Fətəli şah 15.000 nəfərlik ordu ilə İrəvan qalasını alıb Məhəmməd xanı əsir edərək 

Tehrana göndərdikdən sonra İrəvan xanlığının idarəsini Kəlbəli xana tapşırdı. 

Kəlbəli xanın İran şahı tərəfindən dəstəklənməsi Qafqazdakı rus komandanlığına 

çatdırılmışdı. Kəlbəli xana onsuz da inanmayan knyaz Sisianov bu hadisədən sonra 

Naxçıvan xanına etibarını tamamilə itirdi. İran dövləti ilə yaxınlığına görə, Sisianov 

Kəlbəli xanı özünün ən qəddar düşməni hesab edirdi. Naxçıvan taxtından 

kənarlaşdırılmış  Kəlbəli xanın əmisi oğlu Abbasqulu xan yaranmış vəziyyətdən istifadə 

etməyə  cəhd göstərirdi. Abbasqulu xan Naxçıvandan uzaqlaşdırıldıqdan sonra 

Sisianovda sığınacaq tapmışdı. O, burada sözün tam mənasında quldurluqla məşğul 

olurdu. Sənədlərin birində deyilir:  «İbrahim xanın razılığı ilə Sisianov Qarabağ 

qəzasında yaşayan Naxçıvanın sabiq hakimi Abbasqulu xan Təbrizdən, Ordubaddan, 

Naxçıvandan və digər yerlərdən gələn tacirləri soyub talayır»

6



Soyğunçuluqla məşğul olan Abbasqulu xan bir an belə Naxçıvan taxtını 



unutmurdu. Abbasqulu xan yazdığı  məktublarında Sisianovu inandırmağa çalışırdı ki, 

Kəlbəli xandan fərqli olaraq onun Fətəli  şahla heç bir əlaqəsi yoxdur. Rus hakim 

dairələrində Fətəli şah sadəcə olaraq özünün əsl adı ilə — Baba xan adlandırıldığı üçün 

Abbasqulu xan da Fətəli şaha «Baba xan» deyərək rusların qılığına girməyə çalışırdı. O, 

məktubların birində yazırdı: «Cəfərqulu xanla müqayisədə  mənim Baba xana 

münasibətim daha pisdir». 

Sisianovun Naxçıvan üzərinə yürüş etmək fikrində olduğunu, lakin ərzaq və yem 

məhsullarının qıtlığı üzündən tərəddüd etdiyini bilən Abbasqulu xanın Sisianova 

göndərdiyi məktubda deyilirdi: «Yazdığınıza görə Naxçıvanda  ərzaq və yem tapmaq 

çətindir. Lakin əlahəzrətin nəzərinə çatdırıram ki, Rusiya ordusunu lazım olan bir sıra 

                                                            

3

 



MDHTA, f. VUA, 4258-çi sənəd, II hissə, vərəq 12

 

4



 

Yenə orada. 1273-cü sənəd, s. 634

,

 

5



 

AKAK, III cild, 622-ci sənəd, s. 340

 

6

 



AKAK, III cild, 622-ci sənəd, s. 340

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə