Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

43 

 

qayıtmaq idi. O, çalışırdı ki, Baqration tezliklə Naxçıvanı tutsun. Knyaz Baqration 



İrakliyə göndərdiyi məktubunda yazırdı ki, «Cəfərqulu xan Naxçıvanı asanlıqla 

alacağını söyləsə də, mən güclü müqavimətə rast gəldim, qalanı 2000 nəfər qoruyur»

29



Baqrationun Naxçıvanı tutmaq cəhdi çox güman ki, baş tutmamışdı. Məhz ona 



görə  də gürcü dəstələri  ətraf kəndləri qarət etməklə yanaşı, çoxlu mal-qara ələ 

keçirməklə kifayətlənib geri dönmüşdülər. 

Baqration məktubun sonunda yazırdı ki, hərbi toqquşmalara baxmayaraq «... Siz 

əlahəzrətin gürcülərdən və tatarlardan (azərbaycanlılar nəzərdə tutulur — red.)  ibarət 

olan qoşunları sağ  və salamatdırlar»

30

. Beləliklə, nə qarabağlı  İbrahim xana, nə  də II 



İrakliyə Naxçıvan xanlığını tutmaq qismət olmadı. 

Həmin vaxtdan etibarən cəsarətli və uzaqgörən dövlət xadimi Kəlbəli xanın 

hakimiyyəti dövrü (1787—1820) başlayır. Qardaşı  oğlu Abbasqulu xanın iddiasından 

özünü qorumaq üçün Kəlbəli xan onu Naxçıvana dəvət etdi, ürəyində kin bəsləsə də ona 

böyük imtiyazlar verdi 

Kəlbəli xan hakimiyyətə  gəldiyi vaxt Azərbaycanda və bütövlükdə  Cənubi 

Qafqazda daxili və xarici vəziyyət xeyli mürəkkəbləşmişdi.

 

Azərbaycanın və 

Gürcüstanın  İran və Osmanlı imperiyası  tərəfindən təcavüzkarlığa məruz qalmaları 

təhlükəsi yaranmışdı. Belə bir tarixi şəraitdə Cənubi Qafqaz xalqları öz daxili imkanları 

hesabına xarici təhlükəyə qarşı istiqlaliyyətlərini müdafiə edə bilməzdilər. Naxçıvan 

xanlığında hakimiyyətə  gəldiyi gündən Kəlbəli xan Rusiya dövləti ilə  həm siyasi və 

həm də iqtisadi münasibətlər yaratmağa səy göstərmişdi. Bu da səbəbsiz deyildi. Həmin 

dövrdə  İran təcavüzü qarşısında qalan Azərbaycan xanlarına rus dövləti özünü 

riyakarlıqla  Şərq xalqlarının «dostu» kimi qələmə verir, Azərbaycan xanlıqlarına hər 

vasitə ilə kömək göstərəcəyini vəd edirdi. Məhz buna görə də Kəlbəli xan sadəlövhlüklə 

rus diplomatlarının fitnəkarlığına uymuşdu. O da bəzi Azərbaycan xanları kimi 

Georgiyevsk müqaviləsinin (1783) səmimiyyət naminə bağlanıldığına inanırdı. Kəlbəli 

xanın hakimiyyəti dövründə Naxçıvan xanlığı nisbətən canlandı. Olan məlumata görə 

Kəlbəli xan İrəvan xanı ilə birlikdə Xoy xanlığına yürüş edib Xoy şəhərini mühasirəyə 

almışdı. Bunun da əsas səbəbi vaxtilə Xoy hakiminin Bayazid paşasına kömək etməsi 

və eyni zamanda Naxçıvan xanlığından çox güman ki, Cəfərqulu xanın vaxtında, 

saxlanılmaq üçün verilmiş qiymətli şeylərin qaytarılması idi. 

Birləşmiş Naxçıvan və İrəvan qoşunları yalnız Xoyda saxlanılan qiymətli şeyləri 

geri aldıqdan sonra Xoy xanlığını  tərk etdilər. Bir qədər keçdikdən sonra isə Xoy 

hakimi Kəlbəli xanla barışmış  və onlar birlikdə  İrəvan xanlığına basqın etmişdilər. 

İrəvandan xərac aldıqdan sonra müttəfiq qoşunları geri çəkildilər. 

Bütün bu tədbirlər Naxçıvan xanlığının müəyyən qədər möhkəmlənməsinə səbəb 

oldu. Kəlbəli xan Naxçıvan xanlığının möhkəmləndirilməsi ilə  məşğul olduğu zaman 

onun Naxçıvandan kənarda yaşayan  əmisi oğlu Cəfərqulu xan hakimiyyətə qayıtmaq 

fikrindən dönməmişdi. O bu məqsədlə  də gah bu, gah da digər xana kömək üçün 

uğursuz müraciətlər etmişdi. Amma buna baxmayaraq, «Qacar təhlükəsinə» qədər 

Naxçıvan xanlığında elə bir fövqəladə hadisə baş verməmişdi. 

                                                            

29

 Yenə orada, 52-ci fond, siyahı1/194,sən. 416,vərəq 324. 



30

 Yenə orada. 




44 

 

XVIII  əsrin 80-ci illərinin sonlarında  İranda Qaçar sülaləsinin  əsasını qoymuş 



Ağa Məhəmməd xanın şöhrə

[61-62]


ti getdikcə artırdı. 90-cı illərin əvvəllərində o, demək 

olar ki, bütövlükdə İranı öz hakimiyyəti altında birləşdirdi. Hətta 1791-ci ildə tacqoyma 

mərasimini başqa vaxta keçirsə  də özünü şah elan etdi. Ağa Məhəmməd xan eyni 

zamanda özünü Azərbaycanın da hakimi hesab edirdi. Çünki Səfəvilər dövlətində 

qərarlaşdırılmış  ənənəyə görə  şah həm də Azərbaycanın və Gürcüstanın ali hakimi 

olmalı idi. 

Cənubi Azərbaycan xanlıqlarının bəzilərini özünə tabe edən Ağa Məhəmməd xan 

1791-ci ildən başlayaraq öz qoşunlarını  Şimali Azərbaycana yürüş üçün hazırlamağa 

başladı. Qəribədir ki, hətta bu xəbəri eşidən bəzi Azərbaycan xanları yenə də bir-birinə 

ədavətdən  əl çəkmədilər. Belə ki, 1792-ci ildə qarabağlı  İbrahimxəlil xan Naxçıvan 

xanlığına əl uzatmaq fikrində idi. O, Dağıstandakı qohumu Ömər xanla ittifaqa girərək 

Naxçıvan qalasına yürüş etdi. Müttəfiq qoşunlarının sayı 11 minə çatırdı. Lakin qalanın 

mühasirəsi uzun çəkmədi. Tezliklə Xoy və  İrəvan xanlarının köməyi ilə  Kəlbəli xan 

döyüşdə  qəti qələbə çaldı. Bu döyüşdə  İbrahimxəlil xan 1000 nəfər, Ömər xan 700 

nəfər, Kəlbəli xan isə müttəfiqləri ilə birlikdə cüzi canlı qüvvə itirdi. Qarabağ 

qoşunlarının tərkibində Dağıstandan gəlmiş çoxlu muzdlu döyüşçülər olduğuna görə, bu 

günə qədər Naxçıvan ətrafında gedən döyüş yeri «ləzgiqıran» adlanır. 

İbrahimxəlil xan və Ömər xanın ordusu yenicə Naxçıvan xanlığını tərk etmişdi ki, 

Ağa Məhəmməd xanın qasidləri Azərbaycana daxil oldular. Mənşəcə azərbayçanlı olan 

qacar tayfasının nümayəndəsi Ağa Məhəmməd xan elə güman edirdi ki, Azərbaycan 

xanları ilə asanlıqla ümumi dil tapa biləcək. Bu məqsədlə o, «... hər bir xanlığa öz 

nümayəndəsini göndərərək ona tabe olmaq rəmzi kimi arvadını, uşağını və ya qardaşını 

girov tələb etdi»

31

. Qacarlar tərəfindən girovların alınması  mərkəzdən uzaqda olan 



feodalların həmişə itaətdə qalmalarına zəmanət verirdi. 

Ağa Məhəmməd xana müqavimət göstərmək üçün kifayət qədər gücü olmayan 

Kəlbəli xan tabeçilik rəmzi kimi qəlbən nifrət bəslədiyi Abbasqulu xanı girov kimi Ağa 

 

.



Məhəmməd xanın düşərgəsinə göndərdi. Belə addımı atmaqla o, bir tərəfdən  İran 

hakiminin tələbini ödəyir, digər tərəfdən isə xanlıq taxtını ələ keçirmək arzusunda olan 

Abbasqulu xanı Naxçıvandan uzaqlaşdırırdı. Ağa Məhəmməd xan bilirdi ki, Kəlbəli 

xanın göndərdiyi Abbasqulu xan onun doğma qardaşı deyil. Onu da bilirdi ki, Kəlbəli 

xan  əmisi oğlu Abbasqulu xanı sevmir və onu sadəcə olaraq özündən uzaqlaşdırır. 

Bütün bunlara baxmayaraq, təbiətən qəddar olan Ağa Məhəmməd xan Naxçıvandan 

gələn girovu qəbul etdi, lakin Kəlbəli xandan qisas almağı da unutmadı.

 

Şimali Azərbaycanın bir çox xanlıqlarından və Kartli-Kaxetn çarlığından rədd 



cavabı alan Ağa Məhəmməd xan silaha əl atmalı oldu. Onun ordusu üç istiqamətdə 

hərəkət edirdi: «Talış, İrəvan və Qarabağ istiqamətində. Ağa Məhəmməd xan özü seçmə 

qoşunun başında Qarabağ istiqamətində irəliləyirdi. Ağa Məhəmməd xanın böyük bir 

ordu ilə Arazı keçməsi xəbəri Cənubi Qafqaz xalqlarının arasında təşvişə  səbəb oldu. 

Yoxsul xalq kütləsi üçün bu hadisə ilk baxışda bir o qədər də dəhşətli deyildi. Sadəcə 

                                                            

31

  .


 MDHTA 52-ci fond, siYahı 1/194, sən. 416, v. 324. Ağa Məhəmməd xanın fərmanlarının bir neçəsi 

Rusiyanın xarici siyasət arxivində saxlanılır. Bax: RXSA, Rusiyanın  İranla  əlaqəsi fondu, 776-cı siyahı, 6-cı 

sənəd, vərəq 339—348. 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə