Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

35 

 

XVIII  əsrin 80-ci illərinin  əvvəllərində  İrəvan xanı Hüseynəli xanın, Qarabağ 



xanı İbrahimxəlil xanın, Kartli-Kaxeti çarı II İraklinin vasitəçiliyi ilə kəngərli tayfasının 

nümayəndəsi Abbasqulu xan Naxçıvan xanlığının hakimi oldu.  Lakin Abbasqulu xanın 

Naxçıvan hakimi olması xoylu Əhməd xanın ürəyindən deyildi. O, Naxçıvanda 

Abbasqulu xanın  əmisi oğlu Cəfərqulu xanı hakimiyyətə  gətirmək istəyirdi. Arzusuna 

çatmayan  Əhməd xan bunun əvəzində iki kəndin—Nazik və  Şükürlü kəndlərinin ona 

verilməsini Abbasqulu xandan tələb etdi. Rədd cavabı alan Əhməd xan öz qoşunlarını 

Naxçıvan xanlığının sərhədlərinə yeritdi. Müqavimət göstərə bilməyəcəyini başa düşən 

və yerli əyanlar tərəfindən müdafiə edilməyən Abbasqulu xan Naxçıvanı  tərk etməyə 

məcbur oldu. Özünə müvəqqəti olaraq Sisyanda sığınacaq tapdı. Lakin Əhməd xan 

Naxçıvanı tuta bilmədi. Çünki irəvanlı Hüseynəli xan hədələyici məktub göndərərək 

Əhməd xandan tələb etdi ki, öz ordusunu təcili surətdə Naxçıvan qalasından 

uzaqlaşdırsın. O, həmin xanlığa özü sahib olmaq istədiyini də  məktubda göstərirdi

2

 

Əhməd xan Hüseynəli xanın tələbini qəbul etsə də, öz fikrindən əl çəkmədi. 



Tezliklə Naxçıvan qalası yaxınlığında  İrəvan xanı Hüseynəli xanın qoşunu 

göründü. Lakin Naxçıvanda qalmaq ona da qismət olmadı. Hansı məqsədlə isə burada 

qalmaq istəməyərək ordusunu Naxçıvandan geri çəkdi.

3

 Beləliklə, Naxçıvan qalası 



başsız qaldı. Yaranmış vəziyyətdən istifadə edən Abbasqulu xan Naxçıvana tələsdi və 

dar günündə onu müdafiə etməyənlərə divan tutmağı qərara aldı. 

Arxiv sənədlərindən məlum olur ki, Abbasqulu xanın etdiyi zülm xalq arasında 

böyük narazılıq doğurmuşdu. Bundan istifadə edən xoylu Əhməd xan yenidən 

Naxçıvanın işlərinə qarışmağı  qərara aldı. Bu məqsədlə  İranda Kərim xan Zəndin 

ölümündən sonra İsfahanda oturub özünü şah elan edən, lakin rəsmi  şah olmayan 

Əlimurad xana müraciət etdi. Onu da qeyd etmək lazımdır ki, Əlimurad xan hakimiyyət 

başına gəlməyə can atarkən və İranın rəsmi şahı olmadığı halda Azərbaycanın bir sıra 

xanlıqlarına tabe olmaq rəmzi kimi, onlardan girov və ya qiymətli qaş-daş tələb edirdi. 

Məsələ o yerə çatmışdı ki, Əlimurad xan hətta 1784-cü ildə Osmanlı Türkiyəsinə qarşı 

Rusiyadan kömək almaq və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə Moskvaya 

nümayəndə göndərmişdi. Öz nümayəndəsi Məhəmməd xana tapşırmışdı ki, göstəriləcək 

kömək  əvəzində vaxtilə Rusiyanın tərkibində olmuş torpaqlardan savayı

4

 «Qarabağ, 



Naxçıvan və  İrəvan vilayətlərini» də Rusiya imperiyasına «güzəşt» etməyə hazırdır. 

Göründüyü kimi, Əlimurad xan bir tərəfdən öz tərəfdarlarının bəzi Azərbaycan 

xanlıqlarının hakimi olmasına «kömək edir», digər tərəfdən isə  həmin xanlıqları 

özününkü sayaraq, rus dövlətinə verməyi vəd edirdi. 

Xoylu  Əhməd xanın kömək üçün müraciəti  Əlimurad xanın ürəyindən oldu. O, 

təxirə salmadan Gülşirəli xa

[49-50]

nın komandanlığı altında Naxçıvana ordu göndərdi. 



Gülşirəli xan Əlimurad xanın tapşırığı ilə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xanı 

Naxçıvanda hakimiyyətə gətirməli idi. Həmçinin Əlimurad xan Əhməd xana tapşırmışdı 

ki, Cəfərqulu xanın xeyrinə təbliğatı gücləndirsin. 

                                                            

2

 Mərkəzi Dövlət Hərbi Tarixi arxivi(sonradan MDHTA), f. 52. siyahı 1/194, sən. 331, I hissə(1783), vərəq 42.



 

3

 Yenə orada. 



4

 1722-1735-ci illərdə Xəzərboyu əyalətlərin Rusiya tərəfindən işğal olunmuş torpaqları nəzərdə tutulur. 




36 

 

1783-cü ildə Rusiyanın qəyyumluğunu qəbul etmiş Kartli-Kaxeti çarlığı ilə İran 



arasında özünü «dost» kimi qələmə verən  Əhməd xan Naxçıvan taxtında Abbasqulu 

xanın namizədliyini müdafiə edən I İraklinin gözü qarşısında öz hərəkətlərinə  bəraət 

qazandırmaq üçün bütün imkanlardan istifadə edirdi. II İraklinin adına göndərdiyi 

məktubunda  Əhməd xan yazırdı: «İndi necə ola bilər ki, mən ona (Əlimurad xana — 

red.) verdiyim sözü yerinə yetirməyim və başqa cür hərəkət edim. Bu mənim vicdanım 

əleyhinə olardı, həm də mənim qiymətli əşyam Əlimurad xanın yanında girov saxlanır, 

o elə bilər ki, mən onun əleyhinə gedirəm»

5



Beləliklə,  Əlimurad xan və  Əhməd xanın qoşunlarının qarşısını ala bilməyən 

Abbasqulu xan yenidən Naxçıvanı  tərk etməyə  və Tiflisə qaçaraq II İraklidən kömək 

istəməyə  məcbur oldu. Beləliklə,  Əlimurad xan və  Əhməd xan tərəfindən müdafiə 

edilən Cəfərqulu xan Naxçıvanda hakimiyyətə gəldi. 

Hakimiyyətə keçdiyi ilk gündən Cəfərqulu xan xalqın hər cür etirazının qarşısını 

almaq üçün əhaliyə ciddi təzyiq göstərməyə başladı. Hətta iş o yerə çatdı ki, 

naxçıvanlıların  əksəriyyəti öz doğma ocağını  tərk edərək uzaq vilayətlərə getməyə 

məcbur oldu. Kartli-Kaxeti çarı II İrakliyə 1783-cü ildə yazılmış kollektiv məktubda 

deyilir: «Cəfərqulu xanın Naxçıvan  əhalisi ilə necə  qəddar rəftar etdiyi xəbərini sizin 

hüzurunuza çatdırmaqla bildiririk ki, onun zülmkarlığı xalq içərisində elə geniş yayılıb 

ki, əhali pərən-pərən düşüb, başqa yerə getməyə məcbur olmuşdur»

6

. Həmin məktubda 



naxçıvanlılar Abbasqulu xana sığınacaq verdiyi üçün II İrakliyə öz təşəkkürlərini 

bildirirdilər. Daha sonra məktubda deyilir ki, sizin xeyirxahlığınız nəticəsində 

Abbasqulu xan himayənizdə yaşayır ki, bu da bizi sakitləşdirir və bizdə inam yaradır. 

 Abbasqulu xanın tərəfdarları da Naxçıvanda qala bilməyəcəklərini yəqin edərək, 

Gürcüstana gedir və Abbasqulu xanın  ətrafında birləşirdilər. Naxçıvanlıların 

məktubunda bu münasibətlə daha sonra deyilir: «Sizin ürək yumşaqlığınıza inanaraq 

yoxsul əhali hər gün Naxçıvanı tərk edir və bizim Abbasqulu xanın yanına gəlirlər. Onu 

müdafiə etdiyiniz kimi, bizi də  nəzər-diqqətinizdən qoymayacağınıza inanırıq. 

Cəfərqulu xan bizi ölümə verir, evlərimizi isə talayır. Biz onun bu fikrini bildikdən 

sonra Abbasqulu xanın tərəfinə keçdik». Gürcüstanda sığınacaq tapan Abbasqulu xan 

isə II İrəkliyə yazdığı  məktubunda öz təşəkkürünü aşağıdakı sözlərlə bildirir: «Qoy 

allah rəhmi çarın xəstəliyini Abbasqulu xana versin. Sizin xeyirxahlığınız nəticəsində 

vəziyyətim yaxşıdır və sizə sədaqətliyəm. Allahın köməyi və sizin sayənizdə yaxşıyıq 

və sizə dua edirik». 

Məktubunun ardında Abbasqulu xan Gürcüstana gəldikdən sonra Naxçıvandakı 

vəziyyəti təsvir edir. O yazır ki, Naxçıvandan getdikdən üç gün sonra «məni sevən 

rəislərdən Ağasıbəy, Məmmədəli Sultan, Əliqulam Sultan, İlxas Sultan və onun oğlu 

Hüseynəli bəy və başqaları  Cəfərqulu xanın pis rəftarına və onları incitdiyinə görə 

mənim yanıma gəlmişlər»

7



Gürcüstana, Abbasqulu xanın düşərgəsinə  gələnlər söyləmişlər ki, onlar II 

İraklinin xoş rəftarını görüb Cəfərqulu xandan intiqam almaq məqsədi ilə Tiflisə gəlmək 

fikrindədirlər. 

                                                            

5

MDHTA,f. 52/194, sən.321, vərəq 43 



6

 MDHTA,f. 52/194, sən.321, vərəq 42 

7

 MDHTA, f. 521/194, sənəd. 321, vərəq 42 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə