Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

27 

 

Aşığı Andemiç, şərqdən Kəran kəndləri, cənubdan Araz çayı, qərbdən isə Dəstə kəndi 



ilə həmsərhəd idi. 

Ordubad  şəhəri inzibati cəhətdən beş  məhəlləyə bölünmüşdü: 1. Anbaras; 

2.Kürdütal; 3. Minqis; 4. Sərşəhər; 5. Üç düdəncə. 

Ordubad şəhərini su ilə çoxsaylı bulaqlar təchiz edirdi: İ. Şopen yazır: «Ordubad 

şəhəri özünün görünüşü və gözəlliyi ilə  İrəvan və Naxçıvandan fərqlənirdi; küçələri 

Asiya  şəhərlərində olduğu kimi əyri-üyrü olsa da, palçıq divarları  və tikintiləri 

yaşıllıqlara qərq olmuşdur. hər addımbaşında axar sular sərinlik gətirir, həyətlərin bir 

çoxunda fantana çevrilirdi...»

20



Ordubadda altı  məscid var idi. Bazar şəhərin mərkəzində yerləşirdi. Tacirlərin 



ixtiyarına altı karvansara verilmişdi 

XIX  əsrin başlanğıcına aid mənbələrin birində deyilir ki, Cənubi Qafqazın 

Rusiyaya ilhaq olunmasından  əvvəlki dövrdə, demək olar ki, «bütün şəhərlərdə evlər 

tikilərkən onların gözəlliyinə, düzgünlüyünə, məqsədəuyğun şəkildə tikilməsinə diqqət 

verilmir»

21



Naxçıvanda və Ordubadda evlər birmərtəbəli tikilirdi. Sənətkarların evlərindəki 

otaqlardan biri emalatxana və ya dükan üçün ayrılırdı. Bu cür evlər Yaxın Şərqin başqa 

orta  əsr  şəhərlərindəki evlərdən fərqlənmirdi. Naxçıvanda və Ordubadda əhalinin 

əksəriyyəti kiçik, o qədər də hündür olmayan evlərdə  və zirzəmilərdə yaşayırdı. 

Kasıbların bir və ya iki otağı olardı. Bunlar həm yataq otağını, həm də  mətbəxi  əvəz 

edirdi. Bu cür evlərdə adətən pəncərə qoyulmurdu. Ona görə də belə evlər, xüsusilə qış 

dövründə yaşayış üçün əlverişli deyildi. Yoxsulların evlərinin döşəməsində çörək 

bişirmək üçün təndir olurdu. Evlərdə kiçik ocaqlar da düzəldilirdi. Tüstünün çıxması 

üçün evin tavanında baca qoyulurdu. 

Evin daxilində əşyalar aşağıdakı qaydada yığışdırılırdı. Divarın yuxarı hissəsində 

çıxıntılar — ləmə düzəldilirdi ki, bu çıxıntı

 

üzərinə şüşə və digər qablar yığılırdı. Evin 

döşəməsinə palaz və ya həsir döşənirdi. Yorğan-döşəyi və digər zəruri əşyaları divarda 

düzəldilmiş taxçalara yığırdılar və üstünü müxtəlif

[37-38]

rəngli parçalarla örtürdülər. 



Şəhər əhalisinin əksəriyyəti bu cür yaşayırdı. 

Şəhərin varlılara məxsus evlərində otaqların sayı nisbətən çox olurdu. Onların 

mətbəxləri də ayrı idi. Varlı təbəqənin ev ləvazimatı da fərqlənirdi. Belə evlərdə sadə 

ocaqlar  əvəzində daşdan hörülmüş buxarılar, sadə  şüşə  və ucuz qabların  əvəzinə çini 

qablar, gümüş və qızıl qab-qacaq, həsir və palaz əvəzinə xalı-xalçalar, gəbələr olurdu. 

Yorğan-döşək divarlarda yerləşdirilmiş sandıqların üstünə  və içinə  yığılırdı. Taxça və 

camaxatanlar pərdələrlə örtülürdü. Bəzi varlıların evlərinin divarları milli naxışlarla 

bəzədilirdi, pəncərələrə rəngli şüşələr vurulurdu. 

Əldə edilən ilk mənbə və sənədlərə əsaslanaraq belə qənaətə gəlmək mümkündür 

ki, XVIII əsrin ikinci yarısında Naxçıvan və Ordubad şəhərləri özünün əvvəlki iqtisadi 

imkanlarını və beynəlxalq aləmdə həm keçmiş iqtisadi əhəmiyyətini, həm də əhalisinin 

əksəriyyətini itirmişdi. 

                                                            

20

 



İ 

Şopen.. Göstərilən əsəri,s.481. 

21

 О. Евецкий. Статистическое описание Закавказского края в исходе XVIII в. И сравнение оного с нынешней в 2-х частях, 



СПб.,1835, с.45. 


28 

 

XVIII  əsrin ikinci yarısında  şəhər  əhalisinin sayından danışarkən o dövrdə 



yaranmış  gərgin siyasi vəziyyəti nəzərə almamaq olmaz. Çünki öyrəndiyimiz dövrdə 

Azərbaycanın  əksər  şəhərləri xarici işğalçıların və ara müharibələrinin nəticəsində 

dağıntıya məruz qalırdı. 

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, feodalizm dövründə Azərbaycanda 

şəhər  əhalisinin formalaşması bu günə  qədər  ətraflı  tədqiq olunmamışdır. XVIII əsrin 

ikinci yarısında Azərbaycanda şəhər əhalisinin sayı və ictimai tərkibi də demək olar ki, 

öyrənilməmişdir. Halbuki bu məsələlərin tədqiqi  şəhərlərin sosial-iqtisadi quruluşunu, 

ölkənin iqtisadi vəziyyətini daha dəqiq öyrənməyə imkan verərdi. Həm də  əhalinin 

sayca və ictimai tərkibcə öyrənilməsi,  şəhərlərdə  sənətkarlıq məhsullarının, ticarətin 

vəziyyətini və miqdarını öyrənməyə, yerli bazarların və  şəhər  əhalisinin tələbatını 

dəqiqləşdirməyə də şərait yaradardı. 

Naxçıvan və Ordubad şəhərlərində bu vəziyyəti dəqiqləşdirmək üçün demək olar 

ki, faktiki material son dərəcə azdır. Yalnız Naxçıvan xanlığı Rusiya tərəfindən işğal 

edildikdən sonra çarizm zəbt olunmuş yeni torpaqlarda əvvəllər mövcud olan qayda-

qanunu öyrənmək məqsədi ilə öz məmurlarına həmin yerləri yazılı surətdə təsvir etməyi 

tapşırdı. Rus məmurlarının müstəmləkəçilik baxımından tərtib etdikləri «təsvirlər» və 

arayışlar hazırda obyektiv olaraq Azərbaycan tarixi üçün əvəzedilməz mənbələrə 

çevrilmişdir. Naxçıvan ölkəsinin «təsviri» nəticəsində buranın  əhalisi və  əhalinin 

ictimai tərkibi haqqında həqiqətə yaxın dəlillər  əldə edilmişdir. həmin «təsvirlərdən» 

müəyyən etmək olar ki, nəinki işğaldan  əvvəlki dövrdə, həm də Rusiya dövlətinin 

tərkibində də Naxçıvan xalis feodal şəhəri kimi qalmaqda davam etmişdir 

«Təsvir»lərdə bir də göstərilir ki, feodal ara müharibələri və xarici işğalçıların 

tez-tez baş verən basqınlarının nəticəsində şəhər əhalisi öz doğma evini və ocağını tərk 

etməyə  məcbur olurdu. Qaçqın  şəhər  əhalisi öz əmlakı ilə birlikdə  əlçatmaz yerlərdə 

gizlənirdi Belə  bədbəxt hadisələr zamanı  şəhər  əhalisinin çox hissəsi soyuqdan və 

aclıqdan məhv olurdu. Bu cür hadisələr Azərbaycanın  şəhərlərində, o cümlədən 

Naxçıvanda tez-tez baş verirdi. Bəzi hallarda isə  işğalçılar cəzalandırmaq məqsədi ilə 

əhalini zorla başqa yerlərə köçürürdülər. Məhz bu səbəbdən də Naxçıvan  əhalisinin 

müəyyən hissəsi 1797-ci ildə  Ağa Məhəmməd  şah tərəfindən  İrana köçürülmüşdü. 

Lakin bu cür siyasi hadisələr  şəhər  əhalisinin ictimai quruluşunda  əsaslı  şəkildə 

dəyişikliyə  gətirib çıxara bilmirdi. Əldə olan məlumata görə Naxçıvan xanlığının 

Rusiya tərəfindən işğalı dövründə  şəhərdə 5470 adam yaşayırdı.  İ.  Şopenin verdiyi 

məlumata görə, XIX əsrin 30-cu illərinin başlanğıcında Naxçıvanda 873 ailə var idi. 

həmin ailələrdən 127-sini xan, bəy, sultan, yüksək rütbəli zabit, ali ruhani, axund və 

molla, və s. ailələri təşkil edirdi. Belə ki, 127-dən 2-ni xan ailəsi, 45-ni bəy və sultan 

ailəsi, 11-ni hərbi vəzifəli şəxslərin ailəsi, 2-ni ali müsəlman ruhani ailəsi, 36-nı axund 

və molla ailəsi, 22-ni seyid ailəsi, 3-nü dərviş ailəsi və 6-nı mirzə ailəsi təşkil edirdi. 

Deyilənlərdən aydın olur ki, 873 ailədən yalnız 166-nı yüksək feodal, məmur və 

ruhani ailəsi təşkil edirdi. Yerdə qalan 707 ailə isə güman etmək olar ki, sənətkar, tacir 

və kəndli ailələri idi. Yuxarıda deyilən misallar bizə əsas verir ki, Azərbaycanın digər 

şəhərlərində olduğu kimi, Naxçıvanda da ictimai təbəqələşmənin mövcud olması barədə 

fikir yürüdək. Təbiidir ki

sənətkarlar və xırda ticarətlə məşğul olanlar şəhər əhalisinin 



ən yoxsul təbəqəsini təşkil edirdi. Başqa 

[39-40]


feodal şəhərləri kimi, Naxçıvan şəhərinin 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə