Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

25 

 

Culfa,  Şərur və s. kəndlərin  əhalisi məşğul olurdu. 1828-ci ildə bütün xanlıq üzrə 50 



xalvar torpaq sahəsində bostan 

[3-34]


əkilmiş və buradan yarım milyon puda qədər bostan 

məhsulu toplanmışdı. Yalnız Dərələyəzin dağlıq hissəsində az miqdarda kətan 

becərilirdi. Kətandan nəinki təkcə yağ alınır, həm də toxuculuqda istifadə olunurdu. 

Əhali ipəkçilikdən də böyük gəlir  əldə edirdi. Xanlığın düzənlik yerlərindəki 

kəndlərdə tut ağaclarının cərgəsi genişləndirilirdi ki, onlarla da ipək qurdları 

yemlənilirdi. 

Naxçıvan xanlığının düzənlik ərazilərində  təbii otlaqlar olmadığından  əhali süni 

biçənəklər yaratmağa çalışırdı. Şumlanmış sahələrdə xüsusilə ot-yonca əkirdilər. Yonca 

atlar üçün ən yaxşı yem sayılırdı. 

Öküzlərdən və  kəllərdən torpağın  şumlanmasında və qoşqu məqsədi ilə istifadə 

edilirdi. Atlardan və qatırlardan minik kimi istifadə olunurdu. Göründüyü kimi

Naxçıvan xanlığının iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tuturdu Bu 

təsərrüfatda əsas rolu əkinçilik və maldarlıq oynayırdı. Lakin bu, heç də sənətkarlığın və 

ticarətin əhəmiyyətini azaltmırdı. 

Sənətkarlıq və ticarət haqqında danışmazdan  əvvəl Naxçıvan xanlığında olan 

şəhərlər haqqında qısa məlumat vermək lazımdır. Tədqiq olunan dövrdə Naxçıvan 

xanlığında  əsasən iki şəhər — Naxçıvan və Ordubad şəhərləri həm siyasi və  həm də 

iqtisadi baxımdan əhəmiyyət kəsb edirdi. 

Naxçıvan  şəhəri xanlığın mərkəzi idi. Bu şəhər haqqında tarixçi V. M. Sısoyev 

yazırdı: «Təbii ki, Naxçıvan çox qədim  şəhərdir.  Şəhər X əsrə  qədəki dövrdə 

salınmışdır. Bəlkə də daha qədimdir. Onun sonrakı tarixini qısa sözlə xarakterizə etmək 

olar. hər 200—300 ildən bir şəhər özülünə  qədər dağıdılırdı. Ancaq hər dəfə yenidən 

bərpa edilirdi»

14



XVIII əsrin birinci yarısında Naxçıvan şəhəri iki dəfə dağıdılmışdı. 20-ci illərdə 

şəhər Osmanlı qoşununun hücumuna məruz qalmışdı. Osmanlı qoşunları 1735-ci ilə 

qədər şəhəri öz əllərində saxlamışdılar. Bir qədər sonra isə Nadir şah tərəfindən şəhər 

xarabalığa çevrilmişdi. Hətta «daş üstündə daş» belə qalmamışdı Ancaq əvvəlki 

vəziyyətdə olmasa da şəhər sonralar bərpa edilmişdir. 

XVIII və XIX yüzilliklərdə  şəhər özünün əvvəlki gözəlliyini yenidən itirmişdi. 

Birinci Rusiya—İran müharibəsi başa çatdıqdan sonra, 1813-cü ildə Naxçıvana gəlmiş 

məşhur səyyah Qaspar Druvil yazırdı: «Naxçıvan çox acınacaqlı  vəziyyətdə görünür. 

Burada yalnız bir-birinin üzərinə tökülmüş dağıntılar nəzəri cəlb edir. Güman etmək 

olar ki, bir daha şəhər öz əvvəlki vəziyyətinə qayıtmayacaqdır»

15



Tarixçi K.Engelqart da həmin fikri bir növ təsdiq edərək yazmışdı ki, Naxçıvan 



qədimdə çox böyük şöhrətə malik idi. Onun divarları arasında 30 minə qədər ev var idi. 

Öz əhalisinin sayına və iqtisadi imkanlarına görə fərqlənirdi. 

XVIII  əsrin ikinci yarısında Azərbaycanda mövcud olan iqtisadi və siyasi 

pərakəndəlik Naxçıvanın da inkişafına öz mənfi təsirini göstərmişdi. Bu təsir o qədər 

böyük olmuşdu ki, Naxçıvan  şəhəri rus qoşunlar  tərəfindən işğal edildikdən (1828) 

sonra da uzun müddət öz simasını  dəyişdirə bilməmiş, feodal şəhəri olaraq qalmışdı. 

Öyrəndiyimiz dövrdə Naxçıvan möhtəşəm bina və abidələr ilə  fərqlənmirdi. «Xan 

                                                            

14

 В.М.Сысоев. Древности Нахичеванской АССР, отдельный оттиск из 4-го выпуска известий Азкомстрариса, Баку, 1928. 



15

 Гаспар Друвиль. Путешествие в Персию в 1812и 1913 годах, ч.1.М.,1826,с 48. 




26 

 

sarayından» başqa, demək olar ki, Naxçıvandakı evlərin  əksəriyyəti birmərtəbəli idi. 



Evlərin damları yastıydı  və biri-birinə oxşar idi. Şəhər evlərinin  əksəriyyəti daş  və 

palçıqla hörülmüş hündür hasarlarla əhatə olunmuşdu. Evlərin bu cür hasarlarla əhatə 

olunmasını  tədqiqatçı K. Engelqart belə  təsvir edir: «Evlərin bu tipdə tikilməsini həm 

asiyalıların qısqanclığı ilə, həm də özlərini müdafiə etmək hissləri ilə izah etmək 

lazımdır. Çünki ardı-arası  kəsilməyən basqınlar və  hər saatda təhlükə gözlənildiyi bir 

zamanda, hər ev bir qalanı əvəz edirdi»

16



Azərbaycanın başqa şəhərləri kimi, Naxçıvan da daxili ara müharibələri və yadelli 



işğalçıların basqınlarından böyük zərər çəkmişdi. XVIII əsrin sonlarında şəhər daha çox 

dağıntıya məruz qaldı. 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd xanın Azərbaycana 

birinci yürüşü zamanı naxçıvanlılar başda Kəlbəli xan olmaqla ona ciddi müqavimət 

göstərmişdilər. Bu isə  İran hökmdarının qəzəbinə  səbəb olmuşdu. Ağa Məhəmməd 

xanın ikinci yürüşü zamanı Naxçıvana daxil olan sərbazlar şəhəri dağıdaraq, əhalisinin 

bir qismini İrana

[35-36]

köçürmüşdülər. Bu hadisədən sonra Naxçıvan  əhalisinin sayı 



kəskin şəkildə azalmışdı. Birinci və ikinci Rusiya—İran müharibələri dövründə də şəhər 

güclü dağıntıya məruz qalmışdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, XVII əsrin 

axırlarında Naxçıvanda iki min ev olduğu halda, XIX əsrin əvvəllərində şəhərdə cəmi 

yeddi yüz ev qalmışdı 

17



İ.  Şopen Naxçıvan  şəhərinin xarici görünüşünü obrazlı  şəkildə ifadə edərək 



yazırdı: «Naxçıvanın görünüşü qəddarlıqla zəbt olunmuş  şəhəri xatırladır.  Şəhərdəki 

dəhşətli dağıntılar nəticəsində uçurul

19

muş evlər, ensiz dar küçələr cəhənnəmi andırır. 



Bəzi yerlərdə palçıqdan hörülmüş divarların qalıqları üzərində quşlar yuva salmışdı»

18



Demək olar ki, şəhərin xarici görünüşü haqqında tədqiqatçı K. Nikitin də eyni fikirdə 

olmuşdur. O yazır: «Naxçıvanın xarici görünüşü İran şəhərlərini xatırladır. Bütün evlər 

hündür palçıq divarlarla əhatə olunmuş birmərtəbəlidir. Küçələr dar, əyri və natəmiz 

olduğundan şəhər həddindən artıq miskin görünür. Küçələr əyri olduğundan, nə qədər 

gəzsən də hündür divarlardan başqa heç nə görməzsən. Meşə olmadığından evlərin 

hamısı palçıqdan hazırlanmış kərpiclərdən hörülmüşdür. Ümumiyyətlə, burada ağacdan 

tikilmiş evlərə rast gəlmək mümkün deyil». 

Naxçıvan  şəhəri bu dövrdə inzibati cəhətdən dörd məhəlləyə bölünmüşdü: 1. 

Əlixan; 2. Şahab; 3. Qurdlar; 4. Sarbanlar. 

Şəhərin mərkəzində dördkünc bazar var idi. Bu bazarda üç karvansara yerləşirdi. 

Dükanların hamısı demək olar ki, bazarda mərkəzləşmişdi. Naxçıvanda «... ən adi və 

memarlıq baxımından sadə, Asiya üslubunda tikilmiş dörd məscid var idi. Şəhər 

əhalisinə üç hamam xidmət edirdi: Şıxəli bəy, Fəzli, Mirzə  Əli hamamları». Başqa 

xanlıqlarda olduğu kimi, Naxçıvan xanlığında da ticarət və  sənətkarlıq paytaxt 

şəhərində mərkəzləşmişdi. 

Xanlığın digər nisbətən böyük şəhəri Ordubad idi. Bu şəhər iki dağ arasında 

yerləşir həmin dağların arasından Ordubad çayı axırdı. Ordubad şəhəri şimaldan 

                                                            

16

 К .Энгельград. Нахичевань. «Кавказский календарь» на 1852г. Тифлис,1851,с 350. 



17

 NƏST,S. 67-68. 

18.K.Nikitin. Göstərilən əsəri, s. 121. 

 

19. İ.Şopen. Göstərilən əsəri, s. 478. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə