Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

41 

 

aldığı  məktub vasitəsilə öyrənmişdi və bununla əlaqədar hərəkət etmişdi. Məsələ 



burasındadır ki 1783-cü il Georgiyevsk traktatına  əsasən Kartli-Kaxeti çarlığının 

Rusiyanın himayəsinə keçməsi müəyyən dərəcədə  Cənubi Qafqaz və  Cənubi 

Azərbaycan xalqları üçün də  əhəmiyyətli idi. Azərbaycanın  ərazisində mövcud olan 

dövlət qurumları — xanlıqların başçılarının  əksəriyyəti Rusiyanın müstəmləkəçilik 

siyasətini dərk etmədən çarizmin vədlərinə inanır  və sadəlövhlüklə  Rusiyaya ümid 

bəsləyirdilər. Diplomatik münasibətlərdə çox ehtiyatlı olan Rusiya hökuməti 

Gürcüstanla müqavilə bağladıqdan sonra «müsəlman xanlarına» göndərdiyi 

«hədiyyələrlə» yanaşı,  «xəbərdarlıq»  da  etmişdi ki, onlar Gürcüstanla münasibətlərini 

nizama salsınlar. 

Qeyd etmək lazımdır ki, Rusiya dövlətinin «xəbərdarlığından» sonra Azərbaycan 

xanlarının  əksəriyyəti Rusiyadan ehtiyat edərək Kartli-Kaxeti çarlığı ilə münasibətləri 

nizama salmaqla Rusiya tərəfindən də öz əminamanlıqlarını  təmin etdilər. Təbriz, 

Ərdəbil, Şəki və 

[57-58]


digər xanlıqlardan Rusiyaya göndərilən cavab məktublarının əsli 

hazırda Mərkəzi Dövlət Hərbi Tarixi Arxivində hifz olunur. Həmin məktubların 

məzmunundan müəyyən etmək olar ki, Azərbaycan xanları  təhlükə qarşısında 

Georgiyevsk traktatını «bəyənməyə» məcbur olmuşlar.

 

Yuxarıda qeyd edildi ki, qarabağlı  İbrahimxəlil xanla xoylu Əhməd xan 



arasındakı  şərtə görə «... Təbrizi tutmaq və  əldə edilmiş  qəniməti bölmək, daha sonra 

Naxçıvanı  ələ keçirmək və  İbrahimxəlil xana tabe etdirmək, Naxçıvanda 1783-cü ildə 

isfahanlı Əlimurad xan tərəfindən devrilmiş və İbrahimxəlil xana arxalanan Abbasqulu 

xanı hakimiyyətə gətirmək»

24

 qərara alınmışdı. 



Qarabağlı  İbrahimxəlil xanın qarşısında daha vacib bir məsələ dururdu. O, 

Gəncədə boş qalmış xan taxtına öz yaxın  adamını    çıxarmaq  istəyirdi.  Tezliklə 

İbrahimxəlil xanın vasitəçiliyi ilə Cavad xan Gəncə xanlığının hakimi təyin olundu. 

İbrahimxəlil xan bu barədə arxayınlaşdıqdan sonra öz qoşunları ilə birlikdə Xoylu 

Əhməd xanla birləşmək üçün hərəkət etdi. Xoya gedərkən İbrahimxəlil xan Naxçıvanı 

tutmaq, Abbasqulu xanı taxta çıxarmaq və yürüşü davam etdirmək qərarına gəldi. 

Qonşu xanların hesabına  İbrahimxəlil xanın güclənməsi Qafqazdakı rus 

komandanlığının planlarına mane oldu. Ona görə  də  İbrahimxəlil xanın Naxçıvan 

xanlığı ilə  əlaqədar fikrini bilən polkovnik S. Burnaşev Xoy və Urmiya xanlarına 

yazdığı məktubda onlardan Naxçıvan xanlığının müdafiəsinə qalxmağı tələb edirdi. Bu 

məktubun yazılmasının bir səbəbi də o idi ki, Naxçıvan xanı kömək üçün rus 

komandanlığına müraciət etmişdi. 1786-cı il iyul ayının 20-də S. Burnaşev P.S. 

Potyomkinə yazdığı raportda xəbər verirdi ki, iyun ayının 12-də Naxçıvan xanlığında II 

İraklinin sarayına gəlmiş nümayəndə  İbrahimxəlil xana qarşı kömək etməyi xahiş 

etmişdir. 

S. Burnaşevin bütün cəhdlərinə baxmayaraq, qarabağlı  İbrahimxəlil xan öz 

ordusunu Naxçıvan xanlığı üzərinə göndərdi. Qarabağ qoşunları Naxçıvan torpağında 

görünən kimi, «Cəfərqulu xan Şərur çayı sahilindəki qalada gizləndi...»

25

.  Beləliklə



1787-ci il may ayının  əvvəlində  İbrahimxəlil xanın qoşunu Naxçıvan qalasını  ələ 

keçirərək Abbasqulu xanı hakimiyyətə  gətirdi. Arxiv sənədlərində deyilir: «Naxçıvan 

                                                            

24

 P,Q Göstərilən əsəri, s. 176. 



25

 MDHTA, göstərilən fond, 366-cı sənəd, , III hissə, v, 20. 




42 

 

xanlığının tutulması və Abbasqulu xanın hakimiyyətə gətirilməsini İbrahimxəlil xan öz 



adı ilə deyil, Abbasqulu xanın II İraklidən kömək alması  və qüvvətlənməsi ilə 

əlaqələndirirdi»

26



Naxçıvanı tutduqdan sonra Qarabağ qoşunları Abbasqulu xanın dəstəsi ilə 



birlikdə  Cəfərqulu xanı  təqib etməyə başladılar. Lakin bu tədbir uğursuzluqla 

nəticələndi. Təkcə bunu qeyd etmək kifayətdir ki, müttəfiqlər yürüş zamanı Naxçıvanda 

Şərur çayı sahilindəki mal-qaranı  ələ keçirmək istərkən Cəfərqulu xanın adamları 

onlardan mal-qaranı geri alıb, özlərini də məğlub etmişdilər. 

Arxiv sənədlərindən məlum olur ki, Cəfərqulu xan Naxçıvanı  tərk edərkən 

Əhməd xanın köməyi ilə bir neçə qalanı ələ keçirmiş, özü üçün isə hacı Dəmir qalasını 

iqamətgah seçmişdi. 

İbrahimxəlil xan bu yürüşdəki uğursuzluqdan sonra vaxt itirmədən Təbrizə doğru 

hərəkət etməyi qərara aldı. Lakin Əhməd xanla müttəfiqliyə ümid olan Qarabağ xanı 

İbrahimxəlil xan aldanmışdı. Belə ki, İbrahimxəlil xan yolda olarkən artıq Xoy 

qoşunları  Təbrizi tutmuşdular.  Əhməd xan İbrahimxəlil xana «... Təbrizdən  ələ 

keçirilmiş  qənimətdən... heç nə vermədi.  Əhməd xan bildirdi ki, o, Təbrizdə yalnız 

hakimiyyəti dəyişmişdir. Buna qohum kimi hüququ vardır. Lakin Naxçıvan xanı 

Cəfərqulu xanı öz himayəsinə götürüb... onun işlərinə qarışmağa ixtiyarı yoxdur. Çünki 

Naxçıvana sahib olmaq üçün İsfahanın hakimi tərəfindən fərman Cəfərqulu xana 

verilmişdir». 

Bu yürüşdə müvəffəqiyyətsizliklər bir-birinin ardınca  İbrahimxəlil xanı  təqib 

edirdi. Belə ki Təbriz işlərilə  məşğul olduğu dövrdə  Cəfərqulu xanın qardaşı  cəsarətli 

Kəlbəli xan Abbasqulu xanı hakimiyyətdən devirərək 1787-ci ildə özünü xan elan etdi. 

Abbasqulu xan yenidən Naxçıvanı tərk etməyə məcbur oldu. Bu hadisə o məqamda baş 

vermişdi ki, II İrakli «... İbrahim xanın Naxçıvanı tutduğu xəbərini eşidib knyaz İvan 

Baqrationu göndərmişdi ki, ... o, nəyin bahasına olursa-olsun İbrahim xanın Naxçıvanda 

möhkəmlənməsinə yol

[59-60]


verməsin».

27

 Lakin Kəlbəli xan artıq Naxçıvanı  ələ 



keçirmişdi və gürcü qoşunlarını qalaya buraxmadı. 1787-ci il may ayının 20-də knyaz 

Baqration çar II İrakliyə göndərdiyi məktubda yazmışdı: «Kəlbəli bəy... güclü 

müqavimət göstərmək üçün qaladan çıxmışdı. Lakin mənim gəlişimlə əlaqədar tələsik 

yenidən qalaya çəkildi»

28

 

Naxçıvan qalasını mühasirəyə alan knyaz Baqration İbrahimxəlil xanın 



ordusunun arxasınca kəşfiyyat dəstəsi göndərdi. həmin dəstə Sisyan ətrafında azsaylı 

Qarabağ qoşunları ilə qarşılaşdı. Hər iki tərəf arasında baş verən döyüşdə Qarabağ 

qoşunları geri çəkildilər. Gürcü qoşunlarının başçısı Xudiya və Borçalıdan olan Tatıoğlu 

geri qayıdarkən Qarabağ  əsgərlərindən birinin çibindən tapılmış  İbrahimxəlil xanın 

Abbasqulu xana yazdığı məktubu da özləri ilə gətirdilər. Həmin məktubda deyilirdi ki, 

Abbasqulu xan «möhkəm dayansın», tezliklə ona kömək üçün 2000 nəfər qüvvə 

göndəriləcək. 

İbrahimxəlil xanla II İrakli arasında ziddiyyətlərin olduğunu bilən Cəfərqulu xan 

Baqrationla  əlaqə yaratmağa cəhd etdi. Məqsədi Baqrationun köməyilə Naxçıvana 

                                                            

26

 MDHTA, göstərilən fond, 366-cı sənəd, , III hissə, v, .323. 



27

 MDHTA, göstərilən fond, 366-cı sənəd, , III hissə, v. 324. 

28

 Yenə orada. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə