Fuad əLİyev mirabdulla əLİyev


Pul ilə ödənilən vergilər



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

23 

 

Pul ilə ödənilən vergilər. Natural təsərrüfatın hökm sürdüyü dövrdə Naxçıvan 

xanlığının rəiyyətləri bəzi vergiləri pulla da ödəyirdilər Pul ilə vergi, əsasən,  şəhər 

əhalisindən alınsa da, kəndlilər də bu vergidən yaxa qurtara bilmirdilər. Pul ilə vergi 

aşağıda göstərilən hallarda alınırdı: 

1.  Mancanaq pulu — bu vergi dəzgahlarda ipək toxuyan hər bir sənətkardan 

alınırdı. 

2.  Toxucu pulu — bütün il boyu toxuculuqla məşğul olan sənətkar xəzinəyə 4 

man. 80 qəpik, yalnız qış aylarında bu sənətlə məşğul olan şəxs isə dövlətə 2 man. 40 

qəp. verməli idi. Toxuculuqla qış aylarında  əkin sahələrində  işləməyən kəndlilər də 

məşğul olurdular. 

3. Bağpulu — həmin vergini şəhərdə və şəhər həndəvərində bağı olan şəhərlilər 

verirdilər. 

4. Bayramlıq — xüsusilə Novruz və Qurban bayramları zamanı həm şəhər, həm 

də kənd əhalisindən alınırdı. 

5. Toyxərci — həmin vergi həm xan evində, həm də rəiyyətin evində toy olarkən 

xəzinəyə verilirdi. 

6. Dəyirmanpulu—şəhər və  kənd  əhalisi dəyirmandan istifadə etdiyi üçün 2 

tümən və ya 8 manat pul verməli idi. 

7 Hamamdan, karvansaradan və dükan binalarından istifadə etmək üçün də 

müəyyən vergi ödənilirdi. 

8. Tacirlər və sənətkarlar xəzinəyə ildə 400 tümən vergi verməli olurdular. 

9.  Şəhərə satmaq üçün mal gətirən tacir bütün vergilərlə yanaşı gözətçipulu da 

verməli idi. 

10. Pambıq, çəltik, darı və digər kənd təsərrüfatı məhsulu satan şəxs də xəzinəyə 

nəğd pul verirdi. 

11. Bir xalvar saman üçün gümüş pulla 1 man. vergi alınırdı. 

12. Üzüm və meyvə bağlarından gümüş pulla 6 man. vergi toplanılırdı. 

13. Dövlət torpaqlarından otlaq kimi istifadə edən  şəxs xəzinəyə ildə 6 man. 

gümüş pul verməli idi. 

Rəiyyət qeyd edilən vergilərlə yanaşı, mükəlləfiyyət.

[31-32]

də daşımalı idi. 



Mükəlləfiyyət iki şəkildə olurdu—biyar və əvariz. 

Kənd təsərrüfatı vergıləri kəndlilərin dolanışığını xeyli ağırlaşdırırdı. Xarici 

işğalçıların və  kəndlilərin iqtisadi vəziyyətini ağırlaşdırma-feodal ara müharibələrinin 

təsərrüfata vurduğu ziyana baxmayaraq, xanın vergiyığanları, darğalar və digər 

məmurlar rəiyyəti vergini qamçı gücü ilə verməyə  məcbur edirdilər. Lakin kəndlilər 

yaşamaq xatirinə ağır işgəncələrə dözür, yeganə yaşayış mənbəyi olan torpaqdan ayrıla 

bilmirdilər. XVIII əsrin axırıncı rübündə  kəndlilərin ağır vəziyyətinin  şahidi olmuş 

səyyah marşal fon Biberşteyn yazırdı: «Aramsız müharibələr və  əhalinin narahatlığı 

əkinçiliyə mənfi təsir göstərsə də, kəndlilər torpaqları becərməyə məcbur olurdular»

12



Kəndlilər  əkin dövründə, həmçinin məhsul yığımı zamanı bir sıra çətinliklərlə 

qarşılaşırdılar; onları  hər an xaricdən təhlükə gözləyirdi. Bəzən hazır məhsul xarici 

işğalçılara qismət olurdu. Daim gedən müharibələr və soyğunçuluq kəndliləri həmişə 

                                                            

12

 Маршал фон Биберштейн. Описание провинций расположенных на левом берегу Каспийского моря между реками Терки 



Кура.(перевод с фран. С.Ашурбейли). ЕАTİЕА,sənəd 467,s36 


24 

 

silah saxlamağa məcbur edirdi. Hətta cüt sürən, toxum səpən kəndlilər üstlərində 



xəncər, yaxınlıqda isə silah saxlamağa məcbur olurdular 

13



Torpağın xüsusiyyətinin müxtəlifliyi ilə bağlı Naxçıvan kəndliləri cüt və 

kotandan istifadə edirdilər. Cütə bir və ya iki öküz qoşaraq, nisbətən yumşaq yerləri, 

kotanla isə daşlıq yerləri şumlayırdılar. Torpağın suvarılmasına gəldikdə qeyd etməliyik 

ki, yalnız düzən olmayan yerlərdə kiçik kanallar — arxlar çəkilirdi. Dağlıq hissədə isə 

əkinçilər, əsasən dəmyə əkirdilər. O dövrdə cüt əkinçilik üçün ən əlverişli əmək aləti idi. 

Cütdən əsasən feodal təsərrüfatlarında istifadə olunurdu. 

Cüt ucuz və yüngül əmələ  gəldiyi üçün kəndlilər tədricən  əkinçilikdə cütdən 

istifadə etməyə başladılar. Lakin Naxçıvan xanlığında kəndlilərin hamısına cütdən 

istifadə etmək nəsib olmurdu. Dağlıq hissədə isə cütdən və işlək heyvanlardan istifadə 

etmək mümkün deyildi. Ona görə də kəndlilər yamac hissələrdə torpağı daha primitiv 

alətlərlə — kətmən və bellə şumlayırdılar. 

Naxçıvan xanlığında əsas kənd təsərrüfatı sahəsi taxılçılıq idi. Taxılçılıqla demək 

olar ki, əhalinin əksəriyyəti məşğul olurdu. hətta bəzən maldarlar da öz şəxsi istifadələri 

üçük taxıl əkirdilər. 

Naxçıvan diyarında yazlıq və payızlıq taxıl əkilirdi. Payız əkini sentyabr ayında 

başlayır. Novruz bayramından yüz gün keçdikdən sonra, təqribən iyun ayının 

ortalarında yığılırdı. Yazlıq buğda isə mart ayının axırında əkilir, payızlıq taxıldan iki 

həftə sonra yığılırdı. İşğaldan əvvəl Naxçıvan xanlığında yığılan taxıl təqribən 10 min 

xalvara bərabər idi. 

Çəltik  əsasən Naxçıvan mahalında:  Şəhərdə  və  Şıx Mahmud, Xəlili, Kültəpə, 

Uzunoba, Həsənağa, Didovar, Nəzərabad, Xalxal, Şahbuz, Qarababa, Cəhri, Təzəkənd

Nehrəm kəndlərində, Əlincə mahalında, (Əbrəqunis, Culfa, Çəmənlik, Saltaq, Xanağa, 

Kəşkənd) və  Dərələyəzin qərb hissəsində  əkilirdi. 1828-ci ildə Naxçıvan xanlığında 

çəltik məhsulu 10 min puda bərabər olmuşdur. 

Kənd təsərrüfatı  məhsulları içərisində pambıq xüsusi yer tuturdu. Pambıq 

feodallara daha çox gəlir verirdi. Pambıq Dərələyəzdən başqa demək olar ki, bütün 

mahallarda  əkilirdi.  Əsasən Naxçıvan mahalında: Yarımca,  Şıx Mahmud, Xəlili, 

Kültəpə, Oruc, Uzunoba, Həsənağa, Didovar, Nəzərabad,  Əznayird, Süst, Bulqan, 

Qaraquna, Hasan, Qoşadiz, Tunbul, Yamxana, Təzəkənd, Qızılvəng, Nehrəm 

kəndlərində; Xok mahalında isə bütün kəndlərdə:  Əlincə mahalının isə Arazin

Əbrəqunus, Culfa və Şürüd kəndlərində əkilirdi. 

Kənd təsərrüfatı sahəsində Naxçıvan xanlığı əhalisinin əsas məşğuliyyətlərindən 

biri də bağçılıq idi. Dağ kəndlərindən başqa digər kəndlərin əhalisi bağçılıqla da məşğul 

olurdu. Dağ  kəndlərində yayın qısa olması  və  qışın çox sərt keçməsi bu kəndlərdə 

bağçılıqla məşğul olmağa imkan verirdi. Bağçılığın  əsasını meyvəçilik və Üzümçülük 

təşkil edirdi. 

Naxçıvan kəndlərinin iqtisadi həyatında bostançılığın da özünəməxsus yeri var 

idi. Bostançılıqla Yarımca,  Şıx Mahmud, Xəlili, Qulubəydizəsi, Kültəpə, Oruc dizəsi

Uzunoba, Həsənağa dizəsi, Syurab, Didovar, Nəzərabad, Məzrə, Cəhri, Qoşadiz, 

Tunbul, Yamxana, Təzəkənd, Nehrəm, Arazin, Əbrəqunis, Xanağa, Saltaq, Bənənyar, 

                                                            

13

 Yenə orada 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə