Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
1   ...   25   26   27   28   29   30   31   32   33

66 

 

Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu 



Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli 

hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. 1822-

ci ildə Hüseyn Mirzə Naxçıvan xanlığının hakimi oldu. Bir il sonra isə, 1823-cü ildə 

Kərim xan yenidən hakimiyyətə qayıtdı. Kərim xan Kəngərlinin hakimiyyətdə olduğu 

dövr (1823— 1827) ikinci Rusiya—İran müharibəsinin başlandığı dövrə təsadüf edir. 

Lakin Kərim xan yenə də hakimiyyətdə çox qala bilmədi. Şahzadə Abbas Mirzə 

onu Məhəmməd Bağırla əvəz etdi. O, şahzadənin etimadını doğrultmadığı üçün ikinci 

Rusiya—İran müharibəsi ərəfəsində sabiq Kərim xanla əvəz edildi. 

Rusiyada baş vermiş dekabristlər üsyanı haqqında xəbər  İrana 1826-cı ilin 

əvvəlində çatdı.  İran hökumə

[93-94]

ti üsyanın rus dövlətini zəiflədəcəyini güman edib 



müharibəyə hazırlığı daha da sürətləndirdi. 

Əvvəlki dövrlərdə olduğu kimi, yenə  də ingilis burjuaziyası  İranı yeni 

müharibəyə  təhrik edirdi. Rusiyaya qarşı müharibə üçün İran feodalları  və ingilis 

diplomatları yenidən dini fanatizmdən istifadə etdilər. 1826-cı il iyul ayının 13-də İranın 

şiə ali ruhanilərinin başçısı Seyid Məhəmməd müsəlmanları «müqəddəs müharibəyə» 

çağırdı. 

Beləliklə, 1826-cı il iyul ayının 16-da 60 minlik ordu ilə müharibə elan etmədən 

şahzadə Abbas Mirzə Araz çayını keçərək  Şimali Azərbaycan  ərazisinə soxuldu. 

Azərbaycan xalqı yenidən müharibə qurbanı oldu. 

Müharibənin ilk günlərində  İran ordusu Şimali Azərbaycanın içərilərinə, hətta 

Şamxora qədər gedib çıxsa da rus döyüşçülərinin güclü təzyiqi altında tezliklə geri 

çəkilməyə məcbur oldu. 1827-ci ilin əvvəli üçün, demək olar ki, Şimali Azərbaycanın 

bütün əyalətləri İran ordusundan təmizləndi. 

Rus ordusunun müharibənin ilk çağlarında qazandığı qələbə Naxçıvan və İrəvan 

xanlıqlarının müqəddəratında əhəmiyyətli rol oynadı. Şah ordusuna qarşı bu bölgədə rus 

ordusunun hərbi əməliyyatlarına general-leytenant İ. F. Paskeviç komandanlıq edirdi. O, 

1827-ci il mart ayının 29-da «... xüsusi Qafqaz korpusunun komanda heyətini qəbul 

etdi»


10

Naxçıvan və İrəvan xanlıqları uğrunda döyüşlərin ilk mərhələsi rus ordusu üçün 



müvəffəqiyyətsizlə  nəticələndi. Abbas Mirzənin  İrəvan qalasında saxladığı qarnizon 

daha güclü müqavimət göstərirdi.  İrəvan xanlığı  uğrunda gedən döyüşlərin ilk 

mərhələsində Paskeviç uğur qazana bilmədi. Ona görə ki bir tərəfdən  İrəvanda ingilis 

silahı ilə silahlanmış qarnizon, digər tərəfdən isə rus ordusunun arxasında 

soyğunçuluqla məşğul olan kürd tayfaları komandanlığın diqqətini yayındırırdı. İqlimin 

sərtliyi də rus əsgərlərinə mənfi təsir edirdi. 

Yuxarıda deyilən vəziyyəti nəzərə alaraq, general-adyutant Paskeviç İrəvan 

qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək 

Naxçıvan istiqamətində hücuma keçdi. İrəvan xanlığı ilə Türkiyə arasında  əlaqəni 

kəsmək üçün Paskeviç general-leytenant Krassovskinin hissəsini burada saxladı. 

Krassovski həmçinin,  İran ordusunun İrəvan qalasında, Sərdarabadda və Eçmiədzin 

monastırı  ətrafında hərəkətini izləməli idi. Beləliklə, Krassovski həm də Araz çayı 

                                                            

10

 А.З.Подробеное описание Персии и государств. Кабула, Сеистана, Синда, Бальха,Белудхистана,земли Хорасана,также Грузии 

и персидских повиций, присоединенных к России…ч. III.М..829. с. 26(Сонралар Иранын ҝтрафылы тҝсвири). 




67 

 

sahillərinə  nəzarət etməli idi. Krassovskinin sərəncamında 3000 soldat var idi. Onlar 



xüsusi Qafqaz korpusunun 20-ci diviziyasına məxsus idilər. Həmin soldatlar Rusiyadan 

yenicə  gətirilmişdilər, lazımi döyüş  təcrübəsinə malik deyildilər. Məhz buna görə  də 

Krassovskinin sərəncamında qalmış soldatlar qarşıda duran vəzifənin öhdəsindən gələ 

bilmədilər. General-adyutant Paskeviç əsas qüvvələrlə Naxçıvan istiqamətində hərəkət 

etdikdən sonra İrəvan qalasındakı  İran qarnizonu hücuma keçərək Krassovskinin 

qoşununa güclü zərbə endirdi. Bu hadisədən xəbər tutan Paskeviç öz qüvvələrinin bir 

hissəsini Krassovskiyə köməyə göndərməyə  məcbur oldu. Naxçıvan istiqamətində 

əməliyyatı general-leytenant knyaz Eristovun komandanlığı altında rus qoşunları davam 

etdirirdi. Eristovun komandanlığı altında rus döyüşçüləri Araz çayı üzərindəki keçidi 

tutmalı, Abbas Mirzənin qüvvələrini Naxçıvana və ya Abbasabad qalasına buraxmamalı 

idilər. 

İrəvan istiqamətində  hərəkət edən orduya isə general-adyutant Benkendorf 

komandanlıq edirdi. Rus ordusunun keçdiyi yerlərdə  əhali, hətta feodallar belə rus 

dövlətinin təbəəliyinə qəbul olunmalarını xahiş edirdilər. Bu da səbəbsiz deyildi. Həmin 

məsələ ilə  əlaqədar mənbədə oxuyuruq: «Aprel ayının 30-da Aslan Sultan general-

adyutant Benkendorfun yanına gələrək 300 ailədən ibarət Vedi kəndinin  əlahəzrət 

imperatorun himayəsinə qəbul olunmasını xahiş etdi. Çünki Vedi kənd əhalisinin Arazın 

o tayına köçürülməsi təhlükəsi yaranmışdı»

11

. Tezliklə rus komandanlığı məlumat aldı 



ki, «Aslan Sultan Arazın o tayına köçürülmə təhlükəsini nəzərə alaraq öz adamları ilə 

birlikdə Göyçə gölü yaxınlığında Həsənqalada möhkəmlənmişdir»

12

. Yeri gəlmişkən 



qeyd etməliyik ki, İran hökmdarları  həmişə yerli əhalini  İranın içərilərinə köçürməyə 

çalışırdılar. Lakin İran işğalçılarının belə təşəbbüsü çox zaman baş tutmurdu.

[95-96]

 

 



Müasirlərdən biri yazır: «Nağı xan və  Vəkil  İsmayıl ağa Ağrı dağı yaxınlığında olan 

qarabağlılara (qarapapaqçılar — red.)  naxçıvanlılarla birlikdə  İrana köçürülməkdən 

ehtiyat etdikləri üçün müqavimət göstərməyə hazırdırlar»

13

. Onların  əksəriyyətinin 



yeməyə çörəyi belə yox idi, yalnız süd və pendirlə qidalanırdılar. Buna baxmayaraq, 

müqavimət göstərir və doğma yurdlarından uzaqlaşmaq istəmirdilər. Göründüyü kimi 

ikinci Rusiya—İran müharibəsi dövründə yerli əhali, istər-istəməz nizami orduya 

qoşulmaqla rus ordusunun gücünü artırırdı. 

Rus ordusunun yeni qüvvələrinin yaxınlaşması ilə  İrəvan qarnizonu qalaya 

çəkilməyə  məcbur oldu. İrəvan qalası yenidən mühasirəyə alındı. Paskeviçin 

komandanlığı altında olan hissələr isə  qısa fasilədən sonra Naxçıvan istiqamətində 

hərəkət etməyə başladı. 

Rus ordusunun hərəkəti çox çətin bir şəraitdə davam edirdi. Bir tərəfdən dəhşətli 

istilər, digər tərəfdən isə ordunun keçdiyi yolların çətinliyi rus ordusunun normal 

hərəkətinə mane olurdu. Rus ordusunun keçdiyi ərazidə yaşayan əhali əvvəlcədən zorla 

Arazın o tayına köçürülmüşdü. Ona görə  də  ərzaq çatışmırdı. Yayın isti keçməsinə

ərzağın və yemin çatışmamasına baxmayaraq, general-adyutant Paskeviçin 

komandanlığı altında yorğun, taqətdən düşmüş, lakin yeni torpaqlar əldə etmək hərisliyi 

                                                            

11

 İranın ətraflı təsviri... s. 32 



12

 Yenə orada. 

13

 İranın ətraflı təsviri... s. 36. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə